Məhkəmə qərarları › İş №2(103)-5913/2020

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-5913/2020

22.07.2020 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-5913/2020 22.07.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Azad Nizam oğlu İmanovun sədrliyi ilə, Qürbət Ağa oğlu Əsgərov və Vahid Nəriman oğlu Sadıqovdan ibarət tərkibdə, Kürdoğlu Vidadi oğlu İsmayılzadənin katibliyi ilə, Bakı Apellyasiya Məhkəməsinin binasında Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)- 1129/2020 saylı iş üzrə xx xxxx 2020-ci il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İddiaçı xx.xx.2013-cü il təvəllüdlü X3, xx.xx.2015-ci il təvəllüdlü X4 və xx.xx.2017-ci il təvəllüdlü X1 üçün Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-4415/2018 saylı, xx.xx.2018-ci il tarixli qətnaməsi ilə müəyyən edilmiş aliment məbləğinin 50%-ni cavabdehə, digər 50%-ni isə üç bərabər hissəyə bölünərək uşaqların 18 yaşlarına çatanadək adına açılmış bank hesabına ödəniməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsasandırılmışdır ki, cavabdehlə birgə nikahlarından 3 övladları olmuşdur. Onun işi neftlə əlaqəli olduğu üçün daim yüksək əmək haqqı almış və ailəsinin, övladlarının maddi tələbatlarını yüksək səviyyədə ödəmişdir. Birgə nikahları cavabdehin iddası ilə Bakı şəhəri Xətai Rayin Məhkəməsinin 2(011)-4415/2018 saylı, xx.xx.2018-ci il tarixli qətnaməsi ilə pozulmuşdur. Qətnaməyə əsasən hər ay əmək haqqının yarısı məbləğində, yəni 3050 ABŞ dolları məbləğində aliment ödəyir. Manatın dollara olan məzənnəsinə (1.7) əsasən həmin məbləğ 5185 manat təşkil edir ki, bu da hər bir uşaq üçün aylıq 1728 manata bərabərdir. Onun ödədiyi alimentin məbləği “Yaşayış minimumu haqqında” Qanunla müəyyən edilmiş amillər (ərzaq, geyim və insanların digər tələbatları) nəzərə alınmaqla kifayət qədər yüksəkdir. Hesab edir ki, həmin pul vəsaitini cavabdeh şəxsi ehtiyacları üçün istifadə edəcək ki, bu da uşaqların hüquqlarının pozulması ilə nəticələnəcəkdir. Ona görə də, alimentin yarı hissəsinin cavabdehə verilməsi, yarı hissəsinın isə uşaqlar arasında üç hissəyə bölünərək onların adına açılmış bank hesabına ödənilməsi daha səmərəli və uşaqların əmlak mənafeləri üçün daha məqsədə uyğundur. Uşaqların adına bankda yığılan pul vəsaiti onlar 18 yaşına çatdıqda yalnız özləri tərəfindən götürülə bilər. Bununla, həm uşaqların saxlanması icra olunacaq, həm də onların gələcəyi üçün əmlak mənafeləri qorunmuş olacaq. Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-1129/2020 saylı iş üzrə xx xxxx 2020-ci il tarixli qətnaməsi ilə iddianın qismən təmin edilməsi, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-4415/2018 saylı, xx.xx.2018-ci il tarixli qətnaməsi ilə xx.xx.2013-cü il təvəllüdlü X3, xx.xx.2015-ci il təvəllüdlü X4 və xx.xx.2017-ci il təvəllüdlü X5 yetkinlik yaşma çatanadək saxlanması üçün hər ay İddiaçı Vahid oğlunun qazancının və gəlirlərinin yarısı miqdarında Cavabdeh xeyrinə tutulan alimentin 45 faizi, hər bir uşaq üçün 15 faiz olmaqla, uşaqların adına açılmış bank (depozit) hesabına köçürülməsi qət edilmişdir. Birinci instansiya məhkəməsi tərəfindən mübahisə yuxarıda qeyd edilən qaydada həll edilmişdir. Həmin qətnamədən Cavabdeh verdiyi apellyasiya şikayətində qətnamənin ləğv edib iddia tələbinin bütünlüklə təmin edilməməsinə dair yeni qətnamə çıxarımasını xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə qətnaməsində cavabdeh tərəfin iddiaya etirazı rəsmi surətdə təqdim etməsini və etiraza uyğun izahat verməsini göstərsə də 6 vərəqdən ibarət etirazda və eləcədə məhkəmədə verdiyi izahatında göstərdiyi sübutları, iddiaçının məqsədli şəkildə alimentdən yayınmasını, iki dövlətin müvafiq qurumlarını aldatmasını, alimetdən yayındığı üçün barəsində tədbirlər görülməsini, bu hərəkət və iddianın da alimentdən yayınmaya iddiaçının son 2 ildəki hərəkətləri kimi növbəti cəhdi olmasını və sair kimi faktları yazmaqdan yayınmış, etiraz və izahatlarında nə göstərdiklərdən bir kəlmə belə qətnamədə işlətməməmiş, istinad etdiyi qanun və hüquqi aktları rədd etmək üçün gətirdikləri dəlilləri göstərməmişdir. Əsas faktların heç birinə qətnamədə məhkəmə toxunmamış, bu dəlilləri təbii ki, təkzibdə etməmişdir. Azərbaycan Respublikası MPM-nin 150.0.3-cü maddəsinə əsasən iddia ərizəsinə iddicı ərizəsinin səlahiyyətli şəxs tərəfindən imzalanmasım təsdiq edən sənəddə əlavə edilməlidir. Azərbaycan Respublikası MPM-nin 151.2-ci maddəsinə əsasən zəruri hallarda iddia ərizəsinin mümkünlüyü haqqında məsələyə çəkişmə prinsipinə riayət edilməklə, tərəflərin iştirakı ilə baxıla bilər. Lakin məhkəmə fərqli mövqe nümayiş etdirərək iddianın mümkünlüyü məsələsini tərəflərin iştirakı ilə müzakirə etməmiş, işi baxışa qanunsuz çıxartmışdır. İddia ərizəsinə 2019-cu ilin dekabr ayında imza etmiş vəkil səlahiyyətini təstiq edən sənədi 2020-ci ilin yanvar ayının 22dəki ilk məhkəmə baxışı zamanı təqdim etmişdir. Bunu işdəki orderin əslidə təstiq edir. Orderdə 22 yanvar tarixdə tərtib edilmişdir. Qüvvədə olan qanunlara əsasən vəkil nümayəndə o zaman ola bilər ki, həmin işdə iştirakına səlahiyyət verən orderi olsun. xx xxxxxx 2020- ci il tarixə kimi nümayəndə kimi sənədlərə imza etmək, məhkəmədə çıxış etmək səlahiyyəti olmayan şəxs tərəfindən iddia ərizəsi imzalandığından məhkəmə işi baxışa təyin etməkdə haqlı olmamışdır. Göründüyü kimi məhkəmə adı çəkilən bu qanunlarında tələblərini pozmuşdur. Bundan əlavə İddiaçı ilə nigahın pozulmasına və onun aylıq qazancının 50 faizinin cavabdehə verilməsi şərti ilə aliment təyin edilməsinə dair Bakı şəhəri,Xətai rayon məhkəməsinin xx xxx 2018-ci il tarixli, 2 (011 )-4415\2018 saylı qətnaməsi var. Qətnamə 3 azyaşlı övlada -xx xxxxx 2018 -ci il tarixdən başlayaraq hər ay qazancının yarısı qədər mənə aliment verməli olması birmənalı öz əksini tapıb. Qanunun məzmunundan çıxan nəticə budur ki, iddiaçı tərəf kimi 2(011)-4415\2018 saylı qətnamə ilə müəyyən edilmiş faktı mübahisələndirə bilməz. İddiaçının əmək haqqında xx xxxxx 2018 -ci tarixdən sonra artım olub ki, məhkəmə qüvvədə olan qətnamədən kənara çıxsın. Bundan əlavə həmin qətnamə ilə öhdəsində qalan 3 uşağın saxlanması üçün Murad ona xx xxxxx 2018-ci il tarixdən başlayaraq hər ay qazancının yarısı qədər aliment verməlidir. Əlində onun X6 “X19 UK”LTD şirkəti ilə hər ay 12 min ABŞ dollarına orada işləməsinə dair olan xx xxxxxx 2017-ci il tarixli müqaviləsinin surəti olmasına baxmayaraq O işləməsini israrla inkar etmiş, nigahın pozulması zamanı xx xxx 2018-ci il tarixdə məhkəməyə işləməməsi barədə yalan izahat vermiş, bu səbəbdən hər uşağa 154 manat aliment verilməsini xahiş etmişdir. Sonradan bir daha rəsmi sənədlərlə təsdiq olundu ki, Murad məhkəmənin gedişində və sonrakı ildə X6 “Aramco”-şirkətində 1-ci dərəcəli X14 üzrə Məsləyətçi vəzifəsində işləmiş və hər ay əmək haqqından tutmalar çıxıldıqdan sonra 6100 ABŞ dolları məvacib almışdır. O nəinki onu və məhkəməni eləcədə hər iki dövlətin müvafiq qurumlarını aldatmış, etdiyi çoxsaylı şikayətlərlə bağlı işləməməsi barədə şifahi məlumatlar, rəsmi ərizə və izahatlarda vermişdir. Sorğuya əsasən Bakı şəhəri, Xətai rayon icra və probasiya şöbəsinin xx xxxxxxxx 2019-cu il tarixli,6776\13 saylı məktubla onlara göndərdiyi sənədlərlə də təsdiq olunur ki, vət. İddiaçı 201 8-ci il ərzində və bu gündə işləyir və 19 aydır ki, məhkəmə qətnaməsini icra etmir və aliment ödəməkdən yayınır. Bu məqsədlə işləməməsi barədə qeyri rəsmi bəyanatlarından əlavə Xətai rayon icra və probasiya şöbəsinə xx xxxx 2018-ci il tarixdə öz xətti ilə rəsmi izahat, 9 ay sonra isə yəni xx xxxxx 2019-cu il tarixdə ərizə belə yazmış, həmin qurum tərəfindən edilən rəsmi və qeyri rəsmi xəbərdarlıqlara məhəl qoymamışdır. Belə hərəkətlər edərkən güman etmişdir ki, Ərəbistandan onun razılığı olmadan işləməsi barədə sənəd əldə edə bilməyəcəklər və İcra məmurunun Ərəbistandakı şirkəti məhkəməyə vermək imkanı yoxdur. Hər iki ölkənin Xarici İşlər Nazirliyinin işə qarışması nəticəsində Diplomatik kanallarla işləməsinə Ərəbistandakı məhkəmə vasitəsi ilə rəsmi sənəd alındıqdan sonra isə icra və probasiya şöbəsinin çağırışına gəlməkdən yayınmış, xx xxxxxxxx 2019-cu il tarixdə axtarılması haqda qərara qəbul edilərək icrası polisə həvalə edilmişdir. Bundan əlavə onun ölkədən getməsinə məhdudiyyət qoyulmasına qərar qəbul edilməsi üçün xx xxxxxxxx 2019-cu il tarixdə məhkəmə qarşısında vəsatət qaldırılmışdır. Məktubda oda vurğulanır ki, tapılan kimi haqqında tədbir görüləcək. Məhkəmə haqlı olaraq vəsatəti təmin etmişdir. Xətai rayon məhkəməsinin x xxxxxxx 2019-cu il tarixli ,8(01 1 )-567\2019-003 nömrəli qərardadı ilə 40 min ABŞ dolları borcu olduğundan cavabdehin ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılmışdır. Əldə təkzibolunmaz sənədlər olandan sonrada yenə alimentdən yayınmaq üçün cavabdeh qərardadı da qanunsuz hesab edib şikayət etmiş, növbəti dəfə həmin məhkəmənin 01.11. 2019-cu il tarixli, 8(011)-567/2019 nömrəli qərardadı ilə şikayət əssasız hesab edilərək iş baxılması üçün Apellyasiya instansiyasına göndərilmişdir. Bu instansiya xx xxxxxx 2019-cu il tarixli qərardadı ilə 1-ci instansiya məhkəməsinin qərardadını qüvvəsində saxlamışdır. Təqdimat yazəlarkən göstərilən 40 min dollar 2019-cu ilin yay aylarına kimi olan borcdur. Hazırda borcun məbləği daha çoxdur. Belə ki, yazılan çoxsaylı şikayətlərə sonuncu dəfə Ədliyyə Nazirliyinin əməkdaşı Samir Məmmədovun imzası ilə xx xxxxx 2020-ci il tarixli, N04\l 1-3141 saylı cavab məktubu alınmışdır. Həmin məktubla bir daha təsdiq olunur ki, alimentin 63 min manatı məhkəmənin Muradın ölkədən getmə ilə bağlı məhdudlaşdırıcı qərardadından sonra məcbur ödətdirilmişdir. Belə ki, onun xaricdə işləməsi ilə əlaqədar ölkədən getməməsi işinin itirilməsi ilə nəticələnməsi gündəmə gəlmişdir. Əvvəllər xırda ödənənlər yəni təxminən 5 min də əlavə edildikdə cəmi ödəmə 68 min civarındadır ki, buda Xətai rayon məhkəməsinin x xxxxxxx 2019-cu il tarixli, 8(011)-567/2019-003 nömrəli qərardadı ilə 40 min ABŞ dolları borcu olduğu göstərildiyindən (təqdimatın məhkəməyə yazıldığı tarixə olan borc) cavabdehin ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılmasının aradan qaldırılması naminə qismən ödəniş edildiyini, ödəmənin 40 min dollar civarına gətirilməsini bir daha təsdiq edir. Halbuki, hazırda borcun məbləği daha çoxdur. 24 ayda hər aya 3 min 50 dollar hesabı ilə 73 min 200 dollar borc yaranır ki, buda 124 min 440 manat deməkdir. Beləliklə 124 min 440 manatdan 68 min çıxanda 56 min 440 manat bu gündə aliment borcu qalıb.İddiaçı 2 ildən artıqdır ki, dövlət orqanlarını aldadır, lüzumsuz yazışmalara, işə cəlb edir. Məsələnin həlli üçün Ədliyyə Nazirliyi, onların və X10 İşlər Nazirlikləri, Krallıqdakı səfirimiz uzun müddət çalışmalı olmuşlar. Məsələ ondadır ki, borclunun işlədiyi “SAUDİ Aramco” şirkətinin daxili qaydalarına əsasən işçilərlə bağlı məlumatların məxfiliyini qorumaq məqsədi ilə işçilərin məvacibi və sair bu tip məlumatların verilməsi ya işçinin şəxsi müraciətinə və yaxud da məhkəmə qərardadına əsasən mümkün olur.cBundan istifadə etməyə, yararlanmağa çalışan X21 Nazirliyinin səfirimiz vasitəsi ilə müraciətindən sonrada Ərəbistanda arayışın verilməsinə ciddi müqavimət göstərmiş, X9 işlər Nazirliyinə ərəb dilində çoxsaylı ərizələr yazaraq sənədin verilməməsinə çalışmış, hətta cavabdehin iş yerindən belə yüksək məvacib almasına dair vəkili vasitəsi ilə sənəd alıb təqdim etmiş, dəfələrlə səfirlikdə, X7 Xarici işlər Nazirliyində olub müqavimət göstərmiş, nəticə etibarı ilə X11 işlər Nazirliyi məcbur olub məhkəməyə müraciət edib xx xxxxxx 2017-ci il tarixdən bu günə kimi cavabdehin “Aramco”-da 1-ci dərəcəli X14 üzrə Məsləyətçi vəzifəsində işləməsinə və hər ay 6100 ABŞ dolları məvacib almasına, onun iş nömrəsi 729683 olmasına dair ********** saylı arayış məhkəmə qərardadı ilə alaraq 0xx-xx-267075 saylı rəsmi nota ilə səfirliyə, səfirlik isə Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinə, oradan isə Ədliyyə Nazirliyinə göndərilmişdir. Mövcud qanunvericiliyə görə əsas sənəd Diplomatik notadır və bu notaya əlavə edilmiş sənəd surətləri isə mübahisələndirilmir. Notada “Aramco”-nun verdiyi arayışın tarixi və nömrəsinədə istinad edilir.Diplomatik nota əsli və əlavə edilmiş sənədlər xx xxxxxxxx 2019-cu il tarixli ərizəsilə Xətai rayon məhkəməsinin icraatında olmuş valideynlik hüququndan məhrumla bağlı olan 2(011)-7345\2019 saylı mülki işə əlavə edilmişdir. Bunlardan əlavə 2 (01 1 )-7345\2019 saylı digər mülki iş üzrə keçirilən x xxxxxxx 2019-cu il tarixli məhkəmə iclası zamanı belə yuxarıda göstərilən sənədlər təqdim olunmasına baxmayaraq İddiaçı vəkili və nümayəndəsi vasitəsi ilə onun Səuduyyə Krallığına işləmək üçün yox “kef üçün”, “istirahət” üçün gedib gəldiyini bildirmiş, şirkətin sənədini yenə şübhə altına almışdır. Məhz bu səbəbdən zərurət olmasada tərəflərindən Ədliyyə Nazirliyi və Xarici İşlər Nazirliyinə yeni sənəd əldə edilməsinə əlavə sorğu verilmiş, sorğudan sonra edilən müraciətə X2 səfirimiz Şahin Abdullayevin imzası ilə daxil olan SRYD\754\19 saylı nömrə ilə qeydiyyata alınmış, xx.xx.2019-cu il tarixli və SRYD\812\19 saylı nömrə ilə qeydiyyata alınmış xx.xx.2019-cu il tarixli məktublarında yuxarıda göstərilənlərdən əlavə bir mənalı göstərilir ki, İddiaçı Əl-Riyaddakı səfirliyə yenidən dəvət edilib söhbət aparmaqla X10 işlər Nazirliyi və “SAUDİ Aramco” şirkəti ilə bir daha əlaqə saxlanmış, diplomatik nota ilə göndərilən sənəd və əlavələri qanunidir. X17 təqdim olunan sertifikatda göstərildyi kimi, xx xxxxxx 2017-ci il tarixdən bu günə kimi “Aramco”-da 1-ci dərəcəli X14 üzrə Məsləhətçi vəzifəsində işləyir və hər ay 22,875.00 Riala bərabər olan 6.100.00 dollar maaş alır. Onun iş nömrəsi 729683-dür. Sənədin əsli məhkəmədədir. Lakin diplomatik notaya əlavə edilmiş sənədlər mübahisələndirilmir. Bu sənədlərdə Ədliyyə Nazirliyinin xx xxxxxx 2019-cu il tarixli, 14\19-12966 saylı məktubu ilə onlara göndərilmişdir. Göründüyü kimi iddiaçı 2 ildən artıqdır ki, davamlı surətdə, israrla, bütün vasitələrdən istifadə etmiş, aldatma və yalan məlumatlar verməklə dövlət qurumlarını yanlış yola çəkməyə çalışmış, dövlət orqanlarına yalan ərizələr və izahat yazmış, məhkəmələrdə yalan ifadə vermiş, hətta işləməsinə Səudiyyədə məhkəmə qərardadı ilə sənəd alındıqdan və hər iki ölkənin Xarici İşlər Nazirliyinə işlədiyi bəlli olandan sonra belə qanuna zidd əməllərini davam etdirmişdir. Belə vəziyyətdə onun cinayət məsuliyyətinə alınması və ölkədən çıxışına məhdudiyyət qoyulması qaçılmaz olmuşdur. Belə bir şəxsin inadlı surətdə, ardıcıl olaraq alimentdən yayınmaq üçün göstərdiyi cəhdlərə məhkəmənin yaşıl işıq yandırması acı təəssüf doğurur. Göründüyü kimi iddiaçı aldadııcı hərəkətlər etməklə 3 azyaşlı körpənin atası evində yaşamaq hüququndan məhrum etmişdir. Şübhəsiz onun bu hərəkətləridə uşaqların mənafeyinə uyğun olmamasdır. İddiaçı ilə cavabdeh arasında son 2 ildə çoxsaylı məhkəmə çəkişmələri olub. O cümlədən boşanma və aliment, uşaqla ünsiyyət, guya iddiaçının pulunun cavabdeh tərəfindən oğurlaması (hər iki iş Ali Məhkəmədən belə keçib), yaşama hüququnun tanınması, “valideynlik hüququndan məhrum etmə” və sair kimi işlər olub. Hər 3 uşağa doğum şəhadətnaməsi alınıb. Ailə Məcəlləsinə görə uşağın mənşəyi VVAQ şöbəsində müəyyən edilərək doğum şəhadətnaməsinə yazılır. Heç vaxt uşaqların mənşəyi iddiaçı tərəfindən mübahisələndirilməyib. İşləməsi bəlli olandan, alimetn ödəməməsi və bu səbəbdən məsuliyyət məsələsi gündəliyə gəldikdən, ölkədən çıxışına məhdudiyyət qoyulduqdan, aliment borcundan qismən ödədikdən sonra bu günlərdə iddiaçı məhkəmədə iddia qaldıraraq 3-cü uşağın mənşəyinin aydınlaşdırılmasını tələb edir. Uşaqlara mənəvi travma vurmaqdan belə çəkinməmişdir. Ekspertiza rəyi olmasada Bakı şəhəri, Xətai rayon məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2 (011)-590\2020 saylı qətnaməsi ilə xx xxxxxxx 2017-ci il təvəllüdlü X5 atasının İddiaçı olmaması müəyyən edilmişdir. Bununlada Canelin adına keçirilməsi iddia olunan 15 faizi iddiaçı mexaniki ödəməyəcək ki, uşaq onun deyil. Təbii ki, O biri 2 uşağında adına pul keçirməyəcək. Heç iki ildir onun və dövlət orqanlarının çoxsaylı səylərinə baxmayaraq ona aliment ödətdirmək olmur, onda qalmış dilsiz- ağızsız uşaqlar ola. İddiaçıdan fərqli olaraq o uşaqlara qayğı üçün bütün gücündən istifadə edir. Onlara yüksək ixtisaslı dayə, konfortlu və müasir tələblərə cavab verən uşaq baxçası ilə təmin edir. Məhkəmənin nigahın pozulmasından əvvəlki təminatla uşaqların yaşamasının məhdudlaşdırılması yoverilməzdir. Bu uşağa qayğıdan irəli gələn hərəkət deyil. Uşağlara qulluq, onların sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin və keyfiyyətli məhsullarla qidalanmalarının məsuliyyəti mənim üzərimdədir. Lakin Murad 2 ildən artıqdır ki, müxtəlif bəhanələrlə,yalan ərizə və izahat yazmaqla,məhkəmələrə yalan ifadə verməklə məhkəmə qətnaməsini icra etməmiş,aliment verməkdən yaynmışdır. Edilən çoxsaylı şikayətlər və iki dövlət qurumlarının səyləri nəticəsində ifşa edildikdən ,ölkədən çıxışına məhkəmə qətnaməsi ilə məhdudiyyət qoyulduqdan və barəsində cinayət işi başlanılması gündəmə gəldikdən sonra alimenti qismən ödəmək zorunda qalmışdır. Nəhayət iddiaçının və onun tərəfini saxlayan məhkəmənin məntiqindən belə çıxır ki, Murad ömrü boyu yüksək məvacib alacaq. Ancaq az maaş alarsa və ya işsiz olarsa belə vəziyyətdə hansı pulun 50 faizinin cavabdehə verilməsi yasaq olacaq? Yaxşı olardı ki, iddiaçı və məhkəmə bu məsələyədə aydınlıq gətirəydi ki 16- 17 il iddiaçının gəliri sabit olaraq 6100 dollardan aşağı olmayacağına hansı zəmanətləri var və olacaqsa məsələ necə həll edilməlidir?. Göründüyü kimi iddiaçı hələ 2018-ci ilin aprelindən uşaqların mənafeyinə zidd olaraq aliment ödəməkdən yayınmaq üçün bütün mümkün olan və olmayan vasitələrdən istifadə etmişdir. Bu iddiada həmin hərəkətlərinin davamıdır. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş tərəflər məhkəmə kollegiyasının iclasına gəlməmişlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş bu maddədə qeyd olunan şəxslərin gəlməməsi işə baxılmasına mane olmur. Tərəflər məhkəmə kollegiyasının iclasına gəlmədiklərinə görə məhkəmə kollegiyası işə onların iştirakı olmadan baxlımasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-1129/2020 saylı iş üzrə xx xxxx 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iş materiallarında olan Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-4415/2018 saylı, xx.xx.2018-ci il tarixli qətnaməsi ilə iddiaçı ilə aralarında bağlanmış nikahın edilməsi, nikah pozulduqdan sonra tərəflərin birgə nikahlarından olan uşaqların cavabdehin yanında saxlanılması, uşaqların yetkinlik yaşma çatanadək saxlanması üçün hər ay iddiaçının qazancının və gəlirlərinin yarısı miqdarında alimentin Cavabdeh xeyrinə tutulması qət edilmişdir. İş materiallarından görünür ki, X12 Krallığının “X19 UK LTD” Şirkətində işləyir və onun aylıq əmək haqqı 6100 ABŞ dolları məbləğindədir. Məhkəmə qətnaməsi ilə uşaqların yetkinlik yaşlarına çatanadək tutulan alimentin məbləği isə 3050 ABŞ dolları məbləğindədir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən, valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 75.4-cü maddəsinə əsasən, valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. “Azərbaycan Respublikasında 2020-ci il üçün yaşayış minimumu haqqında” xx xxxxxx 2019-cu il tarixli Azərbaycan Respublikası Qanununa əsasən 2020-ci il üçün yaşayış minimumu ölkə üzrə 190 manat, əmək qabiliyyətli əhali üçün 201 manat, pensiyaçılar üçün 157 manat, uşaqlar üçün 170 manat məbləğində müəyyən edilmişdir. Qeyd edilən müddəalardan da göründüyü kimi, uşaqları saxlamaqla bağlı valideynlərin vəzifələri imperativ olaraq müəyyən edilmişdir. Bu vəzifənin icrası isə əsasən, alimentin ödənilməsi yolu ilə uşaqların maddi ehtiyaclarının təmin edilməsində özünü göstərir. Yuxarıda qeyd edilən işin mübahisəsiz hallarından da göründüyü kimi, məhkəmə qətnaməsi ilə iddiaçının aldığı əmək haqqının yarısı, yəni 3050 ABŞ dolları məbləğində alimentin iddiaçıdan alınaraq cavabdehə ödənilməsi qət edilmişdir. Bu məbləğin (1 ABŞ dollarının 1,7 manata məzənnəsi əsas götürülməklə) Azərbaycan manatına olan dəyəri isə 5185 manata bərabərdir. Uşaqlar üçün alimentin tutulmasında əsas məqsəd onların maddi ehtiyaclarının təmin edilməsini mümkün qədər maksimal səviyyədə saxlamaqla bərabər həm də, uşağın normal şəraitdə hərtərəfli fiziki, əqli və mənəvi cəhətdən inkişaf etməsindən ibarətdir. Aliment məbləğinin bəzi hallarda yüksək həddə (uşaqların normal gündəlik ehtiyaclarından artıq) müəyyən edilərkən bir hissəsinin bank hesabına köçürülməsi də, həmin məqsədə xidmət etmiş olur. Belə ki, həmin pul vəsaitinin toplanması uşaqların gəlcəkdə daha önəmli (təhsil, mənzil-məişət şəraitinin yaxşılaşdırılması və s.) maddi tələbatlarının ödənilməsinəsərf edilmiş olur. Göründüyü kimi, iddiaçıdan tutulan alimentin məbləği nəinki ölkə üzrə uşaqlar üçün yaşayış minimumundan, həmçinin uşağın zəruri ehtiyaclarının təmin edilməsindən dəfələrlə çoxdur. Ona görə də birinci instansiya məhkəməsi haqlı olaraq hesab etmişdir ki, iddiaçı mövcud iddia tələbi ilə məhkəməyə müraciət etməkdə haqlıdır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 55.3-cü maddəsinə əsasən, məhkəmə uşağa görə aliment ödəyən valideynin tələbi ilə alimentin 50 faizdən çox olmayan məbləğini yetkinlik yaşına çatmayan uşağın adına açılmış bank hesabına köçürmək barədə qərar çıxara bilər. Tərəflərin yetkinlik yaşına çatmamış uşaqlarının təminatının mümkün qədər maksimal saxlanması imkanlarını, həmçinin uşaqların gündəlik maddi və s. ehtiyaclarını nəzərə alaraq birinci instansiya məhkəməsi haqlı olaraq hesab etmişdir ki, cavabdehdən tutulan alimentin, 45 faizinin, yəni hər bir uşaq üçün 15 faizinin uşaqların adına açılmış bank (depozit) hesabına köçürülməsi daha münasibdir. Apellyasiya şikayətinin dəlillərinə gəldikdə məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti əsaslı sayıla və təmin edilə bilməz. Belə ki, cavabdehin apellyasiya şikayətinin əsas dəlilərindən biri ondan ibarətdir ki, səlahiyyəti olmayan şəxs tərəfindən iddia ərizəsi imzalandığından məhkəmə işi baxışa təyin etməkdə haqlı olmamışdır. Məhkəmə kollegiyası apellyasiya şikayətinin qeyd olunan dəlilini əsassız hesab edir və qeyd edir ki, iddia ərizəsinə əlavə edilmiş xx.xx.2019-cu il tarixli etibarnamədən görünür ki, İddiaçı özü hüquqlarını (iddia ərizəsini imzalamaq və.s) Məhəmməd Məmmədova etibar etmiş və iddia ərizəsi xx.xx.2019-cu il tarixdə məhkəməyə daxil olmuşdur. Göründüyü kimi, M.Məmmədov iddia ərizəsini imzalamaq səlahiyyətində olmuş və birinci instansiya məhkəməsi iddianı icraata qəbul etməkdə haqlı olmuşdur. Apellyasiya şikayətinin daha bir dəlili ondan ibarətdir ki, iddiaçı az maaş alarsa və ya işsiz olarsa belə vəziyyətdə məsələ necə həll edilməlidir. Həmin dəlillə bağlı kollegiya qeyd edir ki, tərəflərdən hər hansının birinin maddi və.s vəziyyətlərindən dəyişiklik olması halında uşaqların mənafeyi əsas götürülməklə və yalnız uşaqlara xərclənməsi müqabilində hesaba yığılacaq məbləğin istifadə olunmasına dair iddia qaldırılmasına maneə olmur. Beləliklə, kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi iddianı təmin etməklə mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir ki, apellyasiya şikayəti yuxarıda qeyd edilənlərə əsasən təmin edilə və şikayətdə göstərilən hallar həmin qətnamənin ləğv edilməsinə əsas ola bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Həmin Məcəllənin 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Bu halda məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-1129/2020 saylı iş üzrə xx xxxx 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 385.2, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qət etdi: Cavabdehapellyasiya şikayəti təmin edilməsin. Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-1129/2020 saylı iş üzrə xx xxxx 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına Bakı Apellyasiya Məhkəməsi vasitəsilə kassasiya şikayəti verilə bilər. Sədrlik edən Azad İmanov Hakimlər Qürbət Əsgərov Vahid Sadıqov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar