Məhkəmə qərarları › İş №2(103)-6193/2021

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-6193/2021

04.06.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-6193/2021 04.06.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Tanrıverdiyev Anar Vəzir oğlunun sədrliyi və məruzəsi ilə, Səmədov Tofiq Səməd oğlu və Şirinov İkram Sabir oğlundan ibarət tərkibdə, Cabbarlı Sahibə Məmmədbağı qızının katibliyi ilə, İddiaçı cavabdeh Məmmədov Cavabdeh qarşı “birgə nikah dövründə əldə olunmuş əmlaklara qayların müəyyən olunması” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 8(005)-1743/2021 saylı, 19.04.2021-ci il tarixli qərardadından İddiaçı tərəfindən verilmiş şikayətin mümkünlüyünə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, M ü ə y y ə n e t d i: İddiaçı cavabdeh Məmmədov Cavabdeh qarşı birgə nikah dövründə əldə olunmuş əmlaklara qayların müəyyən olunması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, birgə nikah dövründə banka depozitə qoyulmuş və cavabdeh tərəfindən onun icazəsi (xəbərim olmadan) olmadan depozitdən çıxarılmış 20.000(iyirmi min) ABŞ dollarının 10000(on min) ABŞ dolları hissəsində payının tanınması; 20.000(iyirmi min) ABŞ dollarının 10.000(on min) ABŞ dollarının cavabdeh Məmmədov Cavabdeh alınaraq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 8(005)-1743/2021 saylı, 19.04.2021-ci il tarixli qərardadı ilə İddiaçı cavabdeh Məmmədov Cavabdeh qarşı “birgə nikah dövründə əldə olunmuş əmlaklara qayların müəyyən olunması” tələbinə dair mülki işin icraatına xitam verilməsi qərara alınmışdır (sədrlik edən: Gültəkin Əsədova). İddiaçı 26 may 2021-ci il tarixdə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 19 aprel 2021ci il tarixli 2(005)-1743/2021 nömrəli qərardadından şikayət verərək, müvafiq qərardadın ləğv edilməsi barədə qərardad çıxarılmasını məhkəmədən xahiş etmişdir Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 8(005)-1743/2021 saylı, 27.05.2021-ci il tarixli qərardadı ilə şikayəti təmin edilməmiş və mülki işlə birlikdə baxılması üçün Bakı Apelyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyası daxil olmuş şikayətin mümkünlüyünü yoxlayarkən müəyyən etmişdir ki, İddiaçı ünvanlanan birinci instansiya məhkəməsinin 19.04.2021-ci il tarixli qərardadının almasına dair rəsmi sənəd yoxdur. İş materiallarında olan reyestrdən (i.v. 66) görünür ki, qərardad tərəflərə 20.04.2021-ci il tarixində göndərilmişdir. İddiaçı isə şikayətini 20.05.2021-ci il tarixdə poçta vermiş (i.v. 70), 26.05.2021-ci il tarixində şikayət məhkəməyə daxil olmuşdur (i.v. 67). Mülki Prosessual Məcəllənin 268.1-ci maddəsinə görə, şikayət qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində verilir. Lakin birinci intansiya məhkəməsinin qərardadının hansı tarixdən alınmasını sübut edən rəsmi sənəd olmadığından, qərardaddan 10 gün müddətində şikayət verilməsinin hansı tarixdən hesablanmasını müəyyən etmək mümkün olmamışdır. Qərardadın alınmasını təsdiq edən hər hansı rəsmi sənəd olmadan işə baxılmanın mümkün hesab edilməsi gələcəkdə baş verə bilən prosessual pozuntunun yaranmasına səbəb ola biləcək hal hesab edildiyindən, məhkəmə kollegiyası işə baxılmanı qeyri-mümkün hesab edir. Mülki Prosessual Məcəllənin 269-cu maddəsinin tələbinə görə şikayətə qərardadı qəbul etmiş birinci instansiya məhkəməsi tərəfindən 3 gün müddətində baxılır. Şikayət əsaslıdırsa, hakim qərardadı dəyişdirir və ya ləğv edir və mübahisəyə baxılması üçün tərəflərlə birlikdə sonrakı prosessual hərəkətləri yerinə yetirir. Əks təqdirdə bu şikayət baxıldıqdan sonra 7 gün müddətində işlə birlikdə apellyasiya instansiyası məhkəməsinə göndərilir. Qeyd olunanlara əsasən kollegiya belə qənaətə gəlir ki, birinci instansiya məhkəməsi tərəfindən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 268-ci maddəsinin tələbləri lazımınca yerinə yetirilməyərək qəbul olunmuş məhkəmə qərardadından verilmiş şikayətin qəbul edilərək baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərildiyindən şikayət qeyrimümkün hesab edilməlidir. Kollegiya şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 366 və 402-406-cı maddələrini rəhbər tutaraq, Q ə r a r a a l d ı: Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-1743/2021 saylı, 19.04.2021-ci il tarixli qərardadından İddiaçı tərəfindən verilmiş şikayət qeyri-mümkün hesab edilsin və mülki iş şikayətlə birlikdə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə qaytarılsın. Qərardaddan, rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Anar Tanrıverdiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar