Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-5989/2020 13.08.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Səmədov Tofiq Səməd oğlunun sədrliyi və məruzəsi ilə, Şirinov İkram Sabir oğlu və Tanrıverdiyev Anar Vəzir oğlundan ibarət tərkibdə, Kərimova Aytən Nadir qızının katibliyi ilə, İddiaçı Abdulhəmid oğlunun Cavabdehin nümayəndəsi-vəkili Vəkil iştirakı ilə, İddiaçı Abdulhəmid oğlunun Cavabdeh qarşı aliment tələbi barədə iddiasına dair mülki iş üzrə Qaradağ Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Bakı şəhəri Qaradağ rayon Məhkəməsinin 2(002)-775/20 saylı xx xxxx 2020-cu il tarixli qətnaməsi ilə iddia tələbi qismən təmin edilərək, xx xxxx 2009-cu il təvəllüdlü Tağızadə Bəylər Rövşən oğlunun yetkinlik yaşına çatanadək saxlanılması üçün xx.xx.2020-ci il tarixdən başlayaraq Cavabdeh İddiaçı Abdulhəmid oğlunun xeyrinə hər ay 100 manat sabit pul məbləğində alimentin tutulması qət edilmişdir. İş materiallarından görünür ki, İddiaçı Abdulhəmid oğlu Cavabdeh qarşı «aliment» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2009-cu il təvəllüdlü Tağızadə Bəylər Rövşən oğlunun yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh onun xeyrinə hər ay 170 manat sabit pul məbləğində aliment tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, Cavabdeh ilə xx xxxx 2008-ci il tarixdə rəsmi nikah qeydiyyatından keçməklə evlənmişdir. Birgə nikahdan doğulmuş xx.xx.2009-cu il təvəllüdlü Tağızadə Bəylər Rövşən oğlu və xx.xx.2017-ci il təvəllüdlü Tağızadə Nərmin Rövşən qızı adlı iki uşaqları var. Aralarında olan nikah xx xxxxxxxx 2018-ci il tarixdə məhkəmə yolu ilə pozulmuş, uşaqlar analarının himayəsində saxlanılmaqla ondan iki uşağın saxlanılması üçün cəmi 308 manat alimentin tutulması qət edilmişdir. Hal-hazırda uşaqlardan xx xxxx 2009-cu il təvəllüdlü Tağızadə Bəylər Rövşən oğlu onun yanında yaşamaqla, Bəylərə özü baxır. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(002)-2659/2019 saylı qətnaməsi ilə xx xxxx 2009cu il təvəllüdlü Tağızadə Bəylər Rövşən oğlunun onun himayəsinə verilməsi və Bəylərə münasibətdə təyin edilmiş aliment öhdəliyinə xitam verilməsi qət edilmişdir. Göründüyü kimi, hazırda uşaqlardan biri onda, biri isə cavabdehin himayəsindədir. O, cavabdehin himayəsində olan uşaq üçün hər ay 154 manat məbləğində aliment ödəyir. Göründüyü kimi, uşaqlardan biri onun, biri isə cavabdehin yanında yaşayır. Hər iki valideyn uşaqlarını saxlamağa borcludurlar. Əgər uşaqlardan biri onda, biri isə cavabdehdə qalırsa və o, cavabdehdə qalan uşağın saxlanılması üçün aliment ödəyirsə, cavabdeh də onun himayəsində qalan uşaq üçün aliment ödəməlidir. Cavabdeh hazırkı vaxta kimi onun himayəsində qalan oğlu ilə maraqlanmamış və heç bir maddi yardım göstərməmişdir. Qeyd olunanları nəzərə alıb iddiaçı iddiasının təmin edilməsini xahiş etmişdir. İşə baxan birinci instansiya məhkəməsi tərəfindən iddia tələbi yuxarıda göstərilən qaydada qismən təmin olunmuşdur. İddiaçı Abdulhəmid oğlu Qaradağ Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli qətnaməsindən apellyasiya şikayəti verərək, qətnamənin dəyişdirilməsi, birgə nikahdan doğulmuş xx xxxx 2009-cu il təvəllüdlü Tağızadə Bəylər Rövşən oğlunun yetkinlik yaşına çatanadək hər ay 170 manat sabit pul məbləğində alimentin tutulması və ya təyin edilmiş alimentlərin əvəzləşdirilməsi xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi yaşayış minimumundan aşağı məbləğdə aliment müəyyən etməklə işi tam araşdırmamış və qanunvericiliyin tələblərinə zidd olaraq belə bir qətnamə qəbul etmişdir. Kollegiya apellyasiya şikayətinin dəlillərini müzakirə edib, Sədrlik edənin məruzəsini, şikayəti müdafiə edərək təmin olunmasını xahiş edən iddiaçını, şikayəti qəbul etməyərək rədd olunmasını xahiş edən cavabdehin nümayəndəsini dinləyib, işdə olan sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən apellyasiya şikayəti təmin olunmamalı, qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Mülki Prosessual Məcəllənin 372.6-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. İş materiallarında olan Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin xx xxxxxxxx 2018-ci il tarixli, 2(002)-1658/2018 saylı qətnaməsindən görünür ki, Cavabdeh İddiaçı qarşı «nikahın pozulması, uşağın ananın yanında qalması və aliment» tələbinə dair iddiası təmin edilmiş, Cavabdeh ilə İddiaçı arasında xx xxxx 2008-ci il tarixdə Bakı Nikah evində 1564 saylı akt qeydi ilə bağlanmış nikah pozulmuş, xx xxxx 2009-cu il təvəllüdlü Tağızadə Bəylər Rövşən oğlu və xx xxx 2010-cu il təvəllüdlü Tağızadə Nərmin Rövşən qızı iddiaçı Cavabdeh himayəsində saxlanılmış, İddiaçı xx xxxx 2018-ci il tarixdən başlayaraq xx xxxx 2009-cu il tarixdə doğulmuş Tağızadə Bəylər Rövşən oğlunun və xx xxx 2010-cu il təvəllüdlü Tağızadə Nərmin Rövşən qızının yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay bir uşağa görə 154 manat, iki uşağa görə cəmi 308 manat sabit pul məbləğində alimentin tutularaq Cavabdeh ödənilməsi qət edilmişdir. İş materiallarına əlavə olunmuş Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin xx xxxxxx 2019cu il tarixli, 2(002)-2659/2019 saylı qətnaməsindən görünür ki, İddiaçı Cavabdeh qarşı «uşağın atanın himayəsinə verilməsi və aliment öhdəliyindən azad edilməsi» tələbinə dair iddiası qismən təmin edilmiş, xx xxxx 2009-cu il təvəllüdlü Tağızadə Bəylər Rövşən oğlu atası İddiaçı himayəsinə verilmiş, İddiaçı Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin xx xxxxxxxx 2018-ci il tarixli, 2(002)- 1658/2018 saylı qətnaməsi ilə müəyyən olunmuş aliment öhdəliyinə xx xxxx 2009-cu il təvəllüdlü Tağızadə Bəylər Rövşən oğluna münasibətdə xitam verilmiş, qalan hissədə iddia rədd edilmişdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən valideyinlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən valideyinlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideyinin qazancı qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın hamısını və ya bir hissəsini həmin valideyin natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və sair gəlirləri yoxdursa, habelə alimentin valideyinin qazancından müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanılması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın müəyyən hissəsi kimi müəyyən edilə bilər. Həmin Məcəllənin 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanılması əsas tutularaq müəyyən edilir. Qanunvericilik alimentin məbləğinin müəyyənləşdirilməsi zamanı əsas meyar kimi uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanmasını müəyyən etmişdir. Lakin bu zaman tərəflərin maddi və ailə vəziyyətləri, eləcə də hər bir konkret hal üzrə müəyyən olunmuş digər diqqətəlayiq hallar da nəzərə alınmalıdır. Göründüyü kimi iddiaçı müəllim işləməklə, 1.000 manata yaxın əmək haqqı alır. Buna baxmayaraq, o, övladının saxlanılması üçün cavabdehdən 170 manat sabit pul məbləğində aliment tutulmasını tələb edir. Halbuki, özü, bir uşağın saxlanılması üçün cavabdehə hər ay 154 manat sabit pul məbləğində aliment ödəyir. İşin qeyd edilən halı hazırkı mübahisə üzrə tutulmalı olan aliment məbləğinə təsir edir. Digər tərəfdən, iddiaçı cavabdehin hər ay 170 manat sabit pul məbləğində aliment ödəmək imkanına malik olması barədə mötəbər sübutları nə birinci instansiya məhkəməsində, nə də ki, kollegiyanın iclasında təqdim etməmişdir. Kollegiya hesab edir ki, 100 manat sabit pul məbləğində alimentin tutulması uşağın hüquq və mənafelərinin qorunması və əsas məqsəd olması baxımından məqsədə və qanuna müvafiqdir. Kollegiya iş materiallarını araşdırıb, sübutlara məcmu halda, tam, hərtərəfli və obyektiv hüquqi qiymət verərək hesab edir ki, iddia tələbini yuxarıda qeyd olunan qaydada qismən təmin etməklə birinci instansiya məhkəməsi haqlı olmuşdur. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384.0.1, 393, 405-ci maddələrini rəhbər tutaraq, kollegiya qət etdi: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Qaradağ rayon Məhkəməsinin hazırkı iş üzrə xx xxxx 2020-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-5989/2020
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-5989/2020
13.08.2020 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver