Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-6076/2023 16.10.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Ərizəçi İddiaçı maraqlı şəxs Cavabdeh qarşı işi üzrə QƏTNAMƏSİ Açar sözlər: “barışıq sazişinin təsdiq edilməsi” hakimlər X2 (sədrliyi və məruzəsi ilə), İmanov Azad Nizam oğlu və Məmmədov Məmməd Allahverdi oğlundan ibarət tərkibdə, hakim köməkçisi Həsənova Ləman Rasim qızının katibliyi, ərizəçinin nümayəndəsi vəkil X1, maraqlı şəxs və onun nümayəndəsi Vəkil3 iştirakı ilə, ərizəçi İddiaçı maraqlı şəxs Cavabdeh olmaqla “barışıq sazişinin təsdiq edilməsi” ərizəsinə dair Bakı şəhəri Səbail rayon Məhkəməsinin 2(009)-793/2023 saylı işi üzrə 17 mart 2023-cü il tarixli qətnaməsindən maraqlı şəxs Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İşin halları və iş üzrə məhkəmə icraat(lar)ı:
1. Ərizəçi İddiaçı maraqlı şəxs Cavabdeh olmaqla, barışıq sazişinin təsdiq edilməsi tələbi ilə məhkəməyə müraciət edərək, 09 sentyabr 2022-ci il tarixli Barışıq sazişinin Cavabdeh tərəfindən könüllü icra edilmədiyi üçün məcburi icrası üçün təsdiq edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. Bakı şəhəri Səbail rayon Məhkəməsinin 2(009)-793/2023 saylı işi üzrə 17 mart 2023-cü il tarixli qətnaməsi ilə (Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 34.1, 34.3, 34.4, 34.5; Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 355-23.1, 355-23.2, 355-24, 355-25.1, 355-25.3,-cü maddələrinə istinadən) ərizə təmin edilmiş, tərəflər arasında bağlanmış 09 sentyabr 2022-ci il tarixli barışıq sazişi “Bakı 5 saylı Mediasiya Təşkilatı tərəfindən xx.xx.2022-ci il tarixdə təsdiqlənmiş mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin 3-cü bəndində göstərilən X13, xx.xx.2017-ci il təvəllüdlü X12 və xx.xx.2017-ci il təvəllüdlü X10 yetkinlik yaşına çatana kimi 2022-ci ilin oktyabr ayından etibarən hər ay hər biri üçün 167 (bir yüz altmış yeddi) manat olmaqla ümumilikdə 501 (beş yüz bir) manat aliment İddiaçı ödənilməsi; Barışıq sazişinin 5-ci bəndinin yəni birgə nikah dövründə İddiaçı adına Azərbaycan Beynəlxalq Bankından (ABB) götürülmüş CL-EE000324534 nömrəli kredit üzrə bütün ödənişləri Cavabdeh ödəyəcəyi; Barışıq sazişinin 6- cı bəndində göstərilən birgə nikah dövründə alınmış Cavabdeh adına (qeydiyyat nömrəsi **********) qeydiyyatdan keçmiş ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 51 kv.m olan mənzil bu müqavilə təsdiq edildikdən sonra 6 ay ərzində ən yüksək qiymət təklif edilən alıcıya hər iki tərəfin razılığı ilə satılacaq və əldə olunan məbləğ 55% İddiaçı, 45% məbləğ isə Cavabdeh olmaq şərti ilə bölünəcək; Barışıq sazişinin 7-ci bəndində göstərilən birgə nikah dövründə alınmış Cavabdeh adına (qeydiyyat nömrəsi **********) qeydiyyatdan keçmiş ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 51 kv.m olan mənzil satılana qədər İddiaçı həmin mənzildə yaşayacaq; Barışıq sazişinin 8-ci bəndində göstərilən birgə nikah dövründə alınmış Cavabdeh adına (qeydiyyat nömrəsi **********) qeydiyyatdan keçmiş ünvan 2 ünvanında yerləşən, ümumi sahəsi 51 kv.m olan mənzil satılaraq tərəflər arasında yuxarıda qeyd olunmuş şəkildə bölündükdən sonra tərəflər bir-birinə qarşı heç bir əmlak iddiası etməyəcək; Barışıq sazişinin 9-cu bəndində göstərilən Cavabdeh adına (qeydiyyat nömrəsi **********) qeydiyyatdan keçmiş ünvan 3 ünvanında yerləşən, ümumi sahəsi 51 kv.m olan mənzildə mövcud olan bütün əşyalar (məişət əşyaları) İddiaçı qalacaq" hissəsində təsdiq edilməsi qət edilmişdir.
3. İşin icraatı zamanı müəyyən edilmişdir ki: - xx.xx.2022-ci il tarixli barışıq sazişinə əsasən, Cavabdeh ilə İddiaçı arasında qeyd olunan şərtlərlə barışıq sazişi imzalanmışdır:1.Hər iki tərəf nikahın pozulmasına razıdır və bununla bağlı qaldırılacaq iddiaya etiraz etməyəcək. 2.Birgə nikahdan anadan olmuş övladları xx.xx.2017-ci il təvəllüdlü X14, xx.xx.2017-ci il təvəllüdlü X12 və xx.xx.2017-ci il təvəllüdlü X10 anaları İddiaçı himayəsində qalacaq. 3.Cavabdeh, birgə nikahdan anadan olmuş övladları xx.xx.2017- ci il təvəllüdlü X14, xx.xx.2017-ci il təvəllüdlü X12 və xx.xx.2017-ci il təvəllüdlü X10 üçün yetkinlik yaşına (18 yaş) çatana kimi 2022-ci ilin oktyabr ayından etibarən hər ay hər biri üçün 167 manat olmaqla ümumilikdə 501 manat aliment İddiaçı (adına açılmış bank hesabına) ödəyəcək. 4.Cavabdeh, birgə nikahdan anadan olmuş övladları xx.xx.2017- ci il təvəllüdlü X14, xx.xx.2017-ci il təvəllüdlü X12 və xx.xx.2017-ci il təvəllüdlü X10 ilə istədiyi vaxt görüşə biləcək. 5.Birgə nikah dövründə İddiaçı adına Azərbaycan Beynəlxalq Bankından (ABB) götürülmüş CL-EE000324534 nömrəli kredit üzrə bütün ödənişləri Cavabdeh ödəyəcək. 6.Birgə nikah dövründə alınmış Cavabdeh adına (Qeydiyyat nömrəsi **********) qeydiyyatdan keçmiş ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 51 kv.m. olan mənzil bu müqavilə təsdiq edildikdən sonra 6 ay ərzində ən yüksək qiymət təklif edilən alıcıya hər iki tərəfin razılığı ilə satılacaq və əldə olunan məbləğ 55% İddiaçı, 45% məbləğ isə Cavabdeh olmaq şərti ilə bölünəcək.7.Birgə nikah dövründə alınmış Cavabdeh adına (Qeydiyyat nömrəsi **********) qeydiyyatdan keçmiş ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 51 kv.m. olan mənzil satılana qədər İddiaçı həmin mənzildə yaşayacaq.8.Birgə nikah dövründə alınmış Cavabdeh adına (Qeydiyyat nömrəsi 1615.020694) qeydiyyatdan keçmiş ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 51 kv.m. olan mənzil satılaraq tərəflər arasında yuxarıda qeyd olunmuş şəkildə bölündükdən sonra tərəflər bir-birinə qarşı heç bir əmlak iddiası etməyəcək.9.Birgə nikah dövründə alınmış Cavabdeh adına (Qeydiyyat nömrəsi **********) qeydiyyatdan keçmiş ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 51 kv.m. olan mənzildə mövcud olan bütün əşyalar (məişət əşyaları) İddiaçı qalacaq. Apelyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri:
4. Maraqlı şəxs Cavabdeh qətnamədən apellyasiya şikayəti verərək, eyni tərəflər arasında,eyni predmet barəsində və eyni əsaslar üzrə mübahisəyə dair Bakı şəhəri Səbail rayon Məhkəməsinin 10 fevral 2023-cü il tarixli 2(009)-110/2023 saylı qanuni qüvvəyə minmiş qətnaməsi mövcud olduğuna görə Bakı şəhəri Səbail rayon Məhkəməsinin 2(009)-793/2023 saylı 17 mart 2023-cü il tarixli qətnaməsinin ləğv olunması, İddiaçı tələblərinin tamamilə rədd edilməsi ilə bağlı yeni müvafiq məhkəmə qətnaməsinin çıxarılmasını xahiş etmişdir. Şikayətdə Azərbaycan Respublikasının Konstitusiyasının 25, 26; Mülki Prosessual Məcəllənin 4.1, 8, 9, 88, 153.2.2, 153.3, 385,386, 387-ci maddələrinə; Avropa İnsan Hüquqları və əsas azadlıqların müdafiəsi haqqında Konvensiyasının 6-cı maddəsinin 1-ci hissəsinə istinadən qeyd edilmişdir ki, məhkəmə iclası zamanı həm ərizəçinin nümayəndəsi və vəkili, həm də ki, maraqlı şəxsin nümayəndəsi və vəkili öz çıxışlarında dəfələrlə qeyd etdilər ki, eyni predmetlə, yəni 09 sentyabr 2023-cü il tarixli Barışıq sazişi ilə bağlı məsələyə maraqlı şəxs Cavabdeh iddia ərizəsi əsasında Bakı şəhəri Səbail rayon Məhkəməsində 2023-cü ilin fevral ayında Məhkəmənin hakimi X3 tərəfindən hər iki tərəfin İddiaçı cavabdeh qismində, maraqlı şəxs Cavabdeh iddiaçı qismində iştirakları il baxılmış, həmin vaxt məhkəmə baxışı zamanı cavabdeh İddiaçı Cavabdeh bütün iddialarını,yalnız nikahın pozulması halı istisna olmaqla,digər iddiaları tamamilə qəbul etmişdir. Cavabdeh İddiaçı Cavabdeh nikahın pozulması halı bağlı iddalarını qəbul etmədiyindən, 10 noyabr 2022-ci il tarixdə məhkəmə tərəflərə barışmaları üçün 3 ay vaxt vermiş və məhkəmənin növbəti iclası 10 fevral 2023-cü il tarixə kimi təxirə alınmışdır. Tərəflər həmin məhkəmədə əmlak bölgüsü məsələlərini qaldırmamağı birlikdə qərara almışlar. Nəticədə, Bakı şəhəri Səbail rayon Məhkəməsinin 10 fevral 2023-cü il tarixli 2(009)-110/2023 saylı tamamilə qanuni, düzgün, obyektiv və əsasl qətnaməsi qəbul olunmuşdur. Qeyd olunan qətnamədə 09 sentyabr 2023-cü il tarixli barışıq sazişində nəzərdə tutulmuş bütün məsələlər müzakirə olunmuş və onlara hüquqi qiymətlər verilmişdir. Eyni zamanda, məhkəmə qətnaməsində Azərbaycan Respublikası Ailə Məcəlləsinin 100.2-ci maddəsinin tələblərinə əsasən, alimentin məhkəməyə müraciət edildiyiqətnamənin qəbul edildiyi tarixdən, yəni 10 fevral 2023-cü il tarixdən tutulması da qərara alınmışdır. Bakı şəhəri Səbail rayon Məhkəməsinin həmin qətnaməsi elə həmin gün, yəni 10 fevral 2023-cü il tarixdə tərəflərə dərhal verildiyindən, 2023-cü ilin mart ayının 17-nə kimi ərizəçinin ərizəsinə baxılan zaman artıq qüvvəsini almışdı. Həmin işin baxılmasında cavabdeh qismində iştirak etmiş ərizəçi İddiaçı Bakı şəhəri Səbail rayon Məhkəməsinin 10 fevral 2023-cü il tarixli 2(009)-110/2023 saylı qətnaməsindən apellyasiya şikayəti vermədiyindən, belə nəticəyə gəlmək olar ki, həmin iş üzrə cavabdeh olmuş İddiaçı Bakı şəhəri Səbail rayon Məhkəməsinin 10 fevral 2023-cü il tarixli 2(009)-110/2023 sayl qətnaməsindən tamamilə razı qalmışdır. Belə ki, hətta ərizəçi məhkəmənin diqqətini bu qeyd olunan məsələlərə cəlb etmək üçün Bakı şəhəri Səbail rayon Məhkəməsinin 17 mart 2023-cü il tarixli 2(009)-793/2023 saylı qətnaməsinin surətini öz ərizəsinə əlavə edərək Bakı şəhəri Səbail rayon Məhkəməsinə təqdim etmiş, lakin Bak şəhəri Səbail rayon Məhkəməsinin hakimi X11 Bakı şəhəri Səbail rayon Məhkəməsinin 17 mart 2023-cü il tarixli 2(009)-793/2023 saylı qətnaməsini qəbul edərkən həmin qətnamənin mövcudluğunu nəzərə belə almamışdır.Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 153.2.2-ci maddəsinin tələbinə görə, eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə mübahisəyə dair məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi və ya iddiaçının iddiadan imtina etməsi ilə əlaqədar iş üzrə icraata xitam edilməsi və ya tərəflərin barışıq sazişinin təsdiq edilməsi haqqında məhkəmənin qərardadı olarsa, iddianın yolverilməzliyinə görə məhkəmə (hakim) iddia ərizəsini qəbul etməkdən imtina edilməsi haqqında Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 153.3-cü maddəsinin tələblərinə uyğun olaraq, hakim ərizəni qəbul etməkdən imtina barədə əsaslandırılmış qərardad çıxarmalıdır və ərizəni qəbul etməkdən imtina haqqında qərardad ərizəyə əlavə olunmuş bütün sənədlərlə birlikdə ərizəçiyə rəsmi qaydada verilməlidir. Apellyasiya icraatında müəyyən edilən hallar və məhkəmə prosesi iştirakçılarının izahatları:
5. Səbail rayon Məhkəməsinin 10 fevral 2023-cü il tarixli qətnaməsi ilə iddiaçı Cavabdeh İddiaçı qarşı nikahın pozulması tələbinə dair iddiası təmin edilmiş, Cavabdeh ilə İddiaçı arasında Bakı şəhəri Nizami rayon qeydiyyat şöbəsi tərəfindən qeydə alınmış 24 oktyabr 2012-ci il tarixli, 1715 saylı nikahın bağlanması haqqında akt qeydinə əsasən bağlanılmış nikahın pozulması, xx.xx.2017-ci il təvəllüdlü X7, xx.xx.2017-ci il təvəllüdlü X4 və xx.xx.2017-ci il təvəllüdlü X5 anaları - İddiaçı yanında qalmaları, Cavabdeh xx.xx.2023-cü il tarixdən başlayaraq, xx.xx.2017ci il təvəllüdlü X7, xx.xx.2017-ci il təvəllüdlü X4 və xx.xx.2017-ci il təvəllüdlü X5 yetkinlik yaşına çatana kimi saxlanılmaları üçün hər ay hər uşağa görə 167 manat, cəmi 501 manat sabit pul məbləğində alimentin tutularaq İddiaçı ödənilməsi qət edilmişdir.
6. Məhkəmə kollegiyasının iclasında iştirak edən maraqlı şəxsin nümayəndəsi Vəkil3 apellyasiya şikayətini müdafiə etdiklərini,barışıq sazişində nəzərdə tutulan öhdəliklərin icra edilməsinin ərizəçinin öz tərəfindən pozulduğunu, nikahın pozulması ilə əlaqədar olan məhkəmə proseslərində ərizəçinin iştirak etmədiyini, bununla da onun sazişin birinci bəndində nəzərdə tutulan öhdəliyin icrasının pozulduğunu qeyd etmiş, barışıq sazişinin icra edilməsində hər hansı problemin olmadığını, müdafiə etdiyi şəxsin aliment öhdəliyini icra etdiyini, lakin sazişdə nəzərdə tutulan mənzilin satılmasına razılığının olmadığını bildirmişdir.
7. Məhkəmə kollegiyasının iclasında iştirak edən maraqlı şəxs Cavabdeh barışıq sazişi bağlandıqdan sonra mənzilin satışı üçün bir neçə şəxslə görüşdüyünü, təklif edilən qiymətlərə əsasən mənzilin satışından əldə olunacaq vəsaitlə övladlarına gələcəkdə həmin məbləğlə hər hansı bir mənzil ala bilməyəcəyini düşündüydən mənzilin satılmasına razı olmadığını bildirmiş, gələcəkdə mənzilin ona aid olan hissəsini övladlarına verəcəyini, hal-hazırda da övladlarının və keçmiş həyat yoldaşının həmin mənzildə yaşadığını, onlara hər hansı çətinlik yaratmadığını qeyd etmişdir.
8. Məhkəmə kollegiyasının iclasında iştirak edən ərizəçinin nümayəndəsi vəkil X1 barışıq sazişinin icra edilməyən hissələrinin mənzilin satılması ilə bağlı olduğunu, qarşı tərəfin mənzilin satışına razılıq vermədiyini, mənzil satıldığı təqdirdə sazişin digər bəndlərinin icrasının da mümkün olacağını qeyd etməklə, barışıq sazişinin məhkəmədə təsdiq edildiyi halda, icra məmuru tərəfindən maraqlı şəxsin öhdəliklərini icra etməsi üçün məcburi icra hərəkətlərinin edilə biləcəyini bildirmişdir. Qeyd etmişdir ki, barışıq sazişi təsdiq edildiyi halda, onun icrası mərhələsində hər hansı bir çətinlik yarada biləcək hal yoxdur, sazişdə ərizəçiyə veriləcək əşyaların forması, qiyməti, növü göstərilməsə də, hansı əşyaların nəzərdə tutulduğu tərəflərə məlumdur, bazar qiymətinə uyğun olaraq mənzilin satış qiymətinin icra məmuru tərəfindən müəyyən edilməsi isə mümkün olan haldır. Bundan əlavə, barışıq sazişinin 3-cü bəndində alimentin tutulduğu tarixin 2022-ci ilin oktyabr ayı göstərildiyini halda, tərəflər arasına nikah pozulması ilə əlaqədar işə baxılıb qərar çıxarılarkən həmin halın nəzərə alınmadığını və qətnamə ilə alimentin fevral ayından tutulduğunu bildirmiş, saziş olduğu halda məhkəmənin ümumiyyətlə aliment məsələsinə münasibət bildirməməli olduğunu qeyd etmişdir. Apellyasiya baxışının hədləri:
9. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2011-ci il tarixli Qərarına və Mülki Prosesual Məcəllənin 372-ci maddəsinə və əsasən: maddi və prosessual hüquq normalarına riayət etməsi baxımından birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığı onun barəsində açıq (və dolayısı ilə) mübahisə edilən hissədə yoxlanılmalıdır. Tətbiq edilən hüquq və apelyasiya instansiyası məhkəməsinin mövqeyi
10. Mediasiya haqqında Azərbaycan Respublikasının Qanununun tələblərinə əsasən: 3.3. Bu Qanunun 3.1-ci maddəsində nəzərdə tutulan mübahisələr mediasiyada iştirak etməyən üçüncü şəxslərin və ya məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan, yaxud məhdud fəaliyyət qabiliyyətli hesab edilən şəxslərin hüquqlarına toxunduqda belə mübahisələr üzrə mediasiya keçirilə bilməz. Həmin hallar aşkar edildikdə mediator (mediasiya təşkilatı), tərəflər və ya onlardan biri həmin mübahisələr üzrə mediasiya prosesindən imtina edirlər; 33.1. Barışıq sazişi tərəflər arasında yazılı formada bağlanır. Barışıq sazişində aşağıdakı məlumatlar göstərilir: 33.1.1. müqavilənin tarixi və tərtib olunduğu yer; 33.1.2. tərəflər haqqında məlumat; 33.1.3. mübahisənin predmeti; 33.1.4. mediator (mediatorlar) və mediasiya prosesi mediasiya təşkilatı vasitəsilə həyata keçirildikdə mediasiya təşkilatı haqqında məlumatlar; 33.1.5. mübahisənin həlli istiqamətində tərəflərin qəbul etdiyi şərtlər, həmin şərtlərin yerinə yetirilməsinin üsul və müddətləri; 33.1.6. barışıq sazişinin şərtlərinin icra edilməməsinin və ya düzgün icra edilməməsinin nəticələri; 33.1.7. Azərbaycan Respublikasının Mülki Məcəlləsinə, bu Qanuna və digər normativ hüquqi aktlara uyğun olaraq başqa şərtlər. 33.2. Barışıq sazişi tərəflər və mediator (mediatorlar) tərəfindən imzalanır. Barışıq sazişinin nüsxələri tərəflərin və təqdim ediləcəyi orqanların (qurumların) sayına uyğun olaraq tərtib olunur. 33.3. Barışıq sazişi qüvvədə olan qanunvericiliyə və bu Qanunun 3.3-cü maddəsinin birinci cümləsinin müddəalarına zidd olmamalıdır. 33.4. Barışıq sazişi imzalandığı gündə tərəflərə təqdim edilməlidir. Barışıq sazişinin müvafiq orqana (quruma) təqdim edilməli olan nüsxəsini tərəflərdən biri həmin nüsxənin ona təqdim edildiyi tarixdən 1 iş günü müddətində müvafiq orqana (quruma) təqdim edir; 34.1. Barışıq sazişi, əgər sazişdə ayrı şərt nəzərdə tutulmayıbsa, imzalandığı gündən tərəflər üçün məcburi xarakter daşıyır. Barışıq sazişində tərəflər arasında ayrı müddət müəyyən edilməyibsə barışıq sazişi imzalandığı gündən 10 gün müddətində könüllü şəkildə icra olunmalıdır. 34.2. Barışıq sazişinin könüllü icrasından boyun qaçırma Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq barışıq sazişində müəyyən olunan məsuliyyətə səbəb olur. 34.3. Əgər barışıq sazişinin könüllü icrasından imtina olunsa, tərəf (o cümlədən məhkəmə baxışında olan işlər üzrə tərəf) barışıq sazişinin məcburi icrası üçün məhkəməyə və ya notariusa müraciət edə bilər. 34.4. Barışıq sazişi məcburi icra edilməsi üçün məhkəmə və ya notarius tərəfindən müvafiq qaydada təsdiq olunur (bu Qanunun 34.5-ci maddəsinin tələbləri nəzərə alınmaqla). 34.5. Barışıq sazişi bu Qanunun 33.3-cü maddəsinə zidd olduqda, onun təsdiq edilməsindən imtina olunur.
11. Azərbaycan Respublikası Mülki Prosessual Məcələsinin aşağıdakı müddəaları (maddələri) nəzərə alınmalıdır: 191.2-1. Tərəflər arasında mübahisə mediasiya vasitəsilə həll edildikdə, barışıq sazişi, həll edilmədikdə isə mediasiya prosesinin nəticələri barədə protokol məhkəməyə təqdim olunur. Tərəflərin barışıq sazişini təsdiq etdikdə məhkəmə bu barədə qərardad çıxararaq, bu qərardadla eyni zamanda iş üzrə icraata xitam verir. Məhkəmə tərəfindən təsdiq edilən barışıq sazişinin şərtləri qərardadda göstərilməlidir. 305.1.17. Məhkəmə xüsusi icraat qaydasında mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi haqqında işlərə baxır; 355-23.1. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə (barışıq sazişinin bu Məcəllənin 191.2-1-ci maddəsinə uyğun olaraq təsdiq edildiyi hal istisna olmaqla) məhkəməyə müraciət edə bilər. 355-23.2. Mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizə ərizəçi fiziki şəxsin yaşadığı yer, hüquqi şəxsin ünvanının olduğu yer üzrə, ərizə dövlət orqanı (qurumu) tərəfindən verildikdə, barışıq sazişinin icrasından imtina edən fiziki şəxsin yaşadığı, hüquqi şəxsin ünvanının olduğu yer üzrə məhkəməyə verilir; 355-24. Mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizədə barışıq sazişinin könüllü icrası üçün “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 34.1-ci maddəsi ilə müəyyən olunmuş müddətin keçməsi və ərizəçinin xahişi göstərilməlidir; 355-25.1. Barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizəyə məhkəməyə daxil olduqdan sonra 10 gün müddətində baxılır.355-25.2. Məhkəmə ərizəyə baxılması barədə işdə maraqlı olan şəxslərə məlumat verir, lakin həmin şəxslərin üzrlü səbəb olmadan məhkəmə iclasına gəlməməsi işə baxılmasına mane olmur. İşdə maraqlı olan şəxslər üzrlü səbəblərdən gəlmədiyi hallarda, məhkəmə işin baxılmasını təxirə salır.355-25.3. Məhkəmə ərizəyə baxarkən bu Məcəllənin 355-26-cı maddəsində sadalanmış halların olub-olmadığını müəyyən edir və barışıq sazişinin təsdiq edilməsi və ya təsdiq edilməsindən imtina olunması barədə qətnamə qəbul edir.355-25.4. Qətnamənin surəti bu Məcəllənin 227.3-cü maddəsinə uyğun olaraq tərəflərə verilir; 355-26.1. Məhkəmə aşağıdakı hallarda barışıq sazişinin və ya onun bir hissəsinin təsdiq edilməsindən imtina edir:355-26.1.1. barışıq sazişi və ya onun bir hissəsi qanuna zidd olduqda;355-26.1.2. barışıq sazişi mediasiyada iştirak etməyən üçüncü şəxslərin və ya məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan, yaxud məhdud fəaliyyət qabiliyyətli hesab edilən şəxslərin hüquqlarına toxunulan mübahisələr üzrə keçirilmiş mediasiya prosesinin nəticəsində bağlanıldıqda.355-26.2. Barışıq sazişinin bir hissəsinin təsdiq edilməsinə o hallarda yol verilir ki, təsdiq edilməsindən imtina edilən hissənin təsdiq edilən hissədən ayrılması mümkün olsun.
12. Mülki Məcəllənin 881-ci maddəsinə əsasən: 881.2.2. barışıq razılaşmasının qüvvəsi barışıq razılaşması məqamında müqavilənin iştirakçısına məlum olmayan iddialara şamil edilmir. 881.3. Barışıq razılaşmasının bağlanması üçün forma tələb olunmur. Lakin əgər barışıq razılaşmasında hər hansı formanın gözlənilməsini tələb edən əqdlər vardırsa, razılaşma bu əqdlər üçün tələb edilən forma üzrə tərtib olunmalıdır, amma barışıq razılaşmasının məhkəmə qaydasında protokol şəklində tərtib olunduğu hallar istisna təşkil edir. 881.5. Əgər müqavilə iştirakçıları hüquq münasibətlərini və ya iddiaları həyata keçirə bilmirlərsə, xüsusən məcburi qüvvəyə malik qanuni göstərişlərlə əlaqədar həyata keçirə bilmirlərsə, barışıq razılaşmasının qüvvəsi yoxdur.
13. Birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını Mülki Prosessual Məcəllənin 76, 77, 80-82, 88, 119.1, 217, 220, 355-23-355-24, 370, 385-390; Mediasiya haqqında qanunun 26, 33, 34; Mülki Məcəllənin 881-ci maddələrinə və iş üzrə təqdim edilmiş sübutlara müvafiq mübahisələndirilən dəlillərə (hissəyə) münasibətdə yoxlayan məhkəmə kollegiyası hesab edir ki, məhkəmə səhv nəticəyə gəlmişdir. Prosessual qanunvericiliyin qeyd olunan müddəalarını rəhbər tutmaqla və təqdim olunmuş barışıq sazişinin şərtlərini tədqiq etməklə məhkəmə kollegiyası hesab edir ki,tərəflərin bağladıqları barışıq sazişinin təsdiq edilməsi onun müddəalarının mücərrədliyi və məcburi icrasının mümkünlüyü baxımından yolverilməzdir. Belə ki, barşıq sazişinin şərtləri tərəflərin öz iradəsindən asılı edilərək gələcəkdə həyata keçiriləcək öhdəliklərə aid edilmiş və öz iradələri vasitəsi ilə yerinə yetirilmədiyi təqdirdə öhdəliklərin icra üsulu və mülki məsuliyyət həddi müəyyən edilməyərək məcburi icra qaydası (barışıq sazişinin şərtlərinin icra edilməməsinin və ya düzgün icra edilməməsinin nəticələri) müəyyən edilməmişdir. Qeyd edilənlərdən əlavə olaraq, barışıq sazişi bağlanıldıqdan sonra tərəflər arasında məhkəmə prosesi olmuş və barışıq sazişi müzakirə edilməyərək sazişdə müəyyən edilən məsələlərə qismən münasibət bildirilmişdir.
14. Diqqətə çatdırılmalıdır ki, iddianın verilməsinə səbəb mənzillə bağlı barışıq sazişində olan şərtlərin könüllü yerinə yetirilməməsi olmuşdur. Bu hissədə sazişdə qeyd edilmişdir ki, “mənzil bu müqavilə təsdiq edildikdən sonra 6 ay ərzində ən yüksək qiymət təklif edilən alıcıya hər iki tərəfin razılığı ilə satılacaq”. Göründüyü kimi, burada ən mücərrəd ibarələr “ən yüksək qiymət təklif edilən alıcıya” və “hər iki tərəfin razılığı” olmuşdur ki, bunların da daxilində “razılıq” ifadəsi bir tərəfin əmlakın satılmasına razılıq verməmə hüququnu vermişdir. Ən yüksək qiymətin kim tərəfindən və hansı qaydada müəyyən edilməsi, habelə əmlakın hansı qaydada satılması təsbit edilməmişdir. Sazişin digər şərtində birgə nikah dövründə alınmış mənzildə mövcud olan bütün əşyaların (məişət əşyalarının) İddiaçı qalması əks edilsə də, əşyaların göstəriciləri, adları, dəyəri və sair fərqləndirici xüsusiyyətləri sazişdə təsbit edilməmişdir. Nikahın pozulması, uşağın kimin yanında qalması və alimentə aid məsələlər qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə öz həllini tapdığından, artıq sazişin bu hissəsi ümumiyyətlə əhəmiyyətin itirmişdir.
15. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 384, 392, 393 və 402-406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə T E T D İ: Maraqlı şəxs Cavabdeh apellyasiya şikayəti təmin edilsin. Bakı şəhəri Səbail rayon Məhkəməsinin 2(009)-793/2023 saylı işi üzrə 17 mart 2023-cü il tarixli qətnaməsi ləğv edilsin. İş üzrə yeni qətnamə qəbul edilsin. Ərizəçi İddiaçı maraqlı şəxs Cavabdeh olmaqla “barışıq sazişinin təsdiq edilməsi” barədə ərizəsi rədd edilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən iki ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.