Məhkəmə qərarları › İş №2(103)-5986/2023

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-5986/2023

04.10.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-5986/2023 04.10.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh İsgəndərova Elnarə Ələmxan qızına qarşı iş üzrə QƏTNAMƏ İş № 2(103)-5986/2023 (Açar sözlər: aliment tələbi) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər Babayev Fuad Fikrət oğlu (məruzəçi), X7 və X5 ibarət tərkibdə, Şirinova Gülyar Elman qızının katibliyi ilə, İddiaçının nümayəndəsi-vəkili Vəkil1 iştirakları ilə, İddiaçı cavabdeh X3 qarşı aliment tələbinə dair mülki iş üzrə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin e-2(001)-1151/2023 saylı 21 fevral 2023-cü il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinə 04 oktyabr 2023-cü il tarixdə Bakı Apellyasiya Məhkəməsinin binasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. İddiaçı cavabdeh X4 ilə xx.xx.2022-ci il tarixə nikaha daxil olmuşlarr. Birgə nikahdan xx.xx.2003-cü il təvəllüdlü X11 və xx.xx.2008-ci il təvəllüdlü X13 doğulmuşdur. Hazırda xx.xx.2008-ci il təvəllüdlü X13 atası İddiaçı yanında qalır.

İş üzrə qəbul edilmiş məhkəmə aktı

a) Birinci instansiya məhkəməsində icraat

2. İddiaçı cavabdeh X3 qarşı “aliment” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, tərəflərin birgə nikahından olan xx.xx.2008-ci il təvəllüdlü X8 yetkinlik yaşına çatanadək saxlanılması üçün cavabdeh X2 qazancının və başqa gəlirlərinin ¼ hissəsi miqdarında alimentin və mediasiya sessiyasının keçirilməsi ilə bağlı ödənilmiş 50 manat mediasiya xərcinin tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmiş və iddia tələbini onunla əsaslandırmışdır ki, tərəflər 2002-ci il tarixdə rəsmi nikaha daxil olaraq ailə qurmuş və birgə nikahdan xx.xx.2003-cü il təvəllüdlü Bayramov Nihad və xx.xx.2008-ci il təvəllüdlü Bayramov Fuad anadan olmuşdur. Tərəflərin nikahı 2020-ci il tarixdə məhkəmə qərarı ilə pozulmuş və uşaqlar ananın himayəsində saxlanılmışdır. Uşaqlar ananın himayəsində saxlanılsa da, Fuad Bayramov iddiaçının (atasının) yanında qalmış və israrla anasının yanında qalmaq istəmədiyini bildirmişdir. Bu səbəbdən də iddiaçı uşaq tələbi ilə məhkəməyə müraciət etmişdir. Bundan sonra tərəflər arasında Barışıq Müqaviləsi imzalandığından iş üzrə icraata xitam verilmiş, xx.xx.2008-ci il təvəllüdlü Fuad Bayramov atası İddiaçı himayəsində saxlanılmışdır. Lakin Barışıq sazişinə əsasən, cavabdeh üzərinə düşən öhdəliyi tam şəkildə yerinə yetirməmişdir. Həmçinin iddiaçı qeyd etmişdir ki, o və oğlu hazırda Türkiyə Respublikasında yaşayır və oğlu orada “X17 Kollecində” təhsil alır. Cavabdeh övladının çəkilməsi zəruri olan xərclərdə könüllü olaraq iştirak etmədiyindən, iddiaçı mövcud iddia tələbi ilə məhkəməyə müraciət etmişdir.

3. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin e-2(001)-1151/2023 saylı 21 fevral 2023-cü ilə tarixli qətnaməsi ilə (hakim Günel Abbasova) iddia tələbi təmin edilməmişdir.

4. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinə Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75, 76 və 78-ci maddələrinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə istinadla əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

a) Apellyasiya şikayətinin dəlilləri

5. Qətnamədən iddiaçı apellyasiya şikayəti verərək onun lığv edilməsini, iddia tələbinin təmin edilməsini xahiş etmişdir.

6. Apellyasiya şikayətini iddia ərizəsinin dəlillərinə uyğun əsaslandırmış, əlavə olaraq göstərmişdir ki, o, Türkiyyə Respublikasında yaşadığından hazırda himayəsində olan Fuad da onunla qalır və orada təhsil alır. O, təhsilini davam etdirmək üçün “X18 Kollecində” oxuyur. Hesab edir ki, onun hərtərəfli inkişafına nail olmaq, fiziki və psixi sağlamlığını mühafizə etmək və möhkəmləndirmək, fərdi qabiliyyətlərini inkişaf etdirmək, zehni inkişafını artırmaq, tədris vəsaitləri ilə təmin etmək, keyfiyyətli qida ilə təmin etmək hər iki valideyinin borcudur. Lakin cavabdeh çəkilməsi zəruri olan xərclərdə könüllü olaraq iştirak etmir. Onu da məhkəmə kollegiyasının diqqətinə çatdırır ki, nikah pozulduqdan sonra uşaqların Elnarə İskəndərovanın himayəsində olmasına baxmayaraq 2022-ci ilin sonunadək hər ay müntəzəm olaraq uşaqların saxlanılması kiraye və kommunal xərclər daxil olmaqla tərəfindən Elnarə İskəndərovaya orta hesabla 3000 manat məbləğində pul ödənilmişdir. Qeyd etdiyi faktlar apelyasiya şikayətinə əlavə etdiyi ödəniş qəbzləri ilə öz təstiqini tapır. Bundan əlavə məhkəmə iclasında hakim tərəfindən X13 ilə mobil telefon vasitəsi ilə görüntülü dialoq aparılmış və X13 verdiyi ifadəsində anası Elnarə İskəndərovanın ümumiyyətlə onunla maraqlanmadığını, ona nə maddi nədə ki, mənəvi olaraq bir ana kimi heç bir diqqət və qayğının göstərmədiyini bildirmişdir. İki ilə yaxındır ki, ancaq atası tərəfindən ona diqqət və qayğı göstərildiyini bildirmişdir. Bu da onu deməyə əsas verir ki, cavabdeh X4 uşağın rifahı uçun zəruri olan müdafiə və qayğısı, tərbiyəsi, təhsili, sağlamlığı, psixi, fiziki, mənəvi inkişafında iştirakını təmin etmək barədə öhdəlik götürsə də bu günədək qeyd edilən öhdəliyini tam şəkildə yerinə yetirməmişdir. Birinci instansiya məhkəməsi ancaq və ancaq cavabdehin mənafeyini üstün tutaraq azyaşlı X8 əsaslı mənafeyini nəzərə almamışdır.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

7. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

c) Proses iştirakçılarının izahatı

8. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi-vəkili apelyasiya şikayətini müdafiə edərək, onun dəlillərinə uyğun izahat verərək təmin edilməsini xahiş etdi. Əlavə olaraq göstərdi ki, tərəflər arasında barışıq sazişi olmuşdur, həmin barışıq sazişinə əsasən övladının sağlamlığının qeydinə qalmasını, rifahını yaxşılaşdırmasını, qayğısına qalmağı cavabdeh öhdəliyinə götürmüşdr. Hal-hazırda uşaqlardan biri atasıyla birgə yaşayır və Türkiyədə təhsil alır, xərclərin hamısını atası ödəyir, atanın özünün də xərcləri var, kirayə yaşayırlar. Cavabdehin maddi imkanı yaxşıdır. İddiaçı hal-hazırda Türkiyədə zəlzələ bölgəsinin əhatə dairəsinə düşdüyündən işləmir, dövlət dəstəyini gözləyir.

9. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmış cavabdeh məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə kollegiyası onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Ailə Məcəlləsi

10. Maddə 75.1. Valideynlər uşaqlarını saxlamağa borcludurlar.

11. Maddə 76.1.1 Aliment ödənilməsi barədə razılıq olmadıqda uşaqlar üçün onların valideynlərindən məhkəmə tərəfindən hər ay 1 uşağa görə qazancın və (və ya) valideynlərin başqa gəlirlərinin dörddə bir hissəsi miqdarında aliment tutulur.

12. Maddə 100.2. Aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur.

“Uşaq hüquqları haqqında” Azərbaycan Respublikasının Qanunu.

13. Maddə 13. Uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır.

Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi

14. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

15. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.

16. Maddə 384.0.2. Apelyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər.

17. Maddə 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

18. Maddə 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Apellyasiya baxışının hədləri

19. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

20. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.

21. İddiaçı tərəfindən qətnamənin ləğv edilməsi xahiş edildiyindən, qətnamənin qanuniliyi və əsaslılığı bütünlüklə yoxlanılır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

22. Apellyasiya baxışının həddi ilə bağlı gəldiyi qənaət çərçivəsində məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv olunmalı, iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə çıxarılmalıdır.

24. Kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi maddi hüquq normalarını düzgün tətbiq etməmiş və gəldiyi nəticə işin faktiki hallarına uyğun deyildir.

25. Belə ki, iş materiallarında olan xx.xx.2022-ci il tarixli “Barışıq Müqaviləsi”nə və barışıq müqaviləsini təsdiq edən Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)- 2398/2022 saylı, xx.xx.2022-ci il tarixli qərardadından aydın olur ki, Müqavilənin 3.1-ci bəndinə əsasən, tərəflərin birgə nikahından olan xx.xx.2008-ci il təvəllüdlü X8 atası İddiaçı yanında saxlanılmasına anası X4 uşağın mənafeyini nəzərə alaraq razılıq verir. Həmin müqavilənin 3.2-ci bəndinə əsasən, X4 xx.xx.2008-ci il təvəllüdlü X8 atası İddiaçı ilə yetkinlik yaşına çatanadək istənilən anda Azərbaycan Respublikasından kənara sərbəst surətdə getməsinə icazə verir. Müqavilənin 3.3-cü bəndinə əsasən, İddiaçı öhdəsinə götürür ki, uşağın mənafeyi nəzərə alınmaqla himayəsinə verilməsinə razılıq verilən xx.xx.2008-ci il təvəllüdlü X8 anası X4 ilə hər həftənin şənbə günü 10:00-dan 18:00-dək, bazar günü 10:00-dan 15:00-dək sərbəst surətdə görüşməsini təmin edəcək və heç bir maneə törətməyəcək. Müqavilənin 3.4-cü bəndinə əsasən, İddiaçı öhdəsinə götürür ki, xx.xx.2008-ci il təvəllüdlü X8 anası X4 tərəfindən uşağın rifahı üçün zəruri olan müdafiə və qayğızı, tərbiyəsi, təhsili, ağlamlığı, psixi, fiziki, mənəvi inkişafını təmin edəcək və heç bir maneə törətməyəcəkdir. Müqavilənin 3.5- ci bəndinə əsasən, İddiaçı öhdəsinə götürür ki, iş səfərlərində olduğu müddətdə xx.xx.2008-ci il təvəllüdlü X8 anası X2 yanında qalmasını təmin edəcəkdir.

26. İş materiallarında olan “X17 Kolleci” tərəfin verilmiş sənədə (öğrenci kayıt sözleşmesi) əsasən, xx.xx.2008-ci il təvəllüdlü X13 qeyd edilən kollecdə təhsil alır.

27. Ödəniş qəbzlərinə (hesaptan fast) əsasən, İddiaçı tərəfindən “X17 Kolleci”nə ödənişlər edilmişdir.

28. X12 Xidməti tərəfindən verilmiş şəxsin əmək fəaliyyəti ilə bağlı məlumata dair arayışdan, vəkil sorğusuna verilmiş cavab məktubundan və elektron məhkəmə portalında əldə edilmiş çıxarışdan görünür ki, X4 əsas iş yeri olaraq “X19” MMC-də işləyir və əmək haqqısı 1207,45 manat, əlavə iş yeri olaraq isə "xxxx" QSC-də işləyir və əmək haqqısı 1344 manatdır.

29. İş materialları ilə müəyyən olunur ki, iddiaçı ilə cavabdehin birgə nikahından xx.xx.2003-cü il təvəllüdlü X11 və xx.xx.2008-ci il təvəllüdlü X13 anadan olmuşdur. Tərəflər rasında bağlanmış xx.xx.2022-ci il tarixli “Barışıq Müqaviləsi”nə və barışıq müqaviləsini təsdiq edən Binəqədi Rayon Məhkəməsinin 2(001)-2398/2022 saylı, xx.xx.2022-ci il tarixli qərardadına əsasən xx.xx.2003-cü il təvəllüdlü X11 anasının himayəsində və xx.xx.2008-ci il təvəllüdlü X13 isə atasının himayəsində qalmışlar. xx.xx.2003-cü il təvəllüdlü X6 18 yaşı tamam olmuş və artıq yetkinlik yaşına çatmışdır. xx.xx.2008-ci il təvəllüdlü X8 isə 15 yaşı vardır.

30. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşmayaraq qeyd edir ki, tərəflər arasında mövcud olmuş mübahisə ilə bağlı barışıq sazişinin təsdiq edilməsi hazırda yetkinlik yaşına çatmayan uşağa görə alimentin tutulmaması üçün əsas ola bilməz. Ən azı ona görə ki, həmin sazişdə alimentlə bağlı müddəalar nəzərdə tutulmamışdır.

31. Hazırda isə kollegiyanın qənaətinə görə iddiaçı himayəsində olan və yetkinlik yaşına çatmayan uşağın saxlanılması üçün cavabdehdən aliment tələb etməyə haqlıdır. Yuxarıda qeyd edilən qanunvericiliyin normalarının tələblərini və iş materiallarını araşdıraraq məhkəmə kollegiyası qənaətə gəlir ki, birgə uşağı saxlamaq hər iki valideyinin vəzifəsidir. Odur ki, uşağın maraqları üstün tutulmaqla və iddiaçı və cavabdehin maddi vəziyyəti nəzərə alınaraq, X1 - xx.xx.2008-ci il təvəllüdlü X8 yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay aylıq qazancı və (və ya) başqa gəlirlərinin dörddə bir hissəsi miqdarında aliment tutularaq İddiaçı ödənilməlidir.

31. Kollegiya alimentin məbləğini müəyyənləşdirərkən nəzərə alır ki, Azərbaycan Respublikasının Ailə Məcəlləsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar (75.1); valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur (75.4); aliment ödənilməsi barədə razılıq olmadıqda uşaqlar üçün onların valideynlərindən məhkəmə tərəfindən hər ay 1 uşağa görə—qazancın və (və ya) valideynlərin başqa gəlirlərinin dörddə bir hissəsi miqdarında aliment tutulur (76.1.1).

32. İş materialları ilə müəyyən olunur ki, cavabdeh X4 əsas iş yeri olaraq “X19” MMC-də işləyir və əmək haqqısı 1207,45 manat, əlavə iş yeri olaraq isə "xxxx" QSC-də işləyir və əmək haqqısı 1344 manatdır.

33. Bu fakt onu deməyə əsas verir ki, Ailə Məcəlləsinin 78.1-ci maddəsində qeyd olunan əsaslar hazırki mübahisəli halda öz əksini tapmadığından xx.xx.2008-ci il təvəllüdlü X10 aliment təyin olunarkən həmin Məcəllənin 76.1.1-ci maddəsi tətbiq olunmalıdır.

34. Məhkəmə kollegiyası qeyd edir ki, hüquqi müəyyənlik prinsipi digər tələblərlə yanaşı, ən ümumi mənada mövcud hüquqi vəziyyətə aid aydınlığı və müəyyənliyi nəzərdə tutur. Bu baxımdan, məhkəmələr tərəfindən qəbul olunmuş qərarlarda həll olunan işə aid bütün zəruri məsələlərə aydınlıq gətirilməli, ziddiyyətli məqamlar aradan qaldırılmalıdır. Azərbaycan Respublikasının adından çıxarılan məhkəmə aktlarında işin ədalətli həllini şübhə altına alan, ziddiyyətlər yaradan və mübahisə üzrə iştirakçıların konstitusiya məhkəmə müdafiəsi hüququna təsir göstərən müddəalar olmamalıdır (Konstitusiya Məhkəməsi Plenumunun N.Babayevin şikayəti üzrə 28 dekabr 2011-ci il tarixli Qərarı).

35. Məhkəmə kollegiyası onu da vurğulamağı zəruri hesab edir ki, Mülki Prosessual Məcəllənin 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.

36. Qətnamənin qanuniliyi dedikdə, onun mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılması başa düşülür.

37. Qətnamənin əsaslılığı dedikdə isə qətnamənin iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun olması başa düşülür. Qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn nəticəsi onda şərh olunsun, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun.

38. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 385, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

Qət etdi:

İddiaçı apellyasiya şikayəti təmin edilsin. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin e-2(001)-1151/2023 saylı iş üzrə 21 fevral 2023-cü il tarixli qətnaməsi ləğv edilsin, iş üzrə yeni qətnamə çıxarılsın. İddia təmin edilsin. xx.xx.2022-ci il tarixdən başlayaraq xx.xx.2008-ci il təvəllüdlü X13 oğlunun yetkinlik yaşına çatanadək saxlanması üçün X2 hər ay aylıq qazancı və (və ya) başqa gəlirlərinin dörddə bir hissəsi miqdarında aliment tutularaq İddiaçı verilsin. 50 (əlli) manat mediasiya xərci X1 tutularaq İddiaçı verilsin. Qətnamə alimentin tutulması hissəsində dərhal icra edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Sədrlik edən: Fuad Babayev Hakimlər: Cəmilə Musayeva Günay Axundova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar