Məhkəmə qərarları › İş №2(103)-5942/2020

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-5942/2020

11.08.2020 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin azaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-5942/2020 11.08.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Mərdanova Xumar Afət qızının sədrliyi və məruzəsi ilə, Həsənov Elnur Məmmədsaat oğlu və Babayev Fuad Fikrət oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi X2, İddiaçı, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “alimentin azaldılması” tələbinə dair ilkin iddia ərizəsi Cavabdeh İddiaçı qarşı “aliment və əlavə xərc” tələbinə dair qarşılıqlı iddia ərizəsinə dair mülki iş üzrə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-1003/2020 saylı, xx xxxx 2020-ci il tarixli qətnaməsindən iş üzrə iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “alimentin azaldılması” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinə müraciət edərək, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx xxxxxx 2017-ci il tarixli 2(003)-331/2017 saylı qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarını azaldaraq, ondan xx xxxxxx 2014-cü il təvəllüdlü X7 və xx xxxxxx 2015-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 150 manat sabit pul məbləğində alimentin və ya əmək haqqının 1/3 hissəsində alimentin iddiaçının xeyrinə tutulması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Cavabdeh İddiaçı qarşı qarşılıqlı iddia ərizəsi ilə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinə müraciət edərək, xx xxxxxx 2014-cü il təvəllüdlü X4 və xx xxxxxx 2015-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay hər uşaq üçün 170 manat, cəmi 340 manat sabit pul məbləğində alimentin və övladlarının müalicələrini mütəmadi fasiləsiz etmək üçün hər ay sabit pul məbləğində hər uşağa görə 150 manat, cəmi 300 manat əlavə xərclərin qarşılıqlı iddia üzrə cavabdehdən onun xeyrinə tutulması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-1003/2020 saylı, xx xxxx 2020-ci il tarixli qətnaməsi ilə ilkin və qarşılıqlı iddia tələbləri qismən təmin edilmiş,Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx xxxxxx 2017-ci il tarixli 2(003)-331/2017 №-li qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı dəyişdirilmiş, qətnamənin qanuni qüvvəyə mindiyi gündən hesablanmaqla cavabdeh İddiaçı Cavabdeh xeyrinə xx xxxxxx 2014-cü il təvəllüdlü X4 və xx xxxxxx 2015-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatana kimi saxlanması üçün hər ay hər uşaq üçün 170 manat, cəmi 340 (üç yüz qırx) manat sabit pul məbləğində aliment və hər uşaq üçün hər ay 60 manat, cəmi 120 (yüz iyirmi) manat əlavə xərc tutulması,cavabdeh İddiaçı 30 manat məbləğində dövlət rüsumunun tutularaq dövlət büdcəsinə keçirilməsi,ilkin və qarşılıqlı iddia tələbləri qalan hissədə rədd edilməsi qət edilmişdir. Qeyd olunan qətnamədən narazı qalan iddiaçı apellyasiya şikayəti verərək, qətnamənin, qismən əlavə xərc hissəsində ləğv edilməsini, idda tələbinin həmin hissədə rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayətini onunla əsaslandırılmışdır ki, qətnamədən ümumiyyətlə əlavə xərcin hər uşaq üçün 60 manat olmaqla cəmi 120 manat tutulması barədə nəticəni Ailə Məcəlləsinin 81.1 və 81.2-ci maddələrinə istinad etmiş, habelə həmin məbləği müəyyən edərkən ümumiyyətlə hər hansı bir işin faktiki halına əsaslanmamışdır. Bundan əlavə məhkəmə sübutların sadalanması hissəsində yalnız əvvəlki yəni tərəflərin birgə yaşadıqları dövrə dair bir neçə analiz arayışına istinad etmişdir. Hesab edir ki, qətnamənin həmin hissəsi əsassız olmaqla və işin faktiki halları ilə yanaşı maddi hüquq normaları və prosessual hüquq normaları baxımından da qanunszudur. İşin faktiki hallarına gəldikdə isə qeyd etmək istəyir ki, ümumiyyətlə uşaqlarında hər hansı bir xəstəlik mövcud deyildir və sağlamdırlar. Cavabdeh tərəfindən məhkəməyə təqdim edilən arayışda göstərilən skolioz diaqnozu uşaqlarından Sevda adlı uşağa qoyulmuşdur ki, oda cavabdehlə birgə yaşadığı nikah dövründə olmuş və həmin diaqanoz üzrə isə həkimin bütün göstəriş və tövsiyyələrinə əməl etmişlər. Azyaşlı övladı Sevdaya qoyulan “skolioz” diqnozu isə yüngül olmaqla müxtəlif fiziki hərəkətlərin edilməsini, dəniz qumuna aparılması və .s kimi mütxəlif hər hansı xərc tələb etməyən məsləhətləri özündə ehtiva edir, hələ cavabdehlə birgə yaşadığı dövrdə azyaşlı övladının sağalması üçün əlindən gələni etmiş və hazırda həmin övladında qeyd edilən xəstəlik müşahidə edilməmişdir. Bundan əlavə digər azyaşlı övladı Leylada isə ümumiyyətlə hər hansı bir xətəslik mövcud deyildir və bu barədə hər hansı bir sənəddə iş materiallarına əlavə edilməmişdir. Bundan əlavə işin birinci instansiya məhkəməsi baxışında azyaşlı övladlarının hər hansı bir müalicəyə ehtiyacı olduğu halda həmin müalicələrin onun tərəfindən qarşılanmağa hazır olduğunu, bunun üçün azyaşlı uşaqlarının müayinəsindən və müalicəsindən yayınmadığını bildirsə də, cavabdeh qərəzli olaraq bundan imtina etmiş, habelə əvvəlki dövrə aid müxtəlif həkim arayışlarını təqdim etməklə əslində uşaqlardan çox öz şəxsi məqsədini güdmüşdür. Əgər bu belə olmasaydı onda yəqinki uşaqların hansı xəstəlik olması, müayinəsi və müalicəsi üçün həkimə getmək barədə təklifini qəbul edər, ən az uşaqlarının hansısa həqiqətən gerçək müayinə və müalicəsi üçün şərait yaradar, sağlam azyaşlı uşaqlarımı xəstə kimi məhkəməyə təqdim edib ondan əlavə pul qoparmaq istəməz idi. Proses iştirakçılarının izahatları: Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apellyasiya şikayətini müdafiə edərək, təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh apellyasiya şikayətini qəbul etməyərək, şikayətin təmin edilməməsini xahiş etdi. Hüquqi məsələlər: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” xx xxx 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Məhkəmə kollegiyası ilk olaraq qeyd edir ki, hazırki iş üzrə apellyasiya baxışının hədlərini birinci instansiya məhkəməsinin qətnaməsinin qanuniliyinin və əsaslılığının apellyasiya şikayəti vermiş iddiaçıya münasibətdə əlavə xərclərin tutulması hissəsində yoxlanılması təşkil edir. Cavabdeh apellyasiya şikayəti vermədiyindən qətnamə ona münasibətdə yoxlanılmır. Kollegiya həmçinin qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası işdə iştirak edən proses iştirakçılarının izahatlarını dinləyib, apellyasiya şikayətinin dəlillərini, iş materiallarını araşdırıb, işdə olan sübutları tədqiq edərək, hesab edir ki, aşağıdakılara əsasən apellyasiya şikayəti qismən təmin edilməli və iş üzrə qəbul olunmuş birinci instansiya məhkəməsinin qətnaməsi qismən ləğv edilməlidir. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsində qeyd edilir ki, “Hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir...”. Həmçinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 392.2-ci maddəsinə əsasən apellyasiya şikayəti təmin edilmədikdə və ya məhkəmənin qətnaməsi dəyişdirildikdə, apellyasiya instansiyası məhkəməsi hansı dəlillərə əsasən şikayətin təmin edilmədiyini və yaxud qətnamənin dəyişdirildiyini göstərməyə borcludur. Məhkəmə kollegiyası tərəfindən aparılmış araşdırma nəticəsində müəyyən olunmuşdur ki, iddiaçı Cavabdeh ilə cavabdeh İddiaçı xx xxxxxxx 2012-ci ildə rəsmi nikaha daxil olaraq ailə həyatı qurmuş, birgə nikahdan iki uşaqları - xx xxxxxx 2014-cü il tarixdə X7 və xx xxxxxx 2015-ci il tarixdə X8 doğulmuşdur.Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx xxxxxx 2017-ci il tarixli 2(003)- 331/2017 saylı qətnaməsinin surətinə əsasən, xx.xx.2016-cı il tarixdən başlayaraq xx xxxxxx 2014cü il təvəllüdlü X4 və xx xxxxxx 2015-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanması üçün İddiaçı hər ay hər uşaq üçün 300 manat olmaqla, cəmi 600 manat sabit pul məbləğində alimentin tutularaq Cavabdeh ödənilməsi qət edilmişdir.“Sağlam həyat” diaqnostika və müalicə mərkəzi tərəfindən verilmiş X6 aid qanın ümumi müayinəsi, sidiyin ümumi analizi, usm müayinəsinə dair arayış əlavə edilmişdir.Vəliyeva Sevda və Vəliyeva Leyla üçün yazılmış dərmanlar üçün reseptlər əlavə edilmişdir.Bakı şəhər X5 və Ortopediya İnstitutuna göndərişdən görünür ki, X1 diaqnozu qoyulmuşdur. Kollegiya qeyd edir ki, Azərbaycan Respublikası Konstitusiyasının 17 və 34-cü maddəsinə əsasən, uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Ər ilə arvadın hüquqları bərabərdir. Uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 55.1-ci maddəsinə əsasən, uşaq öz valideynlərindən və ailənin digər üzvlərindən bu Məcəllənin beşinci bölməsində müəyyən olunmuş qaydada və miqdarda vəsait almaq hüququna malikdir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 75.4-cü maddəsinə əsasən, valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) məhkəmə qaydasında tutulur. «Uşaq hüquqları haqqında» Azərbaycan Respublikası Qanununun 19-cu maddəsinə əsasən valildeynlərin uşağın tərbiyəsində bərabər hüquq və vəzifələri vardır. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifəsidir. Azərbaycan Respublikasının tərəfdar çıxdığı «Uşaq hüquqlarına dair BMT Konvensiyası»nın 3-cü maddəsinə görə, məhkəmələr uşaqlar barəsində görülən bütün tədbirlərdə, uşağın maraqlarının daha yaxşı təmin edilməsinə ilk növbədə diqqət etməlidirlər. Məhkəmə xüsusi ilə vurğulayır ki, hər bir uşağın layiqli həyat tərzi yaşamağa hüquqi vardır və uşağın inkişafı üçün valideynlərin maddi və mənəvi dəstək olmaları onların vəzifəsi və borcudur. Mövcüd qanunvericilik normaları istənilən yaranmış vəziyyətdə uşağın mənafeylərinin daha üstün tutulmasını imperativ olaraq göstərir. Bundan başqa məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 81.1-ci maddəsinı əsasən аlimentin tutulması barədə saziş olmadıqda və ya sazişdə müstəsna hallarla (ağır xəstə, şikəst olan uşaqlara, habelə əmək qabiliyyəti olmayan və maddi yardıma ehtiyacı olan yetkinlik yaşına çatmış övladlara göstərilən kənar xidmətin haqqının ödənilməsi ilə əlaqədar və digər hallarda) əlaqədar yaranmış xərclərin ödənilməsi qaydası müəyyən edilməmişsə, valideynlərdən hər biri məhkəmə tərəfindən əlavə xərclərin ödənilməsinə cəlb oluna bilər. Həmin məcəllənin 81.2-ci maddəsinə əsasən, valideynlərin əlavə xərclərə cəlb olunması qaydasını məhkəmə müəyyən edir. Bu xərclərin miqdarı məhkəmə tərəfindən valideynlərin və uşaqların ailə və maddi vəziyyəti, eləcə də tərəflərin diqqətəlayiq olan digər maraqları nəzərə alınmaqla, hər ay ödənilməli olan sabit pul məbləğində müəyyən olunur. Beləliklə, uşağın müalicəsi ilə bağlı olan tibbi xidmətlər üçün xərclənən pul vəsaitinin məhz əlavə xərc kimi qiymətləndirilməsi ailə qanunvericiliyi tərəfindən nəzərdə tutulduğundan, birinci instansiya məhkəməsi tərəfindən iddia tələbinin bu hissədə qismən təmin etməklə səhv nəticəyə gəlmişdir. Belə ki, xx xxxxxx 2014-cü il tarixdə X4 müalicəsi ilə çəkilməli olan əlavə xərclərə görə hər ay sabit pul məbləğində 60 manat pul vəsaitinin cavabdehdən tutulması haqlı olmuşdur. Bununla yanaşı kollegiya qeyd edir ki, xx xxxxxx 2015-ci il tarixdə X3 xəstə olması ilə bağlı məhkəməyə hər-hansı sübut təqdim etməmişdir. Belə olan halda iddia tələbi həmin hissədə təmin edilə bilməz. Kollegiya apellyasiya şikayətinin dəlilləri ilə bağlı qeyd edir ki, X4 xəstəliyi və müalicə tələbatı ilə bağlı müxtəlif tibb müəssisələrinin tibbi sənədləri, arayışları mövcuddur və iddiaçının bu halı təkzib edən dəlilləri formal mülahizələr kimi qiymətləndirilməlidir. Belə ki, qeyd olunan halların mövcud olmamasına dair iddiaçı tərəfindən hər hansı sübut məhkəməyə təqdim edilməmiş və ya apellyasiya şikayətinə əlavə edilməmişdir. Bü müddəalara uyğun olaraq, ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır (MPM-in 9.1, 9.3, 88, 217.1 və 217.3-cü maddələri). Birinci instansiya məhkəməsi isə qeyd edilən halları araşdırmadan iddianın qismən təmin edilməsi barədə səhv nəticəyə gəlmişdir. Ona görə də məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi maddi hüquq normalarının düzgün tətbiq edilməməsi ilə qəbul edildiyindən qətnamə qismən ləğv edilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.3-cü maddəsinin tələbinə görə, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.4-cü maddəsinin tələbinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 384.0.2-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər. Аzərbаycаn Respublikаsı Mülki-Prоsessuаl Məcəlləsinin 385.1.1-ci mаddəsinə görə, mаddi hüquq nоrmаlаrının və yа prоsessuаl hüquq nоrmаlаrının pоzulmаsı və yа düzgün tətbiq edilməməsi məhkəmə qətnаməsinin аpellyаsiyа qаydаsındа ləğv edilməsi üçün əsаslаrdаn biridir. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə nəticəyə gəlir ki, İddiaçı apellyasiya şikayəti qismən təmin edilməli, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)- 1003/2020 saylı, xx xxxx 2020-ci il tarixli qətnaməsi qismən ləğv edilməli, iddia tələbi xx xxxxxx 2015-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatana kimi saxlanması üçün hər ay 60 manat pul vəsaitinin tutulması hissəsində ləğv edilməli, qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır. Qeyd olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384-386, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT ETDİ: İddiaçı apellyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-1003/2020 saylı, xx xxxx 2020-ci il tarixli qətnaməsi qismən ləğv edilsin. İddia tələbi xx xxxxxx 2015-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatana kimi saxlanması üçün hər ay 60 manat pul vəsaitinin tutulması hissəsində ləğv edilsin. Qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən imza: Hakimlər imzalar: Əsli ilə düzdür: Hakim: Xumar Mərdanova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar