Məhkəmə qərarları › İş №2(103)-5791/2020

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-5791/2020

29.07.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Sığorta ödənişinin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-5791/2020 29.07.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər İsgəndərov Akif Əsgər oğlunun sədrliyi və məruzəsilə, Kərimli İlham Əziz oğlundan və Kazımov Elşən Cələddin oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Arifli Şamxal Mehdi oğlunun katibliyi, İddiaçı iştirakı ilə, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(006)-1054/20 saylı qətnaməsindən İddiaçı tərəfindən verilmiş apelyasiya şikayəti üzrə işə baxaraq müəyyən etdi: İddiaçı cavabdehlər Azərbaycan Respublikası Dövlət X4 və AzərbaycanRespublikası DİN Baş Mühafizə İdarəsinə qarşı “sığorta pulu və mənəvi ziyana görə kompensasiyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, daxili işlər orqanlarında xidmət dövründə xəsarət alması ilə bağlı 5 illik əmək haqqı məbləğinin 60%-i miqdarında sığorta pulunun, mənəvi ziyana görə 10000 manat pulun və 30 manat dövət rüsumunun cavabdeh Azərbaycan Respublikası Dövlət X2 tutulub ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli qətnaməsi ilə (hakim S.Mustafayeva, iş N 2(006)-1054/20) iddia təmin olunmamışdır. İddiaçı qətnamədən narazı qalaraq apelyasiya şikayəti vermişdir. İşin halları: İddiaçı tələbini daxili işlər orqanlarında xidmətdən azad edilməsi üçün əsas olmuş xəstəliyin xidmət dövründə yaranması və bu əsasla da ona sığorta pulu ödənilməli olması ilə əsaslandırmışdır. İddiaçı daha sonra göstərmişdir ki, ona 2-ci qrup əlillik dərəcəsi təyin olunduqdan sonra sığorta ödənişi üçün cavabdehələrə müraciət etsə də, cavabdehlər əsassız olaraq onun tələbini təmin etməmişlər. Birinci instansiya məhkəməsində işə baxılarkən cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Mühafizə İdarəsinin nümayəndəsi iddianı qəbul etməmiş və izahatında göstərmişdir ki, İddiaçı “Azərbaycan Respublikası daxili işlər orqanlarında xidmət keçmə haqqında Əsanamə”nin 135-ci maddəsinin 6-cı bəndinəəsasən xidmətdən xaric olunmuşdur. Həmin maddəyəəsasən xidməti vəzifələrin icrası iləəlaqədar xəsarət alındığı halda sığorta ödənişi ödənilməlidir. İddiaçı isə xidməti vəzifələrinin icrası iləəlaqədar alınmış xəsarətlə bağlı yox, xəstəliklə bağlı xaric olunmuşdur. Bu halda qanunvericiliyin tələblərinəəsasən sığorta ödənişi ödənilə bilməz. Bu halda xəstəlikləəlaqədar pensiya verilməlidir ki, həmin məbləğ də ödənilir. Cavabdehin nümayəndəsi göstərilənlərəəsasən iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Cavabdeh Azərbaycan Respublikası Dövlət X3 nümayəndəsi birinci instansiya məhkəməsində işə baxılarkən məhkəmə iclasında iştirak etməmişdir. Lakin həmin Şirkətin iddiaçıya göndərdiyi xx.xx.2014-cü il tarixli xx-xx-1959 saylı imtina məktubunda qeyd olunmuşdur ki, “Məhkəmə və hüquq-mühafizə orqanları işçilərinin dövlət icbari şəxsi sığortası haqqında” Azərbaycan Respublikasının x xxxxxxx 1999-cu il tarixli Qanununun 5-ci maddəsinəəsasən sığortalı məhkəmə və hüquq-mühafizə orqanları işçilərinin xidmət vəzifələrinin icrası iləbağlı həlak olması (vəfat etməsi), zədələnməsi, yaralanması, xəsarət alması sığorta hadisələri hesab edilir. Azərbaycan Respublikası DİN-nin X6 Həkim Komissiyasının xx xxxxxx 2014-cii il tarixli 73 saylı X1 göründüyü kimi, İddiaçı xəstəlikləəlaqədar DİO-dan xidmətdən xaric edilmişdir və xx xxx 2014-cü il tarixdə 13 saylı X8 Komissiyası tərəfindən ona xəstəlikləəlaqədar İİ qrup əlillik dərəcəsi təyin edilmişdir ki, bu da “Məhkəmə və hüquq-mühafizə orqanları işçilərinin dövlət icbari şəxsi sığortası haqqında” Qanuna əsasən sığorta hadisəsi sayılmır. İş üzrə yuxarıda göstərilən məhkəmə qətnaməsi qəbul edilmişdir. Apelyasiya şikayətinin dəlilləri: Apelyasiya şikayəti birinci instansiya məhkəməsi tərəfindən işin hallarının tam, hərtərəfli və obyektiv araşdırılmaması, iş üçün əhəmiyyətli olan bir sıra halların, o cümlədən əlillik dərəcəsinin təyin olunması üçün əsas olmuş xəstəliyin xidməti vəzifələrin icrası ilə əlaqdar yaranıb-yaranmadığını müəyyən etmək məqsədilə ətraflı araşdırmanın aparılmaması ilə əsaslandırılmışdır. İddiaçı məhkəmə kollegiyasının iclasında apelyasiya şikayətini müdafiə edərək onun məzmununa uyğun izahat verdi və təmin olunmasını xahiş etdi. İşə baxılmasının vaxtı və yeri haqqında lazımi qaydada məlumat verilməsinə baxmayaraq cavabdeh məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası MPM-in 376.2-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Hüquqi məsələlər: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Mülki Prosessual Məcəllənin 372.6 və 372.7-ci maddələrinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası sədrlik edənin işin hallarına dair məruzəsini, iddiaçının izahatını dinləyib, apelyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apelyasiya şikayəti təmin edilməməli, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin iş üzrə xx xxxxxx 2020-ci il tarixli qətnaməsi həmin şikayətə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası bu qənaətə gələrkən aşağıdakıları nəzərə aır. İşdən görünür ki, İddiaçı 1968-ci il təvəllüdlü olmaqla 1997-ci ildən daxili işlər orqanlarında – Binəqədi rayon X7 İdarəsində polis nəfəri-sürücü kimi çalışmış, 18 il 2 ay 26 gün xidmət etdikdən sonra xx.xx.2014-cü ildə DİN X6 Həkim Komissiyası tərəfindən daxili işlər orqanlarında xidmətə yararsız sayılmışdır. Həmin xəstəlik şəhadətnaməsində İddiaçı “Mədənin Cr-i, T4 N2 M0. Mədənin total rezeksiyasından (xx.xx.2013) və PKT-dan sonrakı vəziyyət. Hipertoniya xəstəliyi İİ mərhələ. Asteno-nevrotik vəziyyət” diaqnozu ilə xəstəlikdən əziyyət çəkdiyi və bu xəstəliyin daxili işlər orqanlarında xidmətkeçmə dövründə alındığı qeyd olunmuşdur.DİN Baş Mühafizə İdarəsinin xx xxxxxx 2014-cü il tarixli, 212 saylı əmri ilə "Azərbaycan Respublikasının daxili işlər orqanlarında xidmət keçmə haqqında Əsasnamə"nin 135-ci maddənin 6-cı bəndi əsas götürülməklə İddiaçı (səhhətinə görə) xidmətdən xaric olunmuşdur.Əmrin verilməsi üçün əsas adı çəkilən xəstəlik şəhadətnaməsi olmuşdur. xx.xx.2014-cü il tarixdə iddiaçıya 13 saylı X8 Komissiyası tərəfindən ikinci qrup əlillik dərəcəsi verilmişdir. İddiaçı ilkin olaraq məhkəmə və hüquq-mühafizə orqanları işçilərinin dövlət icbari şəxsi sığortası üzrə sığorta ödənişinin verilməsi barədə ərizə ilə Dövlət X4 müraciət etmiş, lakin Sığorta şirkəti iddiaçının xəstəliklə əlaqədar İİ qrup əlillik dərəcəsi almasının sığorta hadisəsi sayılmadığını əsas gətirərək ərizəni təmin etməmişdir. İddiaçı xx.xx.2019-cu il tarixdəcavabdehlər Azərbaycan Respublikası Dövlət X4 və AzərbaycanRespublikası DİN Baş Mühafizə İdarəsinə qarşı “sığorta pulu və mənəvi ziyana görə kompensasiyanın ödənilməsi” tələbinə dair hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçının konkret tələbi daxili işlər orqanlarında xidmət dövründə xəsarət alması ilə bağlı 5 illik əmək haqqı məbləğinin 60%-i miqdarında sığorta pulunun, mənəvi ziyana görə 10000 manat pulun və 30 manat dövət rüsumunun cavabdeh Azərbaycan Respublikası Dövlət X2 tutulub ona ödənilməsi barədədir. Göründüyü kimi, iddia ərizəsində cavabdeh kimi həm Dövlət X5, həm də DİN-nin Baş Mühafizə İdarəsi göstərilsə də, iddiaçı sığorta pulunun ödənilməsini konkret olaraq Dövlət X2 tələb edir. İddiaçı tələbinin faktiki əsası kimi daxili işlər orqanlarında xidmət dövründə xəsarət almasına, hüquqi əsası kimi isə Mülki Məcəllənin 883.1, 903, 922, 925.1, 926, 928-ci maddələrinə və “Məhkəmə və hüquq-mühafizə orqanları işçilərinin dövlət icbari şəxsi sığortası haqqında” Qanunun 5-ci maddəsinə istinad etmişdir. “Məhkəmə və hüquq-mühafizə orqanları işçilərinin dövlət icbari şəxsi sığortası haqqında” qanunun 5-ci maddəsinəəsasən məhkəmə və hüquq mühafizə orqanları işçilərinin xidmət vəzifələrinin icrası ilə bağlı həlak olması (vəfat etməsi), xəsarət (yaralanma, travma, kontuziya) alması sığorta hadisələri hesab edilir. Cavabdehlər “Azərbaycan Respublikası daxili işlər orqanlarında xidmət keçmə haqqında Əsanamə”nin 135-ci maddəsinin 6-cı bəndinəəsaslanaraq iddianı qəbul etməmiş və sığorta hadisəsinin baş vermədiyini bildirmişlər. “Azərbaycan Respublikasının daxili işlər orqanlarında xidmət keçmə haqqında Əsanamə”nin135-ci maddəsinin 6-cı bəndinəəsasən səhhətinə görə, o cümlədən uzun müddətli (4 aydan artıq) xəstəlikləəlaqədar vəzifəsini yerinə yetirməsinin qeyrimümkünlüyü barədə tibbi-həkim komissiyasının rəyi olduqda daxili işlər orqanlarının əməkdaşı xidmətdən xaric edilə bilər. Cavabdehlərin fikrincə yalnız xidməti vəzifələrin icrası iləəlaqədar xəsarət alındığı halda sığorta ödənişi ödənilməlidir. İddiaçı isə xidməti vəzifələrinin icrası iləəlaqədar alınmış xəsarətlə bağlı yox, xəstəliklə bağlı xaric olunmuşdur. Bu halda qanunvericiliyin tələblərinəəsasən sığorta ödənişi ödənilə bilməz. Bu halda xəstəlikləəlaqədar pensiya verilməlidir ki, həmin məbləğ də ödənilir. Birinci instansiya məhkəməsi “Məhkəmə və hüquq-mühafizə orqanları işçilərinin dövlət icbari şəxsi sığortası haqqında” Qanunun 5-ci maddəsini və “Azərbaycan Respublikası daxili işlər orqanlarında xidmət keçmə haqqında Əsanamə”nin 135-ci maddəsinin 6-cı bəndini rəhbər tutaraq bu qənaətə gəlmişdir ki, sığorta ödənişinin həyata keçirilməsi üçün zəruri olan sığorta hadisəsi baş vermədiyindən iddiaçıya sığorta ödənişi ödənilə bilməz. Belə ki, iddiaçının xəstəliyi daxili işlər orqanlarında xidmət dövründə yaranmış olsa da, xidməti vəzifələrin icrası ilə bilavasitəəlaqədar olmamışdır. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəflər arasında yaranmış mübahisəni düzgün həll etmiş, qətnamə maddi və prosessual hüquq normalarına uyğun çıxarılmış, iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun və yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırılmışdır. Apelyasiya şikayətinin dəlilləri hazırkı iş üzrə qətnamənin dəyişdirilməsi üçün əsas ola bilməz və ona görə də birinci instansiya məhkəməsinin qətnaməsi həmin apelyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalı, apelyasiya şikayəti təmin edilməməlidir. İddiaçı apelyasiya şikayətində birinci instansiya məhkəməsi tərəfindən işin hallarının tam, hərtərəfli və obyektiv araşdırılmamasına, iş üçün əhəmiyyətli olan bir sıra halların, o cümlədən əlillik dərəcəsinin təyin olunması üçün əsas olmuş xəstəliyin xidməti vəzifələrin icrası ilə əlaqdar yaranıb-yaranmadığını müəyyən etmək məqsədilə ətraflı araşdırmanın aparılmamasına istinad etmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini əsassız sayır və ilk növbədə qeyd edir ki, iddia tələbinin əsası kimi istinad olunan halları sübut etmək vəzifəsi sübutetmə yükünə görə məhz iddiaçının özünün üzərinə düşür. İddiaçı isə bununla bağlı, yəni xəstəliyin xidməti vəzifələrin icrası ilə bilavasitəəlaqədar olmasına dairhər hansı mötəbər sübut təqdim etməmişdir. Məhkəmə kollegiyasının qənaətinə görə cavabdehlər iddiaya qarşı etirazın əsası kimi istinad etdikləri faktları sübuta yetirə bilmişlər. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsində sübut etmə vəzifəsi tərəflər arasında bölüşdürülmüşdür. İddiaçı və cavabdeh öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halları sübut etməlidirlər. İddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Cavabdeh isə iddiaya qarşı etirazını əsaslandırdığı faktları sübut etməlidir. Konkret mülki işdə tərəflərdən hər birinin sübut etməli olduqları faktların dairəsi mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normasının məzmunu nəzərə alınmaqla müəyyən edilir. Hər bir dəlilin söykəndiyi sübutun mötəbərliyi şübhə yaratmamalıdır. Göründüyü kimi, qanunvericilik sübutlar təqdim edilməsi və sübut edilməsi vəzifəsini hər bir tərəfin öz üzərinə qoymuş, öz zərərinə olan hər hansı sübutun təqdim edilməli olması şərt kimi nəzərdə tutulmamışdır. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəlləsinin 78.1-ci maddəsinin tələblərinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Məhkəmə kollegiyasının qənaətinə görə işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar bir-birini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir. Məhkəmə kollegiyası qeyd edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Məhkəmə kollegiyasının qənaətinə görə bu mənada iddiaçının irəli sürdüyü faktiki hallar onun iddia tələbinin qanuni əsasının dispozisiya şərtləri ilə uzlaşmır. Bu baxımdan birinci instansiya məhkəməsi iddianı rədd etməkdə haqlı olmuşdur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.1, 392, 393 və 402-403, 404-406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə t e t d i: İddiaçı apelyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin iş üzrə xx xxxxxx 2020-ci il tarixli qətnaməsi həmin apelyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Akif İsgəndərov Hakimlər: İlham Kərimli Elşən Kazımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar