Məhkəmə qərarları › İş №2(103)-6105/2020

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-6105/2020

25.08.2020 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-6105/2020 25.08.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Qürbət Ağa oğlu Əsgərovun sədrliyi və məruzəsi ilə, Azad Nizam oğlu İmanov və Vahid Nəriman oğlu Sadıqovdan ibarət tərkibdə, Məhkəmə iclas katibi: Qantural İlqar oğlu Mürsəlzadənin katibliyi, İddiaçı nümayəndəsi və vəkili X2, Cavabdeh Ümidvar qızının nümayəndəsi və vəkili X3iştirakları ilə, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli qətnaməsindən Cavabdeh Ümidvar qızı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı Cavabdeh Ümidvar qızına qarşı alimentin bank hesabına köçürülməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciətetmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, tərəflər xx xxxxxxxx 2011-ci il tarixində rəsmi nikaha daxil olmuşdur. Birgə nikahdan 2012-ci il təvəllüdlü X6 olan övladı anadan olmuşdur. Sonralar münasibətləri kəskinləşmiş və Nərimanov Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli qətnaməsi ilə cavabdeh ilə aralarında xx xxxxxxxx 2011-ci il tarixdə Bakı Nikah evində 1894 nömrəli akt qeydi ilə bağlanmış nikah pozulmuşdur. Eyni zamanda məhkəmənin həmin qətnaməsi ilə xx.xx.2012-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatana kimi saxlanması ilə bağlı ondan qazancının (başqa gəlirlərin) dörddə bir hissəsi miqdarda aliment tutularaq iddiaçı Cavabdeh Ümidvar qızına verilməsi qət edilmişdir. Bildirir ki, hazırda Azərbaycan «X13» X9 çalışır və aylıq əmək haqqı cəmi 3 910 (üç min doqquz yüz on) manat təşkil edir. Yəni aylıq əmək haqqı məbləğini nəzərə alanda məhkəmə qətnaməsi ilə tərəfindən qeyd olunan məbləğin 1/4 hissəsi, 977 (doqquz yüz yetimiş yeddi) manat 50 qəpik ödənilməlidir. Eyni zamanda hesab edir ki, məhkəmə qətnaməsi ilə müəyyən edilmiş məbləğin 50%-i (488 manat təşkil edir) uşağın qidalanması, tərbiyəsi və təhsili üçün tam kifayət edəcək bir məbləğdir. Minimum əmək haqqı 250 manat və yaşayış minumumu 180 manat təşkil edir, onda belə olan halda tərəfindən nəğd şəkildə ödəmək istədiyi 488 manat bir uşağın aylıq tələbatını tam ödəmək iqtidarındadır. Bununla yanaşı qalan 50% təşkil edən 488 manat isə, hesab edir ki, uşağın adına açılmış bank hesabına köçürülməsi daha məqsədəuyğun olar. Belə ki, uşağın 18 yaşına qədər yığılmış məbləğ onun ali təhsilinə və bir sıra zəruri xərclərin ödənilməsinə yönələ bilər və uşağın maraqları baxımından, gələcəkdə pulsuz qalmaq təhlükəsinin qarşısını alar. Qeyd edilənləri nəzərə alaraq, 2012-ci il təvəllüdlü X4 adına bank hesabının açılması və saxlanması üçün cavabdehin xeyrinə hər ay tutulan alimentin 50% məbləğini uşağın adına açılmış bank hesabına uşaq yetkinlik yaşına çatanadək köçürülməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli qətnaməsi ilə iddianın təmin edilməsi, xx.xx.2012-ci il təvəllüdlü X1 üçün İddiaçı Cavabdeh Ümidvar qızının xeyrinə tutulan alimentin 50 faizinin X4 adına açılmış bank hesabına uşaq yetkinlik yaşına çatanadək köçürülməsi qət edilmişdir. Həmin qətnamədən narazı qalan Cavabdeh Ümidvar qızı tərəfindən apellyasiya şikayəti verilərək, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli qətnaməsinin ləğv edilməsi və iddia tələbinin rədd edilməsi xahiş edilmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsinin qətnaməsi həm maddi hüquq normalarının tələbləri baxımından, həm də işin faktiki halları baxımından qanunsuz və əsassızdır. Belə ki, aliment məbləğinin 50 faizinin bank hesabına köçürülməsi uşağın gələcək həyatının nəzərə alınması və gələcəkdə formalaşacaq xərclərinin ödənilməsinə yönəlmişdir, lakin, bu zaman uşağın günümüzdəki maddi ehtiyacları da nəzərə alınmalıdır. O,mütəmadi işdə olduğundan, uşaq üçün dayə və sürücü tutmuşdur. İddiaçının ödədiyi aliment məbləği sürücü və dayənin əmək haqlarının ödənilməsinə kifayət etmir. Həmçinin uşağın böyüməsi ilə əlaqədar olaraq, onun tələbatlarının artması müvafiq olaraq maddi ehtiyaclarının da artması ilə nəticələnir ki, bu baxımdan məhkəmənin mövqeyi aliment məbləğinin artırılması yönündə olmalı idi ki, bunun əksinə məhkəmə ona ödənilən alimentin məbləğinin azaldılması ilə bağlı qətnamə qəbul etmişdir.Ona görə də hesab edir ki, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli qətnaməsi ləğv edilərək, iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməlidir. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh Ümidvar qızının nümayəndəsi və vəkili X7 apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini, iş üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli qətnaməsinin ləğv edilərək, iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı nümayəndəsi və vəkili X5pellyasiya şikayətinə etiraz edərək, apellyasiya şikayətinin təmin edilməməsini, iş üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə kollegiyası izahatları dinləyib, apellyasiya şikayətini mülki işin materialları ilə birlikdə araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli və hazırki iş üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 372.6 və 372.7-ci maddələrinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Birinci instansiya məhkəməsi iş materiallarına əsasən müəyyən etmişdir ki, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(005)-229/2019 saylı qətnaməsindən görünür ki, İddiaçı ilə Cavabdeh arasında xx xxxxxxxx 2011-cı il tarixdə Bakı Nikah evində 1894 nömrəli akt qeyd ilə bağlanmış nikah pozulması, xx.xx.2012-ci il təvəllüdlü X8 anası Cavabdeh yanında qalması, xx.xx.2012-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatana kimi saxlanılması ilə bağlı cavabdeh İddiaçı onun qazancın (başqa gəlirlərin) dörddə bir hissəsi miqdarda aliment tutularaq iddiaçı Cavabdeh verilməsi və alimentin tutulma vaxtı xx xxxxxx 2018- ciil tarixdən hesablanması qət edilmişdir. Azərbaycan Respublikası X13 QSC-nin “xxxxxxxxxxxxxx” MMC-nin xx.xx.2019-cu il tarixli, A-21№-li arayışından görünür ki, İddiaçı “xxxxxxxxxxxxxx” MMC-də direktor vəzifəsində işləyir. Aylıq əmək haqqısı 3910 manatdır. Birinci instansiya məhkəməsi iddiaçının yüksək gəlirlərini nəzərə alaraq hesab etmişdir ki, Cavabdeh Ümidvar qızının xeyrinə tutulan alimentin 50%-nin X4 adına açılmış bank hesabına keçirilməsi məqsədəmüvafiqdir. Birinci instansiya məhkəməsi iş üzrə gəldiyi nəticəni Azərbaycan Respublikası Ailə Məcəlləsinin 55.3-cü maddəsinin tələbləri ilə əsaslandırmışdır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşır və bildirir ki, işin araşdırılmış hallarından da göründüyü kimi iddiaçı yüksək gəlirlərə malik olmaqla, onun aylıq əmək haqqısı 3910 manat təşkil edir. Məhkəmə kollegiyası hesab edir ki, iddia tələbini təmin etməkdə birinci instansiya məhkəməsi haqlı olmuşdur. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 17.2-ci maddəsinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 55.3-cü maddəsinə əsasən məhkəmə uşağa görə aliment ödəyən valideynin tələbi ilə alimentin 50 faizdən çox olmayan məbləğini yetkinlik yaşına çatmayan uşağın adına açılmış bank hesabına köçürmək barədə qərar çıxara bilər. Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2016-cı il tarixli qərarında qeyd edilir ki, alimentin 50 faizdən çox olmayan məbləğinin aliment ödəyən valideynin tələbi ilə yetkinlik yaşına çatmayan uşağın adına açılmış bank hesabına köçürülməsi barədə qərara çıxarılarkən məhkəmə aliment alan valideynin buna münasibətini, belə qərarın gələcəkdə uşağın tam və hərtərəfli inkişafına (onun qidalanmasına, təhsilinə, tərbiyəsinə və s.) təsiri, uşağın saxlanılması, tərbiyəsi, təhsili üçün ayrılan vəsaitin aliment alan valideyn tərəfindən lazımi qaydada icra olunubolunmamasını və sair bu kimi halları nəzərə almalıdır. “Azərbaycan Respublikasında 2020-ci il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikası Qanununa əsasən 2020-ci il üçün yaşayış minimumu uşaqlar üçün 170 manat məbləğində müəyyən edilmişdir. Beləliklə, məhkəmə kollegiyası toplanmış sübutlara məcmu halda qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsi tərəflər arasında yaranmış mübahisəli hüquq münasibətini qanunvericiliyin tələblərinə uyğun həll etmişdir. Yuxarıda qeyd olunan qanunvericiliyin tələblərinə əsaslanaraq və işin hallarına məcmu halda qiymət verərək məhkəmə kollegiyası apellyasiya şikayətindəki dəlilləri əsassız hesab edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə kollegiyası qeyd edir ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslandırır. Qeyd edilənlərə və apellyasiya baxışı ilə müəyyən edilmiş hallara əsaslanaraq məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iş üçün əhəmiyyətli olan halları düzgün müəyyən edərək iş üzrə əsaslı və ədalətli nəticəyə gəlmişdir; qətnamə qanuni və əsaslıdır; apellyasiya şikayətinin dəlilləri qətnamənin tam və ya qismən ləğv edilməsi, habelə dəyişdirilməsi üçün əsaslı deyildir. Odur ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.1, 392, 393 və 402-406-cı maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qət etdi: Apellyasiya şikayəti təmin edilməsin. Hazırki iş üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətinə Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən Qürbət Əsgərov Hakimlər Azad İmanov Vahid Sadıqov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar