Məhkəmə qərarları › İş №2(103)-5802/2025

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-5802/2025

27.10.2025 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-5802/2025 27.10.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apelyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər Mərdanova Xumar Afət qızı (sədrlik edən və məruzəçi), Sadıqov Vahid Nəriman oğlu və X1 ibarət tərkibdə, Məhkəmə iclas katibi X3 qızının katibliyi, İddiaçı, Cavabdehlər Cavabdeh2 və Cavabdeh1 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı “aliment” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 08 avqust 2025-ci il tarixli, e-2(009)- 1802/2025 nömrəli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apelyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı hazırda 80 yaşında və xəstə olmasını eləcə də cavabdehlərin oğlu və qızı olmasını göstərməklə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərin hər birindən onun xeyrinə hər ay 230 manat sabit pul məbləğində alimentin tutulmasını xahiş etmişdir. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 08 avqust 2025-ci il tarixli, e-2(009)- 1802/2025 nömrəli qətnaməsi ilə iddianın qismən təmin edilməsi, 16 iyul 2025-ci il tarixdən başlayaraq Cavabdeh2 hər ay sonrakı artımlar nəzərə alınmaqla, hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,13 misli həddində sabit pul məbləğində, Cavabdeh1 hər ay sonrakı artımlar nəzərə alınmaqla, hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,58 misli həddində sabit pul məbləğində aliment İddiaçı xeyrinə tutulması, Cavabdeh2 və Cavabdeh1 20 manat dövlət rüsumu müştərək qaydada tutularaq dövlət büdcəsinə köçürülməsi və iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. Həmin qətnamədən iddiaçı apellyasiya şikayəti verərək, qətnamənin Cavabdeh2 Çingiz oğlundan hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,13 misli həddində sabit pul məbləğində alimentin tutulması hissəsində ləğv edilməsi və iddia tələbinin tam təmin olunması barədə qətnamənin qəbul edilməsini xahiş etmişdir. Apellyasiya baxışı zamanı Məhkəmə Kollegiyasının iclasında iştirak edən iddiaçı ərizə ilə Məhkəmə Kollegiyasına müraciət edərək, iddiadan imtina etdiyini bildirərək, iddiadan imtinanın qəbul edilməsini xahiş etdi. Məhkəmə Kollegiyasının iclasında iştirak edən iddiaçı iddiadan imtinanın nəticələrinin ona aydın olduğunu bildirməklə, iddiadan imtinanın qəbul edilməsini xahiş etdi. Məhkəmə Kollegiyasının iclasında iştirak edən cavabdehlər iddiaçı ilə razılığa gəlindiyini və ayrı-ayrılıqda iddiaçının iddia tələbindən imtinasına etiraz etmədiyini bildirdilər. Məhkəmə Kollegiyası iş materiallarını və ərizəni araşdırıb hesab edir ki, İddiaçı iddia tələbindən imtina barədə ərizəsi qəbul edilməli, mülki iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 370-ci maddəsinə əsasən apellyasiya şikayəti qəbul olunduqdan sonra iddiaçının iddiadan imtina etməsi və tərəflərin barışıq sazişi bağlaması apellyasiya instansiyası məhkəməsinə ünvanlanmış yazılı ərizələrdə ifadə olunmalıdır. Ərizələrə baxılma qaydası, iddiadan imtinanın qəbul edilib-edilməməsinin, tərəflərin barışıq sazişinin təsdiq edilib-edilməməsinin nəticələri bu Məcəllənin 191-ci maddəsinin qaydaları ilə müəyyən olunur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 52.1-ci maddəsinə əsasən iddiaçı iddiadan imtina edə bilər. İddiadan imtina etmə yazılı formada ifadə edilməlidir. Həmin Məcəllənin 261.0.4-cü maddəsinə əsasən iddiaçı iddiadan imtina etmişsə və bu imtina məhkəmə tərəfindən qəbul olunmuşsa hakim iş üzrə icraata xitam verir. Prosessual qanunvericiliyin qeyd olunan müddəalarını rəhbər tutmaqla Məhkəmə Kollegiyası hesab edir ki, iddiaçının iddiasından imtinası qanuna zidd olmadığından və hər-hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafelərini pozmadığından qəbul edilməli, tərəflər arasında olan mübahisələrə dair çıxarılmış birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməklə mülki işin icraatına xitam verilməlidir. Həmin Məcəllənin 384.0.5-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnamə və ya qərardadını qismən ləğv edə, qətnamə və ya qərardadı tamamilə, yaxud qismən ləğv edib, bu Məcəllənin 259.0.1-259.0.5-ci və 259.0.8-259.0.12-ci maddələrinə müvafiq olaraq iddianı tamamilə, yaxud qismən baxılmamış saxlaya, qətnamə və ya qərardadı tamamilə, yaxud qismən ləğv edib, bu Məcəllənin 261-ci maddələrinə müvafiq olaraq iş üzrə icraata xitam verə bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 191, 261, 370, 384, 400, 405-ci maddələrini rəhbər tutaraq Məhkəmə Kollegiyası, QƏRARA ALDİ: İddiaçı iddia tələbindən imtina ərizəsi qəbul edilsin. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 08 avqust 2025-ci il tarixli, e-2(009)- 1802/2025 nömrəli qətnaməsi ləğv edilsin. İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı “cavabdehlərin hər birindən onun xeyrinə hər ay 230 manat sabit pul məbləğində alimentin tutulması” tələbinə dair mülki iş üzrə icraata xitam verilsin. Qərardaddan işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Xumar Mərdanova Hakimlər: Vahid Sadıqov Sabit Bəhrəmzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar