Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-5948/2025 01.12.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh2 (X14 müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) qarşı mülki iş üzrə (Açar sözlər: “yol-nəqliyyat hadisəsi nəticəsində qohumun ölümü ilə bağlı mənəvi ziyanın tutulması tələbi, işçi tərəfindən törədilən mülki hüquq pozuntusuna görə işəgötürənin məsuliyyəti, sübutetmə yükünün bölüşdürülməsi, ədalətli araşdırma hüququ”) Hakimlər Kazımov Elşən Cələddin oğlunun sədrliyi və məruzəsi ilə, Şirinov İkram Sabir oğlu və Cəfərov Namiq Şamil oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi Həsənzadə İlahə Novruz qızının katibliyi ilə, İddiaçı nümayəndəsi və vəkili Vəkil1 və Cavabdeh2 nümayəndəsi və vəkili Vəkil3 iştirakı ilə, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)- 5008/2024 saylı, 17 dekabr 2024cü il tarixli qətnaməsindən İddiaçı apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İşin halları:
1. İddiaçı xx xxxxxx 2012-ci il təvəllüdlüdür.
2. İddiaçının anası X13 22 may 2017-ci il tarixdə yol nəqliyyat hadisəsi nəticəsində ölmüşdür.
3. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 02 avqust 2017-ci il tarixli hökmü ilə müəyyən olunmuşdur ki, X14 20 may 2017-ci il tarixdə saat 20.30 radələrində idarə etdiyi, texniki cəhətdən saz olan “İsuzu Ecobus” markalı **-ZC-*** qeydiyyat nişanlı avtobusla Mərdəkan – Şüvəlan yolu ilə Şüvəlan qəsəbəsi istiqamətində hərəkətdə olarkən “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərini pozaraq, yolu keçən piyada X4 avtomobilin qabaq hissəsi ilə vurmuş və ehtiyatsızlıqdan sonuncuya həyat üçün təhlükəli olan sağlamlığa ağır dərəcəli zərər vuran bədən xəsarətləri yetirərək, nəticədə zərərçəkmiş şəxsin 22 may 2017-ci ildə ölümünə səbəb olmuşdur. Həmin hökmlə X14 Azərbaycan Respublikası CM-in 263.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinərək, ona 2 il müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə, 4 il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir.
4. “İsuzu Ecobus” markalı **-ZC-*** dövlət qeydiyyat nişanlı avtobus Cavabdeh2 məxsus olmuşdur.
5. X1 Ayxan Yavuz oğlunun qəyyumu təyin edilmişdir.
a) Birinci instansiya məhkəməsində icraat:
6. İddiaçı (onun adından qanuni nümayəndəsi - qəyyumu X5) Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, anasının vəfat etməsi nəticəsində vurulmuş mənəvi zərərə görə 20.000.000 manat məbləğində pulun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
7. İddia onunla əsaslandırılmışdır ki, cavabdehin işçisinin, cavabdehə məxsus avtobusla törətdiyi qəza nəticəsində iddiaçının anası Sveta Nəsirova ölmüşdür. İddiaçı artıq 5 ildir anasının həsrəti ilə yaşayır. 01 may 2017-ci il tarixli yol vərəqindən görünür ki, 146 saylı marşrut xəttində sərnişin daşınması üçün cavabdeh yüksək təhlükə mənbəyi olan **-ZC-*** dövlət qeydiyyat nişanlı “İsuzu Ecobus” markalı avtobusu sürücüsü X12 vermişdir. Cavabdehin avtobusu ilə qəza törədən sürücüsünün təqsiri üzündən anası vəfat etdiyi üçün iddiaçıya mənəvi zərər vurulmuşdur. Anasının yoxluğu iddiaçıya davamlı iztirab yaşadır. Hazırda 12 yaşı var. Hər gün məktəbə gedərkən, başqa uşaqların anaları ilə ünsiyyətini görmək qəlbini sızladır, anasını istəyir, görə bilmədiyi üçün sarsılır, iztirab, əzab çəkir və hər gün anasının faciəvi şəkildə ölməsini xatırlayır. Onun atası da yoxdur. Çünki 2015-ci ildə anası ilə atasının nikahı pozulmuşdur. Anası onun hər şeyi idi, bu dünyada ən dəyərlisi idi. Ona görə də anasının faciəvi şəkildə vəfat etməsi nəticəsində vurulmuş mənəvi zərərə görə cavabdehdən 20.000.000 manat məbləğində pul alınaraq iddiaçıya ödənilərsə, davamlı əzablarının, iztirablarının yüngülləşməsinə xidmət etmiş olar.
8. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)- 5008/2024 saylı, 17 dekabr 2024-cü il tarixli qətnaməsi ilə (hakim T.Əsədova) iddia rədd edilmişdir.
9. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, yüksək təhlükə mənbəyi hesab edilən “İsuzu Ecobus” markalı **-ZC-*** qeydiyyat nişanlı avtobus iş üzrə Cavabdeh2 məxsus olsa da, yol nəqliyyat hadisəsi zamanı qanuni əsas üzrə (yol vərəqəsi) avtobusu X14 idarə etmişdir. Məhkəmə hesab etmişdir ki, mülki iş üzrə zərərin baş verməsi birmənalı olaraq X6 qanunsuz hərəkətlərinin (hərəkətsizliyinin) nəticəsi olmuş və o, bu əmələ görə təqsirli bilinmişdir. Avtobusun mülkiyyətçisi olan cavabdehin hərəkətlərində qanunsuzluq olmamış, hadisə ilə səbəbli əlaqə müəyyən edilməmişdir. Hazırkı işdə zərərvuran şəxsin cavabdehin işçisi olması, cavabdehin qanunsuz hərəkətləri nəticəsində baş verməsi və ya cavabdehin hərəkətləri ilə mənəvi zərər arasında səbəbli əlaqənin olması sübuta yetirilməmişdir. Bu baxımdan, yol-nəqliyyat hadisəsi üzrə mülkiyyətçi Cavabdeh2 mülki hüquqi məsuliyyəti istisna olunur
10. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1, 1096, 1097.1, 1099.1, 1108.2-ci, Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 217.4-cü maddələri, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 23-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 24 aprel 2020-ci il tarixli qərarına istinadla əsaslandırmışdır.
b) Apellyasiya instansiyası məhkəməsində birinci icraat
11. İddiaçı apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddianın təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
12. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-2035/2025 saylı, 07 aprel 2025-ci il tarixli qətnaməsi ilə (hakim Akif İsgəndərovun sədrliyi və məruzəsi ilə, hakimlər Səadət Səlimova və Məhəmməd Rüstəmli) apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
13. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə və əsaslandırma ilə razılaşan apellyasiya məhkəməsi göstərmişdir ki, iş üzrə Cavabdeh2 ilə əməli törədən X14 arasında əmək münasibətlərinin olması və ya mülki hüquq müqaviləsi üzrə işin görülməsinə dair heç bir sübut təqdim edilməmişdir. İş materiallarından göründüyü kimi, yüksək təhlükə mənbəyi hesab edilən “İsuzu Ecobus” markalı **-ZC-*** qeydiyyat nişanlı avtobus Cavabdeh2 məxsus olsa da, yolnəqliyyat hadisəsi zamanı qanuni əsas üzrə (yol vərəqəsi) avtobusu X14 idarə etmişdir. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X15 Xidmətinin 20 noyabr 2024cü il tarixli arayışından da görünür ki, Cavabdeh2 ilə əməli törədən X14 arasında əmək müqaviləsi bağlanması və onların hər hansı əmək münasibətində olması müəyyən edilməmişdir. Birinci instansiya məhkəməsi haqlı olaraq hesab etmişdir ki, mülki iş üzrə zərərin baş verməsi birmənalı olaraq X6 qanunsuz hərəkətlərinin (hərəkətsizliyinin) nəticəsi olmuş və o, bu əmələ görə təqsirli bilinmişdir. Avtobusun mülkiyyətçisi olan cavabdehin hərəkətlərində qanunsuzluq olmamış, hadisə ilə səbəbli əlaqə müəyyən edilməmişdir. Apellyasiya kollegiyası həmçinin hökmə əsasən qeyd etmişdir ki, hazırkı iş üzrə iddiaçının qəyyumu olan Tərbiyə Əmrahova cinayət işində zərərçəkmişin hüquqi varisi kimi iştirak etmiş və məhkəmə iclasında bildirmişdir ki, yol nəqliyyat hadisəsindən sonra sürücü Tahir Bəhrəmov mərhumun bütün müalicə, dəfn, yas xərclərini ödəyib, həmçinin onlara maddi yardım göstərib və ona görə də, ona qarşı hər hansı tələbləri yoxdur və olmayacaq.
c) Kassasiya instansiyası məhkəməsində icraat
14. İddiaçı qızı kassasiya şikayəti verərək Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 07 aprel 2025-ci il tarixli, 2(103)-2035/2025 nömrəli qətnaməsinin ləğv edilməsi və iddianın təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.
15. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının 2(102)- 2232/2025 saylı, 10 sentyabr 2025-ci il tarixli qərarı ilə (hakimlər Elşad Şamayev məruzəçi, Əhliman Xıdırov və Elşanə Vəliyeva) kassasiya şikayəti qismən təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 07 aprel 2025-ci il tarixli, 2(103)- 2035/2025 nömrəli qətnaməsinin ləğv edilərək yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi qərara alınmışdır.
16. Kassasiya instansiyası məhkəməsinin hüquqi mövqeyi ondan ibarət olmuşdur ki, apellyasiya instansiyası məhkəməsi iddiaçının dəlillərini iki əsasla rədd etmişdir: 1. İddiaçı yüksək təhlükə mənbəyi olan avtobusu idarə edən X14 ilə cavabdeh arasında əmək münasibətlərinin olması və ya mülki hüquq müqaviləsi üzrə işin görülməsinə dair sübut təqdim edilməmiş; 2. X6 barəsində qəbul edilən məhkəmə hökmünə görə, hazırkı iş üzrə iddiaçının qəyyumu X2rşı hər hansı tələbinin olmamasını göstərmişdir. Məhkəmə kollegiyası hesab edir ki, hazırkı vəziyyətdə göstərilənlər iddianın rədd olunması üçün əsas ola bilməz. İlk əsasla bağlı, qeyd olunmalıdır ki, iddiaçının anasının ölümündə cavabdehin bilavasitə təqsirinin olmaması işin mübahisəsiz halıdır. Ölümə səbəb olan yol-nəqliyyat hadisəsinin törədilməsində X6 təqsirli olması qanuni qüvvəyə minmiş məhkəmə hökmü ilə müəyyən olunmuşdur. Bununla belə, mülki hüquq məsuliyyətin yaranması üçün həmişə təqsirin mövcudluğu tələb olunmur (Mülki Məcəllənin 1097.3-cü maddəsi). Təqsirsiz məsuliyyətin əsaslarından biri işəgötürənin öz işçisinin törətmiş olduğu mülki hüquq pozuntusuna görə daşıdığı mülki hüquq məsuliyyətidir (MM-in 1099-cu maddəsi). İddiaçı məhz bu normaya istinad etməklə, cavabdehin ona vurulmuş mənəvi zərərin ödənilməsini tələb edir. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1099 və 1108-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 18 aprel 2022-ci il tarixli qərarında Mülki Məcəllənin 1099-ci maddəsinə şərh verilərək qeyd olunmuşdur ki, göstərilən maddədə işəgötürən dedikdə, əmr, tapşırıq və təlimatlarına əsasən, habelə nəzarəti altında başqasının – işçinin göstərmiş olduğu xidmətlərdən, yerinə yetirdiyi işdən öz mənfəəti üçün yararlanan şəxs olmaqla yalnız əmək müqaviləsi üzrə deyil, həm də mülki hüquq müqavilələri (tapşırıq, podrat və s.) üzrə fiziki şəxslərin əməyindən yararlanan şəxslər nəzərdə tutulmuşdur. İşəgötürənin məsuliyyətinin əsasını tapşırıq, əmr və göstərişlərinin icrası ilə bağlı görülən işin lazımi qaydada təşkil edilməməsi, tələb olunan diqqət və qayğının göstərilməməsi təşkil edir. Görüləcək işi zehni və fiziki qabiliyyətlərinə uyğun peşəkar şəxslərə (işçilərə) həvalə etmək, zəruri təlimat və tapşırıqlar vermək və icrasına nəzarət etmək obyektiv olaraq işəgötürənin vəzifəsidir. Məhz bu obyektiv vəzifənin lazımınca yerinə yetirilmiş olmaması baxımından qanunverici işəgötürənin işçisinin vurmuş olduğu zərərə görə məsuliyyətə cəlb edilməsini zəruri hesab etmişdir. Odur ki, Mülki Məcəllənin 1099-cu maddəsi öz mənafeyi üçün başqalarının əməyindən (xidmətlərindən) yararlanan şəxslərin – işəgötürənin həmin işin icrası ilə əlaqədar üçüncü şəxslərə dəymiş zərəri qarşılamaq öhdəliyini müəyyən etmişdir. Nəzərə alınmalıdır ki, bu halda işəgötürənin məsuliyyəti təqsirsiz məsuliyyətdir və bu məsuliyyət işəgötürənin mənafeyi üçün və onun nəzarəti altında görülən işin lazımi qaydada, zəruri ehtiyatlılığın tələb etdiyi tərzdə təşkil edilməməsindən irəli gəlir. Məqsəd işəgötürəni onun nəzarəti altında görülən işlərin yerinə yetirilməsi ilə əlaqədar yarana biləcək zərərləri, arzuolunmaz nəticələri önləyici (preventiv) tədbirləri görməyə məcbur etməklə üçüncü şəxsləri, bütövlükdə cəmiyyəti qorumaqdır. Mülki Məcəllənin 1099-cu maddəsi üzrə öz işçisi tərəfindən törədilmiş mülki hüquq pozuntusuna görə məsuliyyətə cəlb etmək üçün, hüquqi və ya fiziki şəxsin yerinə yetirilməsi əsnasında üçüncü şəxslərə zərər yetirilmiş iş üzərində nəzarətinin, hakimiyyətinin olması mütləqdir. Digər zəruri şərt baş vermiş hüquq pozuntusu ilə görülən iş arasında funksional bağlılığın, səbəbli-nəticə əlaqəsinin olmasıdır. Bunun müəyyən edilməsi üçün isə işin faktiki halları, əmək müqaviləsi üzrə işçinin əmək funksiyaları diqqətlə araşdırılmalıdır. ... Qeyd edilməlidir ki, işçi ilə hüquqi şəxs (fiziki şəxs) arasında əmək müqaviləsi olmadan da faktiki əmək münasibətləri mövcud ola bilər. Məsələn, avtomobilə zərər vuran şəxsin avtoyuma məntəqəsinin ərazisində iş vaxtı xüsusi geyimdə olması, avtoyuma məntəqəsinin digər işçilərindən göstərişlər alması və faktiki olaraq əmək funksiyalarının yerinə yetirilməsi barədə digər sübutlar əsasında məhkəmə işçi ilə hüquqi şəxs (fiziki şəxs) arasında faktiki əmək münasibətləri olması qənaətinə gələ bilər. Hazırkı halda, iddiaçı 146 saylı marşrut xətti üzrə yol vərəqəsinə istinad etməklə, cavabdehin mülkiyyətində olan avtobusun sürücüsünün vurduğu zərərə görə məsuliyyət daşımalı olmasını iddia edir. Cavabdeh isə birinci instansiya məhkəməsində verdiyi iddiaya yazılı etirazda, digər hallarla yanaşı göstərmişdir ki, cavabdehlə sürücü arasında əmək müqaviləsi və ya mülki hüquq müqaviləsi olmamış, Tahir Bəhrəmov cavabdehin tapşırığı ilə və işlərin təhlükəsiz aparılmasına onun nəzarəti altında fəaliyyət göstərməmiş, avtobusa etibarnamə əsasında sahiblik etmişdir. Göründüyü kimi, iddianı rədd edən məhkəmələr mövqelərini cavabdehin bu etirazına uyğun əsaslandırmışlar. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi sübutetmə yükünü tərəflər arasında düzgün bölüşdürməmiş, qətnamədə cavabdehin etirazdakı mövqeyini köçürməklə, iddiaçının təqdim etdiyi sübutlara ümumiyyətlə hüquqi qiymət verməmiş və bunun nəticəsində qanunsuz və əsassız nəticəyə gəlmişdir. Belə ki, iş materiallarında olan "xxxx" MMC-nin hesabat blankında Cavabdeh2 tərəfindən vergi ödəyicisi olmaqla verilmiş və onun möhürü ilə təsdiqlənmiş 01 may 2017ci il tarixli yol vərəqəsinə əsasən “İsuzu Ecobus” markalı **-ZC-*** dövlət qeydiyyat nişanlı avtobusun 146 saylı marşrut xətti üzrə idarə olunması X10 həvalə edilmişdir. Qeyd olunmalıdır ki, yol vərəqi nəqliyyat vasitəsinin qaçışına nəzarət, istifadə edilmiş yanacağın xərclərə silinməsi, sürücülərin əməyinin ödənilməsi və vergilərin hesablanması üçün əsas ilkin sənəd hesab edilir. Hazırkı halda, yol vərəqəsinin fərdi sahibkar olaraq cavabdeh tərəfindən verilməsi və sürücüyə avtobusun marşrut xətti üzrə idarə edilməsinin məhz cavabdeh tərəfindən həvalə edilməsinə dair sübut iddiaçı tərəfindən təqdim olunmuşdur. Belə olan halda, sürücünün cavabdehin işçisi olmamasını və ya aralarında mülki hüquq müqaviləsindən irəli gələn münasibətlərinin olmamasını, yəni avtobusun başqa qanuni əsaslarla hadisəni törədən şəxsin istifadəsinə verməsinin sübutetmə yükü buna etiraz edən cavabdehin üzərinə düşməlidir. Belə ki, cavabdeh sürücünün avtobusu etibarnamə əsasında idarə etdiyini qeyd etsə də, bunu təsdiq edən müvafiq sənədi (etibarnaməni) məhkəmələrə təqdim etməmişdir. Həmçinin qeyd olunmalıdır ki, apellyasiya instansiyası məhkəməsi mövqeyini əsaslandırarkən əlavə olaraq iddiaçının vəkilinin həmin məhkəməyə təqdim etdiyi Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X15 Xidmətinin 20 noyabr 2024-cü il tarixli arayışına istinad etmişdir. Həmin arayışda qeyd olunmuşdur ki, X6 adına cavabdeh tərəfindən Nazirliyin Mərkəzləşdirilmiş Elektron İnformasiya Sisteminin “Əmək və məşğulluq” altsisteminə əmək müqaviləsi daxil edilməmişdir. Lakin həmin arayışda əmək müqaviləsinin arayış verilən 2024-cü ilin noyabr ayına, yoxsa hadisə baş verdiyi 2017-ci ilin may ayına mövcud olmaması dəqiqləşdirilməmişdir. Digər tərəfdən qeyd olunmalıdır ki, iddiaçının sübut kimi istinad etdiyi yol vərəqəsi "xxxx" MMC-nin blankında verilmişdir. Lakin, apellyasiya məhkəməsi cavabdehin mülkiyyətində olan avtobusun X14 tərəfindən hansı əsasla qeyd olunan MMC-nin 146 saylı marşrut xətti üzrə idarə olunması məsələsini tərəflərlə müzakirə etməmiş və bununla bağlı sübutların təqdim edilməsini onlara təklif etməmişdir. “F.Cavadov və V. Aslanovun şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 23 oktyabr 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 30 dekabr 2008-ci il tarixli qərarında göstərilmişdir ki, insan hüquq və azadlıqlarının qorunması və müdafiəsi prosessual hüquq normalarına dəqiq riayət etməklə müvafiq maddi hüquq normalarının elə tərzdə tətbiqini şərtləndirir ki, nəticədə konstitusiya əhəmiyyətli digər dəyərlərə xələl gətirilməsin, ictimai və xüsusi maraqlar arasındakı tarazlığa riayət olunsun. MPM-ə əsasən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Məhkəmə həqiqətə nail olmaq üçün, işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün o, işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. Sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hüquq normalarına müvafiq olaraq qiymətləndirir (MPM-in 9.1-ci, 14.1-ci, 88-ci maddələri). Bu prinsip və göstərişlərə ümumilikdə, MPM-in müəyyənləşdirdiyi qaydalara riayət edilməməklə və ya onlardan yayınmaqla çıxarılan (qəbul edilən) məhkəmə aktları qanunilik və əsaslılıq meyarlarına cavab vermədiyindən ədalətli hesab edilə bilməz. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsinin yuxarıda qeyd olunan qaydada əsaslandırılmış qətnaməsi Mülki Prosessual Məcəllənin 9.1, 9.3, 14.1, 14.2, 218.1, 372.2, 392.1.5-ci maddələrinin tələblərinə uyğun olmamışdır. Apellyasiya məhkəməsinin istinad etdiyi digər məsələ ilə bağlı qeyd olunmalıdır ki, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 02 avqust 2017-ci il tarixli hökmündə X11 zərərçəkmiş şəxsin hüquqi varisi kimi tanınmış və izahatında Tahir Bəhramova qarşı tələbinin olmamasını göstərmişdir. Hazırkı halda isə iddiaçı qismində Tərbiyə Əmrahova deyil, İddiaçı çıxış edir, Tərbiyə Əmrahova isə iddiaçının qəyyumu olmaqla, sonuncunu təmsil edir. Apellyasiya instansiyası məhkəməsi bu hissədə qətnaməni əsaslandırarkən, Tərbiyə Əhmədovanın cinayət işində verdiyi izahatındakı və ərizəsindəki mövqeyi yalnız öz adından ifadə etməsini, yoxsa qəyyumu təyin olunan zərərçəkmiş şəxsin övladlarının mənafelərinə uyğun verməsini araşdırmamışdır. Qeyd olunmalıdır ki, Konstitusiya Məhkəməsinin Plenumu “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 23-cü maddəsinin şərh edilməsinə dair” 24 aprel 2020-ci il tarixli qərarında göstərmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 23-cü maddəsi şəxsin hüquqa zidd hərəkətlər nəticəsində öldüyü və ya sağlamlığına zərər vurulduğu halda onun yaxınlarının, o cümlədən ailə üzvlərinin keçirdikləri mənəvi sarsıntı və iztiraba görə təzminat almaq hüququnu ehtiva edir. Ölmüş və ya sağlamlığına zərər vurulmuş şəxsin yaxınları, o cümlədən ailə üzvləri keçirdikləri mənəvi sarsıntı və iztirabın dərəcəsinə, zərərçəkmiş şəxsə yaxınlıq dərəcəsinə və s. amillərə müvafiq olaraq birgə və ya ayrı-ayrılıqda təzminat almaq hüququna malikdirlər. Ölmüş və ya sağlamlığına zərər vurulmuş şəxsin yaxınlarından, o cümlədən ailə üzvlərindən birinin mənəvi zərərə görə təzminat almış olduğu halda, digərlərinin təzminat tələbi bu Qərarın təsviri-əsaslandırıcı hissəsində göstərilən mütənasiblik və ədalətlilik meyarlarına uyğun olaraq işə baxan məhkəmə tərəfindən həll edilməlidir. Məhkəmələr tərəfindən mənəvi zərərə görə təzminatın miqdarı müəyyən edilərkən hüquqa zidd əməlin növü, dərəcəsi, davam etdiyi müddət, hansı şəraitdə, mühitdə baş verməsi və digər amillər nəzərə alınmalıdır. Göründüyü kimi, apellyasiya instansiyası məhkəməsinin bu mövqeyi də, Mülki Məcəllənin 23-cü maddəsinə və bu maddəni şərh edən Konstitusiya Məhkəməsinin Plenumunun hüquqi mövqeyinə uyğun olmamışdır. Beləliklə, məhkəmə kollegiyasının qənaətinə görə, apellyasiya məhkəməsinin qətnaməsi iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandırılmamışdır. Məhkəmə kollegiyası izah edir ki, hüquqi müəyyənlik prinsipi digər tələblərlə yanaşı, ən ümumi mənada mövcud hüquqi vəziyyətə aid aydınlığı və müəyyənliyi nəzərdə tutur. Bu baxımdan, məhkəmələr tərəfindən qəbul olunmuş qərarlarda həll olunan işə aid bütün zəruri məsələlərə aydınlıq gətirilməli, ziddiyyətli məqamlar aradan qaldırılmalıdır. Azərbaycan Respublikasının adından çıxarılan məhkəmə aktlarında işin ədalətli həllini şübhə altına alan, ziddiyyətlər yaradan və mübahisə üzrə iştirakçıların konstitusiya məhkəmə müdafiəsi hüququna təsir göstərən müddəalar olmamalıdır (Konstitusiya Məhkəməsi Plenumunun N.Babayevin şikayəti üzrə 28 dekabr 2011-ci il tarixli Qərarı). İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Hiro Balani İspaniyaya qarşı” iş üzrə 09 dekabr 1994-cü il tarixli qərarında göstərmişdir ki, milli məhkəmələr hər təqdim olunan arqumenti və onunla əlaqəli sübutu cavablandırmaq vəzifəsini daşımasalar da, məhkəmə tərəfindən mühüm arqumentlər cavabsız qaldıqda məhkəmə baxışı ədalətli hesab edilə bilməz... Ərizəçinin arqumentinin apellyasiya məhkəməsi tərəfindən rədd edildiyi və ya sadəcə nəzərə alınmadığı aydın deyil. Hər halda, həmin məhkəmə bu arqumenti rədd etsəydi, bunu öz qərarında əsaslandırmalı idi... İşin yuxarıda qeyd olunan faktiki hallarını və sadalanan qanunvericilik aktları normalarının tələblərini nəzərə alan məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin hazırkı iş üzrə qəbul etdiyi qətnaməsi göstərilən prosessual hüquq normalarının tələblərinə cavab vermir.
Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları:
a) apellyasiya şikayətinin dəlilləri
17. Apellyasiya şikayəti iddia ərizəsinin dəlillərinə uyğun əsaslandırılmış, əlavə olaraq göstərilmişdir ki, hazırkı iş üzrə 01 may 2017-ci il tarixli yol vərəqindən görünür ki, 146 saylı marşrut xəttində sərnişin daşınması üçün cavabdeh yüksək təhlükə mənbəyi olan ** ZC *** dövlət qeydiyyat nişanlı "İsuzu Ecobus” markalı avtobusun sürücüsü X12 vermişdir. Tahir Bəhramovun qanuni qüvvəyə minmiş hökmdəki ifadəsindən görünür ki, təqribən 23 ildir sərnişin daşıma nəqliyyat vasitələrinin sürücüsü işləyir. Son iki ildir ki, 146 saylı marşrut avtobusunun sürücüsü kimi fəaliyyət göstərir. 20 may 2017-ci il tarixdə səhər saat 07 radələrində fəaliyyətə başlamış, axşam saat 20.30 radələrində ölümlə nəticələnən qəza törətmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1099 və 1108-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair 18 aprel 2022-ci il tarixli Qərarında qeyd olunan mülki hüquq pozuntusuna görə məsuliyyətin yaranması üçün şərtlərin hamısı var. İş materiallarına Tahir Bəhramovun adından yazılmış ərizə əlavə edilib. Həmin ərizə kompyuterdə yığılmış mətndən ibarətdir və onun Tahir Bəhramov tərəfindən yazılması şübhə doğurur. Ərizədə göstərilənlər həqiqəti əks etdirmir. Əvvəla ona görə ki, ərizə notarial qaydada tərtib edilməyib, ikincisi ərizədə başqa, şəxsiyyət vəsiqəsində başqa ünvan göstərilib, üçüncüsü qanuni qüvvəyə minmiş hökmdə Tahir Bəhramovun sürücü işləməsi barədə etirafı var. Tahir Bəhramov ərizədə göstərildiyi kimi 2017-ci ildən deyil, 2015-ci ildən 146 saylı marşrut avtobusunun sürücüsü olmuşdur. Digər tərəfdən cavabdehin mülkiyyətində olan “İsuzu Ecobus”markalı, **-ZC-*** dövlət qeydiyyat nişanlı avtobus ərizədə göstərildiyi kimi etibarnamə əsasında deyil, yol vərəqi əsasında Tahir Bəhrəmova verilib. Bunlarla yanaşı qeyd olunmalıdır ki, əmək müqaviləsinin olmamasıTahir Bəhramovun cavabdehin işçisi olmaması anlamına gəlmir. Vergi verməmək üçün əmək müqaviləsinin tərtib edilməməsi cavabdehin təqsiridir və bu o demək deyil ki, avtobusu sürən onun işçisi olmayıb. Hazırkı işdə Xəzər Rayon Məhkəməsinin1(003)- 316/2017 nömrəli xx.xx.2017-ci il tarixli qanuni qüvvəyə minmiş hökmdə Tahir Bəhrəmovun etirafedici ifadəsi, yüksək təhlükə mənbəyi olan ** ZC ***dövlət qeydiyyat nişanlı "İsuzu Ecobus” markalı avtobusla 146 saylı marşrut xəttində sərnişin daşıyan Tahir Bəhrəmovun adına verilmiş yol vərəqi onunla cavabdeh arasında faktiki əmək münasibəti olmasını təsdiq edir.
b) Hazırki apellyasiya icraatında apellyasiya şikayətinə etiraz təqdim edilməmişdir.
c) Məhkəmə icraatı iştirakçılarının izahatları.
18. Məhkəmə iclasında İddiaçı nümayəndəsi və vəkili Vəkil1 apellyasiya şikayətini müdafiə edərək onun məzmununa uyğun izahat verib təmin edilməsini xahiş etdi.
19. Məhkəmə iclasında Cavabdeh2 nümayəndəsi və vəkili Vəkil3 apellyasiya şikayətinə etiraz edərək əsassız olduğundan təmin olunmamasını, qətnamənin isə dəyişdirilmədən saxlanılmasını xahiş etdi.
20. İşə baxılmasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq müstəqil tələb irəli sürməyən üçüncü şəxs X14 məhkəmə iclasında iştirak etməmiş və səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən, mülki işə 3-cü şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilməsi nəzərdə tutula bilən maddi və prosessual hüquq normaları:
21. Azərbaycan Respublikasının Mülki Məcəlləsi:
Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Maddə 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Maddə 1096.2. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Maddə 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Maddə 1097.3. Qanunla zərərvuranın təqsiri olmadıqda da (obyektiv surətdə hüquqa zidd əməl üçün) zərərin əvəzinin ödənilməsi nəzərdə tutula bilər. Maddə 1099.1. Hüquqi və ya fiziki şəxs öz işçisinin törətdiyi mülki hüquq pozuntusu (delikt) üçün məsuliyyət daşıyır və əmək (qulluq, mənsəb) vəzifələrinin icrası zamanı işçisinin vurduğu zərərin əvəzini ödəməlidir. Maddə 1099.2. Bu Məcəllənin bu fəslində nəzərdə tutulan qaydalara tətbiqən, işçi əmək müqaviləsi əsasında iş görən fiziki şəxsdir, habelə mülki hüquq müqaviləsi üzrə iş görən fiziki şəxsdir, bir şərtlə ki, bu zaman o, müvafiq hüquqi və ya fiziki şəxsin tapşırığı ilə və işlərin təhlükəsiz aparılmasına onun nəzarəti altında fəaliyyət göstərsin və ya fəaliyyət göstərməli olsun.
22. «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2002-ci il tarixli qərarına əsasən, mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyriəmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyrimaddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşları hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O həm vurulmuş əmlak zərəri ilə birlikdə, yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehlərin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır.
23. «Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2008-ci il tarixli 7 nömrəli qərarın 1-ci bəndində qeyd olunur ki, «İnsan hüquqlarının və X8 Haqqında Konvensiya»nın 41-ci maddəsinə və Avropa İnsan Hüquqları məhkəməsinin presedentlərinə əsasən mənəvi zərər şəxsə qeyriəmlak, habelə əmlak zərəri vurulduqda ödənilə bilər. Konkret hüququ münasibəti üzrə milli qanunvericilik aktında mənəvi zərərin ödənilməsinin mümkünlüyü barədə birbaşa göstərişin olmaması bu barədə tələbin rədd edilməsi üçün əsas deyildir. Həmin qərarın 2-ci bəndinə qeyd edilir ki, Azərbaycan Respublikası qanunvericiliyinin, «İnsan hüquqlarının və X8 haqqında Konvensiya»nın müddəaları və Avropa İnsan hüquqları Məhkəməsinin presedentləri baxımından «mənəvi zərər»anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Mənəvi zərərin ödənilməsi ilə əlaqədar qanunvericiliyin müddəaları nəzərə alınmaqla şəxsə mənəvi zərər vurulması onun yaxın qohumlarını və ya iş yerini itirməsi, fəal ictimai həyat tərzindən məhrum olması, şəxsi, ailə və tibbi sirlərinin açıqlanması, şərəf, ləyaqət və işgüzar nüfuzunun ləkələnməsi, hər hansı başqa hüquqlarının müvəqqəti olaraq məhdudlaşdırılması və ya həmin hüquqlardan məhrum olması, sağlamlığına xəsarət yetirilməsi və s. hallarda özünü büruzə verə bilər. Mənəvi sarsıntı və iztirabın ağırlıq dərəcəsi mənəvi zərərin ödənilməsi tələbinin rədd edilməsi üçün əsas deyildir. Həmin qərarın 7-ci bəndində qeyd olunur ki, məhkəmələr nəzərə almalıdırlar ki, mənəvi zərərin əvəzi bir qayda olaraq pulla müəyyən edilir və ödənilir.
24. «Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2008-ci il tarixli qərarda eyni zamanda göstərilmişdir ki, “Mənəvi zərərin miqdarı işin konkret hallarından asılı olaraq məhkəmə tərəfindən müəyyən edilir. Bu zaman mənəvi zərərin baş verməsinə səbəb olmuş hərəkətin və ya hərəkətsizliyin təhlükəlilik dərəcəsi, bunun nəticəsində zərərçəkmişin keçirdiyi mənəvi iztirab və sarsıntıların xarakteri və ağırlığı, zərərvuran şəxsin təqsiri (qəsd və ehtiyatsızlıq) və əmlak vəziyyəti, zərərçəkən şəxsin fərdi xüsusiyyətləri (azyaşlı və yaxud qadın olması, səhhəti ilə əlaqədar mənəvi sarsıntı və iztibarlara dözümü, peşə və sənəti, cəmiyyətdə nüfuzu və s.) habelə işin sair diqqətəlayiq halları nəzərə alınmalıdır. Zərərin məbləği ağlabatan və ədalətli olmalıdır.
25. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 23-cü maddəsinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 24 aprel 2020-ci il tarixli qərarına göstərilir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 23-cü maddəsi şəxsin hüquqa zidd hərəkətlər nəticəsində öldüyü və ya sağlamlığına zərər vurulduğu halda onun yaxınlarının, o cümlədən ailə üzvlərinin keçirdikləri mənəvi sarsıntı və iztiraba görə təzminat almaq hüququnu ehtiva edir. Ölmüş və ya sağlamlığına zərər vurulmuş şəxsin yaxınları, o cümlədən ailə üzvləri keçirdikləri mənəvi sarsıntı və iztirabın dərəcəsinə, zərərçəkmiş şəxsə yaxınlıq dərəcəsinə və s. amillərə müvafiq olaraq birgə və ya ayrı-ayrılıqda təzminat almaq hüququna malikdirlər. Ölmüş və ya sağlamlığına zərər vurulmuş şəxsin yaxınlarından, o cümlədən ailə üzvlərindən birinin mənəvi zərərə görə təzminat almış olduğu halda, digərlərinin təzminat tələbi bu Qərarın təsviri-əsaslandırıcı hissəsində göstərilən mütənasiblik və ədalətlilik meyarlarına uyğun olaraq işə baxan məhkəmə tərəfindən həll edilməlidir. Məhkəmələr tərəfindən mənəvi zərərə görə təzminatın miqdarı müəyyən edilərkən hüquqa zidd əməlin növü, dərəcəsi, davam etdiyi müddət, hansı şəraitdə, mühitdə baş verməsi və digər amillər nəzərə alınmalıdır.
26. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1099 və 1108-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun xx.xx.2022-ci il tarixli Qərarı: ........... Belə ki, Mülki Məcəllənin 1099.1-ci maddəsinə əsasən, hüquqi və ya fiziki şəxs öz işçisinin törətdiyi mülki hüquq pozuntusu (delikt) üçün məsuliyyət daşıyır və əmək (qulluq, mənsəb) vəzifələrinin icrası zamanı işçisinin vurduğu zərərin əvəzini ödəməlidir. Həmin Məcəllənin 1099.2-ci maddəsinə müvafiq olaraq, işçi əmək müqaviləsi əsasında iş görən fiziki şəxsdir, habelə mülki hüquq müqaviləsi üzrə iş görən fiziki şəxsdir, bir şərtlə ki, bu zaman o, müvafiq hüquqi və ya fiziki şəxsin tapşırığı ilə və işlərin təhlükəsiz aparılmasına onun nəzarəti altında fəaliyyət göstərsin və ya fəaliyyət göstərməli olsun. Göstərilən maddədə işəgötürən dedikdə, əmr, tapşırıq və təlimatlarına əsasən, habelə nəzarəti altında başqasının – işçinin göstərmiş olduğu xidmətlərdən, yerinə yetirdiyi işdən öz mənfəəti üçün yararlanan şəxs olmaqla yalnız əmək müqaviləsi üzrə deyil, həm də mülki hüquq müqavilələri (tapşırıq, podrat və s.) üzrə fiziki şəxslərin əməyindən yararlanan şəxslər nəzərdə tutulmuşdur. İşəgötürənin məsuliyyətinin əsasını tapşırıq, əmr və göstərişlərinin icrası ilə bağlı görülən işin lazımi qaydada təşkil edilməməsi, tələb olunan diqqət və qayğının göstərilməməsi təşkil edir. Görüləcək işi zehni və fiziki qabiliyyətlərinə uyğun peşəkar şəxslərə (işçilərə) həvalə etmək, zəruri təlimat və tapşırıqlar vermək və icrasına nəzarət etmək obyektiv olaraq işəgötürənin vəzifəsidir. Məhz bu obyektiv vəzifənin lazımınca yerinə yetirilmiş olmaması baxımından qanunverici işəgötürənin işçisinin vurmuş olduğu zərərə görə məsuliyyətə cəlb edilməsini zəruri hesab etmişdir. Odur ki, Mülki Məcəllənin 1099-cu maddəsi öz mənafeyi üçün başqalarının əməyindən (xidmətlərindən) yararlanan şəxslərin – işəgötürənin həmin işin icrası ilə əlaqədar üçüncü şəxslərə dəymiş zərəri qarşılamaq öhdəliyini müəyyən etmişdir. Nəzərə alınmalıdır ki, bu halda işəgötürənin məsuliyyəti təqsirsiz məsuliyyətdir və bu məsuliyyət işəgötürənin mənafeyi üçün və onun nəzarəti altında görülən işin lazımi qaydada, zəruri ehtiyatlılığın tələb etdiyi tərzdə təşkil edilməməsindən irəli gəlir. Məqsəd işəgötürəni onun nəzarəti altında görülən işlərin yerinə yetirilməsi ilə əlaqədar yarana biləcək zərərləri, arzuolunmaz nəticələri önləyici (preventiv) tədbirləri görməyə məcbur etməklə üçüncü şəxsləri, bütövlükdə cəmiyyəti qorumaqdır. Mülki Məcəllənin 1099-cu maddəsi üzrə öz işçisi tərəfindən törədilmiş mülki hüquq pozuntusuna görə məsuliyyətə cəlb etmək üçün, hüquqi və ya fiziki şəxsin yerinə yetirilməsi əsnasında üçüncü şəxslərə zərər yetirilmiş iş üzərində nəzarətinin, hakimiyyətinin olması mütləqdir. Digər zəruri şərt baş vermiş hüquq pozuntusu ilə görülən iş arasında funksional bağlılığın, səbəbli-nəticə əlaqəsinin olmasıdır. Bunun müəyyən edilməsi üçün isə işin faktiki halları, əmək müqaviləsi üzrə işçinin əmək funksiyaları diqqətlə araşdırılmalıdır. Əmək müqaviləsi (kontraktı) işəgötürənlə işçi arasında fərdi qaydada bağlanan əmək münasibətlərinin əsas şərtlərini, tərəflərin hüquq və vəzifələrini əks etdirən yazılı müqavilədir. Əmək (qulluq, mənsəb) vəzifələrinin icrası dedikdə, əmək müqaviləsində nəzərdə tutulan vəzifə (peşə) üzrə işlərin (xidmətlərin), həm də əmək müqaviləsində nəzərdə tutulmayan, lakin işəgötürən tərəfindən ona tapşırılan digər işlərin yerinə yetirilməsi başa düşülür. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 57-ci maddəsində isə işçinin əmək funksiyasının dairəsi konkretləşdirilərək müəyyən edilmişdir ki, işəgötürən işçinin əmək funksiyasının əmək müqaviləsində nəzərdə tutulan bir və ya bir neçə vəzifə, ixtisas, yaxud peşə üzrə yerinə yetirməli olduğu müvafiq işin, göstərməli olduğu xidmətin dairəsini dəqiq və birmənalı müəyyən etməlidir. Qeyd edilməlidir ki, işçi ilə hüquqi şəxs (fiziki şəxs) arasında əmək müqaviləsi olmadan da faktiki əmək münasibətləri mövcud ola bilər. Məsələn, avtomobilə zərər vuran şəxsin avtoyuma məntəqəsinin ərazisində iş vaxtı xüsusi geyimdə olması, avtoyuma məntəqəsinin digər işçilərindən göstərişlər alması və faktiki olaraq əmək funksiyalarının yerinə yetirilməsi barədə digər sübutlar əsasında məhkəmə işçi ilə hüquqi şəxs (fiziki şəxs) arasında faktiki əmək münasibətləri olması qənaətinə gələ bilər. Onu da nəzərə almaq lazımdır ki, tərəflər arasında əmək münasibətləri işlərin (xidmətlərin) əvəzçilik və ya müvəqqəti əvəzetmə qaydasında yerinə yetirilməsi ilə bağlı da yarana bilər. Həmçinin işçi tərəfindən əmək vəzifələrinin iş vaxtından sonra icra edilməsi halında dəymiş zərərə görə də hüquqi (fiziki) şəxs işəgötürən olaraq məsuliyyət daşıyır. Zərərçəkən Mülki Məcəllənin 1099-cu maddəsi üzrə iddia irəli sürərkən məruz qalmış olduğu zərərə, onun məbləğinə, şəxsin hüquqa zidd davranışına, sonuncunun işəgötürənin (cavabdehin) işçisi olduğuna, hüquqa zidd davranışla zərər arasında səbəbli-nəticə əlaqəsinin olmasına dair sübutları təqdim etməlidir.
27. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:
Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Maddə 217.4 Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Maddə 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Maddə 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Maddə 384.0. və 384.0.2. Apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Maddə 385.1., 385.1.1, 385.1.4. Maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi, birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Maddə 386. Maddi hüquq normaları o halda pozulmuş və ya düzgün tətbiq olunmamış hesab edilir ki, birinci instansiya məhkəməsi hüququn tətbiq edilməsində səhv buraxsın, tətbiq edilməli olan qanunu və ya digər normativ hüquqi aktı tətbiq etməsin, yaxud qanunu səhv təfsir etsin. Maddə 387.1. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi qətnamənin və ya qərardadın ləğv edilməsinə yalnız o halda əsas olur ki, bu, düzgün olmayan qətnamənin və ya qərardadın qəbul edilməsinə səbəb olsun. Maddə 390. Məhkəmənin qətnamədə və ya qərardadda göstərdiyi dəlillərin işin hallarına uyğun olmaması o hallarda hesab edilir ki, məhkəmə müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə səhv nəticəyə gəlmiş olur. Maddə 420. Kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir.
Apellyasiya baxışının hədləri:
28. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, apellyasiya şikayətində göstərilən dəlillər qətnamənin ləğv edilməsi və iddianın qismən təmin olunması üçün əsasdır.
29. Konstitusiya Məhkəməsinin Plenumunun Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair 20 may 2011-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.
30. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının 14 oktyabr 2020-ci il tarixli 04/2020 nömrəli qərardadına əsasən apellyasiya və kassasiya qaydasında məhkəmə aktları müvafiq olaraq şikayətə və ya şikayət verən şəxsə münasibətdə deyil, mübahisələndirilən hissədə yoxlanılmalıdır. Məhkəmə aktlarının bir tərəfin(və ya tərəflərin) apellyasiya və ya kassasiya şikayəti əsasında yoxlanılmış hissələrinin, sonradan şikayət vermiş digər tərəfin şikayəti üzrə təkrarən apellyasiya və ya kassasiya qaydasında yoxlanılması yolverilməzdir.
31. Apellyasiya şikayətinin nəticə hissəsindən, eləcə də, şikayətin məzmunundan görünür ki, iddia təmin edilmədiyi üçün şikayətin obyektini qətnamənin tam hissəsi (obyekt apellyasiya tələbləri ilə məhdudlaşır), predmetini isə birinci instansiya məhkəməsinin verilmiş tələblərə baxılması və onların həlli zamanı iddia olunan pozuntuların dairəsi təşkil edir. Şikayətin predmeti də qətnamənin ləğv edilməsi üçün əsas ola biləcək dəlillərlə məhdudlaşır.
32. Demək, mülki prosessual qanunvericiliyin tələbinə və Konstitusiya Məhkəməsi Plenumunun və Ali Məhkəmənin qeyd olunan qərarlarına əsasən qətnamə apellyasiya şikayəti üzrə tam yoxlanılmalıdır.
Apellyasiya instansiya məhkəməsinin mövqeyi:
33. İddanın faktiki əsası (faktiki hallar) tələbin qanuni əsasının şərtlərinə uyğun olduğundan, yəni dispozisiya əlamətləri ilə uzlaşdığından birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə düzgün olmamışdır.
34. Çünki irəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa (habelə cavabdehin etiraz və müdafiə hüquqlarına görə aradan qalxmırsa) iddia haqlı sayıla bilər, uzlaşmırsa əsassız hesab edilməlidir. İkinci halda hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmış olur. Bu halda əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Hazırki işdə iddianın faktiki halları yuxarıda qeyd olunan normaların dispozisiya şərtləri ilə uzlaşdığından, üstəlik etiraz və müdafiə hüquqlarına görə də aradan qalxmadığından iddia haqlı sayılır.
35. Mülki Prosessual Məcəllənin 420-ci maddəsinə əsasən kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir. Kassasiya instansiyası məhkəməsi tərəfindən də maddi və prosessual hüquq normalarının pozulub-pozulmamasının yoxlanılması məqsədilə işin faktiki halları və tərəflərin qarşılıqlı münasibətləri diqqətlə nəzərdən keçirilmiş və apellyasiya instansiyası məhkəməsi üçün hüquqi mövqe baxımından icrası məcburi olan qəti göstərişlər verilmişdir.
36. İşə baxan kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin qətnaməsi ilə, yəni iddianın rədd edilməsi ilə bağlı qənaəti ilə razılaşmamış, qərarında apellyasiya instansiyası məhkəməsi üçün icrası məcburi olan göstərişlər vermişdir. Bu göstərişlərin məzmununda mübahisənin onların məzmununa uyğun həll edilməli olduğuna dəlalət edən arqumentlər çoxluq təşkil edir.
37. Əlbətdə ki, bu cür mübahisənin düzgün həlli üçün yuxarıda sadalanan maddi hüquq normalarının dispozisiya şərtlərinin mövcudluğunu sübuta yetirmək yükünün tərəflərdən hansının üzərinə düşdüyü düzgün müəyyən olunmalıdır. Təbii ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməyə borcludur.
38. Ancaq konkret mübahisəyə baxarkən hansı halların sübuta yetirilməli olduğunu məhkəmə müəyyən etdikdən sonra sübutetmə yükünün də hansı tərəfin üzərinə düşdüyü müəyyən edilməlidir. Bir qayda olaraq sübutetmə yükü iddiaçının üzərinə düşür. Lakin bu qaydadan istisnalar da ola bilir. Çünki qanunla sübutetmə yükü qarşı tərəfin üzərinə qoyula bilər və ya qarşı tərəf mövcud vəziyyətin əksi olan yeni bir hala istinad edirsə sübutetmə yükü artıq onun üzərinə düşəcəkdir.
39. Məhkəmə tərkibi vurğulayır ki, işin həqiqi hallarının düzgün müəyyən edilməsi, əslində tərəflər arasında hansı hüquq münasibətlərinin yaranması, davam etməsi və xitam olunmasının düzgün müəyyən edilməsi, mübahisənin düzgün və qanuna uyğun həllini asanlaşdırır. İşin həqiqi hallarını dəqiq müəyyən edilməsi, həm də tərəflərdən hansının hüquqlarının pozulduğunu, kimin pozduğunu, qorunmalı olan hüququn və mənafenin kimə aid olduğunu düzgün müəyyən etməyi mümkün edir. Bu mənada məhkəmə tərkibi birinci instansiya məhkəməsinin iddia üzrə işin halları və tərəflərin qarşılıqlı münasibətləri baxımından iddianı tam rədd etməklə düzgün nəticəyə gəlmədiyini müəyyən etdi. Çünki hüququn tətbiq edilməsində səhv buraxaraq tətbiq etdiyi maddi hüquq normasını(MM 1099) səhv təfsir etmiş, həmçinin qətnamədə göstərdiyi dəlilləri işin hallarına uyğun olmamış, yəni müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə səhv nəticəyə gəlmiş, Bu hallar da məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsas sayılır. Bununla əlaqədar, iddia tələbinin və apellyasiya şikayətinin dəlilləri ilə əlaqədar hüquqi dəyərləndirmə aparılmasını məhkəmə tərkibi zəruri hesab edir.
40. Əvvəla, iddiaçı tərəfindən iddia tələbinin əsası kimi istinad etdiyi hallara dair məhkəməyə təqdim edilməsi mümkün olan sübutlar təqdim edilmişdir. Konstitusiya Məhkəməsinin yuxarıda qeyd olunan qərarında da göstərilib ki, zərərçəkən Mülki Məcəllənin 1099-cu maddəsi üzrə iddia irəli sürərkən məruz qalmış olduğu zərərə, onun məbləğinə, şəxsin hüquqa zidd davranışına, sonuncunun işəgötürənin (cavabdehin) işçisi olduğuna, hüquqa zidd davranışla zərər arasında səbəbli-nəticə əlaqəsinin olmasına dair sübutları təqdim etməlidir.
41. Belə ki, məhkəmənin qanuni qüvvəyə minmiş ittiham hökmünə əsasən Cavabdeh2 işçisi X6 20 may 2017-ci il tarixdə hüquqa zidd davranışı nəticəsində yol nəqliyyat hadisəsi baş verən zaman 5 yaşı olan iddiaçının anası X3 ölməsi işin mübahissiz halıdır. MPM-in 82.4-cü maddəsinə əsasən, məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. Göründüyü kimi, məhkəmənin qanuni qüvvəyə minmiş hökmü mülki işə baxılarkən hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir.
42. Buna baxmayaraq, birinci instansiya məhkəməsi yüksək təhlükə mənbəyi hesab edilən “İsuzu Ecobus” markalı **-ZC-*** dövlət qeydiyyat nişanlı avtobus iş üzrə Cavabdeh2 məxsus olsa da, yol nəqliyyat hadisəsi zamanı qanuni əsas üzrə (yol vərəqəsi) avtobusu X14 idarə etdiyini, mülki iş üzrə zərərin baş verməsi birmənalı olaraq X6 qanunsuz hərəkətlərinin (hərəkətsizliyinin) nəticəsi olduğunu və o, bu əmələ görə təqsirli bilindiyini, avtobusun mülkiyyətçisi olan cavabdehin hərəkətlərində qanunsuzluq olmadığını, hadisə ilə səbəbli əlaqə müəyyən edilmədiyini, zərərvuran şəxsin cavabdehin işçisi olması, cavabdehin qanunsuz hərəkətləri nəticəsində baş verməsi və ya cavabdehin hərəkətləri ilə mənəvi zərər arasında səbəbli əlaqənin olması sübuta yetirilmədiyini, bu baxımdan, yol-nəqliyyat hadisəsi üzrə mülkiyyətçi Cavabdeh2 mülki hüquqi məsuliyyətinin istisna olunduğunu göstərib. Ancaq məhkəmə Sahib Salmanovun iddiaçı qarşısında nəyə görə mülki hüquqi məsuliyyət daşımamalı olduğunu səhv təfsir etdiyi Mülki Məcəllənin 1099.1-ci maddəsinin tələbləri baxımından əsaslandırmalı idi. Əksinə özü müəyyən edir ki, avtobus iş üzrə Cavabdeh2 məxsus olsa da, yol nəqliyyat hadisəsi zamanı qanuni əsas üzrə (yol vərəqəsi) X14 idarə edərkən zərər vurulub.
43. Demək ki, məhkəmə MM 1099.1-ci maddəsinin dispozisiya şərtləri baxımından hüquqi dəyərləndirmə aparmağa borclu idi. Çünki özü də müəyyən edib ki, Cavabdeh2 fərdi sahibkar kimi avtobusu yol vərəqi əsasında Tahir Bəhrəmova 146 saylı marşurut xətti üzrə şəhər daxili və şəhər ətrafı sərnişin daşınması üçün verib və hadisə də həmin vaxt baş verib.
44. Əlbətdə ki, Tahir Bəhrəmov cinayət qanunu ilə nəzərdə tutulan əməli törətməsinə görə cinayət məsuliyyətinə cəlb edilib və iddiaçı qarşısında vurduğu zərərə görə mülki hüquqi məsuliyyət daşımalı olduğu da istisna olunmur. Eyni zamanda Cavabdeh2 cinayət məsuliyyətinə cəlb edilməməsi də, onu hazırkı iddia üzrə mülki hüquqi məsuliyyətdən azad etmir. X19 törətdiyi hüquq pozuntusunda onun təqsiri olmasa da, hazırkı iddia üzrə təqsirsiz də olsa məsuliyyət daşımalıdır. Bununla bağlı, Konstitusiya Məhkəməsinin yuxarıda qeyd olunan qərarında da hüquqi mövqe formalaşıb. Yəni, Cavabdeh2 işçisi olmuş Tahir Bəhrəmovun törətdiyi mülki hüquq pozuntusu (delikt) üçün məsuliyyət daşıyır və MM 1099.1-ci maddəsinə əsasən vurduğu zərərin əvəzini ödəməlidir.
45. Məhkəmə tərkibi vurğulayır ki, hazırkı iş üzrə MM-in 1099-cu maddəsinin təfsiri kimin üçünsə genişləndirici kimi görünə bilər. Məsələn, düşünülə bilər ki, Tahir Bəhrəmovun cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətməsi nəticəsində iddiaçıya mənəvi zərər vurub, bu əməlin, yəni cinayət əməlinin törədilməsində Cavabdeh2 cinayət məsuliyyətinə cəlb edilməyib, buna görə də hazırkı iddia üzrə də mülki hüquqi məsuliyyətə cəlb edilməməlidir. Ancaq cavabdeh Mülki Məcəllənin 1099-cu maddəsinin tələbləri baxımından ona görə məsuliyyət daşımalıdır ki, o, öz mənafeyi üçün Tahir Bəhrəmovun əməyindən(xidmətlərindən) yararlandığına görə qeyd olunan avtobusun sərnişin daşıma fəaliyyəti ilə əlaqədar istismarı zamanı vurulan istənilən zərəri qarşılamaq öhdəliyi də vardır.
46. Bir daha qeyd olunur ki, burada Cavabdeh2 məsuliyyəti təqsirsiz məsuliyyətdir və bu məsuliyyət onun mənafeyi üçün və onun nəzarəti altında görülən işin lazımi qaydada, zəruri ehtiyatlılığın tələb etdiyi tərzdə təşkil edilməməsindən irəli gəlir. Burada Mülki Məcəllənin 1099-cu maddəsinin məqsədi cavabdehi onun nəzarəti altında görülən işlərin yerinə yetirilməsi ilə əlaqədar yarana biləcək zərərlərin, arzuolunmaz nəticələrin baş verməməsi üçün qabaqlayıcı tədbirləri görməyə məcbur etməklə üçüncü şəxsləri, o cümlədən hazırkı işdə iddiaçını və bütövlükdə cəmiyyəti qorumaqdan ibarətdir.
47. Göstərilənlərlə yanaşı, Mülki Məcəllənin 1099.1 və 1114.1-ci maddəsinin tələbləri baxımından da, iddiaçı tərəfindən tələb olunan və məhkəmə tərəfindən müəyyən ediləcək mənəvi zərərin tam olaraq Cavabdeh2 tutulması və iddiaçıya ödənilməsi düzgündür. Çünki qeyd olunan maddələrin tələbinə əsasən Cavabdeh2 öz işçisi olan şəxsin törətdiyi mülki hüquq pozuntusuna görə məsuliyyət daşımalı və və əmək (qulluq, mənsəb) vəzifələrinin icrası zamanı işçisinin vurduğu zərərin əvəzini ödəməlidir. Bununla yanaşı, Mülki Məcəllənin 1114.1-ci maddəsinə əsasən cavabdeh zərərin əvəzini ödədikdən sonra, əgər qanunla ayrı miqdar müəyyənləşdirilməyibsə, ödənilmiş əvəz miqdarında geriyə tələb (reqres) hüququ vardır. 48.Göstərilənlərlə yanaşı, iddiaçı cavabdehdən vurulmuş mənəvi zərərə görə 20.000.000 (iyirmi milyon)manat tələb edib. Əlbətdə ki, baş vermiş hadisə ilə bağlı iddiaçının mənəvi sarsıntı və iztirab keçirməsi, bunun nəticəsində isə fiziki əzab çəkməsi birmənalı olduğundan qeyd olunan məbləğin də ona vurulmuş mənəvi zərəri aradan qaldıracağı inandırıcı və ağlabatan görünməyə bilər. Çünki maddi vəsait məbləğindən asılı olmayaraq heç də həmişə vurulmuş mənəvi zərəri kompensasiya edə bilmir. Lakin tələb edilən məbləğin vurulmuş mənəvi zərərə uyğunluğu da əsaslandırılmalı idi. Yəni, iddiaçı tələb etdiyi məbləğlə ona vurulan mənəvi zərərin nəticələrinin aradan qaldırılacağını da göstərmir. Əksinə, keçirdiyi mənəvi sarsıntı və iztirabların maddi formada dəyərinin müəyyən etməyin qeyri-mümkün olduğunu iddiasında özü də təsdiq edir.
49. Cavabdeh tərəfin baş vermiş hadisədə məsuliyyətdən yayınmağa cəhd etməsi anlaşılan ola bilər. Lakin bu da o anlama gəlməməlidir ki, iddiaçı mənəvi sarsıntı keçirməsini əsaslandıra bilməyib. Başqa sözlə, cavabdeh iddiaçının mənəvi sarsıntı keçirməsinə inanmaya bilməz. Əlbəttə ki, mənəvi sarsıntının və iztirabın nə olduğunu yalnız o halı yaşayan fiziki şəxs anlaya bilər. Mülki məsuliyyətdən yayınmaq xatirinə uğursuz dəlillərdən istifadə etmək isə yolverilməzdir. Çünki iddiaçının mənəvi sarsıntı və iztirab keçirməsinə onun uşaq ikən anasını itirməsi faktı birbaşa əsasdır və əlavə sübuta lüzum yoxdur.
50. Bununla yanaşı, iddiaçının təzminat tələbi mütənasiblik və ədalətlilik meyarlarına uyğun olmalıdır. Çünki mənəvi zərərə görə təzminatın miqdarı müəyyən edilərkən hüquqa zidd əməlin növü, dərəcəsi, davam etdiyi müddət, hansı şəraitdə, mühitdə baş verməsi və digər amillər nəzərə alınmalıdır. Bununla əlaqədar, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 23-cü maddəsinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 24 aprel 2020-ci il tarixli qərarında da hüquqi mövqe formalaşmışdır. Yəni, iddiaçının təzminat almaq hüququ inkar olunmur. Lakin bu təzminatın məbləğinin az olması qətiyyən o anlama gəlməməlidir ki, iddiaçı daha az mənəvi sarsıntı və iztirab keçirmişdir.
51. Göstərilənlərə baxmayaraq, məhkəmə tərkibi belə qənaətə gəlir ki, bu hissədə iddiaçı ilə yanaşı, cavabdehin vəziyyəti, yəni təqsirsiz məsuliyyət daşıması nəzərə alınmalı və mənəvi zərərin əvəzinin miqdarı 10000(on min) manat müəyyən edilməlidir. Bu qənaətə gələrkən, yəni mənəvi zərərə görə təzminatın miqdarı müəyyən edilərkən hüquqa zidd əməlin növü, təqsirin forması, zərərin məhz cavabdehin aktiv hərəkətləri ilə vurulmadığı, hadisənin davam etdiyi müddət, hansı şəraitdə, mühitdə baş verməsi və digər amillər nəzərə alınır.
52. Şərh olunanlara əsasən, İddiaçı apellyasiya şikayəti qismən təmin edilməli; mülki iş üzrə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)- 5008/2024 saylı, 17 dekabr 2024-cü il tarixli qətnaməsi ləğv edilərək iddia qismən təmin edilməli və Cavabdeh2 mənəvi zərərin əvəzi kimi 10.000 (on min) manat tutularaq İddiaçı ödənilməlidir.
53. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384.0.2, 392, 393, 402.1 və 405-ci maddələrini rəhbər tutaraq apellyasiya instansiyası məhkəməsi
qətetdi:
İddiaçı apellyasiya şikayəti qismən təmin edilsin. Mülki iş üzrə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)- 5008/2024 saylı, 17 dekabr 2024-cü il tarixli qətnaməsi ləğv edilsin və iddia qismən təmin edilsin. Cavabdeh2 mənəvi zərərin əvəzi kimi 10.000 (on min) manat tutularaq İddiaçı ödənilsin. Qətnamədən, işdə iştirak edən şəxslərə rəsmi qaydada təqdim edildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.