Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-6078/2022 24.11.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh2 və Cavabdeh1 qarşı ilkin, Cavabdeh1 və Cavabdeh2 İddiaçı qarşı qarşılıqlı iddiasına dair iş üzrə QƏTNAMƏSİ (Açar sözlər: qızıl-zinət və cehiz əşyalarının tələbi) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakim Həsənov Rəşad Məhəmməd oğlunun sədrliyi və məruzəsi ilə, Hakimlər Məmmədov Məmməd Allahverdi oğlundan və Məhərrəmova Şeyda Ədalət qızından ibarət tərkibdə, Hüseynli Gültəkin Xalıq qızının katibliyi, İlkin iddia üzrə İddiaçı və onun nümayəndəsi və vəkili Vəkil4, İlkin iddia üzrə Cavabdeh1, İlk iddia üzrə cavabdehlərin nümayəndəsi və vəkili Vəkil1 iştirakları ilə, İddiaçı Cavabdeh2 və Cavabdeh1 qarşı “qızıl-zinət və cehiz əmlakı” tələbinə dair ilkin, Cavabdeh1 və Cavabdeh2 İddiaçı qarşı “qızıl-zinət” tələbinə dair qarşılıqlı iddiasına dair mülki iş üzrə çıxarılmış Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(001)-93/2022 saylı qətnaməsindən ilkin iddia üzrə cavabdehlər tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları Mirzəyeva (Kərişzadə) Təranə Akif qızı ilə Cavabdeh1 arasında xx.xx.2014-cü il tarixdə nikah bağlanmış, iddiaçı cehiz əşyaları ilə birlikdə cavabdehlərin yaşadığı ünvan 1 ünvanda yerləşən evə gəlin köçmüş və əşyalarını ora yerləşdirmişdir. Birgə nikahdan İnci adlı qızları anadan olmuşdur. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)- 8557/2019 saylı, xx.xx.2019-cu il tarixli qətnaməsinə əsasən aralarında nikah pozulmuş, uşaq ananın yanında saxlanılmış, cavabdehdən hər ay 160 (bir yüz altmış) manat sabit pul məbləğində aliment tutulmuşdur. Toy və nişan mərasimi zamanı iddiaçıya qızıl-zinət əşyaları hədiyyə edilmişdir. Birinci instansiya məhkəməsində icraat
1. İddiaçı Cavabdeh2 və Cavabdeh1 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ümumi dəyəri 47.362 manat təşkil edən əmlak və qızıl-zinət əşyalarının – Yantar üzük 3,7 qram - 150 AZN (forması-paxlavaya bənzər sarı qızıl, əyar-585); brilyant “HƏ” üzüyü 21 qram - 2000 AZN (paxlava formalı ortasında 3 qaş, əyar-583); Göy komplekt 18 qram - 1500 AZN (ağ-sarı qızıl qatışığı, sərgi malı,əyar-585); Türkiyə yarım altın 6 qram - 410 AZN (sarı qızıl, əyar-türk qızılı 22 ayar); Qızıl bilərzik 9.5 qram - 800 AZN (sarı zəncir qızıl, əyar-585); yumru klon 7 qram - 600 AZN (qızlı rəng üstündə ALLAH sözü var); sırqa qızılı 1.38 qram - 120 AZN (arxası zəncir önü ürək formalı, əyar-585); sallama sırqa buruq 4.6 qram - 360 AZN (qızılı rəng spiral forma altında 3 muncuq sallama, əyar- 585); qırmızı qaşlı sarı qızıl komplekt 11.7 qram (klon, sırqa, üzük: 800 AZN-əyar-583); İncinin qızılları – ad yazılan bilərzik 4.2 qram -350 AZN (sarı qızıl universitet qızları alan,əyar-585); bilərzik sadə 3.1qram -250 AZN (universitet uşaqları alan, sarı qızıl əyar585); “İNCİ” adı yazılan sep 13.23 qram -1000 AZN (sarı qızıl, qonşu alan,əyar-583); klon sarı qızıl 3 qram -230 AZN (İradə alan, əyar-585); Sırqa halqa uşaq üçün 2 qram -170 AZN (sadə halqa, əyar-585); sırqa halqa uşaq üçün 2.5 qram - 210 AZN (sadə halqa, əyar-585); sırqa halqa uşaq üçün 2.3 qram - 190 AZN (sadə halqa, əyar-585); sırqa halqa uşaq üçün 2.7 qram - 220 AZN (sadə halqa, əyar-585); sırqa halqa uşaq üçün 2.3 qram - 195 AZN (sadə halqa, əyar-585); sırqa halqa uşaq üçün 2.8 qram - 235 AZN (sadə halqa, əyar-585); Halqa klon içində bəzək Allah yazısı, sepi ilə 1.9 qram - 150 AZN - əyar 583; Bağlatdırılma qızıl üzük 5.9 qram - 420 AZN, əyar-583; sarı qızıl önü muncuq arxası zəncir sırqa və ona uyğun düyünlü sep 2.9 qram -245 AZ -, əyar-585; “MaşaAllah” sancaq uşaq üçün 1.2 qram - 75 AZN; cehiz siyahısı - mebel qonaq dəsti+ yataq dəsti -6400 AZN; divan -2630 AZN; televizor Samsung 116 ekran - 3000 AZN; xalça 3x2 2 ədəd - 2x 320=640 AZN; çılçıraq - 480 AZN; pərdə 26 metr -26x25=650 AZN; pərdə günlüyü 12 metr - 50 AZN; 1 ədəd iki nəfərlik, 2 ədəd tək döşək; 1 ədəd iki nəfərlik yorğan-160 AZN; 2 ədəd tək yorğan; 2 ədəd 70x70 yastıq - 70 AZN; 2 ədəd 50x70 yastıq - 50 azn; 2 ədəd mütəkkə; 1 ədəd dəvə yunu yorğan -140 Azn; 1 ədəd silkon yorğan -70 AZN; 1 ədəd ağ yataq dəsti -170 AZN; 1 ədəd iki çexollu yataq dəsti -75 AZN; 1 ədəd 4 mövsüm yataq dəsti -65 AZN; 6 ədəd cüt yataq dəsti - 55x6=330 AZN; yataq örtüyü (pokrıval) ağ -350 AZN; yataq örtüyü (pokrıval) zərli gündəlik -80 AZN; ütü stolu -75 AZN; 16 ədəd əl salfetkası - 16 AZN; 18 ədəd çay dəsmalı - 24 AZN; süfrə 6 ədəd - 130 AZN; mətbəx süfrəsi - 12 AZN; klyonka süfrə 2 ədəd - 15 AZN; yastıq üzü (moruq rəngində) 2 ədəd - 8x2=16 AZN; 4 ədəd tək yataq dəsti -25x4= 100 AZN; adyal qırmızı rəng- 25 AZN; 8 ədəd qətfə -160 AZN; 12 ədəd əl-üz dəsmalı - 160 AZN; 2 ədəd silkon yastıq - 30 AZN; qulaq yastığı 1 ədəd - 6 AZN; 1 dəst yorğan döşək İnciyə; 6 ədəd 70x70 yastıq üzü- 30 AZN; 6 ədəd 50x70 yastıq üzü -24 AZN; 1 ədəd süfrə -45 AZN; 1 ədəd güldan künc üçün - 57 AZN; tozsoran “Vest” firması - 200 AZN; şirəçəkən maşın dəsti-190 AZN; ətçəkən maşın -170 AZN; 1 ədəd çaydan çaynik ARSHA firması- 40 AZN; Arsha bıçaq- balta dəsti ( çamadan) -140 AZN; Arsha 3 mərtəbə qaşıq dəsti- 200 AZN; ütü -150 AZN; mikser - 35 AZN; tefal çömçə- qaşıq dəsti38 AZN; sini 2 dənə - 50 AZN; tütəkli çaydan çaynik Berkome firması- 45 AZN; termos 3 lt- 35 AZN; qozqıran dəsti- 35 AZN; tuj qazan qırmızı- 60 AZN; tuj qazan göy- 70 AZN; 1 ədəd qazan dəsti- 150 AZN; ağıllı qazan REDMOND firması -265 AZN; “Qalaxi” samavar - 270 AZN; toster -45 AZN; Arsha qazan dəsti - 180 AZN; Arsha aş qazanı- 80 AZN; Balaca qazan dəsti 3 ədəd- 10 AZN; balaca qazan kapron qapaqlı - 8 AZN; 4 künc kapron qab- 6 AZN; şüşə keks qabı- 12AZN; şüşə qazan 2 ədəd - 40 AZN; şüşə çaynik cofe firması - 6 AZN; çayni abedni servis QDR firması1700 AZN; 2 ədəd fincan dəsti - 24 AZN; 6 ədəd bakal - 25 AZN; 12 ədəd billur stəkan - 90 AZN; 12 ədəd armudu stəkan billur- 70 AZN; 12 ədəd nəlbəki - 20 AZN; 12 ədəd armudu nəlbəki -16 AZN; 2 ədəd qaşlı salfetka qabı - 24 AZN; 6 ədəd limon qabı- 8 AZN; 12 ədəd ürək razetka - 12 AZN; 4 ədəd külqabı- 28 AZN; 6 ədəd su bakalı- 8 AZN; 12 ədəd razetka - 12 AZN; 12 ədəd duz qabı- 12 AZN; 2 ədəd süviner - 50 AZN; 2 ədəd ləpə qabı böyük -32 AZN; 2 ədəd böyük çaynik40 AZN; bıçaq 2 ədəd- 10 AZN; 6 ədəd taxta qulplu qaşıq dəsti - 22 AZN; 12 ədəd şüşə şirniyyat boşqabı- 15 AZN; kofe dəmləmə qabı - 35 AZN; duz qabı 2 dənə- 4 AZN; 8 ədəd billur vaz -160 AZN; 8 lötkə billur - 150 AZN; 8 konfet qabı- 150 AZN; 2 ədəd mürəbbə qabı - 32 AZN; 2 ədəd şamdan -24 AZN; 4 ədəd qənd qabı- 40 AZN; 1 ədəd billur kompot qabı- 35 AZN; 1 ədəd kompot qabı -20 AZN; fincan çaynik nabor - 22 AZN; 6 ədəd fincan nəlbəki asılqanlı- 16 AZN; 1 nabor fincan nəlbəki- 8 AZN; 6 ədəd gül qabı -110 AZN; 2 ədəd tort qabı- 18 AZN; 2 ədəd fincan nəlbəki10 AZN; 1 ədəd qrafin dəsti stəkanı ilə- 120 AZN; 1 nabor rəngli bakallar- 60 AZN; 1 ədəd kramfinka dəsti TOM firması-270 AZN; 1 ədəd gül qabı + 2 vaz+ 2 konfetqabı dəsti bagema- 170 AZN; 1 ədəd krafin dəsti- 130 AZN; qırmızı lüləkkli çaydan- 45 AZN; tost manikasl KARACA firması- 150 AZN; kofe makinası türk - 30 AZN; tefal çaydan çaynik tok- 35 AZN; ütü masası üçün süfrə- 7 AZN; 2 ədəd mətbəx dəsti- 7 AZN; 2 ədəd su çəkən- 6 AZN; 1 ədəd soyuducu içi- 5 AZN; 1 ədəd göy torbası-4 AZN; 1 ədəd mətbəx dəsti- 6 AZN; 6 ədəd asılqan- 6 AZN; corab torbası- 4 AZN; pol vedrəsi- 20 AZN; 2 ədəd çörək taxtası- 4 AZN; 2 ədəd önlük dəsmalı ilə mətbəx üçün-18 AZN; 2 ədəd paltar şotkası- 5 AZN; paltar şpilkası- 10 AZN; 1 paçka sap -3 AZN; 4 ədəd böyük sap- 4 AZN; iynə sap qabı 3 göz- 8 AZN; çarpayı altı sandıqca bufik - 400 AZN; Şuba uzun qəhvəyi-5000 AZN; Canon kamera 60D-1200 AZN; Ağ notbuk-700 AZN; bütün geyimləri; saç qurutma fen daraqlı-50 AZN; saç Burma fen çəhrayı qulplu-28 AZN; suvenir mənzərə tokla oxuyan-45 AZN; İncinin Əşyaları - Velosiped- 230 AZN, qara bənövşəyi rəng, valideyn üçün yuxarı rolu; samokat- 75 AZN, çəhrayı rəng; yatdığı çarpayı-450 AZN, ağ üstündə çəhrayı bəzək, 15 yaşına qədər; İncinin uşaq arabası-860 AZN Türkiyədən alınma qara qırmızı rəngli, 3 təkər, oyuncaqları; 4 yaşına qədər olan bütün geyimləri; İncinin albomu və ad gününə düzəltdirdiyi böyükşəklin (diski) cavabdehlərdən alınaraq iddiaçıya qaytarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İlkin iddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı Cavabdeh1lə 2014-cü ildə ailə quraraq, ona alınan və bağışlanan cehiz əmlakları ilə birlikdə cavabdehlərə məxsus ünvan 1 ünvanda yerləşən evə köçmüş və əşyalarını ora yerləşdirmişdir. Birgə nikahdan İnci adlı qızları anadan olmuşdur. Cavabdeh1 işləməyib evə qazanc gətirməməsi, ailəsini dolandırmaması ailədə söz-söhbətə, gərginliyə səbəb olmuşdur. 2018-ci ildə həyat yoldaşı Toğrul Mirz’yev onu uşaqla birlikdə iddiaçının atasının evinə qonaq aparmaq adı ilə evdən çıxarıb və bir daha arxasınca getməmişdir. Atası evindən tez qayıdacağını düşünərək, iddiaçı adi paltarlarda və adi günlərdə taxdığı sadə qızıl üzüklə evdən çıxmış və bir daha həmin evə qayıtmamışdır. Bu səbəbdən də cehiz əşyaları və qızıl-zinət əşyaları, hətta özünə və qızına məxsus mövsümi geyim paltarları həmin evdə qalmışdır. Cavabdehlərin ona qarşı davamlı şəkildə qərəzli münasibət göstərməsi nəticəsində tərəflərin nikahı xx.xx.2019-cu il tarixli məhkəmə qətnaməsinə əsasən pozulmuşdur. Lakin nikah pozulduqdan sonra da cavabdehlər iddiaçıya və qızına məxsus qızıl-zinət əşyalarını və cehiz əmlakını qaytarmaqdan imtina etmiş, əmlakı yalnız məhkəmə qətnaməsi əsasında verəcəklərini bildirmişlər. Bu səbəbdən də iddiaçı mövcud iddia tələbi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır.
3. Cavabdehlər qarşılıqlı iddia verərək, Cavabdeh2 məxsus 583 əyarlı, sibir brilyant qaşlı, çəkisi 6 qram, dəyəri 2000 manat olan üzüyün, Cavabdeh1 məxsus çəkisi 10 qram, üzərində 2 karat brilyant qaşlarla əhatə edilmiş 750 əyarlı, ümumi dəyəri 1400 manat olan nişan üzüyünün və ya onların dəyəri olan 3400 manat pul vəsaitinin İddiaçı alınaraq onlara ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişlər.
4. Qarşılıqlı iddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı ilə Cavabdeh1 2014-cü ildə rəsmi nikaha daxil olmuş, xx.xx.2019-cu ildə məhkəmə qətnaməsi ilə aralarında olan nikah pozulmuşdur. Nikaha daxil olduqdan sonra İddiaçı onlarla birlikdə ünvan 1 ünvanda yaşamışdır. xx.xx.2019-cu il tarixdə İddiaçı evdən könüllü şəkildə getmiş, getməsinə səbəb olaraq isə ayrı evdə yaşamaq istəməsini və sərbəst olmasını əsas gətirmişdir. Evdən gedərkən özünəməxsus geyim əşyaları və qızıl əşyalarını, hətta Cavabdeh2 məxsus 583 əyarlı, sibir brilyant qaşlı, çəkisi 6 qram, dəyəri 2000 manat olan üzüyünü, Cavabdeh1 məxsus çəkisi 10 qram, üzərində 2 karat brilyant qaşlarla əhatə edilmiş 750 əyarlı, ümumi dəyəri 1400 manat olan nişan üzüyünü və yaşadığı evə məxsus sənədləri özü ilə aparmışdır.
5. Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(001)-93/2022 saylı qətnaməsi ilə (hakim G.Abbasova) ilkin iddia təmin, qarşılıqli iddia isə qismən təmin edilərək İddiaçı Cavabdeh2 məxsus 583 əyarlı, sibir brilyant qaşlı, çəkisi 6 qram olan üzüyü və Cavabdeh1 məxsus çəkisi 10 qram, üzərində 2 karat brilyant qaşlarla əhatə edilmiş 750 əyarlı nişan üzüyünün alınaraq Cavabdeh2 və Cavabdeh1 verilməsi qət edilmiş, qarşılılqlı iddia qalan hissədə rədd edilmişdir.
6. Məhkəmə mövqeyini belə əsaslandırmışdır ki, İddiaçı öz tələbini sübut etmək üçün məhkəməyə toy mərasimi və s. vaxtlarda çəkilmiş fotoşəkilləri, həmçinin səsyazısını təqdim etmişdir. Fotoşəkillərdə mübahisə predmeti olan əşyaların iddiaçının üzərində olduğu aydındır. Məhkəmə hesab etmişdir ki, iddiaçı tərəfindən təqdim olunmuş diskdə (səs yazıları) cavabdehlər tərəfindən qızıl-zinət əşyalarının onlarda olması etiraf edilmişdir.
7. Məhkəmə öz mövqeyini AR Mülki Prosessual Məcəlləsinin 191-ci, Mülki Məcəllənin 157.2 və 225-ci, Ailə Məcəlləsinin 32.2, 34.1, 37.1-ci maddələrinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2021-ci il tarixli “N.Əsədovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 05 avqust 2020-ci il tarixli Qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Qərarına istinadla əsaslandırmışdır.
Apellyasiya şikayətinin dəlilləri
8. Cavabdehlər apellyasiya şikayəti verərək, Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(001)-93/2022 saylı qətnaməsinin qismən ləğv edilməsi, ilkin iddianın “qızıl-zinyət əşyalarının təmin edilməsi” hissəsində bütünlükdə rədd edilməsi, cehiz əşyalarının isə qismən, yəni həmin əşyalara münasibətdə cavabdehlərin razılaşdığı həcmdə və növdə hissəsinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişlər.
9. Apellyasiya şikayətləri onunla əsaslandırılmışdır ki, məhkəmə iddiaçının toy və nişanda ona hədiyyə edilən dəyərli qızılları evdən gedərkən aparması və bu faktı məhkəmədə etiraf etməsi faktını nəzərə almadan, hansısa mənbəyi və yazılma qaydalarının montaj olub-olmaması faktı müəyyən edilməyən səs yazılarına istinad edib kobud qanun pozuntusu ilə qətnamə qəbul etmişdir. Məhkəmə iddiaçının təqdim edtiyi səs yazısına dair texniki qurğu ilə birlikdə ekspertizaya göndərmək əvəzinə, sonradan mötəbərliyinə kifayət qədər şübhə olan ekspertiza rəyi ilə iddiaçının mövqeyini müdafiə xarakterli qətnamə elan etmişdir. Bundan əlavə, məhkəmənin qətnaməsinin əsaslandırıcı hissəsi ilə nəticə hissəsi ziddiyyət təşkil edir, Belə ki, məhkəmə əsaslandırıcı hissədə AR Ailə Məcəlləsinin 32.2, 34.1, 37.1-ci maddələrinə istinad edərkən və hansısa əmlakları ərarvadın ümumi əmlakı kimi qiymətləndirib əsalandırıcı hissədə hər iki şəxsin (İddiaçı və Cavabdeh1) xeyrinə fikirlər və qanunlara istinad etdiyi halda, qətnamənin nəticə hissəsində yalnız iddiaçının xeyrinə, sübuta yetirə bilmədiyi məsələ üzərindən qətnamə elan etmişdir. Bundan əlavə, hakim məhkəmə prosesinin yekun iclasında cavabdehlərin iclası təxirə salması müraciətini heçə sayaraq, MPM-nin tərəflərin məhkəməyə təmin edilməsi normasını pozmuşdur.
Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
10. Apellyasiya şikayətinə etiraz verilməmişdir.
Məhkəmə icraatı iştirakçılarının izahatları
11. Cavabdeh1 və cavabdehlərin nümayəndəsi və vəkili Vəkil1 apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək təmin edilməsini məhkəmə kollegiyasından xahiş etdilər.
12. İddiaçı, onun nümayəndəsi və vəkili Vəkil4 apellyasiya şikayətinin dəlillərinə etiraz edərək təmin edilməməsini məhkəmə kollegiyasından xahiş etdilər.
Tətbiq edilən hüquq
Azərbaycan Respublikasının Mülki Məcəlləsi:
13. Maddə 225.2. Nikaha girənədək ər-arvaddan hər birinə mənsub olmuş əmlak, habelə onlardan birinin nikah dövründə hədiyyə kimi və ya vərəsəlik qaydasında aldığı əmlak onun mülkiyyətidir. 14.Maddə 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər.
Azərbaycan Respublikası Ailə Məcəlləsi 15.Maddə 34.1. Nikaha daxil olanadək onlara məxsus olan əmlak, habelə nikah dövründə hədiyyə şəklində və ya vərəsəlik qaydasında, digər əvəzsiz əqdlər üzrə əldə etdikləri əmlak ər-arvadın hər birinin ayrıca mülkiyyətindədir (ər-arvadın hər birinin əmlakıdır). 16.Maddə 34.2. Zinyət əşyaları istisna olmaqla, fərdi istifadə şeyləri (geyim, ayaqqabı və s.) nikah zamanı ər-arvadın ümumi vəsaiti hesabına əldə edilsə də, ər-arvaddan kimin istifadəsində olubsa, ona məxsusdur.
Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi 17.Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 18.Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
Apellyasiya baxışının hədləri
19.Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 20.Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır. 21.Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır.
22. Məhkəmə kollegiyası qeyd edir ki, cavabdehlər tərəfindən verilmiş apellyasiya şikayətləri qətnamənin qismən – ilkin iddianın təmin olunması hissəsində ləğv edilməsinə yönəldiyindən apellyasiya baxışının predmetini qətnamənin ilkin iddiaya aid hissədə yoxlanılması təşkil edir.
Apellyasiya instansiya məhkəməsinin mövqeyi
23. İşin mübahisəsiz hallarına görə tərəflər xx.xx.2014-cü il tarixdə rəsmi nikaha daxil olmuşlar. Tərəflər rəsmi nikahdan sonra birlikdə yaşamış, cavabdehlərə məxsus evə gəlin köçmüş, cehiz əşyalarını da həmin evə gətirmişdir. Sonradan aralarında münasibətlər pozulmuş, iddiaçı 2018-ci ildə evdən getmişdir. Baxılan mülki işdə iddiaçının tələb etdiyi qızıl-zinyət əşyalarının iddiaçıya müxtəlif vaxtlarda hədiyyə verilməsi, yəni iddiaçının həmin əşyaların mülkiyyətçisi olması da mübahisələndirilməyən haldır. İddiaçı iddia ərizəsində sadalanan cehiz əşyalarının və qızıl-zinət əşyalarının cavabdehlərdə qaldığına istinad edərək hazırkı iddia ilə məhkəməyə müraciət etmişdir.
24. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 225.2-ci və Ailə Məcəlləsinin 34.1-ci maddələrinə müvafiq olaraq nikaha girənədək ər-arvaddan hər birinə mənsub olmuş əmlak, habelə onlardan birinin nikah dövründə hədiyyə kimi və ya vərəsəlik qaydasında aldığı əmlak onun mülkiyyətidir.
25. Mülki Məcəllənin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər.
26. MPM-ə əsasən hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməlidir. O, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Məhkəmə, qərarını tərəfləri dəvət etmədən özünün qulluq mövqeyinə görə irəli sürdüyü hüquqi dəlillərlə əsaslandıra bilməz (maddə 9.3). Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir (maddə 14.2). Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir (maddə 77.1). Tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. Faktın etiraf olunması məhkəmə iclasının protokoluna yazılır və bu barədə etiraf edən tərəf protokola imza edir. Faktın etirafı yazılı ərizədə ifadə olunursa, həmin ərizə işə tikilir (maddə 106.3).
27. Sadalanan hüquq normalarının mənasına görə baxılan iş üzrə iddia tələbinin təmin olunması üçün iddiaçının tələb etdiyi əmlakların mövcudluğu, cehiz əşyalarının nikaha daxil olarkən iddiaçı tərəfindən cavabdehin yaşadığı evə aparıldığı və orada qaldığı, həmçinin tələb olunan qızıl-zinət əşyalarının iddia ərizəsində göstərilən dəyərdə olduğu və hal-hazırda cavabdehlərin qanunsuz sahibliyində olduğu sübuta yetirilməlidir. Tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi o halda əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir ki, həmin etiraf məhkəmə iclasının protokoluna yazılsın və bu barədə etiraf edən tərəf protokola imza etsin və ya faktın etiraf edildiyi yazılı ərizə işə tikilmiş olsun.
28. Hazırkı iş üzrə iddia tələbi 3 hissədən - cehiz əmlaklarının, iddiaçıya məxsus qızılzinət əşyalarının və tərəflərin ümumi uşaqları İnciyə aid edilən qızıl-zinət və digər əşyaların qaytarılmasından ibarətdir.
29. Kollegiya işin araşdırılan hallarına qiymət verərək iddia tələbinin birinci hissəsi ilə bağlı Rayon Məhkəməsinin mövqeyi ilə razılaşır.
30. Belə ki, mülki qanunvericiliyin sübutetmə ilə bağlı normalarına əsasən baxılan iş üzrə iddia tələbinin təmin olunması üçün iddiaçının tələb etdiyi cehiz əmlaklarının mövcudluğu, cehiz əşyalarının nikaha daxil olarkən iddiaçı tərəfindən cavabdehin yaşadığı evə aparıldığı və orada qaldığını sübut etmək yükü iddiaçının üzərinə düşür. İddiaçı iddia ərizəsində 135 adda cehiz əşyası tələb etmiş, sonradan iki əşyaya münasibətdə (noutbuk və fotoaparatdan) iddiadan imtina etmiş, cavabdehlər isə 99 adda cehiz əşyasının onlarda olduğunu etiraf etmiş və onların qaytarılmasına etiraz etməmişlər. Cavabdehlər qarşılıqlı iddia ərizəsində 2020-ci ilin yanvar ayında iddiaçının əmisi, bibisi və digər qohumları ilə gələrək bir neçə əşyasını götürüb getdiyini, bir neçə çay dəsmalı, bədən dəsmalı, üz dəsmalı, xırda qaşıqları və 1 ədəd duz qabını isitfadə edərək köhnəltdiyini bildirmişlər. Beləliklə, cavabdehlər faktiki olaraq iddia ərizəsində qeyd edilən əşyaların iddiaçı tərəfindən cavabdehlərin yaşadığı evə gətirildiyini mübahisələndirməmişlər.
31. Bundan əlavə, Kollegiya onu də nəzərə alır ki, cavabdehlər əşyaların bir qisminin iddiaçı tərəfindən götürüldüyünü bildirsələr də, həmin əşyaların nədən ibarət olmasını, məhz iddia ərizəsində qeyd edilən əşyalar olmasını bildirməmiş və təhvil-təslim aktını məhkəməyə təqdim etməmişlər. Halbuki, əşyaların iddiaçı tərəfindən götürüldüyünü sübut etmək yükü cavabdehlərin üzərində olmuşdur.
32. Bundan başqa, kollegiya qeyd edir ki, cavabdehlərin qəbul etmədikləri əşyaların əksəriyyəti xırda məişət əşyalarıdır (termos, podnos, qozqıran, paltar şpilkası, vedrə, qazan dəsti, göy torbası və s.), cavabdehlər məhkəmə araşdırması zamanı izahat verərəkən həmin əşyaların onlarda olmadığını bildirsələr də, onları alıb iddiaçıya verə biləcəklərini bildirmişlər.
33. Həmçinin, cavabdelər yazılı etirazlarında tələb edilən iddiaçıya aid geyim əşyalarının onlarda olmağını etiraf etməsələr də, Cavabdeh1 məhkəmə iclasında izahat verərkən cavabdehə məxsus geyim əşylarının onların evində şkafda olduğunu, lakin həmin geyim əşyalarının konkret nədən ibarət olmasından xəbərsiz olduğunu bildirmiş və həmin əşyaları iddiaçının götürməsinə etiraz etməmişdir.
34. İddiaçının tələb etdiyi bir ədəd dəri şuba ilə bağlı isə cavabdelər bildirmişlər ki, həmin şubanı cavabdeh gedərkən özü ilə aparmışdır. Kollegiya qeyd edir ki, iddiaçının həmin şubanı tələb etməsi, cavabdelərin isə iddiaçıya bu şubanı hədiyyə almalarını bildirməsi və onu iddiaçının özü ilə aparmasını deməsi belə nəticəyə gəlməyə əsas verir ki, həmin şuba həqiqətən mövcud olmuş, cavabdehlərə məxsus evdə olmuşdur. Belə olan halda, həmin şubanı iddiaçının özü ilə aparmasını sübut etmək vəzifəsi cavabdelərin üzərinə düşür. Lakin cavabdehlər bununla bağlı məhkəməyə hər hansı sübut təqdim edə bilməmişlər. Bundan bağqa, kollegiya iddiaçının cavabdehlərə məxsus evi may ayında tərk etməsini nəzərə alaraq, onun gedərkən şubanı özü ilə aparmasını da ağlabatan hesab etmir. 35.Yuxarıda qeyd edilənlərə əsasən Kollegiya iddia tələbinin cehiz əmlaklarının və qızları İnciyə məxsus digər əşyaların qaytarılması hissəsi ilə bağlı birinci instansiya məhkəməsinin mövqeyini əsaslı hesab edir.
36. Məhkəmə kollegiyası iddia tələbinin ikinci – iddiaçıya məxsus qızıl-zinət əşyalarının qaytarılması hissəsi ilə bağlı hesab edir ki, həmin hissədə də birinci instansiya məhkəməsinin gəldiyi nəticə üçün işin hallarına uyğundur.
37. Belə ki, mülki işin məhkəmə baxışı zamanı iddiaçı tələb etdiyi qızıl-zinət əşyalarının cavabdehin yaşadığı evdə qaldığını bildirmişdir.
38. Cavabdehlər birinci instansiya məhkəməsində işə baxılarkən məhkəmə iclaslarında iddiaçıya toy zamanı brilyant qaşlı komplekt və nişan üzüyündən başqa, qızıl hədiyyə etmədiklərini, onu da iddiaçı evdən gedərkən özü ilə apardığını, iddiaçının təqdim etdiyi fotoşəkillərdəki aksessuarların qızıl olmadığını bildirmişdir.
39. Qanunun göstərişinə əsasən tələb olunan qızıl-zinət əşyalarının hal-hazırda həqiqətən cavabdehlərdə olduğunu sübut etmə yükü iddiaçının üzərinə düşür.
40. İddiaçı isə öz tələbini təsdiq edən sübut qismində birinci instansiya məhkəməsinə toy mərasimi və s. vaxtlarda çəkilmiş fotoşəkilləri, həmçinin səsyazısını təqdim etmişdir. Fotoşəkillərdə mübahisə predmeti olan əşyaların iddiaçının üzərində olduğu aydındır. İddiaçı tərəfin məhkəməyə təqdim etdiyi diskdə əks olunmuş cavabdehlərə aid səs yazılarından aydın olur ki, İnciyə və İddiaçı məxsus qızıl-zinyət əşyaları cavabdeh tərəfdədir.
41. Eyni zamanda tərəflərin heç biri iddiaçının cavabdehlərlə birgə yaşadıqları evdən ayrı yaşamaq üçün könüllü və mübahisəsiz getdiyini mübahisələndirməmişlər.
42. Kollegiya cavabdehlərin birinci və apellyasiya instansiyası məhkəməsi iclaslarında biri-birinə zidd ifadələr verməsini nəzərə alaraq hesab edir ki, həmin izahatlar onların səmimiliyini şübhə altına qoyur. Belə ki, cavabdehlər gah qızılların iddiaçı tərəfindən aparıldığını, gah ona qızıl hədiyyə etmədiklərini, gah da tələb edilən zinət əşyalarının qızıl olmadığını bildirmişlər.
43. Məhkəmə kollegiyası işin hallarını, işdə olan fotoşəkillər, səs yazısı, habelə tərəflərin izahatlarını nəzərə alaraq qızılların iddiaçıya hədiyyə edilmədiyi barədə cavabdehlərin izahatlarına tənqidi yanaşır. Kollegiya cavabdehlərin belə izahat vermələrinin tərəflər arasında nikahın pozulması ilə bağlı olduğunu, iddianın təmin edilməməsinə yönəldiyini hesab edərək belə qənaətə gəlir ki, həmin qızıl-zinət əşyaları iddiaçıya hədiyyə edilmiş və ona məxsus olmuşdur.
44. Cavabdehlər həmin əşyaları evdən gedərkən iddiaçının özü ilə apardığını iddia edirlər.
45. Lakin iddiaçının evdən getdiyi şərait belə nəticəyə gəlməyə imkan vermir. Çünki iddiaçı yaşadıqları evdən həyat yoldaşı ilə ayrı evdə yaşamaq üstündə baş vermiş mübahisədən sonra getmiş, həmin vaxt tərəflər arasında hər hansı münaqişəli vəziyyət olmamışdır. İddiaçının evdən getməsində məqsəd həyat yoldaşından boşanmaq olmamışdır.
46. İddiaçı mübahisədən sonra heç vaxt cavabdehlə birgə yaşadıqları evə qayıtmadığını bildirir.
47. Cavabdehlər isə iddiaçının evdən gedərkən qızıl-zinət əşyalarını, hətta cavabdehlərə məxsus qızılları da, evin sənədlərini də götürdüyünü bildirir.
48. Mövcud vəziyyətdə həqiqətən də iddiaçının özünə məxsus qızıl-zinət əşyalarını apardığına dair sübutları təkzib etmək vəzifəsi cavabdehlərin üzərinə düşür. Cavabdehlər birinci instansiya məhkəməsində və apellyasiya baxışında bununla bağlı heç bir sübut təqdim etməmiş, yalnız bu halla bağlı ziddiyyətli ifadə verərək iddiaçıya toyda taxılan komplektdən və nişan üzüyündən başqa qızıl hədiyyə etmədiklərini bildirmişlər. Məhkəmə kollegiyası cavabdehlərin bu məzmunda izahatını mötəbər sübut kimi qəbul etmir. Kollegiya cavabdehlərin bu izahatını iddiaçıya qızıl-zinət əşyalarının qaytarılmasından yayınmaq cəhdi kimi qiymətləndirir.
49. Belə ki, iddiaçı tərəfindən məhkəməyə disk formasında cavabdehin səs yazısı təqdim edilmiş, həmin səs yazısında iddiaçı qızıllarını tələb etdikdə Cavabdeh2 “hamısını aparmısan”, “sənin hə üzüyün yoxdu, hə üzüyü getdi, verdim yiyəsinə”, “hamısını yığıb aparmısan, hamısını” bildirir. Bundan əlavə, Cavabdeh2 iddiaçının atası ilə danışığında “Toğrulun üzüklərini də verin, mənim üzüyümü də verin gəlsin, Təranənin də burda üzüyü var verəjəm götürsün getsin”, “Onu yolluyursan üç dənə qızılımdı, yolla mən də onun qızıllarını verəjəm gətirsin, yoxsa mənim qızılımı versin onnan sonra”, “onun burda bir dənə üzüyü var”, “klonu yoxdu” bildirmişdir.
50. Cavabdehlər diskdə olan səs yazısı ilə razı olmadıqlarını, səslərin təhrif olunmuş formada yazıldığını bildirsələr də, Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2022-ci il tarixli 4/329-4/337 saylı ekspert rəyi ilə montaj əlamətlərinin olmadığı müəyyən olunmuşdur.
51. Beləliklə mötəbərliyi şübhə doğurmayan iddiaçı tərəfin məhkəməyə təqdim etdiyi səs yazılarından, həmçinin tərəflərin izahatlarından, işin hallarından aydın olur ki, iddiaçıya məxsus qızıllar cavabdeh tərəfdədir.
52. İncinin qızıllarına gəldikdə isə Kollegiya birinci instansiya məhkəməsinin bu hissədə də gəldiyi nəticəni işin hallarına uyğun hesab edir. Belə ki, iddiaçının atasının Cavabdeh1lə telefon danışığında sonuncu “İncinin qızılları atasındadı. İnciyə də veriləcək.”, “İnci gələcəkdə ailə quracax, mən aparıf onu İnciyə də verəjəm. Yəni İncinin özüyəm mən” bildirir. Göründüyü kimi, iddiaçı tərəfindən təqdim olunmuş səs yazısında Cavabdeh1 İncinin qızıllarının onda olduğunu etiraf edir.
53. MPM-ə əsasən tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir.
54. MPM-in sözügedən normasına əsasən Kollegiya hesab edir ki, İncinin qızıllarının cavabdehdə olması onun tərəfindən etiraf olunduğundan iddiaçı həmin qızılların cavabdehlərdə olduğunu sübut etmək yükündən azaddır.
55. Yuxarıda qeyd edilənlərə əsasən, həmçinin daxili inamını rəhbər tutaraq Kollegiya hesab edir ki, ilkin iddia ərizəsində tələb olunan qızıl-zinət əşyaları cavabdehlərdədir, birinci instansiya məhkəməsi ilkin iddianı qismən təmin etməklə mübahisənin faktiki halları və tərəflərin münasibətləri ilə bağlı işin mahiyyəti üzrə düzgün nəticəyə gəlmişdir. Apellyasiya şikayətlərinin dəlilləri qətnamənin mübahisələndirilən hissədə ləğvi üçün əsas təşkil etmir. İlkin iddia üzrə tələblərə, şikayətin dəlilləri də daxil olmaqla yuxarıda ayrıayrılıqda qiymət verildiyindən, Kollegiya əlavə təkrarlanmaya zərurət görmür.
56. MPM-in 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
57. Yuxarıda göstərilənlərə əsasən və MPM-nin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası
Qət etdi:
Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayətləri təmin edilməsin. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-93/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsi apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.