Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-5984/2020 10.08.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin Mülki Кollegiyası Hakimlər: Məhərrəmova Şeyda Ədalət qızı (sədrlik edən və məruzəçi), Həsənov Rəşad Məhəmmməd oğlu və Məmmədov Məmməd Allahverdi oğlundan ibarət tərkibdə, Şərifova Aysel Şərafəddin qızının katibliyi, İddiaçı və onun nümayəndəsi və vəkili X5 , Cavabdeh "xxx" ASC-nin nümayəndəsi X2, müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin "Azneft" İstehsalat Birliyinin N.Nərimanov Neft və Qazçıxarma İdarəsininin nümayəndəsi X4 iştirakları ilə İddiaçı müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin "Azneft" İstehsalat Birliyinin N.Nərimanov Neft və Qazçıxarma İdarəsini cəlb etməklə cavabdeh "xxx" ASC-yə qarşı “iddiaçının iş yerində bədbəxt hadisə nəticəsində xəsarət aldığı müddət ərzində ödənilməli olan ödənişlərin, mənəvi zərərin, əldən çıxmış faydanın və digər ödənişlərin ödənilməsi” tələbinə dair Bakı şəhəri Nəsimi rayon Мəhkəməsinin 2(006)-1506/2020 saylı iş üzrə qəbul etdiyi xx xxxx 2020-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin "Azneft" İstehsalat Birliyinin N.Nərimanov Neft və Qazçıxarma İdarəsini cəlb etməklə cavabdeh "xxx" ASC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iş yerində bədbəxt hadisə nəticəsində xəsarət aldığı xx.xx.2014-cü il tarixdən xx.xx.2018-ci il tarixə kimi olan dövr ərzində ona verilməli olan ödənişlərin hesablanaraq verilməsi, mənəvi zərər qismində 10 000 manat, əldən çıxmış fayda kimi 5 000 manat, tərəfindən ödənilmiş 31 manat dövlət rüsumunun, etibarnamə üçün ödənilmiş 11,50 manat, vəkilə ödənilmiş 560 manat pulun cavabdehdən alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı, xx.xx.2012-ci ildən xx.xx.2015-ci il tarixədək N.Nərimanov adına NQÇİ-də operator vəzifəsində işləmişdir. İşlədiyi dövrdə Xəzər dənizində yerləşən platformada xx.xx.2014-cü il tarixdə təxminən nahar fasiləsindən əvvəl qəza baş vermişdir. Qəza zamanı sol qolunun bazu, dirsək, hər iki ayağının diz qapaqlarının sınığı ilə uzun müddət müalicə olunmuşdur. Azərbaycan Respublikası ƏƏSMN 11 saylı X9 Komissiyasının rəyi ilə ona 2-ci qrup əlillik təyin olunmuşdur. Sonradan ona müəyyən olmuşdur ki, istehsalatda baş vermiş bədbəxt hadisə rəsmiləşdirilməmişdir. Bununla bağlı olaraq məhkəmə mübahisəsi olmuş və Qaradağ rayon Məhkəməsinin qanuni qüvvəsini almış xx.xx.2016-cı il tarixli qətnaməsi ilə iddiası təmin edilməklə, cavabdeh N.Nərimanov adına NQÇİ-nin Xəzər dənizində yerləşən platformada xx.xx.2014-cü il tarixdə işləyən zaman bədbəxt hadisə nəticəsindəxəsarət alması müəyyən edilməklə uçota alınması və əmək qabiliyyətinin itirilməsi ilə əlaqədar ödənilməyən əmək haqqı hesablanmaqla NQÇİ-dən tutularaq ona ödənilməsi qət edilmişdir. Qətnamə icra edilmiş, ona NQÇİ tərəfindən Xəzər dənizində yerləşən platformada xx.xx.2014-cü il tarixdə işləyən zaman bədbəxt hadisə nəticəsində xəsarət alması barədə xx.xx.2017-ci il tarixdə İstehsalatda baş vermiş bədbəxt hadisə haqqında 03 saylı Akt verilmişdir. xx.xx.2018-ci il tarixdə isə ona 2-ci dərəcəli əlillik verilmişdir. Əlillik dərəcəsi alandan sonra ona bütün qanuni ödəmələr xx.xx.2018-ci ildən ödənilməyə başlamışdır. Əslində isə ona ödəmələr xəsarət aldığı tarixdən ödənilməli idi. Göstərilənlərə əsasən, iş yerində bədbəxt hadisə nəticəsində xəsarət aldığı xx.xx.2014-cü il tarixdən xx.xx.2018-ci il tarixə kimi olan dövr ərzində ona verilməli olan ödənişlərin hesablanaraq verilməsi, mənəvi zərər qismində 10 000 manat, əldən çıxmış fayda kimi 5 000 manat, tərəfindən ödənilmiş 31 manat dövlət rüsumunun, etibarnamə üçün ödənilmiş 11,50 manat, vəkilə ödənilmiş 560 manat pulun cavabdehdən alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsi xahiş olunmuşdur. Xəsarət alması müəyyən edilməklə uçota alınması və əmək qabiliyyətinin itirilməsi ilə əlaqədar ödənilməyən əmək haqqı hesablanmaqla NQÇİ-dən tutularaq ona ödənilməsi qət edilmişdir. Qətnamə icra edilmiş, ona NQÇİ tərəfindən Xəzər dənizində yerləşən platformada xx.xx.2014-cü il tarixdə işləyən zaman bədbəxt hadisə nəticəsində xəsarət alması barədə xx.xx.2017-ci il tarixdə İstehsalatda baş vermiş bədbəxt hadisə haqqında 03 saylı Akt verilmişdir. xx.xx.2018-ci il tarixdə isə ona 2-ci dərəcəli əlillik verilmişdir. Əlillik dərəcəsi alandan sonra ona bütün qanuni ödəmələr xx.xx.2018-ci ildən ödənilməyə başlamışdır. Əslində isə ona ödəmələr xəsarət aldığı tarixdən ödənilməli idi. Bakı şəhəri Nəsimi Rayon Мəhkəməsinin 2(006)-1506/2020 saylı iş üzrə qəbul etdiyi xx xxxx 2020-ci il tarixli qətnaməsi ilə iddia tələbləri təmin edilməmişdir. Qətnamədən apellyasiya şikayəti verərək onun iddianın ləğv edilərək iddia tələbinin təmin edilməsini xahiş edən iddiaçı apellyasiya şikayətini iddia ərizəsinin yuxarıda göstərilən məzmununa uyğun əsaslandırmaqla, birinci instansiya məhkəməsinin işin hallarını araşdırmadığı, sübutlara düzgün qiymət vermədiyini və maddi hüquq normalarının tələblərini pozduğunu irəli sürmüşdür. Məhkəmə iclasında iştirak edən iddiaçı və onun nümayəndəsi və vəkili apellyasiya şikayətinin məzmununa uyğun izahat verərək onun təmin edilməsini xahiş etmişlər. Məhkəmə iclasında iştirak edən cavabdeh "xxx" ASC-nin nümayəndəsi apellyasiya şikayətinin əsassız olduğunu bildirərək, izahatında göstərmişdir ki, ARDNŞ ilə "xxx" ASC arasında bağlanmış xx.xx.2011-ci il tarixli 0094-11/170 №-li istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta müqaviləsinə əsasən iddiaçı icbari qaydada Şirkət tərəfindən sığortalanmışdır. İddiaçının xx.xx.2014-cü il tarixində istehsalatda baş vermiş bədbəxt hadisə nəticəsində xəsarət alması məhkəmə qaydasında öz təsdiqini tapdığından bu barədə müxtəlif instansiya məhkəmələrinin qərarları və qanunvericilikdə nəzərdə tutulmuş digər sənədlər sığorta şirkətinə təqdim olunduqdan sonra sonuncuya faydalanan şəxs kimi aylıq sığorta ödənişinin verilməsi qərara alınmışdır. İddiaçının Tibbi-sosial ekspertiza komissiyasında sonuncu müayinəyə dair məlumatlarından görünür ki, ona 5 il müddətinə (xx.xx.2018-ci ildən xx.xx.2023-cü ilə qədər) əmək zədəsi səbəbindən əmək qabiliyyətinin 65 faiz itirilməsilə nəticələnmiş ikinci dərəcəli əlillik təyin edilmişdir. İddiaçıya həmin itirilmə faizinə əsasən xx.xx.2018-ci il tarixdən sığorta ödənişi ödənilməyə başlanmışdır. Sığorta şirkətinin iddiaçıya aylıq sığorta ödənişini xx.xx.2018-ci il tarixdən verməsi İcbari Qanunun 18.1-ci maddəsinə əsasən həyata keçirilir. Məhkəmə iclasında iştirak edən müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin "Azneft" İstehsalat Birliyinin N.Nərimanov Neft və Qazçıxarma İdarəsininin nümayəndəsi mübahisənin həllini məhkəmənin mülahizəsinə buraxdığı bildirmiş və izahatında göstərmişdir ki, iddiaçı aldığı xəsarət səbəbilə işdən azad olunmuşdur. Sonradan iddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş ondan sonra ona iz aktı verilmişdir. İddiaçının tələbi iz aktından əlavə maddi ziyan tələbi ilə də bağlı olmuş və onun iddiası qismən təmin edilmişdir. Hesab edir ki, əgər iddiaçıya maddi ziyan ödənilməli olsa idi sözügedən iddia tələbi üzrə işə baxan Bakı Apellyasiya Məhkəməsi və Azərbaycan Respublikası Ali Məhkəməsi tərəfindən bu məsələyə münasibət bildirilərdi. Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Bununla yanaşı kollegiya qeyd edir ki, Mülki Prosessual Məcəllənin 372.7-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır. Məhkəmə kollegiyası izahatları dinləyib, аpеllyаsiyа şikаyətinin dəlillərini və iş mаtеriаllаrını аrаşdırаrаq aşağıdakı nəticəyə gəlir. İş materiallarında olan Qaradağ rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli qətnaməsindən görünür ki, N.Nərimanov adına NQÇİ-nin Xəzər dənizində yerləşən platformasında xx.xx.2014-cü il tarixdə İddiaçı bədbəxt hadisə nəticəsində xəsarət alması müəyyən edilməklə uçota alınması, əmək qabiliyyətinin itirilməsi ilə əlaqədar ödənilməyən əmək haqqı hesablanmaqla N.Nərimanov adına NQÇİ-dən tutularaq İddiaçı ödənilməsi qət edilmişdir. İş materiallarında olan Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2016-cı il tarixli qətnaməsindən görünür ki, Qaradağ rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2017-ci il tarixli qərarı ilə Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2016-cı il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Həmin qətnamə N.Nərimanov adına NQÇİ tərəfindən icra edilmiş və xx.xx.2017-ci il tarixli İstehsalatda baş vermiş bədbəxt hadisə haqqında 03 №-li Akt tərtib edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası ƏƏSMN 11 saylı Tibbi-sosial Ekspert Komissiyasının 094976 №-li Arayışından görünür kİ, iddiaçıya ümumi xəstəlik səbəbindən xx.xx.2015-cı il tarixdən 2-ci dərəcəli əlillik təyin olunmuşdur. İş materialarında olan N.Nərimanov adına NQÇİ-nin 263-K №-li xx.xx.2015-ci il tarixli Əmrindən görünür ki, iddiaçı ilə əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 74.1-ci maddəsinin "c" bəndinə əsasən (əmək qabiliyyətinin fasiləsiz olaraq altı aydan çox müddətə tam itirilməsi ilə əlaqədar əmək funksiyasını yerinə yetirə bilməməsi) xx.xx.2015ci il tarixdən xitam verilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası ƏƏSMN X1 sonuncu müayinəyə dair məlumatın verilməsi barədə xx.xx.2019-cu il tarixli Arayışdan görünür ki, iddiaçıya əmək zədəsi səbəbindən xx.xx.2018-ci il tarixdən 5 il müddətinə 2-ci dərəcəli əlillik təyin olunmuşdur. Həmin arayışdan əmək qabiliyyətinin itirilmə faizi 65 olaraq qeyd olunmuşdur. İş materiallarında olan **********00007 №-li xx.xx.2019-cu il tarixli Sığorta Aktından görünür ki, "xxx" ASC tərəfindən iddiaçıya aylıq 622,31 manat məbləğində sığorta ödənişinin edilməsi nəzərdə tutulmuşdur. Birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, iddiaçı, xx.xx.2014-cü il tarixdə istehsalatda bədbəxt hadisə nəticəsində xəsarət almış, ilk olaraq ona ümumi xəstəlik səbəbindən 2-ci dərəcəli əlillik təyin olunmuş, daha sonra qanuni qüvvəsini almış məhkəmə qətnaməsinin icrası nəticəsində onun istehsalatda bədbəxt hadisə nəticəsində xəsarət alması müəyyən edilmişdir. İddiaçıya xx.xx.2018-ci il tarixdə əmək zədəsi səbəbindən 5 illik müddətə 2-ci dərəcəli əlillik təyin edilmiş və həmin əlillik əsasında "xxx" ASC tərəfindən iddiaçıya itirilmiş əmək qabiliyyəti faizinə nisbətdə (65 faiz) aylıq sığorta ödənişi ödənilməkdədir. Kollegiya, sığorta hadisəsi və bununla əlaqədar sığorta ödənişlərini müəyyən etmək üçün əlaqədar qanunvericilik və digər normativ-hüquqi aktlar əsasında təhlil aparılmasını zəruri hesab edir. Mülki Məcəllənin 922-ci maddəsinə görə, sığorta hadisəsi icbari sığorta qanunlarına və ya sığorta müqaviləsinə görə sığorta ödənişinin sığortalıya, sığorta olunana və ya digər faydalanan şəxslərə ödənilməsi üçün əsas olan, sığorta müqaviləsinin qüvvədə olduğu müddət ərzində baş verən hadisə və ya yaranan haldır.Sığorta hadisəsi hesab edilən hadisələr və hallar icbari sığorta üzrə icbari sığorta qanunlarında, könüllü sığorta üzrə isə tərəflərin razılaşması əsasında sığorta müqaviləsində müəyyən edilir.Sığorta hadisəsi baş vermə ehtimalına və (və ya) təsadüfilik əlamətlərinə malik olmalıdır. Həmin Məcəllənin 883.1-ci maddəsinə görə, sığorta müqaviləsi sığortalının müvafiq sığorta haqqı ödəməsi müqabilində sığorta obyektinin məruz qala biləcəyi risklərlə bağlı itkilərin, dəyən zərərin əvəzinin və ya razılaşdırılan pul məbləğinin müəyyən bir hadisənin baş verməsi əsasında ödənilməsinin sığortaçı tərəfindən öhdəlik kimi götürülməsi şərtlərinin təsbit edildiyi razılaşmadır. “İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta haqqında” Qanuna görə, bu Qanun Azərbaycan Respublikasında istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta sahəsində münasibətləri tənzimləyir, bu münasibətlərin hüquqi, iqtisadi və təşkilati əsaslarını müəyyən edir. “İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta haqqında” Qanunun 10.1.1-ci maddəsinə görə, sığorta hadisəsini müəyyən edən əsaslardan biri də istehsalatda bədbəxt hadisə haqqında müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş formada tərtib olunmuş aktdır. Həmin Qanunun 16.2-ci maddəsinə əsasən ayliq sığorta ödənişi sığorta hadisəsi baş verdikdə sığorta olunanın peşə əmək qabiliyyətinin itirilməsi ilə bağlı itirilmiş aylıq əmək haqqı əvəzində faydalanan şəxsə verilən pul təzminatıdır. Həmin Qanunun 17.1-ci maddəsinə əsasən ayliq sığorta ödənişinin məbləği sığorta hadisəsi nəticəsində zərər çəkmiş sığorta olunanın peşə əmək qabiliyyətini itirdiyi tarixdən əvvəl malik olduğu orta aylıq əmək haqqının həmin sığorta hadisəsi nəticəsində itirilmiş peşə əmək qabiliyyətinin faizi miqdarında müəyyən edilir. Həmin Qanunun 18.1-ci maddəsinə əsasən icbari sığorta müqaviləsi üzrə aylıq sığorta ödənişi sığorta hadisəsi nəticəsində sığorta olunanın əvvəlki peşə əmək qabiliyyətinin itirilməsi dərəcəsinin müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edildiyi gündən verilir. Göründüyü kimi, iddiaçıya əmək zədəsi səbəbindən 2-ci dərəcəli əlillik xx.xx.2018-ci il tarixdən təyin olunduğundan "xxx" ASC qanunvericiliyə uyğun olaraq həmin tarixdən aylıq olaraq sığorta ödənişi etməyə başlamışdır. Qanunvericilikdə sığorta hadisəsi baş verdiyi gündən sığorta olunanın əvvəlki peşə əmək qabiliyyətinin itirilməsi dərəcəsinin müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edildiyi günədək olan müddət ərzində sığorta ödənişinin verilməsi nəzərdə tutulmamışdır. Kollegiya hesab edir ki, sığorta ödənişinin ödənilməsi tələbi ilə mənəvi zərərin əvəzinin ödənilməsi tələbi bir birilə əlaqəli olduğundan və həmin tələb təmin olunmadığından iddia təlləbinin mənəvi zərər hissəsini də təmin etməməkdə birinci instansiya məhkəməsi haqlı olmuşdur. Belə ki, «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx xxx 2002ci il tarixli qərarına əsasən, mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri-əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O həm vurulmuş əmlak zərəri ilə birlikdə yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Bundan əlavə, «Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 7 №-li xx xxxxxx 2008-ci il tarixli qərarı ilə müəyyən edilmişdir ki, «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiya»nın 41-ci maddəsinə və X7 Məhkəməsinin presedentlərinə əsasən mənəvi zərər şəxsə qeyri-əmlak, habelə əmlak zərəri vurulduqda ödənilə bilər. Mənəvi zərərin vurulması ilə əlaqədar yaranan hüquq münasibətlərinə müvafiq qanunvericilik aktları, habelə Azərbaycan Respublikası Mülki Məcəlləsinin İX bölməsinin (Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər) qaydaları tətbiq edilir. Zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Mənəvi zərərin ödənilməsi ilə əlaqədar qanunvericiliyin müddəaları nəzərə alınmaqla şəxsə mənəvi zərər vurulması onun yaxın qohumlarını və ya iş yerini itirməsi, fəal ictimai həyat tərzindən məhrum olması, şəxsi, ailə və tibbi sirlərinin açıqlanması, şərəf, ləyaqət və işgüzar nüfuzunun ləkələnməsi, hər hansı başqa hüquqlarının müvəqqəti olaraq məhdudlaşdırılması və ya həmin hüquqlardan məhrum olması, sağlamlığına xəsarət yetirilməsi və s. hallarda özünü büruzə verə bilər. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O həm vurulmuş əmlak zərəri ilə birlikdə yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Kollegiya, birinci instansiya məhkəməsinin iddia tələbinin əldən çıxmış faydanın ödənilməsi hissəsi üzrə gəldiyi nəticəni qanuni sayır və həmin nəticə ilə bağlı əlavə əsaslandırma aparılmasını zəruri hesab etməyərək özünün bu mövqeyini mülki prosessual hüququn ümumi sistemindən irəli gələn prosessual qənaət prinsipi ilə əsaslandırır. Mülki Prosessual Məcəllənin 80-ci maddəsində əksini tapmış həmin prinsipə əsasən məhkəmə prosesində yalnız elə faktlarla və hallarla bağlı sübutlar nəzərə alınmalıdır ki, onlar işin həlli üçün hüquqi baxımdan əhəmiyyət kəsb etsinlər. Qeyd olunanlara əsasən kollegiya belə nəticəyə gəlir ki, apellyasiya şikayətinin dəlilləri isə birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvinə əsas vermir. Xüsusilə qeyd olunmalıdır ki, Mülki Prosessual Məcəllənin 385.2-ci maddəsinə əsasən, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni, əsaslı və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Q Ə T E T D İ: Apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nəsimi Rayon Мəhkəməsinin 2(006)-1506/2020 saylı iş üzrə qəbul etdiyi xx xxxx 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun məbləği iddiaçının özünə aid edilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən hakim imza: Şeyda Məhərrəmova Hakimlər imzalar: Məmməd Məmmədov Rəşad Həsənov
Məhkəmə qərarları › İş №2(103)-5984/2020
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-5984/2020
10.08.2020 · Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver