Məhkəmə qərarları › İş №2(103)-5854/2023

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-5854/2023

14.09.2023 · Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-5854/2023 14.09.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakim Abdıyev Fuad. Vilayət oğlu sədrliyi və məruzəsi ilə, Hakimlər Sarıyev Xəyal Əjdər oğlu Qasımov Fərrux. Hüseynağa oğlu ibarət tərkibdə, Məhkəmə iclas katibi katibliyi, iştirakı ilə açıq məhkəmə iclasında İddiaçı Cavabdeh qarşı əmək haqqı tələbi tələbinə dair mülki iş üzrə çıxarılmış Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2(006)-129/2023-031e- 2(006)-129/2023-031 nömrəli qətnaməsindən Cavabdeh verilmiş şikayətin mümkünlüyünü yoxlayaraq MÜƏYYƏN ETDİ: Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin e-2(006)-129/2023-031 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsi ilə İddiaçı Cavabdeh qarşı tələbinə dair iddia ərizəsi ilə müraciət etmişdir. Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2(006)- 129/2023-031 nömrəli qətnaməsi ilə iddiaçı cavabdeh qarşı tələbinə dair iddiasının ______ barədə qətnamə qəbul edilmişdir. Cavabdeh qətnamədən apellyasiya şikayəti vermiş, şikayət mülki işlə birlikdə Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi tərəfindən Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Bakı Apellyasiya MəhkəməsiBakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası (bundan sonra – Məhkəmə) apellyasiyanın mümkünlüyünü yoxlayarkən müəyyən etdi ki, apellyasiya şikayəti, qanunla müəyyən olunmuş prosessual müddət keçdikdən sonra verilmişdir və bu məsələni müzakirə etməmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 360-cı maddəsinə əsasən apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi qündən 1 ay müddətində verilə bilər. Bununla bağlı Məhkəmə qeyd edir ki, qətnamədən apellyasiya şikayəti verilməsi müddətinin axımı qətnamənin tərəflər verildiyi tarixdən sonrakı gündən başlanır. İşə əlavə edilmiş ______ surətindən görünür ki, qətnamə, ________ tarixdə verilmişdir. Belə olan halda _____________ Apellyasiya şikayəti verilməsi müddətini ötürmüş cavabdehlər “buraxılmış prosessual müddətinin bərpa edilməsi barədə” ərizə verməmişlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsininin 363.1.3-cü maddəsinə əsasən apellyasiya şikayəti müəyyən edilmiş müddət keçdikdən sonra verilmişdirsə o birinci instansiya məhkəməsi tərəfindən qaytarılır, lakin Rayon Məhkəməsi qanunun bu tələbinə əməl etməmiş, şikayəti mülki işlə birlikdə Bakı Apellyasiya Məhkəməsiinə göndərmişdir. Apellyasiya şikayəti qanunla müəyyən edilmiş müddət keçdikdən sonra verildiyindən apellyasiyanın mümkünlüyü üçün əsaslar yoxdur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 366.2-ci maddəsinə görə isə, əgər apellyasiyanın mümkünlüyü üçün əsaslar yoxdursa, o, qəbul olunmamış hesab edilə bilər. Odur ki, apellyasiya şikayəti üzrə apellyasiya qeyri-mümkün hesab edilməli və şikayət mülki işlə birlikdə Rayon Məhkəməsinə qaytarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 366-cı maddəsini rəhbər tutaraq Məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı Cavabdeh qarşı əmək haqqı tələbi tələbinə dair mülki iş üzrə çıxarılmış Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin tarixli qətnaməsindən Cavabdeh verdiyi apellyasiya şikayəti üzrə apellyasiya qeyri-mümkün hesab edilsin və apellyasiya şikayəti mülki işlə birlikdə Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinə qaytarılsın. Qərardaddan 10 gün müddətinə Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən Fuad. Abdıyev Hakim Xəyal Sarıyev Hakim Fərrux. Qasımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar