Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-6050/2020 10.09.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Şərafət Asif qızı Məmmədovanın sədrliyi və məruzəsi ilə, Emin Əlixan oğlu Mehdiyev və Xəyal Əjdər oğlu Sarıyevdən ibarət tərkibdə, Humay Məmməd qızı Qurbanovanın katibliyi ilə, İddiaçı vəkili və nümayəndəsi Vəkil iştirakı ilə, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli 2(005)- 372/2020 nömrəli qətnaməsindən İddiaçı və üçüncü şəxs X6 tərəfindən verilmiş apelyasiya şikayətlərinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Cavabdeh1-nə qarşı, üçüncü şəxslər Cavabdeh2, Əli-zadə Süleyman Əliəsgər oğlu və X6 cəlb edilməklə əmlakın qiymətləndirilməsi barədə hesabatın ləğv edilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddia tələblərini onunla əsaslandırmışdır ki, Əli-zadə Süleyman Əliəskər oğlu ilə xx xxxx 2004-cü il tarixdə rəsmi nikaha daxil olaraq ailə həyatı qurmuşdur. Xəzər Rayon Məhkəməsinin xx xxxxx 2018-ci il tarixli, 2(003)-399/2018 saylı qətnaməsinə əsasən, Əli-zadə Süleyman Əliəskər oğlu ilə aralarında olan nikah pozulmuşdur. Cavabdeh Əli-zadə Süleyman Əliəskər oğluna qarşı birgə nikah dövründə əldə olunmuş əmlakın bölünməsi tələbinə dair məhkəmədə tərəfindən iddia qaldırılmışdır. Sabunçu Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(008)-1279/2018 saylı qətnaməsinə əsasən, birgə nikah dövründə əldə etdikləri daşınmaz əmlaklar Bakı şəhəri Sabunçu rayonunun Bilgəh qəsəbəsində yerləşən 0.1062 ha torpaq sahəsi və həmin torpaq sahəsində tikilmiş 41 saylı bağ evi, həmçinin Bakı şəhəri Sabunçu rayonunun Bilgəh qəsəbəsiində yerləşən 0.11092 ha torpaqdan ibarət 41 a saylı bağ sahəsi cavabdehlə onun arasında bölünərək, həmin əmlaklara 1/2 hissədə mülkiyyət hüququ tanınmışdır. Birinci instansiya məhkəməsinin qəbul etdiyi qətnamədən narazı qalan qarşı tərəf apellyasiya şikayəti vermişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2018-ci il tarixli, 2(103)-9522/2018 saylı qətnaməsi ilə apellyasiya şikayəti təmin olunmamış, Sabunçu Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(008)-1279/2018 saylı məhkəmə aktı dəyişdirilmədən saxlanımışdır. Cavabdeh X4 tərəfindən Bakı Apellyasiya Məhkəməsinin çıxardığı qətnamədən kasassiya şikayəti verilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx xxxx 2019cu il tarixli, 2(102)-1507/2019 saylı qərarına əsasən, cavabdeh Əli-zadə Süleyman Əliəskər oğlu tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməmiş, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2018-ci il tarixli, 2(103)-9522/2018 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikas ƏMDK yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli, ********** nömrəli çıxarışa əsasən Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsi 0.11092 ha torpaqdan ibarət 41 a saylı bağ sahəsi ½ hissədə onun mülkiyyətindədir. Azərbaycan Respublikası ƏMDK yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli, ********** nömrəli çıxarışa əsasən Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsi, 41 saylı bağ evi 0,1062 ha torpaq sahəsi ilə birlikdə ½ hissədə onun mülkiyyətindədir. Məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi ilə müəyyən edilmiş mülkiyyətindən məhrum olunmağından ötrü, əvvəlcədən düşünülmüş plan əsasında Şükürova (İmranova) X8-zadə Süleyman Əliəskər oğluna qarşı borcun qaytarılması tələbinə dair məhkəmədə həqiqətə uyğun olmayan iddia qaldırmışdır. Sabunçu Rayon Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli, 2(008)-8129/2018 saylı əsassız, qanunsuz qətnaməsinə əsasən iddiaçının iddia ərizəsi təmin edilmiş, cavabdeh Əli-zadə Süleyman Əliəskər oğlundan 80.000 (səksən min) manat məbləğində pulun tutularaq, iddiaçı Şükürova (İmranova) Gülnarə Sərdar qızına verilməsi qət edilmişdir. Halhazırda tərəfindən sözügedən mübahisəli məhkəmə qətnaməsindən şikayət verilmişdir. Sözügedən əmlaklara mülkiyyət hüququnun dövlət tərəfindən tanınmasına baxmayaraq, Sabunçu Rayon İcra və Probasiya şöbəsi onun qanunla qorunan mülkiyyət hüququnu kobudcasına pozaraq, naturada bölgü aparılmadan, 7982-66702/15 saylı, xx.xx.2019-cu il tarixli sifariş məktubu ilə Əli-zadə Süleyman Əliəskər oğlu ilə birgə nikah dövründə əldə etdikləri daşınmaz əmlakların – Bakı şəhəri Sabunçu rayonunun Bilgəh qəsəbəsində yerləşən 0.1062 ha torpaq sahəsi və həmin torpaq sahəsində tikilmiş 41 saylı bağ evi, həmçinin Bakı şəhəri Sabunçu rayonunun Bilgəh qəsəbəsiində yerləşən 0.11092 ha torpaqdan ibarət 41 a saylı bağ sahəsinin qiymətlədirilməsini cavabdeh “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” MMC-nə tapşırmışdır. Cavabdeh “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” MMC tərəfindən sözügedən daşınmaz əmlaklar bazar qiymətindən də çox aşağı qiymətləndirilmişdir: əmlakın qiymətləndirilməsi barədə xx.xx.2019-cu il tarixli 195 saylı hesabatla Bakı şəhəri Sabunçu rayonunun Bilgəh qəsəbəsində yerləşən 0.1062 ha torpaq sahəsi və həmin torpaq sahəsində tikilmiş 41 saylı bağ evi - 212000 (iki yüz on iki min) manat; əmlakın qiymətləndirilməsi barədə xx.xx.2019-cu il tarixli 195/1 saylı hesabatla Bakı şəhəri Sabunçu rayonunun Bilgəh qəsəbəsində yerləşən 0.1 1092 ha torpaqdan ibarət 41a saylı bağ sahəsi - 88000 (səksən səkkiz min) manat. Hesab edir ki, əmlakların qiymətləndirilməsinin nəticələri barədə cavabdeh “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” MMC-nin hesabatları tam əsassız və qanunsuz olduğuna görə ləğv edilməlidir. Belə ki, mükiyyət hüququ ona məxsus olan əmlakların onun icazəsi və razılığı olmadan qiymətləndirilməsi və sonradan hərrac yolu ilə özgəninkiləşdilirməsi onun mənafeyinə ziddir, mülkiyyət hüquqlarının pozulmasıdır. Azərbaycan Respublikası DİN-nin MAPS şöbəsinin xx.xx.2019-cu il tarixli arayışına əsasən Əli-zadə Süleyman Əliəskər oğlu Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsi, 41 saylı bağ evində qeydiyyatdadır. Qeyd edilənləri nəzərə alaraq, cavabdeh “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” MMC tərəfindən keçmiş həyat yoldaşı Əli-zadə Süleyman Əliəskər oğlu ilə birgə nikah dövründə əldə etdiyi daşınmaz əmlakların Bakı şəhəri, Sabunçu rayonunun Bilgəh qəsəbəsində yerləşən 0.1062 ha torpaq sahəsi və həmin torpaq sahəsində tikilmiş 41 saylı bağ evinə dair əmlakın qiymətləndirilməsi barədə xx.xx.2019-cu il tarixli 195 saylı hesabatın və Bakı şəhəri, Sabunçu rayonunun Bilgəh qəsəbəsiində yerləşən 0.11092 ha torpaqdan ibarət 41 a saylı bağ sahəsinin qiymətlədirilməsi barədə xx.xx.2019-cu il tarixli 195/1 saylı hesabatın ləğv edilməsinə dair məhkəmə qətnaməsi qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli 2(005)- 372/2020 nömrəli qətnaməsi ilə iddia təmin edilərək, Cavabdeh1 X1 Bakı şəhəri, Sabunçu rayonunun Bilgəh qəsəbəsində yerləşən 0.1062 ha torpaq sahəsi və həmin torpaq sahəsində tikilmiş 41 saylı bağ evinə dair əmlakın qiymətləndirilməsi barədə xx.xx.2019-cu il tarixli 195 saylı hesabatının və həmin ünvanda yerləşən 0.11092 ha torpaqdan ibarət 41a saylı bağ sahəsinin qiymətlədirilməsi barədə xx.xx.2019-cu il tarixli 195/1 saylı hesabatının ləğv edilməsi qət olunmuşdur. Qətnamədən İddiaçı apelyasiya şikayəti verərək, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli 2(005)-372/2020 nömrəli qətnaməsinin qismən, yəni Şükürova (İmranova) Gülnarə Sərdar qızının mülki işə üçüncü şəxs qismində cəlb edilməsi hissəsində ləğv olunmasını və üçüncü şəxs X6 apelyasiya şikayəti verərək, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli 2(005)-372/2020 nömrəli qətnaməsinin ləğv edilməsini və pozulmuş hüquqlarının bərpasına dair yeni qətnamə qəbul edilməsini xahiş etmişlər. İddiaçı apelyasiya şikayəti onunla əsaslandırılmışdır ki,Əli-zadə Süleyman Əliəskər oğlu ilə xx xxxx 2004-cü il tarixdə rəsmi nikaha daxil olaraq ailə həyatı qurmuşdur. Xəzər Rayon Məhkəməsinin xx xxxxx 2018-ci il tarixli, 2(003)-399/2018 saylı qətnaməsinə əsasən, Əli-zadə Süleyman Əliəskər oğlu ilə aralarında olan nikah pozulmuşdur. Cavabdeh Əli-zadə Süleyman Əliəskər oğluna qarşı “Birgə nikah dövründə əldə olunmuş əmlakın bölünməsi tələbinə dair” məhkəmədə tərəfindən iddia qaldırılmışdır. Sabunçu Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(008)-1279/2018 saylı qətnaməsinə əsasən, birgə nikah dövründə əldə etdikləri daşınmaz əmlaklar - Bakı şəhəri Sabunçu rayonunun Bilgəh qəsəbəsində yerləşən 0.1062 ha torpaq sahəsi və həmin torpaq sahəsində tikilmiş 41 saylı bağ evi, həmçinin Bakı şəhəri Sabunçu rayonunun Bilgəh qəsəbəsində yerləşən 0.11092 ha torpaqdan ibarət 41 a saylı bağ sahəsi cavabdehlə onun arasında bölünərək, həmin əmlaklara A hissədə mülkiyyət hüququ tanınmışdır. Birinci instansiya məhkəməsinin qəbul etdiyi qətnamədən narazı qalan qarşı tərəf apellyasiya şikayəti vermişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2018-ci il tarixli 2(103)-9522/2018 saylı qətnaməsi ilə apelyasiya şikayəti təmin olunmamış, Sabunçu Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(008)-1279/2018 saylı məhkəmə aktı dəyişdirilmədən saxlanımışdır. Cavabdeh Əli-zadə Süleyman Əliəskər oğlu tərəfindən Bakı Apellyasiya Məhkəməsinin çıxardığı qətnamədən kassasiya şikayəti verilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx xxxx 2019- cu il tarixli, 2(102)-1507/2019 saylı qərarına əsasən, cavabdeh Əli-zadə Süleyman Əliəskər oğlu tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməmiş, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2018-ci il tarixli, 2(103)- 9522/2018 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası ƏMDK yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli, ********** nömrəli çıxarışa əsasən Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsi 0.11092 ha torpaqdan ibarət 41a saylı bağ sahəsi 1/2 hissədə onun mülkiyyətindədir. Azərbaycan Respublikası ƏMDK yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli, ********** nömrəli çıxarışa əsasən Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsi, 41 saylı bağ evi 0.1062 ha torpaq sahəsi ilə birlikdə 1/2 hissədə onun mülkiyyətindədir. Lakin keçmiş həyat yoldaşı, cavabdeh Əli-zadə Süleyman Əliəskər oğlu onu qanuni əsaslarla əldə etdiyi əmlaklarından məhrum etmək üçün belə bir plan qurmuşdur ki, guya o, qeyri-qanuni yaşadığı qadından - Şükürova (İmranova) Gülnarə Sərdar qızından 80.000 (səksən min) manat məbləğində borc pul almışdır və həmin qadın verdiyi pulu qaytarmağı ondan tələb edir. Beləliklə, Əli-zadə X2 (İmranova) Gülnarə Sərdar qızı ilə sövdələşərək, onu təlimatlandırmış, məhz əvvəlcədən düşünülmüş plan əsasında cavabdehin məsləhəti və təhriki ilə Şükürova (İmranova) X8-zadə Süleyman Əliəskər oğluna qarşı borcun qaytarılması tələbinə dair məhkəmədə həqiqətə uyğun olmayan, saxta iddia qaldırmışdır. Sabunçu Rayon Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli, 2(008)-8129/2018 saylı əsassız, qanunsuz qətnaməsinə əsasən iddiaçının iddia ərizəsi təmin edilmiş, cavabdeh Əli-zadə Süleyman Əliəskər oğlundan 80.000 (səksən min) manat məbləğində pulun tutularaq, iddiaçı Şükürova (İmranova) Gülnarə Sərdar qızma verilməsi qət edilmişdir. (Hal-hazırda sözügedən əsassız, qanunsuz məhkəmə qətnaməsi tərəfindən mübahisələndirilir.) Qeyd olunan əmlaklara mülkiyyət hüququnun dövlət tərəfindən tanınmasına baxmayaraq, Sabunçu Rayon İcra və Probasiya şöbəsi onun qanunla qorunan mülkiyyət hüququnu kobudcasına pozaraq, naturada bölgü aparılmadan, 7982- 66702/15 saylı, xx.xx.2019-cu il tarixli sifariş məktubu ilə Əli-zadə Süleyman Əliəskər oğlu ilə birgə nikah dövründə əldə etdikləri daşınmaz əmlakların - Bakı şəhəri Sabunçu rayonunun Bilgəh qəsəbəsində yerləşən 0.1062 ha torpaq sahəsi və həmin torpaq sahəsində tikilmiş 41 saylı bağ evi, həmçinin Bakı şəhəri Sabunçu rayonunun Bilgəh qəsəbəsində yerləşən 0.11092 ha torpaqdan ibarət 41 a saylı bağ sahəsinin qiymətləndirilməsini cavabdeh “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” MMC-nə tapşırmışdır. Cavabdeh1 tərəfindən sözügedən daşınmaz əmlaklar bazar qiymətindən də çox aşağı qiymətləndirilmişdir: - əmlakın qiymətləndirilməsi barədə xx.xx.2019-cu il tarixli 195 saylı hesabatla Bakı şəhəri Sabunçu rayonunun Bilgəh qəsəbəsində yerləşən 0.1062 ha torpaq sahəsi və həmin torpaq sahəsində tikilmiş 41 saylı bağ evi - 212000 (iki yüz on iki min) manat; - əmlakın qiymətləndirilməsi barədə xx.xx.2019-cu il tarixli 195/1 saylı hesabatla Bakı şəhəri Sabunçu rayonunun Bilgəh qəsəbəsində yerləşən 0.11092 ha torpaqdan ibarət 41a saylı bağ sahəsi - 88000 (səksən səkkiz min) manat. Hesab edir ki, əmlakların qiymətləndirilməsinin nəticələri barədə Cavabdeh1-nin hesabatları tam əsassız və qanunsuz olduğuna görə ləğv edilməlidir. Belə ki, mükiyyət hüququ ona məxsus olan əmlakların onun icazəsi və razılığı olmadan qiymətləndirilməsi və sonradan hərrac yolu ilə özgəninkiləşdilirməsi onun mənafeyinə ziddir, mülkiyyət hüquqlarının pozulmasıdır. Üçüncü şəxs apelyasiya şikayəti onunla əsaslandırılmışdır ki,Sabunçu Rayon Məhkəməsinin 2(008)-8129/2018 saylı, xx.xx.2019-cu il tarixli qərardadı ilə müəyyən edilmişdir ki, İddiaçı sözügedən mübahisə üzrə tərəf, yəni iddiaçı və ya cavabdeh olmamış, habelə işdə iştirak etməyə cəlb edilməmişdir. Habelə qəbul edilmiş qətnamə onun mənafelərinə toxunmur. Həmçinin bildirir ki, İddiaçı izahatında bildirdiyi fikirlərdən də aydın olaraq görünür ki, İddiaçı sadəcə olaraq mülkün satılıb onun satışından əldə olunan gəlirin 1/2 hissəsinin ona verilməsini istəmədiyi üçün bu yola əl atmışdır. Həmçinin bildirir ki, məhkəmə prosesində tərəf olaraq cəlb edilsə də, məhkəmə prosesi zamanı, İddiaçı sözügedən mülki iş üzrə tərəf olmadığını sübut etməyi üçün ona şərait yaradılmamışdır. Buna görə də, hesab edir ki, İddiaçı iddia tələbi tam qanunsuz və əsassız iddia olduğundan, Nərimanov Rayon Məhkəməsinin 2(005)-372/2020 saylı, xx.xx.2020-cı il tarixli qətnaməsi ləğv edilməlidir. Məhkəmə kolegiyasının iclasında iştirak edən İddiaçı vəkili və nümayəndəsi Vəkil apelyasiya şikayətinə uyğun izahat verərək, apelyasiya şikayətinin təmin edilməsini xahiş etmişdir. İş üzrə digər tərəflər məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, məhkəmə iclasına gəlməmişdirlər. Məhkəmə kollegiyası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsini rəhbər tutaraq onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kolegiyası iş üzrə materialları, apelyasiya şikayətlərinin dəlillərini və tərəfin vəkilinin izahatını araşdıraraq hesab edir ki, apelyasiya şikayətləri təmin olunmamalı və qətnamə dəyişdirilmədən qüvvədə saxlanmalıdır. Belə ki, iş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: İş materiallarında olan Sabunçu Rayon Məhkəməsinin 2(008)-8129/2018 saylı, xx xxxxxx 2018-ci il tarixli qətnaməsinin surətindən görünür ki, iddia təmin olunaraq, cavabdeh Əli-zadə Süleyman Əliəskər oğlundan 80000 (səksən min) manai məbləğində pul tutulub iddiaçı X7na verilməsi, iddiaçı X7 tərəfindən ödənilmiş 30 manat məbləğində dövlət rüsumu cavabdeh Əli-zadə Süleyman Əliəskər oğlundan tutularaq iddiaçı X3 xeyrinə ödənilməsi qət edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən çıxarışdan müəyyən olunur ki, Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsi, 41a saylı bağ sahəsi xüsusi mülkiyyət kimi xx.xx.2010-cu il tarixdə ½ hissədə İddiaçı adına qeydiyyatdan keçmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən çıxarışdan müəyyən olunur ki, Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsi, 41a saylı bağ evi xüsusi mülkiyyət kimi xx.xx.2010-cu il tarixdə ½ hissədə İddiaçı adına qeydiyyatdan keçmişdir. İş materiallarında olan Cavabdeh1-nin xx.xx.2019-cu il tarixli, 195 saylı rəyindən görünür ki, Əli-zadə Süleyman Əliəsgər oğluna məxsus Bakı şəhəri, Sabunçu rayonu, Blgəh qəsəbəsi, 41a saylı bağ evinin 0,1062 ha torpaq sahəsi ilə birlikdə bazar dəyəri 212000 manat müəyyən edilmişdir. İş materiallarında olan Cavabdeh1-nin xx.xx.2019-cu il tarixli, 195/1 saylı rəyindən görünür ki, Əli-zadə Süleyman Əliəsgər oğluna məxsus Bakı şəhəri, Sabunçu rayonu, Blgəh qəsəbəsi, 41a saylı 0,11092 ha bağ sahəsininbazar dəyəri 88000 manat müəyyən edilmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. “Qiymətləndirmə fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununun 3-cü maddəsinə əsasən qiymətləndirilməsi mülki qanunvericiliklə nəzərdə tutulan və ya sifarişçi tərəfindən zəruri hesab edilən hər cür əmlak qiymətləndirmə fəaliyyətinin obyektidir. Həmin Qanunun 7-ci maddəsinə əsasən qiymətləndirmə obyektinin qiymətləndirici tərəfindən müəyyən edilmiş bazar və ya digər dəyəri haqqında hesabat məhkəmə tərəfindən müvafiq mübahisələrə baxıldığı bütün hallarda nəzərə alına bilər. Göstərilən Qanunun 8-ci maddəsinə görə də qiymətləndirici hesabatında qiymətləndirilən obyektin bazar və digər dəyərinin həqiqiliyi ilə əlaqədar mübahisələrə məhkəmə tərəfindən baxıla bilər. Bu halda mübahisəni baxılmaq üçün qəbul etmiş məhkəmənin mövcud prosessual qanunvericiliyin və bu Qanunun müddəalarını nəzərə alaraq qiymətləndirilən obyektin yenidən ekspert qiymətləndirilməsini təyin etmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 319.4-cü maddəsinə əsasən açıq hərracdan satışa çıxarılan ipoteka predmetinin ilkin satış qiymətini ipoteka saxlayan və borclu, həmçinin ipoteka verən (borclu ipoteka verən olmadıqda) qarşılıqlı razılıq əsasında müəyyən edirlər. Bu sahədə razılıq əldə edilmədikdə, onlar qanunvericiliklə müəyyən edilmiş qaydada qiymətləndirmə fəaliyyəti ilə məşğul olan şəxsə müraciət edə bilərlər. Məhkəmə kollegiyası toplanmış və tədqiq edilmiş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Cavabdeh1 X1 xx.xx.2019-cu il tarixli 195 saylı və xx.xx.2019-cu il tarixli 195/1 saylı əmlakın qiymətləndirilməsi barədə hesabatları ləğv edilməlidir. Belə ki, mülki işin məhkəmə baxışında araşdırılmış hallarından müəyyən olunur ki, İddiaçı ilə Əli-zadə Süleyman Əliəsgər oğlu arasında nikah pozulduqdan sonra tərəflərin birgə nikah dövründə əldə etdikləri daşınmaz əmlaklar Bakı şəhəri Sabunçu rayonunun Bilgəh qəsəbəsində yerləşən 0.1062 ha torpaq sahəsi və həmin torpaq sahəsində tikilmiş 41 saylı bağ evi, həmçinin Bakı şəhəri Sabunçu rayonunun Bilgəh qəsəbəsiində yerləşən 0.11092 ha torpaqdan ibarət 41 a saylı bağ sahəsi məhkəmə qətnaməsi ilə bölünmüş və tərəflərin həmin daşınmaz əmlaklara ½ hissədə payları müəyyənləşdirilmişdir. Daha sonra Əli-zadə Süleyman Əliəsgər oğlunun X5 olan 80000 manat məbləğində borcu Sabunçu Rayon Məhkəməsinin qətnaməsi ilə Əli-zadə Süleyman Əliəsgər oğlundan tutulmuşdur. Qətnamə icra edilərkən Bakı şəhəri Sabunçu rayonunun Bilgəh qəsəbəsində yerləşən 0.1062 ha torpaq sahəsi və həmin torpaq sahəsində tikilmiş 41 saylı bağ evi, həmçinin Bakı şəhəri Sabunçu rayonunun Bilgəh qəsəbəsində yerləşən 0.11092 ha torpaqdan ibarət 41 a saylı bağ sahələri hərraca çıxarılması üçün qiymətləndirilmişdir. Məhkəmə kollegiyası hesab edir ki, qiymətləndirmə həyata keçirilərkən iddiaçının mülkiyyət hüquqları kobud şəkildə pozulmuşdur. Belə ki, Bakı şəhəri Sabunçu rayonunun Bilgəh qəsəbəsində yerləşən 0.1062 ha torpaq sahəsi və həmin torpaq sahəsində tikilmiş 41 saylı bağ evi, həmçinin Bakı şəhəri Sabunçu rayonunun Bilgəh qəsəbəsiində yerləşən 0.11092 ha torpaqdan ibarət 41 a saylı bağ sahəsinə iddiaçının qanuni qüvvəsini almış məhkəmə qətnaməsi ilə ½ hissədə mülkiyyət hüququ tanındığından həmin əmlaklar natura şəklində bölündükdən sonra Əli-zadə Süleyman Əliəsgər oğluna məxsus hissə qiymətləndirilə və açıq hərraca satılmaq məqsədi ilə çıxarıla bilər. Qeyd edilənlərə əsasən, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, iddia əsaslı olduğundan Bakı şəhəri, Sabunçu rayonunun Bilgəh qəsəbəsində yerləşən 0.1062 ha torpaq sahəsi və həmin torpaq sahəsində tikilmiş 41 saylı bağ evinə dair əmlakın qiymətləndirilməsi barədə xx.xx.2019-cu il tarixli 195 saylı hesabatı və həmin ünvanda yerləşən 0.11092 ha torpaqdan ibarət 41a saylı bağ sahəsinin qiymətlədirilməsi barədə xx.xx.2019-cu il tarixli 195/1 saylı hesabatın ləğv edilməsi ilə bağlı birinci instansiya məhkəməsinin qənaəti düzgündür. İddiaçının apelyasiya şikayətinin dəlilləri ilə bağlı kollegiya qeyd edir ki, qiymətləndirmə Gülnarə Şükürovanın tələbi üzrə məhkəmə qətnaməsinin icrası ilə bağlı keçirdiyindən birinci instansiya məhkəməsi onu üçüncü şəxs kimi məhkəmə icraatına cəlb etməkdə haqlı olmuşdur. Həmçinin üçüncü şəxs Gülnarə Şükürovanın apelyasiya şikayətinin dəlilləri ilə bağlı kollegiya qeyd edir ki, qiymətləndirmə həyata keçirilərkən iddiaçının mülkiyyət hüquqları kobud şəkildə pozulmuşdur. Belə ki, Bakı şəhəri Sabunçu rayonunun Bilgəh qəsəbəsində yerləşən 0.1062 ha torpaq sahəsi və həmin torpaq sahəsində tikilmiş 41 saylı bağ evi, həmçinin Bakı şəhəri Sabunçu rayonunun Bilgəh qəsəbəsiində yerləşən 0.11092 ha torpaqdan ibarət 41 a saylı bağ sahəsinə iddiaçının qanuni qüvvəsini almış məhkəmə qətnaməsi ilə ½ hissədə mülkiyyət hüququ tanındığından həmin əmlaklar natura şəklində bölündükdən sonra Əli-zadə Süleyman Əliəsgər oğluna məxsus hissə qiymətləndirilə və açıq hərraca satılmaq məqsədi ilə çıxarıla bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinin tələbinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göründüyü kimi birinci instansiya məhkəməsinin qətnaməsi faktlar nöqteyinəzərindən qanuni və əsaslıdır, apelyasiya şikayətlərinin dəlilləri formal mülahizələrə əsaslanmaqla qətnamənin ləğvi üçün əsaslar yoxdur, maddi və prosessual hüquq normaları birinci instansiya məhkəməsi tərəfindən düzgün tətbiq olunmuşdur. Mülki Prosessual Məcəllənin 384.0.1-ci maddəsinə əsasən apelyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 384, 392, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası qət etdi: Apelyasiya şikayətləri təmin olunmasın. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli 2(005)- 372/2020 nömrəli qətnaməsi İddiaçı və üçüncü şəxs X5 münasibətdə dəyişdirilmədən saxlansın. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən etibarən, 2 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Şərafət Məmmədova
Məhkəmə qərarları › İş №2(103)-6050/2020
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-6050/2020
10.09.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka müqaviləsi ilə bağlı digər mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver