Məhkəmə qərarları › İş №2(103)-6156/2025

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-6156/2025

25.05.2026 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qətnamə Bakı şəhəri İş № 2(103)-6156/2025 25.05.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI İddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı iş üzrə Açar sözlər: (“alimentin tutulması”) hakimlər X3 (sədrliyi və məruzəsi ilə), Abbasova Günel Məhərrəm qızı və Məmmədov Məmməd Allahverdi oğlundan ibarət tərkibdə, hakim köməkçisi Həsənova Ləman Rasim qızının katibliyi, cavabdehin iştirakı ilə, Bakı şəhəri Yasamal rayon Məhkəməsinin *(***)- ****/**** saylı işi üzrə ##.##.2025-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İşin halları və iş üzrə məhkəmə icraat(lar)ı

1. İddiaçı İddiaçı ## ###### 2009-cu il təvəllüdlü X1 və ## ######## 2011-ci il təvəllüdlü X2 üçün cavabdeh Cavabdeh hər ay hər uşağa görə 246 manat sabit pul məbləğində alimentin cavabdeh Cavabdeh tutularaq ona ödənilməsi tələbi ilə məhkəməyə müraciət etmişdir.

2. Birinci instansiya məhkəməsində icraat zamanı müəyyən edilmişdir ki: - “Elektron məhkəmə” informasiya sistemindən əldə edilmiş məlumatlara əsasən müəyyən edilir ki, ## ###### 2009-cu il təvəllüdlü X1 və ## ######## 2011-ci il təvəllüdlü X2 atası İddiaçı, anası Cavabdehdır; - “Elektron məhkəmə” informasiya sistemindən əldə edilmiş məlumatlara əsasən müəyyən edilir ki, iddiaçı İddiaçı “xxxx” MMC-də rəsmi əmək müqaviləsi üzrə “stomotoloq” vəzifəsində işləyir. İddiaçı İddiaçı mülkiyyətində Bakı şəhərində yerləşən 2 (iki) ədəd mənzil, 1 (bir) ədəd fərdi yaşayış evi vardır; - “Elektron məhkəmə” informasiya sistemindən əldə edilmiş məlumatlara əsasən müəyyən edilir ki, cavabdeh Cavabdeh rəsmi əmək müqaviləsi üzrə “qənnadçı” vəzifəsində işləyir, aylıq əmək haqqı 400 manat təşkil edir. Cavabdeh Cavabdeh mülkiyyətində daşınmaz və ya dövlət reyestrində qeydə alınan daşınar əşya mövcur deyildir.

3. Bakı şəhəri Yasamal rayon Məhkəməsinin *(***)-****/**** saylı işi üzrə ##.##.2025-ci il tarixli qətnaməsi ilə iddia tələbi qismən təmin edilmiş, ## ###### 2009-cu il təvəllüdlü X1 və ## ######## 2011-ci il təvəllüdlü X2 üçün cavabdeh Cavabdeh ##.##.2025-ci il tarixdən hesablanmaqla hər ay sonraki artımlar nəzərə alınmaqla 2025-ci il üçün ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,13 misli həddində sabit pul məbləğində alimentin tutularaq iddiaçı İddiaçı xeyrinə ödənilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir. Qətnamədə Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1, 75.4, 78.1, 78.2, 100.2; “Uşaq hüquqları haqqında “ Qanunun 19; Mülki Prosessual Məcəllənin 77.1-ci maddələrinə istinadən qeyd edilmişdir ki, məhkəmə araşdırması zamanı müəyyən edilir ki, tərəflər arasındakı nikah pozulmuş, nikah pozulan zaman uşaqların ananın yanında saxlanılması qət edilmişdir. Daha sonra uşaqların fikirləri nəzərə alınmaqla uşaqlar atanın himayəsinə verilmişdir. ## ###### 2009-cu il təvəllüdlü X1 və ## ######## 2011-ci il təvəllüdlü X2 hazırda iddiaçı (ata) İddiaçı ilə birlikdə yaşayır. “Elektron məhkəmə” informasiya sistemindən əldə edilmiş məlumatlara əsasən, iddiaçı İddiaçı “xxxx” MMC-də rəsmi əmək müqaviləsi üzrə “stomotoloq” vəzifəsində işləyir. İddiaçı İddiaçı mülkiyyətində Bakı şəhərində yerləşən 2 (iki) ədəd mənzil, 1 (bir) ədəd fərdi yaşayış evi vardır. “Elektron məhkəmə” informasiya sistemindən əldə edilmiş məlumatlara əsasən, cavabdeh Cavabdeh rəsmi əmək müqaviləsi üzrə “qənnadçı” vəzifəsində işləyir, aylıq əmək haqqı 400 manat təşkil edir. Lakin, Cavabdeh bildirir ki, təxminən 7 aydır ki, o, işdən çıxmışdır, hazırda işləmir. Cavabdeh Cavabdeh mülkiyyətində daşınmaz və ya dövlət reyestrində qeydə alınan daşınar əşya mövcud deyildir. ## ###### 2009-cu il təvəllüdlü X1 və ## ######## 2011-ci il təvəllüdlü X2 üstün mənafelərinin qorunması və xərclərinin minimum səviyyədə qarşılanması məqsədilə ##.##.2025-ci il tarixdən hər ay hər uşağa görə sonraki artımlar nəzərə alınmaqla 2025-ci il üçün ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,13 misli həddində (52 manat) sabit pul məbləğində alimentin tutulmasını məhkəmə məqsədə müvafiq hesab edir. Belə ki, məhkəmə qətnaməsi əsaslı olmaqla icrası mümkün olmalıdır. Cavabdehin üzərinə qətnamə əsasında hər uşağa görə 246 manat alimentin ödənilməsi öhdəliyi qoyulması qismən olaraq faktiki icrasız qalmasına səbəb olmaqla qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsinin icra edilməməsinə görə cavabdeh qadın vətəndaşın cinayət və ya inzibati məsuliyyətə cəlb edilməsinə hüquqi zəmin yarada bilər. Nəzərə almaq lazımdır ki, 592 manat məbləğində alimentin tutulması mövcud iqtisadi şərtlər, cavabdehin şəxsi mənafeyi, işsiz olması, məhkəmə qətnaməsinin icrası perspektivi nəzərə alınmaqla məqsədə müvafiq deyil. Məhkəmə qərar qəbul edərkən iddiaçının peşəsini, gəlirlərini, özünə məxsus olan smotoloji klinikada stomotol işlədiyini, əmlak vəziyyətini nəzərə alır. Məhkəmə cavabdehin şəxsiyyətini, özünü müdafiə üçün məhkəmə iclaslarında qeyd etdiyi arqumentləri (audio-video qeydlər mövcuddur), işsiz olmasını, gənc yaşlarında (17 yaş) iddiaçı ilə ailə qurması səbəbindən təhsil ala bilməməsini, uşaqların ataya verilməsi səbəbinin məhz uşaqların öz fikri olmasını, ana tərəfindən uşaqlara hər hansı neqativ fiziki və ya psixi təsirlərin mövcud olmamasını nəzərə alır. Məhkəmə qərar qəbul edərkən öz daxili inamını, cəmiyyətdə formalaşmış mental dəyərləri, qadına yüksək münasibəti nəzərə alır. Məhkəmə qeyd edir ki, subyektlərin bir-birilərinə qarşı olan şəxsi münasibətləri məhkəmə qərarının ədalətliliyinə təsir etməməli, məhkəmə ədalət mühakiməsi vasitəsilə subyektlərin istəyinə uyğun deyil, ədalətli nəticələrə gətirib çıxaran qərar qəbul etməlidir. Məhkəmə subyektlərlərin bir-birinə qarşı güc göstərməsi üçün müstəvi deyildir. Məhkəmə qərarının icrası mexanizmi hakim tərəfindən düşünülməli, icrası mümkün olmayan və ya hazırki situasiya üzrə icra edilməsi ədalətsiz nəticələrə gətirib çıxaran qərar qəbul edilməməlidir. Bu ədalət mühakiməsinin anlayışına ziddir. Aliment məbləği müəyyən edilərkən maliyyə zərurəti nəzərə alınmalı, məqsəd digər valideynin də uşaqların xərclərinə dəvət edilməsidir. Lakin, bu o demək deyildir ki, uşağı digər valideyn (hazırki iş üzrə cavabdeh ana) saxlamalıdır. Uşağın xərclərinin əsas hissəsinin ata tərəfindən qarşılanması, ananın isə uşaqları böyütməsi, uşağın təhsili, tərbiyəsi ilə, ev işləri ilə məşğul olması cəmiyyətimizdə formalaşmış əsas ənənələrdəndir. Sosial münasibətlərin mahiyyəti gərəyi məhkəmə qərarı ədalətli olmalıdır. Avropa İnsan Hüquqları Məhkəməsinin hüquqi mövqeyi nəzərə alınmaqla, ədalətli olmayan məhkəmə qərarı qanuni hesab oluna bilməz. Uşağı saxlamaq hər iki valideynin borcudur, birinin digərinə nisbətən üstünlük hüququ və ya əlavə mükəlləfiyyəti qanunla qadağandır. Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri

4. İddiaçı qətnamədən apellyasiya şikayəti vermiş, Bakı şəhəri Yasamal rayon Məhkəməsinin e-*(***)-****/**** saylı, ##.##.2025-ci il tarixli qətnaməsinin qismən ləğv edilməsi və iddia tələbinin tam təmin olunması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Şikayətdə Ailə Məcəlləsinin 75.1, 75.4, 78.1, 78.2; Mülki Prosessual Məcəllənin 88, 217.3 -ci maddələrinə istinadən qeyd edilmişdir ki, hazırda ölkədə minimum yaşayış minimumu və orta bazar qiymətləri fonunda hər uşağa görə ayda 52 manat övladlarının hətta elementar ehtiyaclarını - qida, geyim, təhsil, tibbi xidmət və digər gündəlik tələbatlarını qarşılamaq üçün açıq- aşkar qeyri-real və gülünc məbləğdir. Qeyd edir ki, 2025-ci il üçün təsdiq edilmiş "Yaşayış minimumu haqqında” qanuna əsasən bir uşağa görə minimum alimentin məbləği 246 manat olaraq müəyyən edilmişdir. Bu rəqəmin özü belə sadəcə minimum zəruri xərcləri ifadə edir. Belə olan halda, məhkəmənin hər uşağa görə 52 manat aliment təyin etməsi nə qanuna, nə də sağlam məntiqə əsaslanır. Həmçinin məhkəmə araşdırması zamanı da məlum olmuşdur ki, "Elektron məhkəmə” informasiya sistemindən əldə edilmiş məlumatlara əsasən, cavabdeh Cavabdeh rəsmi əmək müqaviləsi üzrə "qənnadçı” vəzifəsində işləyir, aylıq əmək haqqı 400 manat təşkil edir. Lakin Cavabdeh məhkəmə iclasında işdən çıxdığını və hazırda işləmədiyini bildirsə də, faktiki olaraq həmin vəzifədə çalışır və gəlir əldə edir. Eyni zamanda məhkəmə qətnaməsində cavabdeh Cavabdeh mülkiyyətində daşınmaz və ya dövlət reyestrində qeydə alınan daşınar əşya mövcud olmadığı qeyd olunsa da, cavabdehin mülkiyyətində əmlakları mövcuddur. Bütün bunlar məhkəmə tərəfindən aydınlaşdırılmamış, araşdırılmamış və bu da iş üzrə obyektiv olmayan, əsassız qətnamənin qəbul olunmasına yol açmışdır. Əlavə olaraq qeyd etmək istəyir ki, analoji ailə işlərində, uşaqlar ananın yanında qalanda və ata aliment ödəyən tərəf olduqda, məhkəmələr çox zaman hər uşağa görə yalnız yaşayış minimumu həddində deyil, hətta daha yüksək məbləğdə də aliment təyin edə bilirlər. Bu hal məhkəmə təcrübəsində geniş yayılmışdır və bununla bağlı nümunə yekun məhkəmə aktları da mövcuddur. Belə olan halda, uşaqlar atanın yanında olduqda da eyni hüquqi yanaşmanın tətbiqi gözlənilir və tələb olunur. Əks halda, bu yanaşma ailə hüququnun əsas prinsiplərindən biri olan bərabərlik və uşağın mənafeyinin üstün tutulması prinsipinə ziddir. Alimentin məbləği uşağın kiminlə qalmasından deyil, onun real ehtiyaclarından irəli gəlməlidir. Uşağın maddi təminatı yalnız ananın və yaxud yalnız atanın məsuliyyəti deyil - hər iki valideynin ümumi valideynlik borcudur. Bu baxımdan, hazırkı qətnamə ilə cavabdehdən hər uşağa görə 52 manat məbləğində aliment tutulması həm sosial ədalət, həm məhkəmə təcrübəsinə, həm də bərabərlik prinsipinə ziddir. Göründüyü kimi, məhkəmə iş üçün mühüm əhəmiyyəti olan faktları düzgün araşdırmamış, tam aydınlaşdırmamış, iş üzrə bütün halları nəzərə alınmamışdır. Bu da birinci instansiya məhkəməsi tərəfindən qanunsuz və əsassız qətnamə qəbul edilməsi ilə nəticələnmişdir. Halbuki, birinci instansiya məhkəməsinin qəbul etdiyi qətnamə ilə hər uşağa görə ayda 52 manat aliment müəyyən olunması, nə qanunun tələb etdiyi ədalət prinsipinə uyğundur, nə də uşaqların təminat səviyyəsini qoruyur. Bu məbləğ uşaqların minimum yaşayış xərclərini qarşılamaq üçün qətiyyən yetərli deyildir. 2025-ci il üçün təsdiq edilmiş "Yaşayış minimumu haqqında" qanuna əsasən bir uşağa görə minimum alimentin məbləği 246 manat olaraq müəyyən edilmişdir. Bu rəqəmin özü belə sadəcə minimum zəruri xərcləri ifadə edir. Belə olan halda, məhkəmənin hər uşağa görə 52 manat aliment təyin etməsi nə qanuna, nə də sağlam məntiqə əsaslanır. Analoji ailə işlərində, uşaqlar ananın yanında qalanda və ata aliment ödəyən tərəf olduqda, məhkəmələr çox zaman hər uşağa görə yalnız yaşayış minimumu həddində deyil, hətta daha yüksək məbləğdə də aliment təyin oluna bilir. Bu hal məhkəmə təcrübəsində geniş yayılmışdır və bununla bağlı nümunə yekun məhkəmə aktları da mövcuddur. Belə olan halda, uşaqlar atanın yanında olduqda da eyni hüquqi yanaşmanın tətbiqi gözlənilir və tələb olunur. Məhkəmə ailə hüququ sahəsində qərar verərkən yalnız qanunun mətninə deyil, onun mahiyyətinə və məqsədinə, xüsusilə də uşağın mənafeyinin üstün tutulması prinsipinə əsaslanmalıdır. Halbuki, hazırkı qətnamə ilə məhkəmə uşaqların real təminat ehtiyacını nəzərə almamış, onların sosial müdafiəsini faktiki olaraq zəiflətmiş və valideynlər arasında aliment yükünün ədalətli bölüşdürülməsini təmin etməmişdir. Lakin məhkəmə iş üzrə müəyyən edilmiş halları nəzərə almamış və şikayətin yuxarı bölümündə qeyd edilmiş işin hallarından göründüyü kimi məhkəmə iş üzrə müəyyən edilmiş hallara uyğun olmayan qətnamə çıxarmışdır. Bu da maddi hüquq normalarının hazırkı iş üzrə mübahisə ilə bağlı düzgün təsvir edilməməsinə səbəb olmuşdur. Qətnamədə qeyd olunan məsələlərdən biri də, məhkəmənin hər uşağa görə ayda 52 manat aliment təyin etməsi və bunun həm sosial ədalət, həm məhkəmə təcrübəsinə, həm də bərabərlik prinsipinə zidd olması ilə yanaşı, cavabdehin hazırda gəlirinin və mülkiyyətində əmlaklarının mövcud olduğu halda, bunların məhkəmə tərəfindən araşdırılmaması çıxış edir. Apellyasiya instansiya icraatı zamanı müəyyən edilən hallar

5. Bakı şəhəri Yasamal rayon Məhkəməsinin *(***)-***/**** saylı işi üzrə ##.##.2025-ci il tarixli qətnaməsinə əsasən müəyyən edilir ki, Bakı şəhəri Yasamal rayon Məhkəməsinin ##.##.2024-cü il tarixli, 2(004)-517/2024 nxxxxəli qətnaməsi ilə anaları Cavabdeh himayəsinə verilmiş ##.##.2009-cu il təvəllüdlü X1 və ##.##.2011-ci il təvəllüdlü X2 anaları - cavabdeh Cavabdeh himayəsindən alınaraq ataları - iddiaçı İddiaçı himayəsinə verilmişdir.

6. Bakı Apellyasiya Məhkəməsinin iş üzrə ##.##.2025-ci il tarixli qərardadı ilə Bakı şəhəri Yasamal Rayon İcra Hakimiyyətinin Qəyyumluq və Himayəçilik Komissiyası iş üzrə müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə, tərəflərin və uşaqların qarşılıqlı münasibətlərinin səciyyəsini, yaşayış və həyat şəraitlərini müayinə edərək, müəllim – psixoloqun iştirakı ilə tərəflərin (uşaqların) mövqelərinin öyrənilməsi və uşaqların faktiki olaraq kimin yanında (tərbiyəsində) olmasının, habelə uşaqların saxlanılmasında (tərbiyəsində) və ehtiyyaclarının (xərclərinin) ödənilməsində valideynlərin (kimin hansı səviyyədə) iştirakının və tərəflərin buna dair maddi imkanlarının müəyyən edilməsi barədə rəy (tərəflərin həyat şəraiti barədə müayinə aktının) verilməsi üçün Bakı Apellyasiya Məhkəməsinin icraatında olan *(***)-****/**** saylı mülki işin materiallarının Bakı şəhəri Yasamal Rayon İcra Hakimiyyətinin Qəyyumluq və Himayəçilik Komissiyasına göndərilməsi qərara alınmış və Yasamal Rayon İcra Hakimiyyətinin Qəyyumluq və Himayəçilik Komissiyasının ## ##### 2025-ci il tarixl rəyində qeyd edilmişdir ki, iddiaçının komissiyanın iclasına gələrək bildirdiklərinə görə özəl klinikada diş həkimi işləyir, qızları ilə Yasamal rayonunda özünə məxsus 2 otaqlı, ümumi sahəsi 55 kv.metr olan mənzildə yaşayır, cavabdehlə 2007-ci ildə ailə qurduqdan sonra 6 il öz qardaşının evində, sonradan isə Yasamal rayonunda qardaşının bağışladığı 3 otaqlı, ümumi sahəsi 90 kv.metr olan mənzildə yaşamışlar, birgə nikahdan 2 qız övladları vardır, cavabdehlə xasiyyətləri uyğun gəlmədiyi üçün aralarında narazılıqlar yaranmış, növbəti mübahisədən sonra, 2023-cü ilin sentyabr ayında ayrılmışlar, özü evi tərk edərək valideyninin yanına getmiş, qızları ananın yanında qalmışlar. 2024-cü ilin iyun ayında nikahları rəsmi qaydada pozularkən uşaqların cavabdehin yanında saxlanılmasına razılıq vermiş, bundan sonra mütəmadi olaraq övladları ilə ünsiyyətdə olmuş, qarşı tərəf buna şərait yaratmış, hər iki uşağa görə 470 manat aliment ödəmiş, 2024-cü ilin sentyabr ayında qızları öz istəkləri ilə onun yanına gələrək qəti şəkildə analarının yanına qayıtmaqdan imtina etmişlər, həmin vaxtdan keçmiş arvadına aliment ödənişini dayandırmışdır. İddiaçı cavabdeh və onun valideynlərinin özünə məxsus mənzildə yaşamağa davam etdiklərini, qarşı tərəfin ondan mülk və pul tələb etdiyini, övladlarının keçmiş arvadı və onun yaxın qohumları tərəfindən mənəvi şüddətə məruz qaldığını, bu səbəbdən uşaqların hazırda atanın yanında olduğunu, məhkəmə qətnaməsi əsasında onların anadan alınaraq öz himayəsinə verildiyini, bundan sonra cavabdehə qarşı alimentin tutulması ilə bağlı məhkəmədə iddia qaldırdığını vurğuladı. Cavabdehi tapıb komissiyanın iclasına dəvət etmək mümkün olmamışdır. Cavabdehin 2025-ci ilin aprel ayında komissiyanın iclasında bildirdiklərinə görə “Bento Baku” şirniyyat evində şirniyyatçı işləyir, valideynləri ilə birgə keçmiş ərinə məxsus 3 otaqlı mənzildə yaşayır, həmin mənzili iddiaçıya qardaşı bağışlamışdır, birgə nikah dövründə aldıqları 2 otaqlı mənzildə isə hazırda qarşı tərəf qızları və anası ilə yaşayır, xasiyyətləri uyğun gəlmədiyi üçün iddiaçı ilə yola getməmiş, nikah pozulduqdan sonra məhkəmə tərəfindən övladları öz yanında saxlanılmış, onlara qarşı çox tələbkar olmuş, davranışlarına ciddi nəzarət etmiş, bu isə qızlarının xoşuna gəlməmiş, onlar ananın iradlarını düzgün qiymətləndirmədiyi üçün özlərinə daha çox sərbəstlik verən atanın yanına getmişlər, iddiaçının tələbi ilə hazırda ana ilə ünsiyyətdən də boyun qaçırırlar. ## ###### 2009-cu il təvəllüdlü X1 və ## ######## 2011-ci il təvəllüdlü X2 fikirləri öyrənilərkən onlar *** saylı tam orta məktəbin müvafiq olaraq 11-ci və 9-cu siniflərində təhsil aldıqlarını, anaları və onun qohumları tərəfindən vaxtilə mənəvi şiddətə məruz qaldıqlarını, öz təşəbbüsləri ilə atalarının yanına gəldiklərini, bütün maddi ehtiyaclarının sonuncu tərəfindən qarşılandığını, analarının onlarla maraqlanmadığını və onunla ünsiyyətdə olmadıqlarını, atalarının yanında qalmaq istədiklərini bildirmişlər. Qəyyumluq və Himayəçilik Komissiyası ## ###### 2009-cu il təvəllüdlü X1 və ## ######## 2011-ci il təvəllüdlü X2 ataları İddiaçı yanında olmaqla sonuncu tərəfindən onların təlim-tərbiyəsinin həyata keçirildiyini və ehtiyaclarının ödənildiyini müəyyən edərək uşaqların mənafeləri baxımından onların gələcəkdə də atalarının himayəsində saxlanılmasını məqsədəuyğun hesab edir.

7. Məhkəmə kollegiyasında iştirak edən cavabdeh apellyasiya şikayətinə etiraz etmiş, şikayətin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir, əlavə olaraq qeyd etmişdir ki, hazırkı aliment məbləğindən daha artıq məbləğdə aliment ödəməsi mümkün deyildir.

8. Məlumatlandırılması üçün qanunvericilikdə nəzərdə tutulan tədbirlərin görülməsi nəticə vermədiyindən iddiaçının iştirakı olmadan işə baxılması mümkün hesab edilmişdir. Apellyasiya baxışının hədləri

9. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ##.##.2011-ci il tarixli Qərarına və Mülki Prosessual Məcəllənin 372-ci maddəsinə əsasən: maddi və prosessual hüquq normalarına riayət etməsi baxımından birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığı onun barəsində açıq (və dolayısı ilə) mübahisə edilən hissədə yoxlanılmalıdır. Tətbiq edilən hüquq və apellyasiya instansiyası məhkəməsinin mövqeyi

10. Azərbaycan Respublikası Konstitusiyasının tələblərinə əsasən: 17. II. Uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. 17. VI. Uşaq hüquqlarının həyata keçirilməsinə dövlət nəzarət edir. 34. İV. Ər ilə arvadın hüquqları bərabərdir. Uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur.

11. Azərbaycan Respublikası Ailə Məcəlləsin tələblərinə əsasən: 22.2. bu məcəllənin 22.1ci maddədə göstərilən məsələlər üzrə ər-arvad arasında saziş olmadıqda, yaxud mövcud saziş uşaqların və ya tərəflərdən birinin maraqlarını pozduqda, məhkəmə boşanma zamanı aşağıdakıları müəyyən etməlidir: 22.2.1. boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərindən hansının yanında qaldığını müəyyən etməli; 22.2.2. uşaqlar üçün alimentin hansı valideyndən və hansı miqdarda tutulduğunu müəyyən etməli; 22.2.3. ərarvadın (onlardan birinin) tələbi ilə onların birgə mülkiyyətində olan əmlakın bölgüsünü aparmalı; 22.2.4. ərindən (arvadından) saxlanması üçün vəsait almaq hüququna malik olan arvadın (ərin) tələbi ilə ərdən (arvaddan) tutulmalı olan vəsaitin miqdarını müəyyən etməlidir. 73.1. Uşaqların tərbiyəsi ilə əlaqədar mübahisələrə məhkəmədə baxılarkən, uşağın müdafiəsi üçün iddianın kim tərəfindən qaldırılmasından asılı olmayaraq müvafiq icra hakimiyyəti orqanı işə cəlb edilir. 73.2. Müvafiq icra hakimiyyəti orqanı mübahisə ilə bağlı uşağın və onun tərbiyəsi ilə məşğul olmaq istəyən şəxsin (şəxslərin) həyat şəraitini müayinə etməyə, müayinə aktını və mübahisəyə dair ona əsaslanmış rəyini məhkəməyə təqdim etməyə borcludur. 75.1. Valideynlər uşaqlarını saxlamağa borcludurlar. 75.4. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. 76.2.Bu payların miqdarı məhkəmə tərəfindən tərəflərin ailə və maddi vəziyyəti, eləcə də diqqətəlayiq olan başqa hallar nəzərə alınmaqla azaldıla və artırıla bilər. 78.1.Valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. 78.2.Sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. 81.1. Alimentin tutulması barədə saziş olmadıqda və ya sazişdə müstəsna hallarla (ağır xəstə, əlilliyi olan uşaqlara, habelə əmək qabiliyyəti olmayan və maddi yardıma ehtiyacı olan yetkinlik yaşına çatmış övladlara göstərilən kənar xidmətin haqqının ödənilməsi ilə əlaqədar və digər hallarda) əlaqədar yaranmış xərclərin ödənilməsi qaydası müəyyən edilməmişsə, valideynlərdən hər biri məhkəmə tərəfindən əlavə xərclərin ödənilməsinə cəlb oluna bilər. 81.2. Valideynlərin əlavə xərclərə cəlb olunması qaydasını məhkəmə müəyyən edir. Bu xərclərin miqdarı məhkəmə tərəfindən valideynlərin və uşaqların ailə və maddi vəziyyəti, eləcə də tərəflərin diqqətəlayiq olan digər maraqları nəzərə alınmaqla, hər ay ödənilməli olan sabit pul məbləğində müəyyən olunur. 81.3. Məhkəmə valideynləri faktiki çəkilmiş əlavə xərclərə, eləcə də gələcəkdə çəkilməsi zəruri olan xərclərə cəlb edə bilər.

12. Uşaq Hüquqları haqqında Qanunun tələblərinə əsasən: 4. Azərbaycan Respublikasının Konstitusiyasına uyğun olaraq uşaq hüquqlarının həyata keçirilməsinə dövlət nəzarət edir. Azərbaycan Respublikasında uşaq hüquqlarının müdafiəsini müvafiq icra hakimiyyəti, məhkəmə, prokurorluq və digər hüquq mühafizə orqanları, Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman), bələdiyyələr, habelə ictimai birliklər, həmkarlar ittifaqı təşkilatları tə min etməlidirlər. Bu orqanlar, birliklər və təşkilatlar fəaliyyətlərində uşaq hüquqlarının üstün mühafizəsi prinsipini əsas tutmalıdırlar. 5. Dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdırlar. 19. Uşağın maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir. 13. Uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır.

13. Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun ## #### 2016-cı il tarixli, *- */**** saylı qərarı: 8.2. Məhkəmələrə izah edilsin ki, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır ("Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsi). Nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, qanunvericiliklə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatın aliment kimi digər valideyndən tutulmasına əsas verir. Aliment ödəyən əmək qabiliyyətli valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və qazanca malik olmaması onu uşağı saxlamaq, qanunvericiliklə müəyyən olunmuş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatı ödəmək vəzifəsindən azad etmir.

14. Azərbaycan Respublikası Ailə Məcəlləsinə görə: 110.1. Məhkəmə qətnaməsi ilə sabit pul məbləğində tutulan alimentin indeksasiyası aliment tutan təşkilatın müdiriyyəti tərəfindən müəyyən olunmuş minimum əmək haqqı məbləğinin artımına mütənasib olaraq müəyyən edilir. 110.2. Alimentin indeksiyası məqsədi üçün məhkəmə tərəfindən onun miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilir. 112.1. Aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər.

15. “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun ## ###### 2024-cü il tarixli 15 nxxxxəli qərarına əsasən Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” 2016-cı il ## #### tarixli 8-2/2016 nxxxxəli Qərarına 8.4-1 və 8.4-2-ci yarımbəndləri əlavə edilmişdir. 8.4-1cü bəndinə əsasən Ailə Məcəlləsinin 110.2-ci maddəsinə əsasən alimentin indeksasiyası məqsədi üçün məhkəmə tərəfindən onun miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilir. İstinad edilən maddənin tələbindən göründüyü kimi məhkəmələr sabit pul məbləğində aliment təyin edərkən onun miqdarını ölkə üzrə minimum əmək haqqı məbləğinin müvafiq misli həddində müəyyən etməlidirlər. 8.4-2-ci bəndinə əsasən Ailə Məcəlləsinin 110.1-ci maddəsinə əsasən bu Qərarın 8.4-1-ci bəndində göstərilən qaydada tutulan alimentin indeksasiyası ölkə üzrə müəyyən edilən minimum əmək haqqı məbləğinin artımına mütənasib olaraq alimentin tutulmasını həyata keçirən təşkilatın müdiriyyəti (borclunun rəsmi iş yerinin olduğu halda işəgötürən, rəsmi iş yerinin olmadığı halda isə icra qurumunun rəhbəri) tərəfindən müəyyən edilməlidir. Qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsində sabit pul məbləğində tutulan alimentin konkret məbləğlə ifadə edildiyi hallarda, indeksasiya maraqlı tərəfin ərizəsi əsasında icraya nəzarət edən məhkəmə tərəfindən MPM-in 232-ci maddəsində nəzərdə tutulmuş qaydada qərardadın qəbul edilməsi yolu ilə həyata keçirilməlidir. Qərardad qəbul edilərkən indeksasiyanın bu Qərarın 8.4-1-ci bəndində göstərilən qaydada aparılmalı olması, habelə qanunvericilikdə alimentin indeksasiyasının yeganə meyar kimi ölkə üzrə müəyyən edilmiş minimum əmək haqqı məbləğinin artımı ilə şərtləndirildiyi nəzərə alınmalıdır (məsələn, 2019-cu ildə qəbul edilmiş qətnamə ilə bir uşağın saxlanılması üçün 125 manat sabit pul məbləğində alimentin tutulması qət edilibsə, məhkəmə 2024-cü ildə indeksasiyanı həyata keçirən zaman qüvvədə olan qətnamə ilə tutulmuş alimentin miqdarının 2019-cu il üzrə müəyyən edilmiş 250 manat məbləğində minimum əmək haqqının 0,5 mislini təşkil etdiyini nəzərə alaraq, qərardadın nəticə hissəsində tutulan alimentin məbləğinin ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,5 misli həddində indeksasiya olunması şəklində göstərməlidir).

16. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin tələblərinə əsasən: 14.2. məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1. hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

88. məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

17. Birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını Azərbaycan Respublikası Mülki Prosesual Məcəlləsinin 385-390-cı maddələrinə və iş üzrə təqdim edilmiş sübutlara əsasən apellyasiya şikayətinin mübahisələndirilən dəlillərinə (hissəyə) münasibətdə yoxlayan məhkəmə kollegiyası ilk öncə qeyd etməyi zəruri hesab edir ki, valideynlər uşağı saxlamağa borcludurlar və uşaqları barəsində bərabər hüquq və vəzifələrə malikdirlər. Uşaqların gündəlik zəruri qida və digər zəruri ehtiyaclarının təmin edilməsində valideynlərin hər biri bərabər məsuliyyət daşıyırlar. Uşağın qayğısına qalmaq, onun normal inkişaf etməsinin təmin edilməsi valideynlərin vəzifəsidir. Yetkinlik yaşına çatmayan uşaqlar üçün aliment təyin edilərkən alimentin miqdarı yetkinlik yaşına çatmayan uşaqların hüquq və mənafeləri, o cümlədən onların psixi və fiziki inkişafına uyğun həddə təyin edilməli, hər bir halda uşaqların hüquq və mənafeləri birinci gözlənilməli və təyin ediləcək alimentin miqdarı aliment ödəmək vəzifəsi qoyulan valideynin hüquq və mənafelərini zərbə altında qoymamalı, onların hüquqlarını pozmamalı, ən əsası isə uşaqların üstün mənafeləri nəzərə alınmaqla həyata keçirilməlidir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi qeyd edilən tələbləri gözləməməklə istər uşağın, istərsə də valideynlərin hüquq və vəzifələri lazımınca nəzərə almamışdır.

18. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, iddiaçının apellyasiya şikayəti qismən əsaslıdır. Belə ki, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən edilərkən, uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanılması əsas meyar olmalıdır. Lakin yalnız bir tərəfin deyil, hər iki tərəfin ailə və maddi vəziyyəti öyrənilməlidir. Qeyd edilməldir ki, birinci instansiya icraatı zamanı müəyyən edilmişdir ki, iddiaçı İddiaçı "xxxx” MMC-də rəsmi əmək müqaviləsi üzrə "stomotoloq” vəzifəsində işləyir. İddiaçı İddiaçı mülkiyyətində Bakı şəhərində yerləşən 2 ədəd mənzil, 1 ədəd fərdi yaşayış evi vardır. "Elektron məhkəmə” informasiya sistemindən əldə edilmiş məlumatlara əsasən müəyyən edilir ki, cavabdeh Cavabdeh rəsmi əmək müqaviləsi və mülkiyyətində daşınmaz və ya dövlət reyestrində qeydə alınan daşınar əşya mövcur deyildir. Qeyd edilənləri nəzərə alan məhkəmə kollegiyası hesab edir ki, cavabdehlə müqayisədə iddiaçı daha təminatlıdır, lakin aliment ödəyən əmək qabiliyyətli valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və qazanca malik olmaması onu uşağı saxlamaq, qanunvericiliklə müəyyən olunmuş minimum dolanacaq xərclərindən az olmayan birgə maddi təminatı ödəmək vəzifəsindən azad etmir. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin aliment məbləği barədə gəldiyi qənaət əsaslı olmamışdır.

19. Məhkəmə kollegiyası iddiaçı İddiaçı apelyasiya şikayətinin dəlillərini nəzərə alıb hesab edir ki, alimentin məbləği hissəsində qətnamə dəyişdirilməli və cavabdehdən tutulmalı olan ailmentin məbləği hər ay hər uşağa görə ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,20 misli həddində (80 manat) sabit pul məbləğində müəyyən edilməsi tərəflərin ailə və maddi vəziyyətinə uyğun hesab edilməlidir. Belə ki, bu məbləğ minimum yaşayış səviyyəsi, minimum əmək haqqı və tələb edilən məbləğ nəzərə alınmaqla, adi halda təyin edilməli aliment məbləğinin yarısından da az olsa da, tərəflərin maddi vəziyyətinin mütənasibliyini təmin edir.

20. Eyni zamanda məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyinə uyğun qeyd etməyi zəruri hesab edir ki, daha artıq məbləğdə alimentin müəyyyən edilməsi valideyn kimi cavabdehin maddi imkan xaricində olmaqla gələcəkdə məhkəmə qətnaməsinin icrasından yayınma kimi dəyərləndirilərək cavabdehin və uşaqların hüquqlarının əhəmiyyətli dərəcədə pozulmasına (alimentin tam həcmdə icra olunmaması uşaqların mənafeyinə ziyan vuracaq, qətnamənin icra olunmaması həm də cavabdeh barəsində məsuliyyət yaradacaq) səbəb olacaqdır.

21. Diqqətə çatdırılmalıdır ki, uşaqların mənafeləri baxımından onların kimin yanında qalması valideynlərin hüquq və vəzifələrinin həyata keçirilməsinin məhdudlaşdırmasına xidmət etməməli, hüquqlarının təmin edilməsi çərçivəsində ziddiyyət yarandığı təqdirdə valideynlərin müvafiq icra hakimiyyəti orqanına müraciət imkanları və ya məhkəmə müdafiə hüquqlarının təmin edilməsi istisna edilmir.Kollegiya hesab edir ki, uşaqların xoşbəxt gələcəyinin təmin edilməsi üçün razılığa gəlmək imkanları müzakirə edilməli, razılıq olmadıqda isə dəyişən şəraitə və tələbatlara müvafiq hazırkı münasibətlər üzrə tərəflərin aliment məbləğinin dəyişdirilməsi və ya əlavə tələblərə yenidən baxılması mümkündür.

22. Beləliklə, məhkəmə kollegiyası belə qənaətə gəlir ki, apellyasiya şikayəti qismən təmin edilməli və birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilməklə, ## ###### 2009-cu il təvəllüdlü X1 və ## ######## 2011 -ci il təvəllüdlü X2 üçün cavabdeh Cavabdeh ##.##.2025ci il tarixdən hesablanmaqla hər ay hər uşağa sonraki artımlar nəzərə alınmaqla 2025-ci il üçün ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,20 misli həddində sabit pul məbləğində aliment tutularaq iddiaçı İddiaçı xeyrinə ödənilməlidir.

23. Məhkəmə kollegiyası qeyd edir ki, tələb olmadığından apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş məhkəmə xərcləri onu ödəyən şəxsə aid edilməlidir.

24. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, Azərbaycan Respublikası MPM-nin 402.1ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsində mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq iddianın qiyməti on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələrdən kassasiya şikayəti verilə bilməz.

25. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 384, 392, 393 və 402-406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi: İddiaçı İddiaçı apellyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Yasamal rayon Məhkəməsinin *(***)-****/**** saylı işi üzrə ##.##.2025-ci il tarixli qətnaməsi tutulan alimentin məbləği hissədə dəyişdirilsin. ## ###### 2009-cu il təvəllüdlü X1 və ## ######## 2011-ci il təvəllüdlü X2 üçün cavabdeh Cavabdeh ##.##.2025-ci il tarixdən hesablanmaqla hər ay hər uşağa görə sonraki artımlar nəzərə alınmaqla 2025-ci il üçün ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,20 misli həddində sabit pul məbləğində aliment tutularaq iddiaçı İddiaçı xeyrinə ödənilsin. Qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar