Məhkəmə qərarları › İş №2(103)-5988/2020

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-5988/2020

20.07.2020 · Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-5988/2020 20.07.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər X1 (sədrliyi və məruzəsilə), Eyvazov Rafael Əmir oğlu və Şirinov Ziya Allahverdi oğlundan ibarət tərkibdə, hakim köməkçisi Hüseynova Amilya Aqil qızının katibliyi ilə, Bakı şəhər Suraxanı Rayon Məhkəməsinin 2(010)-2667/2020 saylı işi üzrə xx.xx.2020-ci il tarixli qərardadına Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İddiaçı cavabdeh "xxxxxxxxx” MMC-nin baş direktoru X2 qarşı əmək haqqının, son haqq hesabın, aylar üzrə gecikdirilmiş hər gün üçün əmək haqqının azı bir faizi məbləğində ödənişin verilməsinin cavabdehin üzərinə qoyulması tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Nəsimi rayon Məhkəməsinə müraciət etmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2(006)- 7614/2019 saylı qərardadı ilə mülki işin ərazi aidiyyəti Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin səlahiyyətinə aid olduğundan, aidiyyəti üzrə baxılması üçün Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli qərardadı ilə mülki işin ərazi aidiyyətinin müəyyən edilməsi üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2020-ci il tarixli qərardadı ilə mülki iş baxılması üçün ərazi aidiyyətinə görə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(006)- 2844/2020 saylı qərardadı ilə mülki iş aidiyyəti üzrə baxılması üçün Bakı şəhəri Suraxanı rayon Məhkəməsinə göndərilmişdir. Bakı şəhər Suraxanı Rayon Məhkəməsinin 2(010)-2667/2020 saylı işi üzrə xx.xx.2020-ci il tarixli qərardadı ilə işin baxılmasının aidiyyət məsələsinin həll edilməsi üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyası iş materiallarını araşdıraraq hesab edir ki, mülki iş baxılması üçün aidiyyəti üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə göndərilməlidir. Məsələ üzrə artıq apellyasiya instansiya məhkəməsinin mübahisə edilməz qərarı mövcuddur və işin icraata qəbul edilməsindən sonra müəyyən anlaşılmazlıqların aradan qaldırılması üçün məhkəmənin iddiaçıya izah (təklif) etmək kimi hüquq və vəzifələri mövcuddur. İddiaçı tərəfindən prosessual qanunvericiliyə müvafiq düzəlişlər etmək və sair prosessual hüquqlara malikdir ki, bu hüquqların həyata keçirilməməsi məhkəmənin prosessual nəticələrə səbəb ola bilən qərar qəbul etmək kimi vəzifələr yaradır. İşə baxmalı olan Nəsimi Rayon Məhkəməsi də məhz bu prosedur qaydalarının təmin edilməsi həddində çatışmazlıqları aradan qaldırmaq üçün iddianın və bunların nəticəsindən asılı olaraq isə müvafiq yekun qərar qəbul etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 259.0.12-ci maddəsinə əsasən, ərizə Məcəllənin 149-cu maddəsində nəzərdə tutulmuş tələblər göstərilmədən, eləcə də bu Məcəllənin 150.0.1—150.0.3-cü maddələrində göstərilən sənədlər əlavə edilmədən verildikdə iddiaçı hakim tərəfindən müəyyən edilmiş müddətdə işin mahiyyəti üzrə baxılmasına və həll edilməsinə maneçilik törədən həmin nöqsanları aradan qaldırmadıqda, məhkəmə ərizəni baxılmamış saxlayır. Məcəllənin 170 və 171-ci maddələrinə görə, Məcəllənin 254, 255, 261.0.1—261.0.3 və 261.0.6—261.0.8-ci maddələrində göstərilən əsaslar olduqda, məhkəmə baxışına hazırlığın icraatı dayandırıla və ya xitam edilə bilər, yaxud iddiaçının vəsatəti ilə ərizə qaytarıla bilər. Hakim işi kifayət qədər hazırlanmış hesab etdikdə, işdə iştirak edən şəxslərə prosesin vaxtı və yeri haqqında məlumat verməklə, onun məhkəmə iclasında baxılmağa təyin edilməsi haqqında qərardad çıxarır. Məcəllənin 14.1-ci maddəsinə əsasən, məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir.Qeyd edilməlidir ki, işin hazırlıq mərhələsi məhz çatışmazlıqların və nöqsanların aradan qaldırılmasına, işdə iştirak edən şəxslərin hüquqlarının (vəzifələrinin) izah edilməsinə və işin kifayət qədər hazır olmasına xidmət edir. Bu mənada, tələbin yönəldiyi fiziki və ya hüquqi şəxs olduğu dəqiqləşdirilməli, zərurət yaranarsa müəyyən edilmiş müddətdə işin mahiyyəti üzrə baxılmasına və həll edilməsinə maneçilik törədən nöqsanların aradan qaldırılması müzakirə edilməli, qeyd edilən nöqsanların mövcudluğunun, habelə görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə tərəflər xəbərdar edilməli və iş üzrə yekun qənaət hasil olmalıdır. Qeyd edilənlərə əsasən və MPM-in 45.4, 263, 398, 400-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası q ə r a r a a l d ı: İddiaçı cavabdeh "xxxxxxxxx” MMC-nin baş direktoru X2 qarşı əmək haqqının, son haqq hesabın, aylar üzrə gecikdirilmiş hər gün üçün əmək haqqının azı bir faizi məbləğində ödənişin verilməsinin cavabdehin üzərinə qoyulması barədə iddia ərizəsi üzrə mülki iş baxılması üçün ərazi aidiyyətinə görə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə göndərilsin.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar