Məhkəmə qərarları › İş №2(103)-5800/2022

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-5800/2022

21.09.2022 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-5800/2022 21.09.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh1, Cavabdeh1 Osman oğlunun cavabdehlər İddiaçı, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X31 İdarəsinə, ƏlCavabdeh2 Məhərrəm oğluna və 3-cü şəxs "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: əmlak bölgüsü) Bakı şəhəri 21 sentyabr 2022-ci il Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər Xəyal Əjdər oğlu Sarıyev (sədrlik edən və məruzəçi) Namiq Şamil oğlu Cəfərov və Emin Əlixan oğlu Mehdiyevdən ibarət tərkibdə, Həsənzadə İlahə Novruz qızının katibliyi, İddiaçı vəkili və nümayəndəsi Vəkil3 iştirakı ilə, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 27 fevral 2020-ci il tarixli, 2(001)-40/2020 saylı qətnaməsindən Bayır (İbrahimova) Ramilə Qəzənfər qızı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları, iş üzrə məhkəmə icraatı 1.Cavabdeh1 ilə X1 xx.xx.2000-ci ildə nikaha girmişlər, bu nikahndan xx.xx.2002-ci ildə Yağmur və xx.xx.2005-ci ildə Turker adlı uşaqları anadan olmuşdur.. 2.MA seriyalı, ******* nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışa əsasən, ünvan 1 ünvanında 1-ci mərtəbədə yerləşən 107,1 kvadrat metr sahəsi olan qeyri-yşayış sahəsi xx.xx.2012-ci il tarixdə tam mülkiyyət hüququ üzrə Cavabdeh1 adına qeydiyyata alınmışdır. 3.Bakı şəhəri İcra Hakimiyyəti Başçısının Aparatının 000455 nömrəli, xx.xx.2002-ci il tarixli orderinə əsasən, İddiaçı ailə üzvləri ilə birlikdə ünvan 2 ünvanında qeydiyyatdadır. 4.xx.xx.2017-ci il tarixli Nəqliyyat vasitələrinin alğı-satqı müqaviləsinə əsasən, İddiaçı məxsus “Dodge Durango” markalı, 2014-cı il buraxılışlı, PHP********** mühərrik, 1C4RDJDG8EC977269 ban nömrəli, **-BR-*** dövlət qeydiyyat nişanlı avtomobil Cavabdeh2 satılmışdır. 5.xx.xx.2016-cı il tarixli "xxxx" ASC ilə Bayır Alı arasında bağlanmış “X10”nə əsasən sonuncuya maksimal faiz dərəcəsi 30% olmaqla, 120 ay müddətinə, limit məbləği 500000 manat olan kredit xətti açılmışdır. Cavabdeh1 tərəfindən özünə məxsus Bakı şəhəri, Nərimanov rayonu, Məmməd Araz küçəsində (əvvəlki Teymur Əliyev küçəsi) olan b.67/71 ünvanında yerləşən qeyri-yaşayış sahəsi (107,1 kvadrat metr ümumi sahədən ibarət) ipoteka ilə yüklü edərək, 36 ay müddətinə, illik 21% olmaqla, 150000 manat kredit götürmüş və xx.xx.2016-cı il tarixdən başlayaraq xx.xx.2019-cu il tarixədək hər ay 5653 manat ödəniş etməyi qəbul etmişdir. 6.xx.xx.2014-cü il tarixli İcarə Müqaviləsinə əsasən X3 tərəfindən Bakı şəhəri, Mərdanov Qardaşları 9 saylı 3 mərtbəli binanın 1-ci mərtəbəsində yerləşən 160,7 kvadrat metr olan qeyri-yaşayış sahəsi 5 il müddətinə, aylıq icarə haqqı 2000 manat olmaqla Cavabdeh1 icarəyə verilmişdir. 7.Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-1805/2018 saylı 30 mart 2018-ci il tarixli qətnaməsi ilə tərəflər arasındakı nikah pozulmuş, uşaqlar ataları Cavabdeh1 yanında saxlanılması, anadan aliment alınması qət edilmişdir. a) Birinci instansiya məhkəməsində icraat

8. Bayır (İbrahimova) İddiaçı Ali Osman oğluna qarşı iddia ərizəsiilə məhkəməyə müraciət edərək, Bayır (İbrahimova) Ramilə Qəzənfər qızı ilə Cavabdeh1 arasında xx.xx.2000-ci il tarixdə Bakı şəhəri Səadət Sarayında bağlanan 159 saylı nikah qeydinin pozulması və birgə nikahdan olan övladları xx.xx.2002-ci il təvəllüdlü X27, xx.xx.2005-ci il təvəllüdlü Bayır TurkerAli oğlunun Bayır (İbrahimova) Ramilə Qəzənfər qızının himayəsində saxlanılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. 9.Daha sonra İddiaçı iddia ərizəsinə əlavə təqdim edərək, digər tələbləri ilə yanaşı, Cavabdeh1 adına rəsmiləşdirilmiş ünvan 4 ünvanında yerləşən ümumi sahəsi 107.1 kv.m olan qeyriyaşayış sahəsinə və orada yerləşən mebellər, əşyalar cihazlar və ləvazimatlara iddiaçının 2/3 pay hüququnun, cavabdehin 1/3 pay hüququnun, müəyyən edilməsi; Cavabdeh1 adına rəsmiləşdirilmiş Bakı şəhəri, Əlövsət Quliyev küçəsi, ev 131 ünvanındakı 13 saylı mənzilə və orada yerləşən mebellər, əşyalar, cihazlar və ləvəzimatlara iddiaçının 2/3 pay hüququnun, cavabdehin 1/3 pay hüququnun müəyyən edilməsi; ünvan 5 ünvanında yerləşən “Hagina” gözəllik salonunda olan mebellər, cihazlar, əşyalar və ləvazimatlar, 4 kosmetoloq otağı əşyaları, cihazları, ləvəzimatları, 4 ədəd kosmetoloq-lazer aparatı, televizor, “Baku Electronics”dən alınmış 2 ədəd hər biri 3000 manat qiymətində olan yeni kondissionerlərə və orada yerləşən mebellər, əşyalar, cihazlar və ləvəzimatlara iddiaçının 2/3 pay hüququnun, cavabdehin 1/3 pay hüququnun müəyyən edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. 10.İddia ərizəsinə əlavə onunla əsaslandırılmışdır ki, cavabdehlə barışmaq, ailənin qorunub saxlanılması qeyri-mümkündür. Cavabdehin xroniki narkotik vasitələrin alüdəçisi olması, qumara düşkünlüyü və daimi olaraq iddiaçıya və uşaqlara qarşı zor tətbiq etməsi, onların həyat və sağlamlığına qəsdən xəsarət yetirməsi, psixi xəstə olmasına görə uşaqların onun yanında saxlanılması təhlükəlidir. Cavabdehin uşaqlara baxması, onların tərbiyəsi ilə məşğul olması mümkün deyil. Tərəflərin birgə nikah dövründə əldə etdikləri ünvan 4 ünvanında yerləşən ümumi sahəsi 107.1 kv.m olan qeyri-yaşayış sahəsi içindəki əşyalarla, Bakı şəhəri, Əlövsət Quliyev küçəsi, ev 131 ünvanındakı 13 saylı mənzil əşyaları ilə, ünvan 5 ünvanında yerləşən “Hagina” gözəllik salonunda yerləşən bütün əşyalar iddiaçının 2/3 payı, cavabdehin 1/3 payı müəyyən edilməklə tərəflər arasında bölünməlidir. Bundan əlavə nikah dövründə iddiaçıya alınmış qızıl- zinət əşyaları da cavabdehdədir 11.İddiaçı tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, Bayır (İbrahimova) Ramilə Qəzənfər qızı ilə Cavabdeh1 arasında xx.xx.2000-ci il tarixdə Bakı şəhəri Səadət Sarayında bağlanan 159 saylı nikah qeydinin pozulması və birgə nikahdan olan övladları xx.xx.2002-ci il təvəllüdlü X16 və xx.xx.2005-ci il təvəllüdlü X17 Bayır (İbrahimova) Ramilə Qəzənfər qızının himayəsində saxlanılmasını xahiş etmişdir. 12.xx.xx.2018-ci il tarixdə İddiaçı tələbini dəqiqləşdirərək, 09 dekabr 2016-cı il tarixdə ünvan 6 ünvanındakı 13 saylı mənzilin satışından əldə edilmiş 130000 manata iddiaçı Bayır (İbrahimova) Ramilə Qəzənfər qızının ½ hissəsədə pay hüququnun tanınması və məbləğinin Cavabdeh1 alınaraq ona verilməsi, həmçinin mənzildə olan 3 ədəd 1500 manat dəyərində kondisionerə, 10000 manat dəyərində 2 ədəd televizora və tumba qab qacağa (Messin firması), 2000 mana dəyərində 4 ədəd şkafa, 3000 manat dəyərində 4 ədəd çılçırağa, 600 manat dəyərində radiatora ½ hissədə pay hüququnun tanınması və məbləğin Cavabdeh1 tutularaq ona verilməsini xahiş etmişdir. 13.Bundan başqa məhkəmənin icraatında olan digər, 2(001)-1805/2018 saylı (əvvəlki qeydiyyat nömrəli 2(001)-12842/2017 olmuşdur) mülki iş materiallarına əsasən Cavabdeh1 xx.xx.2017-ci il tarixdə İddiaçı qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, tərəflər arasında bağlanmış və Bakı şəhəri Səadət sarayında xx.xx.2000-ci il tarixdə 159 nömrə ilə qeydə alınmış nikahınpozulması və xx.xx.2002-ci il təvəllüdlü X16 və xx.xx.2005-ci il təvəllüdlü X17 boşanmadan sonra iddiaçı ilə qalması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. 14.Daha sonra Cavabdeh1 iddia ərizəsinə əlavə təqdim edərək, ilkin tələblərinə əlavə olaraq Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, X23 küçəsi, döngə 2, ev 3-ə, Bakı şəhəri, Nəsimi rayonu, Səməd Vurğun küçəsi,116 saylı qeyri-yaşayış sahəsinə və orada yerləşən əmlak və əşyalara, ünvan 9-ə, ünvan 2-ə və həmin mənzildə yerləşən əşyalara – evməişətavadanlıqları, mebellər, cihazlar və qızıl zinət əşyalarına, Bakı şəhəri, S.Rəhman küçəsi,ev 41, 22 saylı mənzilə Cavabdeh1 2/3 hissədə pay hüququnun, İddiaçı 1/3 hissədə payhüququnun müəyyən edilməsi; “Dodge Durango” markalı, 99- BR-444 dövlət qeydiyyat nişanlı avtomaşına, “Porsche Cayenne” markalı **-BA-*** dövlət qeydiyyat nişanlı avtomaşına 2/3 hissədə Cavabdeh1, 1/3 hissədə İddiaçı pay hüququnun müəyyən edilməsi, "xxxx" ASCdə cavabdeh İddiaçı adına olan hesabdakı əmanət (pul məbləği) 2/3 hissədə Cavabdeh1, 1/3 hissədə İddiaçı pay hüququnun müəyyən edilməsi, "xxxx" ASC ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2017-ci il tarixli “Kredit Müqaviləsi” üzrə mövcud olan borc məbləğinin 2/3 hissədə Cavabdeh1, 1/3 hissədə isə İddiaçı arasında bölünməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. 15.Binəqədi Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli 2(001)-1805/2018 nömrəli qərardadı ilə iddiaçı Cavabdeh1 cavabdeh İddiaçı qarşı “nikahın pozulması, uşaqların atanın yanında qalmasının müəyyən edilməsi və əmlak bölgüsü” tələbinə dair iddiası üzrə “nikahın pozulması, uşaqların atanın yanında qalmasının müəyyən edilməsi” hissədə tələb ayrıca icraata ayrılmışdır. 16.Məhkəmənin xx.xx.2018-ci il tarixli 2(001)-812/2018 nömrəli qərardadı ilə İddiaçı Cavabdeh1 qarşı "nikahın pozulması, uşaqların ananın yanında qalmasının müəyyən edilməsi və əmlak bölgüsü" tələbinə dair iddiası üzrə 2(001)-812/2018 saylı mülki işlə, məhkəmənin icraatında olan eyni tərəflər arasında eyni əsaslarla eyni predmet üzrə iddiaçı Cavabdeh1 cavabdeh İddiaçı qarşı "nikahın pozulması, uşaqların atanın yanında qalmasının müəyyən edilməsi və əmlak bölgüsü" tələbinə dair iddiası üzrə 2(001)-1805/2018 saylı mülki iş birlikdə baxılmaları üçün bir icraatda birləşdirilmişdir. 17.xx.xx.2018-ci il tarixdə Cavabdeh1 cavabdeh qismində İddiaçı, Cavabdeh2 və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X31 İdarəsini göstərməklə, iddia tələbinin həcminin artırılması barədə ərizə təqdim edərək Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, X23 küçəsi, döngə 2, ev 3 ünvanda yerləşən evə, ünvan 8 sahəsinə, ünvan 9-ə, ünvan 2-ə, Bakı şəhəri, S.Rəhman küçəsi, ev 41, 22 və 23 saylı mənzillərin hər birinə Cavabdeh1 2/3 hissədə pay hüququnun, İddiaçı 1/3 hissədə pay hüququnun müəyyən edilməsi; “Dodge Durango” markalı, **-BR-*** dövlət qeydiyyat nişanlı avtomaşınla bağlı İddiaçı ilə Cavabdeh2 arasında bağlanmış alğı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və “Porsche Cayenne” markalı **-BA-*** dövlət qeydiyyat nişanlı qara rəngdə avtomaşına 2/3 hissədə Cavabdeh1, 1/3 hissədə İddiaçı pay hüququnun müəyyən edilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. 18.xx.xx.2019-cu il tarixdə "xxxx" ASC ərizə ilə məhkəməyə müraciət edərək müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində işə cəlb olunmasını xahiş etmiş, ərizə məhkəmə tərəfindən təmin edilmişdir. 19.xx.xx.2019-cu il tarixdə Cavabdeh1 cavabdeh qismində İddiaçı, Cavabdeh2 və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X31 İdarəsini göstərməklə, iddia tələbinin həcminin artırılması barədə növbəti ərizə təqdim edərək, Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, X23 küçəsi, döngə 2, ev 3-ə, ünvan 8 sahəsinə və orada yerləşən əmlak və əşyalara,ünvan 9-ə, ünvan 2-ə və həmin mənzildə yerləşən əşyalara – məişət avadanlıqları, mebellər, cihazlar və qızıl zinət əşyalarına, Bakı şəhəri, S.Rəhman küçəsi, ev 41, 7-ci mərtəbə, 22 və 23 saylı mənzillərin hər birinə Cavabdeh1 2/3 hissədə pay hüququnun, İddiaçı 1/3 hissədə pay hüququnun müəyyən edilməsi; “Dodge Durango” markalı, **-BR-*** dövlət qeydiyyat nişanlı avtomaşınla bağlı İddiaçı ilə Cavabdeh2 arasında bağlanmış alğı-satqı müqaviləsi, həmin müqavilə əsasında Cavabdeh2 İddiaçı verdiyi etibarnamənin etibarsız hesab edilməsi və “Porsche Cayenne” markalı **-BA-*** dövlət qeydiyyat nişanlı qara rəngdə avtomaşına 2/3 hissədə Cavabdeh1, 1/3 hissədə İddiaçı pay hüququnun müəyyən edilməsi, "xxxx" ASC-də cavabdeh İddiaçı adına olan hesabdakı əmanətə (pul məbləği) 2/3 hissədə Cavabdeh1, 1/3 hissədə İddiaçı pay hüququnun müəyyən edilməsi, "xxxx" ASC ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2017-ci il tarixli “Kredit Müqaviləsi” üzrə borc məbləğinin 2/3 hissədə Cavabdeh1, 1/3 hissədə isə İddiaçı arasında bölünməsi, həmçinin kredit müqaviləsinə əsasən faktiki ayrılandan sonra "xxxx" ASC-yə Cavabdeh1 tərəfindən ödənilən 1053 saylı qəbzlə xx.xx.2017-ci il tarixdə 5652 manat, 1019 saylı qəbzlə xx.xx.2017-ci il tarixdə 5700 manat, 1044 saylı qəbzlə xx.xx.2017-ci il tarixdə 5653 manat, cəmi ödənilən 17005 manat məbləğin 1/3 hissəsinin, yəni 5668 manatın İddiaçı Cavabdeh1 xeyrinə tutulması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.

20. Sonradan Cavabdeh1 yenidən iddia tələbinin dəqiqləşdirilməsi və azaldılması barədə ərizə ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, X23 küçəsi, döngə 2, ev 3-ə, ünvan 8 sahəsinə, ünvan 9 ünvanda yerləşən qeyri yaşayış sahəsinə, ünvan 2-ə, Bakı şəhəri, S.Rəhman küçəsi, ev 41, 7-ci mərtəbə, 22 və 23 saylı mənzillərin hər birinə Cavabdeh1 2/3 hissədə pay hüququnun, İddiaçı 1/3 hissədə pay hüququnun müəyyən edilməsi; “Dodge Durango” markalı, **-BR-*** dövlət qeydiyyat nişanlı avtomaşınla bağlı İddiaçı ilə Cavabdeh2 arasında bağlanmış alğı-satqı müqaviləsi, həmin müqavilə əsasında Cavabdeh2 İddiaçı verdiyi xx.xx.2017-ci il tarixli etibarnamənin etibarsız hesab edilməsi və “Porsche Cayenne” markalı **-BA-*** dövlət qeydiyyat nişanlı qara rəngdə avtomaşına 2/3 hissədə Cavabdeh1, 1/3 hissədə İddiaçı pay hüququnun müəyyən edilməsi, "xxxx" ASC ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2017-ci il tarixli “Kredit Müqaviləsi” üzrə mövcud olan borc məbləğinin 2/3 hissədə Cavabdeh1, 1/3 hissədə isə İddiaçı arasında bölünməsi, həmçinin kredit müqaviləsinə əsasən faktiki ayrılandan sonra "xxxx" ASC-yə Cavabdeh1 tərəfindən ödənilən 1053 saylı qəbzlə xx.xx.2017- ci il tarixdə 5652 manat, 1019 saylı qəbzlə xx.xx.2017-ci il tarixdə 5700 manat, 1044 saylı qəbzlə xx.xx.2017-ci il tarixdə 5653 manat, cəmi ödənilən 17005 manat məbləğin1/3 hissəsinin, yəni 5668 manatın İddiaçı Cavabdeh1 xeyrinə tutulması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.

21. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin (bundan sonra-məhkəmə) xx.xx.2020-ci il tarixli, 2(001)-40/2020 saylı (hakim-Günel Abbasova) qətnaməsi ilə Cavabdeh1 İddiaçı və Cavabdeh2 qarşı “əmlak” tələbinə dair iddiasi təmin edilmiş, Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, X23 küçəsi, döngə 2, 3 saylı evə; Bakı şəhəri, Nəsimi rayonu, Səməd Vurğun küçəsi, 116 saylı qeyri- yaşayış sahəsinə; ünvan 2-ə; Bakı şəhəri, S.Rəhman küçəsi, ev 41, 22 saylı mənzilə; Bakı şəhəri, S.Rəhman küçəsi, ev 41, 23 saylı mənzilə Cavabdeh1 2/3 hissədə, İddiaçı 1/3 hissədə pay huququ müəyyən edilmiş, ünvan 10 ünvanında yerləşən qeyri-yaşayış sahəsinə Cavabdeh1 2/3 hissədə pay hüququ müəyyən edilməsi, “Dodge Durango” markalı, **-BR-*** dövlət qeydiyyat nişanlı avtomaşına dair İddiaçı ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2017- ci il tarixli alqı-satqı müqaviləsi etibarsız hesab edilməsi, “Dodge Durango” markalı, 99- BR-444 dövlət qeydiyyat nişanlı avtomaşına 2/3 hissədə Cavabdeh1, 1/3 hissədə İddiaçı pay hüququ müəyyən edilməsi, “Porsche Cayenne” markalı **-BA-*** dövlət qeydiyyat nişanlı avtomaşına 2/3 hissədə Cavabdeh1, 1/3 hissədə İddiaçı pay hüququ müəyyən edilməsi, "xxxx" ASC ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2017- ci il tarixli “Kredit Müqaviləsi” üzrə mövcud olan borc məbləği 2/3 hissədə Cavabdeh1, 1/3 hissədə isə İddiaçı arasında bölünməsi, İddiaçı Cavabdeh1 qarşı “əmlak” tələbinə dair iddiasının qismən təmin edilməsi, ünvan 10 ünvanında yerləşən qeyri-yaşayış sahəsinə İddiaçı 1/3 hissədə pay hüququnun müəyyən edilməsi qət edilmiş, İddia tələbi qalan hissədə təmin edilməmişdir. 22.Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, mübahisəli əmlaklar tərəflərin birgə nikah müddətində əldə edilmişdir və birgə nikah müddətində əldə edilmiş əmlakların bölünməsi barədə tərəflər arasında hər hansı razılaşma mövcud deyildir. 23.Məhkəmə öz mövqeyini əsaslandıraraq qeyd etmişdir ki, ər-arvadın birgə mülkiyyətipayı məlum olmayan mülkiyyətdir. Ər-arvadın birgə mülkiyyətdəki payı həmin əmlakın bölünməsi yolu ilə müəyyən olunur və nəticədə, birgə mülkiyyət münasibətlərinə xitam verilir. Hər hansı əmlakın ər və arvadın ümumi birgə mülkiyyəti sayılması üçün iki şərtin olamsı zəruridir:a)əmlak nikah dövründə ər-arvadın ümumi gəlirləri hesabına əldə olunmalıdır; b)əmlak ər və arvadın mülkiyyətinə nikah müddətində daxil olmalıdır. Ərarvadın ümumi birgə mülkiyyət hüquq münasibətlərinin yaranması əsası qanunla müəyyən olunan qaydada bağlanan nikahdır. 24.Məhkəmə “Dodge Durango” markalı, **-BR-*** dövlət qeydiyyat nişanlı avtomaşına dair İddiaçı ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2017-ci il tarixli alğı-satqı müqaviləsinin etibarsız hesab edilməsinə münasibətdə hesab etmişdir ki, bağlanmış alğı-satqı müqaviləsi formal xarakter daşıyır. Belə ki, göstərilən müqavilədə avtomobilin 25000 manata satılması göstərilsə də, Cavabdeh2 tərəfindən həmin məbləğ İddiaçı ödənilməmişdir. Sadalananlara əsasən məhkəmə hesab etmişdir ki, mübahisəli avtomobilə dair bağlanmış alğı-satqı müqaviləsi hüquqi nəticələr yaratmaq niyyəti ilə deyil, yalnız görünüş üçün bağlanmaqla yanaşı, həm də qanunun tələblərinə müvafiq qaydada bağlanmamışdır. Buna görə də göstərilən alğı-satqı müqaviləsi etibarsız hesab edilməlidir. 25.Məhkəmə hesab etmişdir ki,mübahisəli avtomobilə dair bağlanmış alğı-satqı müqaviləsi etibarsız hesab edildiyindən, ondan irəli gələn məsələlər həll edilərək, alıcının və satıcının hüquqi statusu ilkin vəziyyətə qaytarılmalı və mübahisəli avtomobil İddiaçı geriqaytarılmalıdır. Lakin, mübahisəli avtomobilə dair Cavabdeh2 tərəfindən müqavilədə göstərilən 25000 manat məbləğində pul vəsaiti ödənilmədiyindən, ödənilməyən məbləğin Cavabdeh2 qaytarılması da yolverilməzdir. 26.Məhkəmə hesab etmişdir ki, tərəflər arasında ümumi əmlakın bölünməsi tələbi barəsində məhkəmə mübahisəsi mövcud olduğundan, həmçinin tərəflər arasında əmlak bölgüsü aparılan zaman tərəflərin payları 1/3 və 2/3 hissələrlə müəyyən edildiyindən, həmin borc məbləği tərəflərin ümumi borcu olduğundan, onların ümumi borcları da onların paylarına uyğun hissələrlə müəyyən edilməlidir. 27.Məhkəmə həmçinin iddia tələbinin xx.xx.2017-ci il tarixdə "xxxx" ASC ilə bağlanmış kredit müqaviləsi üzrə kredit borcunun bölünməsinə dair hissəsini araşdıraraq hesab etmişdir ki, iddia tələbi həmin hissədə də əsaslıdır. Tərəflər arasında ümumi əmlakın bölünməsi tələbi barəsində məhkəmə mübahisəsi mövcud olduğundan, həmçinin tərəflər arasında əmlak bölgüsü aparılan zaman tərəflərin payları 1/3 və 2/3 hissələrlə müəyyən edildiyindən, həmin borc məbləği tərəflərin ümumi borcu olduğundan, onların ümumi borcları da onların paylarına uyğun hissələrlə müəyyən edilməlidir. Həmçinin iş materiallarından aydın olur ki, ünvan 8 sahəsi tərəflərin birgə nikahda olduqları müddətdə əldə edilmişdir, göstərilən kredit isə onların birgə nikahda olduqları müddətdə həmin qeyri-yaşayış sahəsinin alınması və təmir işlərinin görülməsi üçün götürülmüşdür.

28. Məhkəmə öz mövqeyini əsaslandırarkən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 225, 337, 340, Ailə Məcəlləsinin 32, 37, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14, 77-ci maddələrinə istinad etmişdir.

Apellyasiya instansiyası məhkəməsində birinci icraat

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a)Apellyasiya şikayətinin dəlilləri

29.Qətnamədən Bayır (İbrahimova) Ramilə Qəzənfər qızının nümayəndəsi-vəkili apellyasiya şikayəti verərək onun ləğv edilməsi və onlar tərəfindən verilmiş iddia tələbinin tam təmin edilməsini xahiş etmişdir. 30.Apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, əmlaklar alınan zaman cavabdeh işsiz olmuş və bütün əmlaklar iddiaçının atası tərəfindən alınmışdır. Həmçinin əmlakların cavabdehin xeyrinə qeyri mütənasib bölünməsi də əsassızdır. Beləki, birinci instansiya məhkəməsi bu mövqeyini tərəflərin uşaqlarının cavabdehdə qalması ilə əsaslandırsa da, iddiaçının uşaqlar üçün aliment ödədiyini nəzərə almamışdır. Məhkəmənin əvvəlki iclasında iştirak etmiş İddiaçı və onun nümayəndəsi- vəkili Vəkil2 apellyasiya şikayətinin məzmununa uyğun izahat verməklə, əlavə olaraq bildirmişlər ki, uşaqlar öz seçimlərinə görə atalarının yanında qalmışlar və iddiaçı (Ramilə) onların saxlanılması üçün aliment ödəyir. 31.Əvvəlki məhkəmə iclasında iştirak edən ilkin iddia üzrə cavabdehin nümayəndəsi-vəkili X18 isə apellyasiya şikayətinin əsassız olduğunu bildirərəkizahatında göstərmişdir ki, Ali 25 ildir ki, Azərbaycan Respublikasında VÖEN əsasında, rəsmi qaydada sahibkarlı fəaliyyəti ilə məşğuldur. Ramilə əvvəllər anası və qardaşı üçün mənzillər almışdır. Sonradan bunların iki oğlan övladları olduğu üçün iki ev, iki maşın və bir bağ evi alır. İlk əvvələr Ramilə mənzilin qapısının açarını dəyişir, Ali və uşaqlar mənzilə daxil ola bilmirlər. Sonradan isə həmin mənzillər müqavilə əsasında alındığı üçün Ramilə sənədləri qəsdən itirir. Onlar müqavilələrin kötüyünü əldə etmək üçün dəfələrlə şirkətrəhbərliyinin yanında olmuşlar. Lakin şirkət həmin müqavilələrin surətini verməkdən imtina etmişdir. Onlar polis orqanlarına şikayətləretdikdən sonra şirkət mənzilə dair sənədlərin surətini onlara təqdim etmişdir. Ramiləni Cavabdeh1 işə götürüb, onun işçisi olub və daha sonra isə Aliyə xəyanət etdiyi üçün münasibətləri pozulmuş, hətta uşaqları belə analarından üz döndərmiş və atalarıynan qalmaq istəmişlər. Bütün əmlaklar Alinin şəxsi və qazandığı vəsaitlər hesabına əldə olunmuşdur. Göstərilənlərə əsasən birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. 32.Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2020-ci il tarixli, 2(103)- 5605/2020 saylı qətnaməsi ilə (hakimlər X19 (sədrlik edən və məruzəçi), X14 və X5) apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)- 40/2020 saylı, 27 fevral 2020-ciil tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmışdır. 33.Məhkəmə kollegiyası öz mövqeyini əsaslandıraraq qeyd etmişdir ki, birgə nikah dövründə əldə olunmuş əmlaklara dair tərəflərin diqqətəlayiq mənafelərini, yetkinlik yaşına çatmayan uşaqların mənafeyini və işin bütün hallarını məcmu şəkildə qiymətləndirən birinci instansiya məhkəməsi haqlı olaraq mübahisəli əmlaklara Cavabdeh1 2/3 pay hüququnu tanımışdır. 34.Bundan başqa məhkəmə kollegiyası ilkin iddia üzrə iddiaçının iddia tələbinin “09 dekabr 2016-cı il tarixdə ünvan 6 ünvanındakı 13 saylı mənzilin satışından əldə edilmiş 130000 manata iddiaçı Bayır (İbrahimova) Ramilə Qəzənfər qızının 1/2 hissəsədə pay hüququnun tanınması və məbləğinin Cavabdeh1 alınaraq ona verilməsi, həmçinin mənzildə olan 3 ədəd 1500 manat dəyərində kondisionerə, 10000 manat dəyərində 2 ədəd televizora və tumba qabqacağa (Messin firması), 2000 manat dəyərində 4 ədəd şkafa, 3000 manat dəyərində 4 ədəd çılçırağa, 600 manat dəyərində radiatora 1/2 hissədə pay hüququnun tanınması və məbləğin Cavabdeh1 tutularaq ona verilməsi, samsung markalı soyuducunun satışından əldə edilmiş 3000 manata iddiaçı Bayır (İbrahimova) Ramilə Qəzənfər qızının 1/2 hissədə pay hüququnun tanınması və məbləğin Cavabdeh1 alınaraq ona verilməsi” hissəsinə dair belə qənaətə gəlmişdir ki, həmin mənzil tərəflərin nikahları pozulmadan və birgə yaşadıqları dövrdə satıldığından, kollegiya həmin mənzilin satışından əldə olunan vəsaitin ailənin ehtiyaclarına xərcləndiyi qənaətinə gəlmişdir. Belə ki, tərəflər arasındaki nikah Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-1805/2018 saylı, 30 mart 2018-ci il tarixli qətnaməsi ilə pozulmuş və tərəflərdə 2017-ci ilin iyul ayınadək birgə yaşadıqlarını bildirmişlər.

35. Kollegiya ilkin iddia üzrə iddiaçının iddia tələbinin “ünvan 5 ünvanında yerləşən “Hagina" gözəllik salonunda olan 1 ədəd 1500 manat dəyərində pedikur vannasına, 1 ədəd dəyəri 500 manat olan işlənmiş kuşetkaya, 1 ədəd dəyəri 500 manat olan ağ rəngli S.Kuşetkaya, 1 ədəd dəyəri 100000 manat olan Aleksandrit lazer aparatına (2011), 1 ədəd dəyəri 3000 manat olan “BOSCH” markalı ağ rəngli kondisionerə, dəyəri 1000 manat olan 2 və 3 nəfərlik oturacaqlara, dəyəri 500 manat olan “İNDESİT” markalı kiçik ağ rəngli soyuducuya, dəyəri 600 manat olan ”Samsunq"markalı paltaryuyan maşına, dəyəri 600 manat olan “Bloınberq” markalı paltar qurudana, dəyəri 1500 manat olan Ariston ağ rəngli, 2 ədəd/şkaf 4 ədəd, dəyəri 1400 manat olan 2 ədəd “Samsunq” markalı soyuducuya, dəyəri 1600 manat olan ağrəngli saçyuma vannasına oturacaqları ilə birlikdə, dəyəri 3400 manat olan 9 ədəd divar güzgüsünə, dəyəri 4000 manat olan 8 ədəd oturacağa, dəyəri 1500 manat olan dairəviağ rəngli divana, dəyəri 3000 manat olan 1 ədəd “SİEMENS” markalı soyuducuya, dəyəri 500 manat olan 1 ədəd kosmetoloq stoluna, dəyəri 500 manat olan 1 ədəd Facial Stcamer aparatına, dəyəri 500 manat olan 1 ədəd 80-2B Centrifuce aparatına, dəyəri 1000 manat olan 1 ədəd Hotca Binet kosmetoloq aparatına, dəyəri700 manat olan 2 ədəd televizora, dəyəri 1200 manat olan musiqi mərkəzinə, dəyəri 1000 manat olan 2 ədəd manikür stollarına, dəyəri 1200 manat olan 4ədəd kresloya, dəyəri 1200 manat olan 20 ədəd fenə, dəyəri 900 manat olan 3 ədəd divana, dəyəri 500 manat olan duş kabininə, dəyəri 1800 manat olan Samsung Galaxy S8 aparatına, dəyəri 1400 manat olan regulatora 1/2 hissədə hissədə pay hüququnun tanınması, naturada və yaxud onların dəyəri olan 137400 manat məbləğində pul vəsaitin 1/2 hissəsinin Cavabdeh1 alınaraq iddiaçıya verilməsi” hissəsi üzrə də birinci instansiya məhkəməsinin gəldiyi nəticəni qanuni hesab etmiş və bununla bağlı hər hansı əlavə əsaslandırma aparılmasına zərurət görməmişdir. 36.Məhkəmə öz mövqeyini əsaslandırarkən Ailə Məcəlləsinin 32,37, MPM-in 14, 77-ci maddələrinə istinad etmişdir.

Kassasiya instansiyası məhkəməsində birinci icraat

37.İddiaçı kassasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və mülki işin baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilməsini xahiş etmişdir. 38.Kassasiya şikayəti belə əsaslandırılmışdır ki, mübahisəli əmlaklar alınan zaman Cavabdeh1 işsiz olmuş və bütün əmlaklar onun (iddiaçının) atası tərəfindən alınmışdır. Birinci instansiya məhkəməsi tərəfindən Ailə Məcəlləsinin 32.1 və 32.2-ci maddələrinin tələbləri pozularaq mübahisəli əmlaklara Cavabdeh1 payı 2/3 hissə, onun payı isə 1/3 hissə müəyyən edilmişdir. Birinci instansiya məhkəməsi bu mövqeyini uşaqların Cavabdeh1 qalması ilə əsaslandırsa da, uşaqlar üçün aliment ödəməyini nəzərə almamışdır. Bundan başqa, məhkəmə iddia tələbinin Bakı şəhəri, Əlövsət Quliyev küçəsi, ev 131 ünvanındakı 13 saylı mənzilin satışından əldə edilmiş pula onun 2/3 pay hüququnun, Cavabdeh1 isə 1/3 pay hüququnun müəyyən edilməsi hissəsinə ümumiyyətlə baxılmamışdır. 39.Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2021-ci il tarixli, 2(102)- 4329/2021 saylı qərarı ilə (hakimlər X2 (sədrlik edən və məruzəçi), X7 və X6) kassasiya şikayəti təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)- 5605/2020 nömrəli iş üzrə 07 oktyabr 2020-ci il tarixli qətnaməsi ləğv edilmiş və mülki iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilmişdir. 40.Məhkəmə mövqeyini belə əsaslandırmışdır ki, apellyasiya instansiyası məhkəməsi qətnamə qəbul edərkən uşaqlardan Yağmurun artıq yetkinlik yaşına çatmasını, həmçinin uşaqların saxlanması üçün İddiaçı tərəfindən Cavabdeh1 aliment ödəməsini nəzərə almamışdır. Həmçinin işdən payların bərabər bölünməməsinə əsas verəcək digər halların olması da müəyyən edilmir. Məhkəmə ata Cavabdeh1 çatacaq payın anaya çatacaq paya nisbətən artılırmasında uşaqların hansı maraqlarının təmin olunmasını, paylar bərabər olduğu təqdirdə bu maraqların təmin olunmayacağı, ananın özünə çatacaq əmlakdan uşaqlarının mənafeyinə istifadə etməyəcəyi ehtimalının olmasını əsaslandırmamışdır. 41.Məhkəmə kollegiyası qeyd etmişdir ki,Apellyasiya instansiyası məhkəməsi iddia tələbinin Bakı şəhəri, Əlövsət Quliyev küçəsi, ev 131 ünvanındakı 13 saylı mənzilin satışından əldə edilmiş 130000 manat pula onun 2/3 pay hüququnun, Cavabdeh1 isə 1/3 pay hüququnun müəyyən edilməsi hissəsini rədd edərkən qeyd etmişdir ki, tərəflər arasında olan nikah xx.xx.2018-ci il tarixli qətnamə ilə pozulmuş, həmin mənzil tərəflərin birgə nikahı dövründə, yəni xx.xx.2016-cı ildə satıldığından mənzilin satışından əldəedilmiş pul ailənin ümumi ehtiyaclarına sərf edilmişdir. Məhkəmə bu qənaətə gələrkən işdə olan sübutları tam, hərtərəfli və obyektiv tətqiq etməmişdir. Belə ki, tərəflər arasında olan nikahın pozulması barədə məhkəmə qətnaməsi xx.xx.2018-ci ildə çıxarılsa da, İddiaçı nikahın pozulması ilə bağlı iddia tələbi ilə məhkəməyə xx.xx.2017-ci il tarixdə müraciət etmiş, iddia ərizəsində aralarında olan ailə münasibətlərinin uzun müddət pozulduğunu göstərmişdir. Həmçinin iddia ərizəsində İddiaçı onun xx.xx.2016-cı ildə nikahın pozulması ilə bağlı məhkəməyə müraciət etdiyini, məhkəmənin onlara 3 ay vaxt verdiyini göstərmişdir. Göründüyü kimi, məhkəmə mübahisəli mənzil satılan zaman tərəflər arasında olan ailə münasibətlərinin pozulub-pozulmamasına, onların birgə təsərrüfat aparıb-aparmamasına düzgün hüquqi qiymət verməmiş, tərəflərin arasında birgə təsərrüfatın aparılmaması tarixi kimi nikahın pozulması barədə məhkəmə qətnaməsinin çıxarıldığı tarixi göstərməklə düzgün qənaətə gəlməmişdir. Belə ki, tərəflər arasında nikah münasibətləri faktiki olaraq pozulduğu, ər-arvad birgə təsərrüfat aparmadığı halda əldə edilən pulun da ailənin ümumi ehtiyaclarına sərf edilməsinin mümkün olubolmamasına məhkəmə qiymət verməməmişdir. 42.Məhkəmə kollegiyası bildirmişdir ki, işə baxan məhkəmələr ilk iddia tələbinin iddia ərizəsində göstərilən əşyalar (mebellər, avadanlıqlar, qızıl-zinət əşyaları və s. daşınar əşyalar) hissədə İddiaçı məhkəməyə hər hansı bir sübut təqdim etməməsi əsası ilə iddia tələbini rədd etmişdir. Lakin məhkəmələr bu hissədə də sübutların tətbiqində MPM-in 88-ci maddəsinin tələblərinə əməl etməyərək prosessual pozuntuya yol vermişlər. Həmin normaya görə, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Belə ki, iddia ərizə ilə məhkəməyə müraciət edən İddiaçı həmçinin iddianın təmin etmə təbiri barədə ərizələr də vermiş, iddia ərisəsində qeyd etdiyi həmin əşyaların üzərinə həbs qoyulmasını xahiş etmişdir. Birinci instansiya məhkəməsi ərizəni təmin edərək qərardadı icra edilməsi üçün Binəqədi rayon İcra Şöbəsinə göndərmişdir. Məhkəməyə həmin şöbənin “İcra sənədinin icraatına xitam verilmsi haqqında” xx.xx.2018-ci il tarixli qərarı daxil olmuşdur. Həmin qərardan və qərara əlavə edilmişsənədlərdən müəyyən edilir ki, icra məmuru icra hərəkətlərini yerinə yetirərək qeyd edilən qeyri-yaşayış sahələrindəki əmlakların siyahıya alınması barədə akt tərtib etmiş, həmçinin Cavabdeh1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 303-cü maddəsinin tələblərini izahı edilməsi barədə yazıl iltizam almışdır. Lakin birinci instansiya məhkəməsi həmin sənədləri nəzərə almamış, qeyd edilən sənədləri nə üçün sübut kimi qəbul etmədiyini əsaslandırmamış, iddiaçının heç bir sübut təqdim etməməsi əsası ilə iddia tələbini qeyd edilən hissədə rədd etməkdə düzgün nəticəyə gəlməmiş, apellyasiya instansiyası məhkəməsi isə bu hissədə əlavə araşdırmağa zərurət görməyərək məhkəmənin gəldiyi səhvi təkrarlamışdır. 43.Daha sonra məhkəmə kollegiyası qeyd etmişdir ki, "Dodge Durango“ markalı avtomobilin alğı-satqısı barədə müqavilənin etibarsız hesab edilməsi və həmin avtomobilə 2/3 hissədə Cavabdeh1 pay hüququ tanınması ilə bağlıdır.Birinci instansiya məhkəməsi həmin hissədə gəldiyi nəticəni onunla əsaslandmışdır ki, müqavilə hüquqi nəticələr yaratmaq niyyəti ilə deyil, yalnız görünüş üçün bağlanmaqla yanaşı, həm də qanunun tələblərinə uyğun bağlanmamışdır. Avtomobilin 25000 manata satılması göstərilsə də, Cavabdeh2 tərəfindən həmin məbləğ İddiaçı ödənilməmişdir.Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərin əsaslı hesab edərək qeyd edirki, məhkəmə bu hissədə də düzgün nəticəyə gəlməmişdir. Belə ki, birinci instansiya məhkəməsinə təqdim olunmuş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X31 İdarəsinin xx.xx.2018-ci il tarixli məktubundan və məktubaəlavə edilmiş sənədlərdən müəyyən edilir ki, xx.xx.2017-ci il tarixli Nəqliyyat vasitələrinin alğı-satqı müqaviləsinə əsasən mübahisəli avtomobil İddiaçı tərəfindən Cavabdeh2 satılmışdır. Müqavilədə nəqliyyat vasitəsinin satış qiyməti 25000 manat göstərilmişdir. Birinci instansiya məhkəməsi həmin müqavilənin qanunvericiliyin tələblərinə uyğun bağlanmadığını qeyd etmiş, lakin hansı qanunvericiliyin hansı tələblərinin pozulmasını qətnamədə göstərməmişdir. Məhkəmə həmin müqaviləni görünüş üçün bağlanmasını qeyd edərək müqavilə üzrə 25000 manat pulun İddiaçı ödənilmədiyini qeyd etmiş, lakin məhkəmənin buqənaətə də hansı əsaslarla gəlməsi işdən görünmür. Qeyd olunan halları nəzərə alan məhkəmə kollegiyası hesab edir ki, apellyasiyainstansiyası məhkəməsinin mülki kollegiyasının təqdim olunmuş sübutları tam və hərtərəfli araşdırmadan, işin nəticəsi üçün mühüm əhəmiyyət kəsb edən sübutlara lazımi hüquqi qiymət vermədən iş üzrə gəldiyi nəticə qanuni və əsaslı sayıla bilməz. Ona görə də qətnamə ləğv edilməli və iş yeni apellyasiya baxışına göndərilməlidir. 44.Məhkəmə öz mövqeyini əsaslandırarkən Ailə Məcəlləsinin 37-ci maddəsinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “S.Əliyevanın şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki İşlər üzrə Məhkəmə Kollegiyasının 28 dekabr 2004-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və Qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 31 may 2006-cı il tarixli qərarına, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 24 noyabr 2005-ci il tarixli qərarına istinad etmişdir.

Apellyasiya instansiyası məhkəməsində ikinci icraat

45.Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının xx.xx.2021-ci il tarixli, 2(103)-8961/2021 saylı qətnaməsi ilə (hakimlər X8 (sədrlik edən və məruzəçi), X12 və X20) iddiaçı Bayır (İbrahimova) Ramilə Qəzənfər qızının apellyasiya şikayəti qismən təmin edilmiş, mülki iş üzrə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-40/2020 saylı, 27 fevral 2020-ci il tarixli qətnaməsi qismən, yəni birgə nikah dövründə əldə edilmiş daşınar və daşınmaz əşyaların üzərində Cavabdeh1 2/3 və İddiaçı 1/3 hissədə payının müəyyən edilməsi və "xxxx" ASC ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2017-ci il tarixli kredit müqaviləsi üzrə borc məbləğinin Cavabdeh1 2/3 və İddiaçı 1/3 hissədə aralarında bölünməsi hissəsində, "Dodge Durango" markalı, **-BR-*** dövlət qeydiyyat nişanlı avtomobilə dair İddiaçı ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2017-ci il tarixli alğı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və həmin avtomobil üzərində 2/3 hissədə Cavabdeh1, 1/3 hissədə İddiaçı payının müəyyən edilməsi hissəsində, Bakı şəhəri, Əlövsət Quliyev küçəsindəki 131 nömrəli evin 13 nömrəli mənzilinin satışından əldə edilmiş 130000 manata İddiaçı 1/2 hissədə payının tanınması və həmin məbləğin yarısı olan 65000 manatın Cavabdeh1 alınaraq İddiaçı ödənilməsinin rədd edilməsi hissəsində və Bakı şəhəri, Mərdanov Qardaşları 9 (Qoqol 17) ünvanında yerləşən “Hagina” gözəllik salonundakı seyfdə aşkar olunmuş 746 manata İddiaçı 1/2 hissədə payının tanınması və həmin məbləğin yarısı olan 373 manatın Cavabdeh1 alınaraq İddiaçı ödənilməsinin rədd edilməsi hissəsində ləğv edilmiş və həmin hissələrdə iddianın qismən təmin edilməsi, Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, X23 küçəsi, döngə 2, 3 nömrəli evin; Bakı şəhəri, Nəsimi rayonu, Səməd Vurğun küçəsindəki 116 nömrəli qeyri-yaşayış sahəsinin; Bakı şəhəri, Binəqədi rayonu, E.Babayev küçəsindəki 18 nömrəli evin, 54nömrəli mənzilinin; Bakı şəhəri, S.Rəhman küçəsindəki 41 nömrəli evin 22 və 23 nömrəli mənzillərinin; Bakı şəhəri, Nərimanov rayonu, T.Əliyev küçəsindəki 67/71 nömrəli qeyri-yaşayış sahəsinin üzərində Cavabdeh1 1/2 və İddiaçı 1/2 hissədə payı müəyyən edilməsi, "xxxx" ASC ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2017-ci il tarixli kredit müqaviləsi üzrə mövcud olan borc məbləği 1/2 hissədə Cavabdeh1, 1/2 hissədə isə İddiaçı arasında bölünməsi, "Dodge Durango" markalı, **-BR-*** dövlət qeydiyyat nişanlı avtomobilə dair İddiaçı ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2017ciil tarixli alğı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və həmin avtomobil üzərində 2/3 hissədə Cavabdeh1, 1/3 hissədə İddiaçı payının müəyyən edilməsinə dair Cavabdeh1 iddiasının rədd edilməsi, Bakı şəhəri, Əlövsət Quliyev küçəsindəki 131 nömrəli evin 13 nömrəli mənzilinin satışından əldə edilmiş 130000 manata İddiaçın 1/2 hissədə payının tanınması və həmin məbləğin yarısı olan 65000 manatın Cavabdeh1 alınaraq İddiaçı ödənilməsi, Bakı şəhəri, Mərdanov Qardaşları9 (Qoqol 17) ünvanında yerləşən “Hagina” gözəllik salonundakı seyfdə aşkar olunmuş 746 manata İddiaçı 1/2 hissədə payının tanınması və həmin məbləğin yarısı olan 373 manatın Cavabdeh1 alınaraq İddiaçı ödənilməsi, qətnamənin mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılması qət edilmişdir. 46.Məhkəmə öz mövqeyini əsaslandıraraq qeyd etmişdir ki, apellyasiya şikayətinin dəlillərindən biri tərəflərin birgə nikah dövründə əldə edilmiş əmlaklara İddiaçı 1/3 hissə, AliBayırın isə 2/3 hissə payının müəyyən edilməsi ilə bağlıdır. Məhkəmə bu qənaətə gələrkən boşanma zamanı uşaqların atanın yanında qalmasını əsas götürsə də, uşaqların saxlanması üçün İddiaçı tərəfindən Cavabdeh1 aliment ödəməsini nəzərə alınmalı idi. Bununla yanaşı, Ailə Məcəlləsinin 37-ci maddəsində nəzərdə tutulmuş hallara, o cümlədən Cavabdeh1 hər hansı birüstün mənafeyinə dair məhkəməyə hansısa bir sübut təqdim edilməmiş, məhkəmə tədqiqi zamanı həmin halların mövcudluğu aşkar edilməmişdir. Uşağın mənafeyinə xidmət etmək və artan qayğılarını qarşılamaq atanın da borcu və vəzifəsidir, hansısa hal onu bu öhdəliklər üzrə məsuliyyətdən azad edə bilməz. Ancaq tərəflərin birgə nikah dövründə əldə etdikləri daşınar və daşınmaz əşyalar üzərinə tərəflərin payının bərabər bölünməsi də uşağın mənafeyinə zidd hal kimi qiymətləndirilə bilməz. Çünki, ən azından uşaqlardan biri yetkinlik yaşına çatmış, digəri isə yeni apellyasiya baxışı zamanı İddiaçı nümayəndəsi və vəkilinin təqdim etdiyi Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(001)- 4346/2021 nömrəli qətnaməsinə əsasən 09 aprel 2005-ci il təvəllüdlü Bayır Türkerin Cavabdeh1 alınaraq İddiaçı verilməsi və sonuncunun yanında qalması qət edilmişdir. Qətnamənin məzmunundan da görünür ki, uşaqlar faktiki olaraq da İddiaçı ilə birlikdə yaşayırlar. Göründüyü kimi, uşaqların valideynlərindən hansınınsa yanında qalmasına görə əmlakın qeyri bərabər bölünməsi dayanıqlı və sabit üstün mənafe hesab edilə bilməz. Çünki, uşaqlar, özü də hazırki iş üzrə bəlli bir yaşa çatmışlar, valideynlərindən bu və ya digərinin yanında qalmaları ilə bağlı istənilən vaxt fikirlərini dəyişib digər valideynin yanına qayıda bilərlər yaxud bu hal, hazırki işdə olduğu kimi məhkəmə aktına əsasən də baş verə bilər. Belə çıxır ki, hazırki vəziyyətdə biri yetkinlik yaşına çatmış, digəri isə yetkinlik yaşına çatmamış uşaqların ananın yanında olmasına görə əmlak bölgüsü zamanı sonuncunun payının həcmi mütləq artıq olmalıdır. Ancaq qeyd olunduğu kimi hazırki iş üzrə uşağın valideynin birinin yanında qalması həmin tərəfin əmlak payının qeyri-bərabər bölünməsi üçün əsas olmamalıdır. Ona görə də hazırki iş üzrə mübahisələndirilən hissədə qətnamə qismən ləğv edilməklə tərəflərin birgə nikah dövründə əldə etdikləri daşınar və daşınmaz əşyalar üzərindətərəflərin payı bərabər müəyyən edilməlidir. 47.Bundan başqa Məhkəmə kollegiyası qeyd etmişdir ki, Konstitusiya Məhkəməsi Plenumunun qərarına və Ailə Məcəlləsinin 37.3-cü maddəsinə əsasən də ər-arvadın bir-birinə qarşı əmlak bölgüsü haqqında iddiasına baxılarkən ümumi öhdəliklər üzrə borclar ər-arvadın hər birinin mülkiyyət payına mütənasib olaraq bölünür. Ona görə də "xxxx" ASC ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2017-ci il tarixli “Kredit Müqaviləsi” üzrə mövcud olan borc məbləği də 1/2 hissədə Cavabdeh1, 1/2 hissədə isə İddiaçı arasında bölünməlidir. 48.Kassasiya instansiyası məhkəməsinin göstərişi ilə əlaqədar apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, birinci instansiya məhkəməsi İddiaçı iddia tələbinin Bakı şəhəri, Əlövsət Quliyev küçəsi, ev 131 ünvanındakı 13 saylı mənzilin satışından əldə edilmiş 130000 (yüz otuz min) manata onun 1/2 pay hüququnun tanınması və məbləğin cavabdehdən alınaraq ona ödənilməsi hissəsini rədd edərkən bu barədə qətnamədə hər hansı bir dəlil göstərməmişdir. Tərəflər arasında olan nikah xx.xx.2018-ci il tarixli qətnamə ilə pozulmuş, həmin mənzil tərəflərin birgə nikahı dövründə, yəni xx.xx.2016-cı ildə satıldığından mənzilin satışından əldə edilmiş pul ailənin ümumi ehtiyaclarına sərf edilməsi təsdiq olunmur. Belə ki, tərəflər arasında olan nikahın pozulması barədə məhkəmə qətnaməsi 06 aprel 2018-ci ildə çıxarılsa da, İddiaçı nikahın pozulması ilə bağlı iddia tələbi ilə məhkəməyə xx.xx.2017-ci il tarixdə müraciət etmiş, iddia ərizəsində aralarında olan ailə münasibətlərinin uzun müddət pozulduğunu göstərmişdir. Həmçinin iddia ərizəsində İddiaçı onun xx.xx.2016-cı ildə nikahın pozulması ilə bağlı məhkəməyə müraciət etdiyini, məhkəmənin onlara 3 ay vaxt verdiyini göstərmişdir. Göründüyü kimi, məhkəmə mübahisəli mənzil satılan zaman tərəflər arasında olan ailə münasibətlərinin faktiki olaraq pozulmasını, onların birgə təsərrüfat aparmamasını nəzərə almamış, tərəflərin arasında birgə təsərrüfatın aparılmaması tarixi kimi nikahın pozulması barədə məhkəmə qətnaməsinin çıxarıldığı tarixinin göstərilməsi də düzgün hesab edilə bilməzdi. Belə ki, tərəflər arasında nikah münasibətləri faktiki olaraq pozulduğu, ər-arvad birgə təsərrüfat aparmadığı halda əldə edilənpulun da ailənin ümumi ehtiyaclarına sərf edilməməsini məhkəmə nəzərə almamışdır. Ona görə də, bu hissədə də şikayət təmin edilməli və qətnamə Bakı şəhəri, Əlövsət Quliyev küçəsi, ev 131 ünvanındakı 13 saylı mənzilin satışından əldə edilmiş 130000 manata İddiaçı 1/2 hissədə pay tanınmalı və həmin məbləğin 65000 manatı Cavabdeh1 alınaraq alınaraq ona ödənilməlidir. 49.Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, birinci instansiya məhkəməsi iddia ərizəsində göstərilən əşyalar hissəsində İddiaçı məhkəməyə hər hansı bir sübut təqdim etməməsi əsası ilə iddia tələbini rədd etsə də işdən görünür ki, sonuncu iddia ərizə ilə məhkəməyə müraciət edərkən həmçinin iddianın təmin etmə tədbiri barədə ərizələr də vermiş, iddia ərisəsində qeyd etdiyi həmin əşyaların üzərinə həbs qoyulmasını xahiş etmişdir. Birinci instansiya məhkəməsi ərizəni təmin edərək qərardadı icra edilməsi üçün Binəqədi rayon İcra Şöbəsinə göndərmişdir. Məhkəməyə həmin şöbənin "İcra sənədinin icraatına xitam verilməsi haqqında" xx.xx.2018-ci il tarixli qərarı daxil olmuşdur. Həmin qərardan və qərara əlavə edilmiş sənədlərdən müəyyən edilir ki, icraməmuru icra hərəkətlərini yerinə yetirərək Bakı şəhəri, Mərdanov Qardaşları 9 (Qoqol 17) ünvanında yerləşən “Hagina” gözəllik salonundakı seyfdə saxlanılan pulların siyahıya alınması barədə akt tərtib etmiş, həmçinin Cavabdeh1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 303-cü maddəsinin tələblərini izah edilməsi barədə yazılı iltizam almışdır. Belə ki, iş materiallarında olan həmin sənədlərdən(bax:cild.1.i.v.186-196) görünür ki, qeyd olunan seyfdə 2 ədəd 100 manatlıq, 15 ədəd 20 manatlıq, 18 ədəd 10 manatlıq,8 ədəd 5 manatlıq, 26 ədəd 1manatlıq, cəmi 746 manat aşkar edilərək üzərinə həbs qoyulmuş əşya kimi saxlanılması üçünyazılı iltizamla Cavabdeh1 təhvil verilmiş, sonuncu isə həmin pulları qəbul etmişdir. Ancaq birinci instansiya məhkəməsi bu hissədə iddianı təmin etməmiş, yəni qeyd olunan sənədləri nəzərəalmamış, onları nə üçün sübut kimi qəbul etmədiyini əsaslandırmamış, iddiaçının heç bir sübut təqdim etməməsi əsası ilə iddia tələbini qeyd edilən hissədə rədd etməkdə düzgün nəticəyəgəlməmişdir. Ona görə də 746 manata İddiaçı 1/2 hissədə pay tanınmalı və həmin məbləğin 373 manatı Cavabdeh1 alınaraq ona ödənilməlidir. 50.Apellyasiya məhkəməsi qeyd etmişdir ki,birinci instansiya məhkəməsi "Dodge Durango" markalı avtomobilin alğı- satqısı barədə müqavilənin etibarsız hesab edilməsi və həmin avtomobilə 2/3 hissədə Cavabdeh1 payının tanınması ilə bağlıdır. Birinci instansiya məhkəməsi həmin hissədə gəldiyi nəticəni onunla əsaslandımışdır ki, müqavilə hüquqinəticələr yaratmaq niyyəti ilə deyil, yalnız görünüş üçün bağlanmaqla yanaşı, həm də qanunun tələblərinə uyğun bağlanmamışdır. Avtomobilin 25000 manata satılması göstərilsə də, Cavabdeh2 tərəfindən həmin məbləğ İddiaçı ödənilməmişdir. Belə ki, birinci instansiya məhkəməsinə təqdim olunmuş Baş X31 İdarəsinin xx.xx.2018-ci il tarixli məktubundan və məktuba əlavə edilmiş sənədlərdən müəyyən edilir ki, xx.xx.2017-ci il tarixli Nəqliyyat vasitələrinin alğı-satqı müqaviləsinə əsasən mübahisəli avtomobil İddiaçı tərəfindən Cavabdeh2 satılmışdır. Müqavilədə nəqliyyat vasitəsinin satış qiyməti 25000 manat göstərilmişdir. Birinci instansiya məhkəməsi həmin müqavilənin qanunvericiliyin tələblərinə uyğun bağlanmadığını qeydetmiş, lakin hansı qanunvericiliyin hansı tələblərinin pozulmasını qətnamədə göstərməmişdir. Məhkəmə həmin müqaviləni görünüş üçün bağlanmasını qeyd edərək müqavilə üzrə 25000 manat pulun İddiaçı ödənilmədiyini qeyd etmiş, lakin məhkəmənin bu qənaətə də hansı əsaslarla gəlməsi işdən görünmür. 51.Məhkəmə kollegiyası qeyd etmişdir ki, əvvəla, ümumi mülkiyyətdə olan əmlakda hər bir ümumi mülkiyyətçinin müəyyən payı olur. Bəzi hallarda payın miqdarı əvvəlcədən bəlli olur, bəzi hallarda isə olmur. Payı əvvəlcədən bəlli ümumi mülkiyyət paylı, məlum olmayan ümumi mülkiyyət isə birgə mülkiyyət hesab edilir. Göründüyü kimi mülkiyyətin hər iki növündə iştirakçılar müəyyən paya malik olurlar. Lakin ümumi paylı mülkiyyətdə payın miqdarı əvvəlcədən müəyyən edildiyi halda, birgə mülkiyyətdə bu əmlakın bölgüsü və ya payın ayrılması zamanı müəyyən edilir. Ər və ya arvadın birinin əmlak üzərində sərəncam vermək barədə notarial qaydada təsdiq edilmiş razılığı yalnız daşınmaz əmlak üzərində sərəncam verilən zaman imperativ qaydada nəzərdə tutulmuşdur. Daşınar əşya olan avtomobilin alğısatqısı zamanı ərin yaxud arvadın notarial qaydada təsdiq olunmuş razılığının alınması barədə hər hansı birbaşa imperativ qanunvericilik norması da mövcud deyildir. Bu mövqe kassasiya instansiyası məhkəməsinin bir çox qərarlarında da vurğulanmışdır.Avtomobillərin alğı-satqısı zamanı mülki hüquq münasibətlərinin iştirakçılarından ər yaxud arvadın notarial qaydada təsdiq olunmuş yazılı razılığını bu əməliyyatı həyata keçirən orqanlar da heç vaxt tələb etmirlər. Bir anlığa təsəvvür edilsə ki, mülki dövriyyədə avtomobillərin alğı-satqısı zamanı satıcının nikahda olduğu arvadının yaxud ərinin notarial qaydada mütləq yazılı razılığı olmalıdır, onda belə çıxır ki, bu cür razılıq olmayan alğı-satqı müqavilələrinin hamısı ən azından bu əsasa görə etibarsız hesab edilməlidir. Bu cür vəziyyət isə busahədə yaranmış mülki hüquq münasibətlərini iflic vəziyyətə sala bilər. Buna görə də, mübahisəli avtomobilin etibarsız əqd hesab olunması üçün bu hal birbaşa əsas ola bilməz. 52.Bundan başqa məhkəmə kollegiyası qeyd etmişdir ki, Mülki Məcəllənin 182-ci maddəsinə əsasən əşyanı özgənikləşdirənin onun mülkiyyətçisi olmadığı, lakin bu fakt barədə vicdanlı əldə edən olduğu hallarda da əldə edən əşyanın mülkiyyətçisi olur. Əgər əldə edən özgəninkiləşdirənin mülkiyyətçi olmadığını bilirmişsə və ya bilməli idisə, vicdanlı əldə edən sayılmır. Vicdanlılıq faktı əşya verilənə qədər mövcud olmalıdır. Daşınar əşyanın mülkiyyətçisi bu əşyanı itirmişsə, əşya ondan oğurlanmışsa və ya iradəsinin ziddinə olaraq başqa şəkildə onun sahibliyindən çıxmışsa, yaxud əldə edən onu əvəzsiz almışsa, həmin əşyanı əldə edən vicdanlı ola bilməz. Mübahisəli avtomobil tərəflərin birgə nikahı dövründə əldə edilmiş, 21 avqust 2017-ci ildə Cavabdeh2 25000 manata satılmış və işdə olan alğı-satqı müqaviləsinə əsasən də sonuncunun həmin avtomobili əvəzli əldə etməsi təsdiq edilir. Demək, Cavabdeh2 həmin avtomobili vicdanlı əldə edən şəxs olduğundan hazırki iddianın təmin edilməsi onun da mülkiyyət hüququnu pozmuş olar. Bu hissədə iddia tələbinin məzmunundan və mahiyyətindən də, açıq-aydın görünür ki, iddiaçı yalnız avtomobilin alğı-satqı müqaviləsinin etibarsızlığını və üzərində üçdə iki hissədə paylı mülkiyyət hüququnun tanınmasını tələb edir. Demək Cavabdeh1 əslində məqsədi mübahisəli avtomobil cavabdehlə birgə nikahı dövründə əldə edildiyindən avtomobil üzərində yalnız üçdə iki hissədə paylı mülkiyyət hüququnun yaranmasına nail olmaqdır. Ancaq yuxarıda göstərilən səbəblərdən bu cür iddia tələbi təmin edilə bilməzdi. Ona görə də bu hissədə də iddianın təmin edilməsi əsaslı olmadığından qətnamə mübahisələndirilən bu hissədə ləğv edilməli və həmin hissədə iddia rədd edilməlidir.

53. Məhkəmə öz mövqeyini əsaslandırarkən MPM-in 384, 385, 386, 387, 390-cı maddələrə istinad etmişdir.

Kassasiya instansiyası məhkəməsində ikinci icraat

54.Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının xx.xx.2021-ci il tarixli qətnaməsindən müstəqil tələb irəli sürməyən "xxxx" ASC kassasiya şikayəti verərək qətnamənin ünvan 13 ünvanında yerləşən qeyri yaşayış sahəsinin birgə mülkiyyət kimi bölünməsi hissəsində ləğv olunmasını və yeni apellyasiya baxışına göndərilməsini xahiş etmişdir. 55.Kassator "xxxx" ASC kassasiya şikayətində bildirmişdir ki, xx.xx.2016- cı il tarixində, H01216 nömrəli “kredit limitinin ayrılması haqqında” müqavilə bağlanmışdır. Müqavilə üzrə öhdəliklərin təminatı qismində xx.xx.2016-cı il tarixli “Sonrakı hipoteka” müqaviləsi əsasında Cavabdeh1 məxsus olan, ünvan 13 ünvanında yerləşən qeyri yaşayış sahəsi ipoteka ilə yüklü edilmişdir. Qeyd olunan əmlak nikah dövründə əldə olunduğundan, ipoteka qoyanın həyat yoldaşı İddiaçı 12 saylı Notariat kontoru tərəfindən təsdiqlənmiş ərizəsində qeyri yaşayış sahəsinin ipoteka ilə yüklü edilməsinə razılıq verərək, gələcək qanunvericiliklə müəyyən olunmuş qaydada hər hansı satış üsuluna etiraz etməmişdir. Həmin qeyri-yaşayış sahəsi artıq "xxxx" ASC məxsus olduğundan, həmin əmlak Cavabdeh1 ilə İddiaçı arasında olan “əmlak bölgüsü”nə dair mülki iş üzrə iddia predmetindən çıxarılmalı olduğu halda, Bakı Apellyasiya Məhkəməsi xx.xx.2021-ci il tarixli, 2(103)-8961/2021 nömrəli qətnaməsini (əmlak bölgüsü) qəbul edərkən, qeyd edilənləri nəzərə almamış və "xxxx"ASC-yə məxsus olan əmlakı Cavabdeh1 ilə İddiaçı arasında ikidə bir hissədə pay ilə bölərək Bankın mülkiyyət hüququnu pozmuşdur. 56.Cavabdeh1 aşağıdakı məzmunda kassasiya şikayəti vermişdir: “Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-896/2021 saylı xx.xx.2021-ci il tarixliqətnaməsinin qismən, Dodge Durango markalı ** BR *** dövlət qeydiyyat nişanlı avtomobilə dair İddiaçı ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2017-ci il tarixli alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və həmin avtomobil üzərində 2/3 hissədə Cavabdeh1, 1/3 hissədə İddiaçı payının müəyyən edilməsi hissəsində, Bakı şəhəri Əlövsət Quliyev küçəsindəki 131 nömrəli evin 13 nömrəli mənzilin satışından əldə edilmiş 130000 manata İddiaçı ½ hissədə payının tanınması və həmin məbləğin yarısı olan 65000 manatın Cavabdeh1 İddiaçı ödənilməsinin rədd edilməsi hissəsində və Bakı şəhəri Mərdanov qardaşları ünvanında yerləşən “Hagina” gözəllik salonundakı seyfdə aşkar olunmuş 746 manata İddiaçı ½ hissədə payının tanınması və həmin məbləğin yarısı olan 373 manatın Cavabdeh1 alınaraq İddiaçı ödənilməsinin rədd edilməsi hissəsində ləğv edilərək, həmin hissələrdə iddianın qismən təmin edilsin hissədə ləğv edib, İddiaçı həmin hissədə tələbinin rədd edilməsi barədə qərar qəbul edəsiniz”. 57.Kassasiya şikayəti belə əsaslandırılmışdır ki, nikah müddətində əldə etdikləri Bakı şəhəri Əlövsət Quliyev küçəsindəki 131 saylı evin 13 saylı mənzilinin satışı İddiaçı ilə birgə yaşadıqları dövrdə qarşılıqlı razılıq əsasında, İddiaçı notariat qaydasında razılıq ərizəsi əsasında həyata keçirmişlər. Həmin dövrdə onlar birgə yaşamışlar və birgə təsərrüfat aparmışlar. Satışdan əldə edilən pul məbləği ailənin ehtiyaclarına ,borclarına sərf edilmişdir. Beləliklə mübahisəli mənzil nikah müddətində birgə yaşadıqları dövrdə xx.xx.2016-cı il tarixdə İddiaçı razılığı ilə satılmışdır. Satışdan əldə edilən vəsait hesabına Səməd Vurğun küçəsində əldə edilən qeyri yaşayış sahəsi əsaslı təmir edilməsinə və avadanlıqlarla təchiz edilməsinə sərf edilmişdir. O əmlak mübahisəsini açdıqdan sonra İddiaçı iddia tələbini artıraraq həmin mənzilin əvvəlcə alqı-satqısının etibarsızlığını qoymuşdur. Daha sonra isə alqı-satqı barədə notariat işi ilə onun iştirakı təsdiqləndikdən sonra o satışdan əldə edilən pulun bölgüsünü qoymuşdur. Apellyasiya instansiyası məhkəməsi bu mənzillə bağlı gəldiyi nəticəni əsaslandırmamışdır və İddiaçı söz yığımından ibarət tələbinə istinad edərək iddiasını həmin hissədə təmin etmişdir.Bu hissədə AM 33.1.-ci maddəsinin tələbinə uyğun əqdin bağlanılmasına düzgün hüquqi qiymət verilməmişdir. 58.Kassator qeyd etmişdir ki, mübahisəli "Dodge Duranco" markalı avtomaşınla bağlı 25000 manat pul məbləğinin İddiaçı Cavabdeh2 tərəfindən ödənilməsinin sübutu olmadığı halda məhkəmə səhv nəticəyə gəlmişdir. Nikah müddətində əldə edilmiş Bakı şəhəri Əlövsət Quliyev küçəsindəki 131 nömrəli evin 13 nömrəli mənzilin satışı nikah müddətində Ramilə İddiaçı razılığı əsasında həyata keçirilmişdir. Əldə olunmuş məbləğ ailənin ehtiyaclarına, borclarına ödənilmişdir. Məhkəmənin nə əsasla nikah müddətində əldə edilən mənzilin satışından əldə edilmiş 130000 manata İddiaçı payının tanımasını əsaslandırmamışdır yəni həmin məbləğin nə əsasla və hansı maddi normaya əsasən Cavabdeh1 alınması İddiaçı ödənilməsini əsaslandırılmamışdır Bundan əlavə apellyasiya instansiya məhkəməsi Cavabdeh1 iş yerində olan"Haqina" gözəllik salonundakı seyfdə aşkar olunmuş 746 manat pulun heç bir sübut təqdim edilmədiyi halda ümumi nikah müddətində əldə edilmiş qazanc kimi əsassız qiymətləndirilməklə səhv nəticəyə gəlmiş və yarısı olan 373 manatın Bayır Alıdən alınaraq İddiaçı ödənilməsi qənaətinə gəlmişdir. Beləliklə məhkəmə qətnaməsi əsassız, mülki prosessual qanunvericiliyin tələblərinə cavab vermir. 59.Kassator kassasiya şikayətini əsaslandırarkən MPM-in 14, 77, 82, 217-ci maddələrinə istinad etmişdir. 60.Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 11 may 2022-ci il tarixli, 2(102)-2055/2022 saylı qərarı ilə Cavabdeh1 kassasiya şikayətinin qismən təmin edilməsi, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 01 dekabr 2021-ci il tarixli, 2(103)- 8961/2021 saylı qətnaməsi “Dodge Durango” markalı, **-BR-*** dövlət qeydiyyat nişanlı avtomobilə aid hissədə ləğv edilməsi və işin həmin hissədə yeni apellyasiya baxışına göndərilməsi, qətnamənin qalan hissədə dəyişdirilmədən saxlanılması, "xxxx" ASC-nin kassasiya şikayətinin təmin edilməməsi qət edilmişdir. 61.Kollegiya aşağıdakılara əsasən hesab etmişdir ki, apellyasiyaməhkəməsi “Dodge Durango” markalı, **-BR-*** dövlət qeydiyyat nişanlı avtomobilədair tələblərin həllində düzgün nəticəyə gəlməmişdir. 62.Belə ki, həmin məhkəmə “Dodge Durango” markalı, **-BR-*** dövlət qeydiyyatnişanlı avtomobilə dair iddia tələblərinin hüquqi əsası olan maddi hüquq normalarınımüyyən etməmiş, iddiaçının bildirdiyi və işin müəyyən edilmiş faktiki halları ilə həminnormaların dispozisiya şərtləri arasında uyğunluğu (uyğunsuzluğu) təhlil etməmiş,qanundakı hansı şərtin aşkar edilməməsinə görə həmin tələblərin rədd edilməli olduğunuəsaslandırmamışdır. 63.Halbuki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimiiddiaçının tələbinə uyğun gələn qanuni əsasın tapılmasından və məhkəməyə bildirdiyifaktiki halların həmin əsasın dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasındanibarətdir. Əgər irəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası tapılırsa və faktiki hallarmüvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa (habelə cavabdehinetiraz və müdafiə vasitələrinə görə aradan qalxmırsa) iddia haqlı sayılır, uzlaşmırsaəsassız hesab edilir. 64.İşə mahiyyəti üzrə baxan məhkəmələr müəyyən etmişlər ki, sözügedənavtomobil tərəflərin nikahda olduqları dövrdə əldə edilməklə İddiaçı adına qeydəalınmışdır. xx.xx.2017-ci il tarixdə tərəflərin nikahın pozulmasına dair məhkəməmübahisəsi başladıqdan sonra, yəni xx.xx.2017ci il tarixdə həmin avtomobilinCavabdeh2 satılmasına dair müqavilə bağlanmış, elə həmin tarixdə sonuncu tərəfindənavtomobilə dair İddiaçı adına etibarnamə verilmişdir. 65.İşin qeyd olunan faktiki halları nəzərə alındıqda nəqliyyat vasitəsinin alğısatqımüqaviləsinin etibarsız sayılması və həmin avtomaşına Cavabdeh1 payının müəyyənedilməsi tələblərinə uyğun gələn maddi hüquq normaları kimi, Mülki Məcəllənin 157.1,222.3, 225.1, 340.1-ci maddələri nəzərdən keçirilə bilər. 66.Belə ki, qanunda nəzərdə tutulan istisnalar nəzərə alınmaqla, ərlə arvadın nikahdövründə qazandıqları əmlak onların ümumi mülkiyyəti sayılır. Mülkiyyətçinin mülkiyyəthüququnun tanınmasını tələb etmək ixtiyarı vardır. Birgə mülkiyyətin mülkiyyətçilərindənbirinin ümumi əmlaka dair sərəncam verilməsi ilə əlaqədar bağladığı əqd həminmülkiyyətçinin lazımi səlahiyyətlərinin olmaması mülahizələrinə əsasən qalaniştirakçıların tələbi ilə yalnız o halda etibarsız sayıla bilər ki, əqdin başqa tərəfinin bunubildiyi və ya bilməli olduğu sübuta yetirilsin (§ 61, 63-64, 69). 67.Eyni zamanda Mülki Məcəllənin 340.1-ci maddəsinə görə uydurma əqd onauyğun hüquqi nəticələr yaratmaq niyyəti olmadan yalnız görünüş üçün bağlanmış əqddir,uydurma əqd əhəmiyyətsizdir. 68.Normanın məzmunundan göründüyü kimi uydurma əqd, həqiqətdə heç birhüquqi nəticə (hüquq və öhdəlik) əmələ gətitmək niyyəti olmadan, sırf görünüş üçünbağlanan əqddir. Bu halda əqdin tərəfləri hüquq və öhdəliklər yaratmağı arzu etmir,əksinə belə nəticənin əmələ gəlməməsi barəsində öz aralarında razılığa gəlmiş olurlar.Başqa sözlə, uydurma əqd, bir qayda olaraq sırf başqalarını (üçüncü şəxsləri) aldatmaqvə həqiqətdə olmayan hüquq və öhdəlikləri sanki varmış kimi göstərmək məqsədiləbağlanır. 69.Göründüyü kimi, “Dodge Durango” markalı, **-BR-*** dövlət qeydiyyat nişanlıavtomobilin satılmasına dair müqavilənin etibarsız sayılması tələbi iki hüquqi əsasasöykənə bilər: birincisi, əqdin hər hansı bir hüquqi nəticə yaratmaq niyyəti olmadan yalnızgörünüş üçün (uydurma əqd) bağlanması - MM 340.1; ikincisi əqdin tərəfləri hüquqinəticə yaratmaq istəmiş olsalar belə satıcının əşyaya sərəncam verməsinə səlahiyyətininolmamasını alıcının bilməsi və ya bilməli olması - MM 222.3. 70.Apellyasiya məhkəməsi sözügedən avtomobilə aid hisssədə birinci instansiyaməhkəməsinin qətnaməsini ləğv və iddianı rədd edərkən mövqeyini belə əsaslandırmışdırki, “birinci instansiya məhkəməsi həmin müqavilənin qanunvericiliyin tələblərinə uyğunbağlanmadığını qeyd etsə də, hansı qanunvericiliyin hansı tələblərinin pozulmasınıqətnamədə göstərməmişdir. Məhkəmə həmin müqaviləni görünüş üçün bağlanmasınıqeyd edərək müqavilə üzrə 25000 manat pulun İddiaçı ödənilmədiyini qeydetmiş, lakin məhkəmənin bu qənaətə də hansı əsaslarla gəlməsi işdən görünmür. Ər vəya arvadın birinin əmlak üzərində sərəncam vermək barədə notarial qaydada təsdiqedilmiş razılığı yalnız daşınmaz əmlak üzərində sərəncam verilən zaman imperativqaydada nəzərdə tutulmuşdur. Daşınar əşya olan avtomobilin alqı-satqısı zamanı ərinyaxud arvadın notarial qaydada təsdiq olunmuş razılığının alınması barədə hər hansıbirbaşa imperativ qanunvericilik norması da mövcud deyil. Avtomobillərin alqı satqısızamanı ər yaxud arvadın notarial qaydada təsdiq olunmuş yazılı razılığını bu əməliyyatıhəyata keçirən orqanlar da heç vaxt tələb etmirlər. Buna görə də, mübahisəli avtomobilinetibarsız əqd hesab olunması üçün bu hal birbaşa əsas ola bilməz. Mübahisəli avtomobili21 avqust 2017-ci ildə Cavabdeh2 əvəzli əldə etməsitəsdiq edilir. Demək, Cavabdeh2 həmin avtomobili vicdanlı əldə edən şəxsolduğundan hazırki iddianın təmin edilməsi onun da mülkiyyət hüququnu pozmuş olar”. 71.Apellyasiya məhkəməsinin mövqeyi əsaslı sayıla bilməz, ona görə ki, birinciinstansiya məhkəməsinin əsaslandırmasından avtomobilə dair alğı-satqı müqaviləsiniuydurma əqd kimi etibarsız hesab etməsi aşkar şəkildə görünür. 72.Binəqədi Rayon Məhkəməsi qətnaməsində Mülki Məcəllənin 340.1-ci maddəsinidə qeyd etməklə mövqeyini belə əsaslandırmışdır ki, “iş materiallarına görə İddiaçısatıcı kimi mübahisəli avtomobili Cavabdeh2 öhdəsinə və mülkiyyətinə verməmiş(alğı-satqı bağlandığı gün, yəni xx.xx.2017- ci il tarixdə Cavabdeh2 tərəfindən İddiaçıetibarnamə verilmişdir), Cavabdeh2 isə avtomobili qəbul edərək əvəzindəmüəyyənləşdirilmiş pul məbləğini ödəməmişdir. Belə ki, alğı-satqı müqaviləsindəavtomobilin 25000 manata satılması göstərilsə də, həmin məbləğin ödənilməsinə dair heçbir sənəd məhkəməyə təqdim edilməmişdir. Bununla da alğı-satqı müqaviləsinin qanunlamüəyyən edilmiş şərtlərinə əməl edilməmişdir. Avtomobilə dair alğı-satqı müqaviləsiməhz Cavabdeh1 İddiaçı qarşı xx.xx.2017-ci iltarixdə nikahın pozulmasına dair iddia ərizəsinin verilməsindən sonra bağlanmışdır. Buhal isə özüözlüyündə avtomobilə dair alğı-satqı müqaviləsinin etibarlılığını şübhə altınaalır. Alğı-satqı müqaviləsi hüquqi nəticələr yaratmaq niyyəti ilə deyil, yalnız görünüş üçünbağlanmışdır, onagörə də etibarsız hesab edilməlidir”. 73.Göründüyü kimi rayon məhkəməsi işin qeyd olunan faktiki hallarına dairsübutları qiymətləndirməklə sözügedən avtomobilə dair rəsmiləşdirilmiş alğı-satqımüqaviləsini görünüş üçün bağlanmış etibarsız (uydurma) əqd saymış və bununnəticələrini tətbiq etməklə həmin əşya üzərində Cavabdeh1 paylı mülkiyyət hüququnutanımışdır. 74.Birinci instansiya məhkəməsi ilə razılaşmayan apellyasiya məhkəməsi əqdinetibarsızlığına dair tələbin qanuni əsası kimi nəzərdən keçirilən MM-in 340.1-cimaddəsinin hansı səbəbdən tətbiq oluna bilməyəcəyini göstərməmiş, başqa sözləiddianın həmin normanın hansı dispozisiya şərtinə uyğun gəlmədiyinə dair hüquqidəyərləndirmə aparmamış, bu xüsusat üzrə rayon məhkəməsinin mövqeyiniəsaslandırılmış şəkildə təkzib etməmişdir. 75.Apellyasiya məhkəməsi ümumi birgə mülkiyyətdə olan avtomobilinsatılmasına dair ərin (arvadın) notarial razılığına gərək olmadığını və alıcı FizuliƏkbərovun maşını əvəzli şəkildə aldığını vurğulamaqla onu vicdanlı əldə edən şəxssaymışdır. 76.Kollegiya vurğulayır ki, mülki hüquq münasibətlərində ümumi qayda olaraqəqdlərin etibarlılığı tanınsa da, vicdanlılıq prezumpsiya olsa da, bunların əksi iddiaedilməklə sübuta yetirilə bilər. Bu səbəbdəndir ki, MM-in 222.3-cü maddəsində birgəmülkiyyətçilərdən birinin ümumi əmlaka dair sərəncam verilməsi ilə əlaqədar bağladığıəqdin qarşı tərəfinin həmin mülkiyyətçinin lazımi səlahiyyətlərinin olmamasını bildiyi və yabilməli olduğu sübuta yetirildiyi təqdirdə etibarsız sayılması imkanı tanınmışdır (§ 63). 77.Buna baxmayaraq, apellyasiya məhkəməsi həmin normanı da hazırkı işətətbiq etməmiş, əşyanı əldə edən Cavabdeh2 vicdanlı əldə edən sayarkən tələbindüzgün hüquqi həlli üçün əhəmiyyət kəsb edən hallara, o cümlədən avtomobilin satışınadair müqavilənin ər-arvad arasında boşanma mübahisəsi başlandıqdan sonrabağlanmasına, Cavabdeh2 satıcını tanımadığı halda avtomobili aldığı gün hansısəbəbdən yenidən satıcının adına etibarnamə verməsinə, həmin rəsmiləşdirilmədən sonra İddiaçı avtomobili Cavabdeh2 sahibliyinə və istifadəsinə veribvermədiyinə və digər mühüm hallara hüquqi qiymət verməmişdir.

78. Halbuki, "Dodge Durango" markalı, **-BR-*** dövlət qeydiyyat nişanlıavtomobilə dair tələb qeyd olunan hallar üzrə yalnız MM-in 340.1-ci və 222.3-cümaddələrinin dispozisiya şərtləri ilə hüquqi dəyərləndirmə aparılmaqla həll edildikdəməhkəmənin gəldiyi nəticə qanuni və əsaslı hesab edilə bilər. 79.Apellyasiya instansiyası məhkəməsi isə iddianın həmin avtomobilə aid hissəsində qeyd edilən halları nəzərə almamış, sadalanan maddi hüquq normalarınıtətbiq etməmiş, həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımişərait yaradılmasına, qətnamənin iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərinqarşılıqlı münasibətinə uyğun əsaslandırılmasına dair prosessual hüquq normalarınaəməl etməmişdir (§ 76, 79). 80.Ona görə də həmin hissədə qətnamə ləğv edilməli və mübahisənin yenidənaraşdırılması və nəticəsindən asılı olaraq müvafiq qərarın qəbul edilməsi üçün işapelyasiya instansiyası məhkəməsinə göndərilməli, qalan hissədə qətnamə qüvvəsindəsaxlanılmalıdır. 81.Məhkəmə öz mövqeyini əsaslandırarkən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.1, 222.2, 222.3, 225.1, 337.1, 337.3, 337.4, 337.5, 340.1, Ailə Məcəlləsinin 32.1, 33.1, 33.1, 37.1, 37.2, 37.3, Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.1, 77.1, 88, 217.3, 416.1-ci maddələrinə istinad etmişdir.

Apellyasiya Məhkəməsində üçüncü icraat

a) Məhkəmə icraatı iştirakçılarının izahatları 82.Məhkəmə kollegiyasının iclasında İddiaçı vəkili və nümayəndəsi Vəkil3 apellyasiya şikayətini mübahisələndirilən hissədə müdafiə edərək, onun təmin eilməsini xahiş etdi. 83.Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq Cavabdeh2, 3-cü şəxs "xxxx" ASC-nin nümayəndəsi məhkəməyə gəlməmiş, cavabdeh, eyni zamanda iddiaçı Cavabdeh1 vəkili Afət Qazıyeva məhkəməyə ərizə göndərərək, işin baxılmasının təxirə salınmasını xahiş etmiş, gəlməməyinin üzürlü səbəbləri barədə məhkəməyə heç bir sübut təqditm etməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq

Azərbaycan Respublikasının Mülki Məcəlləsi: 84.Maddə 157.1. Mülkiyyətçinin mülkiyyət hüququnun tanınmasını tələb etmək ixtiyarı vardır. 85.Maddə 222.2.Birgə mülkiyyətdə olan əşyaya dair sərəncamçılıq bütün mülkiyyətçilərin razılığı ilə həyata keçirilir və əmlaka dair sərəncam verilməsi haqqında əqdi mülkiyyətçilərdən hansının bağlamasından asılı olmayaraq bu razılıq ehtimal edilir. 86.Maddə 222.3. Birgə mülkiyyətin hər bir mülkiyyətçisi, əgər bütün mülkiyyətçilərin razılaşmasından ayrı qayda irəli gəlmirsə, ümumi əşyaya dair sərəncam verilməsi haqqında əqdlər bağlaya bilər. Birgə mülkiyyətin mülkiyyətçilərindən birinin ümumi əmlaka dair sərəncam verilməsi ilə əlaqədar bağladığı əqd həmin mülkiyyətçinin lazımi səlahiyyətlərinin olmaması mülahizələrinə əsasən qalan iştirakçıların tələbi ilə yalnız o halda etibarsız sayıla bilər ki, əqdin başqa tərəfinin bunu bildiyi və ya bilməli olduğu sübuta yetirilsin. 87.Maddə 225.1.Ərlə arvadın nikah dövründə qazandıqları əmlak, əgər nikah kontraktında və ya onlar arasındakı razılaşmada ayrı qayda nəzərdə tutulmayıbsa, onların ümumi mülkiyyətidir. 88.Maddə 337.1. Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. 89.Maddə 337.3. Əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıb-sayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir. 90.Maddə 337.4. Etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bucürəqdbağlandığıandanetibarsızdır. 91.Maddə 337.5. Əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığınınayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısınıdigər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (ocümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadəolunduqda) onun dəyərini pulla ödəməlidir. 92.Maddə 340.1. Uydurma əqd ona uyğun hüquqi nəticələr yaratmaq niyyəti olmadan yalnız görünüş üçün bağlanmış əqddir. Uydurma əqd əhəmiyyətsizdir. Azərbaycan Respublikasının Ailə Məcəlləsi: 93.Maddə 32.1.Nikah müddətində ər-arvadın əldə etdikləri əmlak onların ümumi birgə mülkiyyəti sayılır. 94.Maddə 33.1. Ər-arvadın ümumi əmlakı üzərində sahiblik, istifadə və sərəncam hüququ onların qarşılıqlı razılığı əsasında həyata keçirilir. 95.Maddə 33.3. Ər-arvaddan biri digərinin razılığı olmadan onların ümumi əmlakı üzərində sərəncam əqdi bağlamışsa və əqdin iştirakçısı olan digər tərəf bu cür razılığın olmadığını bilirdisə və ya bilməli idisə, əqd bağlanmasına razılığı olmayan ər (arvad) tərəfindən mübahisələndirilə bilər. 96.Maddə 37.1. Ər-arvad arasındakı müqavilədə başqa hal nəzərdə tutulmayıbsa, onların ümumi əmlakının bölünməsi zamanı bu əmlakdakı payları bərabər hesab edilir. 97.Maddə 37.2. Ayrı-ayrı hallarda məhkəmə yetkinlik yaşına çatmayan uşaqların mənafeyini və (və ya) ərin (arvadın) diqqətəlayiq mənafeyini, o cümlədən ər-arvaddan biri üzürsüz səbəbdən gəlir əldə etmədiyi və ya birgə mülkiyyəti ailənin mənafeyinə zidd olaraq sərf etdiyi hallarda nəzərə alıb onların birgə mülkiyyətinin bölünməsi zamanı payları bərabər bölməyə bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: 98.Maddə 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektivtədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onlarınprosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərinnəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinəkömək göstərir. 99.Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyihalları sübut etməlidir. 100.Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdansonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. 101.Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərinqarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 102.Maddə 420. Kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir.

Apellyasiya baxışının hədləri

103.Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin tələbinə görə apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Həmin Məcəllənin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətlərinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. 104.Məhkəmə kollegiyası prosessual qanunvericiliyin qeyd olunan müddəasını və onun rəsmi şərhinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarını nəzərə almaqla qeyd edir ki, hazırki halda apellyasiya baxışının hədlərini qətnamənin “Dodge Durango” markalı, **-BR-*** dövlət qeydiyyat nişanlı avtomobilə aid Cavabdeh1 iddiasının təmin edilən hissəsində qanuniniliyinin və əsaslılığının yoxlanılması təşkil edir.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

105.Kollegiya qeyd edir ki, işə mahiyyəti üzrə baxan məhkəmələr müəyyən etmişlər ki, sözügedən "Dodge Durango" markalı, **-BR-*** dövlət qeydiyyat nişanlı avtomobil tərəflərin nikahda olduqları dövrdə əldə edilməklə İddiaçı adına qeydə alınmışdır. xx.xx.2017-ci il tarixdə tərəflərin nikahın pozulmasına dair məhkəmə mübahisəsi başladıqdan sonra, yəni xx.xx.2017ci il tarixdə həmin avtomobilin Cavabdeh2 satılmasına dair müqavilə bağlanmış, elə həmin tarixdə sonuncu tərəfindən avtomobilə dair İddiaçı adına etibarnamə verilmişdir. 106.Göründüyü kimi, “Dodge Durango” markalı, **-BR-*** dövlət qeydiyyat nişanlı avtomobilin satılmasına dair müqavilənin etibarsız sayılması tələbi iki hüquqi əsasa söykənə bilər: birincisi, əqdin hər hansı bir hüquqi nəticə yaratmaq niyyəti olmadan yalnız görünüş üçün (uydurma əqd) bağlanması - MM 340.1; ikincisi əqdin tərəfləri hüquqi nəticə yaratmaq istəmiş olsalar belə satıcının əşyaya sərəncam verməsinə səlahiyyətinin olmamasını alıcının bilməsi və ya bilməli olması - MM 222.3. 107.Mülki Məcəllənin 340.1-ci maddəsinə görə uydurma əqd ona uyğun hüquqi nəticələr yaratmaq niyyəti olmadan yalnız görünüş üçün bağlanmış əqddir, uydurma əqd əhəmiyyətsizdir. 108.Normanın məzmunundan göründüyü kimi uydurma əqd, həqiqətdə heç bir hüquqi nəticə (hüquq və öhdəlik) əmələ gətitmək niyyəti olmadan, sırf görünüş üçün bağlanan əqddir. Bu halda əqdin tərəfləri hüquq və öhdəliklər yaratmağı arzu etmir, əksinə belə nəticənin əmələ gəlməməsi barəsində öz aralarında razılığa gəlmiş olurlar. Başqa sözlə, uydurma əqd, bir qayda olaraq sırf başqalarını (üçüncü şəxsləri) aldatmaq və həqiqətdə olmayan hüquq və öhdəlikləri sanki varmış kimi göstərmək məqsədilə bağlanır. 109.Məhkəmə qətnaməsində Mülki Məcəllənin 340.1-ci maddəsini qeyd etməklə mövqeyini belə əsaslandırmışdır ki, “iş materiallarına görə İddiaçı satıcı kimi mübahisəli avtomobili Cavabdeh2 öhdəsinə və mülkiyyətinə verməmiş (alğı-satqı bağlandığı gün, yəni xx.xx.2017- ci il tarixdə Cavabdeh2 tərəfindən İddiaçı etibarnamə verilmişdir), Cavabdeh2 isə avtomobili qəbul edərək əvəzində müəyyənləşdirilmiş pul məbləğini ödəməmişdir. Belə ki, alğı-satqı müqaviləsində avtomobilin 25000 manata satılması göstərilsə də, həmin məbləğin ödənilməsinə dair heç bir sənəd məhkəməyə təqdim edilməmişdir. Bununla da alğı-satqı müqaviləsinin qanunla müəyyən edilmiş şərtlərinə əməl edilməmişdir. Avtomobilə dair alğısatqı müqaviləsiməhz Cavabdeh1 İddiaçı qarşı xx.xx.2017-ci il tarixdə nikahın pozulmasına dair iddia ərizəsinin verilməsindən sonra bağlanmışdır. Bu hal isə özü-özlüyündə avtomobilə dair alğı-satqı müqaviləsinin etibarlılığını şübhə altına alır. Alğı-satqı müqaviləsi hüquqi nəticələr yaratmaq niyyəti ilə deyil, yalnız görünüş üçün bağlanmışdır,ona görə də etibarsız hesab edilməlidir”. 110.Göründüyü kimi məhkəmə işin qeyd olunan faktiki hallarına dair sübutları qiymətləndirməklə sözügedən avtomobilə dair rəsmiləşdirilmiş alğı-satqı müqaviləsini görünüş üçün bağlanmış etibarsız (uydurma) əqd saymış və bunun nəticələrini tətbiq etməklə həmin əşya üzərində Cavabdeh1 paylı mülkiyyət hüququnu tanımışdır. 111.Kollegiya qeyd edir ki, mülki hüquq münasibətlərində ümumi qayda olaraq əqdlərin etibarlılığı tanınsa da, vicdanlılıq prezumpsiya olsa da, bunların əksi iddia edilməklə sübuta yetirilə bilər. Bu səbəbdəndir ki, MM-in 222.3-cü maddəsində birgə mülkiyyətçilərdən birinin ümumi əmlaka dair sərəncam verilməsi ilə əlaqədar bağladığı əqdin qarşı tərəfinin həmin mülkiyyətçinin lazımi səlahiyyətlərinin olmamasını bildiyi və ya bilməli olduğu sübuta yetirildiyi təqdirdə etibarsız sayılması imkanı tanınmışdır. 112.Kollegiya avtomobilin satışına dair müqavilənin ər-arvad arasında boşanma mübahisəsi başlandıqdan sonra bağlanmasına, Cavabdeh2 satıcını tanımadığı halda avtomobili aldığı gün yenidən satıcının adına etibarnamə verməsinə istinad edərək, qeyd edir ki, Cavabdeh2 vicdanlı sahib hesab edilə bilməz. 113.Qeyd olunanlara əsasən kollegiya hesab edir ki, mübahisəl avtomobillə bağlı məhkəmə alğı-satqının etibarsız hesab edilməsi ilə bağlı düzgün nəticəyə gəlsə də, payları qeyri-bərabər bölməklə, düzgün olmayan nəticəyə gəlmişdir. 114.Kollegiya qeyd edir ki, məhkəmə payları qeyri-bərabər bölərkən boşanma zamanı uşaqların atanın yanında qalmasını əsas götürsə də, uşaqların saxlanması üçün İddiaçı tərəfindən Cavabdeh1 aliment ödəməsini nəzərə alınmalı idi. Bununla yanaşı, Ailə Məcəlləsinin 37-ci maddəsində nəzərdə tutulmuş hallara, o cümlədən Cavabdeh1 hər hansı bir üstün mənafeyinə dair məhkəməyə hansısa bir sübut təqdim edilməmiş, məhkəmə tədqiqi zamanı həmin halların mövcudluğu aşkar edilməmişdir.Uşağın mənafeyinə xidmət etmək və artan qayğılarını qarşılamaq atanın da borcu və vəzifəsidir, hansısa hal onu bu öhdəliklər üzrə məsuliyyətdən azad edə bilməz. Ancaq tərəflərin birgə nikah dövründə əldə etdikləri avtomobil üzərində tərəflərin payının bərabər bölünməsi, uşağın mənafeyinə zidd hal kimi qiymətləndirilə bilməz. Çünki, ən azından uşaqlardan biri yetkinlik yaşına çatmış, digəri isə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(001)-4346/2021 nömrəli qətnaməsinə əsasən 09 aprel 2005-ci il təvəllüdlü Bayır Türkerin Cavabdeh1 alınaraq İddiaçı verilməsi və sonuncunun yanında qalması qət edilmişdir. Qətnamənin məzmunundan da görünür ki, uşaqlar faktiki olaraq da İddiaçı ilə birlikdə yaşayırlar. Göründüyü kimi, uşaqların valideynlərindən hansınınsa yanında qalmasına görə əmlakın qeyri bərabər bölünməsi dayanıqlı və sabit üstün mənafe hesab edilə bilməz. Ancaq qeyd olunduğu kimi hazırki iş üzrə uşağın valideynin birinin yanında qalması həmin tərəfin əmlak payının qeyri-bərabər bölünməsi üçün əsas olmamalıdır. 115.Ona görə də hazırki iş üzrə mübahisələndirilən hissədə qətnamə qismən ləğv edilməklə tərəflərin birgə nikah dövründə əldə etdikləri avtomobil üzərində payları bərabər müəyyən edilməlidir. 116.Kollegiya hesab edir ki, avtomobillə bağlı bağlanmış alğı-satqı müqaviləsi əhəmiyyətsiz əqd olmaqla, bağlandığı andan etibarsız olduğundan, hazırkı halda restitusiyanın tətbiqi üçün əsaslar müəyyən olmadığından, X4 izah olunmalıdır ki, gələcəkdə İddiaçı qarşı yarana biləcək tələbləri ilə bağlı məhkəməyə müraciət etmək hüququ vardır. 117.Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 382, 384, 392, 393, 402, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

Qərara aldı: Apellyasiya şikayəti mübahisələndirilən hissədə qismən təmin edilsin. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 27 fevral 2020-ci il tarixli qətnaməsi mübahisələndirilən –“Dodge Durango” markalı, **-BR-*** dövlət qeydiyyat nişanlı avtomobilə payların müəyyən edilməsi hissəsində ləğv edilsin, həmin hissədə iş üzrə yeni qətnamə qəbul edilsin. Cavabdeh1 iddiası mübahisələndirilən hissədə qismən təmin edilsin. “Dodge Durango” markalı, **-BR-*** dövlət qeydiyyat nişanlı avtomobilin 1/2 hissəsinə İddiaçı, 1/2 hissəyə Cavabdeh1 payları müəyyən edilsin. Qətnamə mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şıkayəti verilə bilər.

Sədrlik edən: Xəyal Sarıyev

Hakimlər: Namiq Cəfərov Emin Mehdiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar