Məhkəmə qərarları › İş №2(103)-6161/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-6161/2021

12.10.2021 · Müqavilələrin ləğv edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-6161/2021 12.10.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Mehdiyev Emin Əlixan oğlu (sədrlik edən və məruzəçi), Sarıyev Xəyal Əjdər oğlundan və Cəfərov Namiq Şamil oğlundan ibarət tərkibdə, Cəfərova Şəfəq Natiq qızının katibliyi, İlk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdehin nümayəndəsi Ərəstun Hüseynovun və vəkili Nümayəndə, İlk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçının nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı MMC-nin Cavabdeh qarşı “müqavilələrin ləğv edilməsi tələbinə sair” ilk, iddiaçı Cavabdeh İddiaçı MMC-yə (MTK) qarşı “əmlakın təhvil verilməsi, maddi və mənəvi zərərin ödənilməsi tələbinə dair” qarşılıqlı iddia ərizələri üzrə 2(004)-2371/2021 saylı mülki işlə bağlı Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 13.04.2021-ci il tarixli qətnaməsindən ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Mənzil Tikinti Kooperativi Cavabdeh qarşı “müqavilənin ləğv edilməsi tələbinə sair” iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehlə aralarında bağlanmış 28.10.2010-cu il tarixli, M-14 saylı əvəzli müqavilənin ləğv edilməsi barədə qətnamə çıxarılması xahiş edilmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdehlə adı çəkilən müqavilə rəsmiləşdirilənə kimi 21.09.2006-cı il tarixdə İddiaçı Mənzil Tikinti Kooperativi tərəfindən ünvan 1, 706-cı məhəllədə yerləşən MTK-ya məxsus olan ərazidə tikilməkdə olan «Dolçasaray Rezidens» adlanan hündürmərtəbəli binanın 14-cü mərtəbəsində sol və sağ tərəfindən hər birinin ümumi sahəsi 202 kv.metr olan 2 mənzil və həmin mərtəbədə sol tərəfdən ümumi sahəsi 248 kv.metr olan bir mənzil (3 ədəd 4 otaqlı), cəmi 652 kv.metr sahəsi olan mənzillər, 21.09.2006-cı il tarixli müqaviləyə əsasən X3na ayrılmışdır. Mənzillərin ümumi dəqiqləşdirilmiş sahəsi, binanın tikinti işləri tam sona çatdıqdan sonra təyin edilməli və payçı ilə son qarşılıqlı hesablaşma aparılmalı idi. 26.07.2010-cu il tarixdə X3 MTK rəhbərliyinə ərizə ilə müraciət edərək ona ayrılmış 3 ədəd 4 otaqlı mənzilləri Cavabdeh adına sənədləşdirilməsini xahiş etmişdir. Bundan sonra Cavabdeh ilə 28.10.2010-cu il tarixli, M-14 saylı əvəzli müqavilə rəsmiləşdirilmişdir. Həmin müqavilənin 3.1-ci bəndinə əsasən payçı mənzilin ümumi dəyəri əvəzinə Yasamal rayonu, İ.Qutqaşınlı küçəsi ilə İnşaatçılar prospektinin kəsişməsində yerləşən "xxxx" MTK-ya məxsus binanın 1-ci girişinin 11-ci mərtəbəsində sahəsi 653,78 kvm olan bir 3 otaqlı və iki 4 otaqlı 31, 32 və 33 saylı mənzilləri və 1 ədəd 2 maşınlıq sahəsi 30 kvm olan qarajı MTK-nin mülkiyyətinə verməli idi. Bu barədə əvəzləşdirmə ilə əlaqədar hər 2 tərəf payçılara müvafiq maliyyə arayışları vermişdir. Bundan sonra həmin yaşayış binalarında tikinti işləri davam etdirilmişdir. Bir müddətdən sonra İddiaçınin rəhbərliyi "xxxx" MTK-ya məxsus yaşayış binasının «A» blokunun 11-ci mərtəbəsindəki ümumi sahəsi 652 kv.m olan mənzillərlə və qarajla maraqlananda məlum olmuşdur ki, həmin ünvanda "xxxx" MTK heç bir tikinti işləri aparmır, həmin ünvanda ofis kimi başqa bir qurum fəaliyyət göstərir. Bununla əlaqədar MTK-nın rəhbərliyi dəfələrlə cavabdehə rəsmi bildirişlər göndərərək onun bağlanmış müqavilə öhdəliyini dəqiqləşdirmək istəsə də, heç bir nəticəsi olmamışdır. İşə məhkəmə iclasında baxılan dövrdə İddiaçı MMC iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə verərək, Cavabdeh ilə aralarında ümumi sahəsi 202 kv.m olan mənzilə dair 05.07.2010-cu il tarixli, M-14(2) saylı və ümumi sahəsi 453 kv.m olan mənzilə dair bağlanmış 28.10.2010-cu il tarixli, M-14 saylı əvəzli müqavilələrin ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Eyni zamanda işə məhkəmədə baxılan zaman İddiaçı MMC məhkəməyə ərizə təqdim edərək, İddiaçı-nın hazırda fəaliyyətini İddiaçı MMC kimi davam etdirdiyini nəzərə alaraq, əsl olmayan tərəfin əls olan tərəflə, yəni MTK-nın MMC ilə əvəz edilməsini xahiş etmiş, ərizə təmin edilmişdir. Həmçinin, Cavabdeh İddiaçı MMC-yə (MTK) qarşı “əmlakın təhvil verilməsi, maddi və mənəvi zərərin ödənilməsi tələbinə dair” qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək 15.02.2011-ci il tarixli, 003/11 və 004/11 nömrəli 2 ədəd müqavilə əsasında İddiaçı (MMC) tərəfindən Bakı şəhəri Nizami küçəsi 96-cı məhəllədə inşa edilmiş hündürmərtəbəli binanın 14-cü mərtəbəsində hər biri 4 otaq olmaqla ümumi sahəsi müvafiq olaraq 453 kv.m və 202 kv.m sahədən ibarət mənzillərin ona təhvil verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi, maddi və mənəvi zərərə görə 10000, ödənilmiş dövlət rüsumuna görə 30 manat olmaqla, cəmi 10030 manat məbləğində vəsaitin cavabdehdən tutularaq ona ödənilməsi haqqında qətnamə qəbul edilməsini xahiş etmişdir. Qarşılıqlı iddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı ilə aralarında bağlanılmış 15.02.2011-ci il tarixli, 003/11 və 004/11 nömrəli 2 ədəd müqavilə əsasında ünvan 1-cı məhəllədə yerləşən hündürmərtəbəli binanın 14-cü mərtəbəsində hər biri 4 otaq almaqla ümumi sahəsi müvafiq olaraq 453 kv.m və 202 kv.m sahədən ibarət mənzillər alqı-satqı edilmişdir. Eyni zamanda MTK tərəfindən 15.02.2011-ci il tarixli, A/009 və A/010 nömrəli maliyyə arayışları verilərək müvafiq mənzillərin tam dəyərini kooperativin kassasına ödənilməsi və onun MTK-ya heç bir borcunun olmaması göstərilmişdir. Tərəfindən müqavilə üzrə üzərinə götürülmüş öhdəliklər tam şəkildə icra olunmuş, həmçinin adıçəkilən mənzil Kooperativ tərəfindən təhvil verilmiş və əsaslı təmir işlərinin böyük həcmi həyata keçirilmişdir. Göstərilən müqavilənin bağlanmasına, binanın faktiki olaraq tikilib başa çatdırılmasına, mənzilin daha öncə faktiki təhvil verilməklə ilkin təmirə buraxılmasına baxmayaraq, MTK tərəfindən ona qarşı iddia qaldırılaraq 2010-cu il tarixli müqavilələrin ləğv olunması xahiş edilmişdir. MMC müqavilələr ilə üzərinə götürdüyü öhdəlikləri icra etməyərək yaşayış sahəsini ona verməkdən yayınır, bununla da müqavilənin şərtlərini pozmaqdadır. İlk iddia üzrə Cavabdeh ilk iddia ərizəsinə etiraz edərək göstərmişdir ki, iddia ərizəsi ilk cümləsindən başlamaqla yalan və uyğunsuzluqlarla əsaslandırılmış, məhkəmə baxışının gedişatında iddiaçı hazırkı etirazda qeyd olunan ziddiyyətli məqamlara məntiqli və dolğun şəkildə aydınlıq gətirə bilməmişdir. Dəfələrlə məhkəmə tərəfindən ilkin iddia üzrə iddiaçıdan istinad etdiyi 2006-cı il tarixli müqavilələrin əsli tələb olunsa da, tərəf müxtəlif bəhanələr gətirib müqavilələrin təqdim olunmasından imtina etməkdədir. Bunun səbəbi isə güman ki, qeyd olunan müqavilələrdə aparılar saxtalaşdırma izlərinin aşkar olunmamasından ibarətdir. Həmin müqavilələrin kserosurətindən görünür ki, onlardan ikisində «21 sentyabr 2006-cı il» tarixi əks olunsa da, üçüncü, yəni «14 mərtəbə Nizami saq» kimi göstərilən 202 kv.m sahədən ibarət mənzilə dair müqavilənin ümumiyyətlə tarixi yoxdur. «Müqavilə»lərin 3-cü bəndində «Mənzil barter əsasında reallaşmışdır (İnşaat Servis MMC)» ifadəsi əks olunsa da, bu xüsusatı təsbit edə biləcək hər hansı bir sübut, xüsusən də "xxxx" MMC ilə bağlanmış müvafiq müqavilə məhkəməyə dəfələrlə tələb olunmasına baxmayaraq təqdim edilməmişdir. Bakı Şəhəri Səbail Rayon Məhkəməsində aparılan məhkəmə araşdırmasının gedişatında tərəfindən təsadüf nəticəsində qarşı tərəfin vəkilindən fotoşəkil çəkilməklə götürülmüş və foto-əksi hazırkı etiraza əlavə olunan ərizə, müqavilə, müqaviləyə 1 saylı əlavə və şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, sadalanan sənədlərdə X2 adına "xxxx" MTK (MMC deyil, məhz MTK tərəfindən müqavilə tarixi və mənzil dəyəri göstərilməmiş, xüsusən də, G.H.Xəlilova tərəfindən imzalanmamış, habelə, Bakı şəhəri Yasamal rayonu İ.Qutqaşınlı və İnşaatçılar prospektinin kəsişməsində inşa edilən binanın 1 giriş, 11 mərtəbəsində, hesablaşma sahəsi 653,78 kv.m olan 3, 4 və 4 otaqlı, 31, 32 və 33 saylı mənzillər G.H.Xəlilovanın adına rəsmiləşdirilmiş və pay dəyəri tam ödənilməsinə dair maliyyə arayışı verilmişdir. Qeyd olunan xüsusat ilk növbədə iddiaçının və məhkəməyə gətirdiyi «şahid»in istinad etdiyi «bizə mənzil verilməli idi, amma sonra məlum oldu ki, həmin binada mənzillər yoxdur, qeyri-yaşayış sahələridir» kimi xüsusatın yalan olduğunu göstərir. Belə ki, "xxxx" MTK-nın adından da göründüyü kimi, qurumun adı məhz Mənzil Tikinti Kooperatividir və tərəflərindən təqdim olunan müqavilələrin məzmununda da mənzillərin ümumi sahəsi və nömrəsi görünür. "xxxx" MTK-nın adından tərtib və təsdiq olunmuş müqavilə və maliyyə arayışının üzərində tarix əks olunmasa da, X2 adından tərtib edilən ərizənin tarixinin məhz 21.09.2006-cı il olması mənzillərə dair müqavilə və maliyyə arayışının da qeyd olunan tarixə aid olmasına dəlalət edə bilər. Cavabdeh olaraq birmənalı şəkildə bildirir ki, İddiaçı-dan mənzil alınarkən hər hansı bir barter həyata keçirilməmiş, İddiaçı tərəfindən təqdim olunan müqavilələr faktiki olaraq saxtalaşdırılmış, 2006-cı il tarixli müqavilələr İddiaçı-nın (indiki MMC-nin) rəhbəri və qanuni təmsilçisi olan X1 həyat yoldaşı (soyadlarının uyğunluğu və tərəfin Bakı Şəhəri Səbail Rayon Məhkəməsində keçirilən məhkəmə baxışı zamanı bildirdiklərinə əsasən) X2 adına "xxxx" MTK tərəfindən verilmiş 21.09.2006-cı il tarixli müqavilələrə uyğunlaşdırılmağa uğursuz şəkildə cəhd olunmuşdur. Həqiqətdə İddiaçı tərəfindən X5 adına müvafiq mənzillər və qarajın 21.09.2006-cı il tarixdə deyil, bu tarixdən sonrakı tarixdə rəsmiləşdirilməsi onlarda mövcud olan və etiraza surəti əlavə olunan müqavilələr və maliyyə arayışlarından da açıq-aşkar şəkildə görünür. Belə ki, etiraza əlavə olunan, üzərində İddiaçı-nın sədri Xəlilov H.M imzası və müvafiq möhürü olan müqavilələr və maliyyə arayışlarından görünür ki, onlar 14.01.2007-ci il tarixlidir. Bununla da açıq-aşkar şəkildə təsbit olunur ki, hər hansı bir barter münasibətləri olmamış, barter olsaydı iddiaçı tərəfindən saxtalaşdırıldığı kimi, "xxxx" MTK-nın sənədləri ilə İddiaçı- nın sənədləri eyni tarixə təsadüf edər, yaxud İddiaçı-nın sənədləri 21.09.2006-cı il tarixindən əvvələ təsadüf edərdi. Belə ki, iddiaçı tərəfin mülahizəsinə inanılsa barteri güya hədə-qorxu ilə tələb edən cavabdeh tərəf olmuş, belə olduğu təqdirdə isə hədə-qorxu gəlmək imkanına malik birinin ilk əvvəl öz əmlakını hədə-qorxu gəldiyi adamın adına rəsmiləşdirməsi, bundan aylar sonra, yəni 14.01.2007-ci il tarixdə öz adına əmlak rəsmiləşdirməsi məntiqsiz və absurd səslənir. 2006-cı il tarixli 2 ədəd və tarixsiz bir ədəd müqavilələrin faktiki olaraq saxtalaşdırılması həmçinin həmin müqavilələrdə X3nun adından atılan imzanın da tamamilə uyğun olmaması, yəni imzanın F.A.Məlikova açıq-aşkar şəkildə məxsus olmaması ilə də təsbit olunur. Belə ki, MTK tərəfindən surəti təqdim edilmiş F.A.Məlikova məxsus şəxsiyyət vəsiqəsində və 26.07.2010cu il tarixli ərizədə, habelə hazırkı etiraza əlavə edilən 14.01.2007-ci il tarixli müqavilələrdə olan imzalar F.A.Məlikova məxsus olmaqla uyğunluq təşkil etsə də, iddiaçı tərəfindən saxtalaşdırılmaqla təqdim olunmuş müqavilələrdəki imza etirazda əks olunmuş nümunələrdən göründüyü kimi tamamilə uyğunsuzdur. Etirazda nümunə olaraq əks olunmuş 1 ədəd saxta və 1 ədəd həqiqi müqavilə və maliyyə arayışının məzmunundan göründüyü kimi, saxta müqavilədə barterlə bağlı xüsusat 3-cü bənddə qeyd olunsa da, həqiqi müqavilələrdə 3-cü bənddə bununla bağlı heç bir qeyd aparılmamış, əksinə mənzillərin məhz dəyərinin ödənilməsinə dair ayrıca maliyyə arayışı verilmişdir. Beləliklə, iddianın əsasını təşkil edən 21.09.2006-cı il tarixli 2 ədəd və tarixsiz 1 ədəd «müqavilə»lərə münasibətdə yuxarıda sadalanan dəlillər birmənalı şəkildə belə qənaətə gəlməyə əsas verir ki, X8 dəyəri ödənilməklə İddiaçı-dan 3 ədəd mənzil və 1 ədəd qaraj almış, hər hansı bir barter əməliyyatı aparmamış, İddiaçı-nın rəhbəri arvadının (yaxud yaxın qohumunun) adına 21.09.2006-cı ildə əldə olunmuş mənzillərə dair müqavilənin mövcudluğuna istinad edib eyni tarixə F.A.Məlikovun adına saxta müqavilələr tərtib etməklə faktiki olaraq dəyəri ödənilmiş mənzilləri barter olaraq göstərməyə cəhd etmişdir. Dəfələrlə məhkəmə tərəfindən 28.10.2010-cu i tarixli, M-14 saylı və 05.07.2010-cu il tarixli, M-14 (2) saylı «müqavilə»lərin əsli tələb olunsa da, tərəf müxtəlif bəhanələr gətirilib müqavilələrin təqdim olunmasından imtina etməkdədir. Bunun səbəbi də eyni ilə güman ki, qeyd olunan müqavilələrdə aparılan saxtalaşdırma izlərinin aşkar olunmamasından ibarətdir. İlkin iddia ərizəsinə əlavə olunmuş 28.10.2010-cu il tarixli, M-14 saylı (453 kv.m) müqavilənin 2-ci səhifəsi ümumiyyətlə yoxdur. Daha öncə də açıq-aşkar sübut olunduğu kimi iddiaçı yol verdiyi saxtakarlığı hazırkı müqavilələrə münasibətdə də ört-basdır edə bilməmişdir. Qeyd olunan hər iki müqavilənin tarix və nömrəsindən görünür ki, tarix baxımından M-14 saylı müqavilə M-14 (2) saylı müqavilədən sonrakı tarixə tərtib olunub. Yəni görünən odur ki, ardıcıllığa görə (2) əlavəsi tarix baxımından sonra tərtib olunmalı olsa da, nədənsə özündən əvvəl doğan M-14 saylı müqavilədən sonrakı tarixə təsadüf edib. İddiaçı tərəfin dediklərinə inanılsa, bu müqavilələr F.A.Məlikovun İddiaçı-ya ərizə ilə müraciət etməsindən sonra Cavabdeh adına tərtib olunmuşdur. Belə olduğu təqdirdə sual yaranır ki, necə olur F.A.Məlikovun ərizəsi 26.07.2010-cu il tarixlidir, amma M-14 (2) saylı «müqavilə» 05.07.2010-cu il tarixlidir? Belə çıxır ki, ilkin iddiaçı mənzil sahibi Fərhad Məlikovun ərizəsi olmadan, yəni müvafiq ərizədən 21 gün öncə mənzili Cavabdeh adına rəsmiləşdirmişdir. Bu uyğunsuzluq həqiqətdə 05.07.2010-cu il tarixli M-14 (2) saylı «müqavilə»nin tarixinin belə saxtalaşdırıldığına dəlalət edir. Müqavilələrin hər 1.1.-ci bəndində qeyd olunmuşdur ki, “Payçı isə mənzili qəbul edib əvəzində müəyyənləşdirilmiş ödəniş cədvəlinə uyğun məbləği öhdəsinə götürür”. Ama sonra isə adıçəkilən müqavilələrdən 05.07.2010-cu il tarixli M-14 (2) saylı “müqavilə”nin 3.1-ci bəndində el arasında erməni- budaq cümləsi kimi deyilən bir cümlə qeyd olunmuşdur ki, “Mənzilin ümumi dəyəri əvəzinə Yasamal rayonu İ.Qutqaşınlı bina giriş 1 mərtəbə 11-də 653 m2 mənzillə əvəzləşdirilmişdir və 2 ədəd qaraj”. Sual yaranır: Əgər həqiqətən də mənzillər əvəzləşdirilmişdirsə o halda müqavilənin 1.1-ci bəndində mənzilin dəyər əvəzi olaraq məbləğ, 3.1-ci bəndində isə mənzil və qaraj niyə göstərilib? Bu açıq-aşkar uyğunsuzuqdur və müqavilələrin saxtalaşdırıldığına dəlalət edir. Eyni ilə 2006-cı il tarixli «müqavilə»lərdə olduğu kimi, iddiaçı iddiasının predmeti olan müqavilələrdə də, «Payçı»nın imzasını saxtalaşdırmışdır. Belə ki, İddiaçı-nın özü tərəfindən surəti təqdim edilmiş 28.10.2010-cu il tarixli M-14 saylı (453 kv.m) və 05.07.2010-cu il tarixli M-14 (2) saylı (202 kv.m) «müqavilə»lərdə «Payçı» Cavabdeh adının qarşısında olan imzalarla tərəfindən təqdim edilmiş etibarnamədə və Cavabdeh şəxsiyyət vəsiqəsində əks olunmuş imzalarla tam şəkildə uyğunsuzluq təşkil edir və bu xüsusat iddiaçı tərəfindən imzaların saxtalaşdırıldığı anlamına gəlməyə imkan verir. Qarşılıqlı iddianın əsaslılığına dair qarşılıqlı iddianın predmeti olan 2011-ci il tarixli müqavilələrdə Cavabdeh imzasının olmaması müqavilənin bağlanmadığına dəlalət edə və cavabdehi mənzili təhvil vermək vəzifəsindən azad edə bilməz. İş materialları yanaşı, iş üzrə ilkin iddiaçının nümayəndəsi, həmçinin təqdim etdikləri şahidin ifadəsindən məlum olduğu kimi, Cavabdeh mübahisə mövzusu olan mənzillərə (əşyaya) faktiki sahiblənən alıcı olduğundan, mənzillər (əşya) artıq ona faktiki olaraq verildiyindən, mənzillərdə əsaslı təmir işləri aparılmaqla bu barədə ilkin iddia üzrə iddiaçının belə məlumatı olduğundan və 2011-ci il tarixdən hesablanmaqla ölkə hüdudları daxilində olduğu 2015-ci il tarixədək müddət ərzində ona yiyələnərək, mülkiyyətçi kimi sahiblik etdiyindən, habelə biznes fəaliyyəti ilə əlaqədar ölkə hüdudlarından kənarda olsa da nümayəndələri və etibar etdiyi şəxslər vasitəsi ilə əmlaka nəzarətini həyata keçirməkdə olduğundan onun adına olan müqavilələrin absurd əsaslarla ləğvini tələb etmək imkanı hüquqi baxımdan mövcud deyildir. Müqavilə üzrə borclu kimə icra hərəkəti etmişsə, həmin icra etibarlıdır.Bununla yanaşı qeyd olunmalıdır ki, ilkin iddia tələbinin heç bir əsası yoxdur, həmin tələb əsassız və tamamilə absurddur, bundan əlavə, həmin tələb üzrə iddia müddəti heç bir üzrlü səbəb olmadan ötürülmüşdür. İşdən görünür ki, ilkin iddia üzrə iddiaçı F.Məlikovun adına 14.01.2007-ci il tarixli müqavilə və maliyyə arayışı verdikdən 12 il sonra, Cavabdeh adına isə 15.02.2011-ci il tarixli müqavilə tərtib edildikdən 9 ildən artıq müddət sonra yəni, 21 may 2020-ci il tarixdə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək müqavilələrin ləğvini istəmişdir. İlkin iddiaçının irəli sürdüyü dəlillər əsaslı olmuş olsa idi belə, onun tərəfindən müvafiq iddianın irəli sürülməsi üçün qanunla nəzərdə tutulmuş müddət də ötürülmüşdür. Yuxarıda göstərildiyi kimi, iddiaçının iddiasının faktiki əsası kimi istinad etdiyi müqavilə 2011-ci ilin fevral ayında bağlanmışdır, iddiaçı mənzilləri faktiki təhvil verdikdən və cavabdeh tərəfindən mənzillərdə əsaslı təmir işləri aparıldıqdan sonra cavabdehə qarşı hər hansı tələb irəli sürməmiş, yalnız 21.05.2015-ci il tarixdə (sonuncu müqavilə bağlandıqdan 9 il, 3 ay sonra) hazırkı iddia tələbləri ilə çıxış etmişdir. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 27 dekabr 2001ci il tarixli Qərarında Konstitusiya Məhkəməsinin hüquqi mövqeyi belə olmuşdur ki: “İddia müddətinin əhəmiyyəti aşağıdakılardan ibarətdir: birinci, o, hüquq münasibətləri iştirakçılarını intizamlandırır, onları öz hüquqlarını vaxtında müdafiə etməyə məcbur edir, müqavilə və maliyyə intizamının nizamlanmasına kömək edir; ikinci, iddia müddəti institutu mülki hüquq münasibətlərində qeyri-müəyyənliyin, qeyri-sabitliyin aradan qaldırılmasına xidmət göstərir; üçüncü, iddia müddəti tərəflərə üzərindən çox vaxt ötmüş mötəbərliyinin yoxlanılması çətin və ya qeyri-mümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanı yaradır. İddia müddətlərinin müəyyən edilməməsi yaranmış münasibətlərin daim mübahisələndirilməsinə zəmin yaradardı.” Göründüyü kimi, iddia müddətinin tətbiq edilməsi mülki hüquq münasibətlərinin tənzimlənməsində əhəmiyyətli rol oynayır və mülki hüquq münasibətlərində qeyrimüəyyənliyin, qeyri-sabitliyin aradan qaldırılmasına xidmət edir. Həmçinin, ilkin iddiaçı əqdin etibarsızlığı ilə bağlı kəsici müddətə də əməl etməmişdir. Halbuki Mülki Məcəllənin 354.1-ci və 354.2-ci maddələrinə görə, əhəmiyyətsiz əqdin etibarsızlığı nəticələrinin tətbiqi haqqında iddia onun icrasına başlanıldığı gündən bir il ərzində irəli sürülə bilər. Bu Məcəllənin 347.1 -ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, maraqlı şəxs əqdin bağlanmasına təsir etmiş zorakılığa və ya hədəyə son qoyulduğu gündən və ya əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən bır il ərzində əqdi mübahisə edə bilər. Vacib əhəmiyyətli yanılmanın təsiri altında bağlanmış əqd mübahisəyə əsasən məlum olduğu andan bir ay ərzində mübahisə edilə bilər. İşdən aydın olur ki, mübahisəli mənzillərə dair sonuncu müqavilə Cavabdehla 15.02.2011-ci il tarixdə bağlanmış, mənzillər məhz ona təhvil verilmişdir. İlkin iddiaçının həmin tarixlərdən etibarən ötən müddət ərzində mənzillərlə maraqlanmaması ağlabatan və məntiqli deyildir. İlkin iddiaçının güya 2015-ci ildə poçt vasitəsi ilə bildiriş göndərməsi də tamamilə absurd və uydurmadır. Hər halda müqavilədə saxtakarlıqlara əl atmaqdan çəkinməyən ilkin iddiaçının nədənsə Azərpoçt vasitəsi ilə deyil, özəl kuryer xidməti vasitəsi ilə güya 2015-ci il tarixdə məktub göndərməsi həqiqətdə bunun da saxtalaşdırılmasına dəlalət edir. Bu baxımdan açıq aydın görünür ki, Cavabdeh adına olan müqavilənin ləğvini 21.05.2020-ci il tarixdə, yəni 1 ildən artıq müddət keçdikdən sonra mübahisələndirmişdir. Bakı Şəhəri Yazamal Rayon Məhkəməsinin 13.04.2021-ci il tarixli qətnaməsi ilə ilk iddia tələbi təmin edilərək, Cavabdeh ilə İddiaçı Mənzil Tikinti Kooperativi arasında bağlanmış 28.10.2010-cu il tarixli, M-14 saylı və 05.07.2010-cu il tarixli, M-14(2) saylı müqavilələrin ləğv edilməsi, iddiaçı Cavabdeh İddiaçı MMC-yə (MTK) qarşı “əmlakın təhvil verilməsi, maddi və mənəvi zərərin ödənilməsi tələbinə dair” qarşılıqlı iddiasının rədd edilməsi, qarşılıqlı iddia üzrə ödənilmiş 30 manat dövlət rüsumunun qarşılıqlı iddia üzrə iddiaçıya aid edilməsi qət edilmişdir. İlk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsi, ilkin iddianın rədd, qarşılıqlı iddia tələbinin isə təmin olunması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti qarşılıqlı iddia ərizəsinin məzmununa uyğun əsaslandırılmış, əlavə olaraq qeyd edilmişdir ki, Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi işin faktiki hallarını yetərincə araşdırmamaqla müvafiq nəticəyə gəlmiş, işin faktiki hallarına düzgün hüquqi qiymət verməmiş, onun ilkin iddiaya etirazının, o cümlədən qarşılıqlı iddiasının dəlillərinə və təqdim etdiyi sübutlara səthi yanaşaraq və ya ümumiyyətlə nəzərə almayaraq hazırkı şikayətlə mübahisələndirilən qətnaməni qəbul etmişdir. Birinci instansiya məhkəməsi tərəflərin eyni yaşayış və qeyri-yaşayış sahəsi ilə bağlı iddia tələblərinin əsasını müxtəlif müqavilələrin təşkil etdiyini vurğulamaqla işin “obyektiv” həlli baxımından ilk növbədə sözügedən sahələr üzrə onun adına olan 2010 və 2011-ci illər üzrə 4 müqavilədən tarix etibarilə sonuncuların qanuniliyini “araşdırmağa çalışmış”, apardığını zənn etdiyi həmin “araşdırmanın” yekununda isə hazırki iş üzrə preyudisiyal əhəmiyyət kəsb etmədiyini bildirdiyi Səbail Rayon Məhkəməsinin 12.02.2021-ci il tarixli, 2(009)-226/2021 saylı qətnaməsinə əsasən onun həmin müqavilələrə söykənən iddiasının rədd edildiyini göstərmiş, hüquqi mövqeyini Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki İşlər Üzrə Məhkəmə Kollegiyasının 04.05.2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 30.07.2008-ci il tarixli qərarında təsbit olunmuş hüquqi mövqe ilə əsaslandırmağa çalışmışdır. Göründüyü kimi, birinci instansiya məhkəməsi çox qəribə və anlaşılmaz formada gah Səbail Rayon Məhkəməsinin sözügedən qətnaməsinin hazırki iş üzrə preyudisiyal əhəmiyyət kəsb etmədiyini bildirir, gah da həmin qətnamə ilə Cavabdehə qarşı iddia tələbi irəli sürməkdə subyektiv hüququnun olmadığını hesab edildiyinə əsaslanmaqla onun hazırkı işdə irəli sürdüyü qarşılıqlı iddiasının da subyektiv hüququnun olmaması səbəbiylə əsassız olduğu nəticəsinə gəlir. Ümumiyyətlə qeyd edilməlidir ki, məhkəmə başdan bəri işə qərəzli yanaşmış, niyyəti başdan etibarən ilk iddianın təmin edilməsindən ibarət olmuşdur. Belə ki, işin materiallarına görə, birinci instansiya məhkəməsi iş üzrə ilk olaraq qiyabi qətnamə qəbul etmiş, bunu edərkən də heç bir mötəbər sübuta əsaslanmamış, yalnız iddiaçının təqdim etdiyi və heç bir dəyəri olmayan kserosurətinə əsaslanmışdır. Halbuki işə qiyabi icraat qaydasında baxılması iddianın hər bir halda təmin edilməli olması mənasına gəlmir, əksinə prosessual qanunvericilik işə qiyabi icraat qaydasında baxılarkən məhkəmənin iddianın və ya onun hissəsinin rədd olunmasına dair qətnamə çıxarması imkanını da nəzərdə tutmuş və belə halda qətnamənin, cavabdehin gəlməməsinə baxmayara qiyabi hesab edilməyəcəyini təsbit etmişdir (maddə 241.5). Lakin birinci instansiya məhkəməsi iddianı təmin etməyə başdan bəri o dərəcə həvəsli olmuşdur ki, qeyd edilən xüsusatları nəzərə almamışdır. Qiyabi qətnamənin ləğvindən sonra da məhkəmə işə obyektiv baxılmasını təmin etməmiş, hər fürsətdə ilk iddiaçının tərəfini tutmuşdur. Bütün bunlar birinci instansiya məhkəməsinin gəldiyi qənaətin açıqca ziddiyyətli olduğunu, iddia tələbinə münasibətdə məhkəmənin gəldiyi nəticənin yetərincə əsaslandırılmadığını göstərməkdədir. Birinci instansiya məhkəməsinin 15.02.2011ci il tarixli, 003/11 və 004/11 nömrəli həmin müqavilələri mövcud olmayan müqavilələr kimi qiymətləndirməsi səhvdir. Belə ki, məhkəmə həmin mövqeyini hazırki iş üzrə preyudisiyal əhəmiyyət kəsb etmədiyini bildirdiyi halda, yalnış olaraq Səbail Rayon Məhkəməsinin 12.02.2021-ci il tarixli, 2(009)-226/2021 saylı qətnaməsinə istinadən əsaslandırmışdır. Birinci instansiya məhkəməsi həmin müqavilələrin onun imzasının yoxluğu səbəbindən bağlanmadıqları qənaətinə gəlsə də, həmin müqavilələr üzrə mənzillərin dəyərini ödəməsi halına, başqa sözlə İddiaçı-nin 15.02.2011-ci il tarixli, A/009 və A/010 saylı maliyyə arayışların mövcudluğuna münasibətdə hər hansısa əsaslandırma aparmır. İddiaçı-nin 15.02.2011-ci il tarixli, A/009 və A/010 saylı maliyyə arayışları bunu təsdiq edir. Həmin müqavilələrdə onun imzasının yoxluğu onların mövcud olmaması (bağlanmadığı) qənaətinə gəlməyə əsas vermir; birincisi, nəzərə alınmalıdır ki, həmin müqavilələr onun özündə saxlanılan nüsxələr olmuşdur. Bu baxımdan onun özündə saxlanılan nüsxələri imzalamamış olması analoji qənaətə gəlmək üçün əsas hesab oluna bilməz, əhəmiyyətli olan müqavilədə qarşı tərəfin imzasının olmasıdır. Çünki İddiaçı həmin müqavilələri imzalamaqla özü üçün öhdəlik və ya vəzifə əmələ gətirmiş, o isə, cavabdehin məhz həmin öhdəliklərini yerinə yetirmədiyini iddia etməklə müvafiq iddia tələblərini irəli sürmüşdür. Nəzərə almaq lazımdır ki, bir yazılı mətndə kim və ya kimlər üçün öhdəlik nəzərdə tutulursa, bu mətnin həmin şəxslər tərəfindən imzalanması yazılılıq şərtinin yerinə yetirilməsi baxımından zəruri və kafidir. Məsələn, bağışlama vədi və zaminlik müqavilələrinin bağlanması üçün tələb olunan yazılılıq şərtinin (MM.m. 471 və 668.1.5) yerinə yetirilməsi baxımından bağışlayanın və zaminin imzası kifayətdir. Xeyrinə bağışlama vəd edilənin və ya zəmanət verilənin buna yazılı razılıq verməsi və yazılı mətni imzalaması hüquqi bir məcburiyyət deyildir. Bundan əlavə, birinci instansiya məhkəməsinin 15.02.2011-ci il tarixli 003/11 və 004/11 nömrəli müqavilələrin mövcud olmaması yönündəki mövqeyi düzgün hesab edilsə idi belə, yenə də onun cavabdehə qarşı iddia tələbi irəli sürməkdə subyektiv hüququnun olmadığı qənaətinə gəlmək mümkünsüz idi. Çünki birincisi, həmin müqavilələrin bağlanmadıqları fərziyyə olaraq qəbul edilsə belə, ilk iddiaçının iddiasının əsasını təşkil edən müqavilələr iş materiallarında mövcuddur (hərçənd aşağıdakı izahatlarda göstərildiyi kimi, onlar saxtadırlar). İkincisi, ilk iddiaçı saxta olsalar belə, 2010-cu il tarixli müqavilələr üzrə öhdəliyini icra etmədiyi halına əsaslanmaqla ona qarşı müqavilələrin ləğvinə dair iddia qaldırmış və həmin iddiasında mahiyyət etibarilə demək istədiyi budur: “mən Cavabdehla mənzillərə dair müqavilə bağlamaqla onu payçı kimi tanımışdım, lakin Cavabdeh mənzillərin dəyərini ödəmədiyindən həmin müqavilələr ləğv edilməli və onun payçı statusuna xitam verilməlidir!”. Bununla bağlı ilk növbədə qeyd edilməlidir ki, 2006-cı il tarixli 2 ədəd və tarixsiz bir ədəd müqavilələrin faktiki olaraq saxtalaşdırılması həmin müqavilələrdə X3nun adından atılan imzanın tamamilə uyğun olmaması, yəni imzanın F.A.Məlikova açıq-aşkar şəkildə məxsus olmaması ilə də təsbit olunur. Belə ki, İddiaçı-nın özü tərəfindən surəti təqdim edilmiş F.A.Məlikova məxsus şəxsiyyət vəsiqəsində və 26.07.2010-cu il tarixli ərizədə, habelə iş materiallarına əlavə edilən 14.01.2007-ci il tarixli müqavilələrdə olan imzalar F.A.Məlikova məxsus olmaqla uyğunluq təşkil etsə də, ilk iddia üzrə iddiaçı tərəfindən saxtalaşdırılmaqla təqdim olunmuş müqavilələrdəki imza şikayətə əlavə olunmuş nümunələrdən göründüyü kimi, tamamilə uyğunsuzdur. İlkin iddiaya gəldikdə isə, birinci instansiya məhkəməsi yalnız ilkin iddiaçının təqdim etdiyi sənədlərə və onun təşəbbüsü ilə dindirilmiş şahidin ifadəsinə əsaslanmaqla yalnış olaraq hesab etmişdir ki, güya X8 ilə İddiaçı arasında bağlanmış 21.09.2006-cı il tarixli müqaviləyə əsasən sözügedən MTK ünvan 1, 706-cı məhəllədə yerləşən ona məxsus olan ərazidə tikilməkdə olan “Dolçasaray Rezidens” adlanan hündürmərtəbəli binanın 14-cü mərtəbəsində sol və sağ tərəfindən hər birinin ümumi sahəsi 202 kv.m olan 2 mənzil və həmin mərtəbədə sol tərəfdən ümumi sahəsi 248 kv.m olan 1 mənzil adı çəkilən payçıya ayrılmış, 26.07.2010-cu il tarixdə o (payçı), kooperativin rəhbərliyinə rəsmi ərizə ilə müraciət edərək ona ayrılmış 3 ədəd mənzili Cavabdeh adına sənədləşdirilməsini xahiş etmiş, kooperativ ilə Cavabdeh arasında bağlanmış 05.07.2010-cu il tarixli, M-14(2) saylı və 28.10.2010- cu il tarixli M-14 saylı müqavilələrə əsasən sözügedən mənzillər sonuncunun adına rəsmiləşdirilmiş, müqavilələrə əsasən payçı mənzillərin ümumi dəyərinin əvəzinə Yasamal rayonu, İ.Qutqaşınlı küçəsi ilə İnşaatçılar prospektinin kəsişməsində yerləşən "xxxx" MTK-ya məxsus binanın 1-ci girişinin 11-ci mərtəbəsində sahəsi 653.78 kv.m olan bir 3 otaqlı və iki 4 otaqlı 31, 32 və 33 saylı mənzilləri və 1 ədəd 2 maşınlıq sahəsi 30 kv.m olan qarajı İddiaçı-nin mülkiyyətinə verilməsini öhdəsinə götürmüş, buna uyğun olaraq “İnşaat Servis MTK” (icraçı) ilə kooperativ sədrinin qohumu X4 (alıcı) arasında 21.09.2006-cı ildə müqavilə bağlanmış, həmin MTK tərəfindən payçıya müvafiq maliyyə arayışları verilmiş, bununla belə onunla İddiaçı arasında bağlanmış 05.07.2010-cu il tarixli, M-14(2) saylı və 28.10.2010-cu il tarixli M14 saylı müqavilələr üzrə ilk iddiaçı tərəf üzərinə götürdüyü öhdəlikləri yerinə yetirmək üçün müəyyən addımlar atsa da, cavabdeh müqavilələr üzrə üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməmişdir. Birinci instansiya məhkəməsinin ilkin iddia üzrə gəldiyi nəticə yalnış olmuşdur. “Mənzillərin barter əsasında verilməsi” dəlili əsaslı olduğu qəbul edilsə idi belə, “İnşaat Servis MTK” (icraçı) ilə bağlanan müqavilənin tərəfi həmin kooperativin özü olmalı idi. Mənzillərə dair müqavilənin tərəfinin kooperativin yerinə, onun sədrinin qohumunun və ya tanışının olmasını zəruri edən nə idi?. “Mənzillərin barter əsasında verilməsi” dəlili əsaslı olduğu qəbul edilsə idi belə, “İnşaat Servis MTK” (icraçı) ilə bağlanan müqavilədə həmin xüsusata dair şərt olmalı idi. Nəhayət, birinci instansiya məhkəməsi “mənzillərin barter əsasında verilməsi” qənaətinə gələrkən kooperativin icraçı direktoru vəzifəsində işləyən şəxsin şahid ifadəsinə əsaslanır. Halbuki, kooperativin işçisinin şahidliyi “əsaslı şübhədən kənar” sübut kimi qiymətləndirilə bilməz. Sonda xüsusi şəkildə qeyd edilməlidir ki, hətta “Mənzillərin barter əsasında verilməsi” dəlilinin əsaslı olduğunun qəbul edilməsi halında belə, onun 05.07.2010-cu il tarixli, M-14(2) saylı və 28.10.2010-cu il tarixli M-14 saylı müqavilələr üzrə üzərinə götürdüyü öhdəlikləri yerinə yetirmədiyi qənaətinə gəlmək mümkün deyildir. Çünki ilk iddiaçı özü qəbul edir ki, “İnşaat Servis MTK” (icraçı) ilə kooperativ sədrinin qohumu X4 (alıcı) arasında 21.09.2006-cı ildə müqavilə məhz həmin şərtə müvafiq olaraq bağlanmışdır, habelə alıcının adına borcun olmaması barədə maliyyə arayışı verilmişdir. Bununla da, İddiaçı-nin X4 vasitəsi ilə həmin mənzillərə tələb hüququ yaranmışdır. Əgər "xxxx" MTK həmin mənzilləri payçıya təhvil vermək vəzifəsini icra etmirdisə, ona qarşı müvafiq tələblə iddia qaldırıla bilərdi. Lakin G.Xəlilovanın adından belə iddianın qaldırılmış olduğu müəyyən edilmir. Əksinə koorperativ "xxxx"in həmin vəzifəsini icra etməməsi arqumentini Cavabdeh qarşı irəli sürür. İşdən görünür ki, işə birinci instansiya məhkəməsində baxılan zaman tərəfindən verilən etirazda iddia müddətinin ötürüldüyü göstərilmişdir. Birinci instansiya məhkəməsinin qətnaməsi isə yanlış olaraq həmin əqdlərin ləğvi üzrə mübahisələndirilməsi üçün nəzərdə tutulmuş 1 illik iddia müddətinin ötürülmədiyi qənaətinə gəlmişdir. Halbuki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.1-ci və 373.2ci maddələrinə görə, ümumi iddia müddəti on il, müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı il təşkil edir. Şərh edilənlərdən də göründüyü kimi işə baxan birinci instansiya məhkəməsi prosessual qanunvericiliyin və eləcə də qətnamənin qanuni və əsaslı olmasını nəzərdə tutan Azərbaycan Respublikası MPM-nin 217.1-ci maddəsinin tələblərini pozmuşdur. Apellyasiya baxışı zamanı ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçının nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayətini müdafiə edərək onun təmin edilməsini xahiş etdi. Apellyasiya baxışı zamanı ilk iddia üzrə iddiaçının nümayəndəsi, eləcə də vəkili hər biri ayrı-ayrılıqda apellyasiya şikayətinə etiraz edərək onun təmin edilməməsini xahiş etdilər və bildirdilər ki, mübahisəli mənzillər şəhərin mərkəzində Nizami küçəsində yerləşir və bir kv.metrinin qiyməti 1800-2000 manat dəyərindədir. İlk iddia üzrə cavabdeh ümumi sahəsi 652 kv.metr təşkil edən həmin mənzillərin dəyərini kimə və necə ödəməsi haqqında heç nə deyə bilmir və buna dair sübutlar təqdim edə bilmir. Cavabdeh özü də bilir ki, qeyd edilən mənzillərə dair 05.07.2010-cu il tarixli, M-14(2) saylı və 28.10.2010-cu il tarixli, M-14 saylı müqavilələr əvəzləşdirilmə qaydasında bağlanmış, lakin onun tərəfindən üzərinə götürdüyü öhdəlik icra edilməmişdir. Məhkəmə kollegiyası iş üzrə tərəfləri dinləyib, apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməlidir. İlk növbədə nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Birinci instansiya məhkəməsində tədqiq edilmiş sübutlarla müəyyən edilir ki, İddiaçı ilə X8 arasında bağlanmış 21.09.2006-cı il tarixli müqaviləyə görə MTK Bakı şəhəri, Səbail rayonu, Nizami küçəsi 706-cı məhəllədə yerləşən, ona məxsus olan ərazidə tikilməkdə olan, hündürmərtəbəli binanın 14-cü mərtəbəsində yerləşən (Nizami sol) mənzili (ümumi sahəsi 202 kv.m) payçıya verməyi, payçı isə həmin mənzili qəbul edib əvəzində müəyyənləşdirilmiş ödəniş cədvəlinə uyğun məbləği ödəməyi öz öhdəsinə götürmüşdür. Göstərilən mənzilin ümumi dəyəri barter əsasında reallaşdırılmışdır. (1, 2, 3-cü bəndlər) X3 ilə kooperativ İddiaçı arasında bağlanmış 21.09.2006-cı il tarixli digər müqaviləyə görə MTK Bakı şəhəri, Səbail rayonu, Nizami küçəsi 706-cı məhəllədə yerləşən, ona məxsus olan ərazidə tikilməkdə olan, hündürmərtəbəli binanın 14-cü mərtəbəsində yerləşən (Xaqani sol) mənzili (ümumi sahəsi 248 kv.m) payçıya verməyi, payçı isə həmin mənzili qəbul edib əvəzində müəyyənləşdirilmiş ödəniş cədvəlinə uyğun məbləği ödəməyi öz öhdəsinə götürmüşdür. Göstərilən mənzilin ümumi dəyəri barter əsasında reallaşdırılmışdır (Yasamal rayonu, İ.Qutqaşınlı küçəsi ilə İnşaatçılar prospektinin kəsişməsində yerləşən "xxxx" MMC). (1, 2, 3-cü bəndlər) X3 ilə kooperativ İddiaçı arasında bağlanmış tarixi qeyd edilməyən digər müqaviləyə görə MTK Bakı şəhəri, Səbail rayonu, Nizami küçəsi 706-cı məhəllədə yerləşən, ona məxsus olan ərazidə tikilməkdə olan, hündürmərtəbəli binanın 14-cü mərtəbəsində yerləşən (Nizami sağ) mənzili (ümumi sahəsi 202 kv.m) payçıya verməyi, payçı isə həmin mənzili qəbul edib əvəzində müəyyənləşdirilmiş ödəniş cədvəlinə uyğun məbləği ödəməyi öz öhdəsinə götürmüşdür. Göstərilən mənzilin ümumi dəyəri barter əsasında reallaşdırılmışdır ("xxxx" MMC). (1, 2, 3-cü bəndlər) X3 ilə kooperativ İddiaçı arasında bağlanmış 14.01.2007-ci il tarixli müqaviləyə görə MTK Bakı şəhəri, Səbail rayonu, Nizami küçəsi 706-cı məhəllədə yerləşən, ona məxsus olan ərazidə tikilməkdə olan, hündürmərtəbəli binanın 1 nömrəli qarajını payçıya verməyi, payçı isə həmin qarajı qəbul edib əvəzində müəyyənləşdirilmiş məbləği ödəməyi öz öhdəsinə götürmüşdür. Göstərilən qarajın ümumi dəyəri göstərilməmişdir. (1, 2-ci bəndlər) X8 İddiaçı-nın sədrinə təqdim etdiyi 21.09.2006-cı il tarixli ərizələrlə MTK-nın üzvlüyünə qəbul edilməsini xahiş etməklə MTK-nın Nizamnaməsi ilə tanış olmasını, onun bütün tələblərini yerinə yetirməyini, eləcə də, vaxtlı vaxtında pay haqqlarını ödəməyi öhdəsinə götürməsini, MTK-nın inşa etdiyi Bakı şəhəri, Səbail rayonu, Nizami küçəsi 706-cı məhəllədə yerləşən binanın 14-cü mərtəbəsində yerləşən 248 kv.m olan mənzili (Xaqani sol) və 1 №li qarajı almaq istədiyini göstərmişdir. X3 ilə kooperativ İddiaçı arasında bağlanmış 14.01.2007-ci il tarixli müqaviləyə görə MTK Bakı şəhəri, Səbail rayonu, Nizami küçəsi 706-cı məhəllədə yerləşən, ona məxsus olan ərazidə tikilməkdə olan, hündürmərtəbəli binanın 14-cü mərtəbəsində yerləşən (Nizami sağ) mənzili (ümumi sahəsi 202 kv.m) payçıya verməyi, payçı isə həmin mənzili qəbul edib əvəzində müəyyənləşdirilmiş ödəniş cədvəlinə uyğun məbləği ödəməyi öz öhdəsinə götürmüşdür. Göstərilən mənzilin ümumi dəyəri göstərilməmişdir. (1, 2, 3-cü bəndlər) X3 ilə kooperativ İddiaçı arasında bağlanmış 14.01.2007-ci il tarixli müqaviləyə görə MTK Bakı şəhəri, Səbail rayonu, Nizami küçəsi 706-cı məhəllədə yerləşən, ona məxsus olan ərazidə tikilməkdə olan, hündürmərtəbəli binanın 14-cü mərtəbəsində yerləşən (Nizami sol) mənzili (ümumi sahəsi 202 kv.m) payçıya verməyi, payçı isə həmin mənzili qəbul edib əvəzində müəyyənləşdirilmiş ödəniş cədvəlinə uyğun məbləği ödəməyi öz öhdəsinə götürmüşdür. Göstərilən mənzilin ümumi dəyəri göstərilməmişdir. (1, 2, 3-cü bəndlər) X3 ilə kooperativ İddiaçı arasında bağlanmış 21.09.2006-cı il tarixli digər müqaviləyə görə İddiaçı Bakı şəhəri, Səbail rayonu, Nizami küçəsi 706-cı məhəllədə yerləşən, ona məxsus olan ərazidə tikilməkdə olan, hündürmərtəbəli binanın 14-cü mərtəbəsində yerləşən (Xaqani sol) mənzili (ümumi sahəsi 248 kv.m) payçıya verməyi, payçı isə həmin mənzili qəbul edib əvəzində müəyyənləşdirilmiş ödəniş cədvəlinə uyğun məbləği ödəməyi öz öhdəsinə götürmüşdür. Göstərilən mənzilin ümumi dəyəri göstərilməmişdir. (1, 2, 3-cü bəndlər) X3 ilə kooperativ İddiaçı arasında bağlanmış 14.01.2007-ci il tarixli müqaviləyə görə MTK Bakı şəhəri, Səbail rayonu, Nizami küçəsi 706-cı məhəllədə yerləşən, ona məxsus olan ərazidə tikilməkdə olan, hündürmərtəbəli binanın 1 №li qarajını payçıya verməyi, payçı isə həmin qarajı qəbul edib əvəzində müəyyənləşdirilmiş məbləği ödəməyi öz öhdəsinə götürmüşdür. Göstərilən qarajın ümumi dəyəri göstərilməmişdir. (1, 2-ci bəndləri) İddiaçı-nın X6 verdiyi 14.01.2007-ci il tarixli maliyyə arayışlarında 2007-ci il tarixdə kooperativə gələcəkdə hazır olunacaq sahəsi 202 kv.m (14.mərtəbə Nizami sağ) 202 kv.m (Nizami sol), 248 kv.m (14 mərətəbə, Xaq. Sol),1 №li qarajın dəyərini bütünlüklə kooperavin kassasına ödəməsi qeyd edilmişdir. İcraçı "xxxx" MTK ilə alıcı X4 arasında 21.09.2006-cı ildə bağlanmış müqavilənin predmetini İ.Qutqaşınlı küçəsi və İnşaatçılar prospektinin kəsişməsindəki binasından ünvanda tikintisi həyata keçirdiyi 17 mərtəbəli çoxmənzilli yaşayış binasındakı mənzillərdən birinin tərəflərin razılaşdığı qiymətlə bu müqaviləyə əlavə edilən 1 saylı texniki şərtlərə uyğun tikilmiş halda alıcıya satılmasında, alıcının isə aldığı mənzilin dəyərini bu müqaviləyə əlavə edilən 2 saylı öhdəliyə uyğun müəyyən edilmiş müddətdə aldığı mənzilin dəyərini ödəniş qrafikinə uyğun ödəməsindən ibarətdir. İcraçı alıcı ilə tikintisini razılaşdığı mənzil binanın A blok 11-ci mərtəbədə yerləşməklə və çöl divarın yarısı, iç divarın tamamı olmaq şərti ilə ümumi sahəsi 653,78 kv.m, hesablaşma sahəsi 653,78 kv.m olmaqla 4,3,4 otaqdan ibarət olacaqdır. (İ və İİ hissələr) "xxxx" MTK-nın tarixi qeyd edilməyən maliyyə arayışına əsasən Yasamal rayonu, İ.Qutqaşınlı küçəsi və İnşaatçılar prospektinin kəsişməsində olan binanın İ giriş, 11 mərtəbəsində hesablaşma sahəsi 653,78 kv.m yaşayış sahəsi olan 3,4,4 otaqlı 31, 32, 33 saylı mənzilin pay dəyərinin payçı X4 tərəfindən tam ödənildiyi qeyd olunmuşdur. X5 İddiaçı-nın sədrinə 26.07.2010-cu ildə ünvanladığı ərizənin surətindən görünür ki, onun adına olan həmin MTK-nın 14-cü mərtəbəsində olan mənzillərinin Cavabdeh adına sənədləşdirilməsini xahiş etmişdir. İddiaçı ilə Cavabdeh arasında bağlanmış 05.07.2010-cu il tarixli, M-14(2) saylı müqaviləyə görə MTK ünvan 1, 706-cı məhəllədə yerləşən, ona məxsus olan ərazidə tikilməkdə olan, “Dolçasaray Rezidens” adlanan hündürmərtəbəli binanın 14-cü mərtəbəsində yerləşən mənzili (ümumi sahəsi 202 kv.m) payçıya verməyi, payçı isə həmin mənzili qəbul edib əvəzində müəyyənləşdirilmiş ödəniş cədvəlinə uyğun məbləği ödəməyi öz öhdəsinə götürmüşdür. Mənzilin ümumi dəyəri əvəzinə Yasamal rayonu, İ.Qutqaşınlı, bina 1, giriş 1, mərtəbə 11-də yerləşən 653 kv.m olan mənzillə və 2 ədəd qarajla əvəzləşdirilmişdir. (Müqavilənin 1.1, 1.3 və 3.1 bəndləri) 05.07.2010-cu il tarixli müqaviləyə «ünvan 1 ünvanında yerləşən «Dolçasaray Rezidens» adlı binada yerləşən mənzildən, qeyri-yaşayış sahəsindən və ümumi istifadəyə olan sahələrdən istifadə olunmasına dair» eyni tarixli 01 saylı əlavədən görünür ki, bu müqavilə ilə payçı Cavabdeh ilə kooperativ İddiaçı arasında ümumi istifadədə olan sahələrin istismar edilməsi, mənzil və qeyri-yaşayış sahələrindən istifadə qaydaları müəyyən edilmişdir. İddiaçı ilə Cavabdeh arasında bağlanmış 28.10.2010-cu il tarixli, M-14 saylı müqaviləyə görə İddiaçı ünvan 1, 706-cı məhəllədə yerləşən, ona məxsus olan ərazidə tikilməkdə olan, “Dolçasaray Rezidens” adlanan hündürmərtəbəli binanın 14-cü mərtəbəsində yerləşən mənzili (ümumi sahəsi 453 kv.m) payçıya verməyi, payçı isə həmin mənzili qəbul edib əvəzində müəyyənləşdirilmiş ödəniş cədvəlinə uyğun məbləği ödəməyi öz öhdəsinə götürmüşdür. Mənzilin ümumi dəyəri əvəzinə Yasamal rayonu, İ.Qutqaşınlı, bina 1, giriş 1, mərtəbə 11-də yerləşən 653 kv.m olan mənzillə əvəzləşdirilmişdir. (Müqavilənin 1.1, 1.2 və 3.1 bəndləri) İşdə olan 28.10.2010-cu il tarixli müqaviləyə «ünvan 1 ünvanında yerləşən «Dolçasaray Rezidens» adlı binada yerləşən mənzildən, qeyri-yaşayış sahəsindən və ümumi istifadəyə olan sahələrdən istifadə olunmasına dair» 01 saylı eyni tarixli əlavədən görünür ki, bu müqavilə ilə payçı Cavabdeh ilə kooperativ İddiaçı arasında ümumi istifadədə olan sahələrin istismar edilməsi, mənzil və qeyri-yaşayış sahələrindən istifadə qaydaları müəyyən edilmişdir. İşdə olan İddiaçı MMC-nin Cavabdeh ünvanladığı 16.11.2015-ci il tarixli bildirişin surətindən görünür ki, birbaşa olaraq onun dəfələrlə təkidli təşəbbüsü ilə həyata keçirilən 21.09.2006-cı il tarixli ünvan 1 ünvanında tikilən prestijli Dolçasaray MTK binanın 14-cü mərtəbəsindəki 655 kv.m mənzilin əvəzinə Bakı şəhəri, İ.Qutqaşınlı küçəsi və İnşaatçılar prtinin kəsişməsində yerləşən "xxxx" MTK-ya məxsus yaşayış binasının A blokunun 11-ci mərtəbəsindəki 653 kv.m 4, 3 və 4 otaqdan ibarət olan mənzillərə və 2 maşınlıq 30 kv.m qaraj sahəsinə bu günədək dəfələrlə cəhd etsələr də, sahiblənə bilməmişlər və mənzil hüqularının həyata keçirilməsi üçün şərait təmin edilməmişdir. Qeyd olunur ki, dəyişdirmə proseduru zamanı həmin prosesdə tərəflər, yəni tərəf olaraq Cavabdeh dəyişdirmiş olduqları mənzil sahələrini sona qədər şirkətə təmin etməli idi. Yuxarıda qeyd olunan faktları əsas tutaraq qeyd edirlər ki, onun tərəfindən təqdim olunan mənzillərin sənədlərinin əsillərini şirkətdən götürə bilər. Mənzillərin onun təşəbbüsü ilə dəyişdirilməsi prosesi nəticəsində onunla İddiaçı arasında 14-cü mərtəbədə yerləşən 453 kv.m və 202 kv.m mənzillərə dair müqavilələrə xitam verilmişdir. İşdə olan İddiaçı MMC-nin 28.06.2020-ci il tarixli arayışından görünür ki, Səbail rayonu, ünvan 2 ünvanında 20 mərtəbəli binanın 14-cü mərtəbəsində yerləşən 45 və 48 saylı mənzillərin dəyəri ödənilməmiş və bu günədək mənzillər MMC tərəfindən heç bir şəxsə satılmamışdır. İşdə olan Cavabdeh ilə İddiaçı MMC arasında bağlanılmış 15.02.2011-ci il tarixli, 003/11 nömrəli müqaviləyə əsasən, İddiaçı Bakı şəhəri, Nizami küçəsi, 96-cı məhəllədə tikilməkdə olan hündürmərtəbəli binanın 14 mərtəbəsində yerləşən ümumi sahəsi 453 kv.m 4 otaqdan ibarət mənzili payçıya verməyi, payçı isə pay məbləğini ödəməyi öhdəsinə götürür. Müqavilədə tərf kimi göstərilən Cavabdeh imzası yoxdur. İşdə olan 15.02.2011-ci il tarixli, 003/11 nömrəli müqaviləyə «ünvan 1 ünvanında yerləşən «Dolçasaray Rezidens» adlı binada yerləşən mənzildən, qeyri- yaşayış sahəsindən və ümumi istifadəyə olan sahələrdən istifadə olunmasına dair» 01 saylı eyni tarixli əlavədən görünür ki, bu müqavilə ilə payçı Cavabdeh ilə kooperativ İddiaçı arasında ümumi istifadədə olan sahələrin istismar edilməsi, mənzil və qeyri-yaşayış sahələrindən istifadə qaydaları müəyyən edilmişdir. Müqavilədə tərəf kimi göstərilən Cavabdeh imzası yoxdur. İşdə olan 15.02.2011-ci il tarixli, A/009 saylı maliyyə arayışında Cavabdeh Bakı şəhəri, Nizami küçəsi, 96-cı məhəllədə tikilməkdə olan hündürmərtəbəli binanın 14 mərtəbəsində yerləşən ümumi sahəsi 453 kv.m mənzilin tam dəyərini kooperativin kassasına ödədiyi qeyd olunmuşdur. İşdə olan Cavabdeh ilə İddiaçı MMC arasında bağlanılmış 15.02.2011-ci il tarixli, 00411 saylı müqaviləyə əsasən, İddiaçı Bakı şəhəri, Nizami küçəsi, 96-cı məhəllədə tikilməkdə olan hündürmərtəbəli binanın 14 mərtəbəsində yerləşən ümumi sahəsi 202 kv.m 4 otaqdan ibarət olan mənzili payçıya verməyi, payçı isə pay məbləğini ödəməyi öhdəsinə götürür. Müqavilədə tərəf kimi göstərilən Cavabdeh imzası yoxdur. İşdə olan 15.02.2011-ci il tarixli, 004/11 nömrəli müqaviləyə «ünvan 1 ünvanında yerləşən «Dolçasaray Rezidens» adlı binada yerləşən mənzildən, qeyri-yaşayış sahəsindən və ümumi istifadəyə olan sahələrdən istifadə olunmasına dair» 01 saylı eyni tarixli əlavədən görünür ki, bu müqavilə ilə payçı Cavabdeh ilə kooperativ İddiaçı arasında ümumi istifadədə olan sahələrin istismar edilməsi, mənzil və qeyri-yaşayış sahələrindən istifadə qaydaları müəyyən edilmişdir. Müqavilədə tərəf kimi göstərilən Cavabdeh imzası yoxdur. İşdə olan 15.02.2011-ci il tarixli, A/010 saylı maliyyə arayışında Cavabdeh Bakı şəhəri, Nizami küçəsi, 96-cı məhəllədə tikilməkdə olan hündürmərtəbəli binanın 14 mərtəbəsində yerləşən ümumi sahəsi 202 kv.m mənzilin tam dəyərini kooperativin kassasına ödədiyi qeyd olunmuşdur. Bakı Şəhəri Səbail Rayon Məhkəməsinin 12.02.2021-ci il tarixli, 2(009)-226/2021 saylı qətnaməsi ilə iddiaçı Cavabdeh İddiaçı MMC-yə qarşı aralarında 15.02.2011-ci il tarixdə bağlanmış 003/11 və 004/11 nömrəli müqavilələrə istinadən “müqavilələrdən əmələ gələn öhdəliklərin icra edilməsi tələbinə dair” iddiası rədd edilmişdir. Birinci instansiya məhkəməsinin qənaətinə görə, sözügedən sahələr üzrə Cavabdeh adına 2010 və 2011-ci illər üzrə 4 müqavilə təqdim edildiyi üçün qarşılıqlı iddianın əsaslı olub-olmaması, həmin iddianın əsasını təşkil edən müqavilələrin qanuniliyinə hüquqi qiymət verilməsi yolu ilə həll edilməsi daha məqsədəuyğun hesab olunmuş, məhkəmə bu qənaətə gəlməklə eyni zamanda qeyd etmişdir ki, ilk iddia tələbinin əsaslılığı da məhz qarşılıqlı iddianın əsaslılığına verilən hüquqi qiymətdən asılıdır. İş materiallarından görünür ki, qarşılıqlı iddianın predmeti olan 15 fevral 2011-ci il tarixli, 003/11 və 004/11 nömrəli 2 ədəd müqavilənin sonunda Cavabdeh imzaları yoxdur. Birinci instansiya məhkəməsi qeyd edilən müqavilələri mövcud olmayan müqavilələr kimi qiymətləndirmiş və bu səbəbdən qarşılıqlı iddia üzrə iddiaçının cavabdehə qarşı həmin iddia tələbini irəli sürməkdə subyektiv hüququ olmadığı qənaətinə gəlmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki İşlər Üzrə Məhkəmə Kollegiyasının 04.05.2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 30.07.2008-ci il tarixli qərarında aşağıdakı hüquqi mövqe təsbit olunmuşdur ki, bu hüquqi mövqeyə görə, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olubolmamasını araşdırmalıdır. Subyektiv mənada hüquq normativ-hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimlənmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Birinci instansiya məhkəməsi ilk iddia üzrə cavabdeh tərəfin ilk iddiaya olan etirazının 15 fevral 2011-ci il tarixli, 003/11 və 004/11 nömrəli müqavilələrdə Cavabdeh imzasının olmamasının onların bağlanmadığına dəlalət edə və cavabdehi mənzili təhvil vermək vəzifəsindən azad edə bilməməsini sözügedən müqavilələrin əsasının elə cavabdehin özü tərəfindən sübut kimi tanınaraq istinad olunan və Fərhad Məlikov tərəfindən tərtib olunmuş 26 iyul 2010-cu il tarixli ərizə olmasına dair dəlillərinə qiymət verərək hesab etmişdir ki, cavabdehin məhz bu mövqeyi mübahisəli qeyri-yaşayış sahələrinə dair ilk müqavilələrin Fərhad Məlikova aid olmasını qəbul etməsi kimi qiymətləndirilir. Bu isə öz növbəsində mübahisəli sahələrə dair F.Məlikovla 2006-cı ildə, Cavabdehla isə 2010-cu ildə İddiaçı Mənzil Tikinti Kooperativi arasındakı müqavilələrin də faktiki olaraq bağlanmamasının şübhə altına alınması üçün irəli sürülən dəlillərin heç birinin mötəbər və əhəmiyyətli olmamasına dəlalət edir və notarial qaydada surətləri təsdiq edilərək məhkəməyə təqdim edilmiş X8 ilə bağlanmış, məzmununda satılan əmlakların dəyəri göstərilməyən 17.01.2017-ci il tarixli müqavilələr üzrə əlavə araşdırma aparılmasını zəruri etmir. Belə ki, işin araşdırılmış hallarından görünür ki, X8 ilə İddiaçı Mənzil Tikinti Kooperativi arasında bağlanmış 21.09.2006-cı il tarixli müqaviləyə əsasən sözügedən MTK ünvan 1, 706-cı məhəllədə yerləşən ona məxsus olan ərazidə tikilməkdə olan «Dolçasaray Rezidens» adlanan hündürmərtəbəli binanın 14-cü mərtəbəsində sol və sağ tərəfindən hər birinin ümumi sahəsi 202 kvm olan 2 mənzil və həmin mərtəbədə sol tərəfdən ümumi sahəsi 248 kvm olan 1 mənzil X3na ayrılmışdır. 26.07.2010-cu il tarixdə X3 İddiaçı Mənzil Tikinti Kooperativinin rəhbərliyinə rəsmi ərizə ilə müraciət edərək ona ayrılmış 3 ədəd mənzilləri Cavabdeh adına sənədləşdirilməsini xahiş etmişdir. İddiaçı Mənzil Tikinti Kooperativi ilə hazırkı iş üzrə Cavabdeh ilə arasında bağlanmış 05.07.2010cu il tarixli, M-14(2) saylı və 28.10.2010-cu il tarixli M-14 saylı müqavilələrə əsasən sözügedən mənzillər sonuncunun adına rəsmiləşdirilmişdir. Həmin müqavilələrə əsasən payçı mənzillərin ümumi dəyəri əvəzinə Yasamal rayonu, İ.Qutqaşınlı küçəsi ilə İnşaatçılar prospektinin kəsişməsində yerləşən "xxxx" MTK-ya məxsus binanın 1-ci girişinin 11-ci mərtəbəsində sahəsi 653.78 kv.m olan bir 3 otaqlı və iki 4 otaqlı 31, 32 və 33 saylı mənzilləri və 1 ədəd 2 maşınlıq sahəsi 30 kv.m olan qarajı İddiaçı Mənzil Tikinti Kooperativinin mülkiyyətinə verilməsini öhdəsinə götürmüşdür. Həmçinin işin materiallarından görünür ki, bu barədə «İnşaat Servis MTK» ilə (icraçı) X4 (alıcı) arasında 21.09.2006-cı ildə müqavilə bağlanmış, MTK tərəfindən əvəzləşdirmə ilə əlaqədar hər 2 tərəf payçılara müvafiq maliyyə arayışları da verilmişdir. Birinci instansiya məhkəməsində tədqiq edilmiş sübutlarla həmçinin müəyyən edilmişdir ki, müqavilələr bağlanandan sonra ilk iddiaçı tərəf tikinti işlərini davam etdirərək binanı inşa etmiş, hətta qarşı tərəfin təkidli xahişləri ilə mübahisə predmeti olan sahələrdə müəyyən təmir işləri də aparmışdır. Bununla yanaşı İddiaçı Mənzil Tikinti Kooperativinin rəhbərliyi "xxxx" MTK-ya məxsus yaşayış binasının «A» blokunun 11-ci mərtəbəsindəki ümumi sahəsi 652 kv.m olan mənzillərlə və qarajla maraqlananda məlum olmuşdur ki, həmin ünvanda "xxxx" MTK heç bir tikinti işləri aparmır, həmin ünvanda ofis kimi başqa bir qurum fəaliyyət göstərir. Belə olan halda ilk iddiaçı tərəf dəfələrlə cavabdehə rəsmi bildirişlər göndərərək onun bağlanmış müqavilə öhdəliyini dəqiqləşdirməyə cəhd etmiş, lakin heç bir nəticəsi olmamışdır. Həmçinin də ifadə və izahatlardan görünür ki, 2015-ci ildə baş vermiş Azərbaycan Respublikasının MTN ilə bağlı məlum hadisələr dönəmində ilk iddia üzrə cavabdeh tərəf mübahisəli mənzillərin açarlarını İddiaçı Mənzil Tikinti Kooperativinə qaytararaq mənzillərin kimin adına olmamasını ictimailləşdirməməyi də xahiş etmişlər. Hazırda İddiaçı Mənzil Tikinti Kooperativi tərəfindən tikilən və mübahisə predmeti olan mənzillərin MTK-nın balansında olmaqla, heç kəsə satılmaması və təqdim edilməməsi də müəyyən edilmişdir. Göründüyü kimi, Cavabdeh ilə İddiaçı Mənzil Tikinti Kooperativi arasında bağlanmış 05.07.2010-cu il tarixli, M-14(2) saylı və 28.10.2010-cu il tarixli, M-14 saylı müqavilələr üzrə ilk iddiaçı tərəf üzərinə götürdüyü öhdəlikləri yerinə yetirmək üçün müəyyən addımlar atsa da, cavabdehin müqavilələr üzrə üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməməsi faktı işin araşdırılmış halları ilə öz təsdiqini tapmışdır. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi ilk iddianı təmin etməklə və qarşılıqlı iddianı rədd etməklə mübahisənin faktiki halları və tərəflərin münasibətləri ilə bağlı mahiyyəti üzrə düzgün nəticəyə gəlmişdir. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 397.1-ci maddəsinə müqaviləyə görə tərəf öz vəzifələrinin icrası müqabilində haqq və ya digər qarşılıqlı əvəz almalıdırsa, həmin müqavilə əvəzli sayılır. 399.1-ci maddəsinə əsasən müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur. 399.3-ci maddəsinə əsasən müqavilədə nəzərdə tutula bilər ki, müqavilənin qüvvədə olma müddətinin qurtarması tərəflərin müqavilə üzrə öhdəliklərinin xitamına səbəb olur. Belə şərtin olmadığı müqavilə öhdəliyin icrasının qurtarmasının həmin müqavilədə müəyyənləşdirilmiş anına qədər qüvvədə sayılır. 427.2-ci maddəsinə əsasən əgər öhdəliyin icrası müddəti təyin edilməyibsə və ya şəraitə görə onu təyin etmək mümkün deyildirsə, kreditor öhdəliyin dərhal icrasını tələb edə bilər, borclu isə onu ağlabatan müddətdə icra etməyə borcludur. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 421.1-ci maddəsinə əsasən müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür. 421.2ci maddəsinə əsasən tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. 421.3cü maddəsinə əsasən müqavilənin tamamilə və ya hissə-hissə icrasından birtərəfli imtina edildikdə və belə imtinaya bu Məcəllə ilə və ya tərəflərin razılaşması ilə yol verildikdə müqavilə müvafiq surətdə ləğv edilmiş və ya dəyişdirilmiş sayılır. 424.2-ci maddəsinə əsasən müqavilə ləğv edilərkən tərəflərin öhdəliklərinə xitam verilir. 424.3-cü maddəsinə əsasən müqavilə dəyişdirilərkən və ya ləğv edilərkən, əgər tərəflərin razılaşmasından və müqavilənin dəyişdirilməsi xarakterindən ayrı qayda irəli gəlmirsə, müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi haqqında tərəflərin razılaşmasının bağlandığı andan, müqavilə məhkəmə qaydasında dəyişdirildikdə və ya ləğv edildikdə isə müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi haqqında məhkəmə qərarının qanuni qüvvəyə mindiyi andan öhdəliklər dəyişdirilmiş və ya xətm edilmiş sayılır. Mülki qanunvericiliyə əsasən müqavilənin ləğv edilməsi dedikdə onun hüquqi qüvvəsinə xitam verilməsi başa düşülür. Müqavilənin ləğv edilməsi ilə öhdəliyin məzmununun (tərəflərin hüquq və vəzifələrinin) mövcudluğuna son qoyulur və öhdəliyə xitam verilir. Öhdəliyin elementlərindən birinin mövcudluğuna son qoyulması tərəflər (kreditor və borclu) arasında hüquqi əlaqənin itməsinə və kəsilməsinə səbəb olur. Bunun nəticəsində kreditorun borcluya olan tələb hüququ itir, borclunun isə vəzifə daşıması ləğv edilir. Bu isə o deməkdir ki, tərəflərin - kreditorun və borclunun hüquq və vəzifələrindən ibarət olan öhdəliyin məzmunu ləğv edilir. Öhdəliyə xitam verilməsi dedikdə, öhdəliyin məzmununun ləğv edilməsi başa düşülür. Müqavilə ləğv edilməklə tərəflərin öhdəliklərinə xitam verilir. Bu andan etibarən tərəflər öhdəlik əsasında onlara məxsus olan hüquqdan məhrum olurlar və həvalə olunmuş vəzifəni daşımaqdan azad edilirlər. Apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğv üçün əsas təşkil etmir. Belə ki, ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh təmsilçisi məhkəmə iclasında Bakı şəhəri, Səbail rayonu, Nizami küçəsi 96, 706-cı məhəllədə yerləşən «Dolçasaray Rezidens» adlanan hündürmərtəbəli binada ümumi sahəsi 624 kv.metr mübahisəli mənzillərin dəyərinin nə qədər təşkil etdiyi, mənzillərə görə nəğd və ya köçürmə qaydasında kimə, hansı məbləğdə pul ödənilməsini izah edə bilməmiş, bunu təsdiq edən mötəbər sübutları məhkəməyə təqdim edə bilməmişdir. Bu isə bir daha həmin mənzillərin 05.07.2010-cu il tarixli, M-14(2) saylı və 28.10.2010-cu il tarixli, M-14 saylı müqavilələrə əsasən əvəzləşdirmə qaydasında əldə edilməli olmasını, 15 fevral 2011-ci il tarixli, 003/11 və 004/11 nömrəli müqavilələrin, buna dair maliyyə arayışlarının isə əhəmiyyətsiz olmasını təsdiq edir. 2011-ci il tarixli müqavilələrin mövcud olmamasını onların Cavabdeh tərəfindən imzalanmaması da göstərir. Mülki Məcəllənin 337.1-ci maddəsinə əsasən, bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Mübahisə edilən əqd tərəflərin mübahisələndirməsi nəticəsində etibarsız hala gələn əqd kimi qəbul edilir. Mülki Məcəllənin 337.2-ci maddəsinə əsasən, əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Əhəmiyyətsiz əqd tərəflərin iradə ifadəsindən və ya məhkəmə qərarından asılı olmayaraq bağlandığı andan özlüyündə hüquq və öhdəlik əmələ gətirməyən əqdləri nəzərdə tutur. Əhəmiyyətsiz əqd qanunazidd, məcburi hüquq normalarının pozulması ilə bağlanmış bir əqddir. İş üzrə tədqiq edilmiş sübutlarla müəyyən edilmişdir ki, X8 ilə İddiaçı Mənzil Tikinti Kooperativi arasında bağlanmış 21.09.2006-cı il tarixli müqaviləyə əsasən MTK tərəfindən ünvan 1, 706-cı məhəllədə yerləşən ona məxsus olan ərazidə tikilməkdə olan «Dolçasaray Rezidens» adlanan hündürmərtəbəli binanın 14-cü mərtəbəsində sol və sağ tərəfindən hər birinin ümumi sahəsi 202 kvm olan 2 mənzil və həmin mərtəbədə sol tərəfdən ümumi sahəsi 248 kvm olan 1 mənzil X3na ayrılmışdır. 26.07.2010-cu il tarixdə X3 İddiaçı Mənzil Tikinti Kooperativinin rəhbərliyinə rəsmi ərizə ilə müraciət edərək ona ayrılmış 3 ədəd mənzilləri Cavabdeh adına sənədləşdirilməsini xahiş etmişdir. İddiaçı Mənzil Tikinti Kooperativi ilə hazırkı iş üzrə Cavabdeh ilə arasında bağlanmış 05.07.2010-cu il tarixli, M- 14(2) saylı və 28.10.2010-cu il tarixli, M-14 saylı müqavilələrə əsasən sözügedən mənzillər sonuncunun adına rəsmiləşdirilmişdir. Həmin müqavilələrə əsasən payçı mənzillərin ümumi dəyəri əvəzinə Yasamal rayonu, İ.Qutqaşınlı küçəsi ilə İnşaatçılar prospektinin kəsişməsində yerləşən "xxxx" MTK-ya məxsus binanın 1-ci girişinin 11-ci mərtəbəsində sahəsi 653.78 kv.m olan bir 3 otaqlı və iki 4 otaqlı 31, 32 və 33 saylı mənzilləri və 1 ədəd 2 maşınlıq sahəsi 30 kv.m olan qarajı İddiaçı Mənzil Tikinti Kooperativinin mülkiyyətinə verilməsini öhdəsinə götürmüşdür. Bununla əlaqədar «İnşaat Servis MTK» ilə (İcraçı) X4 (Alıcı) arasında 21.09.2006-cı ildə müqavilə bağlanmış, MTK tərəfindən əvəzləşdirmə ilə əlaqədar hər 2 tərəf payçılara müvafiq maliyyə arayışları da verilmişdir. Müqavilələr bağlanandan sonra ilk iddiaçı tərəf tikinti işlərini davam etdirərək binanı inşa etmiş, hətta qarşı tərəfin təkidli xahişləri ilə mübahisə predmeti olan sahələrdə müəyyən təmir işləri də aparmışdır. Bununla yanaşı İddiaçı Mənzil Tikinti Kooperativinin rəhbərliyi "xxxx" MTK-ya məxsus yaşayış binasının «A» blokunun 11-ci mərtəbəsindəki ümumi sahəsi 652 kv.m olan mənzillərlə və qarajla maraqlananda məlum olmuşdur ki, həmin ünvanda "xxxx" MTK heç bir tikinti işləri aparmır, həmin ünvanda ofis kimi başqa bir qurum fəaliyyət göstərir. Belə olan halda ilk iddiaçı tərəf dəfələrlə cavabdehə rəsmi bildirişlər göndərərək onun bağlanmış müqavilə öhdəliyini dəqiqləşdirməyə cəhd etmiş, lakin heç bir nəticəsi olmamışdır. Beləliklə də, Cavabdeh ilə İddiaçı Mənzil Tikinti Kooperativi arasında bağlanmış 05.07.2010-cu il tarixli, M-14(2) saylı və 28.10.2010-cu il tarixli, M-14 saylı müqavilələr üzrə ilk iddia üzrə cavabdeh həmin müqavilələr üzrə üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməməsi öz təsdiqini tapmışdır. Göstərilənlərə əsasən, ilk iddianın təmin olunması və qarşılıqlı iddianın rədd edilməsinə dair mübahisələndirilən birinci instansiya məhkəməsinin qətnaməsi qanuni və əsaslıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 385.2-ci maddəsinə görə birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Məhkəmə kollegiyası qeyd edilənləri nəzərərə alaraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, QƏT ETDİ: İlk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh apellyasiya şikayəti təmin edilməsin. Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 13 aprel 2021-ci il tarixli, 2(004)-2371/2021 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar