Məhkəmə qərarları › İş №2(103)-581/2021

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-581/2021

02.04.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-581/2021 02.04.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Namiq Cəfərov (sədrlik edən), Elmira Nağıyeva və Xəyalə Cəmilovadan ibarət tərkibdə, Nərgiz Qasımovanın katibliyi ilə , İddiaçı Cavabdeh qarşı “alimentin miqdarının artırılması barədə” iddiasına dair mülki işin digər mülki işlə bir icraatda birləşdirilməsi məsələsinə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Hazırkı işdə İddiaçı uşağa görə alimentin miqdarının artırılmasını Cavabdeh tələb edir. Digər işdə iddiaçı Cavabdeh eyni uşağa görə alimentin miqdarının azaldılmasını cavabdeh İddiaçı tələb edir. Hər iki iş Bakı Apellyasiya Məhkəməsinin icraatındadır. Məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 169.3-cü maddəsinin göstərişinə əsaslanaraq hesab edir ki, hər iki iş birlikdə baxılmaq üçün bir icraatda birləşdirilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Mülki-Prosessual Məcəllənin 263 və 264-cü maddələrinin göstərişlərini rəhbər tutaraq qərara aldı: İddiaçı Cavabdeh qarşı “alimentin miqdarının artırılması barədə” iddiasına dair hazırkı mülki iş digər mülki işlə - iddiaçı Cavabdeh İddiaçı qarşı “alimentin miqdarının azaldılması barədə” iddiasına dair mülki işlə birlikdə baxılmaq üçün bir icraatda birləşdirilsin.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar