Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-589/2024 01.02.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh X12rşı iş üzrə (Açar sözlər: əmək haqqının ödənilməsinin gecikdirilməsinə görə ödəncin verilməsi) X1 (sədrlik edən və məruzəçi), Sarıyev Xəyal Əjdər oğlundan və X2 ibarət tərkibdə, Məhkəmə iclasının katibi X4, İddiaçı nümayəndəsi və vəkili Vəkil, Cavabdeh nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı Cavabdeh X12rşı “əmək haqqının ödənilməsinin gecikdirilməsinə görə ödəncin verilməsi” tələbinə dair mülki iş üzrə çıxarılmış Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2(006)-129/2023 saylı qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları
1. xx.xx.2020-ci il tarixli, 09 saylı əmrə əsasən İddiaçı həmin tarixdən Cavabdeh İnsan resursları departamentinin İnsan resurslarının idarə olunması şöbəsinin baş mütəxəssisi vəzifəsinə təyin edilmiş, xx.xx.2020-ci il tarixli, 01-25 nömrəli əmək müqaviləsinə 1 saylı əlavəyə əsasən onun aylıq əmək haqqısı 1.784,24 manat məbləğində müəyyən edilmişdir.
2. xx.xx.2021-ci il tarixli, 01-93 saylı əmrə əsasən Cavabdeh İnsan resursları departamentinin İnsan resurslarının idarə olunması şöbəsinin baş mütəxəssisi İddiaçı həmin tarixdən qeyd edilən şöbənin müdiri vəzifəsinin icrası həvalə edilmişdir. Onunla bağlanmış əmək müqaviləsinə 3 saylı əlavəyə əsasən onun aylıq əmək haqqısı 1.828,57 manat məbləğində müəyyən edilmişdir.
3. xx.xx.2021-ci il tarixli, 02-044/h saylı əmrə əsasən Cavabdeh İnsan resursları departamentinin İnsan resurslarının idarə olunması şöbəsinin baş mütəxəssisi İddiaçı həmin tarixdən 3 ay müddətinə yenidən qeyd edilən şöbənin müdiri vəzifəsinin icrası həvalə edilmişdir. Onunla bağlanmış əmək müqaviləsinə 4 saylı əlavəyə əsasən onun aylıq əmək haqqısı 2.449,69 manat məbləğində müəyyən edilmişdir.
4. xx.xx.2021-ci il tarixli, 02-085/h saylı əmrə əsasən Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” X10 İnsan resursları departamentinin İnsan kapitalının inkişafı şöbəsinin koordinatoru İddiaçı həmin tarixdən 3 ay müddətinə İnsan resursları departamentinin idarə olunması şöbəsinin müdiri vəzifəsinin icrası həvalə edilmişdir.
5. Onunla bağlanmış əmək müqaviləsinə 5 saylı əlavəyə əsasən onun xx.xx.2021-ci il tarixdən etibarən Cavabdeh İnsan resursları departamentinin Kadrlar şöbəsinin koordinatoru vəzifəsinə əsas iş yeri üzrə keçirilməsi müəyyən edilmişdir. Əmək müqaviləsinə 6 saylı əlavəyə əsasən əmək müqaviləsi xx.xx.2022-ci il tarixədək 3 ay müddətinə uzadılmışdır.
6. xx.xx.2022-ci il tarixli, PHŞ/1.1-3.1-2022-146 saylı əmrə əsasən Cavabdeh İnsan resursları departamentinin Kadrlar şöbəsinin koordinatoru İddiaçı xx.xx.2022-ci il tarixdən tutduğu vəzifədən azad edilmiş və onunla bağlanmış əmək müqaviləsinə xitam verilmiş, ona xx.xx.2021-xx.xx.2022-ci iş ili üzrə 30 gün, xx.xx.2022-xx.xx.2023-cü iş ili üzrə 8 gün, cəmi 38 gün əsas əmək məzuniyyətinə görə pul əvəzinin ödənilməsi barədə göstəriş verilmişdir.
7. Cavabdeh tərəfindən xx.xx.2022-ci il tarixdə İddiaçı 9 405, 86 manat məbləğində ödəniş edilmişdir.
8. Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” X10 Aparatının ştat cədvəlindən çıxarışlara əsasən İnsan resurslarının idarə olunması şöbəsinin müdirinin əmək haqqısı xx.xx.2019-cu il tarixdən xx.xx.2021-ci il tarixədək 1784,24 manat, xx.xx.2021-ci il tarixdən 1.828,57 manat, İnsan resurslarının idarə olunması şöbəsinin baş mütəxəssisinin əmək haqqısı xx.xx.2020-ci il tarixdən xx.xx.2021-ci il tarixədək 2.692,31 manat, xx.xx.2021-ci il tarixdən 2.769,78 manat, İnsan resursları departamentinin Kadrlar şöbəsinin koordinatoru üçün aylıq əmək haqqısı 2.449,69 manat, müəyyən edilmişdir.
9. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli, 9/9329 saylı rəyi ilə İddiaçı 2021-ci ilin yanvar ayından, 2021-ci ilin oktyabr ayınadək ümumilikdə 9.405,86 manat məbləğində əmək haqqının gecikdirildiyi və Azərbaycan Respublikası Əmək Məcəlləsinin 172.5-ci maddəsinə əsasən hər gecikdirilmiş gün üçün işçiyə əmək haqqının 1 faizinin ümumi məbləği 12.107,19 manat təşkil etdiyi müəyyən edilmişdir.
10. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli, 9/2442 saylı rəyi ilə İddiaçı barəsində çıxarılmış xx.xx.2021-ci il tarixli, 01-93 nömrəli, xx.xx.2021-ci il tarixli, 02-044/h nömrəli və xx.xx.2021-ci il tarixli, 02- 085H nömrəli əmrlərə əsasən, Niyazi Əsgərova xx.xx.2021-ci il tarixdən xx.xx.2022-ci il tarixədək əmrdə göstərilən müddətlər, tarixlər və ödənilməli olan əmək haqqının ödənildiyi gün nəzərə alınmaqla ödənilməli olan 9.405,86 manat əmək haqqının Azərbaycan Respublikası Əmək Məcəlləsinin 172.5-ci maddəsinə əsasən hər gecikdirilmiş günü üçün işçiyə əmək haqqının azı 1 faizi məbləğində verilməli olan ümumilikdə ödəniş məbləği 30.633,16 manat təşkil etdiyi müəyyən olunmuşdur.
Birinci instansiya məhkəməsindəki icraat
11. İddiaçı Cavabdeh X12rşı iddia və iddia tələbinin dəyişdirilməsi barədə ərizə ilə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə müraciət edərək, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi Cavabdehn İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliy” X16 İnsan Resursları Departamentinin İnsan Resurslarının idarə olunması şöbəsinin müdiri vəzifəsinin icrasının ona həvalə edilməsinə dair xx.xx.2021-ci il tarixli, 01-93 nömrəli, xx.xx.2021-ci il tarixli, 02-044/h nömrəli və xx.xx.2021-ci il tarixli, 02- 085/h nömrəli əmrlərə əsasən ona ödənilməli olan 9 aylıq əmək haqlarının gecikdirildiyinə görə qanunvericiliyin tələbinə əsasən hər gecikdirilmiş günə görə bir faiz hesablanmaqla ümumilikdə 34.328,25 manat pul vəsaitinin cavabdehdən alınaraq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
12. İddiaçı tələbini onunla əsaslandırmışlar ki, o, xx.xx.2020-ci il il tarixdən İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi Cavabdeh X16 İnsan Resursları Departamentinin İnsan Resurslarının idarə olunması şöbəsinin baş mütəxəssisi vəzifəsində çalışmışdır. xx.xx.2021-ci il tarixli, 01-93 nömrəli əmri ilə 3 ay müddətinə İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi Cavabdeh X16 İnsan Resursları Departamentinin İnsan Resurslarının idarə olunması şöbəsinin müdiri vəzifəsinin icrası ona həvalə edilmişdir. Həm əmək müqaviləsi üzrə öhdəliyini, həm də həvalə edilmiş vəzifəni lazımınca icra etdiyi üçün İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi Cavabdeh X16 İnsan Resursları Departamentinin İnsan Resurslarının idarə olunması şöbəsinin müdiri vəzifəsinin icrası xx.xx.2021-ci il tarixli, 02- 044/h əmri ilə öncə daha 3 ay, bundan sonra isə xx.xx.2021-ci il tarixli, 02-085/h əmri ilə növbəti 3 ay uzadılmışdır. Lakin həvalə olunmuş vəzifənin əmək haqqı ona ödənilməmişdir. İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi Cavabdeh X16 çalışdığı müddət ərzində dəfələrlə bu barədə məsələ qaldırmaq istəyərkən ona sakit olmağı, özünü doğruldacağı halda həmin vəzifəyə təyin olunacağını deməklə onu aldatmışlar. Bu minvalla o, 2022-ci ilin aprel ayınadək dözmüş və görmüşdür ki, ona verilən vədlər söz yığımından başqa şey deyil. Bu aralarda da, daha perspektivli bir iş təklifi aldığı üçün ərizə ilə müraciət edərək, onunla bağlanmış əmək müqaviləsinə xitam verilməsini xahiş etmiş və xx.xx.2022-ci il tarixli, PHŞ/1.1-3.1-2022-146 saylı əmrə əsasən öz ərizəsi ilə tutduğu vəzifədən azad edilmişdir. Ona yenə də humanistlik göstərib şifahi qaydada müraciət edərək, onun son haqq hesab olunarkən əsas vəzifə üzrə ödəniləcək məbləğlə yanaşı həvalə olunmuş vəzifənin də əmək haqqısını və qanunvericiliyə əsasən hər gün üçün bir faiz olmaqla ona hesablanmış faiz məbləği ilə birlikdə ona ödənilməsini xahiş etmişdir. X19 Sığorta üzrə Dövlət Agentliyi Cavabdeh X9 əsas vəzifəsi üzrə son ayda işləmədiyi günlərin əmək haqqını ödəsə də, həvalə olunmuş vəzifənin qanunla müəyyən edilmiş qaydada əmək haqqının və faiz məbləği ödənilməmişdir. O, 2 saylı mediasiya təşkilatına müraciət etmiş, aparılan mediasiya sessiyası zamanı İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi Cavabdehn nümayəndəsi ona həvalə edilmiş vəzifə üzrə ödənilməli olan əmək haqqının ödənilmədiyini etiraf etmiş və ödənilməsi üçün vaxt istəmişdir. Lakin yenə cavabdeh xx.xx.2022-ci il tarixdə 9 ay üçün ona ödənilməli 9.405,86 manat məbləğində olan əsas əmək haqqını ödəsələr də, həmin məbləğin gec ödənildiyinə görə qanunla nəzərdə tutulan hər günə bir faiz məbləği ödənilməmişdir.
13. Cavabdeh iddia müddətinin tətbiq edilməsi barədə ərizə təqdim edərək ərizini onunla əsaslandırmışdır ki, iddiaçı 2021-ci ilin yanvar ayının sonunda əmək haqqının ödənilməməsindən məlumatlı olmuş, lakin əmək qanunvericiliyi ilə müəyyən edilmiş müddət ərzində mübahisələndirməmişdir. Bu səbəbdən iddia müddəti tətbiq olunaraq iddia tələbi təmin edilməməlidir.
14. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2(006)- 129/2023 saylı qətnaməsi ilə iddianın qismən təmin edilməsi, gecikdirilmiş əmək haqqının hər günü üçün 1 faiz olmaqla hesablanmış 30.633,16 manat məbləğində pul vəsaitinin cavabdeh Tibbi Ərazi Bölmələrini X7 Hüquqi Şəxsdən İddiaçı xeyrinə tutulması, aparılmış ekspertiza tədqiqatının dəyəri olan 150 manat məbləğin Cavabdehndən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin təqdim etdiyi hesaba ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. (hakim X5)
15. Məhkəmə iddiaya hüquqi qiymət verərkən, qeyd etmişdir ki, iddiaçı ona həvalə olunmuş vəzifənin əmək haqqı ona ödənilməməsini iddia etsə də, cavabdeh bu faktı təkzib etməsə də, inkar da etməmiş, sadəcə iddiaya etirazın əsası kimi yalnız onun xx.xx.2021-ci il tarixdən İnsan resurslarının idarə olunması şöbəsinin müdiri vəzifəsinə görə əmək haqqının ödənilməməsindən, 2021-ci ilin yanvar ayının sonunda tam məlumatlı olması, lakin ona əmək haqqının ödənilməməsini əmək qanunvericiliyi ilə müəyyən edilmiş müddət ərzində mübahisələndirməməsinə əsaslanmaqla iddia müddətinin tətbiq olunmaqla iddia tələbinin təmin edilməməli olmasına istinad etmişdir. Cavabdeh tərəfindən 9 ay üçün iddiaçıya ödənilməli 9.405,86 manat məbləğində olan əsas əmək haqqı xx.xx.2022-ci il tarixdə ödənildiyindən bu halın mövcudluğunu məhkəmə iddia axımının kəsilməsi kimi qiymətləndirmişdir. Məhkəmə iddiaçıya xx.xx.2021-ci il tarixdən xx.xx.2022-ci il tarixədək ümumilikdə 9.405,86 manat məbləğində əmək haqqının ödənilməsinə baxmayaraq, bu əmək haqqının gecikdirilməklə verilməsi barədə iddiaçı tərəfin dəlillərini əsaslı saymış və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli, 9/2442 saylı rəyini mötəbər sübut kimi qəbul edərək hesab etmişdir ki, sözügedən əmək haqqının azı 1 faizi məbləğində verilməli olan ümumilikdə ödəniş məbləği Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli, 9/2442 saylı rəyinə uyğun müəyyən edilməlidir. Bu səbəbdən məhkəmə iddiaçının ona ödənilməli olan 9 aylıq əmək haqqının gecikdirildiyinə görə qanunvericiliyin tələbinə əsasən hər gecikdirilmiş günə görə bir faiz hesablanmasına dair iddia tələbini qismən əsaslı hesab etmiş və 30.633,16 manat pul vəsaitinin cavabdehdən iddiaçının xeyrinə tutulması qənaətinə gəlmişdir.
16. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Əmək Məcəlləsinin 7-ci, 154ci, 172-ci, 296-cı, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 380-ci, Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 14.2-ci, 77.1-ci, 88-ci, 101.7-ci, 103.1-ci, 206.1-ci, 217.4-cü maddələrinə, “Azərbaycan Respublikası Əmək Məcəlləsinin 172-ci maddəsinin 5-ci hissəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2023-cü il tarixli Qərarına, Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” xx.xx.2005-ci il tarixli Qərarına istinadla əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları
a) Apellyasiya şikayətinin dəlilləri
17. Cavabdeh apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddianın rədd edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
18. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, əmək haqqının verilməsi işəgötürənin təqsiri üzündən gecikdirildikdə və bu hal fərdi əmək mübahisəsi yaratmayıbsa, hər gecikdirilmiş gün üçün işçiyə əmək haqqının azı bir faizi məbləğində ödənc verilməlidir. Bu hal əmək mübahisəsi yaratdıqda həmin mübahisə bu Məcəllənin “Əmək mübahisələri” bölməsində nəzərdə tutulan qaydada həll edilir. Qanunun yuxarıda qeyd olunan normasının tələbindən göründüyü kimi, əmək haqqının verilməsinin işəgötürənin təqsiri üzündən gecikdirilməsi halında hər gecikdirilmiş gün üçün işçiyə əmək haqqının azı bir faizi məbləğində ödənc verilməsi, bu halın fərdi əmək mübahisəsi yaratmaması ilə şərtləndirilmişdir. Məhkəmə işin faktiki hallarını tam, hərtərəfli, obyektiv araşdırmadığından qeyd olunan maddi hüquq normasının tələbini pozmuşdur. İddia tələbində hüquqi əsas kimi qeyd olunan Əmək Məcəlləsinin 172.5-ci və 195 “d” maddələrinin tələbləri işin faktiki hallarına tətbiq edilə bilməz. Belə ki, iddiaçı ilə əmək müqaviləsinə xitam verilərkən, qanunvericiliyin tələblərinə riayət olunmuş, müvafiq əmr imzalanmış və işçiyə bu barədə məlumat verilməklə onunla son haqq-hesab aparılmışdır. İddiaçı əmək haqqının verilməsinin işəgötürənin təqsiri üzündən gecikdirilməsinə dair məhkəməyə heç bir mötəbər sübut təqdim etməmiş, əksinə son haqq-hesab ödənişlərini qəbul edərək, bununla razılaşmış, əmək haqqının gecikdirilməsinə görə bir faiz məbləğin ödənilməsini qanunla müəyyən edilmiş müddət ərzində mübahisələndirməmişdir. Qeyd olunanlarla yanaşı bu halın mövcud olduğu halda belə, iddiaçının hüquqlarının pozulmasına dair müvafiq qaydada həmin dövrdə şikayət etmək hüququndan istifadə etmədiyi halda, işdən azad olunandan sonra belə bir əsassız dəlil irəli sürməsi anlaşılan və ağlabatan deyildir. Pul və digər əmlak tələbləri ilə əlaqədar, həmçinin ziyan vurulmaqla bağlı yaranmış əmək mübahisələrinin həlli üçün işçi, hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 il ərzində məhkəməyə müraciət edə bilər. İşdən görünür ki, iddiaçıya xx.xx.2021-ci il tarixdən İnsan resurslarının idarə olunması şöbəsinin müdiri vəzifəsinin icrası həvalə edilmişdir. Həmin vəzifəyə görə əmək haqqının ödənilməməsindən, iddiaçı 2021-ci ilin yanvar ayının sonunda tam məlumatlı olmuş, lakin ona əmək haqqının ödənilməməsini 1 il ərzində mübahisələndirməmişdir. İddia müddətinin tətbiq edilməsi barədə birinci instansiya məhkəməsinə ərizə təqdim edilmişdir. Lakin məhkəmə həmin ərizəni nəzərə almamışdır. Tərəflər arasında yaranmış mübahisəyə dair qanunun norması AR Əmək Məcəlləsinin 296-cı maddəsinin 4-cü hissəsində nəzərdə tutulmuşdur. Birinci instansiya məhkəməsi mübahisəyə Əmək Məcəlləsinin qeyd edilən normasını tətbiq etməli olduğu halda, məhkəmə əsassız olaraq, mübahisəyə Mülki Məcələnin 380.1-ci maddəsini tətbiq etməklə kobud qanun pozuntusuna yol vermişdir.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
19. Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır.
c) Məhkəmə icraatı iştirakçılarının izahatları
20. Məhkəmə iclasında Cavabdeh nümayəndəsi Nümayəndə apellyasiya şikayətini müdafiə edərək, onun məzmununa uyğun izahat vermiş və apellyasiya şikayətinin təmin edilməsini, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilərək iddianın rədd edilməsini xahiş etmişdir.
21. Məhkəmə iclasında İddiaçı nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayətinə qəbul etməyərək, iddia ərizəsinin məzmununa uyğun izahat vermiş və apellyasiya şikayətinin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir.
Tətbiq edilən hüquq
22. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin: 3.5-ci maddəsinə əsasən əmək müqaviləsi (kontraktı) (bundan sonra ismin müvafiq halında “əmək müqaviləsi”) – işəgötürənlə işçi arasında fərdi qaydada bağlanan əmək münasibətlərinin əsas şərtlərini, tərəflərin hüquq və vəzifələrini əks etdirən yazılı müqavilədir; 3.5-1-ci maddəsinə əsasən əmək müqaviləsi bildirişi - bu Məcəllənin 7-ci maddəsinin 2-1-ci hissəsi ilə müəyyən edilmiş hallar istisna olmaqla, əmək müqaviləsinin bağlanılmasının, ona dəyişiklik edilməsinin və ya xitam verilməsinin müvafiq icra hakimiyyəti orqanının mərkəzləşdirilmiş elektron informasiya sistemində (bundan sonra elektron informasiya sistemi) elektron qaydada qeydiyyata alınması məqsədi ilə işəgötürən tərəfindən həmin elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilən elektron sənəd. Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq yerli investisiyalı məhdud məsuliyyətli cəmiyyətin elektron dövlət qeydiyyatına alınması üçün ərizədə qeyd olunmuş işçilərlə ilk dəfə əmək müqaviləsinin bağlanması elektron informasiya sistemində müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən elektron qaydada təqdim olunan məlumatlar əsasında qeydiyyata alınır; 49.1-ci maddəsinə əsasən bu Məcəllənin 7-ci maddəsinin 2-1-ci hissəsi və bu maddənin 1-2-ci hissəsi ilə müəyyən edilmiş hallar istisna olmaqla, əmək müqaviləsinin bağlanılması, ona dəyişiklik edilməsi və ya xitam verilməsi bununla bağlı elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilmiş əmək müqaviləsi bildirişinin həmin elektron informasiya sistemində qeydiyyata alınmasından və bu barədə işəgötürənə elektron qaydada məlumat göndərilməsindən sonra hüquqi qüvvəyə minir; 154.1-ci maddəsinə əsasən əmək haqqı - müvafiq iş vaxtı ərzində əmək funksiyasını yerinə yetirmək üçün əmək müqaviləsi ilə müəyyən edilmiş, işçinin gördüyü işə (göstərdiyi xidmətlərə) görə işəgötürən tərəfindən pul və ya natura formasında ödənilən gündəlik və ya aylıq məbləğ, habelə ona edilən əlavələrin, mükafatların və digər ödənclərin məcmusudur; 157.1-ci maddəsinə əsasən işçilərin əməyi vaxtamuzd, işəmuzd və əməyin ödənilməsinin digər sistemləri ilə ödənilir. Əməyin ödənilməsi işin fərdi və kollektiv nəticələrinə görə aparıla bilər; 172.4-cü maddəsinə əsasən işçi işdən çıxarkən ona düşən bütün ödənclər tam məbləğdə işdən çıxdığı gün verilir; 172.5-ci maddəsinə əsasən əmək haqqının verilməsi işəgötürənin təqsiri üzündən gecikdirildikdə və bu hal fərdi əmək mübahisəsi yaratmayıbsa, hər gecikdirilmiş gün üçün işçiyə əmək haqqının azı bir faizi məbləğində ödənc verilməlidir. Bu hal əmək mübahisəsi yaratdıqda həmin mübahisə bu Məcəllənin “Əmək mübahisələri” bölməsində nəzərdə tutulan qaydada həll edilir; 195-ci maddənin “d” bəndinə əsasən işçinin əmək haqqı və digər ödənişləri işəgötürən tərəfındən düzgün müəyyən edilmədikdə, habelə əsassız və qanunsuz olaraq verilmədikdə işəgötürən əmək münasibətləri prosesində işçiyə vurulan ziyana görə tam maddi məsuliyyət daşıyır; 296.3-cü maddəsinə əsasən hüququnun pozulmasının aşkar edildiyi gün, işçiyə müvafiq əmrin, (sərəncamın, qərarın), əmək kitabçasının, haqq-hesab sənədlərinin (kitabçasının, vərəqəsinin, çekinin) verildiyi, həmçinin əmək müqaviləsinin bu Məcəllədə nəzərdə tutulmuş şərtlərinin işəgötürən tərəfindən müvafiq qaydada sənədləşdirilmədən bilə-bilə qəsdən pozulduğu gündür; 296.4-cü maddəsinə əsasən pul və digər əmlak tələbləri ilə əlaqədar, həmçinin ziyan vurulmaqla bağlı yaranmış əmək mübahisələrinin həlli üçün işçi, hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 il ərzində məhkəməyə müraciət edə bilər. İşçilərin həyatına və sağlamlığına vurulmuş zərərin ödənilməsi haqqında tələblərə iddia müddəti şamil edilmir.
23. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır; 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır; 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır; 384.0.3-ci maddəsinə əsasən apellyasiya instansiya məhkəməsi qətnaməni dəyişdirə bilər.
24. “Azərbaycan Respublikası Əmək Məcəlləsinin 172-ci maddəsinin 5-ci hissəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2023-cü il tarixli Qərarında sərgilənmiş hüquqi mövqeyə əsasən Əmək Məcəlləsinin 172-ci maddəsinin 5-ci hissəsinin ikinci cümləsinin tələbinə görə, işəgötürən ödəncin verilməsindən imtina etdiyi halda işçi yaranmış mübahisəni məhkəmə qaydasında həll etməyə məcbur olur. Bu baxımdan normanın məzmununun fərqli şərhi, yəni ödəncin yalnız fərdi əmək mübahisəsinin yaranmadığı halda ödənilməli olması kimi şərhi hüquqi məntiqə uyğun olmamaqla yanaşı, işçinin əmək münasibətlərinə daxil olmasının əsasını təşkil edən əməkhaqqı hüququnun pozulmasına görə işəgötürənin məsuliyyətdən kənar qalmasına gətirib çıxarar. Eyni zamanda bu işçinin əməkhaqqı hüququnun pozulması səbəbindən qanunvericiliklə tanınan ödəncin verilməsi tələbinin təmin edilməsi üçün məhkəməyə müraciət etməsini də mənasız edər. Bu halda həmin maddənin tətbiqi mümkünsüz olur və o, əhəmiyyətsiz normaya çevrilməklə faktiki olaraq işçini müvafiq ödənci tələb etmək hüququndan məhrum edir. Konstitusiya Məhkəməsinin Plenumu belə nəticəyə gəlmişdir ki, əmək münasibətlərinin subyektlərin hüquq və mənafelərinin bərabərliyi prinsipi əsasında nizamlanmasını nəzərə alaraq, Əmək Məcəlləsinin 172-ci maddəsinin 5-ci hissəsində nəzərdə tutulmuş “hər gecikdirilmiş gün üçün işçiyə əməkhaqqının azı bir faizi məbləğində ödənc verilməlidir” müddəası fərdi əmək mübahisəsinin yarandığı hala da şamil edilir. Eyni zamanda qeyd edilmişdir ki, Əmək Məcəlləsinin 296-cı maddəsinin 4-cü hissəsinə uyğun olaraq, işçi, hüququnun pozulduğunu aşkar etdiyi gündən 1 il ərzində ödəncin verilməsi barədə məhkəməyə müraciət edə bilər. . Apellyasiya baxışının hədləri
25. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır (Mülki Prosessual Məcəllənin 372.6-cı və 372.7-ci maddələri).
26. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.
27. Hazırkı apellyasiya şikayətində qətnamənin ləğv olunaraq, iddianın rədd olunması xahiş olunduğundan, qətnamə tam yoxlanılır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
28. Məhkəmə kollegiyası tərəfləri dinləyib, аpеllyаsiyа şikаyətinin dəlillərini iş mаtеriаllаrı ilə birlikdə аrаşdırıb hеsаb еdir ki, birinci instansiya məhkəməsi cavabdeh tərəfindən iddiaçıya əmək haqqının ödənilməsinin gecikdirilməsinə görə ödənilməli ödənc məbləğinin hesablanmasında səhvə yol vermişdir. Bu səbəbdən apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi cavabdehdən iddiaçının xeyrinə əmək haqqının ödənilməsinin gecikdirilməsinə görə tutulmalı olan ödəncin məbləği hissəsində dəyişdirilməlidir.
29. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə və işin hallarına istinadən qeyd edir ki, iddiaçı xx.xx.2020-ci il tarixdə cavabdeh publik hüquqi şəxdə X10 İnsan resursları departamentinin İnsan resurslarının idarə olunması şöbəsinin baş mütəxəssisi vəzifəsinə qəbul olunmuş, xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixədək hər dəfə 3 ay uzadılmaq şərtilə ümumilikdə 9 ay müddətinə öz vəzifəsi ilə birgə ona həvalə edilmiş İnsan resursları departamentinin idarə olunması şöbəsinin müdiri vəzifəsini də icra etmiş, bundan başqa o, xx.xx.2021-ci il tarixdən etibarən Cavabdeh İnsan resursları departamentinin Kadrlar şöbəsinin koordinatoru vəzifəsinə keçirilmiş, xx.xx.2022-ci il tarixədək həmin vəzifədə çalışmış və həmin tarixdə öz ərizəsi ilə tutduğu bu vəzifədən azad edilmişdir. Bundan sonra iddiaçı İnsan resursları departamentinin idarə olunması şöbəsinin müdiri vəzifəsini icra etdiyi 9 ay müddət üçün nəzərdə tutulmuş əmək haqqını ala bilmədiyi üçün mediasiya təşkilatına müraciət etmiş, mübahisənin mediasiya mərhələsində cavabdeh tərəfindən iddiaçıya xx.xx.2022-ci il tarixdə həmin vəzifə üzrə ödənilməli olan, lakin ödənilməmiş əmək haqqı kimi 9.405,86 manat məbləğində pul verilmişdir.
30. Hazırda iddiaçı həmin əmək haqqının ödənilməsinin gecikdirilməsinə görə ödəncin verilməsini tələb edir. Cavabdeh isə apellyasiya şikayətində iddiaçının əmək haqqının işəgötürənin təqsiri ucbatından ödənilməməsi ilə bağlı iddiaçının heç bir sübutunun olmaması və hazırki tələb üzrə iddia müddətinin ötürülməsi mövqeyindən çıxış edərək, iddia müddətini tətbiq etməklə iddianın rədd edilməsini xahiş etmişdir.
31. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə münasibətdə ilk növbədə qeyd edir ki, cavabdeh tərəf özü də İnsan resursları departamentinin idarə olunması şöbəsinin müdiri vəzifəsinin icrası ilə bağlı iddiaçıya əmək haqqı ödənişinin gecikdirilməsini inkar etmir, sadəcə iddiaçının bunun cavabdehin təqsirindən dolayı baş vermədiyi ilə bağlı sübutunun olmadığını bildirir.
32. Məhkəmə kollegiyası apellyasiya şikayətinin həmin dəlilinə münasibətdə qeyd etməyi zəruri hesab edir ki, bu kateqoriya mübahisələrdə iddiaçının irəli sürdüyü tələblərin əksini sübutetmə yükü iqtisadi baxımdan işçidən daha güclü mövqedə olan işəgötürənin üzərinə düşür, digər tərəfdən əmək münasibətləri ilə əlaqədar bütün sənədləşmələr işəgötürən tərəfindən aparıldığı üçün müvafiq sənədlər də onda olur. Lakin cavabdeh məhkəməyə iddiaçının tələblərini təkzib edəcək, başqa sözlə, əmək haqqı ödənişinin ondan asılı olmayan səbəblərdən gecikdirilməsini təsdiq edəcək nəinki mötəbər, ümumiyyətlə hər hansı sübut təqdim edə bilmir.
33. Məhkəmə kollegiyası iddiaçı tərəfindən iddia müddətinin ötürülməsi dəlilinə münasibətdə qeyd edir ki, iddia müddəti institutu hüquq münasibətlərinin müəyyənliyini və sabitliyini yaratmaq, onların iştirakçılarını intizamlandırmaq, hüquq münasibətlərinin subyektlərinin hüquq və qanuni maraqlarının müddət baxımından vaxtında müdafiəsini və bərpasını təmin etmək məqsədi daşıyır. Belə ki, pozulmuş hüquqların məcburi müdafiəsi üçün ağlabatan müddət məhdudiyyətlərinin olmaması işin baxılması üçün əhəmiyyət kəsb edən sübutların toplanmasının və saxlanmasının lazım olduğunu nəzərə almayan cavabdehlərin və üçüncü şəxslərin qanunla qorunan hüquq və maraqlarının pozulmasına gətirib çıxarardı. Mübahisə tərəfinin ərizəsi əsasında məhkəmə tərəfindən iddia müddətinin tətbiqi mülki mübahisə tərəflərini əsaslandırılmamış çəkişmələrdən qoruyur və eyni zamanda, onları öz hüquqlarını vaxtında həyata keçirmələrinə və müdafiəsinə məcbur edir.
34. Qanunvericilikdə müəyyən olunan iddia müddətinin məqsədi hüquqi müəyyənlikdir. Belə ki, potensial cavabdehləri vaxtı ötmüş tələblərdən qoruyur və məhkəmələri müəyyən zaman keçdikdən sonra qeyri-müəyyən və natamam sübutlara əsaslanmaqla qərar çıxarmaq zərurətindən azad edir (İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin Stanyo Belçikaya qarşı iş üzrə xx.xx.2009-cu il tarixli qərarı).
35. Atılmalı olan formal addımları və şikayətlərin verilməsi üçün riayət edilməli olan müddət məhdudiyyətlərini tənzimləyən qaydalar ədalət mühakiməsinin lazımi qaydada həyata keçirilməsinin və xüsusi ilə hüquqi müəyyənlik prinsipi ilə uyğunluğunun təmin edilməsi məqsədini daşıyır. Məhkəmə mübahisəsi üzrə tərəflər bu qaydaların tətbiq edilməsini nəzərə almalıdırlar (İnsan Hüquqları üzrə Avropa Məhkəməsi Miragall Eskolano və digərləri İspaniyaya qarşı iş üzrə xx.xx.2000-ci il tarixli qərar).
36. Məhkəmə kollegiyası bu kontekdən çıxış edərək qeyd edir ki, iddiaçı 2021-ci ilin yanvar-oktyabr ayları ərzində İnsan resursları departamentinin İnsan resurslarının idarə olunması şöbəsinin müdiri vəzifəsini icra etmiş, xx.xx.2022-ci il tarixdə işdən azad edilmiş və həmin tarixdə də onunla tutduöu əsas vəzifə üzrə son haqq-hesab edilmişdir. Lakin həvalə edilmiş vəzifə üzrə əmək haqqı ödənilməmişdir. Bu səbəbdən o, əmək haqqı və əmək haqqının verilməsinin gecikdirilməsinə görə ödəncin ödənilməsi ilə bağlı 2022-ci ilin may ayında mediasiya təşkilatına müraciət etmişdir. Bundan sonra xx.xx.2022-ci il tarixdə həmin vəzifə üzrə də əmək haqqı ödənilsə də (9.405,86 manat), gecikdirməyə görə ödənc ödənilməmişdir.
37. Azərbaycan Respublikası Əmək Məcəlləsinin yuxarıda istinad olunan müddəalarına əsasən əmək mübahisələri üzrə pul iddiaları şəxsin hüququnun pozulduğunu bildiyi gündən 1 il ərizndə qaldırıla bilər. Hazırki mübahisə üzrə iddia isə aylıq əmək haqqının ödənilməli olduğu gündən 1 il müddət əsas götürülməklə qaldırıla bilərdi. Belə ki, tərəflər arasında bağlanmış əmək müqaviləsinin 4.3-cü bəndinə əsasən əmək haqqı hər ayın sonuncu iş günündən gec olmamaqla ödənilir. Bu aspektdən çıxış etdikdə, o cümlədən iddiaçı 2022-ci ilin may ayında mediasiya təşkilatına müraciət etdiyindən iddiaçı 2021-ci ilin yanvar-aprel ayları üçün gecikdirilmiş əmək haqqıya görə ödənc tələb edilməsi lə bağlı 1 illik iddia müddətini ötürmüşdür. Başqa sözlə, tərəflər arasında bağlanmış əmək müqaviləsinə əsasən iddiaçıya aylıq əmək haqqı hər ayın sonuncu günündə ödənilməli olduğundan, iddiaçı əmək haqqının ödənilməli olduğu müddətdən 1 il ərzində iddia qaldıra bilərdi.
38. Bu səbəbdən, məhkəmə kollegiyası mötəbər sübut kimi qəbul edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023cü il tarixli, 9/2442 saylı rəyini nəzərə alıb, belə qənaətə gəlir ki, 2021-ci ilin yanvar-aprel ayları üzrə əmək haqqının verilməsinin gecikdirilməsinə görə ödənc məbləği hesablana bilməz və ödənc məbləği xx.xx.2021-ci il tarixdən etibarən gecikdirilmiş əmək haqqı məbləğinə hesablanmalı, bununla da ödənc olaraq cavabdehdən iddiaçının xeyrinə ümumilikdə (3.937,48 + 2.534,32 + 2.202,20 + 2.626,56 + 2.318,76 = 13.619,32) 13.619,32 manat məbləğində pul vəsaiti tutulmalıdır (346 günü 11,38 manata vurulması nəticəsində 3.936,58 deyil, məhz 3.937,48 manat, 316 günü 8,02 manata vurulması nəticəsində 2.534,95 manat deyil, 2.534,32 manat alınması, habelə rəydə göstərilən digər sütunlar üzrə də hesablamada belə səhvlərin olması səbəbindən ümumi məbləğdə cuzi fərq yaranmışdır) .
39. Beləliklə, məhkəmə kollegiyası göstərilənləri nəzərə alıb, belə qənaətə gəlir ki, apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi əmək haqqının verilməsinin gecikdirilməsinə görə cavabdeh tərəfindən iddiaçıya ödənilməli olan ödəncin məbləği hissəsində dəyişdirilməli, əmək haqqının verilməsinin gecikdirilməsinə görə cəmi 13.619,32 manat məbləğində ödənc Cavabdehndən tutularaq, İddiaçı ödənilməli, qətnamə mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır.
40. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 372-ci, 382-ci, 384cü, 392-ci, 393-cü, 402-403-cü, 405-cimaddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
QƏT ETDİ: Cavabdeh apellyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2(006)-129/2023 saylı qətnaməsi əmək haqqının verilməsinin gecikdirilməsinə görə Cavabdeh tərəfindən İddiaçı ödənilməli olan ödəncin məbləği hissəsində dəyişdirilsin. Əmək haqqının verilməsinin gecikdirilməsinə görə cəmi 13.619,32 (on üç min altı yüz on doqquz manat, otuz iki qəpik) manat məbləğində ödənc Cavabdehndən tutularaq, İddiaçı ödənilsin. Qətnamə mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına elektron qaydada kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir.