Məhkəmə qərarları › İş №2(103)-5970/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-5970/2021

07.07.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Sığorta ödənişinin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-5970/2021 07.07.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər X1 (sədrliyi və məruzəsilə), Eyvazov Rafael Əmir oğlu və Məmmədova Şərafət Asif qızından ibarət tərkibdə, məhkəmə iclas katibi Nizamlı Aygün Ülviyyət qızının katibliyi, cavabdehin nümayəndəsi Nümayəndə iştirakı ilə, iddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh «xxxx» ASC-yə qarşı sığorta haqqının ödənilməsi tələbinə dair mülki iş üzrə Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-984/2021 nömrəli saylı işi üzrə 16.04.2021-ci il tarixli qətnaməsindən cavabdeh «xxxx» ASC tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh «xxxx» ASC-yə qarşı iddia ərizəsi ilə Bakı şəhəri Səbail Rayon Məhkəməsinə müraciət edərək, iddiaçılar cavabdeh "xxxx” ASC-dən 06.01.2021-ci il tarixdə Yevlax şəhəri, F.Kərimov küçəsində baş vermiş sığorta hadisəsinə görə 736.56 manat və 30 manat dövlət rüsumunun, cəmi 766,56 manat pul vəsaitinin tutulub, İddiaçı1 və İddiaçı2 ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişlər. Birinci instansiya məhkəməsində icraat zamanı müəyyən edilmişdir ki: ** BD *** qeydiyyat nişanlı «Mercedes Benz-E320» minik markalı nəqliyyat vasitəsi və “Mitsubishi Pajero” minik markalı, ** SO *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi İddiaçı2 mülkiyyətindədir (səh.14,26); İddiaçı2 məxsus «Mercedes Benz E320» minik markalı ** BD *** dövlət nömrə nişanlı avtomaşını idarə edilməsi, qeydiyyatdan çıxarması, qeydiyyata salması, bağışlaması, ipoteka qoyması, onun üzərində sərəncam verməsi və digər hərəkətləri etməsi İddiaçı1 28.11.2041-ci il tarixədək etibar edilmişdir (səh.9); «xxxx» ASC tərəfindən verilmiş 05.05.2020-ci il tarixli icbari sığorta müqaviləsinə dair məlumata əsasən, «Mercedes Benz E320» markalı ** BD *** dövlət qeydiyyat nişanlı avtomobil PSS********** saylı sığorta müqaviləsi üzrə 05.05.2020-ci il tarixdən 06.05.2021-ci il tarixədək - 12 ay müddətinə sığorta olunmuşdur. Sığortaçı qismində «xxxx» ASC, sığortalı kimi İddiaçı2 göstərilmişdir (səh.13); «xxxx» ASC tərəfindən verilmiş 08.08.2020-ci il tarixli icbari sığorta müqaviləsinə dair məlumata əsasən, «Mitsubishi Pajero» markalı ** SO *** dövlət qeydiyyat nişanlı avtomobil PSS********** saylı sığorta müqaviləsi üzrə 08.08.2020ci il tarixdən 08.08.2021-ci il tarixədək - 12 ay müddətinə sığorta olunmuşdur. Sığortaçı qismində «xxxx» ASC, sığortalı qismində X4 göstərilmişdir (səh.12); “xxxx” MMC avtotexniki xidmət stansiyası tərəfindən tərtib edilmiş 15.01.2021-ci il tarixli akta əsasən, «Mercedes Benz E320» minik markalı **-BD-*** dövlət qeydiyyat nişanlı avtomobilinə baxış keçirilmiş və avtomobilin təmiri və ehtiyyat hissələrinin dəyişdirilməsi üçün cəmi 720 manat vəsait hesablanmışdır (səh.10); “xxxx” ASC tərəfindən İddiaçı2, surəti İddiaçı1 ünvanlanmış 08.02.2021-ci il tarixli məktubuna əsasən, PSS********** saylı “Avtonəqliyyat vasitələri sahiblərinin mülki məsuliyyətinin sığortası şəhadətnaməsi”nə əsasən “xxxx” ASC-də sığortalanmış “Mitsubishi Pajero” markalı, ** CK *** dövlət qeydiyyat nişanlı avtomobillə AB seriyalı, 680370 saylı nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinə əsasən İddiaçı2 mülkiyyətində olan “Mercedes Benz E320” markalı, 99BD370 dövlət qeydiyyat nişanlı avtomobilin Yevlax şəhəri, F.Kərimov küçəsində toqquşaraq zədələnməsinə görə onlara sığorta ödənişinin verilməsi barədə müraciətləri araşdırılmış və müəyyən olunmuşdur ki, həmin avtomobillərin iştirakı ilə baş vermiş yol-nəqliyyat hadisəsi üzrə “xxxx” ASC-nin heç bir öhdəliyi yaranmamışdır. Belə ki, qeyd olunan hadisədə istismar olunan hər iki avtonəqliyyat vasitəsinin İddiaçı2 mülkiyyətində olduğu məlum olmuşdur. “İcbari Sığortalar haqqında” Azərbaycan Respublikası Qanunun 52.1-ci maddəsinə əsasən avtonəqliyyat vasitəsinin Azərbaycan Respublikasının ərazisində istifadəsi nəticəsində zərərçəkən üçüncü şəxslərin sağlamlığına və (və ya) əmlakına dəymiş zərərin əvəzinin ödənilməsi üzrə mülki məsuliyyətin yaranması faktı sığorta hadisəsi hesab olunur. Müvafiq yol-nəqliyyat hadisəsi üzrə həm zərərvuran, həm də zərərə məruz qalan avtonəqliyyat vasitəsinin mülkiyyətçisi eyni şəxs olduqlarından, baş vermiş hadisə üzrə üçüncü şəxs qismində çıxış etmirlər və müvafiq hal sığorta hadisəsi hesab edilmir. Qeyd olunanlara əsasən baş vermiş hadisə üzrə “xxxx” ASC-nin hər hansı öhdəliyi yaranmadığından, sözügedən yol-nəqliyyat hadisəsinə görə sığorta ödənişini həyata keçirmək mümkün deyildir (səh.11). Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-984/2021 nömrəli saylı işi üzrə 16.04.2020-ci il tarixli qətnaməsi ilə iddia qismən təmin edilmiş, 06.01.2021-ci il tarixdə Yevlax şəhəri, F.Kərimov küçəsində «Mercedes Benz E320» markalı ** BD *** dövlət qeydiyyat nişanlı avtomobilin və "Mitsubishi Pajero” markalı ** SO *** dövlət nömrə nişanlı avtomaşının iştirakı ilə törədilmiş yol-nəqliyyat hadisəsinin sığorta hadisəsi hesab olunması, "xxxx” ASC-dən İddiaçı1 xeyrinə baş vermiş sığorta hadisəsi ilə əlaqədar sığorta ödənişinin əvəzi kimi 720 manat və ödənilmiş dövlət rüsumunun əvəzi kimi 30 manat, cəmi 750 manat məbləğində pul tutulması, iddia tələbi qalan hissədə təmin edilməməsi qət edilmişdir. Qətnamədə “İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanununun 6, 7, 53.1, 54-cü maddələrinə; Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə istinadən qeyd edilmişdir ki, məhkəmə ilk növbədə iddiaçıların vurulmuş ziyana görə pulun tutulması ilə bağlı tələblərinə hüquqi qiymət verməmişdən əvvəl baş vermiş yol-nəqilyyat hadisəsinin sığorta hadisəsi hesab edilib-edilməməsinə hüquqi qiymət verilməsini zəruri hesab edir. Göstərilən iki avtomobilin iştirakı ilə yol-nəqilyyat hadisəsi baş vermiş və nəticədə “Mersedes Benz” markalı avtomaşına maddi ziyan dəymişdir. Həmin yol-nəqilyyat hadisəsində təqsirli şəxs “Mitsubishi Pajero” markalı ** SO *** dövlət nömrə nişanlı avtomaşının sürücüsü olmuşdur. Bu hal mübahisə predmeti deyil. Baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində “Mersedes Benz E320” markalı ** BD *** dövlət nömrə nişanlı avtomaşının qanuni əsaslarla sahibi olan İddiaçı1 avtomaşına dəymiş ziyanla bağlı sığorta ödənişinin verilməsi üçün cavabdehə müraciət etmişdir. Lakin cavabdeh baş vermiş yol-nəqilyyat hadisəsində iştirak edən hər iki nəqliyyat vasitəsinin mülkiyyətçisinin İddiaçı1 olmasını əsas tutaraq yolnəqliyyat hadisəsinin sığorta hadisəsi hesab olunmadığını, İddiaçı1 üçüncü şəxs kimi çıxış etmədiyini bildirmiş və bu səbəbdən sığorta ödənişinin verilməsindən imtina etmişdir. Məhkəmə ilk növbədə baş vermiş hadisənin sığorta hadisəsi hesab olunmaması ilə bağlı cavabdehin dəlillərinə hüquqi qiymət verilməsini zəruri hesab edir. İddiaçı2 mülkiyyətində olan “Mersedes Benz E320” markalı ** BD *** dövlət nömrə nişanlı avtomaşın qanuni əsaslarla, yəni etibarnamə əsasında İddiaçı1 sahiblik edir və həmin avtomaşına yolnəqliyyat hadisəsi nəticəsində maddi ziyan dəymişdir. Yol-nəqliyyat hadisəsini törədən “Mitsubishi Pajero” markalı ** SO *** dövlət nömrə nişanlı avtomaşın da İddiaçı2 mülkiyyətində olsa da, sığorta şəhadətnaməsinə əsasən həmin avtomaşın üzrə sığortalı kimi İddiaçı1dur. Məhkəmə qeyd edir ki, “Mersedes Benz” markalı ** BD *** dövlət nömrə nişanlı avtomaşının mülkiyyətçisi İddiaçı2 olsa da, həmin avtomaşın yol-nəqilyyat hadisəsi törədilən zaman qanuni əsaslarla İddiaçı1 sahibliyində olmuşdur. Digər tərəfdən “Mitsubishi Pajero” markalı ** SO *** dövlət nömrə nişanlı avtomaşın da yol-nəqilyyat hadisəsi baş verən zaman İddiaçı2 mülkiyyətində olsa da, həmin vaxt Seymur Orucov adlı şəxs tərəfindən idarə olunmuşdur. Deməli “Mersedes Benz” markalı ** BD *** dövlət nömrə nişanlı avtomaşının sürücüsünün mülki hüquq pozuntusu ilə üzrə faydalanan şəxs onun ziyan vurduğu maşının mülkiyyətçisi və ya qanuni əsaslarla sahiblik edən şəxsi çıxış edir. Eyni vəziyyət “Mitsubishi Pajero” markalı ** SO *** dövlət nömrə nişanlı avtomaşına aiddir. Yəni həmin avtomaşının vurduğu ziyan üzrə zərərçəkmiş şəxs faydalanan şəxs hesab olunur. Belə olan halda yol-nəqliyyat hadisəsi üzrə ziyan “Mersedes Benz” markalı ** BD *** dövlət nömrə nişanlı avtomaşına vurulduğu üçün, həmin avtomaşına qanuni əsaslarla sahiblik edən şəxs faydalanan şəxs, yəni sığorta olunanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində zərər çəkən - 3-cü şəxs hesab olunur. Məhkəmə qeyd edir ki, yol-nəqliyyat hadisəsi törədən avtomaşınların mülkiyyətçiləri eyni adam olsa da, yol-nəqliyyat hadisəsi zamanı zərər çəkən avtomaşın (Mersedes Benz) İddiaçı1 qanuni sahibliyində olmuşdur. Belə olan halda ziyan dəymiş avtomaşının və ziyan vurmuş avtomaşının mülkiyyət hüququ ilə bir şəxsə məxsus olması, sığorta ödənişinin verilməsindən imtina üçün əsas ola bilməz. Yol-nəqliyyat hadisəsi törətmiş “Mitsubihi Pajero” markalı avtomaşının ziyan vurduğu avtomaşının qanuni sahibi İddiaçı1 olduğu üçün, icbari sığorta müqaviləsi üzrə faydalanan şəxs o hesab edilir və bu səbəbdən sığorta ödənişi də məhz ona ödənilməlidir. Nəqliyyat hadisəsində iştirak edən nəqliyyat vasitələrinin mülkiyyətçisi eyni şəxs olsa da, zərər çəkən "Mersedes Benz” markalı nəqliyyat vasitəsi yol-nəqliyyat hadisəsi törədilən zaman qanuni əsaslarla mülkiyyətçi olmayan şəxsin sahibliyində olduğu üçün, baş vermiş hadisə sığorta hadisəsi hesab olunur. Belə olan halda sığorta şirkəti sığorta hadisəsi ilə bağlı "Mersedes Benz” markalı avtomaşına dəyən ziyana görə sığorta ödənişi ödəmək öhdəliyi daşıyır. Bu səbəbdən baş vermiş yol-nəqliyyat hadisəsinin sığorta hadisəsi hesab olunmaması ilə bağlı cavabdehin imtinası əsassız hesab edilməli və 06.01.2021-ci il tarixdə Yevlax şəhəri, F.Kərimov küçəsində «Mercedes Benz E320» markalı ** BD *** dövlət qeydiyyat nişanlı avtomobilin və "Mitsubishi Pajero” markalı ** SO *** dövlət nömrə nişanlı avtomaşının iştirakı ilə törədilmiş yol-nəqliyyat hadisəsi sığorta hadisəsi hesab olunmalıdır. Məhkəmə sığorta hadisəsi nəticəsində avtomaşına dəyən ziyanla əlaqədar qeyd edir ki, iddiaçı tərəfindən təqdim olunan arayışda ziyan məbləği 720 manat, cavabdeh tərəfindən təqdim olunan ziyan məbləği 600 manat təşkil edir. Arayışlar arasındakı fərq yalnız bir qapının yenisi ilə əvəz edilib-edilməməsi ilə bağlıdır. Məhkəmə İddiaçı1 avtomaşının hər iki qapısının yenisi il əvəz edilməsini və avtomaşının artıq təmir olunmasını və təmirə görə 720 manat ödənişinin olmasını nəzərə alaraq hesab edir ki, sığorta təşkilatı tərəfindən ödənilməli olan sığorta ödənişi 720 manat təşkil etməlidir. Məhkəmə eyni zamanda gecikdirilmiş vaxt üçün faizlərin 16,56 manat pulun tutulması hissəsi üzrə qeyd edir ki, sığorta təşkilatı tərəfindən baş vermiş hadisə ümumiyyətlə sığorta hadisəsi hesab edilmədiyindən, bu hal ödənişin gecikdirilməsi kimi qiymətləndirilə bilməz. Bu səbəbdən həmin pulun tutulması ilə bağlı tələb təmin edilməməlidir. Məhkəmə iddia tələbinin sığorta ödənişinin hər iki iddiaçının xeyrinə tutulması ilə bağlı qeyd edir ki, tutulmalı olan sığorta ödənşi avtomaşının mülkiyyətçisinin xeyrinə deyil, avtomaşına qanuni əsaslarla sahiblik edən və sığorta müqaviləsi üzrə faydalanan şəxs hesab olunan İddiaçı1 xeyrinə tutulmalıdır. Cavabdeh «xxxx» ASC qətnamədən apellyasiya şikayəti verərək, Apellyasiya şikayətini təmin edərək, Bakı şəhəri Səbail rayon Məhkəməsinin 16.04.2021-ci il tarixli, 2(009)-984/2021 saylı qətnaməsini ləğv edərək iş üzrə iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətində “Bezımyannaya Rusiyaya qarşı” iş üzrə 22 dekabr 2009-cu il tarixli Qərarında Avropa Məhkəməsinin qərarına; “İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanununun 7, 20, 52, 54-cü maddələrinə; “Morera və Azevedo Portuqaliyaya qarşı” iş üzrə 23 oktyabr 1990-cı il, “X3rşı” iş üzrə 22 dekabr 2009-cu il tarixli Qərarlara; Azərbaycan Respublikası Mülki Məcəlləsinin 884; Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4, 14.2, 77.1 , 88, 106, 217,384, 385-ci maddələrinə istinadən qeyd edilmişdir ki, PSS********** saylı “avtonəqliyyat vasitələri sahiblərinin mülki məsuliyyətinin sığortası şəhadətnaməsi”nə əsasən Cəmiyyətimizdə sığortalanmış “Mitsubushi Pajero” markalı, 99SO606 dövlət qeydiyyat nişanlı avtomobillə AB seriyalı, 680370 saylı nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinə əsasən İddiaçı2 mülkiyyətində olan “Mercedes Benz E320” markalı, 99BD370 dövlət qeydiyyat nişanlı avtomobilin Yevlax şəhəri, F.Kərimov küçəsində toqquşaraq zədələnməsinə görə iddiaçıların ödənişinin verilməsi barədə müraciətləri onlar tərəfindən araşdırlarkən müəyyən olunmuşdur ki, həmin avtomobillərin iştirakı ilə baş vermiş yol-nəqliyyat hadisəsi üzrə cəmiyyətin heç bir öhdəliyi yaranmamışdır. İşin mübahisəsiz halıdır ki, “Mitsubushi Pajero” markalı, 99SO606 dövlət qeydiyyat nişanlı avtomobil üçün cəmiyyətimiz tərəfindən verilmiş PSS********** saylı “avtonəqliyyat vasitələri sahiblərinin mülki məsuliyyətinin sığortası şəhadətnaməsi” üzrə sığortalı İddiaçı1dur. Eyni zamanda yol-nəqliyyat hadisəsi zamanı zərər çəkən “Mercedes Benz E320” markalı, 99BD370 dövlət qeydiyyat nişanlı avtomobil etibarnamə əsasında İddiaçı1 qanuni sahibliyində olmuşdur. Həmçinin hər iki avtomobil onun oğlu İddiaçı2 mülkiyyətindədir. “İcbari sığortalar haqqında” AR Qanununun 53.1-ci maddəsinə əsasən mülkiyyətində avtonəqliyyat vasitəsi olan, yaxud avtonəqliyyat vasitəsinə faktiki sahibliyi həyata keçirən, yəni onu icarə və ya digər əşya hüquqlarına dair müqavilə və ya etibarnamə əsasında idarə edən, yaxud digər qanuni əsaslarla istismar edən şəxslər bu Fəslin məqsədləri üçün avtonəqliyyat vasitəsinin sahibi hesab olunurlar. “Mitsubishi Pajero” markalı avtomaşının ziyan vurduğu Mercedes markalı avtomaşının qanuni sahibi İddiaçı1 olduğu üçün (eyni zamanda avtomobil onun ailə üzvünə məxsusdur) icbari sığorta müqaviləsi üzrə faydalanan şəxs o hesab edilir. Göründüyü kimi İddiaçı1 “Mitsubushi Pajero” markalı. 99SQ606 dövlət qeydiyyat nişanlı avtomobil üçün verilmiş PSS********** saylı “avtonəqliyyat vasitələri sahiblərinin mülki məsuliyyətinin sığortası şəhadətnaməsi” üzrə sığortalı olduğundan, yəni “İcbari Sığortalar haqqında” Azərbaycan Respublikası Qanununun 54-cü maddəsinə əsasən müqavilə tərəfi, eyni zamanda isə faydalanan şəxs olduğu üçün üçüncü şəxs hesab edilmir və cəmiyyətin sığorta ödənişindən imtina barədə qəbul etdiyi qərar qanuni və düzgündür. Sadə şəkildə izah edilsə “avtonəqliyyat vasitələri sahiblərinin mülki məsuliyyətinin sığortası şəhadətnaməsi” üzrə sığorta ödənişi verilməli şəxs üçüncü şəxs olmalıdır və sığorta müqaviləsinin tərəfi olmamalıdır. Əgər faydalanan şəxs qismində İddiaçı2 qəbul etsələr o İddiaçı1 ailə üzvüdür, bu səbəbdən o üçüncü şəxs sayılmır. İntiqam Həsəovu isə faydalanan şəxs qismində qəbul etsələr, o PSS********** saylı “avtonəqliyyat vasitələri sahiblərinin mülki məsuliyyətinin sığortası şəhadətnaməsi” üzrə sığortalıdır, yəni müqavilə tərəfidir. Bu səbəbdən də o da üçüncü şəxs sayılmır və sığorta ödənişi ona da verilməməlidir. Hazırki hadisədə ailə üzvünün özü siğortalıdır və bu həmin Qanunun tələblərinin hazırki münasibətə tətbiq edilməsi əsassızdır. Beləliklə qeyd olunanlardan bir daha aydın olur. İddia tələbi əsassız, onların sığorta ödənişində imtina barədə yazılı cavabları isə qanuni və əsaslı olduğundan iddia tələbi rədd edilməlidir. Bununla da hesab edir ki, birinci instansiya məhkəməsi qətnamə elan edərkən iddiaçılar tərəfindən təqdim edilmiş sübutlara və dəlillərə bir tərəfli qaydada yanaşmış, onların təqdim etdiyi etiraz və dəlillərə isə düzgün hüquqi qiymət verilməmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi Nümayəndə apellyasiya şikayətini müdafiə edərək, 06.01.2021-ci il tarixdə yol-nəqliyyat hadisəsi zamanı Polis əməkdaşlarının iştirak etdiyini, lakin göndərdikləri sorğuya cavab verilmədiyini, ehtimal edilən zərərin məbləği 1000 manat pul məbləğindən aşağı olduğunu, sonra qarşı tərəfə məktubla siğorta ödənişinin etməyəcəklərini bildirdiklərini, zərər çəkən “Mercedes Benz E320” markalı, 99BD370 dövlət qeydiyyat nişanlı avtomobil etibarnamə əsasında İddiaçı1 qanuni sahibliyində olduğunu, zərərin üçüncü şəxsə dəymədiyini, “Mitsubushi Pajero” markalı, 99SO606 dövlət qeydiyyat nişanlı avtomobilin onlar tərəfindən siğortalandığını, həmçinin siğortalının ailə üzvlərinin faydalanan şəxs ola bilmədiyini bildirmiş, apellyasiya şikayətinin təmin edilməsini xahiş etmişdir. Məlumatlandırılması üçün qanunvericiliklə nəzərdə tutulmuş qaydada müvafiq tədbirlərin görülməsi nəticə vermədiyindən iddiaçılar İddiaçı1 və İddiaçı2 iştirakları olmadan işə baxılması mümkün hesab edilmişdir. Cavabdeh “xxxx” ASC-nin nümayəndəsi Nümayəndə tərəfindən təqdim edilən yazılı çıxışda qeyd edilmişdir ki, 06.01.2021-ci il tarixdə Yevlax şəhəri, F.Kərimov küçəsində «Mercedes Benz E320» markalı ** BD *** dövlət qeydiyyat nişanlı avtomobilin və "Mitsubishi Pajero" markalı 99 SO606 dövlət nömrə nişanlı avtomaşının iştirakı ilə yolnəqliyyat hadisəsi törədilmişdir. “Mitsubushi Pajero” markalı, 99SO606 dövlət nömrə nişanlı avtomobil "Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası" üzrə PSS********** saylı sığorta şəhadətnaməsi ilə “xxxx” ASC sığortalanmışdır. Həmin şəhadətnamə üzrə sığortalı İddiaçı1dur.Hadisənin baş verməsində "Mitsubishi Pajero" markalı. 99SO606 dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü təqsirkar olmuşdur. "İcbari Sığortalar haqqında" Azərbaycan Respublikası Qanununun 6.4-cü maddəsinə əsasən Azərbaycan Respublikasının Mülki Məcəlləsinə, bu Qanuna və (və ya) sığorta müqaviləsinin şərtlərinə uyğun olaraq, sığorta ödənişi verilməli olan şəxs faydalanan şəxs hesab edilir. Mülki məsuliyyətin sığortası üzrə isə iiçüncü şəxs faydalanan şəxs hesab edilir. Mülki Məcəllənin 884.6-cı maddəsinə əsasən faydalanan şəxs icbari sığorta qanunlarına və ya sığorta müqaviləsinə uyğun olaraq sığorta ödənişi verilməli olan şəxsdir."İcbari Sığortalar haqqında" Azərbaycan Respublikası Qanununun 52.1-ci maddəsinə əsasən avtonəqliyyat vasitəsinin Azərbaycan Respublikasının ərazisində istifadəsi nəticəsində zərərçəkən üçüncü şəxslərin sağlamlığına və (və ya) əmlakına dəymiş zərərin əvəzinin ödənilməsi üzrə mülki məsuliyyətin yaranması faktı sığorta hadisəsi hesab olunur. “İcbari Sığortalar haqqında" Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə əsasən sığortalı və (və ya) sığorta olunanın ailə üzvləri istisna olmaqla, bu Qanuna görə mülki məsuliyyətin icbari sığortası üzrə sığorta müqaviləsinin tərəfi olmayan, sığorta olunanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində zərər çəkən, eyni zamanda sığorta ödənişi almaq hüququna malik olan fiziki şəxslər - fiziki şəxs öldüyü halda, onun ailə üzvləri - və ya hüquqi şəxslər, yaxud onların hüquq varisləri üçüncü şəxs sayılırlar. Həmin Qanunun 54-cü maddəsinə əsasən Bu Qanunun 7-ci maddəsində müəyyən edilmiş istisna nəzərə alınmaqla, müvafiq icbari sığorta müqaviləsinin tərəfi olmayan, sığortalının və ya sığorta olunanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində zərər çəkən şəxslər, o cümlədən avtonəqliyyat vasitəsindəki sərnişinlər, onlar öldükləri halda, ailə üzvləri bu Fəslin məqsədləri üçün üçüncü şəxs sayılırlar. İşin mübahisəsiz halıdır ki, “Mitsubııshi Pajero” markalı, 99SO606 dövlət qeydiyyat nişanlı avtomobil üçün cəmiyyətimiz tərəfindən verilmiş PSS********** saylı “avtonəqliyyat vasitələri sahiblərinin mülki məsuliyyətinin sığortası şəhadətnaməsi” üzrə sığortalı İddiaçı1dur. Eyni zamanda yol-nəqliyyat hadisəsi zamanı zərər çəkən "Mercedes Benz E320" markalı. 99BD370 dövlət qeydiyyat nişanlı avtomobil etibarnamə əsasında İddiaçı1 qanuni sahibliyində olmuşdur. Həmçinin hər iki avtomobil onun oğlu İddiaçı2 mülkiyyətindədir. “Mitsubishi Pajero” markalı avtomaşının ziyan vurduğu Mercedes markalı avtomaşının qanuni sahibi İddiaçı1 olduğu üçün, (eyni zamanda avtomobil onun ailə üzvünə məxsusdur) icbari sığorta müqaviləsi üzrə faydalanan şəxs o hesab edilir. Cörüııdüyii kiıııi İddiaçı1 “Mitsubishi Pajero” markalı, 99SQ606 dövlət qeydiyyat nişanlı avtomobil üçün verilmiş PSS********** saylı “avtonəqliyyat vasitələri sahiblərinin mülki məsuliyyətinin sığortası şəhadətnaməsi” üzrə sığortalı olduğundan, yəni “İcbari Sığortalar haqqında” Azərbaycan Respublikası Qanununun 54-cü maddəsinə əsasən müqavilə tərəfi, eyni zamanda isə faydalanan şəxs olduğu üçün üçüncü şəxs hesab edilmir. Mülki məsuliyyətinin icbari sığortası üzrə sığorta ödənişi verilməli şəxs üçüncü şəxs olmalıdır və sığorta müqaviləsinin tərəfi olmamalıdır. Əgər faydalanan şəxs qismində İddiaçı2 qəbul edilsə, o İddiaçı1 ailə üzvüdür, bu səbəbdən o üçüncü şəxs sayılmır. İntiqam Həsəovıı isə faydalanan şəxs qismində qəbul etsək o PSS********** saylı “avtonəqliyyat vasitələri sahiblərinin mülki məsuliyyətinin sığortası şəhadətnaməsi” üzrə sığortalıdır, yəni müqavilə tərəfidir. Bu səbəbdən də o da iişüncü şəxs sayılmır və sığorta ödənişi ona da verilməməlidir. Məhkəmə qərarında qeyd etmişdir ki, yol-nəqliyyat hadisəsi üzrə ziyan "Mersedes Benz” markalı ** BD *** dövlət nömrə nişanlı avtomaşına vurulduğu üçün, həmin avtomaşına qanuni əsaslarla sahiblik edən şəxs faydalanan şəxs, yəni sığorta olunanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində zərər çəkən - 3-cü şəxs hesab olunur. Bu səbəbdən məhkəmə cavabdehin nümayəndəsinin bununla bağlı gətirdiyi dəlillərini əsaslı hesab etmir.” Məhkəmənin bu mövqeyi ilə qəti razılaşmırlar, ondan ötrü ki, məhkəmə İddiaçı1 faydalanan şəxs olması barədə qənaətə gəlsə də, “İcbari Sığortalar haqqında” Azərbaycan Respublikası Qanununun 54-cü maddəsinin tələblərini qərar qəbul edərkən unutmuşdur. İddiaçı1 isə “Mitsubishi Pajero” markalı, 99SQ606 dövlət qeydiyyat nişanlı avtomobil üçün verilmiş PSS********** saylı “avtonəqliyyat vasitələri sahiblərinin mülki məsuliyyətinin sığortası şəhadətnaməsi” üzrə sığortalıdır, yəni müqavilə tərəfidir. Buna görə do obna stüora ödənişi verilə bilməz və o üçüncü şəxs sayılmır. Həmçinin məhkəmə qətnamədə qeyd etmişdir ki, "İcbari sığortalar haqqında” AR Qanununun 7-ci maddəsi yol-nəqliyyat hadisəsi üzrə faydalanan şəxsin əvəzinə ailə üzvlərinin sığota ödənişi tələb etmək hüququnu müəyyən edir. Məhkəmənin qeyd etdiyi kimi qanunun bu norması yol-nəqliyyat hadisəsi üzrə faydalanan şəxsin əvəzinə ailə üzvlərinin sığota ödənişi tələb etmək hüququnu müəyyən etmir, bu norma bu Qanunun məqsədləri üçün üçüncü şəxslərin kimlər olmasına aydınlıq gətirir. Yəni, bu maddədə qeyd edildiyi kimi, sığortalı və (və ya) sığorta olunanın ailə üzvləri istisna olmaqla, bu Qanuna görə mülki məsuliyyətin icbari sığortası üzrə sığorta müqaviləsinin tərəfi olmayan, sığorta olunanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində zərər çəkən, eyni zamanda sığorta ödənişi almaq hüququna malik olan fiziki şəxslər - fiziki şəxs öldüyü halda, onun ailə üzvləri - və ya hüquqi şəxslər, yaxud onların hüquq varisləri üçüncü şəxs sayılırlar. Apellyasiya şikayətini təmin edib Bakı şəhəri Səbail rayon Məhkəməsinin 16.04.2021- ci il tarixli, 2(009)-984/2021 saylı qətnaməsinin ləğv edərək iş üzrə iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığı mübahisələndirilən hissədə yoxlayan məhkəmə kollegiyası “İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanununun 18.1-ci maddəsinə əsasən bu Qanunun 7, 10, 16, 17.1, 20.3, 52.1-54, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 922- 926.1, 936, 1096, 1108, 1114; MPM-in 14.2, 76.1, 77.1, 80-82, 106.2, 217.4, 372, 385, 386, 388 və 390-cı maddələrinə istinadən hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi işin faktiki hallarından və hüquqi əsaslarından səhv nəticəyə gəlmişdir. Belə ki, “İcbari Sığortalar haqqında" Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə əsasən sığortalı və (və ya) sığorta olunanın ailə üzvləri istisna olmaqla, bu Qanuna görə mülki məsuliyyətin icbari sığortası üzrə sığorta müqaviləsinin tərəfi olmayan, sığorta olunanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində zərər çəkən, eyni zamanda sığorta ödənişi almaq hüququna malik olan fiziki şəxslər - fiziki şəxs öldüyü halda, onun ailə üzvləri - və ya hüquqi şəxslər, yaxud onların hüquq varisləri üçüncü şəxs sayılırlar. “Mitsubishi Pajero” markalı, 99SO606 dövlət qeydiyyat nişanlı avtomobil üçün “xxxx” ASC tərəfindən verilmiş PSS********** saylı “avtonəqliyyat vasitələri sahiblərinin mülki məsuliyyətinin sığortası şəhadətnaməsi” üzrə sığortalı İddiaçı1dur. Eyni zamanda yol-nəqliyyat hadisəsi zamanı zərər çəkən "Mercedes Benz E320" markalı, 99BD370 dövlət qeydiyyat nişanlı avtomobil etibarnamə əsasında İddiaçı1 qanuni sahibliyində olmuşdur. Həmçinin hər iki avtomobil onun oğlu İddiaçı2 mülkiyyətindədir. “Mitsubishi Pajero” markalı avtomaşının ziyan vurduğu Mercedes markalı avtomaşının qanuni sahibi İddiaçı1 olduğu üçün, (eyni zamanda avtomobil onun ailə üzvünə məxsusdur) icbari sığorta müqaviləsi üzrə faydalanan şəxs o hesab edilir. İddiaçı1 “Mitsubishi Pajero” markalı, 99SQ606 dövlət qeydiyyat nişanlı avtomobil üçün verilmiş PSS********** saylı “avtonəqliyyat vasitələri sahiblərinin mülki məsuliyyətinin sığortası şəhadətnaməsi” üzrə sığortalı olduğundan, yəni “İcbari Sığortalar haqqında” Azərbaycan Respublikası Qanununun 54-cü maddəsinə əsasən müqavilə tərəfi, eyni zamanda isə faydalanan şəxs olduğu üçün üçüncü şəxs hesab edilmir. Mülki Məcəllənin 923 və 925-ci maddələrinə əsasən, Sığorta hadisəsinin baş verməsi barədə sığortalı və ya sığorta olunan şəxs, yaxud faydalanan şəxs sığortaçıya, eyni zamanda həmin hadisə barədə məlumatlandırılmalı olan səlahiyyətli dövlət orqanlarına hər hansı vasitə ilə xəbər verməlidir. Bu tələblərə əməl edilməməsi nəticəsində sığortaçının hadisənin sığorta hadisəsi olub-olmamasını müəyyənləşdirmək imkanından məhrum olması Sığorta ödənişinin verilməsindən imtina üçün əsasdır. İşin hallarından zərərin yol-nəqliyyatı olması və yol-nəqliyyat hadisəsinin iştirakçılarının müəyyən edilməmişdir, və təqsirlilik hissəsində şəxslərin əməlləri (inzibati xəta haqqında icraata aid olduğundan) mülki icraat həddi səlahiyyətlərinə aid olmadığından qiymət verilməsi mümkün deyil və prosessual qeyrimüəyyənlik sui-istifadəyə məruz qalmanın tipik təzahürlərinə şərait yaradan amil kimi məhkəmə icraatı zamanı qəbul edilməzdir. Belə ki, müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları (yol-nəqliyyat hadisəsi barədə səlahiyyətli icra hakimiyyəti orqanının sənədi) başqa sübutlarla təsdiq oluna bilməz. İddianın əsassızlığı və sui-istifadənin yolverilməzliyi baxımından birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli və iddia tələbi rədd edilməklə yeni qətmnamə qəbul edilməli – apellyasiya şikayəti təmin edilməlidir. İddianın məbləğinə görə apellyasiya məhkəməsinin qətnaməsindən şikayət verilməsi nəzərdə tutulmadığı diqqətə çatdırılmalı, tələb olmadığından şikayətin verilməsi ilə əlaqədar dövlət rüsumu üçün ödənilən məhkəmə xərci isə onu ödəyən şəxsə aid olmalıdır. Baxılan mülki iş üzrə iddianın qiyməti iki min manatdan az olan əmlak xarakterli iddia olduğundan qətnamədən kassasiya şikayəti verilə bilməz. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 402-406-cı maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası q ə t e t d i: Cavabdeh «xxxx» ASC-nin apellyasiya şikayəti təmin edilsin. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-984/2021 nömrəli saylı işi üzrə 16.04.2021-ci il tarixli qətnaməsi ləğv edilsin. İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh «xxxx» ASC-yə qarşı sığorta haqqının ödənilməsi tələbinə dair iddia ərizəsi təmin edilməsin.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar