Məhkəmə qərarları › İş №2(103)-6012/2020

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-6012/2020

17.08.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Sığorta ödənişinin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-6012/2020 17.08.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər X5 (sədrliyi və məruzəsilə), Eyvazov Rafael Əmir oğlu və Şirinov Ziya Allahverdi oğlundan ibarət tərkibdə, hakim köməkçisi Hüseynova Amilya Aqil qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət X3rşı «sığorta pulunun ödənilməsi» tələbinə dair Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-769/2020 saylı işi üzrə xx.xx.2020-ci il tarixli qətnaməsindən cavabdeh Azərbaycan Respublikası Dövlət X8 tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət X3rşı iddia ərizəsi ilə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə müraciət edərək, İİ qrup müharibə əlili olduğuna görə 6600 manat məbləğində icbari sığorta haqqının cavabdeh Azərbaycan Respublikası Dövlət X2 xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Birinci instansiya məhkəməsində icraat zamanı müəyyən olunmuşdur ki: iddiaçı aldığı güllə yarası ilə bağlı xx.xx.1992-ci il tarixdən xx.xx.1992-ci il tarixə kimi «sol aşıq baldır oynağının və ayağın dəlib keçən odlu güllə yaralanması. Sol daban sümüyünün odlu qəlpəli yerini dəyişməyən sınığı osteomielitlə fəsadlaşması. Sol aşıq baldır oynağının açıcı-bükücü kontrakturası» diaqnozu ilə Bakı şəhəri X10 müayinə və müalicə olunmuşdur (səh.10); Qobustan rayon bölməsinin xx.xx.2016-cı il tarixli 26 nömrəli göndərişi, xx.xx.2016-cı il tarixli 11 nömrəli arayışı, X11 Xəstəxanadan verilmiş xx.xx.1992-ci il tarixli çıxarış epikrizi, xəstəlik tarixindən çıxarışlar, MN MHHK-nın həkim mütəxəssisinin rəyi, həmin Komissiyanın xx.xx.2016-cı il tarixli 242 saylı qərarı, 9 saylı Zona TSEK-in xx.xx.2016-cı il tarixli arayışı və digər tibbi sənədlərə əsasən İddiaçı İİ qrup əlillik dərəcəsi təyin edilməsi təsdiq olunur. Dövlət X6 xx.xx.2019-cu il tarixli 07/07-765 saylı məktubuna əsasən, İddiaçı səhhəti ilə əlaqədar sığorta ödənişinin verilməsi barədə həmin Şirkətə ünvanlanmış ərizəsinə cavab məktubunda qeyd olunmuşdur ki, həmin məsələyə Milli Məclis tərəfindən müvafiq normativ hüquqi akt qəbul edildikdən sonra baxılacaqdır (səh.13) Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-769/2020 saylı işi üzrə xx.xx.2020ci il tarixli qətnaməsi ilə iddia təmin ediliş, cavabdeh Azərbaycan Respublikası Dövlət X4 6600 (altı min altı yüz) manat məbləğində pul tutularaq İddiaçı ödənilməsi qət edilmişdir. Qətnamədə Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin Vİİ hissəsinə; Azərbaycan Respublikası Mülki Məcəlləsi 7.3-cü maddəsinə; «Hərbi qulluqçuların statusu haqqında» Azərbaycan Respublikası Qanununun 27-ci maddəsinə; xx.xx.1997-ci il tarixdə qəbul edilmiş və xx.xx.1997-ci il tarixdə qüvvəyə minmiş «Hərbi qulluqçuların dövlət icbari şəxsi Sığortası haqqında» Azərbaycan Respublikası Qanununun 1, 4, 5-ci maddələrnə; Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77, 217-ci maddələrinə istinadən qeyd edilmişdir ki, iddiaçı xx.xx.1992-ci il tarixdə Azərbaycan Respublikasının müdafiəsi zamanı hərbi travma aldığına görə ikinci qrup əlillik dərəcəsinin verilməsi təsdiq olunur. İddiaçının İİ qrup Qarabağ əlili olması faktı aşkardır. Cavabdeh Azərbaycan Respublikası Dövlət X1 şikayəti verərək,Nəsimi rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli 2(006)-769/2020 saylı mülki iş üzrə qətnaməsi ləğv edilməsini və iddia tələbi təmin edilməməsini xahiş etmişdir. Apellyasiya şikayətində Azərbaycan Respublikası Konstitusiyasının 12, 16, 25, 149-cu maddəsinin Vİİ hissəsinə; "Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda həlak olmuş, ölmüş və hərbi əməliyyatlarla əlaqədar xəbərsiz itkin düşdüyünə görə ölmüş elan edilmiş hərbi qulluqçuların ailə üzvlərinin sosial müdafiəsinin yaxşılaşdırılması ilə bağlı əlavə tədbirlər haqqında" Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 19 aprel tarixli İ saylı Fərmanına;“Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında" Azərbaycan Respublikası Qanununa; Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2014-cü il tarixli Qərarına istinadən qeyd edilmişdir ki, Hərbi qulluqçuların icbari sığortasını tənzimləyən "Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında” Azərbaycan Resplikasımn Qanunu isə xx.xx.1997-ci il tarixdə qəbul edilmiş, həmin qanunun tətbiq edilməsi barədə Azərbaycan Respublikası Prezidenti xx.xx.1997-ci il tarixdə Fərman imzalamış və həıniıı Qanun xx.xx.1997-ci il tarixdən qüvvəyə minmişdir. Həmin Qanunda müəyyən edilmiş sığorta ödənişinin Qanun qüvvəyə minənə kimi hərbi qulluqda olmuş hərbiçilərə şamil edilməsi və Qanunun normalarının geriyə qüvvəsi olması barəsində heç bir şərt yoxdur. Habelə, bu Qanun İddiaçı münasibətdə şamil edilsə belə, onun xidmətdən tərxis edilən gündən 24 ildən sonra əlillik dərəcəsi alması sığorta hadisəsi hesab edilə bilməz. Belə ki. Hərbi qulluqçuların icbari sığorta qaydalarını müəyyən edən və tənzimləyən ’’Hərbi qulluqçuların dövlət icbari sığortası haqqında*' Azərbaycan Respublikası Qanununun 5-ci maddəsinin "ç" bəndinə görə hərbi xidməti vəzifələrini (xidməti vəzifələri) yerinə yetirərkən və ya həqiqi hərbi xidmət dövründə xəsarət (yaralanma, travma. kontuziya) almasına, habelə həqiqi hərbi xidmət dövründə xəstələnməsinə görə həqiqi hərbi xidmətə yararsız hesab edilərək həqiqi hərbi xidmətdən (toplanışdan) ehtiyata və ya istefaya buraxıldığı gündən, həmçinin ehtiyata və ya istefaya buraxıldığı gündən həqiqi hərbi xidmət dövründə alınmış xəsarət (yaralanma, travma. kontuziya) və ya xəstəliklə əlaqədar 3 il müddətində sıüorla olunana əlillik təyin olunduqda:İ qrup əlilliyə görə 80 faiz: İİ qrup əlilliyə görə —60 faiz: İİİ qrup əlilliyə görə 40 faiz məbləğində sığorta ödənişi verilir. Məhkəmənin istinad eldiyi Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2014-cü il tarixli Qərarına görə: 1."Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında" Azərbaycan Respublikası Qanununun müvafiq maddələrində birdəfəlik sığorta məbləğinin artırılması hərbi qulluqçuların qarnımcricilildə müəyyən edilmiş hüquq və azadlıqlarının mahiyyətinə və həcminə təsir elmir, həıııin lıüqııq və azadlıqlar olduğu kimi qalır. Bu baxmıdan, birdəfəlik sığorta məbləğinin artırılması hərbi qulluqçuların Azərbaycan Respublikası Konstitusiyasının 149cu maddəsinin Vİİ hissəsində təsbit olunmuş "hüquqi vəziyy ətini yaxşılaşdıran" hal kimi qəbul oluna bilməz. 2.Azərbaycan Respublikası Konstitusiyasının 12. 16 və 25-ci maddələrinin tələblərinə uyğun olaraq "Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında" Azərbaycan Respublikasının xx xxx 1997-ei il tarixli Qaıuınıı qüvvəyə minənədək həlak olmuş, itkin diişmüş. xəsarət almış, lakin hal-hazıra qədər sığorta məbləğini almamış hərbi qulluqçulara qanunvericilikdə nəzərdə tutulmuş sığorta məbləği ödənilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin İ hissəsinin 16-cı bəndinə əsasən bu məbləğin Ödənilməsi qaydasının və şərtlərinin qısa müddətdə müəyyən edilməsi Azərbay can Respublikasının Milli Məclisinə tövsiyə edilsin. 3.Sığorta ödənişini almış və bıı əsasla sığorta müqaviləsinə xilam verilmiş şəxslərə sığorta Ödənişinin təkrarən verilməsi qanunvericiliyin tələbləri baxımından yolverilməzdir. Plenumun bu Qərarının 2-ci bəndində "Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında" Azərbaycan Respublikasının xx xxx 1997-ei il tarixli Qanunu qüvvəy i minənədək həlak olmuş, ilkin düşmüş, xəsarət almış, lakin hal-hazıra qədər sığorta məbləğini almamış hərbi qulluqçulara sığorta məbləğinin verilməsi qaydasının və şəllərinin müəyyən edilməsi Azərbaycan Respublikasının Milli Məclisinə tövsiyə edilmişdir. 1991- 1997-ci illərdə xidmət elmiş və xəsarət almış hərbi qulluqçulara sığorta məbləğinin ödənilməsi qaydası və şərtləri müəyyən olunmamış, bu məqsədlər üçün müvafiq vəsait büdcədən ayrılmamış məhkəmə qətnaməsi ilə sığorta məbləğinin ödənilməsi öhdəliyinin cavabdeh kimi Dövlət X6 üzərinə qovulması əsassızdır. Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin Vİİ hissəsində nəzərdə tutulan istisna fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran, hüquqi məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilir. Başqa normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilmir. İddiaçının tələbi isə onun hüquqi vəziyyətinin yaxşılaşdırılması və hüquq məsuliyyətinin aradan qaldırılması ilə əlaqədar deyil, sığorta ödənişinə dair sığorta ödənişinə dair maddi tələbdən ibarətdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apellyasiya şikayətini qəbul etməyərək, apellyasiya şikayətinin rədd edilməsini xahiş etmişdir. Məlumatlandırılması üçün qanunvericiliklə nəzərdə tutulmuş qaydada müvafiq tədbirlərin görülməsi nəticə vermədiyindən, cavabdeh Azərbaycan Respublikası Dövlət Kommersiya Şirkətinin nümayəndəsinin iştirakı olmadan işə baxılması mümkün hesab edilmişdir. Normativ tətbiqetmədə qeyri-müəyyənlik aşkar etməyən məhkəmə kollegiyası cavabdehin diqqətinə çatdırır ki, onun istinad etdiyi “Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda həlak olmuş, ölmüş və hərbi əməliyyatlarla əlaqədar xəbərsiz itkin düşdüyünə görə ölmüş elan edilmiş hərbi qulluqçuların ailə üzvlərinin sosial müdafiəsinin yaxşılaşdırılması ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 19 aprel tarixli 1 nömrəli Fərmanı, adından göründüyü kimi ölmüş (elan edilmiş) hərbi qulluqçuların ailə üzvlərinin sosial müdafiəsinin yaxşılaşdırılması ilə bağlıdır və şəxsin cavabdehlə olan sığorta münasibətlərinə aidiyyəti yoxdur. Müddətlə bağlı qeyd edilməlidir ki, cavabdeh özü qeyd etdiyi kimi Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin Vİİ hissəsində nəzərdə tutulan istisna fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran, hüquqi məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilir. Cavabdehə bu müddəanın subyektiv təfsirinin qanuni əsasları müəyyən edilmir. Birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissədə yoxlayan məhkəmə kollegiyası «Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası» haqqında Azərbaycan Respublikası Qanununun 5; «Hərbi qulluqçuların statusu haqqında» Azərbaycan Respublikası Qanununun 2.1, 27; «Hərbi xidmətkeçmə haqqında» Əsasnamənin təsdiq edilməsi barədə Azərbaycan Respublikasının Qanunun 151 və MPM-in 14.2, 76.1, 77.1, 80, 81, 82.1, 106.2, 217.4, 372, 385, 386, 388 və 390-cı maddələrinə istinadən hesab edir ki, qətnamə maddi və prosessual hüquq normalarına uyğun çıxarılmış, iş üzrə müəyyən edilmiş həqiqi hallara uyğun əsaslandırılmışdır, apellyasiya şikayətinin sübuta yetirilməyən (qanunun müddəalarının yanlış təfsir edilən) dəlilləri birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas ola bilməz. Apellyasiya şikayəti əsassız olduğundan onun verilməsi ilə əlaqədar ödənilmiş dövlət rüsumu üçün məhkəmə xərci cavabdehə aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 382, 384.0.1, 392, 393 və 402-406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası, q ə t e t d i: Cavabdeh Azərbaycan Respublikası Dövlət X6 apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-769/2020 saylı işi üzrə xx.xx.2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən iki ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar