Məhkəmə qərarları › İş №2(103)-6103/2020

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-6103/2020

19.08.2020 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-6103/2020 19.08.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Azad Nizam oğlu İmanovun sədrliyi ilə, Qürbət Ağa oğlu Əsgərovdan və Vahid Nəriman oğlu Sadıqovdan ibarət tərkibdə, Fuad Vahid oğlu Qəşəmzadənin katibliyi, İddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) İddiaçı, Cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Cavabdeh nümayəndəsi və vəkili Vəkil2 iştirakı ilə, Bakı şəhərində Bakı Apellyasiya Məhkəməsinin binasında Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-537/2020 saylı xx xxx 2020-ci il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İddiaçı Cavabdeh qarşı aliment tutulması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, o, Cavabdeh ilə xx.xx.2001-ci il tarixdə Bakı şəhəri Səbail rayon Qeydiyyat şöbəsində 305 saylı akt qeydi ilə rəsmi nikaha daxil olmaqla ailə qurmuşdur. Birgə nikahlarından xx.xx.2002-ci il təvəllüdlü X5, xx.xx.2010-cu il təvəllüdlü X6 və xx.xx.2014-cü il təvəllüdlü X7 anadan olmuşlar. Lakin cavabdehlə bir müddət normal yaşayandan sonra aralarında fikir ayrılığı olduğundan getdikcə ailə həyatları dözülməz dərəcəyə çatmışdır. Cavabdehlə aralarında olan söz-söhbətləri normallaşdırmaq istəmiş, lakin heç bir nəticə verməmişdir. Cavabdeh tərəfindən dəfələrlə o, təhqirə məruz qalmışdır. Cavabdehlə artıq ər-arvad münasibətlərinə son qoyulub. Cavabdeh bu vaxta kimi azyaşlı övladları ilə heç maraqlanmayıb. Azyaşlı övladlarının tərbiyəsi ilə də ciddi şəkildə məşğul olmayıb, cavabdeh tərəfindən ödənilməli olan aliment onun azyaşlı övladlarının normal şəraitdə böyüməsi üçün çox vacibdir. O, hal-hazırda heç bir yerdə işləmir. Göstərilənləri nəzərə alaraq iddiaçı Cavabdeh birgə nikahdan anadan olmuş xx.xx.2002-ci il təvəllüdlü X2, xx.xx.2010-cu il təvəllüdlü X3 və xx.xx.2014-cü il təvəllüdlü X4 yetkinlik yaşına çatana kimi saxlanması üçün hər ay, hər uşağa görə 200 manat, cəmi 600 manat sabit pul məbləğində alimentin tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh İddiaçı qarşınikahın pozulması və uşaqların atanın yanında saxlanılması barədə qarşılıqlı iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. Qarşlıqlı iddia ərizəsi onunla əsaslandırılmışdır ki, o, İddiaçı ilə xx.xx.2001- ci il tarixdə rəsmi nikaha daxil olmuşdur. Onların birgə nikahdan xx.xx.2002-ci il təvəllüdlü KaqirovMurad Zaur oğlu, xx.xx.2010-cu il təvəllüdlü X6 və xx.xx.2014-cü il təvəllüdlü X7 anadan olmuşdur. Cavabdehin ağır xarakterli olması səbəbindən faktiki olaraq onların ailə münasibətləri pozulmuşdur, ailə münasibətlərin bərpası mümkün deyildir və bu səbəbdən nikahları məhkəmə qaydasında pozulmalıdır. Cavabdeh valideyn hüququndan sui-istifadə edərək uşaqlarda ona qarşı mənfi münasibət formalaşdırır, onunla olan münasibətində uşaqlardan vasitə kimi istifadə edir və bu hal uşaqların psixologiyasına və tərbiyəsinə mənfi təsir göstərir. Bu səbəbdən o, nikahların pozulduqdan sonra uşaqların onun yanında qalmasını istəyir. Göstərilənləri nəzərə alaraq iddiaçı cavabdeh İddiaçı ilə xx.xx.2001-ci il tarixdə bağlanmış nikahların pozulması və onların birgə nikahdan anadan olmuş xx.xx.2002-ci il təvəllüdlü X2, xx.xx.2010-cu il təvəllüdlü X3 və xx.xx.2014-cü il təvəllüdlü X4 onun yanında qalması barədə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-537/2020 saylı xx xxx 2020-ci il tarixli qətnaməsi ilə ilkin iddianın qismən təmin edilməsi, Cavabdeh xx xxxxxx 2020-ci il tarixdən başlayaraq xx.xx.2002-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək (xx.xx.2020-ci il tarixədək),xx.xx.2010-cu il təvəllüdlü X3 və xx.xx.2014-cü il təvəllüdlü X4 yetkinlik yaşına çatana kimi saxlanılmaları üçün hər ay, hər uşağa görə 120 manat sabit pul məbləğində alimentin tutularaq İddiaçı ödənilməsi, Cavabdeh dövlət nəfinə 30 (otuz) manat məbləğində dövlət rüsumunun tutulması, qarşılıqlı iddianın qismən təmin edilməsi, Cavabdeh ilə İddiaçı arasında Bakı şəhəri Səbail rayon qeydiyyat şöbəsi tərəfindən qeydə alınmış xx.xx.2001-ci il tarixli, 305 saylı nikahın bağlanması haqqında akt qeydinə əsasən bağlanılmış nikahın pozulması, tərəflərin birgə nikahdan olan yetkinlik yaşına çatmayan xx.xx.2010-cu il təvəllüdlü X3 və xx.xx.2014-cü il təvəllüdlü X4 anaları - İddiaçı yanında qalmalarının müəyyən edilməsi, qarşılıqlı iddia tələbinun qalan hissələrdə təmin edilməməsiqət edilmişdir. Həmin qətnamədən cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Cavabdeh apellyasiya şikayəti verərək qətnaməsinin qarşılıqlı iddia tələbinin təmin edilmədiyi hissəsinin ləğv edilərək İddiaçı xxxxxxx Kommersiya Bankı ilə mənim aramda bağlanmış xx.xx.2018-ci il tarixli kredit müqaviləsinə əsasən 2860 manat, xxxxxxxxxxxxxxxxxxxxxxxxxxx ilə mənim aramda bağlanmış xx.xx.2019-cu il tarixli kredit müqaviləsinə əsasən 2700 manat və Samsung Galaxy A6 2018 (SM- A600), (İMEİ kod-**********19934) modelli mobil telefon üçün 264 manat,ümumilikdə 5824 manatın alınaraq ona ödənilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsinin qətnaməsində qarşılıqlı iddianın həmin hissəsinin təmin edilməməsinin əsası kimi onun tərəfindən götürülmüş kreditlər barəsində qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı məlumatının olmaması, bundan əlavə onun üçün onun adına nisyə alınaraq onun tərəfindən istifadə olunan telefonun hədiyyə olduğu göstərilmişdir. Göstərilənlərlə bağlı olaraq bildirir ki,qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı ilə birgə nikahları müddətində xxxxxxx Kommersiya Bankı ilə onun arasında bağlanmış xx.xx.2018-ci il tarixli kredit müqaviləsinə əsasən onun adına alınmış 6416 manat kredit və xxxxxxxxxxxxxxxxxxxxxxxxxxx ilə onun arasında bağlanmış xx.xx.2019-cu il tarixli kredit müqaviləsinə əsasən onun adına alınmış 5800 manat kredit onlar tərəfindən ailənin tələbatına xərclənmişdir. Bu kreditlər barəsində həyat yoldaşımın məlumatının olmaması mümkünsüzdür. Həmin kredit müqavilələri üzrə borclar aldığı əmək haqqı hesabına bu müddətə kimi onun tərəfindən ödənilmişdir və hazırki müddət üçün həmin kredit müqavilələri üzrə xxxxxxx Kommersiya Bankına olan borc 5720.5 manat və xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxna olan borc 5405,76 manat təşkil edir. Bundan əlavə xxxxxxxxxxx şirkəti ilə onun arasında bağlanmış alqı-satqı müqavilələri əsasında onun tərəfindən həmin şirkətdən bir neçə mobil telefon nisyə alınmışdır və bu müddətə kimi onun tərəfindən həmin telefonlar üçün əmək haqqım hesabına ödənişlər edilmişdir. Bu telefonlardan xx.xx.2018-ci il tarixli,00320656 saylı müqavilə əsasında alınmış Samsung Galaxy A6 2018 (SM-A600), (İMEİ kod-**********19934) modelli mobil telefon alındığı tarixdən qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı istifadəsindədir və hazırki tarix üzrə həmin telefon üçün borc 264 manat təşkil edir. Mövcud vəziyyətdə ailənin işləyən üzvü kimi hər ikisi üçün onun adına alınmış telefonun hədiyyə hesab edilməsi tam əsassızdır. Məhkəmə kollegiyasının iclasında cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Cavabdeh nümayəndəsi və vəkili Vəkil2 apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) İddiaçı apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etdi. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” xx xxx 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Məhkəmə kollegiyası prosessual qanunvericiliyin qeyd olunan müddəasını və onun rəsmi şərhinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarını nəzərə almaqla qeyd edir ki, hazırki halda apellyasiya baxışının hədlərini qətnamənin qarşılıqlı iddianın təmin edilməməsi ilə bağlı hissəsinin qanuniliyinin və əsaslılığının yoxlanılması təşkil edir. Belə ki, iş üzrə çıxarılmış qətnaməni yalnız qeyd edilən hissədə cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı)Cavabdehmübahisələndirməklə, həmin hissə ilə bağlı apellyasiya şikayəti vermişdir. Məhkəmə kollegiyası izahatları dinləyib, iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-537/2020 saylı xx xxx 2020-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Cavabdeh münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri ilə əlaqədar iş materiallarını araşdıraraq aşağıdakı sübutları müəyyən etmişdir: Belə ki, iş materiallarında olan nikah haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş kserosurətindən görünür ki, Cavabdeh ilə Adıgözəlova Xuraman Əskərxan qızı arasında xx.xx.2001-ci il tarixdə nikah bağlanılmış və bu barədə akt qeydləri kitabında 305 saylı akt qeydi icra edilmişdir. Nikahdan sonra ərə Kaqirov, arvada Kaqirova soyadı verilmişdir. İş materiallarında olan “xxxxxxxxxxx” MMC tərəfindən Bakı şəhəri 16 saylı vəkil bürosunun vəkili Tahir Xanəliyevə ünvanlanmış məktubundan görünür ki, “xxxxxxxxxxx” MMC ilə Cavabdeh arasında bağlanılmış xx.xx.2018-ci il tarixli 00320656 və 00320663 saylı müqavilələr əsasında sonuncu müvafiq olaraq “Samsung Galaxy A6 2018 (SM-A600) (İMEİ kod **********19934) və “Samsung J2 2018 DS (J250) modelli, xx.xx.2019-cu il tarixli 00973508 saylı müqavilə əsasında isə “Samsung A50 DS (SM-A505) modelli mobil telefonları almışdır. X1 xx.xx.2020-ci il tarixə “Samsung Galaxy A6 2018 (SM-A600) (İMEİ kod **********19934) modelli mobil telefon üzrə “xxxxxxxxxxx” MMC-yə ödəməli olduğu məbləğ ümumilikdə 264 manat, “Samsung J2 2018 DS (J250) modelli mobil telefon üzrə “xxxxxxxxxxx” MMC-yə ödəməli olduğu məbləğ ümumilikdə 81 manat, “Samsung A50 DS (SM-A505) modelli mobil telefon üzrə “xxxxxxxxxxx” MMC-yə ödəməli olduğu məbləğ isə ümumilikdə 616 manat təşkil edir. İş materiallarında olan “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” ASC tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli arayışdan görünür ki, “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” ASC Pərakəndə krediti seqmenti üzrə “Səbail” filialının müştərisi olan fiziki şəxs Cavabdeh xx.xx.2019-cu il tarixli kredit müqaviləsinə əsasən 60 ay müddətinə illik 20%-lə 5800 manat məbləğində kredit verilmişdir. Halhazırda Cavabdeh həmin kredit müqaviləsi üzrə xx.xx.2020-ci il tarixə cari gecikməsi yoxdur və qalıq borc 5405,76 manat təşkil edir. İş materiallarında olan “xxxxxxx” KB ASC tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli arayışdan görünür ki, Cavabdeh ilə “xxxxxxx” KB ASC arasında bağlanılmış xx.xx.2018-ci il tarixli kredit müqaviləsi üzrə 6416 manat məbləğində kredit verilmiş və həmin kredit müqaviləsi üzrə xx.xx.2020-ci il tarixə cəmi öhdəlik 5720,5 manat təşkil edir. Eyni zamanda Cavabdehla “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” ASC arasında bağlanılmış xx.xx.2019- cu il tarixli kredit müqaviləsi üzrə ona 5800 manat kredit verilmiş və həmin kredit müqaviləsi üzrə xx.xx.2020-ci il tarixə cəmi öhdəlik 5405,76 manat təşkil edir. Məhkəmə işin düzgün həlli üçün önəmli olan halların, yəni subutetmə predmetini yaradan hüquqi faktların varlığını və ya yoxluğunu Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76-cı maddəsində təsbit edilmiş subutetmə vasitələrinin köməyi ilə müəyyənləşdirir. Məhkəmə kollegiyası hesab edir ki, mülki prosessual qanunvericiliyinə əsasən qarşılıqlı iddia üzrə iddiaçının tələbləri isə bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmağına dair ehtimal ortaya çıxır. Qarşılıqlı iddia üzrə iddiaçının tələbinin hüquqi əsası kimi istinad etdiyi Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 41.2-ci maddəsinə əsasən ər-arvadın ümumi öhdəlikləri üzrə, habelə ər- arvaddan birinin öhdəlikləri üzrə alınmış vəsaitin ailə ehtiyacları üçün istifadə olunduğu məhkəmə tərəfindən müəyyən edildikdə, həmin ərin (arvadın) öhdəlikləri üzrə ödəmə onların ümumi əmlakına yönəldilir. Bu əmlak kifayət olmadıqda, həmin öhdəliklər üzrə ər- arvad onların hər birinin əmlakı ilə birgə məsuliyyət daşıyırlar. Birinci instansiya məhkəməsi mübahisələndirilən hissə ilə bağlı düzgün olaraq hesab etmişdir ki, cavabdeh İddiaçı Zaur tərəfindən Beynəlxalq Bankdan götürülən məbləğdən, eyni zamanda “xxxxxxx”dan 2018-ci ildə götürülən 6416 manat kredit məbləğindən məlumatsız olmasını, “xxxxxxx”dan yalnız 1000 ABŞ dolları məbləğində götürülən pulun ailə xərcləri üçün sərf olunmasını, həmin məbləğdə götürülən kreditin isə birgə nikah dövründə ödənilməsini, Cavabdeh banklardan kredit müqavilələri üzrə götürdüyü qeyd edilən və cavabdeh tərəfindən etiraf edilməyən pul məbləğlərinin ailənin ehtiyacları üçün istifadə olunmasını iddia etsə də, bu halları təsdiq edən sübutları məhkəməyə təqdim edilə bilməməsini nəzərə alaraq hesab edir ki, həmin hissələrdə qarşılıqlı iddia tələbi əsaslı hesab edilə bilməz. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçının tələbinin hüquqi əsası kimi istinad etdiyi norma hazırki mübahisəyə tətbiq edilə bilməz. Belə ki, adından və məzmunundan göründüyü kimi, norma «ödəmənin ər-arvadın əmlakına yönəldilməsi»nə dair məsələləri tənzimləyir ki, hazırki iş üzrə bu halın olması da görünmür. Prosessual qanunvericiliyin “iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edilməsi”, “nə kimi halların müəyyən edilməməsi”, “tərəflərin hansı hüquq münasibətində olmaları” barədə tələblərinə riayət olunması üçün ilkin olaraq iş üzrə toplanmış sübutlar qiymətləndirilməlidir. Sübutların qiymətləndirilməsini tənzimləyən MPM-nin 88-ci maddəsi müəyyən edir ki, Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Sübutları qiymətləndirən zaman məhkəmə “əsaslı şübhələr yaratmayan” sübut standartını qəbul edir. Belə sübut kifayət qədər inandırıcı, aydın və bir-birinə uyğun gələn məntiqi nəticələrin və ya faktlarla bağlı oxşar, təkzib edilməyən ehtimalların mövcudluğundan irəli gələ bilər (“Avşar Türkiyəyə qarşı” AİHM-nin qərarı N°25657/94, §282). Məhkəmə kollegiyası qeyd edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Bu mənada məhkəmənin qənaətinə görə, qarşılıqlı iddia üzrə iddiaçının irəli sürdüyü faktiki hallar onun iddia tələblərinin qanuni əsasının dispozisiya şərtləri ilə uzlaşmır və buna görə də məhkəmə haqlı olaraq hesab etmişdir ki, iddia tələbi həmin hissədə təmin edilə bilməz. Məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi haqlı olaraq hesab etmişdir ki, qarşılıqlı iddianın Samsunq Galaxy A62018 (SM-A600) modelli mobil telefon üçün İddiaçı 264 manat pulun tutulması hissəsi üzrə də tələb təmin edilməməlidir. Belə ki, müəyyən edilmişdir ki, Samsunq Galaxy A62018 (SM-A600) modelli mobil telefon xx.xx.2018-ci tarixli nisyə alqı-satqı müqaviləsinə əsasən Cavabdeh tərəfindən “xxxxxxxxxxx” MMC-dən alınmış və hazırda həmin telefon üçün 264 manat öhdəlik mövcuddur. Birinci instansiya məhkəməsi həmçinin müəyyən etmişdir ki, nisyə alqı-satqı müqaviləsi üzrə alınmış mobil telefon İddiaçı istifadəsi üçün alınmışdır. Göstərilənlərə əsasən məhkəmə haqlı olaraq qeyd etmişdir ki, mobil telefon şəxsi istifadə üçün alındığından və nisyə alqı-satqı müqaviləsi üzrə öhdəliklərin yerinə yetirilməsini Cavabdeh üzərinə götürdüyündən, həmin əmlak birgə əmlak hesab edilmir. Bu səbəbdən həmin əmlak üzrə ödənilməmiş qalmış öhdəliyin ümumi öhdəlik kimi hesab edilməsi və İddiaçı tutulması barədə tələb əsassızdır və təmin edilməməlidir. Apellyasiya şikayətinin dəlilləri barədə kollegiya qeyd edir ki, şikayətdə göstərilənlər yuxarıda qeyd olunanlara əsasən haqlı sayıla və qanuni və əsaslı məhkəmə qətnaməsinin ləğvi üçün əsas ola bilməz. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi mübahisələndirilən hissədə mübahisənin faktiki halları, tərəflərin münasibətləri və digər qeyd edilən halları nəzərə almaqla iş üzrə düzgün nəticəyə gəlmişdir ki, apellyasiya şikayətinin dəlilləri qeyd edilənlərə əsasən əsaslı sayıla və təmin edilə bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Həmin Məcəllənin 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Bu halda məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-537/2020 saylı xx xxx 2020-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Cavabdeh münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 385.2, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qət etdi: Cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Cavabdeh apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-537/2020 saylı xx xxx 2020-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Cavabdeh münasibətdə dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına Bakı Apellyasiya Məhkəməsi vasitəsilə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar