Məhkəmə qərarları › İş №2(103)-5760/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-5760/2021

17.06.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-5760/2021 17.06.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X4 Məmmədovanın sədrliyi ilə, Rafael Əmir oğlu Eyvazov və X1 ibarət tərkibdə, Mərziyyə Tofiq qızı Bağırlının katibliyi ilə, Cavabdehin nümayəndəsi və vəkili Nümayəndə iştirakları ilə, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-2024/2021 nömrəli iş üzrə 15 mart 2021-ci il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi və iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, 30.07.2016-cı il təvəllüdlü X3 yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay cavabdehin əmək haqqının ¼ hissəsi miqdarında aliment və sabit pul məbləğində hər ay 350 manat məbləğində əlavə xərclərin Cavabdeh tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı və cavabdehin nikahı Yasamal Rayon Məhkəməsinin 18.06.2020-ci il tarixli qətnaməsi ilə pozulmuşdur. Nikah pozulduğu vaxt aliment tələbi olmamışdır. Lakin hazırda iddiaçı aliment tələb etmək qərarına gəlmişdir. Cavabdeh dövlət qulluqçusudur, onun əmək haqqı 1200 manat təşkil edir. Eyni zamanda 2018-ci ildən hal-hazıradək uşaq özəl bağçaya gedir, bağçanın xidmət haqqısı 700 manat təşkil edir. Hesab edir ki, uşağın maddi təminatını ödəmək iqtidarında olmadığından uşağın saxlanılması üçün cavabdehdən aliment tutulmalıdır. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-2024/2021 nömrəli iş üzrə 15 mart 2021-ci il tarixli qətnaməsi ilə iddia tələbinin qismən təmin edilməsi, 30.07.2016-cı il təvəllüdlü X3 yetkinlik yaşına çatana kimi saxlanılması üçün 12 fevral 2021-ci il tarixdən başlayaraq hər ay Cavabdeh qazancının ¼ hissəsi məbləğində aliment və əlavə xərclərə görə 200 (manat) sabit pul məbləğində vəsait tutularaq İddiaçı ödənilməsi, Qətnamə alimentin tutulması hissəsində Azərbaycan Respublikasının MPM-in 234.2.1ci maddəsinə əsasən dərhal icra edilməsi qət edilmişdir. Cavabdeh həmin qətnamədən apellyasiya şikayəti verərək, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 15 mart 2021-ci il tarixli, 2(004)-2024/2021 saylı qətnaməsinin əlavə xərclərə görə 200 (iki yüz) manat sabit pul məbləğində vəsaitin Cavabdeh tutulması hissəsində ləğv edilməsi və iddia tələbinin həmin hissədə rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsi iddianı təmin edərkən uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanmasını əsas tutaraq cavabdehdən X3 bağçasına çəkilən əlavə xərclərə görə hər ay 200 (iki yüz) manat məbləğində pul vəsaitinin tutularaq iddiaçıya ödənilməsi qənaətinə gəlmişdir. Birinci instansiya məhkəməsi tərəfindən bu cür yanaşmanı əsassız və qanunsuz hesab edir.Belə ki, “Məktəbəqədər təhsil haqqında” Azərbaycan Respublikası Qanununun 22.1-ci maddəsinə əsasən dövlət məktəbəqədər təhsil müəssisələri dövlət büdcəsinin vəsaitləri hesabına maliyyələşdirilir.Qanunvericiliyin müvafiq maddəsinin tələblərindən də görünür ki, uşaqlar üçün dövlət tərəfindən təmin olunan bağçalar da kifayət qədər var. İddiaçı sadəcə olaraq öz seçiminə əsasən uşağı özəl bağçaya qoymuşdur. Dövlətin himayəsi və maddi təminat dairəsində olan bağçalar uşaqların təlimtərbiyəsi və təhsili üçün üzərlərinə düşən öhdəlikləri Azərbaycan dövlətinin xüsusi qayğısı və dəstəyi ilə layiqincə yerinə yetirirlər.Həmin Qanunun 4.0.4-cü maddəsinə əsasən məktəbəqədər təhsilin inkişafına ayrılan dövlət büdcəsi vəsaitlərinin həcmini, maliyyə mexanizmlərini və normativlərini müəyyənləşdirmək və icrasına nəzarəti təmin etmək məktəbəqədər təhsil sahəsində dövlətin vəzifələrindən biridir. Məhkəmə kolegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi və vəkili apelyasiya şikayətinin məzmunununa uyğun izahat verərək, apelyasiya şikayətinin təmin edilməsini, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 15 mart 2021-ci il tarixli, 2(004)- 2024/2021 saylı qətnaməsinin əlavə xərclərə görə 200 (iki yüz) manat sabit pul məbləğində vəsaitin Cavabdeh tutulması hissəsində ləğv edilməsi və iddia tələbinin həmin hissədə rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımı qaydada xəbərdar edilmiş iddiaçı məhkəmə iclasında iştirak etməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir.Məhkəmə Kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-cı maddəsinə əsasən işə baxılmasını mümkün hesab etmişdir. Apellyasiyanın hədləri ilə bağlı Kollegiya qeyd edir ki, cavabdeh Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 15 mart 2021-ci il tarixli, 2(004)-2024/2021 saylı qətnaməsini əlavə xərclərə görə 200 (iki yüz) manat sabit pul məbləğində vəsaitin Cavabdeh tutulması hissəsində mübahisələndirir və qətnamənin həmin hissədə ləğv edilməsi və iddia tələbinin həmin hissədə rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə görə isə, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kolegiyası tərəfi dinləyərək, iş üzrə materialları və apelyasiya şikayətlərinin dəlillərini araşdıraraq, hesab edir ki, cavabdehin apelyasiya şikayəti təmin olunmalı, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 15 mart 2021-ci il tarixli, 2(004)-2024/2021 saylı qətnaməsi əlavə xərclərə görə 200 (iki yüz) manat sabit pul məbləğində vəsaitin Cavabdeh tutulması hissəsində ləğv edilməli və iddia tələbinin həmin hissədə rədd edilməsi barədə yeni qətnamə qəbul edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş 11 mart 2021-ci il tarixli, İMEM-12/01-10/02 saylı arayışdan görünür ki, cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi “X2 Mərkəzi” MMC-də Mənşə Ekspertizaları şöbəsində ekspert vəzifəsində işləyir və aylıq vəzifə maaşı 1200 manat olmaqla, tutmalar edildikdən sonra hesabına köçürülən məbləğ 958 manat təşkil edir. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. «Uşaq hüquqları» haqqında Azərbaycan Respublikası Qanununun 19-cu maddəsinə əsasən valideynlərin uşağın tərbiyəsində bərabər hüquq və vəzifələri vardır. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə razılıq olmadıqda uşaqlar üçün onların valideynlərindən məhkəmə tərəfindən hər ay 1 uşağa görə—qazancın və (və ya) valideynlərin başqa gəlirlərinin dörddə bir hissəsi miqdarında aliment tutulur. Müəyyən edilmişdir ki, tərəflərin birgə nikahından doğulmuş uşağının 30.07.2016-cı il təvəllüdlü X3 yetkinlik yaşına çatana kimi saxlanılması üçün cavabdehdən hər ay qazancının ¼ hissəsi məbləğində, yəni 239,5 manat aliment tutularaq iddiaçıya ödənilməsi ilə cavabdeh razılaşmışdır. Bundan əlavə məhkəmə, X3 özəl bağçaya getməsini nəzərə alaraq hesab etmişdir ki, bununla əlaqədar yaranan xərclərin ödənilməsinə uşağın atası Cavabdeh da cəlb edilməlidir. İş materiallarında olan “KinderGarten” körpələr evi-uşaq bağçasının 10 fevral 2021ci il tarixli arayışından görünür ki, X5 həmin bağçada təlim-tərbiyə alır və aylıq ödənişi 700 manat təşkil edir. Məhkəmə Kollegiyası, hazırkı işin hallarından çıxış edərək birinci instansiya məhkəməsinin X3 özəl bağçaya getməsini nəzərə alaraq bununla əlaqədar yaranan xərclərin ödənilməsinə uşağın atası Cavabdeh da cəlb edilməli olması qənaəti ilə razılaşmır.. Belə ki, “Məktəbəqədər təhsil haqqında” Azərbaycan Respublikası Qanununun 22.1ci maddəsinə əsasən dövlət məktəbəqədər təhsil müəssisələri dövlət büdcəsinin vəsaitləri hesabına maliyyələşdirilir. Qanunvericiliyin müvafiq maddəsinin tələblərindən də görünür ki, uşaqlar üçün dövlət tərəfindən təmin olunan bağçalar da kifayət qədər var. İddiaçı öz seçiminə əsasən uşağı özəl bağçaya qoymuşdur. Dövlətin himayəsi və maddi təminat dairəsində olan bağçalar uşaqların təlim-tərbiyəsi və təhsili üçün üzərlərinə düşən öhdəlikləri Azərbaycan dövlətinin xüsusi qayğısı və dəstəyi ilə layiqincə yerinə yetirirlər. “Məktəbəqədər təhsil haqqında” Azərbaycan Respublikası Qanununun 3- cü maddəsinə əsasən məktəbəqədər təhsil sahəsində dövlət siyasətinin əsas prinsipləri aşağıdakılardır: -məktəbəqədər təhsilin milli və dünyəvi təhsil ənənələri, Azərbaycan və dünya pedaqoji elminin nailiyyətləri, ailə tərbiyəsi və ictimai tərbiyənin məqsədyönlü inteqrasiyası əsasında təşkili; - məktəbəqədər təhsil müəssisələrində uşaqların sağlamlığının qorunması, psixoloji və fiziki inkişafının təmin edilməsi; - məktəbəqədər təhsilin bu Qanuna uyğun olaraq könüllülüyii; - sağlamlıq imkanları məhdud uşaqların inklüziv təhsilinin təşkili; - məktəbəqədər təhsil müəssisələri şəbəkəsinin davamlı və sistemli inkişafının təmin edilməsi; - uşaqların məktəbəqədər təhsillə əhatə edilməsi səviyyəsinin yüksəldilməsi. Həmin Qanunun 4.0.4-cü maddəsinə əsasən məktəbəqədər təhsilin inkişafına ayrılan dövlət büdcəsi vəsaitlərinin həcmini, maliyyə mexanizmlərini və normativlərini müəyyənləşdirmək və icrasına nəzarəti təmin etmək məktəbəqədər təhsil sahəsində dövlətin vəzifələrindən biridir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 78.1-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. 217.4 maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Mülki Prosessual Məcəllənin 384.0.2-ci maddəsinə görə apelyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 384, 392, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qət etdi: Apelyasiya şikayəti təmin olunsun. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 15 mart 2021-ci il tarixli, 2(004)- 2024/2021 saylı qətnaməsi əlavə xərclərə görə 200 (iki yüz) manat sabit pul məbləğində vəsaitin Cavabdeh tutulması hissəsində ləğv edilsin. İddia tələbi həmin hissədə rədd edilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən etibarən, 2 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Şərafət Məmmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar