Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-5857/2023 12.09.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Məmmədov Məmməd Allahverdi oğlu (sədrlik edən və məruzəçi), Talışınski Fuad Şəmsəddin oğlu və İmanov Azad Nizam oğlundan ibarət tərkibdə, 2(004)- 305/2022 saylı iş üzrə Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 10 fevral 2023-cü il tarixli qərardaddan İddiaçı verdiyi şikayətə yazılı icraat qaydasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1 və 3 saylı Bakı “ASAN xidmət” mərkəzinin Notariat Ofisinə qarşı “miras payının müəyyən edilməsi” tələbinə dair hazırki mülki işə baxmış Yasamal Rayon Məhkəməsi, iş üzrə qəbul etdiyi xx.xx.2022-ci il tarixli qərardad ilə (məhkəmə aktında yol verilmiş yanlışlığın aradan qaldırılması barədə xx.xx.2023-cü il tarixli qərardad nəzərə alınmaqla) işin icraatına xitam verilməsini qərara almışdır. İddiaçı tərəf xx.xx.2022-ci il tarixdə iş üzrə “işin icraatına xitam verilməsi barədə” qərardad deyil, “iddianın qismən təmin edilməsi barədə” qətnamənin qəbul edilməsini iddia edərək və xx.xx.2022-ci il tarixli məhkəmə aktını qətnamə kimi qəbul edərək qətnamədən apellyasiya şikayəti (apellyasiya şikayətinin dəqiqləşdirilməsi barədə ərizə nəzərə alınmaqla) vermişdir. Apellyasiya şikayətinin qəbul edilməsi məsələsinə baxmış Rayon Məhkəməsi iş üzrə qəbul etdiyi xx.xx.2023-cü il tarixli qərardadla apellyasiya şikayətinin qaytarılmasını qərara almışdır (əsas: xx.xx.2022-ci il tarixdə iş üzrə “iddianın qismən təmin edilməsi barədə” qətnamə deyil, “işin icraatına xitam verilməsi barədə” qərardad qəbul edilmişdir). İddiaçının həmin qərardaddan verdiyi şikayətə baxmış Rayon Məhkəməsi iş üzrə qəbul etdiyi xx.xx.2023-cü il tarixli qərardad ilə şikayətin təmin edilməməsini, xx.xx.2023cü il tarixli qərardadından iddiaçının verdiyi şikayətə baxılması üçün şikayətin, mülki işlə Bakı Apellyasiya Məhkəməsinə göndərilməsini və sair məsələləri qərara almışdır. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası (bundan sonra – Məhkəmə) şikayətin dəlillərini və mülki işin materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, barəsində şikayət verilmiş xx.xx.2023-cü il tarixli qərardad dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, işdə olan sənədlərdən, o cümlədən Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hazırki iş üzrə qəbul etdiyi və artıq qanuni qüvvəyə minmiş xx.xx.2023-cü il tarixli qərardadından (İş № 2(103)-2844/2023) müəyyən edilir ki, Rayon Məhkəməsinin hazırki iş üzrə xx.xx.2022-ci il tarixdə qəbul etdiyi məhkəmə aktı (məhkəmə aktında yol verilmiş yanlışlığın aradan qaldırılması barədə xx.xx.2023-cü il tarixli qərardad nəzərə alınmaqla) “iddianın qismən təmin edilməsi barədə” qətnamə deyil, “işin icraatına xitam verilməsi barədə” qərardad olmuşdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsində isə, mövcud olmayan məhkəmə aktından şikayətin verilməsi nəzərdə tutulmamışdır. Odur ki, göstərilənləri nəzərə alan, MPM-nin 398-ci maddəsində təsbit edilmiş səlahiyyətlərindən çıxış edən və MPM-nin 400, 402-ci maddələrini rəhbər tutan Məhkəmə QƏRARA ALDİ: İddiaçı şikayəti təmin edilməsin. Hazırki iş üzrə Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 10 fevral 2023-cü il tarixli qərardad dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir və ondan şikayət verilmir.
Məhkəmə qərarları › İş №2(103)-5857/2023
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-5857/2023
12.09.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver