Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-6130/2021 13.07.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasının hakimləri - Eyvazov Rafael Əmir oğlu (sədrlik edən və məruzəçi), Məmmədova Şərafət Asif qızı və X1 ibarət tərkibdə, Türkmənli Lamiyə Elman qızının katibliyi, Cavabdehin nümayəndəsi (vəkili) Vəkil2 iştirakı iilə, İddiaçı cavabdeh “Azəriqaz” İstehsalat Birliyinə qarşı «mənəvi zərərin ödənilməsi» tələbinə dair mülki iş üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 12 aprel 2021-ci il tarixli, 2(011)-2229/2021 saylı qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh “Azəriqaz” İstehsalat Birliyinə qarşı “mənəvi zərərin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh “Azəriqaz” İB-dən onun xeyrinə 400.000 manat məbləğində mənəvi zərərə görə kompensasiyanın tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 12 aprel 2021-ci il tarixli, 2(011)-2229/2021 saylı qətnaməsi ilə (hakim Şəhriyar Əliyev) iddia qismən təmin edilmiş, qətnamədən cavabdeh apellyasiya şikayəti vermişdir. Hazırda Bakı şəhəri Xətai Rayon Məhkəməsinin sədri məktubla müraciət edərək, birinci instansiya məhkəməsinin qətnaməsindən iddiaçı tərəfindən də apellyasiya şikayəti verildiyini, bu səbəbdən də mülki işin həmin məhkəməyə göndərilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən tərəf mülki işin iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinin mümükünlüyü məsələsinin yoxlanılması üçün baxışdan çıxarılaraq birinci instansiya məhkəməsinə göndərilməsinə etiraz etmədi. Məhkəmə kollegiyası hesab edir ki, mülki iş baxışdan çıxarılaraq iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinin mülki prosessual qanunvericiliyin tələblərinə uyğunluğunun yoxlanılması üçün Bakı şəhəri Xətai Rayon Məhkəməsinə göndərilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra, MPM) 362-ci maddəsinin tələbinə görə apellyasiya şikayəti və ona əlavə olunan yazılı sənədlər işdə iştirak edən şəxslərin sayına görə işə birinci instansiyada baxmış məhkəməyə təqdim edilir. MPM-in 364-cü maddəsinin tələbinə görə birinci instansiya məhkəməsi apellyasiya şikayətinin bu Məcəllənin 361-ci maddəsinin tələblərinə uyğunluğunu yoxlayır. Bu Məcəllənin 361-ci maddəsinin tələblərinə cavab verən apellyasiya şikayəti ona əlavə olunmuş sənədlərlə və işlə birlikdə apellyasiya şikayətinin verilmə müddəti bitdikdən sonra 7 gün müddətində apellyasiya instansiyası məhkəməsinə göndərilir. Göründüyü kimi, mövcud qanunvericilik apellyasiya şikayətinin birinci instansiya məhkəməsinə verilməsi və müvafiq prosessual əsasların mövcud olub-olmamasının ilkin olaraq həmin məhkəmə tərəfindən yoxlanılmasını müəyyən etmişdir. Göstərilənlərə əsasən və MPM-in 364-cü maddəsinin tələblərini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı cavabdeh “Azəriqaz” İstehsalat Birliyinə qarşı «mənəvi zərərin ödənilməsi» tələbinə dair mülki iş baxışdan çıxarılaraq Bakı şəhəri Xətai Rayon Məhkəməsinə göndərilsin. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir, ondan şikayət verilə bilməz.
Məhkəmə qərarları › İş №2(103)-6130/2021
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-6130/2021
13.07.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver