Məhkəmə qərarları › İş №2(103)-615/2022

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-615/2022

15.02.2022 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin azaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-615/2022 15.02.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X9 Əsgərovun sədrliyi və məruzəsilə, Azad Nizam oğlu İmanov və X3 ibarət tərkibdə, Məhkəmə iclas katibi Qantural İlqar oğlu Mürsəlzadənin katibliyi, İddiaçı, onun nümayəndəsi və vəkili Vəkil1, Cavabdeh, onun nümayəndəsi və vəkili Vəkil2 iştirakları ilə, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 21 sentyabr 2020-ci il tarixli, 2(011)-4169/2020 saylı qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı Cavabdeh qarşı “alimentin azaldılması tələbinə dair” iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehlə aralarında bağlanmış 07.09.2017-ci il tarixli “Uşaqları saxlamaq barədə” Sazişin ləğvi, 15.01.2008-cil təvəllüdlü X5 və 10.10.2011-ci il təvəllüdlü X1 üçün alimentin hər uşağa görə hər ay 170 manat, cəmi 340 manat məbləğində müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 21 sentyabr 2020-ci il tarixli, 2(011)- 4169/2020 saylı qətnaməsi ilə iddia rədd edilmişdir. Həmin qətnamədən narazı qalan İddiaçı tərəfindən apellyasiya şikayəti verilmiş, Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasının 10 fevral 2021-ci il tarixli 2(103)- 1257/2021 nömrəli qətnaməsi ilə İddiaçı apelyasiya şikayəti qismən edilərək, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-4169/2020 saylı iş üzrə 21 sentyabr 2020-ci il tarixli qətnaməsi ləğv edilmiş və iş üzrə iddianın qismən təmin edilməsi, İddiaçı ilə Cavabdeh arasında bağlanmış 07 sentyabr 2017-ci il tarixli “Uşaqları saxlamaq barədə” sazişin pozulması, (ləğv edilməsi), İddiaçı 15.01.2008-ci il təvəllüdlü X5 və 10.10.2011-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün hər ay hər uşağa görə 250 (iki yüz əlli) manat olmaqla, cəmi 500 (beş yüz) manat sabit pul məbləğində alimentin tutulması barədə yeni qətnamə qəbul edilmişdir. Cavabdeh kassasiya şikayəti verərək Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 10 fevral 2021-ci il tarixli 2(103)-1257/2021 nömrəli qətnaməsinin ləğv edilib işin yeni apellyasiya baxışına qaytarılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi mülki kollegiyasının 30 avqust 2021-ci il tarixli 2(102)-4033/2021 saylı qərarı ilə kassasiya şikayətinin təmin edilməsi, iş üzrə Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının 2(103)-1257/2021 nömrəli iş üzrə 10 fevral 2021-ci il tarixli qətnaməsinin ləğv edilməsi və işin yenidən baxılması üçün həmin məhkəməyə göndərilməsi qərara alınmışdır. Məhkəmə kollegiyasının İddiaçı və Cavabdeh məhkəmə kollegiyasına barışıq sazişi təqdim edərək, barışıq sazişinin təsdiq edilməsi barədə qərardad çıxarılmasını xahiş etdilər. Həmin barışıq sazişinin şərtlərinə görə, bir tərəfdən İddiaçı, digər tərəfdən Cavabdeh barışıq sazişini bağlayaraq aşağıdakılar barədə razılığa gəldilər: - Tərəflər arasında bağlanmış 07.09.2017-ci il tarixli "Uşaqları saxlamaq barədə" Saziş ləğv edilsin və tərəflərin həmin Saziş üzrə öhdəliklərinə xitam verilsin. - 15.01.2008-ci il təvəllüdlü X2 və 10.10.2011-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatana qədər hər uşağa görə hər ay 350 (üç yüz əlli) manat - cəm 700 (yeddi yüz) manat məbləğində alimentin İddiaçı tutulması müəyyəı edilsin. - İddiaçı 1 aprel 2022-ci il tarixdən uşaqları X2 və X4 anaları Cavabdeh ilə birlikdə Bakı şəhəri, Xocalı prospekti 32 ünvanında yerləşən X6 məxsus mənzildə yaşamağa icazə verir və həmin mənzil dövət qeydiyyatına alınandan sonra uşaqların mənzildə yaşayış yeri üzrə qeydiyyata alınmalarını təmin edir. - İddiaçı uşaqları X2 və X4 2021/2022-ci il üzrə təhsil haqqının "Landau" məktəbinə ödənilməsini təmin edir, İddiaçı öz maddi imkanlarından asılı olaraq növbəti illər üzrə uşaqların eyni səviyyəli, eyni profilli təhsilin davam etdirilməsi üçün çalışacaqdır. - Cavabdeh uşaqları X2 və X4 ataları İddiaçı ilə ünsiyyətdə olmalarına heç bir maneçilik törətməməli və lazım gəldikdə uşaqların tətil və istirahətləri üçün ataları ilə xaricə getmələri ilə əlaqədar müvafiq icazə ilə təmin etməlidir. - Tərəflər bu Sazişdə göstərilən öhdəliklərini vicdanla, tam və vaxtında yerinə yetirdikləri təqdirdə razılaşırlar ki, hazırda və gələcəkdə biri-birlərinə qarşı heç bir irad və etirazları, habelə heç bir iddia tələbləri olmayacaq. - Bu Saziş imzalandığı və məhkəmə qərarı ilə təsdiq edildiyi andan hüquqi qüvvəyə minir. - Sazişin icrasından irəli gələn bütün mübahisəli məsələlər və fikir ayrılıqları tərəflər arasında qarşılıqlı razılıqlı anlaşma yolu ilə həll edilir. Tərəflər Sazişin icrasından irəli gələn mübahisəli məsələlər barəsində razılığa gələ bilmədikdə, həmin mübahisələr Azərbaycan Respublikası qanunvericiliyinə uyğun olaraq həll edilir. - Bu Saziş eyni hüquqi qüvvəyə malik 3 (üç) orijinal nüsxədə Azərbaycan dilində tərtib edilmişdir və imzalanmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 52.3-cü maddəsinə əsasən tərəflər məhkəmə işini barışıq sazişi bağlamaqla qurtara bilərlər. Həmin Məcəllənin 191-ci maddəsinə əsasən iddiaçının iddiadan imtina etməsi, iddia tələbinin dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi və ya tərəflərin barışıq sazişi şərtləri məhkəmə iclasının protokoluna yazılır və protokolu müvafiq surətdə iddiaçı, cavabdeh və ya hər iki tərəf imzalayır. İddiadan imtina etmə, iddianın dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi və ya tərəflərin barışıq sazişi, bu hərəkətlərin nəticəsi aydın surətdə şərh olunan, məhkəməyə göndərilən yazılı ərizələrdə də ifadə oluna bilər. Hakim iddiaçının iddiadan imtina etməsini, cavabdehin iddianı etiraf etməsini və tərəflərin barışıq sazişini təsdiq edənə qədər onlara müvafiq prosessual hərəkətlərin nəticələrini izah edir. İddiaçı iddiadan imtina etdikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə və ya tərəflərin barışıq sazişini təsdiq etdikdə məhkəmə bu barədə qərardad çıxararaq, bu qərardadla eyni zamanda iş üzrə icraata xitam verir. Tərəflərin məhkəmə tərəfindən təsdiq edilən barışıq sazişinin şərtləri qərardadda göstərilməlidir. Həmin Məcəllənin 261.0.5-ci maddəsinə əsasən tərəflər barışıq sazişi bağlamışlarsa və bu saziş məhkəmə tərəfindən təsdiq edilmişsə hakim iş üzrə icraata xitam verir. Həmin Məcəllənin 391-ci maddəsinin tələblərinə görə bu Məcəllənin 19-cu və 20-ci fəsillərində göstərilən əsaslar olduqda işin icraatına xitam verilməklə və ya ərizə baxılmamış saxlanılmaqla məhkəmənin qətnaməsi ləğv edilməlidir. Məhkəmə kollegiyası hesab edir ki, tərəflər arasındakı barışıq sazişi təsdiq edilməklə, hazırki iş üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 21 sentyabr 2020-ci il tarixli, 2(011)-4169/2020 saylı qətnaməsi ləğv edilməli və iş üzrə icraata xitam verilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 191, 261.0.4, 370, 400 və 402-406-cı maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qərara aldı: İddiaçı Cavabdeh tərəfindən məhkəmə kollegiyasına təqdim edilmiş barışıq sazişi aşağıdakı şərtlərlə təsdiq edilsin: - Tərəflər arasında bağlanmış 07.09.2017-ci il tarixli "Uşaqları saxlamaq barədə" Saziş ləğv edilsin və tərəflərin həmin Saziş üzrə öhdəliklərinə xitam verilsin. - 15.01.2008-ci il təvəllüdlü X2 və 10.10.2011-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatana qədər hər uşağa görə hər ay 350 (üç yüz əlli) manat - cəm 700 (yeddi yüz) manat məbləğində alimentin İddiaçı tutulması müəyyəı edilsin. - İddiaçı 1 aprel 2022-ci il tarixdən uşaqları X2 və X4 anaları Cavabdeh ilə birlikdə Bakı şəhəri, Xocalı prospekti 32 ünvanında yerləşən X6 məxsus mənzildə yaşamağa icazə verir və həmin mənzil dövət qeydiyyatına alınandan sonra uşaqların mənzildə yaşayış yeri üzrə qeydiyyata alınmalarını təmin edir. - İddiaçı uşaqları X2 və X4 2021/2022-ci il üzrə təhsil haqqının "Landau" məktəbinə ödənilməsini təmin edir, İddiaçı öz maddi imkanlarından asılı olaraq növbəti illər üzrə uşaqların eyni səviyyəli, eyni profilli təhsilin davam etdirilməsi üçün çalışacaqdır. - Cavabdeh uşaqları X2 və X4 ataları İddiaçı ilə ünsiyyətdə olmalarına heç bir maneçilik törətməməli və lazım gəldikdə uşaqların tətil və istirahətləri üçün ataları ilə xaricə getmələri ilə əlaqədar müvafiq icazə ilə təmin etməlidir. - Tərəflər bu Sazişdə göstərilən öhdəliklərini vicdanla, tam və vaxtında yerinə yetirdikləri təqdirdə razılaşırlar ki, hazırda və gələcəkdə biri-birlərinə qarşı heç bir irad və etirazları, habelə heç bir iddia tələbləri olmayacaq. - Bu Saziş imzalandığı və məhkəmə qərarı ilə təsdiq edildiyi andan hüquqi qüvvəyə minir. - Sazişin icrasından irəli gələn bütün mübahisəli məsələlər və fikir ayrılıqları tərəflər arasında qarşılıqlı razılıqlı anlaşma yolu ilə həll edilir. Tərəflər Sazişin icrasından irəli gələn mübahisəli məsələlər barəsində razılığa gələ bilmədikdə, həmin mübahisələr Azərbaycan Respublikası qanunvericiliyinə uyğun olaraq həll edilir. - Bu Saziş eyni hüquqi qüvvəyə malik 3 (üç) orijinal nüsxədə Azərbaycan dilində tərtib edilmişdir və imzalanmışdır. Hazırki iş üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 21 sentyabr 2020-ci il tarixli, 2(011)-4169/2020 saylı qətnaməsi ləğv edilsin və iş üzrə icraata xitam verilsin. Qərardaddan, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətinə Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən Qürbət Əsgərov Hakimlər Azad İmanov Fuad Talışinski

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar