Məhkəmə qərarları › İş №2(103)-5935/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-5935/2021

24.08.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka müqaviləsi ilə bağlı digər mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-5935/2021 24.08.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Qürbət Ağa oğlu Əsgərovun sədrliyi və məruzəsi ilə, Azad Nizam oğlu İmanov və Vahid Nəriman oğlu Sadıqovdan ibarət tərkibdə, Məhkəmə iclas katibi: Qantural İlqar oğlu Mürsəlzadənin katibliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil, Cavabdeh2 nümayəndəsi və vəkili X3 iştirakları ilə, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 01 aprel 2021-ci il tarixli, 2(005)-117/2021 saylı qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apelyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı “borcun ödənilməsi, mənzilin açıq hərracdan satılaraq borcun ödənilməsinə yönəldilməsi və mənzilin boşaldılması tələbinə dair” iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh2 2 000 000 avro və 2 130 000 ABŞ dolları məbləğində pul vəsaitinin alınaraq ona ödənilməsi, cavabdehin mülkiyyətində olan 0,01658 ha torpaq sahəsi və üzərində yerləşən Bakı şəhəri, Nərimanov rayonu, X11 prospekti, ev 30 C ünvanında yerləşən ümumi sahəsi 298,6 m², yaşayış sahəsi 125,8 m², yardımçı sahəsi 172,8 m² olan 5 otaqlı fərdi yaşayış evinin açıq hərracdan satılması, Cavabdeh1 mülkiyyətində olan 0,39 ha torpaq sahəsi və üzərində yerləşən ünvan 2 ünvanında yerləşən ümumi sahəsi 622,05 m² olan bağ evinin açıq hərracdan satılması və satışdan əldə olunmuş məbləğin borcun ödənilməsinə yönəldilməsi və həmin əmlakların boşaldılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələblərini onunla əsaslandırmışdır ki, iddiaçı ilə Cavabdeh2 arasında 29 mart 2016-cı il tarixdə kredit müqaviləsi bağlanmış və 29 mart 2018-ci il tarixdə qaytarmaq şərti ilə cavabdehə 3 520 000 manat məbləğində pul, həmin gün avronun məzənnəsinə əsasən 2 000 000 avro və 3 280 200 manat məbləğində, həmin gün ABŞ dollarının məzənnəsinə əsasən, yəni 2 130 000 ABŞ dolları borc verilmişdir. Eyni zamanda 29 mart 2016-cı il tarixdə aralarında ipoteka müqaviləsi bağlanmış, həmin ipoteka müqaviləsinə əsasən ipoteka qoyan ipoteka saxlayana 29 mart 2016-cı il tarixli 3M-152 reyestrli kredit müqaviləsi üzrə öhdəliklərinin tam icra edilməsini öhdəsinə götürür. İpoteka qoyan 29 mart 2016-cı il tarixli 3M-152 reyestr nömrəli kredit müqaviləsi üzrə və bu Müqavilənin öhdəliklərini tam şəkildə yerinə yetirməyi və müqavilənin 1.1-ci bəndində göstərilən öhdəliklərinin təminatı olaraq ona məxsus olan ipoteka predmeti kimi çıxış edən Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Bakı şəhəri Ərazi İdarəsi tərəfindən 22 noyabr 2013-cü il tarixdə verilmiş, daşınmaz əmlakın dövlət reyestrində 245 nömrəli reyestr kitabının 22744 nömrəli vərəqəsində qeydə alınmış, reyestr nömrəsi **********69-10301, qeydiyyat nömrəsi ********** olan, daşınmaz əmlakın dövlət reyestr xidmətindən verilmiş RX seriyalı ******* nömrəli Çıxarışa əsasən istifadədə olan 0,01658 ha torpaq sahəsi və üzərində yerləşən xüsusi mülkiyyətindəki Bakı şəhəri, Nərimanov rayonu, X11 prospekti, ev 30 C ünvanında yerləşən ümumi sahəsi 298,6 m², yaşayış sahəsi 125,8 m², yardımçı sahəsi 172,8 m² olan 5 otaqlı fərdi yaşayış evini ipoteka saxlayana ipotekaya qoyur. O cümlədən digər Cavabdeh1 ilə aralarında 29 mart 2016-cı il tarixdə ipoteka müqaviləsi bağlanmış, həmin müqaviləyə əsasən ipoteka qoyan ipoteka saxlayana 23 mart 2016-cı il tarixli 3M-152 reyestr nömrəli kredit müqaviləsi öhdəliklərinin icra edilməsini öhdəsinə götürür. İpoteka qoyan 29 mart 2016-cı il tarixli 3M152 reyestr nömrəli kredit müqaviləsi üzrə və bu Müqavilənin öhdəliklərini tam şəkildə yerinə yetirməyi və müqavilənin 1.1-ci bəndində göstərilən öhdəliklərinin təminatı olaraq ona məxsus olan ipoteka predmeti kimi çıxış edən Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Bakı şəhəri Ərazi İdarəsi tərəfindən 22 noyabr 2013-cü il tarixdə verilmiş, daşınmaz əmlakın dövlət reyestrində 122 nömrəli reyestr kitabının 12226 nömrəli vərəqəsində qeydə alınmış, reyestr nömrəsi **********39-11303, qeydiyyat nömrəsi ********** olan, daşınmaz əmlakın dövlət reyestr xidmətindən verilmiş RX seriyalı ******* nömrəli Çıxarışa əsasən xüsusi mülkiyyətində 0,39 ha torpaq sahəsi və üzərində yerləşən xüsusi mülkiyyətindəki ünvan 2 ünvanında yerləşən ümumi sahəsi 622,05 m² olan bağ evini ipoteka saxlayana ipotekaya qoyur. Cavabdeh aldığı borcu 29 mart 2018-ci il tarixədək qaytarmalı olsa da, hal-hazıra kimi həmin pulu qaytarmamışdır. Cavabdehdən dəfələrlə borcun qaytarılmasını tələb etsə də, cavabdeh hər dəfə müxtəlif bəhanələrlə ondan vaxt istəmiş və buna baxmayaraq, indiyə qədər pulunu geri qaytarmamışdır. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 01 aprel 2021-ci il tarixli, 2(005)- 117/2021 saylı qətnaməsi ilə iddianın qismən təmin edilməsi, cavabdehlər X4 ilə Cavabdeh2 arasında bağlanmış 29.03.2016-cı il tarixli kredit müqaviləsinə əsasən Cavabdeh2 3.520.000 (üç milyon beş yüz iyirmi min manat) manat və 3.280.200 (üç milyon iki yüz səksən min iki yüz manat) manat olmaqla, ümumilikdə 6.800.200 manat (altı milyon səkkiz yüz min iki yüz manat) məbləğində pul vəsaitinin tutularaq İddiaçı ödənilməsi, tutmanın 29.03.2016-cı il tarixli ipoteka müqaviləsinə əsasən Cavabdeh1 mülkiyyətində olan hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrində 122 nömrəli reyester kitabının 12226 nömrəli vərəqində **********39-11303 reyestr nömrəsi ilə yüklü edilən Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi, 79C saylı, 0,39 ha torpaq sahəsi və üzərində yerləşən 622,05 kv.m ümumi tikili sahəsi olan bağ evinə və 29.03.2016-cı il tarixli ipoteka müqaviləsinə əsasən Cavabdeh2 mülkiyyətində olan hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrində 245 nömrəli reyester kitabının 22744 nömrəli vərəqində 0070100.3669-10301 reyestr nömrəsi ilə yüklü edilən Bakı şəhəri, Nərimanov rayonu, X11 prospekti 30 c saylı ünvanda yerləşən 0,01658 ha torpaq sahəsi və 298,6 kv.m ümumi sahəsi olan əmlaka yönəldilməsi, həmin daşınmaz əmlakların açıq hərracdan satılması və satışdan əldə olunan vəsait hesabına İddiaçı olan borcun ödənilməsi, Cavabdeh1 mülkiyyətində olan Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi, 79C saylı, 0,39 ha torpaq sahəsi və üzərində yerləşən 622,05 kv.m ümumi tikili sahəsi olan bağ evinin hərracda ilkin satış qiymətinin 4.530.000 (dörd milyon beş yüz otuz min) manat, Cavabdeh2 mülkiyyətində olan Bakı şəhəri, Nərimanov rayonu, X11 prospekti 30 c saylı ünvanda yerləşən 0,01658 ha torpaq sahəsi və üzərində 298,6 kv.m ümumi tikili sahəsi olan əmlakın hərracda ilkin satış qiymətinin 1.950.000 (bir milyon doqquz yüz əlli min) manat müəyyən edilməsi, satışdan götürülən və ya əldə olunan məbləğlər borc məbləğindən artıq olduqda qalan məbləğin cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qaytarılması, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir. Birinci instansiya məhkəməsinin qətnaməsi ilə razılaşmayan İddiaçı apelyasiya şikayəti vermiş, apelyasiya şikayətini iddia ərizəsində göstərilənlərlə əsaslandırmış və əlavə olaraq qeyd etmişdir ki, məhkəmə tərəfindən iş materiallarında olan kredit müqaviləsi tam, hərtərəfli və obyektiv araşdırılmamışdır. Çünki iş materiallarında olan iddiaçı X5 ilə Cavabdeh2 arasında bağlanmış 29.03.2016-cı il tarixli kredit müqaviləsindən görünür ki, “Borc verən” “Borc alana” ******* manat 00 qəpik (üç milyon beş yüz iyirmi min) məbləğində pul borc verir, həmin günün euronun ekvivavlentinə əsasən, (1 Euro=1.76) yəni, ******* (iki milyon euro) və ******* manat 00 qəpik. (üç milyon iki yüz səksən min iki yüz) manat məbləğində, həmin günün ABŞ dolların ekvivalentinə əsasən, (1 ABŞ = 1.54) yəni, ******* (iki milyon yüz otuz min) ABŞ dolları borc verir. Yəni, burada anlaşılmayan heç bir müddəa və ifadə yoxdur. O cümlədən cavabdeh tərəfindən borcun ona xarici valyutada verilməsi mübahisələndirilməmişdir. Məhkəmənin “Tərəflər arasında alınan məbləğin xarici valyutada ekvivalenti qeyd edilsə də öhdəliyin icrası anında pul məbləğinin xarici valyutada qaytarılması ilə bağlı razılaşma nəzərdə tutulmamışdır. Odur ki, qanunvericliyə uyğun olaraq pul öhdəliyinin xarici valyutada qaytarılması ilə bağlı müqavilədə razılılğın olmaması nəzərə alınmalıdır” mövqeyini ümumiyyətlə anlaşılmaz hesab edir. Yəni, Mülki Məcəllənin 739.1-ci maddəsinin tələbi baxımından kredit müqaviləsində borcun məhz xarici valyutada qaytarılmasını əks etdirməyə ehtiyac yox idi. Çünki qeyd olunan normanın tələbinə görə “digər iştirakçı (borc alan) aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür.” Apelyasiya məhkəməsi tərəfindən apelyasiya şikayətinə məhkəmə iclasında baxılmasının vaxtı və yeri barədə xəbərdar edilməsinə baxmayaraq Cavabdeh1 məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə heç bir məlumat verilməmişdir. Bu səbəbdən də məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinin tələblərinə əsasən Cavabdeh1 iştirаkı оlmаdаn mülki işə baxılmasını mümkün hesab etmişdir. İddiaçı nümayəndəsi və vəkili Vəkil məhkəmə kollegiyasının iclasında apelyasiya şikayətini müdafiə edərək, şikayətin dəlillərinə uyğun izahat verərək, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 01 aprel 2021-ci il tarixli, 2(005)-117/2021 saylı qətnaməsinin qismən - iddiaçı X5 ilə Cavabdeh2 arasında bağlanmış 29.03.2016-cı il tarixli kredit müqaviləsinə əsasən Cavabdeh2 3.520.000 (üç milyon beş yüz iyirmi min manat) manat və 3.280.200 (üç milyon iki yüz səksən min iki yüz manat) manat olmaqla, ümumilikdə 6.800.200 manat (altı milyon səkkiz yüz min iki yüz manat) məbləğində pul vəsaiti tutularaq iddiaçı X1 ödənilməsi hissəsində ləğv edilməsi və həmin hissədə iddia tələbinin tam təmin olunması barədə yeni qətnamə qəbul edilməsini xahiş etdi. Cavabdeh2 nümayəndəsi və vəkili X6 məhkəmə kollegiyasının iclasında apelyasiya şikayətini əsassız hesab edərək, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 01 aprel 2021-ci il tarixli, 2(005)-117/2021 saylı qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6 və 372.7-ci maddələrinə əsasən apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kolegiyasi hesab edir ki, apelyasiya sikayəti qətnamənin qismən - iddiaçı X5 ilə Cavabdeh2 arasında bağlanmış 29.03.2016-cı il tarixli kredit müqaviləsinə əsasən Cavabdeh2 3.520.000 (üç milyon beş yüz iyirmi min manat) manat və 3.280.200 (üç milyon iki yüz səksən min iki yüz manat) manat olmaqla, ümumilikdə 6.800.200 manat (altı milyon səkkiz yüz min iki yüz manat) məbləğində pul vəsaiti tutularaq iddiaçı X1 ödənilməsi hissəsində mübahisələndirildiyindən, qətnamə yalnız həmin hissədə yoxlanılmalıdir. Məhkəmə kollegiyası proses iştirakçılarının izahatlarını, iş materiallarını və apelyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apelyasiya şikayəti əsaslıdır. Birinci instansiya məhkəməsi işin materialları əsasında müəyyən etmişdir ki, iddiaçı ilə Cavabdeh2 arasında 29 mart 2016-cı il tarixdə kredit müqaviləsi bağlanmış və 29 mart 2018-ci il tarixdə qaytarmaq şərti ilə cavabdehə 3 520 000 manat məbləğində pul, həmin gün avronun məzənnəsinə əsasən 2 000 000 avro və 3 280 200 manat məbləğində, həmin gün ABŞ dollarının məzənnəsinə əsasən, yəni 2 130 000 ABŞ dolları borc verilmişdir. Eyni zamanda 29 mart 2016-cı il tarixdə aralarında ipoteka müqaviləsi bağlanmış, həmin ipoteka müqaviləsinə əsasən ipoteka qoyan ipoteka saxlayana 29 mart 2016-cı il tarixli 3M-152 reyestrli kredit müqaviləsi üzrə öhdəliklərinin tam icra edilməsini öhdəsinə götürür. İpoteka qoyan 29 mart 2016-cı il tarixli 3M-152 reyestr nömrəli kredit müqaviləsi üzrə və bu Müqavilənin öhdəliklərini tam şəkildə yerinə yetirməyi və müqavilənin 1.1-ci bəndində göstərilən öhdəliklərinin təminatı olaraq ona məxsus olan ipoteka predmeti kimi çıxış edən Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Bakı şəhəri Ərazi İdarəsi tərəfindən 22 noyabr 2013-cü il tarixdə verilmiş, daşınmaz əmlakın dövlət reyestrində 245 nömrəli reyestr kitabının 22744 nömrəli vərəqəsində qeydə alınmış, reyestr nömrəsi **********69-10301, qeydiyyat nömrəsi ********** olan, daşınmaz əmlakın dövlət reyestr xidmətindən verilmiş RX seriyalı ******* nömrəli Çıxarışa əsasən istifadədə olan 0,01658 ha torpaq sahəsi və üzərində yerləşən xüsusi mülkiyyətindəki Bakı şəhəri, Nərimanov rayonu, X11 prospekti, ev 30 C ünvanında yerləşən ümumi sahəsi 298,6 m², yaşayış sahəsi 125,8 m², yardımçı sahəsi 172,8 m² olan 5 otaqlı fərdi yaşayış evini ipoteka saxlayana ipotekaya qoyur. O cümlədən digər Cavabdeh1 ilə aralarında 29 mart 2016-cı il tarixdə ipoteka müqaviləsi bağlanmış, həmin müqaviləyə əsasən ipoteka qoyan ipoteka saxlayana 23 mart 2016-cı il tarixli 3M-152 reyestr nömrəli kredit müqaviləsi öhdəliklərinin icra edilməsini öhdəsinə götürür. İpoteka qoyan 29 mart 2016-cı il tarixli 3M-152 reyestr nömrəli kredit müqaviləsi üzrə və bu Müqavilənin öhdəliklərini tam şəkildə yerinə yetirməyi və müqavilənin 1.1-ci bəndində göstərilən öhdəliklərinin təminatı olaraq ona məxsus olan ipoteka predmeti kimi çıxış edən Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Bakı şəhəri Ərazi İdarəsi tərəfindən 22 noyabr 2013-cü il tarixdə verilmiş, daşınmaz əmlakın dövlət reyestrində 122 nömrəli reyestr kitabının 12226 nömrəli vərəqəsində qeydə alınmış, reyestr nömrəsi **********39-11303, qeydiyyat nömrəsi ********** olan, daşınmaz əmlakın dövlət reyestr xidmətindən verilmiş RX seriyalı ******* nömrəli Çıxarışa əsasən xüsusi mülkiyyətində 0,39 ha torpaq sahəsi və üzərində yerləşən xüsusi mülkiyyətindəki ünvan 2 ünvanında yerləşən ümumi sahəsi 622,05 m² olan bağ evini ipoteka saxlayana ipotekaya qoyur. Cavabdeh aldığı borcu 29 mart 2018-ci il tarixədək qaytarmalı olsa da, hal-hazıra kimi həmin pulu qaytarmamışdır. Bakı şəhəri, Nərimanov rayonu, X11 prospekti 30C ünvanında yerləşən fərdi yaşayış evinin hazırki orta bazar dəyəri 1 950 000 manat, Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi 79C ünvanında yerləşən bağ evinin hazırki orta bazar dəyəri 4 530 000 manat təşkil edir. Birinci instansiya məhkəməsi işin müəyyən edilmiş halları əsasında belə nəticəyə gəlmişdir ki, iddia qismən təmin edilməli, cavabdehlər X4 ilə Cavabdeh2 arasında bağlanmış 29.03.2016-cı il tarixli kredit müqaviləsinə əsasən Cavabdeh2 3.520.000 (üç milyon beş yüz iyirmi min manat) manat və 3.280.200 (üç milyon iki yüz səksən min iki yüz manat) manat olmaqla, ümumilikdə 6.800.200 manat (altı milyon səkkiz yüz min iki yüz manat) məbləğində pul vəsaiti tutularaq İddiaçı ödənilməli, tutma 29.03.2016-cı il tarixli ipoteka müqaviləsinə əsasən Cavabdeh1 mülkiyyətində olan hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyesterində 122 nömrəli reyester kitabının 12226 nömrəli vərəqində **********39-11303 reyester nömrəsi ilə yüklü edilən Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi, 79C saylı, 0,39 ha torpaq sahəsi və üzərində yerləşən 622,05 kv.m ümumi tikili sahəsi olan bağ evinə və 29.03.2016-cı il tarixli ipoteka müqaviləsinə əsasən Cavabdeh2 mülkiyyətində olan hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyesterində 245 nömrəli reyestr kitabının 22744 nömrəli vərəqində 0070100.3669-10301 reyestr nömrəsi ilə yüklü edilən Bakı şəhəri, Nərimanov rayonu, X11 prospekti 30 c saylı ünvanda yerləşən 0,01658 ha torpaq sahəsi və 298,6 kv.m ümumi sahəsi olan əmlaka yönəldilməli, həmin daşınmaz əmlaklar açıq hərracdan satılsın və satışdan əldə olunan vəsait hesabına İddiaçı olan borc ödənilməli, Cavabdeh1 mülkiyyətində olan Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi, 79C saylı, 0,39 ha torpaq sahəsi və üzərində yerləşən 622,05 kv.m ümumi tikili sahəsi olan bağ evinin hərracda ilkin satış qiyməti 4.530.000 (dörd milyon beş yüz otuz min) manat, Cavabdeh2 mülkiyyətində olan Bakı şəhəri, Nərimanov rayonu, X11 prospekti 30 c saylı ünvanda yerləşən 0,01658 ha torpaq sahəsi və üzərində 298,6 kv.m ümumi tikili sahəsi olan əmlakın hərracda ilkin satış qiyməti 1.950.000 (bir milyon doqquz yüz əlli min) manat müəyyən edilməli, satışdan götürülən və ya əldə olunan məbləğlər borc məbləğindən artıq olduqda qalan məbləğ cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qaytarılmalı, iddia tələbi qalan hissədə təmin edilməməlidir. Məhkəmə iş üzrə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 279, 295, 296.1, 317.1, 385.1, 386.1, 389.1, 390.1, 439, 442, 739-cu maddələrinin, “İpoteka haqqında” Qanunun 34, 39, 42.3-cü maddələrinin tələbləri ilə əsaslandırmışdır. Apelyator tərəfindən qətnamə qismən - iddiaçı X5 ilə Cavabdeh2 arasında bağlanmış 29.03.2016-cı il tarixli kredit müqaviləsinə əsasən Cavabdeh2 3.520.000 (üç milyon beş yüz iyirmi min manat) manat və 3.280.200 (üç milyon iki yüz səksən min iki yüz manat) manat olmaqla, ümumilikdə 6.800.200 manat (altı milyon səkkiz yüz min iki yüz manat) məbləğində pul vəsaiti tutularaq iddiaçı X1 ödənilməsi hissəsində qanunsuz və əsassız hesab edilməklə, həmin hissədə qətnamənin ləğv edilərək, Cavabdeh2 2 000 000 avro və 2 130 000 ABŞ dolları məbləğində pul vəsaitinin alınaraq iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılması xahiş olunmuşdur. Birinci instansiya məhkəməsi həmin hissədə qətnaməni belə əsaslandırmışdır ki, İddiaçı ilə Cavabdeh2 arasında notarial təsdiq edilmiş 29 mart 2016-cı il tarixdə bağlanmış Kredit müqaviləsinin 1-ci bəndindən görünür ki, cavabvdehə borc məbləği manatla verilmişdir. Tərəflər arasında alınan məbləğin xarici valyutada ekvivalenti qeyd edilsə də öhdəliyin icrası anında pul məbləğinin xarici valyutada qaytarılması ilə bağlı razılaşma nəzərdə tutulmamışdır. Odur ki, qanunvericliyə uyğun olaraq pul öhdəliyinin xarici valyutada qaytarılması ilə bağlı müqavilədə razılılğın olmaması nəzərə alınmalıdır. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, cavabdehlər X4 ilə Cavabdeh2 arasında bağlanmış 29.03.2016-cı il tarixli kredit müqaviləsinə əsasən Cavabdeh2 3.520.000 (üç milyon beş yüz iyirmi min manat) manat və 3.280.200 (üç milyon iki yüz səksən min iki yüz manat) manat olmaqla, ümumilikdə 6.800.200 manat (altı milyon səkkiz yüz min iki yüz manat) məbləğində pul vəsaiti tutularaq İddiaçı ödənilməlidir. Kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi iş materiallarında olan tərəflər arasındakı kredit müqaviləsinin şərtlərinə düzgün qiymət verməmiş və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 439 və 739-cu maddələrinin göstərişlərini səhv təfsir etmişdir. Belə ki, iş materiallarında olan iddiaçı X5 ilə Cavabdeh2 arasında bağlanmış 29.03.2016-cı il tarixli kredit müqaviləsindən görünür ki, “Borc verən” “Borc alana” ******* manat 00 qəpik (üç milyon beş yüz iyirmi min) məbləğində pul borc verir, həmin günün euronun ekvivavlentinə əsasən, (1 Euro=1.76) yəni, ******* (iki milyon euro) və ******* manat 00 qəpik. (üç milyon iki yüz səksən min iki yüz) manat məbləğində, həmin günün ABŞ dolların ekvivalentinə əsasən, (1 ABŞ = 1.54) yəni, ******* (iki milyon yüz otuz min) ABŞ dolları borc verir. Yəni, burada anlaşılmayan heç bir müddəa və ifadə yoxdur. O, cümlədən cavabdeh tərəfindən borcun ona xarici valyutada verilməsi mübahisələndirilməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 439.1-ci maddəsinə görə pul öhdəliyi manatla ifadə edilməlidir. Əgər tərəflərdən biri xarici fiziki və ya hüquqi şəxsdirsə, tərəflər pul öhdəliyini, əgər bu, qanunla qadağan edilməyibsə, xarici valyutada da müəyyənləşdirə bilərlər. Həmin Məcəllənin 439.2-ci mməsinə əsasən əgər xarici valyutada olan pul öhdəliyi Azərbaycan Respublikasında ödənilməlidirsə, ödənişin xarici valyutada aparılmalı olduğunun şərtləşdirildiyi hallardan başqa, o, manatla ödənilir. Yenidən hesablama ödəniş anında ödəniş yerinin məzənnə qiyməti üzrə aparılır. Həmin Məcəllənin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Məhkəmənin “Tərəflər arasında alınan məbləğin xarici valyutada ekvivalenti qeyd edilsə də öhdəliyin icrası anında pul məbləğinin xarici valyutada qaytarılması ilə bağlı razılaşma nəzərdə tutulmamışdır. Odur ki, qanunvericliyə uyğun olaraq pul öhdəliyinin xarici valyutada qaytarılması ilə bağlı müqavilədə razılılğın olmaması nəzərə alınmalıdır” mövqeyi yanlış olmuşdur. Belə ki, Mülki Məcəllənin 739.1-ci maddəsinin tələbi baxımından kredit müqaviləsində borcun məhz xarici valyutada qaytarılmasını əks etdirməyə ehtiyac yox idi. Çünki qeyd olunan normanın tələbinə görə “digər iştirakçı (borc alan) aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür.” Qeyd edilənlərdən görünür ki, birinci instansiya məhkəməsi maddi hüquq normalarını düzgün təfsir etməmiş, bununla da maddi hüquq normalarının pozuntusuna yol vermişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.1.1-ci maddəsinə görə, maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Həmin Məcəllənin 386-cı maddəsinə əsasən maddi hüquq normaları o halda pozulmuş və ya düzgün tətbiq olunmamış hesab edilir ki, birinci instansiya məhkəməsi hüququn tətbiq edilməsində səhv buraxsın, tətbiq edilməli olan qanunu və ya digər normativ hüquqi aktı tətbiq etməsin, yaxud qanunu səhv təfsir etsin. Qeyd edilən prosessual normalarının tələblərinə əsasən kollegiya hesab edir ki, işə baxan birinci instansiya məhkəməsi maddi hüquq normalırının tələblərini düzgün təhlil və təfsir etməmiş, bununla da maddi hüquq normalarının pozuntusuna yol verdiyindən, həmin hissədə qətnamə əsaslı hesab edilmir. Ona görə də apelyasiya şikayəti təmin olunaraq, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 01 aprel 2021-ci il tarixli, 2(005)-117/2021 saylı qətnaməsi qismən - iddiaçı X5 ilə Cavabdeh2 arasında bağlanmış 29.03.2016-cı il tarixli kredit müqaviləsinə əsasən Cavabdeh2 3.520.000 (üç milyon beş yüz iyirmi min manat) manat və 3.280.200 (üç milyon iki yüz səksən min iki yüz manat) manat olmaqla, ümumilikdə 6.800.200 manat (altı milyon səkkiz yüz min iki yüz manat) məbləğində pul vəsaiti tutularaq iddiaçı X1 ödənilməsi hissəsində ləğv edilməli və həmin hissədə iddia tələbinin tam təmin olunması barədə yeni qətnamə qəbul edilməlidir. Kollegiya eyni zamanda Cavabdeh2 nümayəndəsi və vəkili X3 apelyasiya məhkəməsinə təqdim etdiyi etirazda göstərilən dəlilləri müzakirə edərək, həmin dəlilləri əsassız hesab edir. Belə ki, yuxarıda qeyd olunduğu kimi, iddiaçı qətnaməni qismən mübahisələndirdiyindən, qətnamə apelyasiya şikayətinə əsasən mübahisələndirilən hissədə yoxlanılmalıdır. İşin materialları ilə müəyyən edilir ki, cavabdeh qətnamədən apelyasiya şikayəti verməmişdir. Belə olan halda cavabdehin nümayəndəsinin qətnamə ilə tutulan məbləğin dəyişdirilməsi barədə etirazının dəlilləri əsaslı hesab edilə bilməz. Bundan başqa kollegiya qeyd edir ki, cavabdehin nümayəndəsi etiraz ərizəsinə bəzi sənədlər əlavə edərək, həmin sənədlərin sübut kimi qəbul edilməsini xahiş etmişdir. Kollegiya cavabdehin nümayəndəsinin apelyasiya məhkəməsinə təqdim etdiyi sənədlərin sübut kimi qəbul edilməsini prosessual qanunvericiliyin (Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76, 77, 89-cu maddələri) tələblərinə uyğun hesab etmir. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 382, 384, 392, 393 və 405ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qət etdi: İddiaçı tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilsin. Hazırki iş üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 01 aprel 2021-ci il tarixli, 2(005)-117/2021 saylı qətnaməsi X4 ilə Cavabdeh2 arasında bağlanmış 29.03.2016-cı il tarixli kredit müqaviləsinə əsasən Cavabdeh2 3.520.000 (üç milyon beş yüz iyirmi min manat) manat və 3.280.200 (üç milyon iki yüz səksən min iki yüz manat) manat olmaqla, ümumilikdə 6.800.200 manat (altı milyon səkkiz yüz min iki yüz manat) məbləğində pul vəsaitinin tutularaq İddiaçı ödənilməsi hissəsində ləğv edilsin və həmin hissədə iddia tələbinin təmin edilməsi barədə iş üzrə yeni qətnamə qəbul edilsin. X4 ilə Cavabdeh2 arasında bağlanmış 29.03.2016-cı il tarixli kredit müqaviləsinə əsasən Cavabdeh2 ******* (iki milyon) EURO və ******* (iki milyon yüz otuz min) ABŞ dolları (ödəniş anında Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən müəyyən edilmiş EURO-nun və ABŞ dollarının manata məzənnəsi nəzərə alınmaqla) alınaraq iddiaçı X2 verilsin. Qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətinə Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən Qürbət Əsgərov Hakimlər Azad İmanov Vahid Sadıqov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar