Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-6165/2023 25.10.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X1 (sədrlik edən və məruzəçi), Mərdanova Xumar Afət qızı və Həsənov Elnur Məmmədsaat oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi X9, İddiaçı3, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinın nümayəndəsi X5 iştirakı ilə, Birgə iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4, İddiaçı5 və İddiaçı6 cavabdehlər Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə və Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinə qarşı “əmək müqaviləsinə xitam verilməsi və son haqq-hesabın təmin edilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(011)-1332/2023 nömrəli qətnaməsindən cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında baxaraq, müəyyən etdi: İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4, İddiaçı5 və İddiaçı6 cavabdehlər Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə və Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçıların əmək müqaviləsinə xitam verilməsi və son haqqhesabın təmin edilməsinin cavabdeh Dövlət Gömrük Komitəsinə həvalə edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Birgə iddiaçıların nümayəndəsi və vəkili Vəkil xx.xx.2023-cü il tarixdə elektron qaydada iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, İddiaçı4 ilə “X17” ASC arasında bağlanmış xx.xx.2017-ci il tarixli, İddiaçı2 ilə “X17” ASC arasında bağlanmış xx.xx.2017-ci il tarixli, İddiaçı1 ilə “X17” ASC arasında bağlanmış xx.xx.2018-ci il tarixli, İddiaçı5 ilə “X17” ASC arasında bağlanmış xx.xx.2017-ci il tarixli, İddiaçı6 ilə “X17” ASC arasında bağlanmış xx.xx.2017-ci il tarixli, İddiaçı3 ilə “X17” ASC arasında bağlanmış xx.xx.2017-ci il tarixli əmək müqavilələrinə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən xitam verilməsi və son haqq-hesabın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(011)-1332/2023 nömrəli qərardadı ilə iddia tələbinin qismən təmin edilməsi, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən İddiaçı4 ilə “X17” ASC arasında bağlanmış xx.xx.2017-ci il tarixli, İddiaçı2 ilə “X17” ASC arasında bağlanmış xx.xx.2017-ci il tarixli, İddiaçı1 ilə “X17” ASC arasında bağlanmış xx.xx.2018-ci il tarixli, İddiaçı5 ilə “X17” ASC arasında bağlanmış xx.xx.2017-ci il tarixli, İddiaçı6 ilə “X17” ASC arasında bağlanmış xx.xx.2017-ci il tarixli, İddiaçı3 ilə “X17” ASC arasında bağlanmış xx.xx.2017-ci il tarixli əmək müqavilələrinə 16 iyul 2020-ci il tarixdən xitam verilməsi, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4, İddiaçı5 və İddiaçı6 16 iyul 2020-ci il tarixədək son haqqhesablarının aparılması, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətindən 100 (yüz) manat dövlət rüsumunun alınaraq Dövlət büdcəsinə ödənilməsi, iddianın digər cavabdeh Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinə münasibətdə rədd edilməsi qət edilmişdir. Həmin qətnamədən narazı qalan cavabdeh Əmlak Məsələləri Dövlət Xidməti apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi, iddia tələbinin Əmlak Məsələləri Dövlət Xidmətinə aid hissədə rədd edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Eyni zamanda cavabdeh Əmlak Məsələləri Dövlət Xidməti ərizə ilə məhkəməyə xx.xx.2023-cü il tarixdə elektron kabinet vasitəsi ilə müraciət edərək bildirmişdir ki, hazırda Bakı Apellyasiya Məhkəməsinin icraatında eyni xarakterli mübahisə ilə bağlı eyni cavabdehlərə qarşı digər məhkəmə işi mövcuddur və həmin məhkəmə icraatı davam edir. Bu səbəbdən 2(103)-6165/2023 nömrəli mülki işin Bakı Apellyasiya Məhkəməsinin icraatında olan 2(103)-3591/2023 nömrəli analoji işlə birləşdirilməsini xahiş etmişdir. İddiaçı3 və cavabdehin nümayəndəsi ayrı-ayrılıqda işlərin bir icraatda birləşdirilməsini xahiş etdilər. Apellyasiya şikayətinə məhkəmə kollegiyasında baxılmasının yeri və vaxtı barədə qanunla müəyyən edilmiş qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, digər iddiaçılar və cavabdeh məhkəmə iclasına gəlməmiş, səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 376.2-ci maddəsinə əsasən işə digər iddiaçıların və cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İşə baxılarkən məlum olmuşdur ki, birgə iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4, İddiaçı5 və İddiaçı6 cavabdehlər Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə və Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinə qarşı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, onun yanında X12 Xidməti, Maliyyə Nazirliyi müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə “iddiaçıların əmək müqaviləsinə xitam verilməsi və son haqq-hesabının təmin edilməsi barədə” iddia tələbinə dair mülki iş üzrə Xətai Rayon Məhkəməsinin 2(011)-235/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsindən cavabdeh Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən verilmiş apellyasiya şikayəti Bakı Apellyasiya Məhkəməsinin digər hakimi F.Qasımovun icraatındadır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 43.2-ci maddəsinə əsasən bir-biri ilə əlaqəli olan işlərin bir icraatda birləşdirilməsi həm işdə iştirak edən şəxslərin vəsatəti, həm də məhkəmənin öz təşəbbüsü ilə həyata keçirilə bilər. Həmin Məcəllənin 169.3-cü maddəsinə əsasən, hakim (məhkəmə) həmin məhkəmənin icraatında eyni tərəflərin iştirak etdiyi eyni növlü bir neçə işin, yaxud bir iddiaçının müxtəlif cavabdehlərə, yaxud müxtəlif iddiaçıların eyni cavabdehə iddiaları üzrə bir neçə işin olduğunu müəyyən etdikdə, bu işlərin birləşdirilməsini məqsədəmüvafiq hesab edərsə, həmin mülki işləri birlikdə baxmaq üçün bir icraatda birləşdirməyə haqlıdır. Belə olan halda, məhkəmə kollegiyası hesab edir ki, hazırkı mülki iş əlaqəli olan birgə iddiaçılar X10, X2, X8, X4, X3 və X6 cavabdehlər Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə və Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinə qarşı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, onun yanında X12 Xidməti, Maliyyə Nazirliyi müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə “iddiaçıların əmək müqaviləsinə xitam verilməsi və son haqq-hesabının təmin edilməsi barədə” iddia tələbinə dair 2(103)-3591/2023 nömrəli mülki işlə bir icraatda baxılması məqsədi ilə həmin işə birləşdirilməsi üçün göndərilməlidir. Yuxarıda qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 43.2, 169, 257, 263-264-cü maddələrini rəhbər tutaraq, qərara aldı: İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4, İddiaçı5 və İddiaçı6 cavabdehlər Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə və Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinə qarşı “əmək müqaviləsinə xitam verilməsi və son haqq-hesabın təmin edilməsi” tələbinə dair 2(103)- 6165/2023 saylı mülki iş, onunla əlaqəli olan X10, X2, X8, X4, X3 və X6 cavabdehlər Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə və Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinə qarşı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, onun yanında X12 Xidməti, Maliyyə Nazirliyi müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə “iddiaçıların əmək müqaviləsinə xitam verilməsi və son haqq-hesabının təmin edilməsi barədə” iddia tələbinə dair 2(103)- 3591/2023 nömrəli mülki işlə bir icraatda baxılması məqsədi ilə həmin işə birləşdirilməsi üçün göndərilsin. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz.
Məhkəmə qərarları › İş №2(103)-6165/2023
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-6165/2023
25.10.2023 · Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver