Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-5954/2025 19.01.2026 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər X1 (sədrliyi və məruzəsi ilə), Abbasova Günel Məhərrəm qızı və Məmmədov Məmməd Allahverdi oğlundan ibarət tərkibdə, hakim köməkçisi Həsənova Ləman Rasim qızının katibliyi ilə, İddiaçı Ağaəli qızının cavabdehlər Cavabdeh1 MMC-yə və Cavabdeh2 qarşı “mənəvi zərərin əvəzinin ödənilməsi” tələbinə dair Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin 2(005)-1371/2025 saylı işi üzrə xx.xx.2025-ci il tarixli qətnaməsindən Cavabdeh1 MMC tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı Ağaəli qızının cavabdehlər Cavabdeh1 MMC-yə və Cavabdeh2 qarşı “mənəvi zərərin əvəzinin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı Ağaəli qızına dəymiş mənəvi zərərin əvəzi olaraq 40000 manat pul vəsaitinin cavabdehlər Cavabdeh1 MMC və Cavabdeh2 müştərək qaydada tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin 2(005)-1371/2025 saylı işi üzrə xx.xx.2025-ci il tarixli qətnaməsi ilə (Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1, 21.2, 21.3, 1096.1, 1097.1, 1099.1, 1099.2, 1108.1, 1108.3, 1108.1; Mülki Prosessual Məcəlləsinin 77.1, 82.3, 82.4, 88, 106.1, 217.4, 217.5-ci maddələrinə istinadən) iddianın qismən təmin edilməsi, cavabdehlər "Çinar-Trans” MMC və Cavabdeh2 müştərək qaydada 25000 manat məbləğində pul vəsaiti və 210 manat dövlət rüsumunun İddiaçı Ağaəli qızının xeyrinə tutulması, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir. Cavabdeh apellyasiya şikayəti verərək, Bakı şəhəri, Nərimanov Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, -2(005)-1371/2025 saylı qətnaməsinin "Çinar-Trans ” MMC-yə aid hissəsində ləğv edilərək, həmin hissədə iddia tələbinin rədd olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı Ağaəli qızının nümayəndəsi Vəkil elektron məhkəmə vasitəsilə iddiaçı və cavabdeh tərəfindən birgə ərizə, eyni zamanda barışıq sazişi təqdim etmişdir. Birgə ərizədə qeyd edilmişdir ki, tərəflər barışıq sazişinin məhkəmə tərəfindən təsdiq edilməsini və iş üzrə icraata xitam verilməsini xahiş edirlər. Barışıq sazişindən görünür ki, e-2(005)-5944/2025 saylı mülki iş üzrə İddiaçı nümayəndəsi və vəkili Vəkil şəxsində və Cavabdeh1 nümayəndəsi Nümayəndə (bundan sonra birlikdə “Tərəflər” adlandırılacaqdır) aşağıdakı şərtlərlə razılığa gəlir və barışıq sazişi imzalayırlar: 1. Tərəflər razılaşır ki, cavabdeh ilkin olaraq xx.xx.2026-ci il tarixinə qədər iddiaçıya 2500 (iki min beş yüz) manat və bundan sonra isə 2026-ci ilin fevral ayının 1-dən başlayaraq 2026-ci ilin iyun ayının 1-nə qədər (yəni ilkin ödənişdən sonra 5 ay ərzində) hər ay 2000 (iki min) manat olmaqla toplam 12500 (on iki min beş yüz) manat pul vəsaitini iddiaçıya ödəyir. Bunun müqabilində isə iddiaçı Nərimanov Rayon Məhkəməsinin icraatında olmuş e-2(005)- 1371/2025 saylı mülki işi üzrə qəbul edilmiş xx.xx.2025-ci il tarixli, 2(005)-1371/2025 saylı qətnaməsindən imtina edir və cavabdeh ilə bağlı hər hansı iddia tələbi qalmayacaqdır. 2. Bu Saziş bağlanılmaqla onların arasında olmuş bütün mübahisələr həll edilmiş sayılır və bundan sonra qeyd olunan məsələ və ona aid olan digər məsələləri ilə bağlı “Tərəflər” arasında heç bir iddia tələbi qalmayacaqdır. 3. Bu sazişi imzalamaqla, “Tərəf”- lər barışıq sazişinin bağlanmasının prosessual nəticələri barədə tam məlumatlı olduqlarını təsdiq edirlər. 4. Bu barışıq sazişinin təsdiq edilməsi ilə “Tərəf”- lərin mülki iş üzrə (mübahisəsi) gələcəkdə birbirilərinə qarşı heç bir tələbi, iddiası və ya pretenziyası olmayacaqdır. 5. “Tərəf”- lər bu barışıq sazişinin şərtlərinin qanunvericiliyin tələblərinə zidd olmadığını və üçüncü şəxslərin heç bir hüququnu pozmadığını təsdiq və qəbul edirlər. 6. Barışıq sazişi 3 (üç) nüsxədə tərtib olunur və sazişin bir nüsxəsi məhkəmədə, qalan iki nüsxəsi “Tərəf”- lərdə qalır. 7. Bu Sazişin icra edilməsi və digər məsələlərlə bağlı Tərəflər arasında yaranan mübahisələr danışıqlar yolu vasitəsilə, buna nail olunmadıqda isə Azərbaycan Respublikasının aidiyyatı məhkəmə orqanları vasitəsilə həll ediləcəkdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin tələblərinə əsasən: 191.2. Hakim iddiaçının iddiadan imtina etməsini, cavabdehin iddianı etiraf etməsini və tərəflərin barışıq sazişini təsdiq edənə qədər onlara müvafiq prosessual hərəkətlərin nəticələrini izah edir. İddiaçı iddiadan imtina etdikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə və ya tərəflərin barışıq sazişini təsdiq etdikdə məhkəmə bu barədə qərardad çıxararaq, bu qərardadla eyni zamanda iş üzrə icraata xitam verir. Tərəflərin məhkəmə tərəfindən təsdiq edilən barışıq sazişinin şərtləri qərardadda göstərilməlidir. 262.4. İşin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə müraciət edilməsinə yol verilmir. 370.1. Apellyasiya şikayəti qəbul olunduqdan sonra iddiaçının iddiadan imtina etməsi və tərəflərin barışıq sazişi bağlaması apellyasiya instansiyası məhkəməsinə ünvanlanmış yazılı ərizələrdə ifadə olunmalıdır. 370.2. Ərizələrə baxılma qaydası, iddiadan imtinanın qəbul edilib-edilməməsinin, tərəflərin barışıq sazişinin təsdiq edilib-edilməməsinin nəticələri bu Məcəllənin 191-ci maddəsinin qaydaları ilə müəyyən olunur. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 52, 191, 261, 262, 370-ci maddələrinə iş materiallarını nəzərdən keçirib, prosessual qanunvericiliyin qeyd olunan müddəalarını rəhbər tutmaqla və təqdim olunmuş barışıq sazişinin şərtlərini tədqiq etməklə hesab edir ki, tərəflərin bağladıqları barışıq sazişi qanuna zidd deyildir və hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafelərini pozmur. Mübahisə edən tərəflərin iradələrinə uyğun olaraq aralarında bağlanılmış barışıq sazişi təsdiq olunmaqla, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilərək işin icraatına xitam verilməli və eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə müraciət edilməsinə yol verilməməsi diqqətə çatdırılmalıdır. Məhkəmə xərcləri üzrə kollegiya belə qənaətə gəlir ki, ödənilən dövlət rüsumu hissəsində məhkəmə xərcləri ödəyən tərəfin özünə aid edilməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 377, 384, 402-406-cı maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası q ə r a r a a l d ı: Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin 2(005)-1371/2025 saylı işi üzrə xx.xx.2025-ci il tarixli qətnaməsi ləğv edilsin və mülki iş üzrə icraata xitam verilsin. İddiaçı Ağaəli qızı və Cavabdeh1 MMC arasında aşağıdakı şərtlərlə bağlanılmış barışıq sazişi təsdiq edilsin:
1. Tərəflər razılaşır ki, cavabdeh ilkin olaraq xx.xx.2026-ci il tarixinə qədər iddiaçıya 2500 (iki min beş yüz) manat və bunda sonra isə 2026-ci ilin fevral ayının 1-dən başlayaraq 2026-ci ilin iyun ayının 1-ndə qədər (yəni ilkin ödənişdən sonra 5 ay ərzində) hər ay 2000 (iki min) manat olmaqla toplam 12500 (on iki min beş yüz) manat pul vəsaitini iddiaçıya ödəyir. Bunun müqabilində isə iddiaçı Nərimanov Rayon Məhkəməsinin icraatında olmuş e-2(005)- 1371/2025 saylı mülki işi üzrə qəbul edilmiş xx.xx.2025-ci il tarixli, 2(005)-1371/2025 saylı qətnaməsindən imtina edir və cavabdeh ilə bağlı hər hansı iddia tələbi qalmayacaqdır.
2. Bu Saziş bağlanılmaqla onların arasında olmuş bütün mübahisələr həll edilmiş sayılır və bundan sonra qeyd olunan məsələ və ona aid olan digər məsələləri ilə bağlı “Tərəflər” arasında heç bir iddia tələbi qalmayacaqdır.
3. Bu sazişi imzalamaqla, “Tərəf” - lər barışıq sazişinin bağlanmasının prosessual nəticələri barədə tam məlumatlı olduqlarını təsdiq edirlər .
4. Bu barışıq sazişinin təsdiq edilməsi ilə “Tərəf”- lərin mülki iş üzrə (mübahisəsi) gələcəkdə bir-birilərinə qarşı heç bir tələbi, iddiası və ya pretenziyası olmayacaqdır.
5. “Tərəf” - lər bu barışıq sazişinin şərtlərinin qanunvericiliyin tələblərinə zidd olmadığını və üçüncü şəxslərin heç bir hüququnu pozmadığını təsdiq və qəbul edirlər.
6. Barışıq sazişi 3 (üç) nüsxədə tərtib olunur və sazişin bir nüsxəsi məhkəmədə, qalan iki nüsxəsi “Tərəf”- lərdə qalır.
7. Bu Sazişin icra edilməsi və digər məsələlərlə bağlı Tərəflər arasında yaranan mübahisələr danışıqlar yolu vasitəsilə, buna nail olunmadıqda isə Azərbaycan Respublikasının aidiyyatı məhkəmə orqanları vasitəsilə həll ediləcəkdir. Qərardaddan işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası (“Elektron Məhkəmə” İnformasiya Sistemi) vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.