Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-6110/2020 26.08.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Şirinov Ziya Allahverdi oğlu (sədrlik edən və məruzəçi), X3 və Eyvazov Rafael Əmir oğlundan ibarət tərkibdə, Hacıyev Elvin Ramiz oğlunun katibliyi, İddiaçı nümayəndəsi və vəkili X4, Cavabdeh “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” MMC-nin nümayəndəsi və vəkili X5 iştirakı ilə, İddiaçı cavabdeh “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” MMC-yə qarşı “əmrin ləğv edilməsi, işə bərpa və məcburi iş buraxmaya görə əmək haqqının ödənilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı, cavabdeh “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” MMC-nin direktoru V.İ.İskəndərovun xx.xx.2020-ci il tarixli, 07/k saylı əmrinin ləğv edilməsi, MMC-də 1 saylı mühafizə hissəsinin böyük atıcısı ştatına bərpa olunması, əsassız olaraq işdən azad edildiyi xx.xx.2020-ci il tarixindən işə bərpa olunacağı tarixə qədər məcburi işburaxma müddəti üçün işəgötürən tərəfindən orta aylıq əmək haqqının ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin qeyd edilən qətnaməsi ilə, iddia rədd edilmişdir. İddiaçı, apellyasiya şikayəti verərək, qətnamənin ləğv, iddianın təmin olunması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Şikayətin dəlilləri ondan ibarətdir ki, cavabdeh Əmək Məcəlləsinin 187-ci maddəsinin tələbini pozaraq, əmr verməzdən əvvəl iddiaçıdan yazılı izahat tələb etməli olduğu halda bunu etməmişdir. Həmin Məcəllənin 71-ci maddəsinin tələbi baxımından iddiaçı tərəfindən işəgötürənə, habelə əmək kollektivinin, onun ayrı-ayrı üzvlərinin mənafelərinə hər hansı formada ziyan vurulmadığına baxmayaraq, 70-ci maddənin “ç” bəndi tətbiq edilmişdir. Əmrdə, əmək müqaviləsinin ləğv edilməsinin zəruriliyi əsaslandırılmamışdır. Eyni zamanda, cavabvdeh, ƏM-in 80-ci maddəsinin tələbini də pozaraq, onunla əmək müqaviləsinə xitam verilməzdən əvvəl Həmkarlar İttifaqı Komitəsinin qabaqcadan razılığını almamışdır. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi, apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək, şikayətin təmin olunmasını xahiş etdi. Cavabdehin nümayəndəsi isə, şikayətə etiraz edərək, təmin olunmamasını, qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Kollegiya, tərəfləri dinləyib, apellyasiya şikayətini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət rədd edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. İşin müəyyən olunmuş faktiki hallarına görə, İddiaçı "xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx" MMC ilə xx.xx.2005-ci il tarixdə əmək müqaviləsi bağlayaraq, xx.xx.2005-ci il tarixdən mühafizəçi vəzifəsinə işə qəbul edilmişdir. “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” MMC-nin “Xidmətin təşkili və aparılması qaydaları haqqında” Təlimata əsasən, dövlət vəsaitinin oğurlanması və təsərrüfatsızlıqla barışmaz olmaq işçilərin vəzifəsi, mühafızə olunan müəssisənin ərazisində qəbul edilmiş mühafızə rejiminin tələblərini yerinə yetirməyən və ya ərazidən qiymətli maddi vəsaitlərin çıxarılmasına cəhd göstərən şəxslərin tutulub saxlanılmasını və qəbul edilmiş qaydada onların müvafıq orqanlara təhvil verilməsini təmin etmək, mühafizə olunan əraziyə daxil olan və ərazidən çıxan nəqliyyat vasitələrinin köməyi ilə əraziyə kənar şəxslərin girməməsi və ərazidən qiymətli maddi vəsaitlərin çıxarılmaması məqsədi ilə hər bir nəqliyyat vasitəsinə baxış keçirmək isə hüquqlarıdır. X1 nəzarətçisi maddi dəyərlərin gətirilməsi və ya çıxarılması zamanı materialın buraxılış vərəqində yazılmış sayını, həmçinin buraxılışın müvafiq imza, möhür və tərtib olunma tarixini dəqiq yoxlamağa borcludur. “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” MMC-nin direktor müavini V.Qasımov tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli təqdimatda qeyd olunmuşdur ki, Mingəçevir şəhər Polis İdarəsinin əməkdaşları stansiyadan kənarda “Mingəçevir İES”də işləyən “Yapsan” şirkətinə məxsus “Mercedes” markalı yük maşını şəhər ərazisində boşaldılarkən müəyyən etmişlər ki, həmin yük stansiyadan oğurlanılmışdır. Həmin maşın oğurluq yüklə stansiyadan çıxarkən X2 İddiaçı növbədə olmuş və maşının oğurluq yüklə ərazidən çıxarılmasının qarşısını almamışdır. Mingəçevir ŞPŞ-nin TB-nin xx.xx.2020-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarında qeyd olunmuşdur ki, araşdırma zamanı İddiaçı izahatında 2005-ci ildən Mingəçevir İES-də mühafizəçi işlədiyini, xx.xx.2019-cu il tarixdə saat 09:00 radələrində İlkin Abbaşlının sifarişi ilə “Mercedes Ateco” markalı avtomobilin AZ.İES-ə daxil olduğunu, lakin, çıxarkən avtomobildə heç nə olmadığını bildirdiklərinə görə, avtomobilə baxış keçirmədən buraxdığını bildirmişdir. xx.xx.2020-ci il tarixli akta əsasən, E.Qaraxanlıya hadisə ilə bağlı izahat yazmağı təklif olunmuş, lakin o, bundan imtina etmişdir. “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx MMC-nin direktoru V.İskəndərov xx.xx.2020-ci il tarixdə Həmkarlar İttifaqı Komitəsinə təqdimatla müraciət edərək, 1 saylı mühafizə hissəsinin böyük atıcısı İddiaçı əməkfunksiyasını və əmək müqaviləsi üzrə öhdəliklərini, “Xidmətin təşkili və aparılması qaydaları haqqında” Təlimatın tələblərini kobud surətdə pozduğuna görə Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə əmək müqaviləsinə xitam verilməsinə münasibət bildirilməsini xahiş etdmişdir. MMC-nin Həmkarlar İttifaqı Komitəsinin xx.xx.2020-ci il tarixli iclasında iştirak edən İddiaçı izahatında bildirmişdir ki, maşına baxış keçirməmişdir, çünki, sürücünün dediyinə inanmışdır ki, maşında heç nə yoxdur. HİK-si xx.xx.2020-ci il tarixli rəylə İddiaçı qeyd olunan əsasla işdən azad edilməsinə razılığını bildirmişdir. xx.xx.2020-ci il tarixli, 07/k saylı əmrlə İddiaçı ilə bağlanmış əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə (işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini-kobud şəkildə pozduqda) əsasən, həmin tarixdən xitam verilmişdir. Qeyd olunanlar iddia ərizəsi, tərəflərin izahatları, xx.xx.2005-ci il tarixli əmək müqaviləsi, xx.xx.2014-cü il tarixli əmək müqaviləsinin bağlanması ilə bağlı əmək müqaviləsi bildirişi, Mingəçevir ŞPŞ-nin TB-nin baş xx.xx.2020-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarı, adı çəkilən Təlimat, “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” MMC-nin Həmkarlar İttifaqı Komitəsinin 05 №-li iclas protokolu, xx.xx.2020-ci il tarixli, HK-01 №-li rəyi, xx.xx.2020-ci il tarixli, 07/k saylı əmr və işdə olan digər sənədlərlə təsdiqlənir. Kollegiya, mübahisənin hüquqi həlli ilə bağlı qeyd edir ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsində əmək müqaviləsinə xitam verilməsi əsasları qeyd edilmiş və bu əsaslardan biri kimi də tərəflərdən birinin təşəbbüsü ilə əmək müqaviləsinin ləğv edilməsi halı nəzərdə tutulmuşdur. Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən, işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda əmək müqaviləsi işəgötürən tərəfindən ləğv edilir. Həmin Məcəllənin 71-ci maddəsinin 2-ci hissəsinə əsasən, bu Məcəllənin 70-ci maddəsinin “ç” bəndində nəzərdə tutulan əsasla əmək müqaviləsinin ləğv edilməsinə bu şərtlə yol verilir ki, işçi qəsdən və ya səhlənkarlıqla, etinasızlıqla əmək funksiyasını, vəzifə borcunu (öhdəliklərini) yerinə yetirmədiyinə görə müvafiq iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahəngi pozulmuş olsun və ya mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəymiş olsun. Beləliklə, qeyd edilən normaların qarşılıqlı təhlilindən aydın olur ki, işəgötürən tərəfindən əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən xitam verilərkən işçinin qəsdən və ya səhlənkarlıqla əmək funksiyasının yerinə yetirməməsi, habelə qeyd edilən halın müvafiq iş yerində əmək və ya iş intizamının normal ahəngini pozması və ya işəgötürənin hüquqlarına və ya qanunla qorunan maraqlarına hər hansı ziyan vurmasına səbəb olması müəyyən edilməlidir. Baxılan işin hallarından görünür ki, İddiaçı “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” MMC-də mühafizəçi vəzifəsinə işə qəbul olunmuş və əmək funksiyalarının icarı zamanı əmək vəzifələrini pozaraq müəssisədən maddi dəyərlərin çıxarılması zamanı yoxlama aparmamış və xx.xx.2020-ci il tarixdə işdən azad edilmişdir. Beləliklə, İddiaçı, əmək funksiyasını və əmək müqaviləsi üzrə üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməmişdir. Bu hallar iş materiallarında olan, iddiaçının özü tərəfindən verilmiş izahatlarla və digər sənədlərlə sübut olunur. Kollegiya, Əmək Məcəlləsinin 71-ci maddəsinin 2-ci hissəsində nəzərdə tutulmuş müddəaları hazırkı mülki işə tətbiq edərək qeyd edir ki, əsas fəaliyyəti mühafizə xidmətləri göstərilməsi olan bir müəssisənin işçisi tərəfindən əmək funksiyasının yerinə yetirilməsindən yayınılması və bunun nəticəsində müəssisənin mühafizə xidməti göstərdiyi Azərbaycan AES-in ərazisindən oğurluq edilməsi faktının baş verməsi, müəssisənin qanuni mənafeyinə zərər vurmaqla, mühafizə xidmətləri göstərdiyi təşkilat qarşısında nüfuzuna xələl gətirir. İddiaçının əmək funksiyasının “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” MMC-nin “Xidmətin təşkili və aparılması qaydaları haqqında” Təlimatına uyğun olaraq Azərbaycan AES-in mühafizəsi, əraziyə gətirilən və çıxarılan maddi dəyərlərin yoxlanılması olduğu nəzərə aldıqda, yuxarıda qeyd olunan xüsusatların əhəmiyyəti daha da artır. Göstərilənlər isə özü-özlüyündə Əmək Məcəlləsinin 71-ci maddəsinin 2-ci hissəsində nəzərdə tutulan əmək və icra intizamnın normal ahənginin pozulmasıdır. Qeyd edilənlər ona dəlalət edir ki, “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” MMC tərəfindən İddiaçı işdən azad edilərkən əmək qanunvericiliyin tələblərinə əməl edilmişdir. Kollegiya, apellyasiya şikayətinin əmrin əsaslandırılmaması, iddiaçıya yazılı izahat verməsinin təklif olunmaması, HİK-nin razılığının alınmamasına dair dəlillərini isə əsaslı saymır, ona görə ki, işin yuxarıda sadalanan halları ilə cavabvdeh “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” MMC tərəfindən qanunvericiliyin qeyd olunan tələblərinə əməl olunduğu lazımi qaydada təsdiqlənir. Bu baxımdan, məhkəmə kollegiyası, hesab edir ki, birinci instansiya məhkəməsi, işin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir və apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğv edilməsi üçün əsas deyil. Göstərilənlərə əsasən və MPM-in 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-2405/2020 saylı iş üzrə xx xxxx 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-6110/2020
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-6110/2020
26.08.2020 · Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver