Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-5763/2025 02.12.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakim Mərdanova Xumar Afət qızının sədrliyi və məruzəsi, Sadıqov Vahid Nəriman oğlu və Şirinov Ziya Allahverdi oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi X12 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin e-2(005)-3436/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İşin halları: İddiaçı Cavabdeh ilə 12 avqust 2000-ci il tarixində ailə qurmuşdular. Birgə nikahlarından 19 iyul 2002-ci il təvəllüdlü X8 və 06 sentyabr 2006-cı il tarixində X9 adlı oğlanları anadan olmuşdur. X9 “uşağ autizm sindromu” xəstəliyi ilə bağlı ona sosial müavinat və sağlamlıq imkanları məhdud 18 yaşınadək şəxslərə qulluq edən şəxslərə Prezident təqaüdü təyin edilmişdir. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-1347/2021 saylı 27 may 2021-ci il tarixli qətnaməsi ilə tərəflərin nikahları pozulmuş və uşağın anasının yanında saxlanması müəyyən edilmiş və İddiaçı hər ay 1.000 manat alimentin tutulması qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-225/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsinə əsasən Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(006)-1347/2021 saylı qətnaməsi qismən, yəni “xx.xx.2006-cı il təvəllüdlü X9 (anası) Voropayeva (Lobanova) Natalya Dmitriyevnanın yanında saxlanılması, İddiaçı xx.xx.2021-ci il tarixdən başlayaraq, xx.xx.2006-cı il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 1.000 manat sabit pul məbləğində aliment hesablanaraq Voropayeva (Lobanova) Natalya Dmitriyevnanın xeyrinə tutulması, qətnamənin alimentin tutulması hissəsində dərhal icra olunması” hissələrində ləğv edilməsi, tərəflərin birgə nikahlarından olan xx.xx.2006-cı il təvəllüdlü X3 atası İddiaçı (cavabdehin) yanında saxlanılması qət edilmişdir. Hazırda iddiaçı məhkəmədə cavabdeh tərəfindən övladı X9 üçün təyin olunmuş sosial müaviət və təqaüdün sonuncunun himayəsində olmadığı halda hər hansı hüquqi əsas olmadan əldə edilmiş 9886,88 manat pul vəsaitinin cavabdehdən iddiaçının xeyrinə tutulmasını xahiş edir. Birinci instansiya məhkəməsində icraat İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 9886,88 (doqquz min səkkiz yüz səksən altı manat səksən səkkiz qəpik) manat pulun tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, cavabdeh Lobanova (keçmiş Voropayeva) Natalya Dmitriyevna ilə 12 avqust 2000-ci il tarixində ailə qurmuşdur. Birgə nikahdan 06 sentyabr 2006-ci il tarixində X9 adlı oğlanları anadan olmuşdur. Nəzərə alınmalıdır ki, oğlanları X9 “uşağ autizm sindromu” xəstəliyini keçirdir və bununla bağlı ona 350 manat məbləğində sosial müavinat təyin edilmişdir. Bununla yanaşı onun anası Cavabdeh sağlamlıq imkanları məhdud 18 yaşınadək şəxslərə qulluq edən şəxslərə aylıq 150 manat Prezident təqaüdü təyin edilmişdir. Həmin müavinatın və təqaüdün bitmə tarixi 31 yanvar 2023-cü il müəyyən edilmişdir. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-1347/2021 saylı 27 may 2021-ci il tarixli qətnaməsi ilə nikahları pozulmuş və uşağın anasının yanında saxlanması müəyyən edilmiş və ondan hər ay 1.000 manat alimentin tutulması qət edilmişdir. Onun bu qətnamədən xəbəri yox idi. O, Bişkek şəhərində işləyirdi və ailəsini görmək məqsədilə Bakı şəhərinə 2021-ci ilin iyun ayında gəlmişdi. 07 iyun 2021-ci il tarixində o uşağlarıyla birlikdə iş yeri Bişkek şəhərinə getmişdir. Bakı şəhərində olduğu zaman arvadı Cavabdeh məhkəmədə nikahın pozulmasına dair iddianın verdiyini, həmin iddianın təmin olunduğunu ona bildirməmişdir. Yalnız uzun müddət keçdikdən sonra o xəbər tutmuşdur ki, Nərimanov rayon icra məmuru tərəfindən onun barəsində axtarış qərarı qəbul edilib və Nərimanov rayon Polis İdarəsində axtarış işi açılmışdır. Bununla bağlı o Nərimanov rayon Məhkəməsinin 2(005)- 1347/2021 saylı 27 may 2021-ci il tarixli qətnaməsindən apellyasiya şikayəti vermiş və Bakı Apellyasiya Məhkəməsinin 2(103)-225/2023 saylı xx.xx.2023-cü il tarixli qətnaməsi ilə birgə nikahdan olan xx.xx.2006-cı il təvəllüdlü X1 yanında saxlanılması qət edilmişdir. Həmin qətnamə qanuni qüvvəyə minmişdir və Nərimanov Rayon Məhkəməsinin 2(005)- 612/2024 xx.xx.2024-cü il tarixli qətnaməsilə Cavabdeh onun xeyrinə alimentin tutulması qət edilmişdir. Lakin bütün bu göstərdiyi müddət ərzində, yəni X2 birlikdə Respublikanı tərk etdiyi 07 iyun 2021-ci il tarixindən 31 yanvar 2023-cü il tarixinədək (müavinatın və təqaüdün bitmə tarixinədək) onun himayəsində saxlanılan oğlu X5 xəstəliyinə görə təyin olunmuş müavinatı və sağlamlıq imkanları məhdud 18 yaşınadək şəxslərə qulluq edən şəxslərə aylıq 150 manat Prezident təqaüdünü Cavabdeh qanunsuz mənimsəmişdir. İddiaçı bildirir ki, həmin müddət ərzində uşaq onun himayəsində saxlanılırdı və ona o qulluq edirdi. Bişkek şəhərindən qayıdandan sonra da hal-hazırda oğlu onun himayəsindədir. Cavabdeh həmin müddət üçün qanunsuz mənimsədiyi məbləğdən oğluna bir manat belə olsun xərcləməyib. Hesab edir ki, Cavabdeh 07 iyun 2021-ci il tarixindən-yəni uşaq Respublikanı tərk etdiyi gündən 31 yanvar 2023-cü ilədək yəni müavinatın və təqaüdün bitmə tarixinədək 19 ay 24 günün pullarını, yəni cəmi 9886,88 manatı qanunsuz olaraq mənimsəmişdir (borcun hesablaması əlavə olunur). Hesab edir ki, cavabdeh tərəfindən mənimsənilmiş məbləğ 9886,88 (doqquz min səkkiz yüz səksən altı manat səksən səkkiz qəpik ) manat ondan alınıb iddiaçıya ödənilməlidir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin e-2(005)-3436/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsi ilə iddia tələbi təmin edilmiş, Cavabdeh 9886,88 manat (doqquz min səkkiz yüz səksən altı manat səksən səkkiz qəpik) məbləğində sosial müavinət və təqaüd üçün ödənilən vəsaitin İddiaçı xeyrinə tutulması qət edilmişdir. Birinci instansiya məhkəməsinin mövqeyini onunla əsaslandırmışdır ki, cavabdeh iddiaçıya məxsus 9886,88 manat məbləğində pulu hər hansı qanuni əsas olmadan əldə edib özündə saxlamaqla əsassız varlanmışdır və o, əsassız varlanma nəticəsində əldə etdiklərini iddiaçıya geri qaytarmalıdır. Belə ki, iş materiallarından göründüyü kimi X9 atasının himayəsində olmaqla Qırğızıstan Respublikası, Bişkek şəhəri, Sverdlovski rayonu, İbrahimova küçəsi, ev 113, mənzil 108 ünvanında olduğu yer üzrə müvəqqəti qeydiyyata alınmışdır. Yuxarıda qeyd olunanların kontekstində məhkəmədə müəyyən edilmiş işin faktiki hallarından görünür ki, tərəflərin övladı xx.xx.2006-cı il təvəllüdlü X9 iddiaçı (atası) ilə 07 iyun 2021-ci il tarixdən ölkəni tərk edərək, Qırğızıstan Respublikasına getmiş, həmin müddətdə sonuncu iddiaçının himayəsində olduğu halda onun xəstəliyi ilə əlaqədar təyin edilmiş müavinətlər Cavabdeh tərəfindən əldə olunmuşdur. Belə ki, hazırda iddia tələblərinin dəlillərindən və işin mübahisəsiz hallarından aydın olur ki, qeyd olunan müavinətlər 31 yanvar 2023-cü il tarixədək hesablanmış və ödənilmişdir. Belə olan halda Cavabdeh 19 ay 24 gün müdətində aylıq 350 manat sosial müavinət və 18 yaşına çatmayan şəxsə qulluq üçün nəzərdə tutulmuş 150 manat Prezident təqaüdü cəmi 500 manat olmaqla, 9886,88 manat sosial müavinət və təqaüd üçün ödənilən vəsaiti təyinatına uyğun istifadə etmədən, heç bir əsas olmadan əldə etmişdir, hansı ki qeyd olunan müddətlərdə xx.xx.2006-cı il təvəllüdlü X9 faktiki olaraq atası, yəni İddiaçı himayəsində yaşamışdır. İddia tələbinin dəlilləri nəzərə alınmaqla, qeyd olunmalıdır ki, iddiaçının mübahisəli pul vəsaitini cavabdehə verməsi üçün əsas olmuş məhkəmə qərarının ləğv edilməsi ilə cavabdehin iddiaçıdan pul vəsaiti əldə etməsinə səbəb olmuş hüquqi əsas aradan qalxmışdır. Bu baxımdan Mülki Məcəllənin 1091 və 1092.1-ci maddələrinə əsasən varlanmış şəxs kimi cavabdehin əldə etdiklərini məhrum olan iddiaçının tələbi ilə ona qaytarmaq vəzifəsi yaranmışdır. Belə olan halda məhkəmə hesab etmişdir ki, iddiaçı tərəfindən Cavabdeh ödənilmiş 9886,88 manat pul məbləği iddiaçıya geri qaytarılmalıdır. Həmin qətnamədən cavabdeh apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya instansiyası məhkəməsində icraat Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçının sosial yardımın 2021-ci ildən cavabdeh tərəfindən alınması haqqında məhkəmə mövqeyini bildirməyib. Cavabdeh Lobanovanın qanunla müəyyən olunmuş qaydada xəbər vermədən, iştirakını təmin etmədən, prosessual qanunu pozaraq, məhkəmə iddiaçı tərəfindən təqdim edilmiş 9886,88 manatın alınması haqqında hesablamanı yoxlamayaraq (ekspertizanı təyin etməyərək, mütəxəssis rəyini almadan, həqiqətən alınması haqqında məlumatı yoxlamayaraq) iddia tələbini təmin etmişdir. Cavabdeh məhkəmə prosesinin iclası haqqında məlumatsız olduğu üçün iştirak etməmiş, öz prosessual hüquqlarını realizə edə bilməmişdir. Nəticədə məhkəmə obyektivliyini, əsaslığını, hərtərəfilyini qanuniliyini, təmin edə bilmədən qanunsuz və əsassız qətnaməni qəbul etmişdir. Eyni zamanda, məhkəmə cavabdeh N.D. Lobanovaya məhkəmənin qəbul edilmiş qətnaməni çatdırılmasını təmin etməmişdir. Nəticədə, xx.xx.2024-cü il tarixli qətnaməsi icra olunması üçün icra şöbəsinə göndərilmişdir. Cavabdeh qətnamənin movcud olması haqqında məlumatı icra şöbəsindən almışdır. Qeyd edilməlidir ki, 2012-ci ildən 2020-ci ilədək uşaq Mixail üçün sosial yardımı anası Cavabdeh alırdı. Uşaq Daniil üçün 2015-ci ildən sosial yardımın anası Cavabdeh alınmasından cavabdehin xəbəri olmamış ola bilməzdi. Çunki, iddiaçı V.Y.Voropayav uşaqların atasıdır, bu məsələ ilə yaxından tanışdır, digər tərəfdən o bir çox iddia ərizələri məhkəmələrə verməklə pul tələbi ilə bağlı mübahisələrin təşəbbüskarı olmuşdur. Dəfələrlə məhkəmə qərarlarından müxtəlif məhkəmə instansiyalarına şikayətləri vermiş, tərəflərin arasında olan bütün hallardan xəbərdar olmuşdur. Bundan başqa tərəflər arasında məhkəmə çəkişmələri 2021-ci ildən bu günədək davam edir. 2021-ci ildən 2024-cü ilədək məhkəmələrin qətnamələri bunun sübutudur. Eyni zamanda iddiaçı cavabdehə heçnə verməmişdir ki, ondan geriyə tələb etsin. Ən əsas odur ki, Lobanova müavinətləri alaraq 2023-cü ilədək hüquqi əsasında almışdır. Yəni tərəflər arasında nikah 2021-ci ilin may ayında iddiaçının təkidi ilə Lobanovanın iddiası əsasında ləğv olunmuş və uşaq Daniil anasının yanında qalması və onun saxlanılması üçün 1.000 manat məbləğində alimentin cavabdehdən tutulması qət olunmuşdur. Həmin qətnamə 2023-cü ildə qismən ləğv olunaraq, uşağın atanın yanında saxlanılması qət olunmuşdur. Bir aydan sonra iddiaçı Voropayev cavabdeh Lobanovadan (anasından) həmin uşağın saxlanılması üçün alimentin pulun tutulması haqqında iddia ərizəsi vermiş və iddiasına nail olmuşdur. Göründüyü iddiaçı 2006-ci ildə doğulmuş uşağları Daniilin 2014-cü ildən uşağa görə bağlı müavinətinin anası Cavabdeh tərəfindən alınmasını bilirdi (dövlət tərəfindən verilməsini), 2021-ci ildə nikahıları pozulduqda, müavinətin anası tərəfindən alınmasını razı olmuşdur ona görə ki, uşaqların baxılması dayələr tərəfindən pullu olmuşdur. Həmin pulların və xərclərin yığılmış borc məbləğləri 2021-ci ildən sonra aldığı müavinət pulu ilə qismən ödənilmişdir (borclar qaytarılmışdır). Eyni zamanda Mülki Məcəlləsinin 1093-cü maddəsinə əsasən qaytarma əsasları qeyd olunur. Lakin məhkəmənin istinad etdiyi əsas şikayət olunan qətnaməsində qeyd olunmayıb. Bundan başqa 1095 ( əsassız varlanma obyektini qaytarmaq üçün müddətin keçməsi (ən geci iki il keçdikdən sonra) əsassız varlanma obyektin qaytarmaq hüququ məhrum olana öz hüququnun məlum olduğu vaxtdan ən geci iki il sonra müddətin keçməsinə görə qüvvədən düşür. Faktiki hallar onu dəlalət edir ki, işə baxmış məhkəmə maddi hüquq normanı pozmuşdur, keçmiş iddia müddəti üzrə iddia tələbini əsassız olaraq müdafiə etmiş, xx.xx.2024-cü il tarixdə şikayət olunan qanunsuz qətnaməni qəbul etmişdir. İddiaçı xx.xx.2021-ci tarixdən nikahın pozulması ilə bağlı qətnamədən və əmlakların bölünməsi ilə qətnamələrdən xx.xx.2023-cü ilədək iki illik iddia müddətini üzürlü səbəbi olmadan ötürmüşdür. İşə baxmış məhkəmə cavabdehin müəyyən olunmuş qaydada iştirakını təmin etsə idi, müddətin keçməsi ilə bağlı cavabdehə ərizənin verilməsinin izah etsə idi, cavabdeh Lobanovanın prosessual hüquqları pozulmamış olardı, o iddia müddətin tətbiqi ilə bağlı ərizəni məhkəməyə vermiş olardı və iddia tələb rədd edilmiş olardı. Həmçinin bildirir ki, xx.xx.2024-cü il tarixdə Bakı şəhəri Nərimanov rayon məhkəməsi tərəfindən zal 8-də İddiaçı tələbinə dair onu cavabdeh qismində məhkəməyə gəlməsi və iclasın keçirilməsi haqqında e-2(005)-3436/2024 №-li bildirişi göndərmişdir. xx.xx.2024-cü il tarixdə saat 12:00-dan saat 14:00-dək 8-№li məhkəmə zalın qarşısında başqa şəxslərlə gözləmiş, lakin, məhkəmə iclası keçirilməmişdir. Bununla yanaşı gələn iclasın vaxtın barədə SMS məlumatı gələcəyini bildirmişlər. Lakin, belə məlumat gəlməmişdir. xx.xx.2025-ci il tarixdə ona məlum olmuşdur ki, onsuz məhkəmə iclası keçirilmiş və xx.xx.2024-cü il tarixdə məhkəmə qətnaməni qəbul etmiş, Voropayevin ona qarşı iddiasını əsassız olaraq iştirakı təmin edilmədən baxılmış və təmin edilmişdir. Bu isə prosessual hüquq normanın pozulması ilə müşahidə olunan onun prosessual hüquqlarının pozulması ilə nəticələnmiş, eyni zamanda qanunsuz və əsassız məhkəmə qətnaməsi qəbul edilmişdir. Beləliklə, Cavabdeh "xxxx"-dan aldığı pulların həqiqi məbləğini və əsasları barədə aldığı sənədi məhkəməyə çatdırmaq imkanından xaric edilmişdir. Beləliklə, işə baxmış məhkəmə onu qanunla müəyyən olunmuş qaydada məhkəmə iclası keçirilməsi və işə baxılması barədə məlumat verməmişdir, iştirakı olmadan, onun prosessual hüquqlarının pozulması ilə müşahidə olunan maddi hüquq hüquqlarının kobud pozulmasına səbəb olan qətnaməni qəbul etmişdir. Cavabdeh ilk məhkəmə iclasında qeyd etmişdir ki, o, xx.xx.2021-ci ildən xx.xx.2023cü il tarixədək 9886,88 manat vəsaiti oğlu X9 üçün almamışdır. Bu halı yoxlamaq üçün məhkəmədən xahiş etmişdir ki, "xxxx"-dan ödəniş üzrə çıxarışı tələb etməklə yoxlanılsın. Lakin, məhkəmə bunu etmədi. Məcbur olub cavabdeh banka sorğu edərək həmin çıxarışı almış, lakin, məhkəmə qanunsuz olaraq onun xəbəri olmadan iclası keçirdiyi üçün məhkəməyə çatdıra bilməmiş və məhkəmə iddiaçı tərəfindən təqdim edilmiş quya 4 saylı Dost Mərkəzi tərəfindən verilmiş şübhəli olan xx.xx.2024-cü tarixli arayışı və ən əsas iddiaçı tərəfindən təqdim olunmuş mühasibat hesablamanı yoxlamayaraq həqiqi hal kimi qiymətləndirmişdir. Beləliklə, məhkəmə tərəfindən prosessual hüquq normasının pozulması ilə nəticələnən iddiaçı tərəfindən təqdim edilmiş şübhəli arayışı bankdan olan sənədi ilə müqayisə etməmiş, yoxlamamış həqiqi hall kimi qəbul etmişdir. Lakin, xx.xx.2024-cü il tarixli "xxxx"-ın verdiyi ödəniş kartı üzrə çıxarışa əsasən, Cavabdeh xx.xx.2021-ci il tarixdən xx.xx.2023-cü il tarixədək cəmi 5.058.19 ( beş min əlli səkkiz manat 19 qəpik) manat pul məbləğini almışdır. Beləliklə, “Kapital Bankın” verdiyi ödəniş kartı üzrə çıxarışa əsasən, məhkəmənin səhvi 4.825 manat 88 qəpik təşkil edir. Həmin məbləğdən analıq pulu 1.390 manat təşkil edir və əsas odur ki, Cavabdeh məhkəməyə bəyan etmişdir ki, onun oğlu əlil deyil və bununla bağlı Prezident təqaüdünü almırdı. Prezident təqaüdü birinci qrup olan şəxslərə verilir. Lakin, Məhkəmə bu dəlili yoxlamamışdır. Cavabdeh Bakı şəhərində qaynanası X11 ilə bir ünvanda yaşayaraq iki xəstə uşağa dayələrin köməyilə himayə edirdi. O vaxt əri olan (iddiaçı) X6 Bişkek şəhərində işləyərək, orada yaşayırdı. Bakıya gələrkən iddiaçı Voropayev uşaqların Bişkek şəhərinə müvvəqqəti olaraq yay tətillərinə üç aylığa qalması mühiti dəyişməsi üçün xx.xx.2021-ci il tarixdən avqustun sonuna kimi yaşamağa aparmışdır. xx.xx.2021-ci tarixli 2(005)-13457/2021 nömrəli Bakı şəhəri Nərimanov rayon məhkəməsinin qətnaməsi ilə iddiaçı Cavabdeh İddiaçı Yevqenyeviç arasında ailə nikahı ləğv edilmiş, xx.xx.2006-cı il təvəllüdlü X10 anası Cavabdeh himayəsində saxlanılmışdır və cavabdeh İddiaçı uşağın saxlanılması üçün yetkinlik yaşına çatanadək hər ay 1.000 manat alimentin tutulması xx.xx.2021-ci tarixdən başlayaraq iddiaçının xeyrinə qət olunmuşdur. xx.xx.2021-ci tarixli 2(005)-2139/2021 nömrəli Bakı şəhəri Nərimanov rayon məhkəməsinin qiyabi qətnaməsi ilə iddiaçı Lobanova cavabdeh Voropayev əldə edilmiş ümumi əmlak bölünmüşdür. Həmin qiyabi qətnamə cavabdehin şikayəti əsasında ləğv olunmuşdur. Bakı şəhəri Nərimanov rayon məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(005)-2310/2022 nömrəli qətnaməsi ilə tərəflər arasında həmin əmlak yenidən bölüşdürülmüşdür. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(103) 7196/2022 nömrəli qətnaməsi ilə iş üzrə əmlakın bölünməsi ilə bağlı xx.xx.2022-ci il tarixli qətnaməni ləğv edərək əmlak yenidən 1/2 və 1/2 hissələrə bölünmüşdür. Ali Məhkəməsinin xx.xx.2023 tarixli 2(102)1304/2023 nömrəli qərarı ilə tərəflərin kassasiya şikayətləri təmin olunmamış, Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Daha sonra Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(103)-225/2023 nömrəlili qətnaməsi ilə Voropayevin şikayəti təmin olunaraq (Lobanovanın xahişi və razılığı ilə) xx.xx.2021-ci il tarixli 2(005)1347/2021 nömrəli Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin (uşağın anasın yanında saxlanılması və uşağın saxlanılması üçün anasının xeyirinə atasından 1.000 manat məbləğində alimentin tutulması haqqında) qətnaməsi qismən ləğv olunaraq, X3 atasına verilməsi qət edilmişdir. Belə ki, iş üzrə məhkəmələr tərəfindən çıxarılmış qətnamələrdə müavinətlərin qaytarılması qeyd olunmur. İddiaçı Cavabdeh qarşı alimentin tutulması təmin olunmuşdur. Lobanova həmin icra vərəqəni icra etmişdir və nəhayət iddiaçının cavabdeh tərəfindən müavinətin alınması bilməməsi nəyinki inandırıcı deyil hətta faktiki hallara uyğun deyil, ona görə ki, iddiaçı Voropayev cavabdeh Lobanova ilə pulun mübahisəsini 2021-ci ildən öncə başlamışdır. Məhkəmə iclasında iştirak edən şəxslərin izahatları Məhkəmə Kollegiyasının əvvəlki iclasında iştirak edən cavabdeh və onun nümayəndəsi-vəkili ayrı-ayrılıqda apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdilər. Məhkəmə Kollegiyasının əvvəlki iclasında iştirak edən iddiaçı və onun nümayəndəsi-vəkili ayrı-ayrılıqda apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etmişdilər. Məhkəmə Kollegiyasının son iclası barədə lazimi qaydada xəbərdar edilmiş tərəflər Məhkəmə Kollegiyasının iclasında iştirak etmədiklərindən işə onların iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Apellyasiya baxışının hədləri Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə əsasən Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Hazırki iş üzrə apellyasiya baxışının hədlərini birinci instansiya məhkəməsinin qətnaməsinin tam yoxlanılması təşkil edir. Tətbiq edilən hüquq Mülki Məcəllə: 135.1-ci maddəsinə əsasən, bu Məcəlləyə uyğun olaraq yalnız fiziki obyektlər əşya sayılırlar. Pullar və sənədli qiymətli kağızlar da əşyadır. 135.2-ci maddəsinə əsasən, əmlak istənilən əşyaların və qeyri-maddi əmlak nemətlərinin toplusudur. 157.2-ci maddəsinə əsasən, mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. 439.4-cü maddəsinə görə öhdəlikdən kənar ödənilmiş pul əsassız varlanma qaydalarına uyğun olaraq geri tələb edilə bilər. 1091.1-ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. 1091.2-ci maddəsinə əsasən əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. 1092.1-ci maddəsinə əsasən varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Mülki Prosessual Məcəllə: 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
80. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır.
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 106.1. İşdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 218.1. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. 384.0.3. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişdirə bilər. 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.
405. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində kassasiya şikayəti verilə bilər.
Məhkəmə Kollegiyasının mövqeyi
Məhkəmə Kollegiyası apellyasiya şikayətinin dəlillərini, iş materiallarını araşdırıb, işdə olan sübutları tədqiq edərək, hesab edir ki, aşağıdakılara əsasən apellyasiya şikayəti qismən təmin edilməli və iş üzrə qəbul olunmuş birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilməlidir. Belə ki, iş materiallarında olan Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2023-cü il tarixli 2(103) 225/2023 saylı qətnaməsindən görünür ki, apellyasiya şikayəti qismən təmin edilmiş, Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(006)-1347/2021 saylı qətnaməsi qismən, yəni “xx.xx.2006-cı il təvəllüdlü X9 (anası) Voropayeva (Lobanova) Natalya Dmitriyevnanın yanında saxlanılması, İddiaçı xx.xx.2021-ci il tarixdən başlayaraq, xx.xx.2006-cı il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 1.000 manat sabit pul məbləğində aliment hesablanaraq Voropayeva (Lobanova) Natalya Dmitriyevnanın xeyrinə tutulması, qətnamənin alimentin tutulması hissəsində dərhal icra olunması” hissələrində ləğv edilməsi, tərəflərin birgə nikahlarından olan xx.xx.2006-cı il təvəllüdlü X3 atası İddiaçı (cavabdehin) yanında saxlanılması qərara alınmışdır. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Maliyyə və Mühasibatlıq üzrə Mərkəzi Filialı tərəfindən İddiaçı Yevgenyeniveçə ünvanlanan xx.xx.2024-cü il tarixli məktubdan görünür ki, “Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun (bundan sonra-“Fond") Sosial ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına ünvanlanmış 13 dekabr 2023-cü il tarixli müraciətə Fondun Maliyyə və Mühasibatlıq üzrə Mərkəzi Filialında baxılmışdır. Bildiririk ki, xx.xx.2006-cı il təvəllüdlü X5 18 yaşınadək sağlamlıq imkanlarının məhdudluğuna görə təyin edilmiş əlilliyə görə ödənilən müavinətin ödənişi xx.xx.2023-cü il tarixində əlilliyin müddəti bitməsi səbəbilə xx.xx.2024-cü il tarixdən dayandırılmışdır. X4 ödənilmiş məbləğ barədə sorğu etdiyiniz məlumatlar Sizə deyil, üçüncü şəxsə aid edildiyindən və “Fərdi məlumatlar haqqında" Azərbaycan Respublikası Qanununun 13.1-ci maddəsinin tələblərinə əsasən bu Qanunun 8.3-cü maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, fərdi məlumatların üçüncü şəxslər tərəfindən mülkiyyətçiyə və ya operatora, eləcə də onlar tərəfindən fərdi məlumatların istənilən üçüncü şəxsə verilməsinə yalnız subyektin yazılı razılığı ilə yol verildiyindən qeyd edilən məlumatın verilməsi mümkün hesab edilməmişdir”. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Dayanıqlı və Operativ Sosial Təminat Agentliyi 4 saylı Bakı DOST Mərkəzi tərəfindən verilən xx.xx.2024-cü il tarixli arayışın surətindən görünür ki, Cavabdeh (FİN xxxxxxx) Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Sosial ödənişlər” altsisteminə əsasən Azərbaycan Respublikası Əmək və Əhalman Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövtət Sosial Müdafiə Fondu publik hüquqi şəxsindən Sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlara (X8, X9) görə aylıq 350 (üç yüz əlli) manat sosial müavinət və sağlamlıq imkanları məhdud 18 yaşınadək şəxslərə qulluq edən şəxslərə aylıq 150 (yüz əlli) manat Prezident təqaüdü təyin edilib. Təyinatın başlama tarixi-xx.xx.2019 (X7 görə sosial müavinət və Prezident təqaüdü). Təyinatın başlama tarixi xx.xx.2020 (X5 görə sosial müavinət və Prezident təqaüdü). Təyinatın bitmə tarixi xx.xx.2020 (X7 görə sosial müavinət və Prezident təqaüdü). Təyinatın bitmə tarixi xx.xx.2023 (X5 görə sosial müavinət və Prezident təqaüdü). **********7385 nömrəli qeydiyyat kartının surətindən görünür ki, X9 Qırğızıstan Respublikası, Bişkek şəhəri, Sverdlovski rayonu, İbrahimova küçəsi, ev 113, mənzil 108 ünvanında qeydiyyatda olmuşdur. (xx.xx.2021-ci ildən 10 06.2022-ci ilədək) Nərimanov RPİ tərəfindən iddiaçının nümayəndəsinə ünvanlanan 50/1-Y-26862/4 saylı, xx.xx.2023-cü il tarixli ərizəyə cavab məktubundan görünür ki, Bakı şəhəri, Nərimanov rayonu, Əlicabbar Orucəliyev küçəsi, ev 45, mənzil 2 anında qeydiyyatda olan İddiaçı Yevgeniyeviç barəsində mülki-hüquqi öhdəliklərin icrasından yayınan şəxs kimi, Nərimanov rayon İcra Şöbəsi tərəfindən daxil olmuş, 2(005)-1347/2021 xx.xx.2021ci il tarixli axtarış qərarına əsasən Nərimanov RPİ-nin İcTŞ-si tərəfindən xx.xx.2021-ci il tarixdə 62134/21 nömrəli axtarış işi açılmışdır. Nərimanov rayon İcra Şöbəsinin xx.xx.2023-cü il tarixli, 10444e139471/21-15-28 saylı məktubunda göstərilmişdir ki, xx.xx.1980-ci il təvəllüdlü İddiaçı Yevgeniyeviç barəsində zərurət aradan qalxdığı üçün barəsində olan axtarış işinə xitam verilməsini xahiş etmişdilər. İddiaçı barəsində olan 62134/21 nömrəli axtarış işi xx.xx.2023-cü il tarixdə xitam edildi. Beləliklə işin faktiki hallarından görünür ki, tərəflərin övladı xx.xx.2006-cı il təvəllüdlü X9 iddiaçı (atası) ilə 07 iyun 2021-ci il tarixdən ölkəni tərk edərək, Qırğızıstan Respublikasına getmiş, həmin müddətdə sonuncu iddiaçının himayəsində olduğu halda onun xəstəliyi ilə əlaqədar təyin edilmiş müavinətlər Cavabdeh tərəfindən əldə olunmuşdur. Belə ki, hazırda iddia tələblərinin dəlillərindən və işin mübahisəsiz hallarından aydın olur ki, qeyd olunan müavinətlər 31 yanvar 2023-cü il tarixədək hesablanmış və ödənilmişdir. Göründüyü kimi cavabdeh sosial müavinət və təqaüd üçün ödənilən vəsaiti təyinatına uyğun istifadə etmədən, heç bir əsas olmadan əldə etmişdir, hansı ki qeyd olunan müddətlərdə xx.xx.2006-cı il təvəllüdlü X9 faktiki olaraq atası, yəni İddiaçı himayəsində yaşamışdır. Məhkəmə Kollegiyası qeyd edir ki, əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Göründüyü kimi Cavabdeh hüquqi əsas olmadan əsassız varlanmış, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmamışdır. Belə olan halda Məhkəmə Kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddia tələbinin mahiyyəti üzrə əsaslı olması barədə gəldiyi nəticə işin faktiki hallarına uyğun olmuşdur və apellyasiya şikayətində də cavabdeh tərəf həmin halları təkzib etməmiş və sosial müavinət və təqaüd üçün ödənilən vəsaiti almasını qəbul etmişdir, lakin həmin vəsaitin iddia ərizəsində göstərilən məbləğdə olmamasını bildirmişdir. Bu baxımdan Məhkəmə Kollegiyası apellyasiya şikayətinin dəlilləri ilə qismən razılaşır. Belə ki, birinci instansiya məhkəməsi iddia tələbinin mahiyyəti üzrə əsaslı olması barədə düzgün nəticəyə gəlsə də, cavabdehdən tutulmalı olan vəsaitin məbləğini düzgün müəyyən etməmişdir. Apellyasiya baxışı zamanı Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Məhkəmə mübahisələri ilə iş üzrə Mərkəzi filialından təqdim edilmiş 3-17-1/2-282457/2025 nömrəli, 21 noyabr 2025-ci il tarixli məktubdan görünür ki, Fondun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının xx.xx.2025-ci il tarixli 3-17-1/3-1-95817/2025 nömrəli məktubuna əsasən Nazirliyin elektron informasiya ehtiyatlarında olan məlumata görə vətəndaş Cavabdeh (FİN: xxxxxxx) xx.xx.2019-cu il tarixindən xx.xx.2023-cü il tarixinədək sağlamlıq imkanları məhdud 18 yaşınadək uşağa qulluq edən şəxslərə görə Prezident təqaüdü təyin edilmişdir. Ödənilən təqaüdün aylıq məbləği xx.xx.2021-ci il tarixindən xx.xx.2022-ci il tarixinədək 50 manat, xx.xx.2022-ci il tarixindən xx.xx.2023-cü il tarixinədək 80 manat, xx.xx.2023-cü il tarixindən xx.xx.2023-cü il tarixinədək 100 manat təşkil edir. Həmçinin, Fondun Maliyyə və Mühasibatlıq üzrə Mərkəzi Filialının xx.xx.2025-ci il tarixli 3-17-1/3-1- 97374/2025 nömrəli məktubuna əsasən qeyd edilən dövr üzrə ümumilikdə 1410,00 manat təqaüd onun "xxxx" ASC-dəki plastik kart hesabına köçürülmüşdür. Eyni zamanda, Nazirliyin elektron informasiya ehtiyatlarında olan məlumata əsasən xx.xx.2014-cü il tarixindən vətəndaş X5 əlilliyə görə müavinət təyin edilmişdir, həmin müavinət xx.xx.2023-cü il tarixinədək D.İddiaçı qəyyumu kimi vətəndaş Cavabdeh ödənilmişdir. Ödənilən müavinətin aylıq məbləği xx.xx.2021-ci il tarixindən xx.xx.2022-ci il tarixinədək 150 manat, xx.xx.2022-ci il tarixindən xx.xx.2023-cü il tarixinədək 200 manat təşkil edir. xx.xx.2025-ci il tarixli məktuba görə isə Cavabdeh "xxxx" ASC-dəki plastik kart hesabına ödənilən müavinət məbləği ümumilikdə 3650,00 manat olmuşdur. Göründüyü kimi cavabdeh tərəfindən sosial müavinət üzrə mübahisələndirilən dövr ərzində 3650 manat, 18 yaşına çatmayan şəxsə qulluq üçün nəzərdə tutulmuş Prezident təqaüdü üzrə 1410 manat isə olmaqla cəmi 5060 manat vəsait əldə etmişdir. Birinci instansiya məhkəməsi isə işin qeyd edilən hallarını araşdırmayaraq tələb edilən vəsaitin dəqiqləşdirilməsi ilə bağlı təqdim edilən sübutları işin faktiki halları baxımdan yoxlamadan cavabdehdən 9886,88 manat vəsaitin tutulması barədə düzgün olmayan nəticəyə gəlmişdir. Bununla yanaşı Məhkəmə Kollegiyası apellyasiya şikayətinin digər dəlilləri ilə razılaşmır və hesab edir ki, həmin dəlillər əsassız olmuşdur. Belə ki, cavabdeh məhkəmə iclasları barədə ona məlumat verilmədiyini qeyd etsə də, apellyasiya şikayətinin məzmunundan eləcə də iş materiallarından görünür ki, cavabdeh məhkəmə iclasları barədə məlumatlı olmuş və birinci instansiya məhkəməsi baxışı zamanı keçirilmiş məhkəmə iclasında iştirak etmişdir (iv.43). Bu baxımdan Məhkəmə Kollegiyası cavabdehin iddia müddəti ilə bağlı dəlillərini də əsassız hesab edir. Çünki cavabdeh birinci instansiya məhkəməsində məhkəmə iclasında iştirak edərək, izahat vermiş, lakin iddia müddətinin tətbiqi barədə ərizə verməmişdir. Halbuki Mülki Məcəllənin 375.2-ci maddəsinə əsasən məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Göründüyü kimi cavabdeh tərəf apellyasiya şikayətində iddia müddətinin ötürülməsini bildirsə də, bununla bağlı olaraq birinci instansiya məhkəməsinə ərizə ilə müraciət etməmişdir. Belə olan halda Məhkəmə Kollegiyası hesab edir ki, cavabdehin iddia müddəti ilə bağlı dəlillərinə mahiyyəti üzrə qiymət verilməməlidir. Qeyd olunanlara əsasən Məhkəmə Kollegiyası hesab edir ki, cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilməli və Cavabdeh 5060 manat (məbləğində sosial müavinət və təqaüd üçün ödənilən vəsait İddiaçı xeyrinə tutulmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə Kollegiyası hesab edir ki, apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu apellyatorun özünə aid edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq Məhkəmə Kollegiyası,
Qət etdi:
Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin e-2(005)-3436/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsi dəyişdirilsin. Cavabdeh 5060 (beş min altmış) manat məbləğində sosial müavinət və təqaüd üçün ödənilən vəsait İddiaçı xeyrinə tutulsun. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu Cavabdeh özünə aid edilsin. Qətnamədən, qətnamə cavabdehə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.