Məhkəmə qərarları › İş №2(103)-5878/2024

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-5878/2024

06.11.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-5878/2024 06.11.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı “alimentin təyin edilməsi” tələbinə dаir mülki iş üzrə Açar sözlər:(aliment tələbi) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimlər Xəyal Əjdər oğlu Sarıyevin (sədrlik edən və məruzəçi), X7 və X1 ibarət tərkibdə, Rüfanə Elxan qızı Əzizzadənin katibliyi, İddiaçı, onun nümayəndəsi və vəkili Vəkil3, Cavabdeh X3, onun nümayəndəsi və vəkili Vəkil2 iştirakları ilə, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 15 iyul 2024-cü il tarixli, 2(011)-5002/2024 saylı qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları, iş üzrə məhkəmə icraatı 1.İddiaçı ilə Cavabdeh xx.xx.2023-cü il tarixdə rəsmi nikaha daxil olaraq ailə qurmuşlar, birgə nikahlarından xx.xx.2024-cü ildə X4rı anadan olmuşdur. Tərəflərin ailə münasibətləri pozulmuş, uşaq ananın yanında yaşayır. 2.Cavabdehın uşağın saxlanılmasına yardım etmədiyini iddia edən iddiaçı hazırkı tələblə məhkəməyə müraciət edmişdir. a)Birinci instansiya məhkəməsində icraat 3.İddiaçı Cavabdeh qarşı “alimentin təyin edilməsi” tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh xx.xx.2024-cü ildə doğulmuş X2 yetkinlik yaşına çatana qədər saxlanması üçün cavabdehin əmək haqqı və başqa gəlirlərinin dörddə bir hissəsi miqdarında alimentin tutulması, uşağın 3 yaşına qədər hər ay 300 manat alimentin tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. 4.İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı Cavabdeh ilə xx.xx.2023-cü ildə birgə nikaha daxil olaraq ailə həyatı qurmuşlar və birgə nikahdan övladları xx.xx.2024-cü ildə X5 anadan olmuşdur. Nikahları Bakı şəhəri 3 saylı “Asan xidmət” mərkəzində nikahın bağlanması haqqında akt qeydiyatı kitabında 666 nömrə ilə qeydə alınmışdır. Evləndikdən sonra ilk vaxtlar münasibətləri normal olsa da, sonradan münasibətləri korlanmışdır, xarakterləri uyğun gəlməmişdir, bir-birilərini başa düşə bilməmişdilər. Aralarında tez-tez anlaşılmazlıq baş vermiş, bu da öz növbəsində ailədə mübahisənin və söz-söhbətin yaranmasına gətirib çıxarmışdır. Ümumiyyətlə cavabdehlə ailə şəraitində yaşamaq mümkün deyil, eyni zamanda heç bir səbəb olmadan ona nalayiq sözlərlə söyür, təhqir edir və iddiaçı bütün bunlara dözməyib ata evinə qayıtmaq məcburiyyətində qalmışdır. Hazırda ata evində övladı ilə birlikdə yaşayır. Cavabdeh uşağa baxmır, doğulduğu gündən bir dəfə də olsun onu görmək istəməyib, uşağın doğulmasına, gündəlik tələbatına lazım olan xərclərdə iştirak etmir, köməklik göstərmir. Bütün bunlara dözməyib aliment tələbi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır və ayrılmaq qərarına gəlmişdir. Məsələ ilə bağlı Bakı 15 saylı Mediasiya Təşkilatına müraciət etmiş və xx.xx.2024-ci il tarixdə ilkin mediasiya sesiyasından sonra prosesin davam etdirilməsinin mənası olmadığı qənaətinə gələrək, prosesi sona çatdırmaq barədə qərar verilmişdir. 5.Daha sonra İddiaçı iddia ərizəsinə dəqiqləşmə təqdim edərək, Cavabdeh xx.xx.2024-cü ildə doğulmuş X2 yetkinlik yaşına çatana qədər saxlanması üçün cavabdehin əmək haqqı və başqa gəlirlərinin dörddə bir hissəsi miqdarında alimentin tutulması, uşağın 3 yaşınadək hər ay 300 manat alimentin ödənilməsi, iddiaçının anasının himayəsinə gəldiyi gündən alimentlə bağlı məhkəməyə müraciət etdiyi müddətə qədər olan dövr ərzində olan 11 ay müddəti üçün alimentin və uşağın doğumu ərəfəsində sərf edilmiş 600 manat vəsaitinin cavabdehdən tutularaq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. 6.İddia ərizəsinin dəqiqləşməsi barədə ərizə onunla əsaslandırılmışdır ki, iddiaçı hamiləlik dövrünün 3-cü ayında, yəni 2023-cü ilin iyun ayında cavabdehlə aralarında olan mübahisədən sonra evdən getmiş və o vaxtdan anasının himayəsində yaşayır. O, evdən getdiyi gündən bu günə qədər olan bir il maddətində cavabdeh uşaqla bağlı çəkilən xərclərdə iştirak etməmişdir, uşaq doğulduqdan sonrakı dövr ərzində uşağa baxmır, doğulduğu gündən bir dəfə də olsun onu görmək istəməyib, uşağın doğulmasına, gündəlik təlabatına lazım olan xərclərdə iştirak etmir, köməklik göstərmir. Məsələ ilə bağlı cavabdehin iş yerinə şikayətlə müraciət etdikdən sonra o, uşağın dünyaya gəlmə ərəfəsində çəkilmiş 1.200 manat vəsaitin 600 manatını ödəmişdir, lakin qalan hissəni ödəməkdən imtina etmişdir. O, hesab edir ki, cavabdeh iddiaçının anasının himayəsinə gəldiyi gündən, yəni 2023-cü il tarixdən alimentlə bağlı məhkəməyə müraciət etdiyi müddətə qədər, yəni xx.xx.2024-cü ilə qədər dövr ərzində 11 aya görə də alimenti və uşağın doğumu ərəfəsində sərf edilmiş 600 manat qalıq vəsaiti də ödəməlidir. 7.İddiaçı məhkəmə iclasında iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddiasını müdafiə etmiş, məhkəmədən iddianın təmin edilməsini xahiş edərək bildirmişdir ki, o, 2023-cü ilin iyun ayında ailəvi münaqişələri səbəbindən evi tərk edib. İddiaçı hamiləlik dövründə bütün xərcləri özü çəkib. Əlavə sual-cavab zamanı İddiaçı məhkəmə iclasında verdiyi izahatında bildirmişdir ki, cavabdeh uşağın doğumu ərəfəsində doğuşla əlaqədar 1.200 manat xərc məbləğindən 600 manat məbləğini ödəmişdir. Tərəflərin nikahı rəsmi pozulmayıb. 8.Cavabdeh X6 məhkəmə iclasında iddianı qismən qəbul edərək, izahatında göstərmişdir ki, iddianı xx.xx.2024-cü ildə doğulmuş X2 yetkinlik yaşına çatana qədər saxlanması üçün əmək haqqı və başqa gəlirlərinin 1/4 hissəsi miqdarında alimentin tutulması hissəsində qəbul edir. Qalan hissədə iddianı qəbul etmir. Tərəflərin nikahı rəsmi pozulmayıb. 9.Bakı şəhəri Xətai Rayon Məhkəməsinin (bundan sonra-məhkəmə) 15 iyul 2024-cü il tarixli, 2(008)- 5002/2024 saylı qətnaməsi ilə (sədrlik edən-Aynur Abdullayeva) iddia tələbi qismən təmin edilərək, xx.xx.2024-cü il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanması üçün Cavabdeh xx.xx.2024-cü il tarixdən başlayaraq, hər ay cavabdehin qazancının (başqa gəlirlərinin) 1/4 hissəsi məbləğində aliment tutularaq, İddiaçı ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi, 57,10 (əlli yeddi manat on qəpik) manat məbləğində dövlət rüsumunun Cavabdeh tutularaq dövlət büdcəsinə ödənilməsi, qətnamənin dərhal icra edilməsi qət edilmişdir. İş materiallarında olan: 10.Doğum haqqında şəhadətnamənin surətindən görünür ki, xx.xx.2024-cü il təvəllüdlü X2 “valideynləri” qrafasında atası “Cavabdeh”, anası isə “İddiaçı” göstərilmişdir. 11.Azərbaycan Respublikası Prezidentin Təhlükəsizlik Xidməti tərəfindən göndərilmiş xx.xx.2024-cü il tarixli məktubdan görünür ki, Azərbaycan Respublikası Prezidentin Təhlükəsizlik Xidmətinin hərbi qulluqçusu Cavabdeh aylıq pul təminatı 1.236,55 manat təşkil edir. 12.xx.xx.2024-cü il tarixli Bakı 15 saylı Mediasiya Təşkilatı tərəfindən verilmiş “ilkin mediasiya sessiyasından sonra prosesin davam etdirilə bilməməsi barədə” mediasiya arayışından görünür ki, İddiaçı ilə Cavabdeh mediasiya sessiyasında iştirak etmişlər və mediasiya prosesini davam etdirməyə razılıq verməmişlər. 13.Qəbzlərdən görünür ki, xx.xx.2024-cü il tarixində 600 manat, xx.xx.2024-cü il və xx.xx.2024-cü il tarixlərində isə hər ay 300 manat məbləğində pul vəsaiti İddiaçı köçürülmüşdür. 14.Məhkəmə hesab etmişdir ki, cavabdeh yetkinlik yaşına çatmamış uşağın valideyni olduğundan, yetkinlik yaşına çatmamış uşaq isə iddiaçının yanında qaldığından, uşağın saxlanması üçün cavabdehdən alimentin tutulmasına dair iddia tələbi qismən təmin edilməlidir. 15.Məhkəmə tərəflərin yetkinlik yaşına çatmamış uşağının təminatının mümkün qədər maksimal saxlanması imkanlarını, iş materialları ilə cavabdehin gəlirləri qismində əmək haqqının mövcud olduğunu, tərəflərin maddi və ailə vəziyyətini və diqqətəlayiq olan digər halları nəzərə alaraq hesab etmişdir ki, Cavabdeh tutulacaq alimentin məbləği hər ay onun qazancının və digər gəlirlərinin 1/4 hissəsi məbləğində müəyyən edilməlidir. 16.Məhkəməyə müraciət olunan müddətə qədər 11 aylıq dövr üçün (xx.xx.2023- xx.xx.2024-cü il) alimentin ödənilməsi ilə bağlı iddia tələblərinə münasibətdə məhkəmə qeyd etmişdir ki, xx.xx.2023-cü il tarixdən uşağın doğulduğu xx.xx.2024-cü il tarixinədək olan müddət və xx.xx.2024-cü il tarixindən məhkəməyə müraciət edildiyi xx.xx.2024-cü il tarixinədək olan müddətlər fərqləndirilməlidir. xx.xx.2023-cü il tarixdən uşağın doğulduğu xx.xx.2024-cü il tarixinədək olan müddət iddiaçının hamiləlik dövrünü əhatə etdiyindən, həmin dövr və uşağının doğulduğu gündən üç il ərzindəki dövr üçün aliment tələbinə birgə hüquqi qiymət verilməlidir. 17.Məhkəmə qeyd etmişdir ki, iddiaçının hamiləliyi dövründə və uşaq 3 yaşına çatanadək arvada ödənilməli olan aliment öhdəliyinin bir sıra xüsusiyyətləri vardır. Birincisi ər (arvad) zəruri vəsaitə malik olmalıdır, ikincisi ərin (arvadın) ailə və maddi vəziyyəti nəzərə alınmalıdır, üçüncüsü tərəflərin digər diqqətəlayiq olan maraqları nəzərə alınmalıdır. 18.Məhkəmə hesab etmişdir ki, hazırki iş üzrə cavabdehin zəruri vəsaitlərə malik olması iş materialları ilə təsdiq edilmədiyindən, iddia tələbləri iddiaçının hamiləliyi dövrü və uşaq 3 yaşına çatanadək alimentin tutulması hissəsində təmin edilməməlidir.

19. xx.xx.2024-cü il tarixindən məhkəməyə müraciət edildiyi xx.xx.2024-cü il tarixinədək olan müddət üçün alimentin tutulması ilə bağlı məhkəmə Ailə Məcəlləsinin 100.3-cü maddəsinin tələblərini nəzərə alaraq qeyd etmişdir ki, iddiaçının aliment almaq üçün məhkəməyə müraciət edənədək tədbirlər görməsi, lakin aliment ödəməli olan cavabdehin onu verməkdən boyun qaçırması ilə bağlı hallar iş materialları ilə öz təsdiqini tapmadığından, iddia tələbləri məhkəməyə müraciət edilənədək olan dövr üçün alimentin tutulması hissəsində təmin edilməməlidir. 20.Cavabdehin çəkilmiş xərclərə cəlb edilməsi ilə əlaqədar məhkəmə qeyd etmişdir ki, uşağın doğulması ilə bağlı çəkilmiş xərclərin 1.200 manat məbləğində olması, tərəflərdən hər birinin həmin xərcin yarısını ödəməsi - işin mübahisəsiz halıdır. Cavabdehin çəkilmiş xərclərdə iştirakı iş materialları ilə təsdiq olunduğundan, sairxərclərin mövcudluğuna dair isə iddiaçı tərəfindən sübutlar təqdim olunmadığından – qeyd olunan hissədə iddia tələbi təmin edilməməlidir. 21.Bundan başqa, məhkəməalimentin tutulma müddətini ilə bağlı Ailə Məcəlləsinin 100.2-ci maddəsinə istinad edərək hesab etmişdir ki, alimentin tutulma müddəti xx.xx.2024-cü il tarixdən başlanmalıdır. 22.Belə ki, iddiaçı mövcud iddia tələbi ilə xx.xx.2024-cü il tarixdə məhkəməyə müraciət etmişdir. İşin mübahisəsiz halı ondan ibarətdir ki, iki ay üçün (may və iyun ayları) cavabdeh tərəfindən iddiaçıya uşağın saxlanılması üçün hər ay 300 manat olmaqla, cəmi 600 manat aliment ödənilmişdir. Buna görə də alimentin tutulması qeyd edilmiş iki ay nəzərə alınmaqla, xx.xx.2024-cü il tarixdən hesablanmalıdır. 23.Məhkəmə həmçinin qeyd etmişdir ki, Odur ki, 57,10 (əlli yeddi manat on qəpik) manat məbləğində dövlət rüsumu Cavabdeh tutularaq dövlət büdcəsinə ödənilməlidir. 24.Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.4, 78.1, 78.2, 76.1, 84, 100.3, 81 və100.2-ci; Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.2, 234.2.1 və 216- 220-ci maddələrinə istinadla əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Apellyasiya şikayətinin dəlilləri

25.Qətnamədən İddiaçı apellyasiya şikayəti verərək qətnamənin ləğv edilərək yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. 26.Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, cavabdeh uşağa baxmır, doğulduğu gündən bir dəfə də olsun onu görmək istəməyib, uşağın doğulmasına, gündəlik tələbatına lazım olan xərclərdə iştirak etmir, köməklik göstərmir. Bütün bunlara dözməyib aliment tələbi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır və ayrılmaq qərarına gəlmişdir. İddiaçı hamiləlik dövrünün 3-cü ayında, yəni 2023-cü ilin iyun ayında cavabdehlə aralarında olan mübahisədən sonra evdən getmiş və o vaxtdan anasının himayəsində yaşayır. O, evdən getdiyi gündən bu günə qədər olan bir il maddətində cavabdeh uşaqla bağlı çəkilən xərclərdə iştirak etməmişdir, uşaq doğulduqdan sonrakı dövr ərzində uşağa baxmır, doğulduğu gündən bir dəfə də olsun onu görmək istəməyib, uşağın doğulmasına, gündəlik təlabatına lazım olan xərclərdə iştirak etmir, köməklik göstərmir. Məsələ ilə bağlı cavabdehin iş yerinə şikayətlə müraciət etdikdən sonra o, uşağın dünyaya gəlmə ərəfəsində çəkilmiş 1.200 manat vəsaitin 600 manatını ödəmişdir, lakin qalan hissəni ödəməkdən imtina etmişdir. Cavabdeh iddiaçının anasının himayəsinə gəldiyi gündən, yəni 2023-cü il tarixdən alimentlə bağlı məhkəməyə müraciət etdiyi müddətə qədər, yəni xx.xx.2024-cü ilə qədər dövr ərzində 11 aya görə də alimenti və uşağın doğumu ərəfəsində sərf edilmiş 600 manat qalıq vəsaiti də ödəməlidir. Məsələ ilə bağlı Bakı 15 saylı Mediasiya Təşkilatına müraciət etmiş və xx.xx.2024-ci il tarixdə ilkin mediasiya sesiyasından sonra prosesin davam etdirilməsinin mənası olmadığı qənaətinə gələrək, prosesisona çatdırmaq barədə qərar verilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Prezidentin Təhlükəsizlik Xidməti tərəfindən göndərilmiş xx.xx.2024-cü il tarixli məktubdan görünür ki, Azərbaycan Respublikası Prezidentin Təhlükəsizlik Xidmətinin hərbi qulluqçusu Cavabdeh aylıq pul təminatı 1.236,55 manat təşkiledir. İş materialalrında olan qəbzlərdən görünür ki, xx.xx.2024-cü il tarixində 600 manat, xx.xx.2024-cü il və xx.xx.2024-cü il tarixlərində isə hər ay 300 manat məbləğində pul vəsaiti İddiaçı köçürülmüşdür və bundan başqa hər hansı bir vəsait iddiaçıya ödənilməmişdir. Məhkəmə AM-nin 84-cü maddəsini düzgün tövsif etməmiş və cavabdehin zəruri vəsaitə malik olmadığını bildirmişdir. Lakin məhkəmə iş materiallarında olan cavabdehin rəsmi iş yerindən arayışı və rəsmi gəlirlərinin olmasını nəzərə almamışdır. xx.xx.2024-cü il tarixindən məhkəməyə müraciət edildiyi xx.xx.2024-cü il tarixinədək olan müddət üçün alimentin tutulması ilə bağlı məhkəmə qeyd etmişdir ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 100.3-cü maddəsinə əsasən, məhkəmə iddiaçının aliment almaq üçün məhkəməyə müraciət edənədək tədbirlər gördüyünü, lakin aliment ödəməli olan şəxsin onu verməkdən boyun qaçırması nəticəsində alimentin alınmadığını müəyyən edərsə, əvvəlki dövr üçün aliment 3 illik müddət həddində verilə bilər. İddiaçının aliment almaq üçün məhkəməyə müraciət edənədək tədbirlər görməsi, lakin aliment ödəməli olan cavabdehin onu verməkdən boyun qaçırması ilə bağlı hallar iş materialları ilə öz təsdiqini tapmadığından, iddia tələbləri məhkəməyə müraciət edilənədək olan dövr üçün alimentin tutulması hissəsində təmin edilməməlidir. Buradada Məhkəmə Ailə Məcəlləsinin 100.3-cü maddəsini düzgün şərh etməmişdir. Beləki, iddiaçı alimentin ödənilməsi ilə bağlı məhkəmədəndə qabaq zəruri aldımları atmış və cavabdehin iş yerinə 05 mart 2024-cü il tarixdə məktub ilə müraciət etmiş və cavabdehin ailəsinə baxmasını və uşağa görə aliment ödəməsi xahiş etmişdir. Məhkəmə bu faktları nəzərə almayaraq uşağın doğulduğu vaxtdan alimentin ödənilməsini təmin etməmişdir.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

27.Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır.

c) Məhkəmə icraatı iştirakçılarının izahatları

28.Məhkəmə kollegiyasının iclasında İddiaçı, onun nümayəndəsi və vəkili Vəkil3 apellyasiya şikayətini müafiə edərək, onun məzmununa uyğun izahat verərək şikayətin təmin edilməsini xahiş etdilər. 29.Məhkəmə kollegiyasının iclasında cavabdeh X6, onun nümayəndəsi və vəkili Vəkil2 apellyasiya şikayətini qəbul etməyərək, onun təmin edilməməsini, qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etdilər.

Tətbiq edilən maddi hüquq normaları: 30.Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinin İİ bəndinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. 31.Azərbaycan Respublikası Konstitusiyasının 34-cü maddəsinin dördüncü bəndinə əsasən uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur. Azərbaycan Respublikasının Ailə Məcəlləsi: 32.Maddə 75.1.Valideynlər uşaqlarını saxlamağa borcludurlar. 33.Maddə 75.4.Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. 34.Maddə 78.1.Valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda, həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. 35.Maddə 78.2.Sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. 36.Maddə 84.1.Ər və arvad bir-birinə maddi cəhətdən kömək etməlidirlər. 37.Maddə 84.2.Bu köməyin göstərilməsindən imtina edildikdə və ər-arvad arasında alimentin ödənilməsi barədə saziş olmadıqda aşağıdakılar buna zəruri vəsaitə malik olan digər tərəfin aliment ödəməsini məhkəmə qaydasında tələb etmək hüququna malikdirlər: -84.2.2. hamiləliyi dövründə və ümumi uşaqlarının doğulduğu gündən üç il ərzində arvad; “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanunu: 38.Maddə 13.Uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. 39.“Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016-cı il tarixli Qərarının 8.2-ci bəndinə əsasənməhkəmələrə izah edilmişdir ki, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır (“Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsi). Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: 40.Maddələr 14.2,77.1,217.4.Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 41.Maddə 384.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. 42.Maddələr 385.1.1, 385.1.2, 385.1.4.Maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi; məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması; birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslardandır. 43.Maddə 384.0.3. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişdirə bilər.

Apellyasiya baxışının hədləri

44.Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. 45.Məhkəmə kollegiyası prosessual qanunvericiliyin qeyd olunan müddəasını və onun rəsmi şərhinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarını nəzərə almaqla qeyd edir ki, hazırkı halda apellyasiya baxışının hədlərini qətnamənin iddianın təmin edilməyən hissələrində qanuniliyinin və əsaslılığının yoxlanılması təşkil edir. Çünki cavabdeh iddianın təmin edilən hissələrindən apellyasiya şikayəti verməmişdir.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

46.İşin mübahisəsiz halı ondan ibarətdir ki, İddiaçı ilə Cavabdeh xx.xx.2023-cü il tarixdə rəsmi nikaha daxil olaraq ailə qurmuşlar, birgə nikahlarından övladları xx.xx.2024-cü ildə X5 anadan olmuşdur.Tərəflərin münasibətləri pozulmuş, uşaq ananın yanında yaşayır. 47.Məhkəmə kollegiyası öncə iddia tələbinin uşağın 3 yaşına qədər hər ay 300 manat alimentin tutularaq iddiaçıya ödənilməsi hissəsinə münasibət bilidirərək qeyd edir ki, məhkəmə həmin hissədə iddianı rədd edərkən işin hallarını tam olaraq araşdırmamış, maddi hüquq normasının tələbləri pozulmuş, qətnamədə göstərdiyi nəticə işin hallarına uyğun gəlməmişdir. 48.Belə ki, məhkəmə iddianı qeyd olunan hissədə rədd edərkən qeyd etmişdir ki, cavabdehin zəruri vəsaitlərə malik olması iş materialları ilə təsdiq edilmir. 49.Halbuki, iş materiallarında olan Azərbaycan Respublikası Prezidentin Təhlükəsizlik Xidməti tərəfindən göndərilmiş xx.xx.2024-cü il tarixli məktubdan görünür ki, Azərbaycan Respublikası Prezidentin Təhlükəsizlik Xidmətinin hərbi qulluqçusu Cavabdeh aylıq pul təminatı 1.236,55 manat təşkil edir. 50.İş materiallarında olan İddiaçı Azərbaycan Respublikası Prezidentin Təhlükəsizlik Xidmətinin rəsinin ünvanına yazılmış maktubun surətindən görünür ki, iddiaçı məktubda qeyd etmişdir ki, yoldaşı övladları dünyaya gələndən ailəyə baxmır, uşağın gündəlik tələbatına lazım olan heç bir malları almır və qəti olaraq almayacağını bildirir. Ailəsinə, uşağına laqeyd münasibət göstərən Cavabdeh barəsində qanuni tədbir görülməsini xahiş etmişdir. 51.İş materiallarında olan Azərbaycan Respublikası Prezidentin Təhlükəsizlik Xidmətinin iddiaçıya ünvanlanmış xx.xx.2024-cü il tarixli məktubunda qeyd olunur ki, İddiaçı xx.xx.2024-cü il tarixdə Azərbaycan Respublikası Prezidentinin Administrasiyasından müraciəti adiyyatı üzrə göndərilmiş və xx.xx.2024-cü il tarixdə Azərbaycan Respublikası Prezidentin Təhlükəsizlik Xidmətinin rəsinin ünvanına yazılmış eyni məzmunlu ərizəsi daxil olmuşdur. Müraciətlə bağlı keçirilən görüş zamanı qeyd etdiyi məsələlər öz həllini tapmışdır. Bununla yanaşı Xidmətin hərbi qulluqçusu X6 ilə məhkəmə tərəfindən övladı üçün alimnetlə bağlı qərar verilənədək ona (iddiaçıya) aylıq müqavilət ödəməsi barədə profilaktik-izahedici söhbətlər aparılmışdır. 52.İş materiallarından göründüyü kimi iddiaçı alimentin ödənilməsi ilə bağlı cavabdehin iş yerinə 05 mart 2024-cü il tarixdə məktub ilə müraciət etmiş və cavabdehin ailəsinə baxmasını bildirərək uşağa görə aliment ödəməsini xahiş etmişdir. 53.Məhkəmə kollegiyası hesab edir ki, cavabdehin aylıq 1236,55 manat məvacib alması Ailə Məcəlləsinin 84.2.2-ci maddəsinin tələbləri baxımından onun zəruri vəsaitə malik olması kimi qiymətləndirilməli, onun aylıq qazancının 1/4 hissəsi miqdarında aliment ödəməsi nəzərə alınmaqla, iddia tələbi qeyd olunan hissədə qismən-hər ay 100 manat həcmində təmin edilməlidir. İddiaçının 05 mart 2024-cü il tarixdə cavabdehin iş yerinə müraciət etməsi nəzərə alınmaqla Ailə Məcəlləsinin 100.3-cü maddəsinin tələbinə müvafiq olaraq 05 mart 2024-cü il tarixdən başlayaraq 02 yanvar 2024cü il təvəllüdlü X2 3 yaşına çatanadək saxlanılması üçün hər ay 100 manat sabit pul məbləğində aliment Cavabdeh İddiaçı xeyrinə tutulmalıdır. 54.Kollegiya qeyd edir ki, alimentin tutulması müddətini tənzimləyən Ailə Məcəlləsinin 100.2 və 100.3-cü maddələrinə əsasən aliment bir qayda olaraq məhkəməyə müraciət edildiyi vaxdan tutulur. (Maddə 100.2) Lakin, məhkəmə iddiaçının aliment almaq üçün məhkəməyə müraciət edənədək tədbirlər gördüyünü, lakin aliment ödəməli olan şəxsin onu verməkdən boyun qaçırması nəticəsində alimentin alınmadığını müəyyən edərsə, əvvəlki dövr üçün aliment 3 illik müddət həddində verilə bilər. (Maddə 100.3) 55.Həmçinin iş materiallarında olan qəbzlərdən görünür ki, hazırki iddia tələbi ilə məhkəməyə müraciət edildikdən-xx.xx.2024-cü il tarixdən sonra xx.xx.2024-cü il və xx.xx.2024-cü il tarixlərində hər ay 300 manat məbləğində pul vəsaiti cavabdeh tərəfindən İddiaçı ödənilmişdir. 56.Məhkəmə kollegiyası hesab edir ki, iddiaçının 05 mart 2024-cü il tarixdə cavabdehin iş yerinə müraciət etməsi, bununlada alimentin ödənilməsi üçün tədbirlər görməsi nəzərə alınmaqla Ailə Məcəlləsinin 100.3-cü maddəsinin tələbinə müvafiq olaraq qətnamə cavabdehin qazancının (başqa gəlirlərinin) 1/4 hissəsi məbləğində aliment tutulmasının əvvəli hissəsində dəyişdirilməli, cavabdeh tərəfindən xx.xx.2024-cü il və xx.xx.2024-cü il tarixlərində iddiaçıya hər ay 300 manat məbləğində ödəniş etməsi nəzərə alınma alimentin tutulmasının əvvəli 05 mart 2024-cü il tarixdən hesablanmalıdır. 57.Məhkəməyə müraciət olunan müddətə qədər 11 aylıq dövr üçün (xx.xx.2023- xx.xx.2024-cü il) alimentin ödənilməsi ilə bağlı iddia tələbinin təmin edilməməsi ilə kollegiya razılaşır. 58.Belə ki, xx.xx.2023-cü il tarixdən uşağın doğulduğu xx.xx.2024-cü il tarixinədək olan müddət və xx.xx.2024-cü il tarixindən məhkəməyə müraciət edildiyi xx.xx.2024-cü il tarixinədək olan müddətlər fərqləndirilməlidir. xx.xx.2023-cü il tarixdən uşağın doğulduğu xx.xx.2024-cü il tarixinədək olan müddət üçün alimentin tutulması ilə bağlı iddiaçı Ailə Məcəlləsinin 100.3-cü maddəsinə əsasən tədbirlər görməsini təsdiq edəcək sübutlar təqdim etməmişdir. xx.xx.2024-cü il tarixindən məhkəməyə müraciət edildiyi xx.xx.2024-cü il tarixinədək olan müddət üçün alimentlə bağlı məsələyə isə artıq qiymət verilmişdir. 59.Beləliklə qeyd olunan xüsusatları ümumiləşdirərək məhkəmə kollegiyası hesab edir ki, iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilməli, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 15 iyul 2024-cü il tarixli, 2(011)-5002/2024 saylı qətnaməsi iddianın uşaq 3 yaşına çatanadək aliment tutulmasının təmin edilməyən hissəsində ləğv edilməli, həmin hissədə iş üzrə yeni qətnamə qəbul edilərək iddia tələbi qeyd olunan hissədə qismən təmin edilməli, 05 mart 2024-cü il tarixdən başlayaraq 02 yanvar 2024-cü il təvəllüdlü X2 3 yaşına çatanadək saxlanılması üçün hər ay 100 manat sabit pul məbləğində aliment Cavabdeh İddiaçı xeyrinə tutulmalı, qətnamə cavabdehin qazancının (başqa gəlirlərinin) 1/4 hissəsi məbləğində aliment tutulmasının əvvəli hissəsində dəyişdirilməli, cavabdeh tərəfindən xx.xx.2024-cü il və xx.xx.2024-cü il tarixlərində iddiaçıya hər ay 300 manat məbləğində ödəniş etməsi nəzərə alınmaqla alimentin tutulmasının əvvəli 05 mart 2024cü il tarixdən hesablanmalı, qətnamə mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır. 60.Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 382, 384, 392, 393, 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası,

Qət etdi: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 15 iyul 2024-cü il tarixli, 2(011)-5002/2024 saylı qətnaməsi iddianın uşaq 3 yaşına çatanadək aliment tutulmasının təmin edilməyən hissəsində ləğv edilsin. Həmin hissədə iş üzrə yeni qətnamə qəbul edilsin. İddia tələbi qeyd olunan hissədə qismən təmin edilsin. 05 mart 2024-cü il tarixdən başlayaraq 02 yanvar 2024-cü il təvəllüdlü X2 3 yaşına çatanadək saxlanılması üçün hər ay 100 (bir yüz) manat sabit pul məbləğində aliment Cavabdeh İddiaçı xeyrinə tutulsun. Qətnamə cavabdehin qazancının (başqa gəlirlərinin) 1/4 hissəsi məbləğində aliment tutulmasının əvvəli hissəsində dəyişdirilsin. Cavabdeh tərəfindən xx.xx.2024-cü il və xx.xx.2024-cü il tarixlərdə İddiaçı hər ay 300 manat məbləğində ödəniş etməsi nəzərə alınmaqla alimentin tutulmasının əvvəli 05 mart 2024-cü il tarixdən hesablansın. Qətnamə mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz.

Sədrlik edən Xəyal Sarıyev

Hakimlər Günay Axundova

Fərrux Qasımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar