Məhkəmə qərarları › İş №2(103)-5768/2023

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-5768/2023

20.10.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-5768/2023 20.10.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Namiq Cəfərov (sədrlik edən), İkram Şirinov və Elşən Kazımovdan ibarət tərkibdə, Nərgiz Qasımovanın katibliyi, iddiaçının nümayəndəsi Nümayəndə iştirakı ilə, iddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı “subroqasiya qaydasında zərərin əvəzinin ödənilməsi barədə” iddiasına dair mülki iş üzrə Xətai Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(011)-3532/2022 nömrəli qətnaməsindən Cavabdeh apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddia ərizəsində tələb olunub ki, subroqasiya qaydasında zərərin əvəzi kimi 8.939,64 manat cavabdehdən iddiaçının xeyrinə tutulsun. Xətai Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qətnaməsi ilə qət olunub ki, iddia qismən təmin olunsun, 5.635,34 manat cavabdehdən iddiaçının xeyrinə tutulsun, iddianın qalan hissəsi təmin edilməsin. Qətnamədə məhkəmə xərclərinə dair məsələ də həll olunub. Apellyasiya şikayətində tələb olunub ki, qətnamə ləğv edilərək yeni qətnamə qəbul olunsun. Məhkəmə iclasında iştirak edən iddiaçı "xxxx" ASC-nin nümayəndəsi Nümayəndə apellyasiya şikayətinin əsassız olduğunu bildirdi. Cavabdeh məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə işin həlli ilə bağlı aşağıdakıları qeyd edir: xx.xx.2020-ci ildə yol nəqliyyat hadisəsi baş verib, cavabdeh idarə etdiyi avtomobillə yol hərəkəti qaydasını pozaraq başqa avtomobilə - iddiaçı tərəfindən “avonəqliyyat vasitələrinin tam sığortası” növü üzrə sığortalanmış avtomobilə mexaniki zədə yetirib. İddiaçı zədələnmiş avtomobilin sahibinə zərərin əvəzini ödəyib, bundan sonra zərərin əvəzinin ödənilməsi üçün subroqasiya qaydasında cavabdehə qarşı hazırkı iddianı irəli sürüb. İşin bu halları birinci instansiya məhkəməsinin qətnaməsində ətraflı göstərilib, həmin halların təkrar qeyd edilməsinə zərurət yoxdur. Cavabdehin apellyasiya şikayətinin dəlilləri ondan ibarətdir ki, zərərin məbləği düzgün müəyyən edilməyib. İş materiallarından görünür ki, birinci instansiya məhkəməsi sığortalanmış avtomobilin zədələnməsi nətcəsində vurulmuş zərərin məbləğinin müəyyən edilməsi üçün ekspertiza təyib edib, ekspert rəyi ilə müəyyən olunub ki, zərərin məbləği 9.013 manat təşkil edir. Birinci instansiya məhkəməsi həmin məbləğin üzərinə avtomobil təmir edildiyi təqdirdə əlavə xərci (1.622,34 manat ƏDV-ni) əlavə edib, daha sonra alınan məbləğədən (10.635,34 manatdan) mülki məsuliyyətin icbari sığorası üzrə ödənilmiş məbləği (5.000 manatı) çıxmaqla qalan 5.635,34 manatın zərərin əvəzi kimi tutulmasını qət edib. Lakin həmin məbləğdən franşiza (şərtsiz azadolma) çıxılmayıb. Sığorta şəhadətnaməsindən görünür ki, nəqliyyat vasitəsinin zədələnməsi halı üçün sığorta təminatında 100 manat şərtsiz azadolma müəyyən edilib. Ona görə də zərərin məbləğindən (5.635,34 manatdan) 100 manat çıxılmaqla cavabdehdən tutulmalı olan məbləğ 5.535,34 manat müəyyən edilməlidir. Beləliklə, məhkəmə Mülki Məcəllənin 936, 1096 və 1097-ci maddələrinin göstərişlərinə əsaslanaraq hesab edir ki, qətnamə zərərin əvəzi kimi tutulmalı olan pulun məbləğinə aid hissədə dəyişdirilməli, həmin pulun məbləği 5.535,34 manat müəyyən edilməli, qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Mülki-Prosessual Məcəllənin 372, 384-392-ci maddələrinin göstərişlərini rəhbər tutaraq, məhkəmə qət etdi: Apellyasiya şikayəti qismən təmin olunsun. Hazırkı iş üzrə Xətai Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(011)- 3532/2022 nömrəli qətnaməsi Cavabdeh iddiaçı "xxxx" ASC-nin xeyrinə zərərin əvəzi kimi tutulmalı olan pulun məbləğinə aid hissədə dəyişdirilsin və həmin məbləğ 5.535,34 (beş min beş yüz otuz beş tam yüzdə otuz dörd) manat müəyyən edilsin. Qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildikdən sonra 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar