Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-5795/2023 02.10.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qızına qarşı işi üzrə QƏTNAMƏSİ Açar sözlər: («alimentin artırılması») hakimlər X1 (sədrliyi və məruzəsi ilə), İmanov Azad Nizam oğlu və Məmmədov Məmməd Allahverdi oğlundan ibarət tərkibdə,hakim köməkçisi Həsənova Ləman Rasim qızının katibliyi, cavabdehin iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “aliment” tələbinə dair Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-4135/2023 saylı işi üzrə 11 iyul 2023-cü il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş şikayətə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İşin halları və iş üzrə məhkəmə icraat(lar)ı:
1. İddiaçı Cavabdeh qarşı "aliment” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh X10 ilə faktiki nikahlarından xx.xx.2008-ci il tarixində anadan olmuş X12 və xx.xx.2012-ci il tarixində anadan olmuş X8 adlı uşaqları yetkinlik yaşına çatanadək saxlanılması üçün hər birinə hər ay 220 manat olmaqla, 440 manat alimentin tutularaq ona verilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir.
2. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-4135/2023 saylı işi üzrə 11 iyul 2023-cü il tarixli qətnaməsi ilə (Konstitusiyanın 34-cü maddəsinin İV və V hissələrinə; “Uşaq hüquqları haqqında” Konvensiyanın 3-cü maddəsinin 1 -ci bəndinə , 18-ci maddəsinin 1 -ci bəndinə, 27ci maddəsinin 2-ci bəndinə; Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanunu 19cu maddəsinə; Ailə Məcəlləsinin 75.1 , 89, Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1 -ci maddələrinə istinadən) iddia tələbinin təmin olunmaması qət edilmişdir. Qətnamədə qeyd edilmişdir ki, Məhkəmə valideynlərin uşaqların saxlanması ilə bağlı bərabər öhdəlik daşıması prinsipini rəhbər tutaraq, belə qənaətə gəlir ki, İddiaçı X4 pensiya kartını saxlamaqla, ona təyin edilmiş pensiyanı alır, onun hazırda uşaqların nənəsi Cavabdeh alimentin ödənilməsi tələbi əsassızdır.
3. İşin icraatı zamanı müəyyən edilmişdir:- X10 ilə İddiaçı arasında olan nikah 05 iyun 2015-ci il tarixdə pozulmuşdur; - Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-4753/2019 saylı, 14 may 2019-cu il tarixli qətnaməsi ilə İddiaçı cavabdeh X6 qarşı alimentin miqdarının dəyişdirilməsi tələbinə dair iddiası qismən təmin edilərək, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-6278/2012 nömrəli 12 dekabr 2012-ci il tarixli qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı dəyişdirilmiş, 17 noyab 2008-ci il təvəllüdlü X12 və 09 aprel 2012-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanması üçün cavabdeh X3 hər ay hər uşağa görə 110 manat olmaqla, cəmi 220 manat miqdarında alimentin tutularaq İddiaçı xeyrinə ödənilməsi qət edilmişdir; - Göyçay Rayon İcra və Probasiya Şöbəsi tərəfindən verilmiş 05 iyul 2019-cu il tarixli 9xx-xx/2019 nömrəli arayışın surətinə əsasən, İddiaçı sabiq həyat yoldaşı X3 iki nəfər uşağın saxlanılması üçün cəmi 174 manat aliment pulu kəsdirib, lakin sabiq həyat yoldaşı Elşad Bəşirov "X5” diaqnozu ilə xəstəxanada stasionar müalicədə olduğu üçün o, aliment kəsilən gündən bu günə kimi heç bir aliment pulu almamışdır; - Göyçay Regional Ədliyyə İdarəsi tərəfindən İddiaçı Akif qızına ünvanlanmış 22 avqust 2022-ci il tarixli D-789 nömrəli məktubun surətinə əsasən, məhkəmə qərarının icrasına dair Ədliyyə Nazirliyinin İcra Baş İdarəsindən daxil olmuş müraciətə idarədə baxılmış, müəyyən edilmişdir ki, Yasamal Rayon Məhkəməsinin xx.xx.2012-cü il tarixli icra vərəqəsinə əsasən iki uşağın yetkinlik yaşına çatanadək saxlanması üçün X3 hər ay bir uşağa görə 87 manat olmaqla cəmi 174 manat miqdarda aliment tutularaq iddiaçının xeyrinə ödənilməlidir. Həmçinin Xətai Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli icra vərəqəsinə əsasən alimentin miqdarı dəyişdirilərək 220 manat miqdarında müəyyən edilmişdir. İcra sənədləri Göyçay rayon icra və probasiya şöbəsinin icraatına daxil olmuş, icraya yönəldilmiş, sorğular nəticəsində borclunun tələbin yönəldilə biləcək gəlir və əmlakı aşkar edilməmişdir. Göyçay rayon icra və probasiya şöbəsindən təqdim edilmiş arayışda icraat zamanı borclunun olduğu yeri müəyyən etmək mümkün olmadığından onun barəsində xx.xx.2022-ci il tarixdə borclunun axtarılması barədə qəbul edilərək Göyçay rayon polis şöbəsinə göndərildiyi qeyd edilmişdir. Axtarış işinin nəticəsindən asılı olaraq icra və probasiya şöbəsi tərəfindən zəruri icra tədbirləri davam etdiriləcəkdir; - Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-2315/2023 saylı 13 apel 2023cü il tarixli qətnaməsinin surətinə əsasən, İddiaçı cavabdeh X6 qarşı "alimentin məbləğinin artırılması” tələbinə dair iddiasının təmin edilməməsi qət edilmişdir; - Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Tibbi-Sosial Ekspert Komissiyasında sonuncu müayinəyə dair məlumatın verilməsi barədə çıxarışa əsasən, X4 ikinci dərəcəli əlil olmaqla, əmək qabiliyyətsizdir, ona F20 Şizofreniya, X5 X11 Qüsur Halı, Şəkərli Diabet, Tip 2, Orta Ağır diaqnozu qoyulmuşdur; - "Elektron məhkəmə” informasiya sistemindən olan çıxarışa əsasən İddiaçı Bakı şəhəri üzrə Təhsil İdarəsində biologiya müəllimi işləyir, əmək haqqı 638.63 manat təşkil edir; - "Elektron məhkəmə” informasiya sistemindən olan çıxarışdan görünür ki, Cavabdeh Bakı Avrasiya Universitetində biologiya mütəxəssis işləyir, əmək haqqı 500 manat təşkil edir (iş səh. 10,11, 13, 14, 33-36). Apelyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri
4. İddiaçı apellyasiya şikayəti verərək, Bakı şəhəri Xətai rayon məhkəməsinin 2(011)- 4135/2023 saylı, 11 iyul 2023-cü il tarixli qətnaməsinin ləğv edilərək iddianın təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayətində Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 77, 386, 387-ci maddələrinə istinadən qeyd edilmişdir ki, cavabdeh olan ana alimentin ödənilməsini illər ərzində uzadaraq az-az, hissəhissə ödəsədə son bir ildə oğluna əlillik düzəldərək 2-ci qrup əlillik dərəcəsi almış və artıq X4 aliment ödəmədiyini özüdə bilir.O da, haqlı olaraq qanunveriçiliyin tələblərinə əsaslanaraq cavabdeh olan, uşaqların nənəsindən aliment tələbi ilə məhkəməyə müraciət etmişdir. Cavabdeh isə Bakı Avrasiya universitetində müəllimə (dekan və ya dekan müavini) işləyir. Aliment ödəmək qabiliyyəti vardır. Bütün bunları məhkəməyə təqdim etmişdir. Bütün bunların təsdiqini iddiaçı olaraq o, düzünə və dolayısı ilə məhkəmənin nəzərinə çatdırır. Lakin iddianı təmin etməməklə məhkəmə ədalətsizli edərək, qərəzli şəkildə, cavabdehin mövqeyindən, birtərəfli və natamam nəticə vermişdir. Bu nöqteyi nəzərdən hakim tərəfindən maddi hüquq norması pozularaq iddianın tam təmin edilməsi yönündə deyil, işə qərəzli, qeyri obyektiv, birtərəfli, yəni cavabdehin mövqeyindən iddianın rədd edilməsi yönündə maddi hüquq normalarını tətbiq etmişdir. Halbuki, işin düzgün araşdırılması, sənədlərə düzgün qiymət verilməsi, təqdim edilən sübutların araşdırılması düzgün maddi hüququ normalarının tətbiq edilməsinə gətirib çıxarmaqla iddianın bötüvlükdə təmin edilməsinə gətirib çıxarardı. Məhkəmə tərəfindən şikayət araşdırılarkən (natamam) tərəf olaraq prossesual hüququ pozulmuşdur. Belə ki, məhkəmə iclaslarında bizlərə qarşı qərəzli mövqe nümayiş etdirilmiş, məhkəmədə ədalətli araşdırma təmin edilməmişdir.Onun dinlənmə hüquqları kobud şəkildə pozularaq sözü yersiz və qanunsuz olaraq kəsilmiş, tərəfindən verilən vəsatətlər dilənməməklə yanaşı hüquqi qiymət verilməmişdir. Artıq məhkəmə kobud prossesual pozuntular etməklə tərəflərin özünün mövqeyini qabaqcadan bildirmişdir ki, onların məhkəmədə haqlı tələblərinin dinlənməsinə, vəsatətlərinə, təkliflərinə və ümumiyyətlə araşdırmalarda iştirak etmələrinə belə ehtiyac belə qalmamışdır. Məhkəmə iştirak etməyinə baxmayaraq tərəf olaraq öz statuslarından istifadə belə edə bilməmdir. Məhkəmə tərəfindən hüquqlarından istifadə vasitələrindən zərərsizləşdirilmişlər. Hakim tərəfindən iş qərəzli araşdırılaraq lazım olan hallar, tərəflərin maddi imkanları, işləyib işləməmələri, hazırki ailə durumları araşdırılmamışdır.Ona hüquqlarını müdafiə edə bilmək üçün hər hansı bir imkan yaradılmamış, araşdırmanın dəlilləri gizlədilməyə yönələrək və birmənalı olaraq dərhal baxaraq ədalətsiz nəticə verilmişdir. Real olaraq X10 ikinci qrup əlildir. Fəaliyyət qabiliyyətsiz deyil. Lakin aliment ödəmədiyi üçün tərəfindən cavabdeh olan nənədən aliment istənilmişdir. X10 ilə nikahlarından iki nəfər uşaqlarını olması, X4 ikinci qrup əlil olması aşkar ortada, aliment ödəməməsi sübut kimi təqdim edilmişdir. Bunlar müəyyən edilmiş hallardır. Lakin bunun əksini sübut edilmədiyi halda məhkəmə tərəfindən iddia tələbi təmin edilməmişdir. Birinci instansiya məhkəmə tərəfindən heç bir mühüm əhəmiyyət kəsb edən hal araşdırılmadan, məqsədli şəkildə iddianın rədd edilməsinə yönəldilmişdir. Məhkəmə tərəfindən də müəyyən edilir ki, X10 əlildir və aliment ödəmir. Lakin nəticə iddianın rədd edilməsi olmuşdur. Bu ziddiyətdir və məhkəmə tərəfindən düzgün olmayan nəticəyə gəlinmişdir. Sübutlar tərəfindən məhkəməyə təqdim edilmiş və əfsuslar olsun ki, məhkəmə tərəfindən mövcüd sübutlara və işin faktiki hallarına, bizim madi durumlarına, işin həqiqəti əks etdirən və hakimlərin daxili inamına əsaslanacaq faktlara qiymət verilməmiş və ədalətsiz nəticəyə gəlinmişdir. Məhkəmə tərəfindən ümumiyyətlə birtərəfli (cavabdehin mövqeyinə uyğun), natamam qətnamə çıxarılmışdır. Apellyasiya icraatında müəyyən edilən hallar və məhkəmə prosesi iştirakçılarının izahatları:
5. Məhkəmə iclasında iştirak edən cavabdeh oğlunun ruhi xəstə və əmək qabiliyyətiz olduğunu, özünün isə 500 manat maaş aldığını və kirayədə qalmaqla oğluna qulluq etdiyini,iddiaçının isə 638 manat maaş aldığını, oğlunun pensiya kartının da onda olduğunu qeyd etmiş,apellyasiya şikayətinə etiraz etdiyini bildirmiş,birinci instansiya məhkəməsi qətnaməsinin qüvvədə saxlanılmasını xahiş etmişdir.
6. Məlumatlandırılması üçün qanunvericilikdə nəzərdə tutulmuş müvafiq tədbirlərin görülməsi nəticə vermədiyindən iddiaçının iştirakı olmadan işə baxılması mümkün hesab edilmişdir. Apellyasiya baxışının hədləri:
7. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2011-ci il tarixli Qərarına və Mülki Prosesual Məcəllənin 372-ci maddəsinə əsasən: təqdim olunmuş sübutlar əsasında, maddi və prosessual hüquq normalarına riayət etməsi baxımdan, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığı onun barəsində açıq (və dolayısı ilə) mübahisə edilən hissədə yoxlanılmalıdır. Tətbiq edilən hüquq və apelyasiya instansiyası məhkəməsinin mövqeyi:
8. Azərbaycan Respublikası Ailə Məcəlləsinə görə: 55.1. Uşaq öz valideynlərindən və ailənin digər üzvlərindən bu Məcəllənin beşinci bölməsində müəyyən olunmuş qaydada və miqdarda vəsait almaq hüququna malikdir. 55.2. Aliment, pensiyalar, müavinətlər şəklində uşağa ödənilən məbləğ valideynlərin (onları əvəz edən şəxslərin) sərəncamına daxil olur, onlar tərəfindən uşaqların saxlanmasına, tərbiyəsinə və təhsilinə xərclənir. 80.1. Valideynlər əmək qabiliyyəti olmayan və maddi yardıma ehtiyacı olan yetkinlik yaşına çatmış övladlarını saxlamağa borcludurlar. 80.2. Aliment ödənilməsi barədə saziş olmadıqda, əmək qabiliyyəti olmayan yetkinlik yaşına çatmış övladların saxlanması üçün alimentin miqdarı, tərəflərin ailə və maddi vəziyyəti, diqqətəlayiq olan digər maraqları nəzərə alınmaqla məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində müəyyən edilir. 89.Yardıma ehtiyacı olan yetkinlik yaşına çatmayan nəvələr saxlanmaq üçün öz valideynlərindən maddi yardım ala bilmədikdə, buna zəruri vəsaitə malik baba və nənədən məhkəmə qaydasında aliment almaq hüququna malikdirlər. Əmək qabiliyyəti olmayan və yardıma ehtiyacı olan yetkinlik yaşına çatan nəvələr saxlanmaq üçün valideynlərindən, yaxud da ərdən (arvaddan) maddi yardım ala bilmədikdə, onlara da eyni hüquq verilir. 93.2. Tərəflər arasında belə saziş olmadıqda məhkəmə alimentin miqdarını hər bir ayrıca halda aliment tutulan şəxsin və aliment alan şəxsin maddi və ailə vəziyyətindən və tərəflərin diqqətəlayiq olan digər maraqlarından asılı olaraq hər ay ödənilən sabit pul məbləğində müəyyən edir. 93.3. Aliment tələb edən ailə üzvünü eyni zamanda bir neçə şəxs saxlamağa borclu olduqda, məhkəmə onların maddi və ailə vəziyyətindən asılı olaraq aliment vəzifəsinin yerinə yetirilməsində onlardan hər birinin iştirakının miqdarını müəyyən edir, həm də məhkəmə bütün bu şəxslərə və ya onlardan yalnız birinə, yaxud da bir neçəsinə iddia verildiyindən asılı olmayaraq aliment verməyə borclu olan bütün şəxsləri nəzərə alır. 112.1. Aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər.
9. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləyə görə: 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 78.1. Sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər təqdim edilir. Məhkəmə baxışı zamanı sübutların təqdim edilməsinə o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya işdə iştirak edən şəxslər işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər sübutların təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. 218.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.
10. Birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını Uşaq hüquqları haqqında Qanunun 5, 6, 13; “Azərbaycan Respublikasında 2023-cü il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikasının Qanunu; Ailə Məcəlləsinin 75-78, 99, 112; Mülki Prosesual Məcəllənin 14, 76, 77, 80-82, 106.2, 119.1, 216, 217, 385-390-cı maddələrinə və iş üzrə təqdim edilmiş sübutlara müvafiq mübahisələndirilən dəlillərə (hissəyə) münasibətdə yoxlayan məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas ola bilməz. Diqqətə çatdırılmalıdır ki, yaşayış səviyyəsinə olan maddi tələbatın artması hamıya bəlli olan haldır və “Azərbaycan Respublikasında 2023-cü il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikası Qanununa əsasən yaşayış minimumu uşaqlar üçün 220 manat məbləğində müəyyən edilmiş olsa da, bu təminatın bir valideyn tərəfindən həyata keçirilməsi qanunvericiliklə müəyyən edilməmişdir. Əlbəttə, uşaqların bir valideynin yanında qalması digər valideyn və yaxın qohumları tərəfindən ödənilən aliment məbləğinin müəyyən edilməsində təsir edəcək amil kimi çıxış etsə də, alimentdən əlavə xərclərdə iştirakçılıq, tərəflərin maddi vəziyyəti və diqqətəlayiq bir çox hallar aliment məbləğinin müəyyən edilməsi və ya dəyişdirilməsi zamanı nəzərə alınası ciddi meyyarlardır. Kollegiya hesab edir ki, iddiaçı bu meyyarların müəyyən edilməsi üçün birinci instansiya məhkəməsində icraat zamanı hər hansı sübutlar və ya sübutların təmin edilməsinə yönəlik vəsatətlər təqdim etməmiş, apellyasiya icaatı həddində isə bu prosessual imkanların təminatına əsaslar müəyyən edilməmişdir.
11. Kollegiya məhkəmə xərcləri barədə məsələni müzakirə edərək qeyd edir ki, məhkəməyə müraciətlə bağlı ödənilmiş dövlət rüsumu onu ödəyən tərəfə aid edilməlidir. Həmçinin mübahisələndirilən hissədə iddianın qiyməti beş min manatdan az olan əmlak xarakterli iddialar üzrə qəbul edilmiş qətnamədən kassasiya şikayətinin verilməsi nəzərdə tutulmamışdır.
12. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 393 və 402-406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə t e t d i: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-4135/2023 saylı işi üzrə 11 iyul 2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. .