Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-5748/2020 22.07.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İş № 2(103)-5748/2020 AZƏRBAYCAN RESPUBLİKASİ ADİNDAN QƏTNAMƏ xx xxxx 2020-ci il Bakı şəhəri Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası Hakim Şirinov İkram Sabir oğlunun sədrliyi və məruzəsi ilə, Hakimlər Səmədov Tofiq Səməd oğlu və Kazımov Elşən Cələddin oğlundan ibarət tərkibdə, Atamalıyev Fərid Seyfulla oğlunun katibliyi, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-944/2020 saylı, xx xxxxxx 2020ci il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apelyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İşin faktiki halları: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətindən hərbi xidmət zamanı döyüş tapşırığını yerinə yetirərkən İ qrup əlil olan hal-hazırda dünyasını dəyişən onun mərhum oğlu Qarabağ Müharibəsinin 1 qrup əlili X1 varisi kimi iddiaçıya ödənilməli olan 8.800 manat (səkkiz min səkkiz yüz) sığorta pulunun (qan pulunun) ödənilməsi barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-944/2020 saylı, xx xxxxxx 2020ci il tarixli qətnaməsi ilə iddia təmin edilmiş, Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətindən 8800 (səkkiz min səkkiz yüz) manat sığorta məbləğinin tutularaq iddiaçıya ödənilməsi qərara alınmışdır. Apellyasiya şikayəti və onun dəlilləri: Həmin qətnamədən cavabdeh apelyasiya şikayəti verərək qeyd etmişdir ki, “Hərbi qulluqçuların dövlət icbari sığortası haqqında” qanununun 5-ci maddəsinin “ç” bəndinə əsasən hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirərkən və ya həqiqi hərbi xidmət dövründə xəsarət (yaralanma, travma, kontuziya) almasına, habelə həqiqi hərbi xidmət dövründə xəstələnməsinə görə həqiqi hərbi xidmətə yararsız hesab edilərək həqiqi hərbi xidmətdən (toplanışdan) ehtiyata və ya istefaya buraxıldığı gündən, həmçinin ehtiyata və ya istefaya buraxıldığı gündən həqiqi hərbi xidmət dövründə alınmış xəsarət (yaralanma, travma, kontuziya) və ya xəstəliklə əlaqədar üç il müddətində sığorta olunana əlillik təyin olunduqda ona sığorta ödənişi təyin edilir, lakin Ə.Verdiyevə əlillik dərəcəsi onun xidmətdən tərxis edilən gündən 8 il sonra təyin edildiyindən ona sığorta ödənişi verilməli deyil. Həmçinin iddiaçının iddia tələbi onun hüquqi vəziyyətinin yaxşılaşması və hüquqi məsuliyyətinin aradan qaldırılması ilə əlaqədar olması deyil, sığorta ödənişinə dair maddi tələbdən ibarətdir. Bu səbəbdən qətnamənin ləğv edilməsi və iddia tələbinin təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Tərəflərin izahatı: Apellyasiya şikayəti ilə bağlı mülki işə məhkəmə kollegiyasında baxılması ilə bağlı məhkəmə iclasının yeri və vaxtı barədə qanunla müəyyən edilmiş qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, tərəflər məhkəmə iclasına gəlməmiş və səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Belə olan halda Məhkəmə kollegiyası hesab edir ki, Azərbaycan Respublikası MPM-in 376.2-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılması mümkündür. Sübutların tədqiqi: Mülki işdə olan xx.xx.1968-ci il tarixli, A3 № ******* seriyalı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X2 13 avqust 1968-ci il tarixdə Laçın rayonunda anadan olmuş, atası X3, anası İddiaçıdır. Ölüm haqqında xx.xx.2009-cu il tarixli, AZ-İ № 367344 saylı şəhadətnamənin surətindən görünür ki, X2 xx.xx.2009-cu il tarixdə vəfat etmişdir. Azərbaycan Respublikası Müdafiə Nazirliyi tərəfindən verilmiş xx.xx.1999-cu il tarixli arxiv arayışından görünür ki, N saylı hərbi hissədə xidmətdə olmuş X2 1992-ci ilin noyabr ayından döyüş əməliyyatları gedişində yaralanmışdır. Mülki işdə olan 032374 №-li vəsiqənin surətindən görünür ki, X2 birinci qrup müharibə əlilidir. Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinin İddiaçı ünvanladığı məktubdan görünür ki, sığorta ödənişinin verilməsi qeyrimümkün hesab edilmişdir. Hüquqi dəyərləndirmə: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Hazırkı halda məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 372.6-cı maddəsinə əsasən birinci instansiya məhkəməsinin qətnaməsini cavabdehin şikayətinə münasibətdə tam yoxlayır. Məhkəmə kollegiyası iş materiallarını, apellyasiya şikayətinin dəlillərini «Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında» Azərbaycan Respublikası Qanununun bəzi müddəalarının şərh olunmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun xx xxxxxx 2014-cü il tarixli qərarı ilə birlikdə araşdıraraq və toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, apelyasiya şikayəti əsassız olduğundan təmin edilməməli, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Cavabdehin apelyasiya şikayətinin əsas dəlili odur ki, “Hərbi qulluqçuların dövlət icbari sığortası haqqında” qanununun 5-ci maddəsinin ç bəndinə əsasən hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirərkən və ya həqiqi hərbi xidmət dövründə xəsarət (yaralanma, travma, kontuziya) almasına, habelə həqiqi hərbi xidmət dövründə xəstələnməsinə görə həqiqi hərbi xidmətə yararsız hesab edilərək həqiqi hərbi xidmətdən (toplanışdan) ehtiyata və ya istefaya buraxıldığı gündən, həmçinin ehtiyata və ya istefaya buraxıldığı gündən həqiqi hərbi xidmət dövründə alınmış xəsarət (yaralanma, travma, kontuziya) və ya xəstəliklə əlaqədar üç il müddətində sığorta olunana əlillik təyin olunduqda ona sığorta ödənişi təyin edilir, lakin Ə.Verdiyevə əlillik dərəcəsi onun xidmətdən tərxis edilən gündən 8 il sonra təyin edildiyindən ona sığorta ödənişi verilməli deyil. Məhkəmə kollegiyası cavabehin apelyasiya şikayətində istinad olunan həmin dəlili barədə qeyd edir ki, həmin qanunda qeyd edilən normanın əsas məqsədi sığorta olunan şəxsin əlilliyinin, həqiqətən də, onun hərbi xidməti ilə bağlı olmasını müəyyən etməkdir. Bundan əlavə, “Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda həlak olmuş, ölmüş və hərbi əməliyyatlarla əlaqədar xəbərsiz itkin düşdüyünə görə ölmüş elan edilmiş hərbi qulluqçuların ailə üzvlərinin sosial müdafiəsinin yaxşılaşdırılması ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 19 aprel tarixli 1 nömrəli Fərmanına əsasən Respublikanın ərazi bütövlüyü uğrunda həlak olmuş, ölmüş və hərbi əməliyyatlarla əlaqədar xəbərsiz itkin düşdüyünə görə ölmüş elan edilmiş hərbi qulluqçuların vərəsələrinə birdəfəlik ödənişlərin verilməsinə başlanmışdır. Yuxarıda qeyd edilənlərə əsasən, məhkəmə kollegiyası hesab edir ki, cavabdeh tərəfindən məhkəməyə kifayət qədər güclü, biri-digərini tamamlayan, yəni, təkzibolunmazlıqla bağlı və əsaslı şübhədən kənar sübutlar təqdim etmədiyindən onun apellyasiya şikayəti təmin edilə bilməz. Nəticə: Göstərilənlərə əsasən birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşan və hazırkı işin hallarını nəzərə alan məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi iddianı təmin etməkdə tam haqlı olmuş, apelyasiya şikayəti isə əsassız olduğundan təmin edilməməli və birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin apelyasiya instansiya məhkəməsinin səlahiyyətlərini müəyyən edən 384-cü maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; qətnaməni dəyişdirə bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər. Azərbaycan Respublikası MPM-nin 385.2-ci maddəsində göstərilir ki, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Məhkəmə kollegiyası hesab edir ki, şikayət təmin olunmadığından Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən onun verilməsi ilə bağlı ödənilmiş dövlət rüsumu şikayəti vermiş cavabdehin özünə aid edilməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.1, 393 və 405.0.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası, QƏT ETDİ: Cavabdeh Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkəti tərəfindən verilmiş apelyasiya şikayəti təmin olunmasın. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-944/2020 saylı, xx xxxxxx 2020ci il tarixli qətnaməsi cavabdeh Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinin apelyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Apelyasiya şikayətinin verilməsi ilə bağlı ödənilmiş dövlət rüsumu cavabdehin özünə aid edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən hesablanmaqla ondan 2 (iki) ay müddətinə Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişsə, bu müddət keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən:imza: Hakimlər:imzalar: Əsli ilə düzdür,Hakim: İkram Şirinov Sədrlik edən: İkram Şirinov Hakimlər: Tofiq Səmədov Elşən Kazımov BAKİ APELLYASİYA MƏHKƏMƏSİ AZ 1073, Bakı şəhəri, Zahid Xəlilov küç., 540-cı məhəllə. Tel: (99412) 98-09-68,98-77-82.Faks: (99412) 98-93-76 Bizim nömrəyə istinad edin 2(103)-5748/2020 xx xxxx 2020-ci il İddiaçı (Bakı şəhəri, Xətai rayonu, Nobel pr, 139C) Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinə (Bakı şəhəri, Nəsimi rayonu, Fizuli küçəsi, ev 69) Bakı Apellyasiya Məhkəməsinin 2(103)-5748/2020 saylı, xx xxxx 2020-ci il tarixli qətnaməsi məlumat üçün Sizə göndərilir. Qoşma: qətnamə HAKİM: İKRAM ŞİRİNOV BAKİ APELLYASİYA MƏHKƏMƏSİ AZ 1073, Bakı şəhəri, Zahid Xəlilov küç., 540-cı məhəllə. Tel: (99412) 98-09-68,98-77-82.Faks: (99412) 98-93-76 Bizim nömrəyə istinad edin 2(103)-5748/2020 xx xxxx 2020-ci il İddiaçı (Bakı şəhəri, Xətai rayonu, Nobel pr, 139C) Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinə (Bakı şəh.,İ.Dadaşov küç 260) Bakı Apellyasiya Məhkəməsinin 2(103)-5748/2020 saylı, xx xxxx 2020-ci il tarixli qətnaməsi məlumat üçün Sizə göndərilir. Qoşma: qətnamə HAKİM: İKRAM ŞİRİNOV
Məhkəmə qərarları › İş №2(103)-5748/2020
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-5748/2020
22.07.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Sığorta ödənişinin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver