Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-5995/2025 09.12.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı iş üzrə QƏTNAMƏSİ İş № 2(103)-5995/2025 (Açar sözlər: alimentin tutulma qaydası) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər Sadıqov Vahid Nəriman oğlu (sədrlik edən və məruzəçi), Mərdanova Xumar Afət qızı və X2 ibarət tərkibdə, Əmiraslanova Nigar Çingiz qızının katibliyi, İddiaçının nümayəndəsi-vəkili Nümayəndə, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “alimentin tutulma qaydasının dəyişdirilməsi tələbinə dair” mülki iş üzrə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)-2335/2025 nömrəli 08 iyul 2025-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə 09 dekabr 2025-ci il tarixdə Bakı Apellyasiya Məhkəməsinin binasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. AZ-İİ seriyalı, 966771 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X9 xx.xx.2012-ci il tarixdə Bakı şəhərində doğulmuşdur. Salahov Nazirin atası Cavabdeh, anası İddiaçıdır.
2. AZ-İİİ seriyalı, 568398 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X10 xx.xx.2015-ci il tarixdə Bakı şəhərində doğulmuşdur. Salahov Natiqin atası Cavabdeh, anası İddiaçıdır.
3. AZ-İİİ seriyalı, 907706 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X8 xx.xx.2017-ci il tarixdə Bakı şəhərində doğulmuşdur. Salahova Fazilənin atası Cavabdeh, anası İddiaçıdır
4. “X4” MMC tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli arayışdan görünür ki, Cavabdeh xx.xx.2025-ci il tarixdən “X4” MMC-də usta vəzifəsində işləyir, ştat cədvəlinə uyğun olaraq aylıq vəzifə maaşı 400 (dörd yüz) manat təşkil edir.
5. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)-1220/2021 nömrəli xx.xx.2021-ci il tarixli qətnaməsinin surətindən görünür ki, 19 oktyabr 2021-ci il tarixindən başlayaraq xx.xx.2012-ci il təvəllüdlü X6, xx.xx.2015-ci il təvəllüdlü X7 və xx.xx.2017-ci il təvəllüdlü X3 yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün iddiaçı Cavabdeh hər ay qazancının yarısı (1/2 hissəsi) miqdarında alimentin tutularaq cavabdeh İddiaçı ödənilməsi qət edilmişdir.
İş üzrə qəbul edilmiş məhkəmə aktı
a) Birinci instansiya məhkəməsində icraat
6. İddiaçı Cavabdeh qarşı alimentin tutulma qaydasının dəyişdirilməsi tələbi barədə iddia ərizəsi ilə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinə müraciət edərək, birgə nikahdan anadan olmuş xx.xx.2012-ci il təvəllüdlü X6, xx.xx.2015-ci il təvəllüdlü X7 və xx.xx.2017-ci il təvəllüdlü X1 üçün Cavabdeh hər ay qazancının yarısı miqdarında tutulan alimentin tutulma qaydasının dəyişdirilərək, xx.xx.2012-ci il təvəllüdlü X6, xx.xx.2015-ci il təvəllüdlü X7 və xx.xx.2017-ci il təvəllüdlü X3 yetkinlik yaşlarına çatanadək saxlanması üçün alimentin hər ay hər uşaq üçün sonrakı artımlar nəzərə alınmaqla ölkə üzrə müəyyən edilmiş minimum əmək haqqının 0,62 misli həddində müəyyən edilməsi və ödənilmiş 60 manat mediasiya xərcinin cavabdehdən tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
7. İddiaçı tələbini belə əsaslandırmışdır ki, qətnamə qəbul edildiyi dövrdə cavabdehin işlədiyi iş yerində əmək haqqı yaxşı olduğuna görə aliment məbləği normal olmuşdur, lakin cavabdeh həmin iş yerindən çıxmışdır. Cavabdeh işlədiyi müəssisədən çıxdığı üçün onun gəliri dəyişkənlik təşkil etməkdədir. Ona görə də uşaqların təminatı üçün cavabdehdən aliment hər uşağa görə sabit pul məbləğində minimum əmək haqqının 0,62 misli həddində tutulmalıdır. Mediasiyada razılıq olmadığından, məhkəməyə müraciət etmişdir.
8. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 2(009)-2335/2025 nömrəli 08 iyul 2025-ci il tarixli qətnaməsi ilə (hakim Fuad Hüseynov) iddianın qismən təmin edilməsi, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)-1220/2021 nömrəli 19 oktyabr 2021-ci il tarixli qətnaməsi ilə müəyyən edilmiş alimentin tutulma qaydası dəyişdirilərək, hazırki qətnamənin qanuni qüvvəyə mindiyi gündən yetkinlik yaşına çatmayan 13 iyul 2012-ci il təvəllüdlü X6, 01 iyun 2015-ci il təvəllüdlü X7 və xx.xx.2017-ci il təvəllüdlü X3 yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün Cavabdeh hər ay qazancının yarısı (1/2 hissəsi) miqdarında və əlavə olaraq, sonrakı artımlar nəzərə alınmaqla, hər ay hər uşağa görə ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,17 misli həddində sabit pul məbləğində aliment tutularaq İddiaçı ödənilməsi, iş üzrə ödənilmiş mediasiya xərcinə görə 30 manat pul Cavabdeh tutularaq İddiaçı ödənilməsi qət edilmişdir.
9. Məhkəmə qeyd etmişdir ki, yetkinlik yaşına çatmayan uşaqların yaşı, mənafeyi, sayı, cavabdehin konkret iş yerinə və aylıq qazanca malik olması, onun başqa qazanca malik olması barədə hər hansı sübutun təqdim edilməməsi, lakin onun aylıq qazancının yarısının uşaqların təminatı baxımından azlığı, eyni zamanda son bir ildə uşaqların təminat səviyyəsi və uşaqların əvvəlki təminat səviyyəsinin mümkün qədər maksimal saxlanması zərurəti, hər iki tərəfin maddi vəziyyəti nəzərə alınaraq, iddia tələbi qismən təmin edilməlidir. Məhkəmə mülki iş üzrə sübutlara əsasən müəyyən etmişdir ki, qeyd olunan qaydada tutulacaq aliment miqdarı (400:2+3x0.17x400=404 manat) uşaqların əvvəlki təminat səviyyəsinin mümkün qədər maksimal saxlanması zərurətinə və tərəflərin maddi vəziyyətinə uyğun olmaqla, qanuni və ədalətlidir.
10. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Konstitusiyasının 17, Ailə Məcəlləsinin 75.1, 75.4, 76.1, 78.1, 78.2, 112.1, “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikasının Qanununun 5, 13, Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 78.1, 216-220 və 360-cı maddələrinə istinadla əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Apellyasiya şikayətinin dəlilləri
11. Qətnamədən iddiaçı apellyasiya şikayəti verərək qətnamənin ləğv və iddianın tam təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
12. Apellyasiya şikayətində göstərilmişdir ki, məhkəmə uşaqların yaşı, mənafeyi, əvvəlki təminat səviyyəsinin maksimum qorunmasından bəhs etsə də, 3 uşağa yekunda 404 manat aliment tutulmasını qət etmişdir. Halbuki 2025-ci il üçün bir uşağın minimal dolanacaq xərci 246 manat müəyyən edilmişdir. Həmin məbləği də 3 nəfər uşağın sayına vurduqda uşaqların 2025-ci il üçün minimum dolanacaq xərcinin 738 manat təşkil etdiyi bəlli olur. Belə olduğu halda minimum məbləğdən belə az qala 2 dəfə az məbləğin uşağın hansı mənafeyinə xidmət edəcəyini məhkəmə əsalandırmamışdır. Cavabdehin işləyib-işləməməsi, aylıq qazancının nə qədər olmasının uşaqların təminatı baxımından heç bir önəmi yoxdur. Cavabdehin əmək qabiliyyəti vardır və sözsüz ki, qazancı ona qane etmirsə, əlavə işdə işləyə bilər.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
13. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
c) Proses iştirakçılarının izahatı
14. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi-vəkili apellyasiya şikayətini müdafiə edərək, onun təmin edilməsini xahiş etdi. O, izahatında təyin edilən alimentin 3 uşağın ehtiyaclarının qarşılanması üçün kifayət etmədiyini bildirdi.
15. Məhkəmə iclasında iştirak edən cavabdeh apellyasiya şikayətinin təmin edilməməsini və birinci instansiya məhkəməsinin qətnaməsini dəyişdirilmədən saxlanılmasını xahiş etdi.
Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Konstitusiyası
16. Maddə 17, İİ hissə. Uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir.
Azərbaycan Respublikası Ailə Məcəlləsi
17. Maddə 56.1. Valideynlər öz uşaqları barəsində bərabər hüquq və vəzifələrə malikdirlər.
18. Maddə 75. Valideynlər uşaqlarını saxlamağa borcludurlar. Uşaqlarını saxlamağın qayda və formasını valideynlər müstəqil müəyyən edirlər; Valideynlər bu Məcəllənin 16-cı fəslinə uyğun olaraq yetkinlik yaşına çatmayan uşaqlarını saxlamaq barədə saziş (aliment ödənilməsi barədə saziş) bağlamaq hüququna malikdirlər; Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Aliment ödənilməsi barədə valideynlər arasında saziş olmadıqda, valideynlər (onlardan biri) uşaqları saxlamadıqda və məhkəməyə bu barədə iddia verilmədikdə müvafiq icra hakimiyyəti orqanı yetkinlik yaşına çatmayan uşaqlar üçün aliment tutulması barədə valideynlərə (onlardan birinə) qarşı iddia qaldırmaq hüququna malikdir.
19. Maddə 78.1. Valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. 20.Maddə 78.2. Sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir.
21. Maddə 112.1. Aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən istənilən birinin ailə və maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə müəyyən olunmuş miqdarı dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını nəzərə almaqla aliment ödəməkdən azad edə bilər.
“Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanunu
22. Maddə 5. Dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı, onların hüquqlarının tə min olunmasına şərait yaratmalıdırlar. Azərbaycan Respublikasının normativ hüquqi aktları və müvafiq orqanların qərarları uşaq mənafelərinə zidd olmamalı və onların icrası uşaqların həyatına, inkişafına və tərbiyəsinə zərər gətirməməlidir. Uşağın hüquq və mənafelərini məhdudlaşdıran hər hansı əqd etibarsızdır.
23. Maddə 13. Uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır.
24. Maddə 19. Valideynlərin uşağın tərbiyəsində bərabər hüquq və vəzifələri vardır. Onlar uşağı sağlam böyütməli, ümumbəşəri və milli dəyərlər əsasında tərbiyə etməli, müstəqil həyata hazırlamalıdırlar. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir.
25. Azərbaycan Respublikasında 2025-ci il üçün yaşayış minimumu haqqında 16 dekabr 2024-cü il tarixli Azərbaycan Respublikası Qanununa əsasən Azərbaycan Respublikasında 2025-ci il üçün yaşayış minumumu haqqında Qanuna əsasən yaşayış minimumu ölkə üzrə uşaqlar üçün 246 manat məbləğində müəyyən edilmişdir.
Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi
26. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
27. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.
28. Maddə 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 29.Maddə 119.2. İddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır.
30. Maddə 233.4. Cavabdehdən vaxtaşırı ödəmələrin alınmasını qət edən qətnamə qanuni qüvvəyə mindikdən sonra, ödəmələrin miqdarını müəyyənləşdirən və ya onların davam etməsinə təsir edən hallar dəyişərsə, hər bir tərəf yeni iddia vermək yolu ilə ödəmələrin miqdarını və müddətlərini dəyişdirməyi tələb etməyə haqlıdır.
31. Maddə 384.0.2. Apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər.
Apellyasiya baxışının hədləri
32. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
33. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.
34. Qətnamə tam yoxlanılır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
35. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli və iddia qismən təmin edilməlidir.
36. İşin hallarından göründüyü kimi iddiaçı ilə cavabdehin birgə nikahdan yetkinlik yaşına çatmayan 3 uşaqları vardır.
37. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)-1220/2021 nömrəli 19 oktyabr 2021-ci il tarixli qətnaməsinin surətindən görünür ki, 19 oktyabr 2021-ci il tarixindən başlayaraq 13 iyul 2012-ci il təvəllüdlü X6, 01 iyun 2015-ci il təvəllüdlü X7 və 24 yanvar 2017-ci il təvəllüdlü X3 yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün iddiaçı Cavabdeh hər ay qazancının yarısı (1/2 hissəsi) miqdarında alimentin tutularaq cavabdeh İddiaçı ödənilməsi qət edilmişdir.
38. Hazırda iddiaçı məhkəməyə müraciət edərək, qeyd etmişdir cavabdehin əvvəlki işlədiyi iş yeri üzrə aldığı əmək haqqının və digər gəlirlərinin ½ hissədə tutulması uşaqları saxlamağa, onların maddi ehtiyaclarını qarşılamağa kifayət edirdi, lakin cavabdeh həmin işdən çıxdığından alimentin miqdarında kəskin fərq əmələ gəlmişdir.
39. İş materiallarına əlavə edilmiş “X5” (YQS) MMC-nin 13 iyun 2025-ci il tarixli arayışından görünür ki, Cavabdeh həmin MMC-də usta vəfizəsində işləyir və ştat cədvəlinə uyğun olaraq 400 manat maaş alır.
40. “AzeMis” Elektron Məhkəmə İnformasiya Sistemindən də müəyyən edilir ki, cavabdeh 400 manat əmək əmək haqqı alır.
41. “AzeMis” Elektron Məhkəmə İnformasiya Sistemində iddiaçının hər hansı aktiv əmək müqaviləsi və ya başqa gəlirləri barədə məlumat aşkar edilməmişdir.
42. Uşaqlarını saxlamaq valideynlərin həm qanunla müəyyən olunmuş vəzifəsi, həm də mənəvi borcudur. Aliment uşaqların maksimum dərəcədə cəmiyyətdə normal inkişafına, tərbiyyəsinə, təhsilinə, müalicəsinə və s. xidmət etməlidir. Lakin bu zaman həm də aliment ödəyən valideynin hüquqları da nəzərə alınmalıdır. Cavabdeh hazırda aliment ödəməkdən yayınmağa cəhd etmir. Lakin iddiaçı da nəzərə almalıdır ki, uşaqları saxlamaq, onların maddi təminatını təmin etmək təkçə aliment ödəyən atanın borcu deyil.
43. Kollegiya tərəflər arasında cavabdehin iş yerinin dəyişməməsinə, alimentin məbləğinin aşağı düşməsinə münasibətdə qeyd edir ki, 3 uşağın saxlanması, onların ehtiyaclarının qarşılanması üçün 404 manat müəyyən edilməsi ağlabatan hesab edilə bilməz.
44. Yaşayış minimumu ölkə üzrə uşaqlar üçün 246 manat məbləğində nəzərdə tutulduğu halda, 3 uşağın saxlanması üçün alimentin miqdarının hər uşağa görə 200 manat, cəmi 600 manat sabit pul məbləğində müəyyən edilməsi daha ədalətlidir.
45. Cavabdehin dəlillərinə münasibətdə Kollegiya qeyd edir ki, həmin dəlillər onu aliment öhdəliyindən azad etmir, o, hazırda ustalara təlabatın çox olduğu bir vaxtda daha yüksək maaşlı işdə də işləyə bilər.
46. İddia tələbindən göründüyü kimi, iddiaçı məhkəmədən alimentin tutulma qaydasının dəyişdirilməklə sabit pul məbləğində tutulmasını xahiş etsə də, birinci instansiya məhkəməsi iddianı qismən təmin edərək, əmək haqqının ½ hissəsinə əlavə olaraq sabit pul məbləği tutaraq, hesablamalarla cəmi 404 manat aylıq ödəniş təyin etmişdir.
47. Hazırki mübahisənin predmeti alimetin tutulma qaydasının dəyişdirilməsidir və Kollegiya da iddiaçının dəlillərini əsaslı hesab edir.
48. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” xx.xx.2016-cı il tarixli Qərarının 8.2-ci bəndinə əsasən, nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, qanunvericiliklə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatın aliment kimi digər valideyndən tutulmasına əsas verir. Həmin Qərarın 8.1-ci bəndinə əsasən, yetkinlik yaşına çatmayan uşağın saxlanması üçün alimentin miqdarı valideynin qazancının (gəlirinin) müəyyən hissəsi, yaxud hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər (Ailə Məcəlləsinin 78.1-ci maddəsi). Həmin Qərarın 8.4-cü bəndinə əsasən, məhkəmə alimenti ödəyicinin qazancının (gəlirinin) müəyyən hissəsi kimi deyil, sabit pul məbləğində tutarsa bunu qətnamədə əsaslandırmalıdır. Həmin Qərarın 8.5-ci bəndinə əsasən, sabit pul məbləğində aliment tutularkən məhkəmələr Ailə Məcəlləsinin 78.1-ci maddəsində göstərilən halları nəzərə almaqla yanaşı, aliment ödəməli şəxsin digər gəlirlərinin olub-olmamasını müəyyən etməli, zəruri olduqda bununla əlaqədar əlavə sübutlar təqdim etməyi iddiaçı tərəfə təklif etməlidir. Həmin Qərarın 8.14-cü bəndinə əsasən, məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir.
49. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişiklik edilməsi barədə” xx.xx.2024-cü il tarixli Qərarının 1.2.1-ci bəndinə əsasən, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” xx.xx.2016-cı il tarixli Qərarının 8.4-cü bəndinə aşağıdakı məzmunda 8.4-1-ci yarımbəndi əlavə edilmişdir: “8.4-1. Ailə Məcəlləsinin 110.2-ci maddəsinə əsasən alimentin indeksasiyası məqsədi üçün məhkəmə tərəfindən onun miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilir. İstinad edilən maddənin tələbindən göründüyü kimi, məhkəmələr sabit pul məbləğində aliment təyin edərkən onun miqdarını ölkə üzrə minimum əmək haqqı məbləğinin müvafiq misli həddində müəyyən etməlidirlər (məsələn, məhkəmə 2024-cü ildə bir uşağın saxlanmasına görə alimentin tutulması barədə iddiaya baxarkən alimenti 255 manat həddində müəyyən etmək istəyirsə, həmin il üzrə minimum əmək haqqı məbləğinin 0,74 mislində (345x0,74=255 manat) alimentin tutulması barədə qətnamə qəbul etməklə, qətnamənin nəticə hissəsini "xx.xx.xxxx tarixindən başlayaraq yetkinlik yaşına çatmayan A-nın saxlanılması üçün B-dən C-nin xeyrinə sonrakı artımlar nəzərə alınmaqla, hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,74 misli həddində sabit pul məbləğində aliment tutulsun" məzmununda ifadə etməlidir).
50. Kollegiya hesab edir ki, cavabdehdən hər uşaq üçün hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,5 (400 x 0,5 = 200; 200 x 3 = 600) misli həddində sabit pul məbləğində aliment tutularaq iddiaçıya ödənilməlidir.
51. İddia tələbi qismən təmin edildiyindən, mediasiya xərci tərəflər iddia tələbinin təmin edilən hissəsinə mütənasib bölünməlidir.
52. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.2-ci maddəsinə əsasən aliment alınması barədə iddialar üzrə - iddiaçılar dövlət rüsumu ödəməkdən azaddırlar.
53. Lakin iş materiallarına əlavə edilmiş qəbzdən görünür ki, iddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərkən 50 manat dövlət rüsumu ödəmişdir.
54. Bundan əlavə iddiaçı tərəfindən Bakı 2 saylı Mediasiya təşkilatına 60 manat ödənilmişdir.
55. Hazırki iddia tələbində iddiaçı hər uşağın saxlanması üçün cavabdehdən tutulan alimentin hər ay üçün sonrakı artımlar nəzərə alınaraq ölkə üzrə minimum əmək haqqının 0,62 misli həddində tutulmasını xahiş etsə də, hazırda həmin həddin 0,5 misli miqdarında təyin edildiyi nəzərə alınsa, bu ümumi tələbin 81 %-ni təşkil edir.
56. Nəzərə alınmalıdır ki, iddiaçı hazırki tələbə münasibətdə dövlət rüsumundan azad olsa da, o iddia ərizəsi ilə məhkəməyə müraciət edərkən 50 manat dövlət rüsumu ödəmişdir. Belə olduqda kollegiya hesab edir ki, ödənilmiş dövlət rüsumunun əvəzi 50 manat hissəsində cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir.
57. Mülki Prosessual Məcəllənin 112.1.3-cü maddəsinə əsasən, aliment alınması haqqındakı iddialarda iddianın qiyməti bir il ərzində ödəmənin məcmusu ilə qaydasında müəyyən edilir.
58. Hazırki halda iddianın qiyməti - (400 manat x 0.50 = 200 manat; 3 uşaq x 200 manat = 600 manat) 600 manatın illik məcmusu 7200 manat təşkil edir. 59.“Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-1-ci maddəsinə görə, “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq mediasiya prosesinin nəticəsinə dair barışıq sazişi bağlanmadıqda məhkəməyə müraciət edərkən mediasiya prosesi ilə bağlı xərclərin öz üzərinə düşən hissəsini ödəmiş tərəf və ya həmin Qanunun 36.2-ci maddəsinə uyğun olaraq mediasiya xərclərini ödəmiş tərəf dövlət rüsumunu ödəməkdən azad olunur. Bu Qanunda nəzərdə tutulmuş dövlət rüsumunun məbləği çəkilmiş xərclərdən artıq olduqda, tərəf çəkdiyi xərc həddində dövlət rüsumundan azad edilir.
60. İddia ərizəsinin verilməsinə görə nəzərdə tutulan 109,28 manatın 60 manat hissəsi iddiaçı tərəfindən mediasiya sessiyası zamanı ödənildiyindən hazırki halda dövlət rüsumu 49 manat təşkil edir.
61. Belə olduqda 60 manatın 81%-i 48,6 manat cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir.
62. İddiaçı tərəfindən iddia ərizəsinin verilməsinə görə ödənilən 50 manat da cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir.
63. Bundan əlavə kollegiya qeyd edir ki, bu günədək olan alimentin hesablanma qaydasına uyğun olaraq iddianın qiyməti 2400 (200 x 12) manat təşkil edir. Hazırki halda isə iddianın qiyməti 7200 manat təşkil etdiyindən, mübahisələndirilən aliment məbləğinin qiyməti (7200 manat – 2400 manat =) 4800 manat təşkil edir.
64. Mülki Prosessual Məcəllənin 402.1-ci maddəsinə görə, mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. 65.Bu isə o deməkdir ki, qətnamədən kassasiya şikayəti verilə bilməz.
66. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 385, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
Qət etdi:
Apellyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(003)-2335/2025 nömrəli iş üzrə 08 iyul 2025-ci il tarixli qətnaməsi ləğv edilsin. İş üzrə yeni qətnamə qəbul edilməklə, iddia tələbi qismən təmin edilsin. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)-1220/2021 nömrəli 19 oktyabr 2021-ci il tarixli qətnaməsi ilə müəyyən edilmiş alimentin tutulma qaydası dəyişdirilərək, hazırki qətnamənin qanuni qüvvəyə mindiyi gündən yetkinlik yaşına çatmayan 13 iyul 2012-ci il təvəllüdlü X6, 01 iyun 2015-ci il təvəllüdlü X7 və 24 yanvar 2017-ci il təvəllüdlü X3 yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün Cavabdeh sonrakı artımlar nəzərə alınmaqla, hər ay hər uşağa görə ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,5 misli həddində sabit pul məbləğində aliment tutularaq İddiaçı ödənilsin. İş üzrə ödənilmiş mediasiya xərcindən 49 manat pul Cavabdeh tutularaq İddiaçı ödənilsin. İddia ərizəsinin verilməsinə görə ödənilmiş 50 manatın 40,5 manatı Cavabdeh tutularaq İddiaçı ödənilsin. Apellyasiya şikayətinin verilməsinə görə ödənilməmiş 44 manat Cavabdeh tutularaq tutularaq dövlət bücəsinə ödənilsin. Qətnamədən kassasiya şikayəti verilə bilməz.