Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-5955/2022 24.08.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Kazımov Elşən Cələddin oğlunun sədrliyi və məruzəsi ilə, İsgəndərov Akif Əsgər oğlu və Kərimli İlham Əziz oğlundan ibarət tərkibdə, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-4471/2022 saylı, 17 iyun 2022-ci il tarixli qərardadından İddiaçı tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında yazılı icraat qaydasında baxaraq, müəyyənetdi: İddiaçı Cavabdeh qarşı barışıq sazişinin ləğvi və s. tələblərinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-4471/2022 saylı, 17 iyun 2022-ci il tarixli qərardadı ilə iddia ərizəsi və ona əlavə olunmuş sənədlər geri qaytarılmışdır. İddiaçı şikayət verərək həmin qərardadın ləğv edilməsini xahiş etmişdir. Şikayət bununla əsaslandırılmışdır ki, qərardadda hakim qeyd edir ki, iddia ərizəsi və ona əlavə edilmiş sənədlərlə birlikdə iddiaçıya geri qaytarılmalıdır. Hakim yazdığına əməl etməyərək yalnız çıxardığı qərardadın surətini ona göndərmişdir, ancaq ona əlavə edilən sənədləri geri qaytarmamışdır. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-4471/2022 saylı, 27 iyul 2022-ci il tarixli qərardadına əsasən şikayət təmin edilməmiş və baxılması üçün mülki işin materialları ilə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. İşdə iştirak edən şəxslərə şikayətə yazılı icraat qaydasında baxılacağı barədə məhkəmə bildirişi göndərilmiş və onlarda olan bütün sübutların, eləcə də şikayətə dair etiraz və ya izahatlarının təqdim edilməsi təklif edilmiş, lakin işdə iştirak edən şəxslər sübutlar, etiraz və ya izahatlarını məhkəməyə təqdim etməmişlər. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, şikayətdə göstərilənlər qərardadın ləğv edilməsi üçün əsas ola bilməz. Birinci instansiya məhkəməsi iddia ərizəsi və ona əlavə olunmuş sənədləri geri qaytararkən qənaətini bununla əsaslandırmışdır ki, iddiaçı qeyd edilmiş məhkəmə aktlarının icrası qaydasında həmin qərarları qəbul etmiş Abşeron Rayon Məhkəməsinə müraciət etməli olduğu halda Bakı şəhəri Xətai Rayon Məhkəməsinə müraciət etdiyindən iddia ərizəsində irəli sürülmüş tələblər iddia icraatı qaydasında deyil, qüvvədə olan qətnamənin və qərardadın icrası qaydasında həll olunmalı olduğundan, eyni zamanda barışıq sazişinin ləğv edilməsi səlahiyyəti həmin sazişi təsdiq etmiş məhkəməyə aid olduğundan iddia ərizəsi geri qaytarılmalıdır. Mülki Prosessual Məcəlləsinin 153.2.2-ci maddəsinə görə eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə mübahisəyə dair məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi və ya iddiaçının iddiadan imtina etməsi ilə əlaqədar iş üzrə icraata xitam edilməsi və ya tərəflərin barışıq sazişinin təsdiq edilməsi haqqında məhkəmənin qərardadı olarsa iddia ərizəsini qəbul etməkdən imtina edir Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, birinci instansiya məhkəməsinin iddia ərizəsini geri qaytararkən gəldiyi qənaət nəticə etibarı ilə düzgün olmuşdur. Çünki, iddiaçının tələbləri həm qeyri-müəyyəndir, həm də tələbin bir hissəsi üzrə tərəflərin barışıq sazişinin təsdiq edilməsi haqqında Abşeron Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2(012)-163/2020 nömrəli qərardadı mövcuddur. İddiaçı tərəfindən verilmiş şikayətin məzmunundan göründüyü kimi, şikayət formal mülahizələrdən ibarətdir. Yəni, iddiaçı ərizəsinin qaytarılmasına səbəb olan nöqsanı aradan qaldırmayaraq yenidən rayon məhkəməsinə müraciət etməklə nail olmağa çalışdığı məqsəd üçün düzgün vasitə (yol) seçməmişdir. Şərh olunanlara əsasən, şikayət təmin edilmədən, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-4471/2022 saylı, 17 iyun 2022-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanmalıdır. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 398.0.2, 400-cü maddələrini rəhbər tutaraq, apellyasiya instansiya məhkəməsi q ə r a r a a l d ı: İddiaçı şikayəti təmin edilməsin. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-4471/2022 saylı, 17 iyun 2022-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz.
Məhkəmə qərarları › İş №2(103)-5955/2022
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-5955/2022
24.08.2022 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr - Ailə münasibətləri üzrə mübahisələr - Uşaq tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver