Məhkəmə qərarları › İş №2(103)-5798/2020

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-5798/2020

20.08.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Sığorta ödənişinin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-5798/2020 20.08.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər X1 (sədrliyi və məruzəsi ilə), Eyvazov Rafael Əmir oğlu və Şirinov Ziya Allahverdi oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Nizamlı Aygün Ülviyyət qızının katibliyi, İddiaçı və cavabdeh Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinin nümayəndəsi X2 istirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinə qarşı "sığorta ödənişinin ödənilməsi" tələbinə dair mülki iş uzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-486/2020 saylı işi üzrə xx xxxx 2020-ci il tarixli qətnaməsindən cavabdeh Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkəti tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, hərbi xidmət dövründə xəsarət alması ilə bağlı qanunla nəzərdə tutulmuş 6600 manat icbari sığorta pulunun cavabdeh Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətindən onun xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Birinci instansiya məhkəməsini icraatı zamanı NZ seriyalı ******* saylı hərbi biletin surəti (iş.səh.10), Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Tibbi-Sosial Ekspert Komissiyasında müayinəyə dair məlumatın verilməsi barədə xx.xx.2015-ci il tarixli notarial qaydada təsdiq edilmiş elektron çıxarış (səh.7), Azərbaycan Respublikası Mərkəzi Hərbi Həkim Komissiyası tərəfindən verilmiş. xx.xx.2015-ci il tarixli, 1000 saylı qərarın surəti (səh.8), Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinin İddiaçı ünvanladığı xx.xx.2018-ci il tarixli xx-xx-1050 saylı məktubu (səh.9) sübut kimi təqdim edilmişdir. Bakı şəhəri Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-486/2020 saylı işi üzrə xx xxxx 2020-ci il tarixli qətnaməsi ilə iddia təmin edilərək, Cavabdeh Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətindən 6600 manat məbləğində sığorta ödənişi alınaraq İddiaçı ödənilməsi qət edilmişdir. Qətnamədə Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinin İİİ hissəsi;"Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında” Azərbaycan Respublikası Qanununun 4, 5-ci maddəsinin a, b, c, ç bəndlərinə;Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi” barədə Azərbaycan Respublikası Prezidentinin xx.xx.1997-ci il tarixli Fərmanının 2; Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2, 77.1, 119.1, 217.4-cü maddələrinə istinadən qeyd eilmişdir ki, İddiaçı hərbi qulluqçu kimi hərbi xidmətə daxil olduğu andan qanunvericilik əsasında dövlət tərəfindən məcburi şəxsi sığortalanmış, o hərbi xidmətdə olduğu dövrdə sığorta hadisəsi baş vermiş, ona 2-ci qrup əlillik dərəcəsi təyin olunmuş, beləliklə də Dövlət Sığorta Kommersiya Şirkətinin müvafiq sığorta ödənişini ödəmək öhdəliyi yaranmış qanunvericiliyin göstərilən müddəlarını əsas götürərək 11000 manat sığorta məbləğinin 60 faizi, yəni 6600 manat iddiaçıya ödənilməlidir. Cavabdeh Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya şirkətinin adından hüquq və kadr departamentinin direktor müavini Azər Hacıyev Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-486/2020 saylı işi üzrə xx xxxx 2020-ci il tarixli qətnamənin ləğvi və iddia tələbinin təmin edilməməsi barədə apellyasiya şikayəti vermişdir. Şikayətdə “Hərbi qulluqçuların dövlət icbari sığortası haqqında“ Azərbaycan Respublikası Qanununun 5-ci maddəsinin "ç" bəndi;Məhkəmənin istinad eldiyi Azərəavcaıı Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2014-cü il tarixli Qərarının 1,2,3-cü bəndənlərinə;"Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda həlak olmuş, ölmüş vo hərbi əməliyyatlarla əlaqədar xəbərsiz itkin düşdüyünə görə ölmüş elan edilmiş hərbi qulluqçuların ailə üzvlərinin sosial müdafiəsinin yaxşılaşdırılması ilə bağlı əlavə tədbirlər haqqında" Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 19 aprel tarixli 1 saylı fərmanına; Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin Vİİ hissəsinə istinadən qeyd edilmişdir ki, sənədlərdən də məlum olduğu kimi Ə.Alakişiyevə əlillik dərəcəsi 23 il keçdikdən sonra təyin edildiyindən Mülki Məcəllənin 373.-cü maddəsinin 3 və 4-cü bəndlərinə görə sığorta ödənişi verilməli deyil.1991-1997-ci illərdə xidmət etmiş və xəsarət almış hərbi qulluqçulara sığorta məbləğinin Ödənilməsi qaydası və şərtləri müəyyən olunmamış, bu məqsədlər üçün müvafiq vəsait büdcədən ayrılmamış məhkəmə qətnaməsi ilə sığorta məbləğinin ödənilməsi öhdəliyinin cavabdeh kimi Dövlət Sığorta Kommersiya Şirkətinin üzərinə qoyulması əsassızdır. Məhkəmə iclasında iştirak edən cavabdeh Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinin nümayəndəsi X4 apellyasiya şikayətini müdafiə edərək, qarşı tərəfin 23 il keçdikdən sonra əlillik dərəcəsi aldığını, müəyyən edilmiş müddəti ötürdüyünü bildirmişdir. Məhkəmə iclasında iştirak edənİddiaçı apelyasiya şikayətini qəbul etməyərək, 1991ci ildən Qubadlı, Laçın, Cəbrayıl rayonları ərazisində baş verən döyüşlərdə iştirak etdiyini, 1994-1995-ci ildə əlillik dərəcəsi aldığını, hərbi bilətə 2015-ci ildə düzəliş edildiyini, belə ki, həkim səhvi nəticəsində hərbi biletə “Milli münaqişə zəmnində döyüşdə yaralandığını” yazıldığı, lakin sonradan “Azərbaycanın ərazi bütövlüyü zamanı gedən döyüşlərdə yaralanması” ilə bağlı düzəliş edildiyini bildirmişdir. Bakı Apellyasiya Məhkəməsinin icraatı zamanı məhkəməyə təqdim edilmiş Qubadlı Rayon Məhkəməsinin 2(028)-330/2016 saylı işi üzrə xx.xx.2016-cı il tarixli qiyabi qətnaməsi ilə ərizə təmin edilərək, İddiaçı xx.xx.1992-ci ildən xx.xx.1992-ci ilə qədər döyüşən ordunun 706 saylı tərkibində hərbi qulluqçusu atıcı vəzifəsində hərbi xidmət keçməsi barəsində hüquqi fakt müəyyən edilmişdir. Birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını MM-nin 7.1, 897, 911- 913,922– 926, 933, 935, ; MPM-nin 216-220, 227, 233, 358-360 və 362-ci maddələrinə, ‘Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında” Azərbaycan Respublikasının xx xxx 1997-ci il tarixli Qanununun 4-cü maddəsinin 1-ci hissəsinə və həmin Qanunun 5-ci maddəsinin “ç” bəndinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında” Azərbaycan Respublikası Qanununun bəzi müddəalarının şərh olunmasına dair xx xxxxxx 2014-cü il tarixli qərarına və iş üzrə təqdim edilmiş sübutlara əsasən mübahisələndirilən dəlillərə (hissəyə) münasibətdə araşdıran məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmiş, tərəflərin mənafeləri nəzərə alınaraq qətnamə maddi və prosessual hüquq normalarına uyğun çıxarılmış, iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin hazırkı mübahisəli münasibətlərinə uyğun əsaslandırılmışdır, apellyasiya şikayətinin sübuta yetirilməyən dəlilləri formal mülahizə xarakteri daşıdığından əsassızdır və qətnamənin ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas ola bilməz. Apellyasiya şikayətinin hüquqtətbiqetməyə dair dəllərinə münasibətdə qeyd edilməlidir ki, mülki qanunvericilik - hər bir müddəanın hərfi mənasında deyil, onun normalar sistemindəki yeri (preamblua, fəsil və sair), mülki qanunvericiliyin və mülki icraatın ümumi prinsipləri (məqsəd və vəzifələri), insan hüquqlarının (azadlıqlarının) sosial təbiəti və normativ iyerarxiya, mülki munasibətlərdə müqavilə azadlığı fəlsəfəsi, qanunda nəzərdə tutulduğundan artıq hüquqların məhdudlaşdırılmasının, sui-istifadə və hökmranlığının yolverilməzliyi, ədalət, insaf və humanizm baxımından təfsir edilməlidir. Sahəvi qanunvericiliyə əsasən (şəxsin müraciəti olmadan) zamanında müvafiq qurumlar tərəfindən sığorta ödənişi ilə bağlı tədbirlərin görülməməsi (görülməsi barədə sübutların təqdim edilməməsi) müddətin ötürülməsinin üzürsüz səbəblərinə dəlalət etmir. Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında Qanunun 8 və 9 cu maddələrinə əsasən sığorta olunana və ya onun vərəsələrinə sığorta məbləğinin verilməsindən aşağıdakı hallarda imtina edilir: sığorta edilənin sığorta hadisəsi ilə birbaşa bağlı olan qəsdən cinayət törətdiyi barədə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü olduqda, yaxud sığorta edilən alkoqoldan, narkotik vasitələrdən, psixotrop maddələrdən və ya güclü təsir edən digər maddələrdən istifadə olunması nəticəsində sərxoş vəziyyətdə hərəkət etdikdə, habelə sığorta olunan və ya onun vərəsələri tərəfindən bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş hallarda müvafiq sənədlər təqdim olunmadıqda. Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortasının vaxtında və düzgün aparılmasına müvafiq icra hakimiyyəti orqanları və maliyyə bazarlarına nəzarət orqanı nəzarət edirlər. Bu Qanunun müddəalarının pozulmasına görə müvafiq icra hakimiyyəti orqanlarının, dövlət sığorta orqanlarının və onların bölmələrinin rəhbərləri və digər vəzifəli şəxsləri Azərbaycan Respublikasının Mülki, İnzibati Xətalar və Cinayət məcəllələrində nəzərdə tutulmuş hallarda məsuliyyət daşıyırlar. Kollegiya məhkəmə xərcləri barədə məsələni müzakirə edərək qeyd edir ki, MPM-in 119-cu maddəsinə əsasən apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu cavabdeh Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya şirkətinə aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 382, 384.0.1, 392, 393 və 402-406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası, q ə t e t d i: Cavabdeh Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinin apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)- 486/2020 saylı işi üzrə xx xxxx 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar