Məhkəmə qərarları › İş №2(103)-6011/2020

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-6011/2020

23.07.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Sığorta ödənişinin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-6011/2020 23.07.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Tanrıverdiyev Anar Vəzir oğlunun sədrliyi və məruzəsi ilə, Səmədov Tofiq Səməd oğlu və Şirinov İkram Sabir oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi Atamaliyev Fərid Seyfulla oğlunun katibliyi ilə, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli qətnaməsindən cavabdeh Azərbaycan Respublikası Dövlət X4 tərəfindən verilmiş apellyasiya şikayətinin mümkünlüyünə dair işə açıq məhkəmə iclasında, Bakı Apellyasiya Məhkəməsinin binasında baxaraq m ü ə y y ə n e t d i: İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət X1rşı «icbari sığorta məbləğinin ödənilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli qətnaməsi ilə iddia tələbi təmin edilmiş, cavabdeh Azərbaycan Respublikası Dövlət X2 6600 (altı min altı yüz) manat icbari sığorta məbləği tutularaq İddiaçı xeyrinə ödənilməsi qət edilmişdir Həmin qətnamədəncavabdeh Azərbaycan Respublikası Dövlət X4 apellyasiyaşikayəti vermişdir. Mülki işin materiallarından görünür ki, cavabdeh qətnamənin surətini xx xxxxx 2020ci il tarixdə poçt xəbərnaməsinə imza edərək qəbul etmişdir (i.v. 54). Həmin qətnamədən apellyasiya şikayəti isə xx xxxx 2020-ci il tarixdə birinci instansiya məhkəməsinə təqdim edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: Maddə360. Apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. Maddə 130.1. Qanunla müəyyən edilmiş və ya məhkəmə tərəfindən təyin edilmiş müddət keçdikdə, prosessual hərəkətləri etmək hüququ keçmiş olur. Maddə 130.3. Prosessual müddətin bərpa olunması barədə vəsatət verilməmişsə, prosessual müddətlər keçdikdən sonra verilən şikayətlərə və sənədlərə baxılmır və onları verən şəxslərə qaytarılır. Maddə 363.1.3. Apellyasiya şikayəti müəyyən edilmiş müddət keçdikdən sonra verilmişdirsə apellyasiya şikayəti geri qaytarılır. Təsdiq olunur ki, cavabdeh Azərbaycan Respublikası Dövlət X4 qətnamədən apellyasiya şikayətinin verilməsi üçün nəzərdə tutulmuş müddəti ötürmüşdür. Beləliklə, kollegiya hesab edir ki, hazırkı mülki işə apellyasiya qaydasında baxılması qeyri-mümkün hesab edilməli, apellyasiya şikayəti geri qaytarılması üçün mülki iş birinci instansiya məhkəməsinə göndərilməlidir. Azərbaycan Respublikası Dövlət X4 izah olunmalıdır ki, müddət üzrlü səbəblərdən ötürülmüşsə həmin müddətin bərpası barədə ərizə ilə birinci instansiya məhkəməsinə müraciət edə bilər. Şərh edilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 263, 264, 363.1.3, 363.3, 366, 400 və 405.0.2-ci maddələrini rəhbər tutaraq, kollegiya qərara aldı: Hazırkı iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli qətnaməsindən cavabdeh Azərbaycan Respublikası Dövlət X4 tərəfindən verilmiş apellyasiya şikayətinə baxılması qeyri-mümkün hesab edilsin. Şikayət geri qaytarılması üçün mülki iş Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə göndərilsin. Qərardaddan, rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən hakim: imza Hakimlər: imzalar Əsli ilə düzdür Sədrlik edən hakim: Anar Tanrıverdiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar