Məhkəmə qərarları › İş №2(103)-6183/2020

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-6183/2020

27.07.2020 · Müqavilələrin ləğv edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-6183/2020 27.07.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Sadıqov Vahid Nəriman oğlu (sədrlik edən və məruzəçi), Əsgərov Qürbət Ağa oğlu və İmanov Azad Nizam oğlundan ibarət tərkibdə, Allahverdiyev Fuad Zahir oğlunun katibliyi, Cavabdeh2 nümayəndəsi-vəkili Vəkil2 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 MMC-yə qarşı “müqavilənin etibarsızlığı” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli 2(007)-97/2020 saylı iddianı təmini tədbiri barədə qərardadından Cavabdeh2 şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, M ü ə y y ə n e t d i: İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 MMC-yə qarşı iddia ərizəsi, daha sonra iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehlər arasında imzalanmış xx.xx.2006-cı il tarixli müqavilənin onun maraqlarına toxunulan hissədə, yəni Bakı şəhəri, Atatürk prospekti 3078 məhəllənin şimal hissəsində 0,553 ha torpaq sahəsində yerləşən binanın 1-ci mərtəbəsində yerləşən C korpusu; 1,4,6,8, K-M-N-Nİ oxları arasında, hündürlüyü 5 m, sahəsi 192,84 kv.metr olan, E korpusu; 21, 23, 24, 25, 27, 4-Q, P-N, M-K oxları arasında, hündürlüyü 5 m, sahəsi 175 kv.metr olan, C korpusu, K-N hərif oxları və 8-10 rəq. oxları arasında, hündürlüyü 5 m, sahəsi 99 kv.metr olan, A2 korpusu, M:P Hərif oxları və 12:14 rəq.oxları arasında, hündürlüyü 5 m, sahəsi 61,2 kv.metr olan, A2 korpusu, K:N hərif oxu ilə 10:12 rəq.oxları arasında, hündürlüyü 5 m, sahəsi 99 kv.metr olan, A2 korpusu, PK hərif oxu ilə 14-17 və 18-21 rəq.oxları arasında, hündürlüyü 5 m, sahəsi 194 kv.metr olan qeyri-yaşayış sahələrinin Cavabdeh1 MMC tərəfindən Cavabdeh2içə satılması hissəsində etibarsız hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı eyni zamanda iddianın təmini tədbiri barədə ərizə ilə məhkəməyə müraciət edərək, iddia ərizəsində göstərilən qeyri-yaşayış sahələri və onun qarşısında təmir-tikinti işlərinin aparılmasının Cavabdeh2 və digər şəxslərə qadağan edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, Cavabdeh2 ona məxsus olan mübahisəli qeyriyaşayış sahəsində təmir-tikinti işləri aparmağa başlayıb, bu isə qəbul ediləcək qətnamənin icrasını mümkünsüz edə bilər. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli 2(007)-97/2020 saylı qərardadı ilə ərizə qismən təmin edilmiş, Bakı şəhəri, Atatürk prospekti 3078 məhəllənin şimal hissəsində 0,553 ha torpaq sahəsində yerləşən binanın 1-ci mərtəbəsində yerləşən C korpusu; 1,4,6,8, K-M-N-Nİ oxları arasında, hündürlüyü 5 m, sahəsi 192,84 kv.metr olan, E korpusu; 21, 23, 24, 25, 27, 4-Q, P-N, M-K oxları arasında, hündürlüyü 5 m, sahəsi 175 kv.metr olan obyektində, C korpusu, K-N hərif oxları və 8-10 rəq. oxları arasında, hündürlüyü 5 m, sahəsi 99 kv.metr olan, A2 korpusu, M:P Hərif oxları və 12:14 rəq.oxları arasında, hündürlüyü 5 m, sahəsi 61,2 kv.metr olan, A2 korpusu, K:N hərif oxu ilə 10:12 rəq.oxları arasında, hündürlüyü 5 m, sahəsi 99 kv.metr olan, A2 korpusu, PK hərif oxu ilə 14-17 və 18-21 rəq.oxları arasında, hündürlüyü 5 m, sahəsi 194 kv.metr olan qeyri-yaşayış sahələrində təmir-tikinti işlərinin aparılması Cavabdeh2 və digər şəxslərə qadağan edilmiş, ərizə qalan hissədə təmin edilməmişdir. Həmin qərardaddan Cavabdeh2 şikayət vermiş, şikayət məhkəmənin xx.xx.2020-ci il tarixli qərardadı ilə təmin edilməyərək baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Cavabdeh2 şikayətində qərardadın qismən - ərizənin qismən təmin edilməsi hissəsində ləğv edilməsini və ərizənin tam rədd edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Şikayətə görə qərardadda qətnamənin gələcəkdə hansı səbəbdən icra olunmayacağı əsaslandırılmamış, mübahisə olunan obyektin onun mülkiyyətində olması və xx.xx.2014-cü il tarixdən Cavabdeh1 MMC-nin həmin əmlaklar üzərində heç bir subyektiv hüquqa malik olmaması kimi faktlar məhkəmədən gizlədilmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh2 nümayəndəsi-vəkili şikayəti müdafiə edərək, təmin edilməsini xahiş etdi. İşə baxılmasının vaxtı və yeri haqqında lazımi qaydada məlumatlandırılmış digər tərəflər məhkəməyə gəlmədiyinə görə, işə onların (nümayəndələrinin) iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Məhkəmə kollegiyası izahatı dinləyib, iş materiallarını və şikayətin dəlillərini araşdıraraq hesab edir ki, şikayət təmin olunmalı, birinci instansiya məhkəməsinin qərardadı ləğv edilməli, iddianın təmin tədbiri barədə ərizə təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-nın 157.1-ci maddəsinə əsasən, hakim işdə iştirak edən şəxsin ərizəsi ilə iddianı təmin etmək üçün tədbirlər görə bilər. İddianın təmin edilməsinə prosesin istənilən mərhələsində yol verilir. Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən, qətnamənin gələcəkdə icrasını təmin etmək məqsədi ilə iddianı təmin etmək barədə hakimin qəbul etdiyi qərardad müvəqqəti xarakter daşıyır və işi qabaqcadan mahiyyəti üzrə həll etmir. MPM-nin 158.1.2-ci maddəsinə əsasən, iddianı təmin etmək üçün müəyyən hərəkətləri etməyi cavabdehə qadağan etmək tədbiri görülə bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 157 və 158-ci maddələrinin bəzi müddəalarına dair” xx xxxx 2018-ci il tarixli qərarında göstərilmişdir ki, “... İddianın təmin edilməsi mülki iş üzrə çıxarılacaq məhkəmə qətnaməsinin gələcəkdə icrasını təmin etmək məqsədilə tətbiq olunan prosessual tədbirdir. Buna görə də məhkəmə iddianın təmin edilməsinə dair ərizəyə baxarkən əmin olmalıdır ki, bu və ya digər iddia tədbirinin tətbiq edilməməsi gələcəkdə qətnamənin icrasını çətinləşdirə və ya qeyri-mümkün edə bilər. ... Məhkəmələr işdə iştirak edən şəxs tərəfindən ərizədə iddianı təmin etmə tədbirlərinin tətbiq edilməsinin kifayət qədər əsaslandırılmasına xüsusi diqqət yetirməli, ərizədə irəli sürülən dəlillərin əsaslı olub-olmamasına hərtərəfli qiymət verməli, iddia tələbi ilə bu tədbirlər arasında əlaqənin mövcud olmasını yoxlamalı, tətbiq olunan tədbirin irəli sürülmüş tələbə mütənasib olmasını və işdə iştirak edən bütün şəxslərin qanuni mənafelərini təmin etməklə əsaslandırılmış məhkəmə aktı qəbul etməlidir." İş materiallarından, həmçinin təqdim edilmiş Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2(103)-5515/2020 saylı qərardadından da müəyyən edilir ki, Bakı şəhəri, Atatürk prospekti 3078 “a” məhəllənin şimal hissəsində 0,553 ha torpaq sahəsində inşa olunmuş “Ticarət mərkəzi”-nin ümumilikdə 4564 kv.m olan qeyri-yaşayış sahələri Cavabdeh2 təhvil verilmişdir. Hazırki halda qeyd edilən iddianı təmin etmə tədbirinin görülməsini zəruri edən hər hansı əsas yoxdur. İddia təmin ediləcəyi təqdirdə Cavabdeh2 tərəfindən görülməsi ehtimal olunan işlər qətnamənin icrasını mümkünsüz edə bilməz. Beləliklə məhkəmə kollegiyası yuxarıda qeyd edilənləri nəzərə alaraq hesab edir ki, şikayət təmin edilməli, birinci instansiya məhkəməsinin qərardadı ləğv edilməli, iddianın təmini tədbiri barədə ərizə təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398.0.3-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin qərardadı tam və ya qismən ləğv edib qərardadla həll edilməli olan məsələni həll etmək hüququ vardır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398, 400 və 402-406-cı maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Q ə r a r a a l d ı: Cavabdeh2 şikayəti təmin edilsin. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli 2(007)-97/2020 saylı qərardadı ləğv edilsin. İddiaçı iddianı təmin tədbiri barədə ərizəsi təmin edilməsin. Qərardaddan şikayət verilə bilməz. Sədrlik edən Vahid Sadıqov Hakimlər Qürbət Əsgərov Azad İmanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar