Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-6020/2020 30.06.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Sədrlik edən və məruzəçi: Şirinov Ziya Allahverdi oğlu, Hakimlər: x4 və x6ibarət tərkibdə, Hacıyev Elvin Ramiz oğlunun katibliyi ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət x2rşı “icbari sığorta ödənişinin ödənilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 06 mart 2020-ci il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinin mümkünlüyünə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı, hərbi xidmət dövründə xəsarət alması ilə bağlı qanunla nəzərdə tutulmuş 6600 manat icbari sığorta pulunun cavabdeh Dövlət x1 xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin qeyd edilən qətnaməsi ilə, iddia təmin edilmişdir. Cavabdeh Dövlət x7, apellyasiya şikayəti verərək, qətnamənin ləğv, iddianın rədd olunmasını xahiş etmişdir. Məhkəmə kollegiyası, iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti qeyri-mümkün sayılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 360-cı maddəsinəəsasən, apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. Həmin Məcəllənin 130.3-cü maddəsinəəsasən, prosessual müddətin bərpa olunması barədə vəsatət verilməmişsə, prosessual müddətlər keçdikdən sonra verilən şikayətlərə və sənədlərə baxılmır və onları verən şəxsə qaytarılır. İşdə olan SS654838160AZ nömrəli poçt xəbərnaməsindən (səh.117) görünür ki, Nəsimi Rayon Məhkəməsinin 06.03.2020-ci il tarixli qətnaməsi cavabdeh tərəfindən 28.04.2020-ci il tarixdə imza edilməklə rəsmi qaydada alınmışdır. Buna baxmayaraq, cavabdeh apellyasiya şikayətini 02.06.2020-ci il tarixdə rayon məhkəməsinə təqdim etmişdir. Göründüyü kimi, apellyasiya şikayətinin qanunla müəyyən edilmiş bir aylıq müddət ötürüldükdən sonra verməsinə baxmayaraq, həmin müddətin bərpasına dair ərizə təqdim olunmamışdır. Odur ki, apellyasiya şikayəti qanunvericilikdə müəyyən edilmiş müddət keçdikdən sonra verildiyindən vəötürülmüş müddətin bərpası məsələsi həll edilmədiyindən, şikayət üzrə apellyasiya mümkün sayıla bilməz. Ona görə də, həmin apellyasiya şikayəti qeyrimümkün hesab edilməli və geri qaytarılması üçün birinci instansiya məhkəməsinə göndərilməlidir. MPM-in 366.2-ci maddəsinə əsasən, əgər apellyasiyanın mümkünlüyü üçün əsaslar yoxdursa, o, qəbul olunmamış hesab edilə bilər. MPM-in 363.1.3-cü maddəsinə əsasən isə, apellyasiya şikayəti müəyyən edilmiş müddət keçdikdən sonra verilmişdirsə, birinci instansiya məhkəməsi tərəfindən geri qaytarılır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 130, 366, 402, 405.0.2-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-605/2020 saylı, 06 mart 2020-ci il tarixli qətnaməsindən cavabdeh Azərbaycan Respublikası Dövlət x9 tərəfindən verilmiş apellyasiya şikayəti üzrə apellyasiya qeyri-mümkün hesab edilsin və şikayət geri qaytarılması üçün işlə birlikdə həmin məhkəməyə göndərilsin. Qərardaddan işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən: imza Hakimlər: imzalar Əsli ilə düzdür. Hakim Ziya Şirinov
Məhkəmə qərarları › İş №2(103)-6020/2020
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-6020/2020
30.06.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Sığorta ödənişinin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver