Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-6020/2024 07.10.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Namiq Cəfərov (sədrlik edən), İkram Şirinov və Elşən Kazımovdan ibarət tərkibdə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “alqı-satqı müqaviləsinin ləğv edilməsi və müqavilənin hüquqi nəticələrinin etibarsız hesab olunması barədə” iddiasına dair mülki işin materiallarını nəzərdən keçirərək müəyyən etdi: Mülki iş üzrə Sabunçu Rayon Məhkəməsinin xx.xx.2014-cü il tarixli qətnaməsindən cavabdehlər Cavabdeh2 və Cavabdeh3 ayrı-ayrılıqda apellyasiya şikayəti vermiş və mülki iş xx.xx.2024-cü ildə Bakı Apellyasiya Məhkəməsinə daxil olmuşdur. “Elektron Məhkəmə” İnformasiya Sistemindən görünür ki, işdə iştirak etməyə cəlb edilməyən "xxxx" MMC xx.xx.2024-cü ildə həmin qətnamədən apellyasiya şikayəti verib. Yəni apellyasiya şikayəti işin Bakı Apellyasiya Məhkəməsinə daxil olduğu gün verilib. Bu səbəbdən birinci instansiya məhkəməsi apellyasiya şikayətinə münasibətdə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 364.2-ci maddəsində göstərilən hərəkətləri yerinə yetirə bilməyib. Həmin maddədə qeyd olunub: “Apellyasiya şikayəti işdə iştirak etməyən şəxslər tərəfindən verildikdə məhkəmə qəbul edilən qətnamənin onların hüquq və vəzifələrinə toxunmasını, daha sonra isə bu Məcəllənin 361-ci maddəsinin tələblərinə uyğunluğunu yoxlayır və bunun nəticəsinə dair qərardad qəbul edir. Bu qərardaddan şikayət verilə bilər”. Mülki Prosessual Məcəllənin 384.0.6-cı maddəsinə görə, apellyasiya şikayəti icraata qəbul olunduqdan sonra digər şəxslərin apellyasiya şikayəti ilə birinci instansiya məhkəməsinə müraciət etməsi müəyyən edilərsə, icraata qəbul qərardadı ləğv edilərək iş apellyasiya baxışından çıxarmaqla birinci instansiyası məhkəməsinə qaytarıla bilər. Hazırkı mülki iş üzrə cavabdehlər Cavabdeh2 və Cavabdeh3 apellyasiya şikayətləri hələ icraata qəbul edilmədiyinə görə icraata qəbul qəradadının ləğv edilməsi qərara alına bilməz. O cümlədən iş apellyasiya baxışında olmadığına görə mülki işin apellyasiya baxışından çıxarılması da qərara alına bilməz. Odur ki, mülki iş işdə iştirak etməyə cəlb edilməyən "xxxx" MMC-nin apellyasiya şikayətinə münasibətdə Mülki Prosessual Məcəllənin 364.2-ci maddəsində göstərilən hərəkətlərin yerinə yetirilməsi üçün birinci instansiya məhkəməsinə qaytarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə qərara aldı: Hazırkı mülki iş işdə iştirak etməyə cəlb edilməyən "xxxx" MMC-nin apellyasiya şikayətinə münasibətdə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 364.2-ci maddəsində göstərilən hərəkətlərin yerinə yetirilməsi üçün Sabunçu Rayon Məhkəməsinə qaytarılsın. Qərardaddan kassasiya şikayəti verilə bilməz. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(103)-6020/2024
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-6020/2024
07.10.2024 · Müqavilələrin ləğv edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver