Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-5917/2023 13.10.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Namiq Cəfərov (sədrlik edən), İkram Şirinov və Xəyal Sarıyevdən ibarət tərkibdə, Aytən Kərimovanın katibliyi, İddiaçı, onun vəkili və nümayəndəsi Vəkil2, Cavabdeh vəkili və nümayəndəsi Vəkil1 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “valideynin yetkinlik yaşına çatmış övladın təhsil xərclərinin ödənilməsinə cəlb edilməsi barədə” iddiasına dair mülki iş üzrə Yasamal Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qətnaməsindən Cavabdeh apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddia ərizəsində tələb olunub ki, tərəflərin övladı – xx.xx.2004-cü il təvəllüdlü X1 xarici ölkədə ali təhsili ilə bağlı iddiaçının (ananın) 2022/2023 təhsil ili üçün ödədiyi 6.600 avro təhsil haqqının yarısının və həmin təhsil ili üçün təhsil müəssisəsinə depozit qismində ödədiyi 11.610 avronun yarısının, habelə bundan sonrakı 3 il ərzində hər il depozit kimi ödənilməli olan 11.610 avronın yarısının və təhsil dövrü ərzində yol xərclərinin yarısının ödənilməsi öhdəliyi cavabdehin (atanın) üzərinə qoyulsun. Yasamal Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qətnaməsi ilə qət olunub ki, iddia təmin edilsin, iddia ərizəsində göstərilən öhdəlik cavabdehin üzərinə qoyulsun. Apellyasiya şikayətində tələb olunub ki, qətnamə ləğv edilsin və iddia təmin edilməsin. Məhkəmə iclasında iştirak edən Cavabdeh vəkili və nümayəndəsi Vəkil1 apellyasiya şikayətinin əsaslı olduğunu, İddiaçı, onun vəkili və nümayəndəsi Vəkil2 isə apellyasiya şikayətinin əsassız olduğunu bildirdilər. Məhkəmə işin həlli ilə bağlı aşağıdakıları qeyd edir: İddia iki səbəbdən əsassızıdır: Birinci, iddiaçı (ana) göstərilən tələbi irəli sürmək üçün müvafiq subyektiv hüquqa malik deyil. Belə ki, tərəflərin övladı yetkinlik yaşına çatıb və tam həcmdə fəaliyyət qabiliyyəti əldə edib. Ailə Məcəlləsinin 80 və 81-ci maddələrindən görünür ki, valideyndən aliment və əlavə xərclərin ödənilməsini tələb etmək hüququ yetkinlik yaşına çatmış övladın özünə məxsus olan hüquqdur. İddiaçının (ananın) başqa şəxsin (yetkinlik yaşına çatmış övladın) hüququnun müdafiəsi üçün iddia ilə məhkəməyə müraciət etməsi o halda mümkündür ki, bu, qanunda nəzərdə tutulmuş olsun (Mülki-Prosessual Məcəllə, maddə 59). Lakin qanunda belə hal nəzərdə tutulmayıb. İkinci, tərəflərin övladının ali təhsil müəssisəsində təhsil alması iddianın təmin edilməsinə əsas ola bilməz. Belə ki, Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Ailə Məcəlləsinin 80 və 81-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” xx.xx.2015-ci il tarixli qərarında qeyd olunub: “... ümumi orta təhsildən fərqli olaraq əlavə və ya peşə təhsili, eləcə də ali təhsilin seçim xüsusiyyətinə malik olması, müsabiqə əsasında təşkil olunması və daha çox fərdin maddi vəziyyəti ilə bağlı olması baxımından, uşağın ümumi orta təhsili başa vurduqdan sonra əlavə və ya peşə təhsili, ali təhsil almasına, böyük xərc tələb edən müsabiqə və sair tədbirlərdə iştirakına görə valideynlərin əlavə xərclərdə iştirakı, onlardan bu məsələ ilə bağlı vəsait tələb olunması əsassızdır”. Beləliklə, birinci instansiya məhkəməsi Ailə Məcəlləinin 80 və 81-ci maddələrindəki maddi hüquq normalarını pozduğundan qətnamə ləğv edilməməli və iddia təmin edilməməlidir. Yuxarıda göstərilənlərə əsasən və Mülki-Prosessual Məcəllənin 372, 384-392-ci maddələrinin göstərişlərini rəhbər tutaraq, məhkəmə qət etdi: Apellyasiya şikayəti təmin olunsun. Hazırkı iş üzrə Yasamal Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qətnaməsi ləğv olunsun. İddiaçı Cavabdeh qarşı “valideynin yetkinlik yaşına çatmış övladın təhsil xərclərinin ödənilməsinə cəlb edilməsi barədə” iddiası təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildikdən sonra 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-5917/2023
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-5917/2023
13.10.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver