Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-6012/2025 24.10.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyi Hərbi Hava Qüvvələrinin N saylı hərbi hissəsinə qarşı (mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X5 Xidməti cəlb edilməklə) mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası hakimlər Səlimova Səadət Rəşid qızı (sədrlik edən və məruzəçi), İsgəndərov Akif Əsgər oğlu və X2 ibarət tərkibdə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyi Hərbi Hava Qüvvələrinin N saylı hərbi hissəsinə qarşı (mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X5 Xidməti cəlb edilməklə) “ödənilməyən əmək haqqının və son haqq-hesabın ödənilməsi və sair” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 2(001)-103/2025 saylı qətnaməsindən cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyi Hərbi Hava Qüvvələrinin N saylı hərbi hissəsinin vəkili Vəkil2 tərəfindən xx.xx.2025-ci il tarixdə verilmiş apellyasiya şikayətinin mümkünlüyünü yoxlayaraq aşağıdakı qərardadı qəbul etdi. İşin halları, iş üzrə məhkəmə icraatı İddiaçı məhkəməyə müraciət edərək, daha sonra tələbini dəyişməklə məhkəmədən, xx.xx.2020-ci il tarixindən xx.xx.2023-cü il tarixinə qədər olan dövr üçün cavabdehlə bağlanmış əmək müqaviləsində nəzərdə tutulmuş iş saatlarından artıq işlədiyi iş saatları üçün ödənilməmiş əmək haqqının əmək müqaviləsinə əsasən müəyyən edilmiş iş saatları üçün hesablanmış əmək haqqının iki qatından az olmamaqla hesablanıb ona ödənilməsi vəzifəsinin; ona çatacaq son haqq hesabın yenidən hesablanaraq ödənilməsi vəzifəsinin; əmək kitabçasında müvafiq qeydlər aprılmaqla ona təhvil verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 2(001)-103/2025 saylı qətnaməsi ilə iddia qismən təmin edilərək iş vaxtından artıq vaxt ərzində görülən işin əvəzi qismində 4984 manat məbləğində pul vəsaitinin cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyi Hərbi Hava Qüvvələrinin N saylı hərbi hissəsindən alınaraq İddiaçı ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 2(001)-103/2025 nömrəli qətnaməsindən İddiaçı və maraqlı şəxs X1 nümayəndəsi (vəkili) Vəkil2 tərəfindən apellyasiya şikayətləri verilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-4928/2025 saylı xx.xx.2025-ci il tarixli qərardadı ilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2025ci il tarixli 2(001)-103/2025 saylı qətnaməsindən İddiaçı və cavabdeh Azərbaycan Respublikası Cavabdehtərəfindən verilmiş apellyasiya şikayətləri üzrə işə apellyasiya qaydasında baxılması mümkün hesab edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-4928/2025 saylı xx.xx.2025-ci il tarixli qərardadı ilə apellyasiyanın mümkünlüyü barədə xx.xx.2025-ci il tarixli 2(103)-4928/2025 nömrəli qərardad ləğv edilərək mülki işin apellyasiya baxışından çıxarılması, X3 tərəfindən birinci instansiya məhkəməsinin qətnaməsindən vermiş olduğu apellyasiya şikayəti ilə bağlı müvafiq prosessual hərəkətlərin edilməsi üçün mülki işin Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə qaytarılması qərara alınmışdır. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 2(001)-103/2025 saylı qərardadı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyi Hərbi Hava Qüvvələrinin N saylı hərbi hissəsinə qarşı (mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X5 Xidməti cəlb edilməklə) “ödənilməyən əmək haqqının və son haqq-hesabın ödənilməsi və sair” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-103/2025 saylı xx.xx.2025-ci il tarixli qətnaməsindən X1 nümayəndəsi, Vəkil2 tərəfindən verilən apellyasiya şikayətinin geri qaytarılması, cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyi Hərbi Hava Qüvvələrinin N saylı hərbi hissəsinə nöqsanları aradan qaldıraraq yenidən apellyasiya şikayəti verilməsi üçün qərardad təqdim edildikdən (elektron kabinetə yerləşdirildikdən) sonra 3 gün vaxt verilməsi qərara alınmışdır. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-103/2025 saylı xx.xx.2025-ci il tarixli qətnaməsindən cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyi Hərbi Hava Qüvvələrinin N saylı hərbi hissəsinin vəkili Vəkil2 tərəfindən xx.xx.2025-ci il tarixdə apellyasiya şikayəti və ona əlavə edilmiş “buraxılmış müddətin üzrlü hesab edilməsinə” dair ərizə birinci instansiya məhkəməsinə təqdim edilmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi Maddə 10-1.1. Elektron qaydada mülki işlər və kommersiya mübahisələri üzrə məhkəmə icraatı bu Məcəllə ilə müəyyən edilmiş ümumi prosessual qaydalara uyğun olaraq “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə aparılır. Maddə 10-1.2. Məhkəmə və proses iştirakçıları tərəfindən ərizə, şikayət və digər sənədlərin elektron formada tərtib edilməsi, göndərilməsi, qəbulu, sənədlərin elektron qeydiyyatı və elektron dövriyyəsi müvafiq icra hakimiyyəti orqanının Azərbaycan Respublikasının Ali Məhkəməsi ilə birlikdə müəyyən etdiyi “Elektron məhkəmə” informasiya sistemindən istifadə qaydalarına uyğun olaraq həyata keçirilir. Maddə 10-1.3. Kommersiya mübahisələri üzrə məhkəmə icraatı, habelə “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir. Maddə 10-1.5. Bu Məcəllənin 10-1.3-cü maddəsində nəzərdə tutulmuş qaydada təqdim edilmiş sənədlərin digər qaydada verilməsi tələb oluna bilməz. Maddə 68.1. İş məhkəmə baxışına hazırlandıqda və həmin işə məhkəmədə baxıldıqda vəkil ixtisaslı hüquqi yardım göstərməyə borcludur. Maddə 68.3. İşdə iştirak edən şəxslərin tapşırığı ilə vəkalət əsasında vəkil məhkəmə aktlarından şikayət verir və qanunla ona verilmiş sair hüquqlardan istifadə edir. Maddə 69.1-1. Fiziki şəxsin nümayəndəsi onun yaxın qohumu və ya vəkil (bu Məcəllənin 71-ci maddəsində nəzərdə tutulan şəxslər istisna olmaqla) ola bilər. Nümayəndənin məhkəmədə iş aparmaq səlahiyyəti lazımi qaydada rəsmiləşdirilməlidir. Maddə 73.1. Nümayəndənin səlahiyyəti qanuna uyğun olaraq verilmiş və rəsmiləşdirilmiş etibarnamədə əks etdirilməlidir. Maddə 73.2. Fiziki şəxslər tərəfindən verilmiş etibarnamələr notariat qaydasında, yaxud Azərbaycan Respublikası Mülki Məcəlləsinin 362.3-cü maddəsində müəyyən edilən hallarda həmin maddədə nəzərdə tutulmuş vəzifəli şəxslər tərəfindən təsdiq edilir. Maddə 73.4. Hüquqi şəxs adından etibarnamə onun rəhbərinin və ya təsis sənədlərinə əsasən buna səlahiyyəti olan digər şəxsin imzası ilə həmin hüquqi şəxsin möhürü vurulmaqla verilir. Maddə 73.5. Vəkilin səlahiyyəti qanunla müəyyən olunmuş qaydada təsdiq edilir. Maddə 74.1. Nümayəndənin məhkəmədə səlahiyyəti təmsil olunanın adından işin müvəffəqiyyətli həlli üçün zəruri olan bütün prosessual hərəkətlərin edilməsini özündə birləşdirir. Maddə 74.2. İddia ərizəsinin imzalanması, işin arbitraj məhkəməsinə verilməsi, iddia tələblərindən tam və ya qismən imtina edilməsi, iddianın etiraf edilməsi, iddianın predmetinin və ya əsasının dəyişdirilməsi, barışıq sazişi bağlanması səlahiyyətinin başqa şəxsə tapşırılması, mübahisənin mediasiya vasitəsilə həllinə razılıq verilməsi, məhkəmə aktından şikayət verilməsi, məhkəmə aktının məcburi icrası tələbləri, qət olunmuş əmlakın və ya pul məbləğinin alınması ilə əlaqədar nümayəndənin səlahiyyətləri təmsil olunan tərəfin verdiyi etibarnamədə xüsusi göstərilməlidir. Maddə 128.1. Prosessual hərəkətlər bu Məcəllə ilə və qanunlarla müəyyən edilmiş müddətlərdə həyata keçirilir. Prosessual müddətlər qanunla müəyyən edilmədiyi hallarda, onlar məhkəmə tərəfindən təyin edilir. Maddə 128.2. Prosessual hərəkətlərin edilməsi üçün müddətlər, hökmən baş verməli hadisə göstərilməklə, dəqiq təqvim tarixi ilə və ya hərəkətin edilə biləcəyi vaxt dövrü ilə müəyyən edilir. Maddə 128.3. İllərlə, aylarla və ya günlərlə hesablanan prosessual müddətin axını müddətin başlanğıcının təyin edildiyi təqvim tarixindən və ya hadisənin baş verməsindən sonrakı gündən başlanır; Maddə 129.3. Edilməsi üçün müddət müəyyən olunmuş prosessual hərəkət, müddətin son günü saat iyirmi dördə qədər yerinə yetirilə bilər. Apellyasiya və kassasiya şikayətləri, digər sənədlər və ya pul məbləğləri müddətin son günü saat iyirmi dördə qədər rabitə orqanlarına verilərsə, müddət ötürülməmiş hesab olunur. Maddə 130.1. Qanunla müəyyən edilmiş və ya məhkəmə tərəfindən təyin edilmiş müddət keçdikdə, prosessual hərəkətləri etmək hüququ keçmiş olur. Maddə 130.3. Prosessual müddətin bərpa olunması barədə vəsatət verilməmişsə, prosessual müddət keçdikdən sonra verilən şikayətlərə və sənədlərə baxılmır və onu vermiş şəxsə qaytarılır; Maddə 133.1. Məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzürlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir. Maddə 135.5. Bu Məcəllənin 135.2-ci, 135.3-cü, 135.6-cı və 135.8-ci maddələrində nəzərdə tutulmuş hallarda məhkəmə sənədi rəsmi qaydada verilmiş hesab edilir. Maddə 135.6. “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə işdə iştirak edən şəxslər “Elektron məhkəmə” informasiya sistemində qeydiyyatdan keçmişlərsə, məhkəmə sənədləri bu şəxslərin həmin sistemdə yaradılmış “elektron kabinet”lərində yerləşdirilir və onlara bu barədə məlumat həmin sistem vasitəsilə elektron qaydada (elektron poçt, SMS və s. vasitəsilə) çatdırılır. Maddə 357.1. Azərbaycan Respublikasının birinci instansiya məhkəmələri tərəfindən qəbul olunmuş qanuni qüvvəyə minməmiş qətnamə və qərardadlardan, həmin Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işlərində ərizəçilər və maraqlı şəxslər apellyasiya şikayəti verə bilər. Maddə 357.2. Həmin hüquqa, işdə iştirak etməyə cəlb edilməyən, lakin qəbul edilən qətnamə onların hüquq və vəzifələrinə toxunan hallarda digər şəxslər də malikdir. Prokuror bu Məcəllənin 50-ci, 306-cı və 355-1.1-ci maddələrində göstərilən hallarda məhkəmə baxışında iddiaçı və ya ərizəçi olarsa, məhkəmə aktlarından protest verə bilər. Maddə 360. Apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər; Maddə 361.2. Apellyasiya şikayəti, şikayəti vermiş şəxs, onun qanuni nümayəndəsi və ya nümayəndəsi, yaxud vəkili tərəfindən imzalanır. Qanuni nümayəndə və ya nümayəndə, yaxud vəkil tərəfindən verilən apellyasiya şikayətinə, əgər işdə yoxdursa müvafiq olaraq nümayəndənin, yaxud vəkilin səlahiyyətini təsdiq edən etibarnamə, vəkilin orderi və ya digər sənəd əlavə edilməlidir. Maddə 363.1. Apellyasiya şikayəti birinci instansiya məhkəməsi tərəfindən aşağıdakı hallarda qaytarılır: 363.1.1. apellyasiya şikayəti imzalanmamışdırsa və ya onu imzalamağa hüququ olmayan şəxs və ya vəzifəsi göstərilməyən şəxs tərəfindən imzalanmışdırsa, habelə apellyasiya şikayəti vermək hüququ olmayan şəxs tərəfindən verilmişdirsə; 363.1.3. apellyasiya şikayəti müəyyən edilmiş müddət keçdikdən sonra verilmişdirsə. Maddə 363.4. Bu Məcəllənin 363.1.1 və 363.1.2-ci maddələrində göstərilmiş hallar aradan qaldırıldıqdan sonra şikayəti vermiş şəxs yenidən məhkəməyə ümumi qaydada apellyasiya şikayəti ilə müraciət edə bilər. Maddə 364.1. Birinci instansiya məhkəməsi apellyasiya şikayətinin bu Məcəllənin 361-ci maddəsinin tələblərinə uyğunluğunu yoxlayır. Bu Məcəllənin 361-ci maddəsinin tələblərinə cavab verən apellyasiya şikayəti ona əlavə olunmuş sənədlərlə və işlə birlikdə apellyasiya şikayətinin verilmə müddəti bitdikdən sonra 7 gün müddətində apellyasiya instansiyası məhkəməsinə göndərilir. Maddə 366.1. Apellyasiya instansiyası məhkəməsi iş məhkəməyə daxil olduqdan sonra 15 gün müddətində apellyasiyanın mümkünlüyünü yoxlayır. Buraya işə apellyasiya qaydasında baxılmaq üçün prosessual əsasların olması daxildir; Maddə 366.2. Əgər apellyasiyanın mümkünlüyü üçün əsaslar yoxdursa, o, qəbul olunmamış hesab edilə bilər; Maddə 366.4. Apellyasiyanın qeyri-mümkün hesab edilməsi barədə qərardaddan kassasiya instansiyasına şikayət verilə bilər. Maddə 402.2. Apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının aşağıdakı qərardadlarından kassasiya şikayəti verilə bilər: 402.2.1. apellyasiyanın qeyri-mümkün hesab edilməsi haqqında; Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Mülki işin sənədlərindən görünür ki, apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin cavabdeh Azərbaycan Respublikası Cavabdehtərəfindən deyil, həmin hərbi hissənin komandiri vəzifəsində işləyən X3 tərəfindən qətnamənin onun maraqlarına toxunmasını hesab etməsi səbəbindən verilməsini müəyyən edərək Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-4928/2025 saylı xx.xx.2025-ci il tarixli qərardadı ilə apellyasiyanın mümkünlüyü barədə özünün xx.xx.2025-ci il tarixli 2(103)-4928/2025 nömrəli qərardadını ləğv edib mülki işin apellyasiya baxışından çıxarılması, X3 tərəfindən birinci instansiya məhkəməsinin qətnaməsindən vermiş olduğu apellyasiya şikayəti ilə bağlı müvafiq prosessual hərəkətlərin edilməsi üçün mülki işin Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə qaytarılmasını qərara alsa da, birinci instansiya məhkəməsi apellyasiya instansiyası məhkəməsinin göstərişlərinə əməl etməyərək, X1 apellyasiya şikayətini geri qaytararaq iş üzrə cavabdehə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)- 103/2025 saylı xx.xx.2025-ci il tarixli qətnaməsindən nöqsanları aradan qaldıraraq yenidən apellyasiya şikayəti verilməsi üçün qərardad təqdim edildikdən (elektron kabinetə yerləşdirildikdən) sonra 3 gün vaxt təyin etmişdir. Bundan sonra Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-103/2025 saylı xx.xx.2025-ci il tarixli qətnaməsindən cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyi Hərbi Hava Qüvvələrinin N saylı hərbi hissəsinin vəkili Vəkil2 xx.xx.2025-ci il tarixdə apellyasiya şikayətini və ona əlavə edilmiş “buraxılmış müddətin üzrlü hesab edilməsinə” dair ərizəsini birinci instansiya məhkəməsinə təqdim etmiş, apellyasiya şikayətinə Azərbaycan Respublikası Müdafiə Nazirliyi Hərbi Hava Qüvvələrinin N saylı hərbi hissəsinin etibarnaməsini deyil, X1 ona verdiyi notarial qaydada təsdiq olunan etibarnaməsini əlavə etmişdir. Birinci instansiya məhkəməsi isə yalnız cavabdehin vəkili tərəfindən imzalanmış, prosessual müddət ötürülməklə verilmiş apellyasiya şikayətini baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərmiş, cavabdehin vəkilinin vəsatətinə isə heç bir münasibət bildirməmişdir. Beləliklə, Məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara hüquqi qiymət verərək hesab edir ki, cavabdehin vəkili tərəfindən verilmiş apellyasiya şikayəti mülki prosessual qanunvericiliyin tələbləri pozulmaqla verildiyindən apellyasiya şikayəti qeyri-mümkün sayılmalı və cavabdehin apellyasiya şikayəti geri qaytarılması üçün mülki işlə birlikdə birinci instansiya məhkəməsinə göndərilməlidir. Şərh olunanlara əsasən və MPM-in 361, 363, 366 və 402, 405-406-cı maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 2(001)-103/2025 saylı qətnaməsindən cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyi Hərbi Hava Qüvvələrinin N saylı hərbi hissəsinin vəkili Vəkil2 tərəfindən xx.xx.2025-ci il tarixdə verilmiş apellyasiya şikayəti üzrə apellyasiya qeyri-mümkün hesab edilsin və apellyasiya şikayəti geri qaytarılması üçün mülki işlə birlikdə həmin məhkəməyə göndərilsin. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-6012/2025
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-6012/2025
24.10.2025 · Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver