Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-5780/2020 24.08.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Sadıqov Vahid Nəriman oğlu (sədrlik edən və məruzəçi), Əsgərov Qürbət Ağa oğlu və İmanov Azad Nizam oğlundan ibarət tərkibdə, Qəşəmzadə Fuad Vahid oğlunun katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi-vəkili X1 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “aliment tələbinə dair” mülki iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli 2(004)-1908/2020 saylı qətnaməsindən iddiaçının apellyasiya şikayətinəBakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, müalicəsi və ona qulluq etməyə görə kənar şəxsin göstərdiyi xidmətin haqqını ödəmək üçün bir dəfəlik olaraq 30000 manat və hər ay 1000 manat sabit pul məbləğində alimentin cavabdehdən tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini belə əsaslandırmışdır ki, o, xx.xx.1949-cu il tarixdə Bakı şəhərində anadan olmuş, X5 ilə birgə nikahlarından iki övladları olmuş, onlardan biri xx.xx.1976-ci ildə doğulmuş Cavabdehdur. X9 hazırda ailə qurmuş və iki övladı vardır. X12 2012-ci ildə ölmüşdür. Özü oğlundan ayrı evdə yaşamış və münasibətləri normal olmuşdur. Yaşının çoxluğu və müxtəlif xəstəliklər səbəbindən daimi nəzarətə və qayğıya ehtiyacı vardır. Əvvəllər oğlu və gəlini nəvələri ilə birlikdə vaxtaşırı ona baş çəkmiş, qayğısına qalmışlar. Lakin, əmlak mübahisələri ilə əlaqədar olaraq son vaxtlar oğlu Mirkamalın ailəsi ilə aralarında müəyyən soyuqluq yaranmışdır. 2019-cu ilin əvvəlindən başlayaraq isə artıq nə oğlu, nədəki ailə üzvlərindən heç kim onunla əlaqə saxlamır və maraqlanmır. Qeydiyyatda olduğu ünvanda tək yaşamaq məcburiyyətindədir. Aldığı pensiya məbləği isə çoxsaylı dərman və müalicə xərclərinə kifayət etmir. Ev işlərində və özünə qulluqda başqa şəxsin köməyinə və nəzarətinə ehtiyac vardır. Lakin təklif olunan qulluqçu xidmətlərinin haqqını ödəmək imkanı yoxdur. Vaxtaşırı olaraq digər övladı olan qızının yanına gedir və o ona lazımi diqqət və qayğını göstərir. Lakin, qızı ailəli olduğundan və ayrı yaşadığından daimi olaraq onları narahat etmək istəmir. Mülkiyyətində olmuş və ümumi dəyəri bir milyon manatdan artıq bütün daşınmaz əmlakını bir neçə il öncə oğluna bağışlamışdır. Hazırda isə öz mülkiyyətində heç bir daşınmaz əmlak qalmamışdır. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli 2(004)- 1908/2020 saylı qətnaməsi ilə iddia təmin edilməmişdir. Qətnamədən apellyasiya şikayəti verən iddiaçı onun ləğv edilməsi və iddianın təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayətinə görə məhkəmə yalnız cavabdehin təqdim etdiyi sübutlara qiymət verərək, qərəzli nəticəyə gəlmişdir. Təqdim etdiyi tibb müəssisələrindən olan arayışlara, müalicəsi üçün tələb olunan xərclərlə bağlı sənədlərə məhəl qoymamışdır. Cavabdehin maddi imkanı onun aldığı məvaciblə deyil, əmlak vəziyyəti və sərəncamında olan nağd pul kütləsiylə ölçülməlidir. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi. Həmçinin qeyd etdi ki, Tağıyev küçəsindəki mənzili 990.000 manata, bağ evini isə 27.000 manata satmış, həmin pullardan ona çatası məbləği verməmişdir. Halbuki, mənzil satılarkən qızına (yəni cavabdeh bacısına) pul verməli, ona isə oğlu (cavabdeh) baxmalı idi. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi-vəkili qeyd etdi ki, apellyasiya şikayətində göstərilənlər əsassızdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi, işə işdə olan və əlavə təqdim olunan sübutlar əsasında mahiyyət üzrə baxır. Həmin Məcəllənin 372.6 maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Məcəlləsinin 372.7 maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki,şikayət təmin edilmədən, birinci instansiya məhkəməsinin qətnaməsi isədəyişdirilmədən saxlanılmalıdır. İş materiallarına əlavə olunmuş Azərbaycan Televiziya və Radio verilişləri QSC-nin xx.xx.2020-ci il tarixli 15 nömrəli arayışından müəyyən edilir ki, Cavabdeh həqiqətən səs rejissoru vəzifəsində işləyir. Orta aylıq əmək haqqı 575 manatdır. Sosial ayırmalar və gəlir vergisi çıxıldıqdan sonra ələ ödəniləcək məbləğ 424 manat təşkil edir. İş materiallarına əlavə edilmiş AR ƏƏSMN yanında DSMF-nin X4 İdarəsinin xx.xx.2020-ci il tarixli **********1 nömrəli məktubunda bildirilir ki, xx xxxx 1949-cu il təvəllüdlü İddiaçı ailə başçısını itirməyə görə 2019-cu ilin noyabr ayından etibarən idarə tərəfindən hər ay 678,45 manat məbləğində əmək pensiyası ödənilir. Birinci instansiya məhkəməsi Ailə məcəlləsinin 82-ci maddəsinə əsasəlanaraq iddianın rədd edilməsi barədə gəldiyi nəticəni belə əsaslandırmışdır ki, həmin maddənin dispoziyasına görə maddi yardıma ehtiyacı olan və əmək qabiliyyəti olmayan valideynlər yetkinlik yaşına çatan övladlarından aliment tələb edə bilərlər. Hazırki iş üzrə İddiaçı əmək qabiliyyəti olmasa da, maddi yardıma ehtiyacı yoxdur. Belə ki, iddiaçı tək yaşayır və o, hər ay 678 manat əmək pensiyası alır. Cavabdeh isə gəlir vergisi və sosial ayırmaları çıxdıqdan sonra hər ay 424 manat əmək haqqı alır, himayəsində arvadı və iki övladı vardır. Məhkəmə Kollegiyası birinci instansiya məhkəməsinin qənaətini qanuni və əsaslı hesab edir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 82.1-ci maddəsinə əsasən, əmək qabiliyyəti olan yetkinlik yaşına çatmış övladlar maddi yardıma ehtiyacı olan əmək qabiliyyəti olmayan valideynlərini saxlamağa və onlara qayğı göstərməyə borcludurlar. Məcəllənin 82.2-ci maddəsinə əsasən, aliment ödənilməsi barədə saziş olmadıqda əmək qabiliyyəti olmayan və maddi yardıma ehtiyacı olan valideynlər üçün aliment əmək qabiliyyəti olan və yetkinlik yaşına çatmış övladlardan məhkəmə qaydasında tutulur. İş materiallarında olan Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2019-cu il tarixli qətnaməsindən görünür ki, Bakı şəhəri 12 saylı notariat kontorunun xüsusi notariusu X6 tərəfindən xx.xx.2018-ci il tarixdə təsdiq olunmuş və reyestrdə 7E4027 nömrə ilə qeyd edilmiş ərizə ilə İddiaçı qeydiyyatda olduğu, oğlu X2 adına olan ünvan 1 ünvanında yerləşən 12 saylı mənzilin satış dəyərindən kompensasiya şəklində ona 50000 manat ödənildiyini, gələcəkdə həmin mənzil ilə əlaqədar X3 qarşı heç bir iddia tələbinin və şikayətinin olmayacağını göstərmişdir. Göründüyü kimi xx.xx.2018-ci il tarixdə cavabdeh tərəfindən iddiaçıya 50000 manat məbləğində kompensasiya verilmişdir. İşin müəyyən edilmiş hallarını nəzərə alan Kollegiya hesab edir ki, iddiaçının tələbi və apellyasiya şikayəti əsassızdır. Şərh olunanları ümumiləşdirərək kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi işin faktiki halları ilə bağlı düzgün nəticəyə gəlmişdir və apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğvi üçün əsas təşkil etmir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-nin 382, 384.0.1, 392, 393, 402 və 405-ci maddələrini maddələrini rəhbər tutaraq, Məhkəmə Kollegiyası Q ə t e t d i: Apellyasiya şikayəti təmin olunmasın. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-1908/2020 saylı iş üzrə xx xxx 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən onun surəti işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən Vahid Sadıqov Hakimlər Qürbət Əsgərov Azad İmanov
Məhkəmə qərarları › İş №2(103)-5780/2020
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-5780/2020
24.08.2020 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver