Məhkəmə qərarları › İş №2(103)-6143/2020

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-6143/2020

28.07.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İcarə müqaviləsi üzrə mübahisələr - Digər icarə müqavilələri - Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-6143/2020 28.07.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasının hakimləri – Eyvazov Rafael Əmir oğlu (sədrlik edən və məruzəçi), X1 və Şirinov Ziya Allahverdi oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Türkmənli Lamiyə Elman qızının katibliyi, İddiaçının nümayəndəsi X2, Cavabdeh iştirakı ilə, İddiaçı Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Cavabdeh qarşı «kirayə müqaviləsinə xitam verilməsi və yaşayış sahəsindən çıxarılma» tələbinə dair mülki iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2(004)-425/2020 saylı qərardadından cavabdeh tərəfindən verilmiş şikayət üzrə işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Azərbaycan Respublikası Müdafiə Nazirliyi Cavabdeh qarşı «kirayə müqaviləsinə xitam verilməsi və yaşayış sahəsindən çıxarılma» tələbinədairiddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Bakı şəhəri Yasamal Rayon məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(004)- 425/2020 saylı qətnaməsi ilə iddia təmin olunmamışdır. İddiaçı birinci instansiya məhkəməsinin qeyd edilən qətnaməsindən apellyasiya şikayəti vermiş və şikayətə buraxılmış prosessual müddətin bərpasına dair ərizə əlavə etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, qətnamə Azərbaycan Respublikası Müdafiə Nazirliyinə xx xxxx 2020-ci il tarixdə daxil olmuş, xx xxxx 2020-ci il tarixdən xx xxxx 2020ci il tarixədək «Novruz bayramı» ilə əlaqədar qeyri iş günləri olmuş, xx xxxx 2020-ci il tarixdən isə ölkədə COVİD-19 virusunun yayılmasının qarşısının alınması məqsədi ilə xüsusi rejimin müəyyən edilməsi ilə əlaqədar xx xxx 2020-ci il tarixədək Azərbaycan Respublikası Müdafiə Nazirliyinin hüquq idarəsinin əməkdaşları işə çıxmamış, xx xxx 2020-ci il tarixdə işə çıxdıqdan sonra isə qətnamədən apellyasiya şikayəti verilmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2(004)- 425/2020 saylı qərardadı ilə buraxılmış prosessual müddətin bərpa edilməsi və apellyasiya şikayətinin baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Cavabdeh birinci instansiya məhkəməsinin qeyd edilən qərardadından şikayət verərək ləğv edilməsini xahiş etmiş, şikayət təmin olunmamış, işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Şikayətin dəlilləri: Şikayət – birinci instansiya məhkəməsinin qərardadının əsassız olması, iddiaçının müddətin üzürlü səbəbdən buraxılmasını təsdiq edən hər hansı sübut təqdim etməməsi, iddiaçının karantin rejimində işləməsi, xüsusi karantin rejimi müddətində Ali Məhkəmənin Plenumunun müvafiq qərarında fiziki və hüquqi şəxslərə məhkəmələrə ünvanlanmış apellyasiya şikayətlərini poçt vasitəsi ilə və ya elektron şəkildə göndərmələrinin tövsiyə olunması və s. kimi əsaslandırılmış, məhkəmədən şikayətin təmin edilməsi xahiş olunmuşdur. İzahatlar, prosessual məsələlər: Apellyasiya baxışında iştirak edən cavabdeh şikayəti müdafiə edərək, orada göstərilən dəlillərə uyğun izahat vermiş, əlavə olaraq göstərmişdir ki, koronavirus (COVİD- 19) infeksiyasının Azərbaycan Respublikasının ərazisində geniş yayılmasının qarşısının alınmasına dair əlavə tədbirlər haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2020-ci il tarixli, 124 saylı Qərarının 1.1.10-cu bəndinə əsasən hüquq-mühafizə, məhkəmə və hərbi xidmət nəzərdə tutulmuş orqanların əməkdaşlarına xidməti vəsiqələri və ya iş yeri barədə arayış əsasında hərəkət etmələrinə yol verilmişdir. Müdafiə Nazirliyi, eləcə də nazirliyin Hüquq İdarəsinin əməkdaşlarının karantin dövründə işləməməsi ilə bağlı məhkəməyə hər hansı sübut təqdim olunmamışdır. Əksinə, Hüquq İdarəsinin rəisinin imzası ilə tanışı olan bir vətəndaşa xx xxxxx 2020-ci il tarixli məktub göndərilmişdir. Bu fakt bir daha təsdiq edir ki, aprel ayında Hüquq İdarəsinin əməkdaşları iş başında olmuş və qətnamədən apellyasiya şikayətini vaxtında göndərmək imkanında olmuşlar. Çünki, qətnamədən apellyasiya şikayətinin verilməsinin son müddəti xx xxxxx 2020-ci il tarixi olmuşdur. Birinci instansiya məhkəməsi isə müddətlə bağlı məsələni tam və hərtərəfli araşdırmamış, qərardadı ümumiyyətlə əsaslandırmamış, müddətin hansı əsaslara görə bərpa olmasını göstərməmişdir. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyasından şikayətin təmin olunmasını xahiş etmişdir. Apellyasiya baxışında iştirak edən iddiaçının nümayəndəsi şikayəti əsassız sayaraq, müddətin bərpa olunması barədə verilmiş ərizədə göstərilənlərə uyğun qaydada izahat vermiş, məhkəmə kollegiyasından qərardadın dəyişdirilmədən saxlanmasını xahiş etmişdir. HÜQUQİ MƏSƏLƏLƏR: MPM-in 133.6-cı maddəsinə görə prosessual müddətlərə dair məsələ üzrə qərardaddan işdə iştirak edən şəxslər şikayət verə bilərlər. MPM-in 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası şikayətin dəlillərini iş materialları ilə birlikdə araşdıraraq hesab edir ki, şikayət qismən təmin edilməli, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2(004)-425/2020 saylı qərardadı ləğv edilməli, iş müddətlə bağlı məsələnin yenidən yoxlanılması üçün birinci instansiya məhkəməsinə göndərilməlidir. Beləki, MPM-in 360-cı maddəsinin tələbinə görə apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. MPM-in 129.1-ci maddəsinin tələbinə görə illərlə hesablanan müddət, müddətin son ilinin müvafiq ayında və günündə qurtarır. Aylarla hesablanan müddət, müddətin müvafiq son ayında və günündə qurtarır. İşdə olan sənədlərdən (məktub, reyestr, xəbərnamə) görünür ki, iddiaçı birinci instansiya məhkəməsinin qətnaməsinin surətini xx xxxx 2020-ci il tarixdə rəsmi qaydada almış, apellyasiya şikayəti isə xx xxx 2020-ci il tarixdə təqdim olunmuşdur. MPM-in 133.1-ci maddəsinə görə, məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzürlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir. İlkin olaraq qeyd edilməlidir ki, birinci instansiya məhkəməsi buraxılmış prosessual müddəti bərpa edərkən qərardadı ümumiyyətlə əsaslandırmamış, müddətin hansı əsaslarla bərpa olunmalı olmasını göstərməmişdir. Həmçinin qeyd edilməlidir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxxx 2020-ci il tarixli Koronavirus (COVİD-19) infeksiyasının Azərbaycan Respublikasının ərazisində geniş yayılmasının qarşısının alınmasına dair əlavə tədbirlər haqqında 124 nömrəli Qərarına əsasən hərbi xidmət nəzərdə tutulmuş orqanların əməkdaşlarının xx xxxxx 2020-ci il saat 00:00-dan xx xxxxx 2020-ci il saat 00:00-dək ölkə ərazisində hərəkət məhdudiyyətləri onların xidməti vəsiqələri və ya iş yeri barədə arayışı əsasında tənzimlənmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun xx xxxx 2020-ci il tarixli 05 nömrəli qərarında fiziki və hüquqi şəxslərə məhkəmələrə ünvanlanmış apellyasiya şikayətlərini poçt vasitəsilə və ya elektron şəkildə göndərmələri tövsiyə edilmişdir. Eyni zamanda, cavabdehin apellyasiya baxışı zamanı təqdim etdiyi xx xxxxx 2020ci il tarixli məktubdan da görünür ki, Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Hüquq İdarəsi tərəfindən 2020-ci ili aprel ayında vətəndaşa müvafiq məktub göndərmişdir. Qeyd edilməlidir ki, buraxılmış prosessual müddətin üzrlü sayılması üçün ərizə verən tərəf keçən bütün müddət ərzində şikayət vermək imkanının olmamasını sübut etməlidir. Qətnamə qanuni qüvvəyə mindikdən sonra onun icrası məcburidir və belə olan halda prosessual müddətin müvafiq əsas olmadan bərpası qanuni qüvvəyə minmiş məhkəmə qərarının məcburililik, preyudisiallıq, müstəsnalılıq və təkzibedilməzlik əhəmiyyətini azaldaraq, məhkəmə qərarlarının qətiliyinə xələl gətirmiş olur. Bu hal, həmçinin hüquqi müəyyənlik prinsipindən irəli gəlir. Çünki, qanunla müəyyən edilən prosessual müddətlər işdə iştirak edən şəxslərin hüquq və azadlıqlarına təsir edə bilən ən mühüm prosessual hərəkətlərin icrası vaxtını konkretləşdirməyə yönəlmişdir. Bütövlükdə ədalət mühakiməsinin, o cümlədən mülki məhkəmə icraatının qanunauyğun surətdə həyata keçirilməsində prosessual müddətlərin mühüm əhəmiyyəti vardır. «K.N.Qəribovanın şikayəti ilə əlaqədar» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx xxx 2008-ci il tarixli qərarındakı hüquqi mövqeyinə görə, qanunla nəzərdə tutulmuş prosessual müddətin bərpası üçün yalnız elə səbəblər üzürlü hesab edilə bilər ki, onların mövcudluğu prosessual hüquqlara və vəzifələrə malik şəxsin iradəsindən asılı olmasın, özü tərəfindən onların dəf edilməsi imkanlarından kənara çıxsın, müvafiq hərəkətin yerinə yetirilməsinə, maneə törətsin və ya məhdudiyyət yaratsın. Müddətin buraxılması ilə nəticələnmiş səbəbin üzürlü hesab edilməsi bilavasitə məhkəmənin öz mülahizələrindən asılıdır. Bu mənada üzürlülük, göstərilən meyarların sərhədində dayanan elə inkar olunmaz səbəblər barəsində qəbul olunmalıdır ki, belə məsələ ilə əlaqədar MPM-in tələblərinə riayət edilməklə çıxarılmış məhkəmə aktı qanunilik, obyektivlik və qərəzsizlik baxımından şübhə altına alınmasın. Göründüyü kimi, birinci instansiya məhkəməsi müddətin ötürülməsinin üzrlü səbəblərini tam və hərtərəfli araşdırmamışdır. Beləliklə, qeyd edilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, şikayət qismən təmin edilməli, qərardad ləğv edilməli, mülki iş müddətlə bağlı məsələnin yenidən yoxlanılması üçün həmin məhkəməyə göndərilməlidir. Şərh olunanlara əsasən və MPM-in 263-264, 357-358, 366, 395, 397-400 və 402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Cavabdeh qarşı «kirayə müqaviləsinə xitam verilməsi və yaşayış sahəsindən çıxarılma» tələbinə dair mülki iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2(004)-425/2020 saylı qərardadından cavabdeh tərəfindən verilmiş şikayət qismən təmin olunsun. İş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2(004)- 425/2020 saylı qərardadı ləğv edilsin, mülki iş müddətlə bağlı məsələnin yenidən yoxlanılması üçün (ərizəyə yenidən baxılması üçün) həmin məhkəməyə göndərilsin. Qərardad çıxarıldığı andan qüvvəyə minir, ondan kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar