Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-5927/2021 09.07.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Namiq Cəfərov (sədrlik edən), İlham Kərimli və Elşən Kazımovdan ibarət tərkibdə, Aytən Kərimovanın katibliyi, İddiaçı, cavabdehlər Cavabdeh3 və Cavabdeh1 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh3, Cavabdeh1 Məhəmməd qızı və Cavabdeh2 qarşı “cehiz əşyalarının götürülməsinə yaradılan manelərin aradan qaldırılması barədə” iddiasına dair mülki iş üzrə Binəqədi Rayon Məhkəməsinin 11.03.2021-ci il tarixli qətnaməsindən cavabdehlər Cavabdeh3, Cavabdeh1 və Cavabdeh2 tərəfindən birgə verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddia ərizəsində tələb olunub ki, iddiaçının özünə məxsus olan cehiz əşyalarını götürməsinə cavabdehlər tərəfindən yaradılan maneələr aradan qaldırılısn, əks halda zədələnmiş və ya yararsız hala salənmış cehiz əşyalarının dəyəri kimi 22.140 manat pul cavabdehlərdən alınaraq iddiaçıya verilsin. Binəqədi Rayon Məhkəminin 11.03.2021-ci il tarixli qətnamsiə ilə qət olunub ki, iddia təmin olunsun, 33 adda əşyanın iddiaçı tərəfindən götürülməsinə cavabdehlər tərəfindən yaradılan maneə aradan qaldırılsın. Həmin əşyalar qətnamədə sadalanıb. Apellyasiya şikayətində tələb olunub ki, qətnamə ləğv edilsin və iddia rədd olunsun. Məhkəmə iclaısnda iştirak edən cavabdehlər apellyasiya şikayətinin əsaslı olduğunu, iddiaçı isə apellyasiya şikayətinin əsassız olduğunu bildirdi. Məhkəmə işin həlli ilə bağlı aşağıdakıları qeyd edir. Cavabdehlər iddiaçının keçmiş baldızı, qayınanası və qayınatasıdır. İddiaçı ailə qurduqdan sonra Binəqədi qəsəbəsi, Mədən 1, korpus 40-da yerləşən 17B nömrəli evdə yaşamışdır. Sonradan münasibətlər pozulmuş, tərəflərin arasında evlə bağlı mübahisə olmuş, iddiaçının həmin evə köçürülməsi barədə məhkəmə qətnaməsi qəbul olunmuşdur. Müəyyən olunur ki, iddiaçının əşyaları evin həyətindəki ayrıca tikiliyə yığılıb, cavabdehlər iddiaçının əşyaları oradan götürməsinə maneə yaradırlar. Ona görə də məhkəmə Mülki Məcəllənin 157.2 və 157.4-cü maddələrinin göstərişinə əsaslanaraq hesab edir ki, birinci instansiya məhkəməsi iddianı təmin etməklə düzgün nəticəyə gəlib və gəldiyi nəticəni qətnamədə lazımi qaydada əsaslandırıb. Beləliklə, qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Mülki-Prosessual Məcəllənin 372, 384-392-ci maddələrinin göstərişlərini rəhbər tutaraq, məhkəmə qət etdi: Apellyasiya şikayəti təmin edilməsin. Hazırkı iş üzrə Binəqədi Rayon Məhkəməsinin 11.03.2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-5927/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-5927/2021
09.07.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver