Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-6073/2020 06.08.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Şərafət Asif qızı Məmmədovanın sədrliyi və məruzəsi ilə, Emin Əlixan oğlu Mehdiyev və Xəyal Əjdər oğlu Sarıyevdən ibarət tərkibdə, Azər Aydın oğlu Mövlayevin katibliyi ilə, İddiaçı iştirakı ilə, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli 2(004)- 2048/2020 nömrəli qətnaməsindən cavabdeh X5 tərəfindən tərəfindən verilmiş apelyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdehlər X qızı və X7 qarşı “aliment miqdarının dəyişdirilməsi” tələbinə dair iddia ərizəsi ilə xx.xx.2020-ci il tarixdə məhkəməyə müraciət edərək, İddiaçı 3 uşağın saxlanılması üçün alimentin aylıq qazancının 1⁄2 hissəsi miqdarında tutulmasının təmin edilməsi üçün Qusar rayon Məhkəməsinin xx xxxxxx 2016-cı il tarixli 2(029)-149/2016 saylı məhkəmə qətnaməsi ilə xx xxxx 2013-cü il təvəllüdlü X11 yetkinlik yaşına çatanadək saxlanılması üçün Mirzoyeva (Qaçabəyova) Esmira Əməntulla qızının xeyrinə alimentin miqdarı hər ay qazancının 1/6 hissəsində, Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli 2(006)-1484/2019sayli qətnaməsi ilə xx xxxxxx 2017-ci il təvəllüdlü X8 və xx xxxxxx 2018-ci il təvəllüdlü X9 yetkinlik yaşına çatanadək saxlanılması üçün X6 xeyrinə alimentin miqdarı hər ay qazancının 2/6 hissəsi miqdarında müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Qusar Rayon Məhkəməsinin xx xxxxxx 2016-cı il tarixli 2(029)-149/2016 saylı məhkəmə qətnaməsi ilə X qızının xeyrinə xx xxxx 2013-cü il təvəllüdlü X11 yetkinlik yaşına çatanadək saxlanılması üçün onun qazancının 1/4 hissəsi miqdarında aliment tutulur. Bundan başqa xx xxxxxx 2019-cu il tarixli 2(006)-1484/2019 saylı qətnaməsinə əsasən cavabdeh X6 xeyrinə xx xxxxxx 2017ci il təvəllüdlü X8 və xx xxxxxx 2018-ci il təvəllüdlü X9 yetkinlik yaşına çatanadək saxlanılması üçün qazancının 1/3 hissəsi miqdarında aliment tutulur. Bu isə onun qazancının 3 uşağa görə yarısından çoxunu yəni 58,3 faizini təşkil edir. Hal-hazırda “xxxxxxxx” MMC-də Liman və maddi texniki təchizat üzrə rəhbər vəzifəsində işləyir vəzifə maaşı 5505 manatdır. Qanunvericilikdə nəzərdə tutulan tutmalardan sonra 4101 manat miqdardı əmək haqqı alır və iş yerindən məhkəmə qərarlarının icrası ilə əlaqədar aylıq qazancının 58,3 faiz yəni 2392 manat tutularaq ilk nikahdan olan uşağa 1025 manat miqdarında, digər nikahdan olan 2 uşağa 1367 manat miqdarında aliment ödənilir. Bütün bunları nəzərə alaraq iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş edir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli 2(004)- 2048/2020 nömrəli qətnaməsi ilə iddia tələbi qismən təmin edilərək, Qusar Rayon Məhkəməsinin xx xxxxxx 2016-cı il tarixli qətnaməsi ilə uşağın saxlanması üçün İddiaçı X qızının xeyrinə tutulan alimentin miqdarının dəyişdirilməsi, xx xxxx 2013-cü il təvəllüdlü X1 üçün İddiaçı X2 xeyrinə tutulan alimentin miqdarının aylıq qazancının 1/6 hissəsində müəyyən edilməsi və iddia tələbinin qalan hissədə təmin edilməməsi qət olunmuşdur. Qətnamədən cavabdeh X5 apelyasiya şikayəti verərək, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli 2(004)-2048/2020 nömrəli qətnaməsinin qismən təmin edilmiş hissəsində ləğv edilməsini və iddia ərizəsinin ona aid hissədə təmin edilməməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh apelyasiya şikayətini onunla əsaslandırır ki, həmin qətnamə əsassızdır, prosessual və maddi hüquq normalarının pozulması ilə qəbul olunmuşdur. Odur ki, qətnamə ləğv edilməli, iş üzrə iddia tələbi təmin edilməlidir. Başqa sözlə, məhkəmə gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan işin bütün faktiki hallarını tam aydınlaşdırmamış, təqdim olunmuş şahidlərin ifadələrinə, araşdırılmış sübutlara düzgün hüquqi qiymət verməmiş, bununla da iddianı təmin etməməklə səhv nəticəyə gəlmişdir.Belə ki, iddiaçı ikinci həyat yoldaşından rəsmi boşanmasını bildirsə də onlar faktiki birlikdə yaşayırlar.Çünki boşanmadan sonra necə ola bilər ki onların ikinci övladları dünyaya gəlsin?!Beləliklə, iddiaçı həqiqəti əks etdirməyən məlumatlar əsasında iddia qaldırmışdır. Məhkəmə kolegiyasının iclasında iştirak edən İddiaçı iddia tələbinin dəlillərinə istinad etməklə, apelyasiya şikayətinə etiraz edərək, apelyasiya şikayətinin təmin edilməməsini və qətnamənin qüvvədə saxlanılmasını xahiş etmişdir. İş üzrə cavabdehməhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmişdir.Həmçinin, xx.xx.2020-ci il tarixdə məhkəməyə teleqram göndərərək ailə vəziyyəti ilə bağlı məhkəmə iclasında iştirak edə bilməyəcəyini bildirsə də, məhkəmə iclasının təxirə salınmasına əsas ola biləcək sübut əlavə etməmişdir.Məhkəmə kollegiyası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsini rəhbər tutaraq onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” Qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Məhkəmə kollegiyası ilk olaraq qeyd edir ki, hazırki iş üzrə apellyasiya baxışının hədlərini birinci instansiya məhkəməsinin qətnaməsinin qanuniliyi və əsaslılığı təmin olunmuş hissədə apellyasiya şikayəti vermiş X3 münasibətdə yoxlanılması təşkil edir. İddiaçı apellyasiya şikayəti vermədiyindən qətnamə ona münasibətdə yoxlanılmır. Məhkəmə kolegiyası iş üzrə materialları, apelyasiya şikayətinin dəlillərini və iddiaçının izahatını araşdıraraq hesab edir ki, apelyasiya şikayəti təmin olunmamalı və qətnamə dəyişdirilmədən qüvvədə saxlanmalıdır. Belə ki, iş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Qusar Rayon Məhkəməsinin 2(029)-149/2016 saylı, xx.xx.2016-cı il tarixli qətnaməsi ilə xx xxxxxx 2015-ci il tarixdən başlayaraq İddiaçı qazancından və (və ya) başqa gəlirindən 1⁄4 hissəsi miqdarında aliment tutularaq xx xxxx 2013-cü il təvəllüdlü X11 yetkinlik yaşına çatanadək saxlanılması üçün X4 verilməsi qət edilmişdir. Nəsimi Rayon Məhkəməsinin 2(006)-1484/2019 saylı, xx.xx.2019-cu il tarixli qətnaməsi ilə xx xxxxxx 2017-ci il təvəllüdlü X8 və xx xxxxxx 20018-ci il təvəllüdlü X9 yetkinlik yaşına çatana qədər saxlanılmaları üçün xx xxxxxx 2019-cu il tarixdən başlayaraq hər ay qazancının (başqa gəlirlərin) üçdə bir hissəsi miqdarında aliment İddiaçı X oğlundan tutularaq Cavabdeh2 verilməsi barədə qətnamə qəbul edilmişdir. İşin mübahisəsiz halıdır ki, iddiaçı 3 uşaq üçün aliment ödəyir. Bir uşağa görə 1⁄4 hissədə, digər iki uşağa görə isə 1/3 hissədə aliment ödəyir. Göründüyü kimi, iddiaçının ödədiyi aliment onun əmək haqqının yarısından çoxunu təşkil edir. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçı alimentin miqdarının dəyişdirilməsi barədə iddia qaldırmaqda qismən haqılıdır. Ona görə də məhkəmə kollegiyası qeyd edir ki, Qusar Rayon Məhkəməsinin xx xxxxxx 2016-cı il tarixli qətnaməsi ilə uşağın saxlanması üçün İddiaçı X qızının xeyrinə tutulan alimentin miqdarı dəyişdirilməli, xx xxxx 2013-cü il təvəllüdlü X1 üçün İddiaçı X2 xeyrinə tutulan alimentin miqdarı aylıq qazancının 1/6 hissəsində müəyyən edilməklə bağlı 1-ci instansiya məhkəməsinin qənaəti düzgündür.. Belə ki, qanuni qüvvəyə minmiş Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)- 1484/2019 saylı, xx.xx.2019-cu il tarixli qətnaməsi ilə xx xxxxxx 2017-ci il təvəllüdlü X8 və xx xxxxxx 20018-ci il təvəllüdlü X9 yetkinlik yaşına çatana qədər saxlanılmaları üçün X6 xeyrinə alimentin miqdarı hər ay 1/3 hissədə (yəni 2/6 hissə) aliment tutulur. Kollegiya nəzərə alır ki, iddiaçın aylıq əməkhaqqı 4.101,0 manat təşkil edir və Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-1484/2019 saylı, xx.xx.2019-cu il tarixli qətnaməsi ilə xx xxxxxx 2017-ci il təvəllüdlü X8 və xx xxxxxx 20018-ci il təvəllüdlü X9 yetkinlik yaşına çatana qədər saxlanılmaları üçün X6 xeyrinə alimentin miqdarı hər ay 1/3 hissədə (2/6 hissə) , yəni -2 uşağa 1367 manat miqdarında təşkil edir. xx xxxx 2013-cü il təvəllüdlü X1 üçün İddiaçı X2 xeyrinə tutulan alimentin miqdarı isə 1025 manat miqdarında təşkil edir.Kollegiya hesab edir ki, uşaqlar arasında ayrı-seçkiliyə yol verilməməli, onların yaşayış təminatları və hüquqları bərabər səviyyədə təmin olunmalıdır. Azərbaycan Respublikasının Ailə məcəlləsinin 76.1-ci maddəsinə müvafiq olaraq aliment ödənilməsi barədə razılıq olmadıqda uşaqlar üçün onların valideynlərindən məhkəmə tərəfindən hər ay aşağıdakı miqdarda aliment tutulur: 1 uşağa görə—qazancın və (və ya) valideynlərin başqa gəlirlərinin dörddə bir hissəsi; 2 uşağa görə—qazancın (başqa gəlirlərin) üçdə bir hissəsi; 3 və daha çox uşağa görə—qazancın (başqa gəlirlərin) yarısı. 112.1-ci maddəsinə əsasən, aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Məhkəmə qeyd edir ki, alimentin miqdarının dəyişdirilməsi tələblərinin qanuni əsasını Ailə Məcəlləsinin 112.1-ci maddəsi təşkil edir və hazırkı işdə həmin maddənin dispozitiv şərtləri mövcuddur. Azərbaycan Respublikası Konstitusiyasının 17.2-ci maddəsinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2016-cı il tarixli 8-2/2016 nömrəli qərarına əsasən məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir. “Uşaq hüquqları haqqında” Qanunun 13-cü maddəsinə əsasən, isə uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Azərbaycan Respublikası MPM-in 233.4-cü maddəsinə əsasən, cavabdehdən vaxtaşırı ödəmələrin alınmasını qət edən qətnamə qanuni qüvvəyə mindikdən sonra, ödəmələrin miqdarını müəyyənləşdirən və ya onların davam etməsinə təsir edən hallar dəyişərsə, hər bir tərəf yeni iddia vermək yolu ilə ödəmələrin miqdarını və müddətlərini dəyişdirməyi tələb etməyə haqlıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinin tələbinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göründüyü, kimi birinci instansiya məhkəməsinin qətnaməsi faktlar nöqteyinəzərindən qanuni və əsaslıdır, apelyasiya şikayətinin dəlilləri formal mülahizələrə əsaslanmaqla qətnamənin ləğvi üçün əsaslar yoxdur, maddi və prosessual hüquq normaları birinci instansiya məhkəməsi tərəfindən düzgün tətbiq olunmuşdur. Mülki Prosessual Məcəllənin 384.0.1-ci maddəsinə əsasən apelyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 384, 392, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası qət etdi: Apelyasiya şikayəti təmin olunmasın. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli 2(004)- 2048/2020 nömrəli qətnaməsi cavabdeh X3 münasibətdə dəyişdirilmədən saxlansın. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən etibarən, 2 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Şərafət Məmmədova
Məhkəmə qərarları › İş №2(103)-6073/2020
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-6073/2020
06.08.2020 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver