Məhkəmə qərarları › İş №2(103)-589/2023

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-589/2023

25.01.2023 · Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-589/2023 25.01.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4, X2 və İddiaçı6 müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi cəlb olunmaqla Cavabdehnə qarşı “əmək funksiyalarının yerinə yetirilməsinə dair qanunsuz törədilən maneələrin, qadağaların götürülməsi və s.” tələbinə dair mülki iş üzrə QƏTNAMƏSİ İş № 2(103)-589/2023 (Açar sözlər: əmək mübahisəsi, işə bərpa) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Xəyal Əjdər oğlu Sarıyev (sədrlik edən və məruzəçi), X7 və X1 ibarət tərkibdə, Məhkəmə iclas katibi İlahə Novruz qızı Həsənzadənin katibliyi ilə, İddiaçılar İddiaçı2, onun vəkili və digər iddiaçılar İddiaçı1, X2, İddiaçı6, İddiaçı4 nümayəndəsi və vəkili Vəkil1 iştirakı ilə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 18 may 2022-ci il tarixli, 2(006)-625/2022 saylı qətnaməsindən İddiaçı2 və Cavabdeh MMC tərəfindən verilmiş apellyasiya şikayətlərinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları, iş üzrə məhkəmə icraatı 1.İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4, X4 və İddiaçı6 ilə Cavabdeh arasında müxtəlif vaxtlarda, yəni 2011-ci ildə və sonrakı vaxtlarda əmək müqaviləsi bağlanaraq işə qəbul olunmuşlar. 2.İddiaçılar İddiaçı1 xx.xx.2021-ci il tarixli, İddiaçı2 xx.xx.2021-ci il tarixli, İddiaçı3 xx.xx.2021-ci il tarixli, İddiaçı4 xx.xx.2021-ci il tarixli, X4 xx.xx.2021-ci il tarixli və İddiaçı6 xx.xx.2021-ci il tarixli əmrlərlə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə işdən azad edilmişlər. 3.İddiaçılar cavabdeh tərəfindən işdən azad olunmalarını qanunsuz hesab edərək, hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etmişlər. a)Birinci instansiya məhkəməsində icraat 4.İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4, X4 və İddiaçı6 müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi cəlb olunmaqla Cavabdehnə qarşı “əmək funksiyalarının yerinə yetirilməsinə dair qanunsuz törədilən maneələrin, qadağaların götürülməsi və s.” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh tərəfindən iddiaçıların əmək funksiyalarının yerinə yetirməklərinə dair törədilən maneələrin, qanunsuzluqların ona qadağan edilməsi, əmək funksiyalarının yerinə yetirilməsi üçün şərait yaradılması, məcburi buraxdıqları iş günlərinə görə verilməli olan (bütün əlavələr daxil) əmək haqqı hesablanaraq iddiaçılara ödənilməsi, cavabdehin qərəzli, qanunsuz hərəkətlər (hərəkətsizlik) nəticəsində iddiaçılara vurulmuş maddi ziyana görə hər biri üçün 2500 manat, mənəvi ziyana görə isə hər biri üçün 1500 manat, həmçinin hər birinin mediasiya xərci qismində ödədiyləri 50 manat pul cavabdehdən tutularaq iddiaçılara ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişlər. 5.Sonra iddiaçılar iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehin xx.xx.2021-ci il tarixli, 364 nömrəli, xx.xx.2021-ci il tarixli, 379 nömrəli, xx.xx.2021-ci il tarixli, 380 nömrəli, xx.xx.2021-ci il tarixli, 368 nömrəli, xx.xx.20201-ci il tarixli, 366 nömrəli və xx.xx.2021-ci il tarixli, 363 nömrəli Əmrlərin ləğv olunaraq işə bərpa olunmaları, məcburi buraxdıqları (işləmədiyləri) dövr üçün əmək haqqı (əlavələr daxil) hesablanaraq cavabdehdən tutularaq iddiaçılara verilməsi, cavabdeh tərəfindən iddiaçıların əmək funksiyalarının yerinə yetirməklərinə dair törədilən maneələrin, qanunsuzluqların ona qadağan edilməsi, əmək funksiyalarının yerinə yetirilməsi üçün şərait yaradılması, məcburi buraxdıqları iş günlərə görə verilməli olan (bütün əlavələr daxil) əmək haqqı hesablanaraq iddiaçılara ödənilməsi, eləcə də cavabdehin qərəzli, qanunsuz hərəkətlər (hərəkətsizlik) nəticəsində iddiaçılara vurulmuş maddi ziyana görə hər biri üçün 2500 manat, mənəvi ziyana görə isə hər biri üçün 1500 manat, həmçinin hər birinin mediasiya xərci qismində ödədikləri 50 manat pulun cavabdehdən tutularaq iddiaçılara ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişlər. 6.İddiaçılar iddia ərizəsini onunla əsaslandırmışlar ki, iddiaçılar cavabdehlə müxtəlif vaxtlarda, yəni 2011-ci ildə və sonrakı vaxtlarda əmək müqaviləsi bağlayaraq müxtəlif vəzifələr üzrə işə qəbul olunmuşlar. Bu illər ərzində üzərilərə düşən əmək funksiyalarını vicdanla, məsuliyyətlə və tam həcmdə yerinə yetirmişlər. Barələrində heç bir zaman intizam tənbehi və ya xəbərdarlıq belə tətbiq olunmamışdır. Amma bu ilin yanvar ayında, Cavabdeh MMC-nin sabiq direktoru Ceyhun Əliyev tərəfindən törədilən qanunsuzluq nəticəsində demək olar ki, müəssisədə çalışan işçilərin hamısının qeyri-rəsmi olaraq əmək haqqının 50% həcmində birtərəfli qaydada azaldılması və digər qanunsuzluqlar səbəbindən iddiaçılar, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə, Cənab Prezidentə, 1-ci Vitse-Prezidentə şikayətlə müraciət etmişlər. Nəticədə, araşdırma aparılmış və müəssisənin əvvəlki direktoru Ceyhun Əliyev qanuna müvafiq qaydada inzibati məsuliyyətə cəlb olunmuş və daha sonra isə o, işdən ümumiyyətlə kənarlaşdırılmışdır. Beləliklə, aprel ayından etibarən müəssisəyə yeni (hazırki) direktor - X11 təyin olunmuşdur. Məhz bundan sonra iddiaçılara və digər işçilərə qarşı müxtəlif qanunsuzluqların törədilməsi başlanmışdır. Nəticədə, müəssisənin - kadrlar şöbəsi rəisi, təchizat şöbəsinin rəisi, maliyyə rəisi, anbardarları, daha sonra isə anbarın rəisini, istehsalatın rəisi, nəqliyyat şöbəsi və sairə işçilər işdən çıxarılmışdır. "AAC” MMC-nin hüquqşünası - Natiq Məmmədov işçiləri yığıraq, yeni rəhbərin onlarla çalışmaq istəmədiyini bildirmiş və öz xahişləri ilə işdən çıxmağını təklif etmiş, əks təqdirdə iddiaçıları “maddə” ilə işdən çıxaralacağı ilə hədələmişdir. Belə ki, xx.xx.2021-ci il tarixində səhər saatlarında müəssisədə xəbər yayılmışdır ki, qanuni əsas olmadan iddiaçılar işdən çıxarılırlar və bu səbəbdən də işə buraxılmırlar. Bununla əlaqədar müəssisəsinin giriş hissəsində olan mühafizə xidməti iddiaçıları darvazadan kənara çıxartmış və bir daha müəssisəyə buraxılmamışlar. Yaranmış problemlə əlaqədar iddiaçılar aidiyyatı qurumlara şikayətlə müraciət etməyə məcbur olmuşlar. Orada bildirilmişdir ki, araşdırma aparılaraq iddiaçılara məlumat veriləcəkdir. İddiaçılar növbəli iş rejimi ilə çalışırmışlar və buna baxmayaraq bu hadisədən sonra demək olar ki, hər gün işə müəssisəyə gəlirmişlər, lakin müəssisənin rəhbərliyinin qanunsuz göstərişinə əsasən işə buraxılmamışlar. Bu problem bu günə qədər həll olunmamışdır. Qanunvericilikdə baş vermiş dəyişikliklərə əsasən yaranmş əmək mübahisələrinin məhkəmədən kənar həlli prosedurunun keçirilməsi zəruriliyini nəzərə alaraq iddiaçılar mediasiya prosessinin təşkili məqsədilə medaitorun təyin olunması təklifini cavabdehə göndərsələr də, ondan hər hansı bir cavab gəlməmişdir. Daha sonra Mediasiya Şurası tərəfindən Zaur Osmanov medaitor qismində təyin olunmuş və ilkin mediasiya sessiyasının keçirilməsi günü təyin olunsa da, cavabdeh qərəzli olaraq iştirak etməkdən boyun qaçırmışdır. Məhz bu səbəbdən də, mediyasının keçirilməsi baş tutmamışdır. Bu haqda mediator tərəfindən müvafiq arayış da verilmişdir. Cavabdeh iddiaçılara qarşı qərəzli mövqedə olmaqla yanaşı, onların konsitusiya hüquqlarını kobud surətdə pozmuşdur. İddiaçılara həm maddi, həm də mənəvi ziyan vurulmuşdur. Bu da yolverilməzdir. İddiaçıları qanunsuz olaraq, müvafiq sənədləşmə işi aparmadan işdən kənarlaşdırılması da qanunsuzdur. Aralarında olan əmək müqaviləsi qüvvədə ola-ola cavabdeh əmək qanunvericiliyinin tələblərini kobud surətdə pozaraq, dünyada, eləcə də Respublikada hökm sürən pandemiya dövründə iddiaçıları ağır maddi vəziyyətə salaraq zərər vurmuşdur. İddiaçıların ailələri var və bu çətin dövrdə onları qanunsuz olaraq işlərindən kənarlaşdırmışdır. 7.Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin (bundan sonra-məhkəmə) 18 may 2022-ci il tarixli, 2(006)-625/2022 saylı qətnaməsi ilə (hakim-Anar İbadzadə) iddia tələbi qismən təmin edilərək, Cavabdeh, İddiaçı1 ilə bağlanmış əmək müqaviləsinə xitam verilməsinə dair xx.xx.2021-ci il tarixli 364 saylı əmrinin ləğv edilməsi, xx.xx.2021-ci il tarixdən məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə İddiaçı1 əvvəlki işinə - operator vəzifəsinə bərpa edilməsi, Cavabdeh, İddiaçı2 ilə bağlanmış əmək müqaviləsinə xitam verilməsinə dair xx.xx.2021-ci il tarixli 363 saylı əmrin ləğv edilməsi, xx.xx.2021-ci il tarixdən məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə İddiaçı2 əvvəlki işinə - avtomatika, qazanxana və nasosxana üzrə mütəxəssisi vəzifəsinə bərpa edilməsi, Cavabdeh, İddiaçı3 ilə bağlanmış əmək müqaviləsinə xitam verilməsinə dair xx.xx.2021-ci il tarixli 366 saylı əmrin ləğv edilməsi, xx.xx.2021-ci il tarixdən məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə İddiaçı3 əvvəlki işinə operator vəzifəsinə bərpa edilməsi, Cavabdeh, İddiaçı6 ilə bağlanmış əmək müqaviləsinə xitam verilməsinə dair xx.xx.2021-ci il tarixli 368 saylı əmri ləğv edilməsi, xx.xx.2021-ci il tarixdən məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə İddiaçı6 əvvəlki işinə - operator (avtoklav) vəzifəsinə bərpa edilməsi, Cavabdeh, İddiaçı4 ilə bağlanmış əmək müqaviləsinə xitam verilməsinə dair xx.xx.2021- ci il tarixli 380 saylı saylı əmrin ləğv edilməsi, xx.xx.2021-ci il tarixdən məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə İddiaçı4 əvvəlki işinə mexanik vəzifəsinə bərpa edilməsi, Cavabdeh, İddiaçı5 ilə bağlanmış əmək müqaviləsinə xitam verilməsinə dair xx.xx.2021-ci il tarixli 379 saylı əmrin ləğv edilməsi, xx.xx.2021-ci il tarixdən məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə İddiaçı5 əvvəlki işinə - operator vəzifəsinə bərpa edilməsi, Cavabdeh tərəfindən İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4, X2 və İddiaçı6 əmək funksiyalarının yerinə yetirməylərinə dair törədilən maneələr, qanunsuzluqlar Cavabdehnə qadağan edilməsi, əmək funksiyalarının yerinə yetirilməsi üçün şərait yaradılması, mediasiya xərci qismində ödənilmiş ümumilikdə 300 manat pul Cavabdehndən tutularaq İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4, X3 və İddiaçı6 ödənilməsi, iddianın qalan hissədə rədd edilməsi qət olunmuşdur. 8.İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X10 Xidmətinin Bakı şəhər idarəsinin iddiaçılara ünvanlanmış xx.xx.2021-ci il tarixli, **********9 saylı məktubundan görünür ki, Cavabdeh MMC-nin rəhbərliyi tərəfindən X10 Xidmətinin Bakı şəhər İdarəsinə təqdim olunmuş məktub və sənədlərdən işçilərin artıq iş saatlarında işə cəlb olunduğu, lakin ödənişlərin düzgün hesablanıb ödənilmədiyi məlum olmuşdur. İşçilərin əmək haqlarının düzgün hesablanıb ödənilmədiyindən Cavabdeh MMC-nin Baş direktoru X12 barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 192.4-cü maddəsinin tələblərinə uyğun olaraq xx.xx.2021-ci il tarixli, MN ******* nömrəli İnzibati tənbeh vermə haqqında Qərar qəbul edilmişdir. 9.İş materiallarına əlavə edilmiş xx.xx.2015-ci il tarixli 89/D saylı Əmək müqaviləsindən görünür ki, İddiaçı2 Cavabdeh MMC-yə əsas iş yeri olaraq operator vəzifəsinə işə qəbul edilmişdir. 10.İş materiallarına əlavə edilmiş xx.xx.2019-cu il tarixli Əmək müqaviləsinə dəyişikliklərin və əlavələrin edilməsi haqqında Razılaşmadan görünür ki, İddiaçı2 cavabdeh "AAC” MMC-yə əsas iş yeri olaraq “Avtomatika, qazanxana və nasosxana üzrə mütəxəssis” vəzifəsinə işə qəbul edilmişdir. 11.İş materiallarında olan Cavabdeh xx.xx.2021-ci il tarixli 364 saylı əmrindən görünür ki, İddiaçı1 14 sentyabr 2021-ci il tarixdə cəmiyyətin operatoru qəsdən əmək funksiyasını, vəzifə borcunu (öhdəliklərini) yerinə yetirməkdən imtina etmişdir. Həmin tarixdən etibarən üzürsüz səbəbdən işə gəlməmişdir və işçinin bu hərəkətləri müəssisədə işin, istehsalın, əmək və icra intizamının normal ahənginin pozulmasına və işəgötürən, habelə işçilərin hüquq və mənafelərinə ziyan dəyməsinə səbəb olmuşdur. Qeyd edilənlərə əsasən Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən özünün əmək funksiyasını və əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədiyinə və heç bir üzürlü səbəb olmadan bütün iş günü işə gəlmədiyinə görə (Əmək Məcəlləsinin 72-ci maddəsinin “a” bəndində sadalanan hal) 17 sentyabr 2021-ci il tarixindən tutduğu vəzifədən/peşədən azad edilmişdir. 12.İş materiallarında olan Cavabdeh xx.xx.2021-ci il tarixli 363 saylı əmrindən görünür ki, Cəmiyyətin avtomatika, qazanxana və nasosxana üzrə mütəxəssisi vəzifəsində çalışan İddiaçı2 14 sentyabr 2021-ci il tarixində saat 08-30 radələrində iş yerini birbaşa rəhbəri və ya müəssisənin rəhbərliyi ilə razılaşdırmadan özbaşına tərk edərək müəssisənin avtomatika, qazanxana və nasosxana qurğularını, habelə kompüterləşdirilmiş texniki istismar sistemini nəzarətsiz qoyaraq qəsdən əmək funksiyasını, vəzifə borcunu (öhdəliklərini) yerinə yetirməkdən imtina etmişdir. İddiaçı2 14 sentyabr 2021-ci il tarixdə ərizə ilə müraciət edərək əsassız səbəblərə görə işə çıxmağa etiraz etdiyini bildirmiş və həmin tarixdən etibarən üzürlü səbəb olmadan işə gəlməmişdir. İşçinin qeyd ediliən qanunsuz hərəkətləri müəssisədə işin, istehsalın, əmək və icra intizamının normal ahənginin pozulmasına və işəgötürən, habelə işçilərin hüquq və mənafelərinə ziyan dəyməsinə səbəb olmuşdur. Belə ki, kompüterləşdirilmiş texniki istismar sistemi nəzarətsiz qaldığından, müəssisədə istehsal məcburi dayandırılmışdır. Bu hal həm işəgötürənin, həm də işçilərin mənafeyinə ziyan vurmuşdur. İddiaçı2 yuxanda göstərilən hərəkətləri AR ƏM-nin 10-cu maddəsinin “a” və “b” bəndlərinin, Əmək müqaviləsinin 3-cü bəndinin, Cavabdeh MMC-nin “X15 qaydaları”nın müvafiq tələblərinin pozulması olaraq, habelə AR ƏM-nin 70-ci maddəsinin “ç” bəndinə əsasən işçinin özünün əmək funksiyasını və əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirməməsi, həmin məcəllənin 72-ci maddəsinin “a” bəndinə görə əmək vəzifələrinin kobud şəkildə pozulması kimi qiymətləndirilməlidir. Özünün əmək funksiyasını və əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədiyinə, “AAC MMC-nin “X15 Qaydaları”nı və əmək müqaviləsində müəyyən edilən tələbləri kobud şəkildə pozduğuna, heç bir üzürlü səbəb olmadan bütün iş günü işə gəlmədiyinə görə Cəmiyyətin avtomatika, qazanxana və nasosxana üzrə mütəxəssisi vəzifəsində çalışan İddiaçı2 ilə bağlanmış əmək müqaviləsi 17 sentyabr 2021-ci il tarixdən ləğv edilmişdir. 13.İş materiallarına əlavə edilmiş Cavabdeh xx.xx.2021-ci il tarixli 366 saylı əmrindən görünür ki, Cəmiyyətdə operator vəzifəsində çalışan İddiaçı3 14 sentyabr 2021-ci il tarixdə ərizə ilə müraciət edərək əsassız səbəblərə görə işə çıxmağa etiraz etdiyini bildirmiş və həmin tarixdən etibarən üzürlü səbəb olmadan işə gəlməmişdir. İşçinin qeyd edilən qanunsuz hərəkətləri müəssisədə işin, istehsalın, əmək və icra intizamının normal ahənginin pozulmasına və işəgötürən, habelə işçilərin hüquq və mənafelərinə ziyan dəyməsinə səbəb olmuşdur. Belə ki, əhəng dəyirmanı nəzarətsiz qaldığından, müəssisədə istehsal prosesi pozulmuşdur. Bu hal həm işəgötürənin, həm də işçilərin mənafeyinə ziyan vurmuşdur. İddiaçı3 yuxarıda göstərilən hərəkətləri AR ƏM-nin 10-cu maddəsinin, “a” və “b” bəndlərinin, Əmək müqaviləsinin 3-cü bəndinin, Cavabdeh MMC-nin “X15 qaydaları”nın müvafiq tələblərinin pozulması olaraq, habelə AR ƏM-nin 70-ci maddəsinin “ç” bəndinə əsasən işçinin özünün əmək funksiyasını və əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirməməsi, həmin məcəllənin 72-ci maddəsinin “a” bəndinə görə əmək vəzifələrinin kobud şəkildə pozulması kimi qiymətləndirilməlidir. Özünün əmək funksiyasını və əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədiyinə, Cavabdeh MMCnin “X15 Qaydalan”nı və əmək müqaviləsində müəyyən edilən tələbləri kobud şəkildə pozduğuna, heç bir üzürlü səbəb olmadan bütün iş günü işə gəlmədiyinə görə Cəmiyyətdə operator vəzifəsində çalışan İddiaçı3 ilə bağlanmış əmək müqaviləsi 20 sentyabr 2021-ci il tarixdən ləğv edilmişdir. 14.İş materiallarında olan Cavabdeh xx.xx.2021-ci il tarixli 368 saylı əmrindən görünür ki, Cəmiyyətdə operator (avtoklav) vəzifəsində çalışan İddiaçı6 14 sentyabr 2021-ci il tarixdə ərizə ilə müraciət edərək əsassız səbəblərə görə işə çıxmağa etiraz etdiyini bildirmiş və həmin tarixdən etibarən üzürlü səbəb olmadan işə gəlməmişdir. İşçinin qeyd edilən qanunsuz hərəkətləri müəssisədə işin, istehsalın, əmək və icra intizamının normal ahənginin pozulmasına və işəgötürən, habelə işçilərin hüquq və mənafelərinə ziyan dəyməsinə səbəb olmuşdur. Belə ki, avtoklav nəzarətsiz qaldığından, müəssisədə istehsal prosesi pozulmuşdur. Bu hal həm işəgötürənin, həm də işçilərin mənafeyinə ziyan vurmuşdur. İddiaçı6 yuxarıda göstərilən hərəkətləri AR ƏM-nin 10-cu maddəsinin, “a” və “b” bəndlərinin, Əmək müqaviləsinin 3-cü bəndinin, Cavabdeh MMC-nin “X15 qaydaları”nın müvafiq tələblərinin pozulması olaraq, habelə AR ƏM-nin 70-ci maddəsinin “ç” bəndinə əsasən işçinin özünün əmək funksiyasını və əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirməməsi, həmin məcəllənin 72-ci maddəsinin “a” bəndinə görə əmək vəzifələrinin kobud şəkildə pozulması kimi qiymətləndirilməlidir. Özünün əmək funksiyasını və əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədiyinə, Cavabdeh MMCnin “X15 Qaydaları”nı və əmək müqaviləsində müəyyən edilən tələbləri kobud şəkildə pozduğuna, heç bir üzürlü səbəb olmadan bütün iş günü işə gəlmədiyinə görə Cəmiyyətdə operator (avtoklav) vəzifəsində çalışan İddiaçı6 Şamil oğlu ilə bağlanmış əmək müqaviləsi 21 sentyabr 2021-ci il tarixdən ləğv edilmişdir. 15.İş materiallarında olan Cavabdeh xx.xx.2021-ci il tarixli 380 saylı əmrindən görünür ki, Cəmiyyətdə mexanik vəzifəsində çalışan İddiaçı4 14 sentyabr 2021-ci il tarixdə bir qrup işçi ilə birlikdə sosial məsafə və fərdi qoruyucu vasitələrdən istifadə etmədən, insan həyatı və sağlamlığı üçün təhlükəli olan, bir neçə təhlükə potensiallı obyektlərin yerləşdiyi zavod ərazisində razılaşdırılmamış toplantıda iştirak etdikdən sonra ərizə ilə müraciət edərək əsassız səbəblərə görə işə çıxmağa etiraz etdiyini bildirmiş və həmin tarixdən etibarən üzürlü səbəb olmadan işə gəlməmişdir. Həmçinin qeyd edilən qanunsuz hərəkətləri müəssisədə işin, istehsalın, əmək və icra intizamının normal ahənginin pozulmasına və işəgötürən, habelə işçilərin hüquq və mənafelərinə ziyan dəyməsinə səbəb olmuşdur Belə ki, mexanik sahəsi nəzarətsiz qaldığından, müəssisədə istehsal prosesi pozulmuşdur. Bu hal həm işəgötürənin, həm də işçilərin mənafeyinə ziyan vurmuşdur. İddiaçı4 yuxarıda göstərilən hərəkətləri AR ƏMnin 10-cu maddəsinin, “a” və “b” bəndlərinin, Əmək müqaviləsinin 3-cü bəndinin, Cavabdeh MMC-nin “X15 qaydalan”nın müvafiq tələblərinin pozulması olaraq, habelə AR ƏM-nin 70-ci maddəsinin “ç” bəndinə əsasən işçinin özünün əmək funksiyasını və əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirməməsi, həmin məcəllənin 72-ci maddəsinin “a” bəndinə görə əmək vəzifələrinin kobud şəkildə pozulması qiymətləndirilməlidir. Özünün əmək funksiyasını və əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədiyinə, Cavabdeh MMC-nin “X15 Qaydaları”nı və əmək müqaviləsində müəyyən edilən tələbləri kobud şəkildə pozduğuna, heç bir üzürlü səbəb olmadan bütün iş günü işə gəlmədiyinə görə Cəmiyyətdə mexanik vəzifəsində çalışan İddiaçı4 ilə bağlanmış əmək müqaviləsi 23 sentyabr 2021-ci il tarixdən ləğv edilmişdir. 16.İş materiallarında olan Cavabdeh xx.xx.2021-ci il tarixli 379 saylı əmrindən görünür ki, Cəmiyyətdə operator (avtoklav) vəzifəsində çalışan İddiaçı5 14 sentyabr 2021-ci il tarixdə bir qrup işçi ilə birlikdə sosial məsafə və fərdi qoruyucu vasitələrdən istifadə etmədən, insan həyatı və sağlamlığı üçün təhlükəli olan, bir neçə təhlükə potensiallı obyektlərin yerləşdiyi ərazisində razılaşdırılmamış toplantıda iştirak etdikdən sonra ərizə ilə müraciət edərək əsassız səbəblərə görə işə çıxmağa etiraz etdiyini bildirmiş və həmin tarixdən etibarən üzürlü səbəb olmadan işə gəlməmişdir, işçinin qeyd edilən qanunsuz hərəkətləri müəssisədə işin, istehsalın, əmək və icra intizamının normal ahənginin pozulmasına və işəgötürən, habelə işçilərin hüquq və mənafelərinə ziyan dəyməsinə səbəb olmuşdur. Belə ki, operator sahəsi nəzarətsiz qaldığından, müəssisədə istehsal prosesi pozulmuşdur. Bu hal həm işəgötürənin, həm də işçilərin mənafeyinə ziyan vurmuşdur. İddiaçı5 yuxarıda göstərilən hərəkətləri AR ƏM-nin maddəsinin, “a” və “b” bəndlərinin, Əmək müqaviləsinin 3-cü bəndinin, Cavabdeh MMC-nin “X15 qaydaları”nın müvafiq tələblərinin pozulması olaraq, habelə AR ƏM-nin 70-ci maddəsinin “ç” bəndinə əsasən işçinin özünün əmək funksiyasını və əmək müqaviləsi üzrə öhdəliklərini yetirməməsi, həmin məcəllənin 72-ci maddəsinin “a” bəndinə görə əmək vəzifələrinin kobud şəkildə pozulması kimi qiymətləndirilməlidir. Özünün əmək funksiyasını və əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədiyinə, Cavabdeh MMC-nin “X15 Qaydaları”nı və əmək müqaviləsində müəyyən edilən tələbləri kobud şəkildə pozduğuna, heç bir üzürlü səbəb olmadan bütün iş günü işə gəlmədiyinə görə Cəmiyyətdə operator (avtoklav) vəzifəsində çalışan İddiaçı5 ilə bağlanmış əmək müqaviləsi 23 sentyabr 2021- ci il tarixdən ləğv edilmişdir. 17.Məhkəmə müəyyən etmişdir ki, Cavabdeh müvafiq əmrləri ilə əmək funksiyasını və əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədiylərinə, Cavabdeh MMC-nin “X15 Qaydaları”nı və əmək müqaviləsində müəyyən edilən tələbləri kobud şəkildə pozduqlarına, heç bir üzürlü səbəb olmadan bütün iş günü işə gəlmədiylərinə görə Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə və 72-ci maddəsinin “a” bəndinə istinad edilməklə iddiaçılarla bağlanmış əmək müqavilələrinə xitam verilmişdir. 18.Məhkəmə hesab etmişdir ki, Cavabdeh iddiaçılar barəsində qəbul etdiyi əmək müqaviləsinə xitam verilməsinə dair əmrləri Azərbaycan Respublikası Əmək Məcəlləsinin tələblərinin pozulması nəticəsində qəbul edildiyindən ləğv edilməlidir. Belə ki, göstərilən əmrlərlə iddiaçılar ilə bağlanmış əmək müqavilələrinə xitam verilməsinə əsas olan hallar, yəni iddiaçıların üzərinə düşən əmək funksiyalarını yerinə yetirməmələri, bütün iş günü işə gəlməmələri kimi hallar öz təsdiqini tapmamış, bu halları təsdiq edən sübutlar cavabdeh tərəfindən məhkəməyə təqdim edilməmiş, bununla da onlarla bağlanmış əmək müqavilələrinə əsassız olaraq xitam verilmişdir. 19.Məhkəmə qeyd etmişdir ki, işin faktiki hallarından (təqdim edilmiş sənədlərdən, tərəflərin izahatlarından, video görüntülərdən) göründüyü kimi, iddiaçılar öz üzərinə düşən əmək funksiyalarını yerinə yetirmişlər, iş yerində olmuşlar, məcburi olaraq işə buraxılmamışlar və işin ahəngini pozmamışlar. İşəgötürən tərəfindən onlara qarşı edilən haqsızlığa X10 Xidmətinə müraciət etmişlər. Bundan başqa, X10 Xidməti Bakı şəhər idarəsi tərəfindən cavabdehin Baş direktoru X12 barəsində xx.xx.2021-ci il tarixli, MN seriyalı ******* nömrəli İnzibati tənbeh vermə haqqında Qərar qəbul edilərək, törədilmiş inzibati xətanın mahiyyəti (İXM-in 192.4-cü maddəsi) göstərilmişdir. Belə ki, işçilərin artıq iş saatlarında işə cəlb olunduğu, lakin ödənişlərin düzgün hesablanıb ödənilmədiyi məlum olmuşdur. 20.Bundan başqa, məhkəmə qeyd etmişdir ki, sadalanan normalarda əmək müqaviləsinə Əmək Məcəlləsinin 72-ci maddəsinə istinad edilməklə xitam verilməsi nəzərdə tutulmamışdır. Həmçinin də, mübahisələndirilən əmrlərdən görünür ki, iddiaçılar barəsində əmrlər iki əsasla, yəni, Əmək Məcəlləsinin həm 70-ci maddəsinin “ç” bəndinə, həm də 72-ci maddəsinin “a” bəndinə istinadən qəbul edilmişdir. Halbuki, 72-ci maddəsinin “a” bəndi müstəqil tətbiq edilə bilməz və onun məzmununda göstərilən hallar 70-ci maddəsinin “ç” bəndində ehtiva olunduğundan sonuncu normanın tətbiq edilməsi kifayət idi. Məhkəmə işin araşdırılış halları üzrə bu nəticəyə gəlir ki, iddiaçılar özlərinin əmək funksiyalarını, əmək müqavilələri üzrə öhdəliklərini yerinə yetirmişlər, əmək vəzifələrini pozmamışlar, barələrində əmrlərin verilməsinə əsas kimi göstərilənlər öz təsdiqini tapmamışdır. Bu səbəbdən, məhkəmə hesab edir ki, əmrlərin ləğv edilməsi hissələrində iddia əsaslıdır və təmin edilməlidir. 21.Məhkəmə hesab etmişdir ki, məcburi iş buraxma müddəti üçün əmək haqqının ödənilməsi tələbi törəmə hüquq münasibəti olub, işə bərpa haqqında tələbin təmin edilməsindən asılıdır. İddiaçıların iddia tələbinin işə bərpa hissəsində təmin edilməsi, işə bərpa olunduğu günə kimi məcburi iş buraxma müddəti üçün əmək haqqının hesablanaraq ödənilməsini şərtləndirir. 22.Buna görə də cavabdeh Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsində nəzərdə tutulmuş ləğv edilməsi əsaslarını pozaraq iddiaçı ilə əmək münasibətlərinə xitam verdiyindən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 300-cü maddəsinin 1-ci bəndinin tələbinə əsasən məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməlidir. 23.Məhkəmə iddia tələbinin maddi zərər hissəsinə münasibətdə qeyd etmişdir ki, iddiaçılar, onların hər birinə maddi zərər qismində 2500 manat ödənilməsini tələb etsələr də, bu barədə hər hansı bir mötəbər sübut məhkəməyə təqdim etməmişlər. buna görə də məhkəmə hesab etmişdir ki, iddia tələbi həmin hissədə təmin oluna bilməz. 24.İddia tələbinin mənəvi ziyanın ödənilməsi hissəsinə hüquqi qiymət verərək, məhkəmə qeyd etmişdir ki, iddiaçılar onlara vurulmuş mənəvi zərərin ödənilməsini tələb etsələr də, mənəvi zərərin dəydiyini təsdiq edən mötəbər sübutları məhkəməyə təqdim etməmişlər. Buna görə də məhkəmə hesab etmişdir ki, iddia mənəvi zərərə aid hissədə təmin oluna bilməz. 25.İddia müddətinin tətbiqi barədə cavabdehin ərizəsinə münasibətdə məhkəmə qeyd etmişdir ki, iddia tələbinin birinci məzmunundan göründüyü kimi iddiaçılar cavabdeh tərəfindən onların əmək funksiyalarının yerinə yetirməklərinə dair törədilən maneələrin, qanunsuzluqların ona qadağan edilməsi, əmək funksiyalarının yerinə yetirilməsi üçün şərait yaradılmasını məhkəmədən xahiş etmişlər ki, bu hal iddiaçıların, onların işdən azad olunması barədə cavabdehin əmrlərindən məlumatlarının olmamasını təsdiq edir. Mübahisələndirilən əmrlərdən iddiaçılar yalnız cavabdeh tərəfindən məhkəməyə verilən qarşılıqlı iddia ilə birlikdə həmin əmrlərin məhkəməyə təqdim olunmasından sonra məlumatları olmuş, bundan sonra həmin əmrlərin ləğv edilməsi ilə bağlı iddia tələbi dəqiqləşdirilmişdir. Eyni zamanda cavabdeh tərəfindən mübahisələndirilən əmrlərin iddiaçılara təqdim olunması, habelə iddiaçıların həmin əmrlərdən məlumatlı olması barədə hər hansı bir sübut məhkəməyə təqdim edilməmişdir. Bu halda məhkəmə hesab etmişdir ki, iddia müddəti keçmədiyindən hazırki iddiaya münasibətdə iddia müddəti tətbiq oluna bilməz. 26.Məhkəmə öz mövqeyini Azərbaycan Respublikasını Mülki Məcəlləsinin 21.1, 21.2; Azərbaycan Respublikasını Əmək Məcəlləsinin 68.1, 70-ci maddəsinin “ç” bəndi, 71-ci maddəsinin 2-ci bəndi, 72, 74-cü maddənin 2-ci hissəsi, 76, 287, 292, 300; Mülki Prosessual Məcəlləsinin 77.1, 14.2, 119.1, 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Apellyasiya şikayətinin dəlilləri 27.Qətnamədən İddiaçı2 apellyasiya şikayəti verərək, qətnamənin təmin olunmamış hissədə ləğv edilərək, iddianın tam həcmdə təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xaiş etmişdir. 28.İddiaçının apellyasiya şikayətində qeyd olunmuşdur ki, xx.xx.2021-ci il tarixində səhər saatlarında müəssisədə xəbər yayıldı ki, qanuni əsas olmadan onlar (eləcə də, iddiada göstərilməyən digər işçilər) işdən çıxarılırlar və bu səbəbdən də işə buraxılmırlar. Bununla əlaqədar müəssisəsənin giriş hissəsində olan mühafizə xidməti onları darvazadan kənara çıxartmış və bir daha onlar müəssisəyə buraxılmamışlar. Yaranmış problemlə əlaqədar onlar (eləcə də digər əməkdaşlar) aidiyyatı qurumlara şikayətlə müraciət etməyə məcbur olmuş, orada bildirilmişdir ki, araşdırma aparılaraq onlara məlumat veriləcəkdir. Qeyd edir ki, onlar növbəli iş rejimi ilə çalışırdı və buna baxmayaraq bu hadisədən sonra demək olar ki, hər gün işə müəssisəyə gəlirdilər, lakin müəssisə rəhbərliyinin qanunsuz göstərişinə əsasən işə buraxılmırdılar (buna dair videogörüntülər, eləcə də “you tube” internet resurs portalında mövcud videoda var https://www.youtube.com/watch? v=JİoHq4XNAbs&t=1519). Əfsususlar olsun ki, bu problem həll olunmadığına görə, o və digər əməkdaşlar məcbur olaraq əvvəl mediasiyaya, sonra isə məhkəməyə müraciət etmişlər. Məhkəmə iddia tələblərini qismən təmin etsə də, hesab edir ki, cavabdehin onlara qarşı törətdiyi qanunsuzluqlar nəticəsində ona vurulmuş həm maddi, həm də mənəvi ziyanın ödənilməsi hissəsində də təmin olunmalı idi. Belə ki, artıq 11 aydır ki, o, hər hansı bir yerdə işə düzələ bilmir, nə də ki, başqa yerdən hər hansı bir də gəliri də yoxdur. Onun əmək kitabçası bu günə qədər cavabdehdədir. Hara gedirsə ki, müvəqqəti də olsa işə düzəlsin, ona bildirirlər ki, əmək kitabçasını gətirsin. Başqa iş yerində olduğunu bildirəndə isə ümumiyyətlə qəbuletməkdən imtina edirlər. Həmçinin ümumi portalda sonuncu iş yerindən xoşa gəlməyən əmrləişdən azad olnmağını biləndə isə ümumiyyətlə bildirilir ki, bizə yaxşı işçi lazımdı, məsuliyyətsiz işçi bizə tələb olunmur. Bundan başqa yaranmış zərurətlə əlaqədar o özünün, eləcə də ailəsinin ehtiyaclarının ödənilməsi üçün müxətlif vaxtlarda banklardan kreditə pul götürmüşdür. Əvvəl gözlənilmədən qanunsuz işdən kənarlaşdırmanın, sonralar isə çıxağırılmağı nəticəsində ona maddi ziyan vurulmuşdur. Banka ödəməli olduğu aylıq kredit ödənişlərini vaxtlı-vaxtında yerinə yetirə bilməmiş. Müxtəlif insanlardan borca pul alaraq onları ödəməyə məcbur olmuşdur. Bu da ona həm maddi, həm də mənəvi iztirablar yeitirib. Bundan başqa qanunsuz işdən kənarlaşdırma və sonradan isə çıxarılmağıı nəticəsində, ona əlavə olaraq da mənəvi ziyan da vurulmuşdur. Bütün bunlar məhkəmə tərəfindən əfususlar olsun ki, nəzərə alınmamışdır. Bunlardan başqa, onu işdən qanunsuz kənarlaşdırdıqdan sonra qanunsuz əməllərinə son qoymamış, ona qarşı əsassız və həqiqətə uyğun olmayan halları göstərərək, guya o, inzibati xətaya yol vermiş və bununla bağlı şikayət ərizəsi ilə Qaradağ Rayon Polis İdarəsinin 11-ci PB-yə müraciət etmişdir. Əfsuslar olsunki, polis bölməsində heç bir araşdırma aparılmamış, ona məlumat verilməmiş və iddiaçı çağırılmadan, barəsində qanunsuz inzibati tənbeh vermə haqqında qərar qəbul edilmişdir. Qərara əsasən iddiaçı AR İXM-nin 510-cu maddəsi ilə tənbeh edilərək 100 manat məbləğində cərimələnmişdir. Həmin qərardan iddiaçı yalnız qərar əsasında İcra söbəsində barəsində icra işi aparıdıqdan sonra xəbər tutmuş, o da öz növbəsində qərardan şikayət verərək Qaradağ Rayon Məhkəməsinə müraciət etmişdir. Şikayəti təmin olunaraq barəsində aparılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilmişdir. Beləliklə, də cavabdeh ona qarşı müxətlif qanunsuzluqlara yol verərək, iddiaçıya həm maddi, həm mənəvi, həm də barəsində ümumlikdə mənfi imic yaradaraq barəsində yalan şikayət edərək, onu əsassız olaraq iznibati məsuliyyətə cəlb olunması üçün qanunsuz cəhd göstərmişdirlər. Təbii ki, bütün bu qanunsuzluqlar nəticəsində ona həm maddi, həmdə mənəvi ziyan vurulmuşdur. 29.Qətnamədən eyni zamanda Cavabdeh apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. 30.Cavabdehin apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəməyə təqdim olunmuş əmək müqavilələrinə xitam verilməsi barədə əmrlərin heç birində əmək müqavilələrinə Əmək Məcəlləsinin 72-ci maddənin “a” bəndi rəhbər tutulmaqla xitam verilməmişdir. Belə ki, əmrlərin məzmunundan da görünür ki, cavabdeh iddiaçıların qanunsuz hərəkətlərində Əmək Məcəlləsinin 72-ci maddənin “a” bəndi nəzərdə tutulmuş halın, yəni “özünün xəstəliyi, yaxın qohumunun xəstələnməsi və ya vəfat etməsi istisna olunmaqla heç bir üzürlü səbəb olmadan bütün iş günü işə gəlməməsi” halının mövcud olması qənaətinə gəlmiş və yalnız bundan sonra Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndini rəhbər tutulmaqla müvafiq əmrlər verilmişdir. Əmək qanunvericiliyinin tələblərinə əsasən bilirirk ki, işəgötürən əmək müqaviləsinə xitam verdiyi əmrdə işçinin hansı xətaları etdiyini və həmin xətaların əmək məcəlləsinin hansı maddələrində tənzimləndiyini əmrdə göstərməlidir. Cavabdeh MMC ciddi istehsal müəssisəsi olmaqla təhlükə potensiallı obyekt kimi dövlət qeydiyyatından keçmişdir. Bu o deməkdir ki, müəssisədə istifadə olunan bütün avadanlıq və qurğular yanğın, partlayış və s. bu kimi ətraf mühitə, sağlamlıq və təhlükəsizliyə hər an təhlükə yarada biləcək potensiala sahibdirlər. Bu səbəbdən həmin avadanlıq və qurğular təhkim olunmuş işçilər tərəfindən əmək funksiyasının tələblərinə uyğun olaraq vaxtında və düzgün istifadə olunmalıdır. Həmin işçilər tərəfindən növbələrə və iş saatlarına, davamiyyətə vaxtı-vaxtında riayət olunmalıdır. Əks halda bu tələblərin pozulması ciddi fəsadlara və müəssisənin günlük iş rejiminin, iş ahənginin pozulmasına səbəb ola bilər. Hazırki iş üzrə iddiaçılar isə bu tələblərə riayət etmək yerinə, əksinə olaraq xx.xx.2021-ci il tarixdə səhər saatlarında ümumi kollektiv ərizəylə müraciət edərək “xx.xx.2021-ci il tarixindən etibarən kütləvi şəkildə işi dayandırdıqlarını (kütləvi tətil) və onlarla görüş təyin olunana qədər kütləvi tətillərinin davam edəcəklərini elan etmişlər. Bu hal özü əmək funksiyalarının ciddi şəkildə pozulmasının və əmək vəzifələrinin yerinə yetirilməməsinin birbaşa sübutudur. Belə ki, Əmək Məcəlləsinin 272-ci maddəsinə görə, tətilin başlanmasına ən geci 10 iş günü qalmış əmək kollektivi və ya həmkarlar ittifaqları orqanı işəgötürənə tətil keçiriləcəyi barədə yazılı məlumat verməlidir. Lakin iddiaçılar qanunun bu tələbini pozaraq işəgötürənə yalnız tətilə başladıqları gün məlumat vermişlər. İş materiallarında olan və bu şikayətə əlavə olunmuş xx.xx.2021-ci il tarixli, xx.xx.2021-ci il tarixli və xx.xx.2021-ci il tarixli “işçinin işə gəlməməsi barədə” tərtib olunmuş aktlardan göründüyü kimi, iddiaçılar müvafiq olaraq 14, 15, 16 və 17 sentybar 2021-ci il tarixdən etibarən iş yerini özbaşına tərk etmişlər, əmək funksiyasını icra etməkdən yayınmışlar və həmin tarixlərdən etibarən üzürlü səbəb olmadan bütün iş günü işə gəlməmişlər. Bundan başqa məhkəmənin iddia müddətinin küçməməsi isə bağlı gəldiyi nəticə ilə razılaşmayaraq qeyd etmişdir ki, bu hissədə məhkəmə tərəfindən ətraflı və düzgün araşdırılma aparılmamış, düzgün hüquqi nəticəyə gəlinməmişdir. İş materiallarında olan və məhkəmə iclasında təhlil olunmuş https://www.youtube.com/watch?v=Ri8p5xSW1Dg&t=285s linkində yer alan video görüntünün 10-cu dəqiqəsində iddiaçılardan İddiaçı2 Əmək Məcəlləsinin 70-ci maddəsinin “c” maddəsi ilə işdən azad olunduğunu söyləyir və bununla da, barəsində verilmiş əmrdən birbaşa xəbərinin olduğunu təsdiqləmiş olur. b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

31. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

a)Məhkəmə icraatı iştirakçılarının izahatları

32.Məhkəmə kollegiyasının iclasında İddiaçı2, onun vəkili Vəkil1 öz apellyasiya şikayətlərini müdafiə etdilər, cavabdeh tərəfin apellyasiya şikayətini qəbul etməyərək, iddia tələbində göstərilənlərə uyğun məzmunda izahat verdilər. Əlavə olaraq qeyd etdilər ki, xx.xx.2021-ci il tarixdə rəhbərlik tərəfindən onlar müəssisədən kənara çıxarılıb, iş yerlərinə buraxılmayıblar. Səbəb də odur ki, əvvəlki rəhbərlik onların əmək haqlarını kəsdiyi üçün, onlar həmin rəhbərdən şikayət etmişlər. Əvvəlki rəhbərlik səhvlərinə görə inzibati qaydada cərimələnmiş, sonra işdən çıxarılmışdır. Onların müəssisədən çıxarılmaları və müəssisəyə buraxılmamaları video görüntülərlə sübut olunur. İşçilər qabaqcadan haradan bilərdilər ki, həmin gün rəhbərlik onların başına bu oyunu açacaqdır. Onlar mühafizədən xahiş etmişlər ki, rəhbərlik onları qəbul etsin. Lakin onların müraciətlərinə heç bir cavab verilməmişdir. Buna görə də, 60 nəfər işçi xx.xx.2021-ci il tarixdə qeyd olunan məzmunda ərizə yazmışlar. Əgər onlar bilsəydilər ki, xx.xx.2021-ci ildə onların başına qeyd olunan oyun açılacaqdır, onlar 10 gün əvvəldən işəgötürənə öz etirazlarını bildirərdilər. Ərizənin məzmununda tətil qeyd olunsa da, əslində onlar işə buraxılmadıqları və öz hüquqlarını müdafiə edə bilmədikləri üçün öz etirazlarını qeyd olunan qaydada bildirmişlər. Həmin vaxtı onlar Əmək Müfəttişliyinə, müxtəlif qurumlara müraciətlər etsələr də, onlara köməklik göstərilməmişdir. Xahiş etdilər ki, iddia tələbi İddiaçı2 aid hissədə tam təmin edilsin. 33.Məhkəmə kollegiyasının iclasında iddiaçılar İddiaçı1, X2, İddiaçı6, İddiaçı4 nümayəndəsi və vəkili Vəkil1 cavabdeh tərəfin apellyasiya şikayətini qəbul etmədi, iddia tələbində göstərilənlərə uyğun məzmunda izahat verərək, qətnamənin əsaslı olduğu üçün dəyişdirilmədən saxlanılmasını xahiş etdi. 34.Məhkəmə kollegiyasının əvvəlki iclasında Cavabdeh MMC-nin nümayəndəsi və vəkili X13 iddiaçının apellyasiya şikayətini qəbul etmədi, öz apellyasiya şikayətlərini müdafiə edərək, qətnamənin iddianın təmin olunan hissəsində ləğv olunaraq, iddianın təmin edilməməsini xahiş etdi. 35.Növbəti məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar olunmuş Cavabdeh nümayəndəsi X13, həmçinin İddiaçı3, müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin nümayəndəsi məhkəməyə gəlməmiş, məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsaslanaraq işə onların iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq

Azərbaycan Respublikası Əmək Məcəlləsi

36. 2-ci maddənin 3-cü hissəsi. Həmin Məcəllə əmək münasibətlərində olan tərəflərin hüquq bərabərliyinin təmin edilməsi, mənafelərinin haqq-ədalətlə və qanunun əliliyinin təmin olunması ilə qorunması prinsiplərinə əsaslanır.

37. 68-ci maddəsinin 1-ci hissəsi. Əmək müqaviləsinə yalnız bu Məcəllə ilə müəyyən edilmiş əsaslarla və qaydada xitam verilə bilər.

38. 68-ci maddəsinin 2-ci hissəsinin “a” bəndi. Tərəflərdən birinin təşəbbüsü ilə əmək müqaviləsinə xitam verilməsinin əsaslarından biridir.

39. 70-ci maddənin “ç” bəndi. İşçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda əmək müqaviləsi işəgötürən tərəfindən ləğv edilə bilər.

40. 71-ci maddəsinin 2-ci hissəsi. Bu Məcəllənin 70-ci maddəsinin “ç” bəndində nəzərdə tutulan əsasla əmək müqaviləsinin ləğv edilməsinə bu şərtlə yol verilir ki, işçi qəsdən və ya səhlənkarlıqla, etinasızlıqla əmək funksiyasını, vəzifə borcunu (öhdəliklərini) yerinə yetirmədiyinə görə müvafiq iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahəngi pozulmuş olsun və ya mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəymiş olsun.

41. 71-ci maddənin 3-cü hissəsi. İşəgötürən bu Məcəllənin 70-ci maddəsi ilə müəyyən edilmiş əsasların hər hansı biri ilə əmək müqaviləsinin ləğv edilməsinin zəruriliyini əsaslandırmalıdır.

42. Maddə 72.Aşağıdakı hallar işçi tərəfindən əmək vəzifələrinin kobud şəkildə pozulması hesab edilir: a) özünün xəstəliyi, yaxın qohumunun xəstələnməsi və ya vəfat etməsi istisna olunmaqla heç bir üzürlü səbəb olmadan bütün iş günü işə gəlməməsi.

43. 74-cü maddəsinin 2-ci hissəsi. Əgər qanunsuz və ya əsassız işdən çıxarılmış işçi işinə bərpa olunması üçün məhkəməyə iddia ərizəsi ilə müraciət edərsə və məhkəmə tərəfindən iddiası təmin olunaraq işinə (vəzifəsinə) bərpa edilməsi haqqında qətnamə (qərar) qəbul edilərsə, onda işəgötürən tərəfindən məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi (qərarı) dərhal icra edilərək o, əvvəlki vəzifəsinə və ya razılığı ilə başqa vəzifəyə (işə) bərpa olunmalıdır. Bu zaman işə bərpa edilən işçinin yerinə götürülmüş işçi ilə bağlanmış əmək müqaviləsinə bu Məcəllənin 71-ci maddəsinin 1-ci hissəsində nəzərdə tutulmuş müvafiq araşdırmalar aparılmaqla xitam verilə bilər.

44. 76-cı maddəsinin 1-ci hissəsi. İşəgötürən tərəfindən əmək müqaviləsinə bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulan əsaslardan yalnız biri ilə xitam verilə bilər.

45. 76-cı maddəsinin 2-ci hissəsi. Əmək müqaviləsinə eyni zamanda iki və daha artıq əsasla, həmçinin qanunvericilikdə nəzərdə tutulmayan əsasla, habelə bu Məcəllə ilə müəyyən edilmiş əmək müqaviləsinin ləğv edilməsi qaydalarına əməl olunmadan xitam verilə bilməz.

46. 186-cı maddənin 1-ci hissəsi. İşçi bu Məcəllə ilə və digər normativ hüquqi aktlarla müəyyən edilmiş vəzifələrini yerinə yetirmədikdə və ya hüquqlarından sui-istifadə etdikdə, yaxud, əmək müqaviləsi üzrə öhdəliklərini icra etmədikdə intizam məsuliyyətnə cəlb edilir.

47. 186-cı maddəsinin 2-ci hissəsi. İşçi əmək funksiyasının tam və ya qismən yerinə yetirmədikdə, yaxud keyfiyyətsiz yerinə yetirdikdə, bu Məcəllənin 10-cu maddəsində nəzərdə tutulan, həmçinin əmək müqaviləsi ilə müəyyən edilmiş vəzifələrini, müəssisədaxili intizam qaydalarını pozduqda işəgötürən işçiyə inzibati tənbeh növlərindən biri olan həmin hissənin “ç” bəndində nəzərdə tutulmuş “əmək müqaviləsini bu Məcəllənin 70-ci maddəsinin “ç” bəndi ilə ləğv etmək” intizam tənbehini verə bilər.

48. 187-ci maddəsinin 1-ci hissəsi. İntizam tənbehi verilməmişdən əvvəl işəgötürən işçidən yazılı izahatın verilməsini tələb edir. İşçinin yazılı izahat verməkdən imtina etməsi ona intizam tənbehi verilməsini istisna etmir.

49. Maddə 287.Fərdi əmək mübahisələri, işəgötürənlə işçi arasında əmək müqaviləsinin, kollektiv müqavilənin şərtlərinin, habelə əmək qanunvericiliyinin və digər normativ hüquqi aktların tətbiqi zamanı yaranan və bu Məcəllə ilə müəyyən edilmiş qaydada, üsullarla və şərtlərlə tərəflərin hüquq bərabərliyi və qanunun aliliyi prinsipləri əsasında həll edilən fikir ayrılığıdır.

50. 288-ci maddənin “a” və “h” bəndlərinə əsasən fərdi əmək mübahisələrinin predmetinə daxil olan hallardan biri də əmək müqaviləsinin ləğv olunması, habelə işəgötürənin işçiyə vurduğu maddi və ya mənəvi ziyanın məbləğinin müəyyən edilməsi və ödənilməsi ilə bağlı işçi ilə işəgötürən arasında yaranan mübahisələrdir.

51. 290-cı maddənin 2-ci hissəsi. İşçinin hüquqlarını və qanuni mənafelərini pozmuş işəgötürən fərdi əmək mübahisəsinin həlli nəticəsində məhkəmə tərəfindən müəyyən edilmiş işçiyə dəyən maddi ziyanı tam məbləğdə ödəməlidir.

52. 290-cı maddəsinin 3-cü hissəsi. İşəgötürən əmək münasibətləri prosesində işçiyə vurduğu mənəvi ziyana görə maddi məsuliyyət daşıyır. Mənəvi ziyan vurulduğunu iddia edən işçi həmin ziyana görə iddiasının məbləğini ərizəsində göstərməlidir. İşçiyə dəyən mənəvi ziyanın pul hesabı ilə məbləği onun ərizəsi əsasında vurulan mənəvi ziyanın ictimai təhlükəlilik dərəcəsinə, işçinin və işəgötürənin şəxsiyyətinə, işin faktik hallarına və ədalətli qərar qəbul edilməsi üçün zəruri olan digər obyektiv hallara uyğun olaraq məhkəmə tərəfindən müəyyən edilir.

53. 290-cı maddənin Qeydi. Bu maddənin üçüncü hissəsində işçiyə vurulmuş mənəvi ziyan dedikdə, işəgötürən və ya onun tabeçiliyində olan vəzifəli şəxs tərəfindən hər hansı üsulla işçinin şərəf və ləyaqətinin ləkələnməsi, alçaldılması, ona böhtan atılması, şəxsiyyətinin təhqir edilməsi, kollektiv arasında gözdən salınması məqsədi ilə barəsində həqiqətə uyğun olmayan, yalan məlumatlar yayması, habelə mənəviyyatına, əxlaq normalarına, milli qürur hissinə, etiqadına zidd olan digər əməllər və hərəkətlər başa düşülməlidir.

54. Maddə 292.İşçi hüquqlarının və ya qanunla qorunan mənafeyinin pozulduğunu aşkar etdikdə, həmin Məcəllədə nəzərdə tutulmuş qaydada fərdi əmək mübahisələrini həll edən orqanlara və ya məhkəməyə müraciət edərək pozulmuş hüquqlarının bərpa edilməsini tələb edə bilər.

55. 294-cü maddəsinin 5-ci hissəsinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 27-ci maddəsinə uyğun olaraq fərdi əmək mübahisələri mediasiya vasitəsilə həll oluna bilər. Fərdi əmək mübahisələri ilə bağlı məhkəməyə müraciət etməmişdən əvvəl “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada ilkin mediasiya sessiyasında iştirak tələb olunur.

56. 296-cı maddəsinin 2-ci hissəsi.Bu maddənin birinci hissəsində göstərilən haldan başqa qalan bütün hallarda fərdi əmək mübahisəsinin həll edilməsi üçün işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 təqvim ayı ərzində məhkəməyə müraciət edə bilər.

57. 296-cı maddəsinin 3-cü hissəsi.Hüququnun pozulmasının aşkar edildiyi gün, işçiyə müvafiq əmrin, (sərəncamın, qərarın), əmək kitabçasının, haqq-hesab sənədlərinin (kitabçasının, vərəqəsinin, çekinin) verildiyi, həmçinin əmək müqaviləsinin bu Məcəllədə nəzərdə tutulmuş şərtlərinin işəgötürən tərəfindən müvafiq qaydada sənədləşdirilmədən bilə-bilə qəsdən pozulduğu gündür.

58. 300-cü maddənin 1-ci hissəsi. Əgər, işəgötürən əmək müqaviləsinin bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulmuş ləğv edilməsi əsaslarını pozaraq və ya 71, 76-cı maddələri ilə müəyyən edilmiş qaydaların tələblərinə əməl etmədən, habelə 79-cu maddəsində nəzərdə tutulmuş hallara əhəmiyyət vermədən işçi ilə əmək münasibətlərinə xitam vermişdirsə, əmək mübahisəsini həll edən məhkəmə iddia ərizəsini və işin faktik hallarını araşdıraraq məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi barədə qətnamə və ya bu maddənin ikinci hissəsinə müvafiq olaraq tərəflərin barışıq sazişinin təsdiq edilməsi barədə qərardad çıxarır. Məhkəmə qətnamədə işçiyə iddiası üzrə dəymiş zərərin məbləğinin işəgötürən tərəfindən ödənilməsini də nəzərdə tuta bilər.

59. 300-cü maddənin Qeydi: Bu maddənin birinci hissəsində nəzərdə tutulmuş “dəymiş zərərin məbləği” dedikdə işçinin işdən çıxarılması ilə əlaqədar işləmədiyi müddətin orta əmək haqqı, fərdi əmək mübahisəsinə məhkəmədə baxılması ilə əlaqədar məhkəmədə hüququnun müdafiəsi üçün vəkil (müdafiəçi) tutması ilə əlaqədar çəkdiyi xərclərin məbləği, eləcə də işçinin iddia ərizəsi ilə tələb etdiyi mənəvi ziyanın, işsiz qalması ilə əlaqədar borc alması, şəxsi əşyalarının satılması nəticəsində çəkdiyi, habelə digər xərclərin məcmusu başa düşülməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsi: 60.Maddə 21.1.Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 61.Maddə 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 62.Maddə 379.1.6.İddia müddətinin axımı tərəflər arasında yaranmış mübahisə üzrə mediasiya prosesi tətbiq edildikdə dayandırılır. 63.Maddə 379.4-1.Mediasiya prosesinin tətbiqi ilə əlaqədar dayandırılmış iddia müddətinin axımı “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş tarixdən davam edir. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanunu: 64.Maddə 35.2.Mediasiya prosesi nəticəsində tərəflər arasında barışıq sazişi imzalanmazsa, mübahisə üzrə iddia müddətinin axımı bu Qanunun 32.4.2-ci maddəsində nəzərdə tutulan tarixdən bərpa olunmuş hesab olunur. 65.Maddə 32.4.2.Mediasiya prosesinə bu Qanunun 32.1.9-cu maddəsində nəzərdə tutulan arayışın, 29.6-cı və ya 32.2-ci maddələrində nəzərdə tutulan protokolun tərəflərə təqdim edildiyi gündən xitam verilir. 66.Maddə 29.2.Tərəflər və ya onlardan biri onlara mediatorun (mediasiya təşkilatının) və ya digər tərəfin bu Qanunun 22-ci (22.1.1-ci maddə istisna olmaqla) maddəsində nəzərdə tutulan məlumatları və ilkin mediasiya sessiyasının keçirilmə tarixi, vaxtı və yerini əks etdirən ilkin mediasiya sessiyası barədə bildirişi təqdim etməsindən sonra tərəflər və ya onlardan biri ilkin mediasiya sessiyasında iştirak etmədikdə və ya iştirak etməkdən yazılı şəkildə imtina etdikdə, mediator sessiyada iştirak edən və etməyən tərəfləri qeyd etməklə “İlkin mediasiya sessiyasında iştirak edilməməsi” ilə bağlı arayışı həmin şəxslərə təqdim edir. Tərəflər arasında başqa qayda müəyyən edilmədiyi halda, bu maddənin birinci cümləsində qeyd edilən bildiriş tərəflərə ilkin mediasiya sessiyasının keçirilmə tarixindən azı 5 gün əvvəl təqdim edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: 67.Maddələr 14.2, 77.1, 217.4.Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 68.Maddə 385.2.Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. 69.Maddə 387.1.Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi qətnamənin və ya qərardadın ləğv edilməsinə yalnız o halda əsas olur ki, bu, düzgün olmayan qətnamənin və ya qərardadın qəbul edilməsinə səbəb olsun

Apellyasiya baxışının hədləri

70.Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını yalnız mübahisələndirilən hissəsində şikayətin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirildiyi hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və ya dəyişdirə bilər. 71.Məhkəmə kollegiyası prosessual qanunvericiliyin qeyd olunan müddəasını və onun rəsmi şərhinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarını nəzərə almaqla qeyd edir ki, hazırkı apellyasiya baxışının hədlərini birinci instansiya məhkəməsinin qətnaməsinin iddianın qismən təmin edilən və İddiaçı2 aid təmin edilməyən hissələrində qanuniliyinin və əsaslılığının yoxlanması təşkil edir. Çünki, digər iddiaçılar qətnamədən apellyasiya şikayəti verməmişlər.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

72.Məhkəmə kollegiyası iddiaçını, onun vəkilini və digər iddiaçıların nümayəndəsi və vəkilini dinləyib, apellyasiya şikayətinin dəlillərini və işin materiallarını tədqiq edərək hesab edir ki, apellyasiya şikayətləri əsassız olduğundan təmin edilməməli, iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 18 may 2022-ci il tarixli, 2(006)-625/2022 saylı qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. 73.Belə ki, iş materiallarından (təqdim edilmiş sənədlərdən, tərəflərin izahatlarından, video görüntülərdən) göründüyü kimi, iddiaçılar öz üzərlərinə düşən əmək funksiyalarını yerinə yetirmişlər, iş yerində olmuşlar, məcburi olaraq işə buraxılmamışlar və işin ahəngini pozmamışlar. İşəgötürən tərəfindən onlara qarşı edilən haqsızlıqla bağlı X10 Xidmətinə müraciət etmişlər. 74.Bundan əvvəl X10 Xidməti Bakı şəhər idarəsi tərəfindən cavabdehin Baş direktoru X12 barəsində xx.xx.2021-ci il tarixli, MN seriyalı ******* nömrəli İnzibati tənbeh vermə haqqında Qərar qəbul edilərək, törədilmiş inzibati xətanın mahiyyəti (İXM-in 192.4-cü maddəsi) göstərilmişdir. Belə ki, işçilərin artıq iş saatlarında işə cəlb olunduğu, lakin ödənişlərin düzgün hesablanıb ödənilmədiyi məlum olmuşdur. 75.Həmçinin, göstərilən əmrlərlə iddiaçılar ilə bağlanmış əmək müqavilələrinə xitam verilməsinə əsas olan hallar, yəni iddiaçıların üzərinə düşən əmək funksiyalarını yerinə yetirməmələri, bütün iş günü işə gəlməmələri kimi hallar öz təsdiqini tapmamış, bu halları təsdiq edən sübutlar cavabdeh tərəfindən məhkəməyə təqdim edilməmiş, bununla da onlarla bağlanmış əmək müqavilələrinə əsassız olaraq xitam verilmişdir. Bununla da, cavabdeh tərəfindən Azərbaycan Respublikası Əmək Qanunvericiliyinin tələbləri pozulmuşdur. 76.Məhkəmə kollegiyası iddiaçılar tərəfindən tətil etməklə bağlı müəssisəni 10 gün qabaqcadan xəbərdar etməməsi kimi cavabdehin dəlilini əsassız hesab edərək qeyd edir ki, işin araşdırılmış halları ilə məlum olmuşdur ki, müəssisə tərəfindən xx.xx.2021-ci il tarixdə işçilər işə buraxılmadıqlarına görə iddiaçılar hüquqlarının pozulmasına etiraz əlaməti olaraq tətil etməkləri ilə bağlı müəssisənin rəhbərliyinə ərizə ünvanlamışlar. 77.İşçilərin hüququları xx.xx.2021-ci il tarixdə pozulmaqla, onlar elə həmin gün işə buraxılmadıqlarından, etiraz əlaməti olaraq tətil olunması ilə bağlı yazılmış ərizənin 10 gün əvvəl yazılması mümkünsüzdür. Belə ki, işçilər xx.xx.2021-ci il tarixdən 10 gün əvvəl, xx.xx.2021-ci il tarixdə cavabdeh tərəfindən işə buraxılmayacaqlarını bilmirdilər. Digər tərəfdən işçilər tərəfindən yazılmış ərizədə rəhbərliyin onları qəbul etmələrini tələb etməsi qeyd olunsa da, onlar nəinki işə buraxılmamış, hətta onların bu tələbləri yerinə yetirilməmiş, rəhbərlik tərəfindən onlarla görüş olmamışdır. Bu hal video görüntü ilə tam olaraq təsdiq olunur. Buna görə də, kollegiya apellyatorun Əmək Məcəlləsinin 272-ci maddəsinə istinad etməsi ilə bağlı dəlilini əsassız hesab edir. 78.İddia müddətinin ötürülməsinin məhkəmə tərəfindən düzgün qiymətləndirilməməsi ilə bağlı cavabdehin dəlilinə münasibətdə kollegiya qeyd edir ki, cavabdeh müəssisə tərəfindən müvafiq əmrin iddiaçılara təqdim edilməsi ilə bağlı heç bir sübut təqdim edilməmiş, iş materialları ilə müəyyən edilmişdir ki, iddiaçılar yalnız cavabdeh tərəfindən məhkəməyə verilən qarşılıqlı iddia ilə birlikdə həmin əmrlərin məhkəməyə təqdim olunmasından sonra məlumatları olmuş, bundan sonra həmin əmrlərin ləğv edilməsi ilə bağlı iddia tələbi dəqiqləşdirilmişdir. 79.Digər tərəfdən Mediasiya Şurası tərəfindən Bakı Apellyasiya Məhkəməsinə ünvanlanmış 16 yanvar 2022-ci il tarixli, X/ONo026 saylı məktubda qeyd olunmuşdur ki, vətəndaşlar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4, X2 və İddiaçı6 işəgötürən Cavabdeh MMC-nə qarşı əmək mübahisəsi üzrə 08 oktyabr 2021-ci il tarixində Mediasiya Şurasına daxil olan mediasiya təklifləri və müraciətləri 21 oktyabr 2021-ci il tarixdə baxılması üçün Bakı şəhəri üzrə fəaliyyət göstərən fərdi mediator X6 yönəldilmişdir. 80.Göründüyü kimi, iddiaçılar xx.xx.2021-ci ildə Mediasiya Şurasına müraciət etmiş, onların müraciətləri Bakı şəhəri üzrə fəaliyyət göstərən fərdi mediator X6 yönəldilmiş, fərdi mediator onlara xx.xx.2021-ci ildə Mediasiya Haqqında Azərbaycan Respublikası Qanununun 29.2-ci maddəsinə əsasən “X8 X9” Arayışlar vermiş, iddiaçılar xx.xx.2021-ci il tarixdə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişlər. Qeyd olunanlar bir daha təsdiq edir ki, iddiaçılar tərəfindən məhkəməyə müraciət olunarkən, iddia müddəti ötürülməmişdir. 81.Belə olan halda kollegiya hesab edir ki, iddia müddəti keçmədiyindən məhkəmə düzgün olaraq belə qənaətə gəlmişdir ki, iddia müddəti tətbiq oluna bilməz. 82.İddiaçılardan İddiaçı1 barəsində olan əmr istisna olmaqla, digər iddiaçıların işdən azad olunması ilə bağlı əmrlərdə işəgötürən tərəfindən Əmək Məcəlləsinin tələbləri pozulmaqla qeyd olunmuşdur ki, iddiaçıların göstərilən hərəkətləri AR ƏM-nin 10-cu maddəsinin, “a” və “b” bəndlərinin, Əmək müqaviləsinin 3-cü bəndinin, Cavabdeh MMC-nin “X15 qaydalan”nın müvafiq tələblərinin pozulması olaraq, habelə AR ƏM-nin 70-ci maddəsinin “ç” bəndinə əsasən işçinin özünün əmək funksiyasını və əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirməməsi, həmin məcəllənin 72-ci maddəsinin “a” bəndinə görə əmək vəzifələrinin kobud şəkildə pozulması kimi qiymətləndirilməlidir. 83.Kollegiya qeyd edir ki, Əmək Məcəlləsinin 70-ci maddənin “ç” bəndində işəgötürən tərəfindən əmək müqaviləsinin ləğv edilməsinin üç əsası qeyd olunmuşdur: 1) İşçi özünün əmək funksiyasını yerinə yetirməməsi; 2) əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirməməsi; 3) Əmək Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozulması. 84.Göründüyü kimi, Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən işçinin özünün əmək funksiyasını və əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirməməsi, hər biri əmək müqaviləsinin ləğvi üçün müstəqil əsas olmaqla, həmin məcəllənin 72-ci maddəsinin “a” bəndinə görə əmək vəzifələrinin kobud şəkildə pozulması kimi qiymətləndirilə bilməz. 85.Buna görə də, məhkəmə qeyd etmişdir ki, sadalanan normalarda (ƏM-nin 76-cı maddəsinin 1-ci hissəsi) əmək müqaviləsinə Əmək Məcəlləsinin 72-ci maddəsinə istinad edilməklə xitam verilməsi nəzərdə tutulmamışdır. Həmçinin də, mübahisələndirilən əmrlərdən görünür ki, iddiaçılar barəsində əmrlər iki əsasla, yəni, Əmək Məcəlləsinin həm 70-ci maddəsinin “ç” bəndinə, həm də 72-ci maddəsinin “a” bəndinə istinadən qəbul edilmişdir. Halbuki, 72-ci maddəsinin “a” bəndi müstəqil tətbiq edilə bilməz və onun məzmununda göstərilən hallar 70-ci maddəsinin “ç” bəndində ehtiva olunduğundan sonuncu normanın tətbiq edilməsi kifayət idi. 86.Məhkəmə kollegiyası iddia tələbinin İddiaçı2 maddi zərər qismində 2500 manat ödənilməsininin təmin edilməyən hissəsinə münasibətdə hesab edir ki, bu barədə İddiaçı2 tərəfindən hər hansı mötəbər sübut təqdim edilmədiyindən iddia tələbi düzgün olaraq həmin hissədə təmin edilməmişdir. 87.Belə ki, mülki işin İ cildində i/v 32-də İddiaçı2 "xxxx" ASC tərəfindən verilmiş ödəniş cədvəlini təqdim etsə də, həmin ödənişlərlə bağlı xərc çəkməsini təsdiq edən sübutlar təqdim etməmişdir. Hansı ki, Əmək Məcəlləsinin 300-cü maddəsinin Qeydinə əsasən “dəymiş zərərin məbləği” dedikdə işçinin işdən çıxarılması ilə əlaqədar işləmədiyi müddətin orta əmək haqqı, fərdi əmək mübahisəsinə məhkəmədə baxılması ilə əlaqədar məhkəmədə hüququnun müdafiəsi üçün vəkil (müdafiəçi) tutması ilə əlaqədar çəkdiyi xərclərin məbləği, eləcə də işçinin iddia ərizəsi ilə tələb etdiyi mənəvi ziyanın, işsiz qalması ilə əlaqədar borc alması, şəxsi əşyalarının satılması nəticəsində çəkdiyi, habelə digər xərclərin məcmusu başa düşülməlidir. 88.İddia tələbinin İddiaçı2 aid mənəvi zərərin əvəzinin ödənilməsinin təmin edilməyən hissəsində münasibətdə kollegiya qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 may 2002-ci il tarixli qərarında göstərilmişdir ki, mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri-əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyriəmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O, həm vurulmuş əmlak zərəri ilə birlikdə, yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. 89.Konstitusiya Məhkəməsinin göstərilən Qərarında qeyd edilmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinin müddəaları yalnız real zərərin, habelə əldən çıxmış faydanın ödənilməsini nəzərdə tutur. Mənəvi zərərin ödənilməsi, habelə qanunvericilikdə nəzərdə tutulmuş başqa məhdudiyyətlərin tətbiq edilməsi Azərbaycan Respublikasının Konstitusiyası ilə qorunan digər əsas hüquq və azadlıqlarla mütənasib olmaqla hər bir konkret halda məhkəmənin mülahizəsindən asılıdır. 90.Həmin Qərara əsasən mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri-əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O həm vurulmuş əmlak zərəri ilə birlikdə, yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır. 91.Belə ki, Ali Məhkəmənin Plenumu qeyd olunan Qərarda göstərilmişdir ki, məhkəmələr mənəvi zərərin ödənilməsi barədə iddialara baxarkən Azərbaycan Respublikasının Konstitusiyasını, “İnsan Hüquqlarının və X5 Haqqında Konvensiya”nı, bu Konvensiyaya dair Protokolları, mənəvi zərərin ödənilməsini nəzərdə tutan milli qanunvericilik aktlarını, habelə Avropa İnsan Hüquqları Məhkəməsinin presedentlərini rəhbər tutmalıdırlar. “İnsan Hüquqlarının və X5 Haqqında Konvensiya”nın 41-ci maddəsinə və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentlərinə əsasən mənəvi zərər şəxsə qeyri-əmlak, habelə əmlak zərəri vurulduqda ödənilə bilər. Konkret hüquq münasibəti üzrə milli qanunvericilik aktında mənəvi zərərin ödənilməsinin mümkünlüyü barədə birbaşa göstərişin olmaması bu barədə tələbin rədd edilməsi üçün əsas deyildir 92.Plenum izah etmişdir ki, Azərbaycan Respublikası qanunvericiliyinin, “İnsan Hüquqlarının və X5 Haqqında Konvensiya”nın müddəaları və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentləri baxımından “mənəvi zərər” anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Mənəvi sarsıntı və iztirabın ağırlıq dərəcəsi mənəvi zərərin ödənilməsi tələbinin rədd edilməsi üçün əsas deyildir. 93.Plenum qərarında həmçinin izah edilmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097-ci maddəsinə müvafiq olaraq mənəvi zərərin ödənilməsi barədə iddia o hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun. Məhkəmə mənəvi zərərin ödənilməsi barədə tələblərə baxdıqda mülki məsuliyyətin yaranması əsaslarını müəyyən etməklə bərabər zərərçəkənin mənəvi sarsıntı və iztirablara məruz qalmasının nədə ifadə olunmasını, bunların hansı şəraitdə və hansı hərəkət (hərəkətsizlik) nəticəsində baş verməsini, zərərvuran şəxsin təqsirini, zərərçəkən şəxsin hansı mənəvi sarsıntı və iztirablar keçirməsini, zərərçəkənin bunları hansı məbləğdə və sair maddi formada qiymətləndirməsini aydınlaşdırmağa borcludur. 94.Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O həm vurulmuş əmlakzərəri ilə birlikdə yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. 95.Qeyd olunanlara əsasən kollegiya hesab edir ki, İddiaçı2 ona vurulmuş mənəvi zərərin nədən ibarət olmasını əsaslandıra bilmədiyindən, bu barədə hər hansı bir mötəbər sübut təqdim etmədiyindən, məhkəmə tərəfindən düzgün olaraq iddia tələbi həmin hissədə təmin edilməməişdir. 96.Digər tərəfdən xüsusi norma olaraq Əmək Məcəlləsinin 290-cı maddəsinin 3-cü hissəsinə əsasən işəgötürən əmək münasibətləri prosesində işçiyə vurduğu mənəvi ziyana görə maddi məsuliyyət daşıyır. Mənəvi ziyan vurulduğunu iddia edən işçi həmin ziyana görə iddiasının məbləğini ərizəsində göstərməlidir. İşçiyə dəyən mənəvi ziyanın pul hesabı ilə məbləği onun ərizəsi əsasında vurulan mənəvi ziyanın ictimai təhlükəlilik dərəcəsinə, işçinin və işəgötürənin şəxsiyyətinə, işin faktik hallarına və ədalətli qərar qəbul edilməsi üçün zəruri olan digər obyektiv hallara uyğun olaraq məhkəmə tərəfindən müəyyən edilir. 97.Həmin maddənin qeyd hissəsinə əsasən bu maddənin üçüncü hissəsində işçiyə vurulmuş mənəvi ziyan dedikdə, işəgötürən və ya onun tabeçiliyində olan vəzifəli şəxs tərəfindən hər hansı üsulla işçinin şərəf və ləyaqətinin ləkələnməsi, alçaldılması, ona böhtan atılması, şəxsiyyətinin təhqir edilməsi, kollektiv arasında gözdən salınması məqsədi ilə barəsində həqiqətə uyğun olmayan, yalan məlumatlar yayması, habelə mənəviyyatına, əxlaq normalarına, milli qürur hissinə, etiqadına zidd olan digər əməllər və hərəkətlər başa düşülməlidir. 98.Göründüyü kimi, mənəvi zərərin təmin edilməsi üçün Əmək Məcəlləsinin 290-cı maddəsinin qeyd hissəsində göstərilən əsaslar müəyyən olunmadığından, iddia tələbi mənəvi zərərlə bağlı hissədə təmin oluna bilməz. 99.Şərh olunanlara əsasən məhkəmə kollegiyası bu nəticəyə gəlir ki, iddiaçılarla bağlanmış əmək müqavilələrinə xitam verilərkən əmək qanunvericiliyinin tələbləri kobud surətdə pozulduğundan, məhkəmə mübahisələndirilən hissədə düzgün nəticəyə gəlmişdir. 100.“Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli, 4 saylı Qərarının 2.2-ci bəndində göstərilir ki, məhkəmə qətnaməsi maddi və prosessual hüquq normalarına dəqiq əməl edilməklə qəbul edildikdə qanuni hesab edilir. Həmin qərarın 2.4-cü bəndinin məzmununa görə qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. 101.Apellyasiya araşdırması zamanı birinci instansiya məhkəməsi tərəfindən maddi hüquq normalarının pozulması halları aşkar edilməmişdir. 102.Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə faktlar nöqteyi nəzərindən qanuni və əsaslıdır, işdə məhkəmə qətnaməsinin mübahisələndirilən hissədə apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar yoxdur. 103.Apellyasiya şikayətinin dəlilini müzakirə edərək, məhkəmə kollegiyası, yuxarıda şərh olunan əsaslara görə onları əsassız hesab edərək, qətnamənin mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılması qənaətinə gəlir. 104.Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393, 402, 405-cimaddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

Qət etdi: İddiaçı2 və Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətləri təmin edilməsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 18 may 2022-ci il tarixli, 2(006)-625/2022 saylı qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şıkayəti verilə bilər..

Sədrlik edən Xəyal Sarıyev

Hakimlər Fuad Abdıyev

Fərrux Qasımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar